Xəbərlər

“Metafizika” jurnalının 2021/1-ci sayı işıq üzü görüb

“Metafizika” (ISSN 2616-6879) beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 2021-ci il üçün 1-ci sayı işıq üzü görüb. Jurnalın bu sayında yerli məqalələr ilə bərabər bir sıra xarici ölkələrin tədqiqatçılarının elmi məqalələri də çap edilib.
“Metafizika” Jurnalının bu sayında (2021, Cild 4, Say 1, Sıra 13) altı məqalə nəşr edilib.
1-Anar Qafarov: Əxlaqın mənbəyi kimi bir dəyər olaraq ailə: Nəsirəddin Tusi nümunəsində təhlil (türk dilində)
2-Zaur Məmmədov: Elmi cəmiyyətlərin fəaliyyətinin hüquqi tənzimlənməsi (Azərb. dilində)
3-Şəfəq Əhmədova: Siyasi münaqişələrin mahiyyəti və onların həllində informasiyanın rolu (Azərb. dilində)
4-İslam Məhəmməd Əbdülfəttah: Ayfer Tunçun avtobioqrafik ədəbiyyatında Türkiyə ictimaiyyətinin siması (ərəb dilində)
5-Səməd Bayramzadə: Cənubi Azərbaycan milli-demokratik hərəkatında Ənuşiravan İbrahimi siması (Azərb. dilində)
6-Abdullah Hüseyni Eskandian., Məsumə Rəcəb Nejadian: Avqustin Avreli və Con Hick fəlsəfəsindəki Şər probleminin müqayisəli tədqiqi (ingilis dilində)
Məqalələri bu linkdən oxuya və yükləyə bilərsiniz.
  • Tarix:2022-01-27