Xəbərlər

 “Muğam Fəlsəfəsi” kitabı işıq üzü görüb

K.Y.Bünyadzadə. Muğam fəlsəfəsi. – Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2018. – 161 səh.
Kitabda Universal Səsin bir təzahürü olaraq təqdim edilən muğam əsasən düşüncə tərzi kimi araşdırılır. Bu məqsədlə onunla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında fəlsəfi müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel şəkildə tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirir. Müasir dövrün ruhuna uyğun olaraq kitabda həmçinin muğamın multikultural mahiyyəti də araşdırılır. Bununla çox əhəmiyyətli bir həqiqət vurğulanmış olur: öz təsir gücünə və daşıdığı missiyaına görə muğam Azərbaycanın “yumşaq gücüdür”.
Kitab mütəxəssislər, gənc araşdırmaçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Monoqrafiya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində çap olunmuşdur: Qrant № EİF/MQM-3-Şuşa-2014-7(22)-05/01/5.

  • Tarix:2018-05-04