Xəbərlər

“Elmi Diaspor” kitabı nəşr olunub

Metafizika Jurnalının Redaksiya Şurasının üzvü Məryəm Seyidbəylinin kitabı işıq üzü görmüşdür. M.H.Seyidbəyli. Elmi Diaspor. – Bakı: Azərbaycan. Avropa Nəşriyyatı, 2018. – 200 səh.
Kitabda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlər haqqında məlumatlar toplanmışdır. Kitabın ərsəyə gətirilməsində əsas məqsəd müxtəlif ölkələrdə yaşayan elmi diaspor nüayəndələrimizlə tanışlıqdır.
Kitab mütəxəssislər, gənc araşdırmaçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Monoqrafiya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” mövzusu layihəsi çərçivəsində çap olunmuşdur: Qrant № EİF/KETPL-2015-1(25).

  • Tarix:2018-08-03