Baş redaktor

BAŞ REDAKTOR


ƏLƏDDİN MƏLİKOV  (Ələddin Mehman oğlu Məlikov)
1982 1982 - ci ildə Azərbaycan Respublkasının Sumqayıt şəhərində anadan olmuşdur. 
1989 - 2000 - ci illər Orta məktəbi bitirmişdir.  2000 - 2004 - cü illər Bakalavr pilləsində təhsil almışdır . 
2004 - 2007 - ci illərdə Magistr dərəcəsinə yiyələnmişdir. 
2007 - 2010 - cü illərdə Fəlsəfə Doktoru (Ph.D) dərəcəsi almışdır. 
2010 - 2013 - cü illər Post Ph.D (Elmlər doktoru) almaq üçün dissertasiyasını müdafiə etmişdir. 
2011 - 2013 - cü illər “Al-Mustafa International University” tərəfindən fəlsəfənin tədrisi, elmi konfranslarda iştirakı, aktual elmi müddəaların həlli, əsaslandırması və göstərmiş təhsil, tədris, tədqiqat və sosial- mədəni fəaliyyətlərin qiymətləndirilməsinə əsasən “Dosent” adı almışdır. 
2014 - cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutunun böyük elmi işçisi vəzifəsində olmuşdur. 
2014 - cü ildə həmçinin beynəlxalq “Bilik” tədris mərkəzində müəllim olmuşdur. 
2014 - 2018 - ci illər ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Tərcümə Mərkəzinin (AZTC) rəsmi yazışmalar şöbəsinin dil mütəxəssisi vəzifəsində çalışmışdır. 
2017- ci ildən “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının təsisçi və baş redaktorudur. 
2018 - ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin aparıcı elmi işçisidir.

ƏSƏRLƏRİ

KİTABLARI
Dini Plüralizm, İran, Beynəlxalq əl- Mustafa (s) Universiteti nəşriyyatı, 2010.
Alvin Plantinqa və Mürtəza Mütəhhəri təfəkküründə Zəka və İman münasibətlərinin müqayisəli tədqiq və təhlili, Maarif nəşriyyatı, Tehran, Birinci çap, 2009
İbn Rüşd, Sədrəddin Şirazi və İmmanuil Kant təfəkküründə epistemologiya, Beynəlxalq əl- Mustafa (s) nəşriyyatı, Birinci çap, 2010
Epistomologiyanın tədqiq və təhlili: Alvin Plantinqa və Mürtəza Mütəhhəri fəlsəfəsində, Beynəlxalq əl- Mustafa (s) Universiteti nəşriyyatı, 2011.
Fəlsəfə və İrfanda “kamil insan” konsepsiyası, Beynəlxalq əl- Mustafa (s) nəşriyyatı, Birinci çap, 2016
Məhdəviyyət dialoqu, Beynəlxalq əl- Mustafa (s) nəşriyyatı, Birinci çap, 2012, 144 səhifə.
Elm və hikmət siması (Quran və hədislərdə), Beynəlxalq əl- Mustafa (s) Universiteti nəşriyyatı, 2009.
Əql- İman və İnsanşünaslıq, Rza Kaşifi, Beynəlxalq əl- Mustafa (s) Nəşriyyatı, Birinci çap, 2013, 120 səhifə
İslam Peyğəmbəri Quran və əhli- beyt simasında, Məhəmməd Məhəmmədi Reyşəhri, Darul-hədis nəşriyyatı, Birinci çap, 2014, 184 səhifə.
Həcc əməlləri, Kövsər nəşriyyatı, Birinci çap, 2013, 366 səhifə.

MƏQALƏLƏRİ
“İmmanuil Kant fəlsəfəsində beynəlmiləl “Sülh” prossesi və onun zəruriliyi”, Məqalə, “Comparative Studies of Human Rights” (İnsan haqlarının müqayisəli tədqiqi) jurnalı, 2017, № 27, səh 34-68. 
“Evtanaziya və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yeri” (problemin mənbəyi, şərhi və tətbiqi), Məqalə, “Comparative Studies of Human Rights” jurnalı, 2017, № 29, səh 41-59.
“Azərbaycan Respublikası oddan İslamadək (dini- fəlsəfi cərəyanlar)”, Məqalə (fars dilində), Təqrib təfəkkürü jurnalı, Bahar, 2008, № 14, səh. 137- 159.
“Əbu Nəsr Əl- Farabi və Sədrəddin Şirazi baxışında vəhy məsələsinə fəlsəfi baxış”, Məqalə (fars dilində), Pəjuhə jurnalı, 2008, № 34, səh. 8- 21.
“Din Fəlsəfəsi”, Məqalə (Az dilində), Ziya məqalələr toplusu, cild 1, ilk çap, Bakı, 2010, səh. 47- 54.
“İslam və Fəlsəfə” (müvafiq yoxsa müxalif), Məqalə, Son Ümid jurnalı, 2008, № 7, səh. 61- 63.
“Mələkut əsildir düşüncəsinə yeni bir baxış”, Məqalə, Afaq jurnalı, 2008, № 27, səh. 30- 33.
“Fəthullah Gülən düşüncəsində propoqanda anlayışı və onun əsas rolu”, Məqalə, Təqrib təfəkkürü jurnalı, Yay, 2011, № 25, səh. 55- 80.
İbn Əl-Ərəbi düşüncəsində “Kamil insan” konsepsiyası, Məqalə, Həft Aseman jurnalı, Bahar, 2012, № 53, 7- 27
Əbu Hamid Qəzali və Mürtəza Mütəhhəri baxışlarında “Din ilə Zəka münasibətləri”, Məqalə, Marif jurnalı, Yay, 2010, № 18, 181- 204.
Sədrəddin Şirazinin Əl- Hikmətul Mütaaliyə fəlsəfəsinə əsasən İnsan Ruhu və Nəfsinin substansial hərəkəti, Məqalə, Tülu jurnalı, Bahar, 2012, № 35, 23- 46.
İbn Əl-Ərəbi və Sədrəddin Şirazi fəlsəfələrində “Kamil insan” konsepsiyasının müqayisəli təhlil və analizi, Məqalə, Marif jurnalı, Yay, 2010, № 20, 235- 274.
“İnanc yaxud Zəka”, Məqalə, Ziya məqalələr toplusu, cild 1, ilk çap, Bakı, 2010, səh. 38- 46.
İmmanuel Kant, İbni Rüşd və Sədrəddin şirazi təfəkküründə “Epistemologiya” məsələsinin tədqiq və təhlili, Məqalə, Tülu jurnalı, Bahar, 2009, № 27, səh. 65- 84.
“Alvin Plantinqa və Mürtəza Mütəhhəri baxışında “Ağıl və İman” paradoksunun problemləri və perespektivləri", Pəjuhə jurnalı, 2008, № 32, səh. 27- 38.
“İslam idarəçiliyi (müdiriyyəti) sistemi varmı?”, Nəxli Şəhdad jurnalı, Bahar, 2007, № 9, səh. 45- 47.
İbn Əl-Ərəbi və İmam Xumeyni görüşlərində “Kamil insan” konsepsiyası, Səfir jurnalı, № 25, səh 3.
Sədrəddin Şirazinin “kamil insan” konsepsiyası və vilayət doktrinası, Məşriq jurnalı, № 20,
Fatimeyi- Zəhra, Son Ümid jurnalı, № 6, səh 16 – 18.
Erix Zeliqmann Fromm və Mürtəza Mütəhhəri fəlsəfəsində “kamil insan” nəzəriyyəsi, Zəmzəm Maarif jurnalı, № 28 Səh 13- 19.

İŞTİRAK ETDİYİ KONFRANS VƏ SİMPOZİUMLAR
“Elm tarixinin inkişafı” Konfransının matrealı, “Dini elmlərinin praktiki tədbirləri və teori əsasları”, Elm inkişafının tarixində dinin rolu konfransının seçilmiş məqalələrinin xülasəsi, Azad İslam universiteti, ilk çap, Qış, 2009, səh 23.
“Dini ziyalılıq” Konfransının matrealı, “Dini ziyalılıq; ağır bir həqiqət amma yüngül bir iddia”, İkinci Dini ziyalı konfransının seçilmiş məqalələr toplusu, Şəhid Behişti universiteti, ilk çap, Payız, 2010, səh. 149- 166.
“Sağlam düşüncə” Konfransının matrealı, “Mürtəza Mütəhhəri baxışında rasyonal düçüncə ilə inancın münasibəti”, Hikmət konfransının seçilmiş məqalələr toplusu, İlk çap, Qış, 2010, səh. 11- 60.
“İmam Xumeyni baxışında Qadın” Konfransının matrealı, “Qadınların məşğuliyyəti və onların ölkənin inkişafındakı rolu”, “İmam Xumeyni baxışında Qadın” konfıransının seçilmiş məqalələr toplusu, Yasuc şəhərinin Azad İslam Universiteti, ilk çap, Bahar, 2011, səh. 348- 355.
“Əl- Farabi” konfransının matrealı “Əbu Nəsr Əl- Farabi baxışında Vəhyin keyfiyyəti”, Əl- Farabi konfransının seçilmiş məqalələr toplusu, Fəlsəfə tarixi dərnəyi, ilk çap, Qış, 2011, səh. 49- 50.
Əllamə İbn Şəhr Aşub beynəlxalq konfransının materialı “İslami yaşam tərzinin genişlənməsində Əllamə İbn Şəhr Aşubun rolu”, Əllamə İbn Şəhr Aşub beynəlxalq konfransının məqalələr məcmuəsi, cild 2, səh 20.11.2013.
“Islamic socio- cultural teachings and personal and cultural supervision: major factors in spreading reproductive ethics”, “1st International Congress on Reproductive Ethics”, Konfransın elmi məcmuəsi, ilk çap, 18.12.2013.
“İmam Xumeyninin qurani düşüncələri” Konfransının matrealı, “Quranı şəxsi rəyə əsasən təfsir etmək”, “İmam Xumeyninin qurani düşüncələri” konfransının məqalələr toplusu, İkinci cild, ilk çap, 2012, səh. 207- 220.
“Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) Konfransının matrealı, “XX əsr Azərbaycan tarixi və mənbəşünaslıq elminin inkişafında akademik Ziya Bünyadovun rolu”, “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) Konfransının məqalələr toplusu, ilk çap, 2017, səh 93
“Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər” Konfransının matrealı, “Cənubi qafqazda etnik- ərazi münaqişələrin regional proseslərə təsiri”, “Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər” konfransının məqalələr toplusu, ilk çap, 2017, səh 9 

ELMİ MARAQ DAİRƏSİ
Fəlsəfə, Fəlsəfə tarixi, Epistemologiya, Elm tarixi, Ürfan, Ürfan tarixi, İslam tarixi, Mədəniyyətşünaslıq, Fars dili və ədəbiyyatı, Ərəb dili və ədəbiyyatı,  . 

  • Tarix:2018-07-20