Xəbərlər

“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib  


“Metafizika” (ISSN 2616-6879) beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 2019-cu il üçün 4-cü sayı işıq üzü görüb. Jurnalın bu sayında yerli məqalələr ilə bərabər bir sıra xarici ölkələrin tədqiqatçılarının elmi məqalələri də çap edilib. 
“Metafizika” Jurnalının bu sayında (2019, Cild 2, Say 4, Sıra 8) yeddi məqalə nəşr edilib. Məqalələr aşağıdakılardan ibarətdir:
1.Rəfail Həsənov - İnstitutlar və sahibkarlıq (Rus dilində);
2. Qəmərxanım Cavadlı - Orqan və hüceyrə transplantasiyası problemlərinə dünya dinlərinin etik baxışları (Azərbaycan dilində);
3. Əbdülhüseyn Kəlantəri və Afşin Nikbəxt - Müasir düşüncə tarixində T.Hobbsdan F.Hegelə qədər özgələşmə konsepsiyası prosesinin araşdırılması (Fars dilində);
4. Əkrəm Bağırov - Ərəfat ül-Aşiqin və Ərəsat ül-Arifin” təzkirəsi və Azərbaycan şairləri (Azərbaycan dilində);
5. Eldar Əmirov - Kəsilməzlik ideyası riyazi-fəlsəfi invariant kimi (Azərbaycan dilində);
6. MirFərəc Abasov - Postkapitalizmin iqtisadi, ictimai-siyasi və mədəni əsasları (Rus dilində);
7. Seyid Cavad Miri - Seyid Cavad Təbatəbainin İslamşünaslıq anlayışına dair çalışmaları (Fars dilində).
Qeyd edək ki, 7 ölkədən tanınmış alimlərin təmsil olunduğu akademik jurnalın redaksiya heyətinə AMEA-nın müxbir üzvü prof.dr. Könül Bünyadzadə sədrlik edir. Jurnalın baş redaktoru fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikovdur. 6 dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə nəşr edən jurnalda elmi, tarixi, bədii, fəlsəfi, sənətşünaslıq tədqiqatlarına həsr edilən araşdırmalara yer verilir.
Jurnal, “İdealOnline”, “EBSCO”, “DIIF”, “Cosmos Impact Factor”, “International Index Copernicus”, “SID”, “ISC” və digər nüfuzlu impakt faktorlu indekslərdə qeydiyyata alınıb.
“Metafizika” Jurnalının məqalələrini yükləmək və mütaliə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
http://metafizikajurnali.az/i55_az.html

  • Tarix:2019-12-23