Nəşrə dair tələblər

Nəşrə dair tələblər

“METAFİZİKA”
Beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalına göndərilən məqalələrə dair tələblər və qaydalar:
“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı rüblükdür.
Jurnalın üstünlük verdiyi əsas araşdırma sahələri:
Fəlsəfə, fəlsəfə tarixi, irfan, sosiologiya, psixologiya, etika, epistemologiya, elm tarixi, elm fəlsəfəsi, tarix fəlsəfəsi, dil fəlsəfəsi, siyasətin fəlsəfəsi, millli-mənəvi dəyərlər.
Jurnal beynəlxalq nəşrdir. Bütün məqalələrin orijinal dilindən asılı olmayaraq mütləq Azərbaycan, Rus və İngilis dillərində abstraktları və açar sözləri dərc edilməlidir.
NƏŞR QAYDALARI
1.      Məqalə digər nəşrlərə təqdim edilməmiş, orijinal olmalıdır.
2.      Məqalənin mətni jurnalın redaksiyasına A4 formatda, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə 1,5 intervalla, “Times new roman” şriftində “12” ölçülü hərflərlə yazılaraq elektron variantda redaksiyaya təqdim edilir. Məcmuənin elektron ünvanı: metafizika.az@mail.ru.
3.      Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, rum rəqəmləri ilə ardıcıl nömrələnməli, müvafiq olaraq "cədvəl” və "şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir. Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, onlar nömrələnməli, "Cədvəl” və ya "Şəkil” sözü də yazılmamalıdır. Şəkillər elektron formatda "jpg”, "tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Excel, Adobe Illustrator, Potoshop və CorelDRAW proqramlarından birində təqdim edilməlidir. Bundan əlavə məqalədə cədvəl, şəkil, rəsm, qrafik və buna bənzər şeylər jurnalın səhvəsinə sığdırılması və oxucuların daha rahat bir şəkildə istifadə etmələri məqsədi ilə 10x17 smlik sahəni keçməməlidir.
4.      Məqalənin əvvəlində məqalənin adından sonra müəllifin adı, elmi ünvanı, işlədiyi müəssisə və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
5.      Məqalə sturuktur etibarilə xülasə, giriş, alt başlıq və ya başlıqlardan, nəticə və isifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmalıdır. 
6.      Məqalələrin əvvəlinə 200-250 sözdən ibarət ingilis dilində xülasə (abstract) əlavə edilməlidir. Xülasə məqalənin məzmununa uyğun olmalı, müəllifin gəldiyi elmi nəticə, işin yeniliyi, əhəmiyyəti və hipotezlər yığcam şəkildə qeyd olunmalıdır. Xülasənin sonunda 5-7 açar sözlər olmalıdır.
7.      Ədəbiyyat siyahısı APA sisteminə müvafiq olaraq - müəlliflərin soy adlarını nəzərə alaraq əlifba sırasına görə qeyd olunmalıdır.
Nümunə:
1.      Mətn içində istinad edilən mənbə səhifənin sonunda Halil İnalcık, Tanzimat ve Bulgar Meselesi, (Ankara: Türk Tarih Kurumu Yayınları, 1943), s./p. 98.  Şəklində qeyd olunarkən, məqalənin sonunda ədəbiyyat siyahısında səhifə göstərilmədən aşağıdakı kimi qeyd olunur:
İnalcık Halil, Tanzimat ve Bulgar Meselesi, Ankara: Türk Tarih Kurumu Yayınları, 1943 şəklində qeyd olunur.
2.      Əgər ədəbiyyat siyahısında göstəriləcək mənbə məqalə olarsa, o zaman məqalənin hərhansı bir elmi jurnalda yer aldığı səhvələr göstərilərək aşağıdaki şəkildə qeyd olunmalıdır:
Kavas Ahmet, “Doğu Afrika Sahilinde Osmanlı Hakimiyeti: Kuzey Somali’de Zeyla İskelesi’nin Konumu (1265-1334/1849-1916),” İslâm Araştırmaları Dergisi, 5 (2001), s./ pp. 109-120.
8.      Məqalələrin həcmi 7-20 səhifə həcmində olmalıdır. 
9.      Məqalədə istinadlar APA (American Psychological Association) sisteminə müvafiq olaraq verilməlidir.
Nümunə:
KİTAB / BOOK
Tək müəllifli / Single Author
Daniel Jeremy Silver and Bernard Martin, A History of Judaism (New York: Basic Books, 1974), I, p. 39.
Eyni mənbə təkrar qeyd olunarsa: Silver and Martin, A History of Judaism, I, p. 40.  
İki müəllifli / Two Authors
Ömer Lütfi Barkan ve Ekrem Hakkı Ayverdi, İstanbul Vakıfları Tahrir Defteri 953 (1546) Tarihli (İstanbul: İstanbul Fetih Cemiyeti, 1973), s./ pp. 520-26.
Eyni mənbə təkrar qeyd olunarsa: Barkan ve Ayverdi, İstanbul Vakıfları Tahrir Defteri, s./ p. 159.
Üç və daha çox müəllifli / Three or More Authors
Bekir Topaloğlu v.dğr./and others, İslâm’da İnanç Esasları, (İstanbul: Marmara Üniversitesi İlahiyat Fakültesi Vakfı Yayınları, 1998), s./ p. 25.
Eyni mənbə təkrar qeyd olunarsa: Topaloğlu v.dğr./and others, İslâm’da İnanç Esasları, s./ p. 36.
MƏQALƏ / ARTICLE
Ahmet Kavas, “Doğu Afrika Sahilinde Osmanlı Hakimiyeti: Kuzey Somali’de Zeyla İskelesi’nin Konumu (1265-1334/1849-1916),” İslâm Araştırmaları Dergisi, 5 (2001), s./ pp. 109-20.
İkinci dəfə qeyd olunarsa:
Ahmet Kavas, “Doğu Afrika Sahilinde Osmanlı Hakimiyeti,”s./ pp. 120-121.
ENSİKLOPEDİYA MƏQALƏSİ / ENCYCLOPEDIA ENTRIES
1. Ömer Faruk Akün, “Ali Mustafa Efendi,” Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi (DİA), 1989, II, 416.
2. Akün, “Âlî Mustafa Efendi,” s./ p. 417.
ARXİV SƏNƏDİ / ARCHIVAL DOCUMENTS
1. Başbakanlıq Osmanlı Arxivi (BOA), İrade Mesâil-i Mühimme (İ. Mes. Müh), 2079.
2. BOA, İ. Mes. Müh., 2079.
DİSSERTASİYA / DISSERTATION
1. Sedat Şensoy, “Abdülkahir el-Cürcani’de Anlam Problemi” (doktorluq dissertasiyası/doctoral dissertation),Marmara Universiteti Sosyal Bilimler Enstitüsü, 2001, s./ p. 122.
İNTERNET MƏNBƏLƏRİ / ONLINE RESOURCES
1. Alane D. Oestreicher, “Worldwide Traditions of a Primordial Paradise” no. 192, Vital Articles on Science/Creation;(Erişim 27 Mart 2003/ Accessed in March 27, 2003).

  • Tarix:2018-02-18