Nəşrə dair tələblər

Nəşrə dair tələblər

“METAFİZİKA” Beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalına göndərilən məqalələrə dair tələblər və qaydalar:
  1. Müəllif məqalədə elm adamları və akademik şəxsləri bənzərsiz olaraq tanımlayan “Orcid” və ya “ResearcherID” kodunu göstərməsi zəruridir.
  2. Məqalə digər nəşrlərə təqdim edilməmiş, orijinal olmalıdır.
  3. Məqalə azərbaycan, türk, ingilis, rus, ərəb və fars dillərində təqdim oluna bilər.
  4. Məqalənin əvvəlində məqalənin adından sonra müəllifin adı, elmi ünvanı, işlədiyi müəssisə və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
  5. Məqalə sturuktur etibarilə xülasə, giriş, alt başlıq və ya başlıqlardan, nəticə və isifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmalıdır. 
  6. Məqalələrin əvvəlinə məqalənin orijinal dilində 200-250 sözdən ibarət xülasə və 5-7 açar sözlər əlavə edilməlidir. Xülasə məqalənin məzmununa uyğun olmalı, müəllifin gəldiyi elmi nəticə, işin yeniliyi, əhəmiyyəti və hipotezlər yığcam şəkildə qeyd olunmalıdır.
  7. Bütün məqalələrin orijinal dilindən asılı olmayaraq mütləq Azərbaycan, Rus və İngilis dillərində xülasələri və açar sözləri dərc edilməlidir. 
  8. Məqalənin mətni jurnalın redaksiyasına A4 formatda, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə 1,5 intervalla, “Times new roman” şriftində “12” ölçülü hərflərlə yazılaraq elektron variantda redaksiyaya təqdim edilir. Məcmuənin elektron ünvanı: metafizika.az@mail.ru.
  9. Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, rum rəqəmləri ilə ardıcıl nömrələnməli, müvafiq olaraq "cədvəl” və "şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir. Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, onlar nömrələnməli, "Cədvəl” və ya "Şəkil” sözü də yazılmamalıdır. Şəkillər elektron formatda "jpg”, "tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Excel, Adobe Illustrator, Potoshop və CorelDRAW proqramlarından birində təqdim edilməlidir. Bundan əlavə məqalədə cədvəl, şəkil, rəsm, qrafik və buna bənzər şeylər jurnalın səhifəsinə sığdırılması və oxucuların daha rahat bir şəkildə istifadə etmələri məqsədi ilə 10x17 sm-lik sahəni keçməməlidir.
  10. Məqalələrin oxucular üçün aydın şəkildə təqdim olunması və məqsədinin olması vacibdir. Redaksiya şurası həcmi 25 nəşr səhifəsindən (təxminən 10, 000 sözdən) çox olmayan  məqalələr tələb edir. Həcmi 25 səhifədən çox olan, lakin çox mühüm nəticələrə malik olan məqalələr redaksiya şurasının razılığı ilə dərc edilə bilər. Əgər bir məqalədə başqa mənbələrdən çıxarılmış material varsa, o halda müəllifin və naşirin yazılı icazəsi məqalə ilə birlikdə olmalıdır.
  11. Jurnalda konfrans, kitab, yubiley və s. kimi məlumatlandırıcı materiallar da “Məlumat” başlığı altında nəşr edilə bilər.
  12. Jurnaldakı materiallardan istifadə edərkən  jurnala istinad etmək zəruridir.
  13. Jurnalda dərc olunan yazılar, yalnız müəlliflərin mövqeyini əks etdirir. 
  14. Bütün məqalələr plagiat ola biləcəyi ethimalına görə nəzərdən keçirilir. Plagiat hallarına rast gəldikdə və məqalələr təsdiqləndikdə belə nəşr üçün dərhal rədd edilir, müəllifinin adı isə Metafizika jurnalının sonrakı nəşrlərində qara siyahıya daxil edilir.
  15. Məqalələr jurnalın elektron səhifəsində tam mətn kimi pdf formatında yerləşdirilir.
  16. Ədəbiyyat siyahısı APA sisteminə müvafiq olaraq - müəlliflərin soy adlarını nəzərə alaraq əlifba sırasına görə qeyd olunmalıdır.
    Nümunə: 
    KİTAB / BOOK
    Tək müəllifli / Single Author
    Daniel Jeremy Silver and Bernard Martin, A History of Judaism (New York: Basic Books, 1974), I, p. 39.
    Eyni mənbə təkrar qeyd olunarsa: Silver and Martin, A History of JudaismI, p. 40.  
    İki müəllifli / Two Authors
    Ömer Lütfi Barkan ve Ekrem Hakkı Ayverdi, İstanbul Vakıfları Tahrir Defteri 953 (1546) Tarihli (İstanbul: İstanbul Fetih Cemiyeti, 1973), s./ p. 520-26.
    Eyni mənbə təkrar qeyd olunarsa: Barkan ve Ayverdi, İstanbul Vakıfları Tahrir Defteri, s./ p. 159.
    Üç və daha çox müəllifli / Three or More Authors
    Bekir Topaloğlu v.dğr./and others, İslâm’da İnanç Esasları, (İstanbul: Marmara Üniversitesi İlahiyat Fakültesi Vakfı Yayınları, 1998), s./ p. 25.
    Eyni mənbə təkrar qeyd olunarsa: Topaloğlu v.b./and others, İslâm’da İnanç Esasları, s./ p. 36.
    MƏQALƏ / ARTICLE
    Ahmet Kavas, “Doğu Afrika Sahilinde Osmanlı Hakimiyeti: Kuzey Somali’de Zeyla İskelesi’nin Konumu (1265-1334/1849-1916),” İslâm Araştırmaları Dergisi, 5 (2001), s./ p. 109-20.
    İkinci dəfə qeyd olunarsa:
    Ahmet Kavas, “Doğu Afrika Sahilinde Osmanlı Hakimiyeti,”s./ p. 120-121.
    ENSİKLOPEDİYA MƏQALƏSİ / ENCYCLOPEDIA ENTRIES
    1. Ömer Faruk Akün, “Ali Mustafa Efendi,” Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi (DİA), 1989, II, 416.
    2. Akün, “Âlî Mustafa Efendi,” s./ p. 417.
    ARXİV SƏNƏDİ / ARCHIVAL DOCUMENTS
    1. Başbakanlıq Osmanlı Arxivi (BOA), İrade Mesâil-i Mühimme (İ. Mes. Müh), 2079.
    2. BOA, İ. Mes. Müh., 2079.
    DİSSERTASİYA / DISSERTATION
    1. Sedat Şensoy, “Abdülkahir el-Cürcani’de Anlam Problemi” (doktorluq dissertasiyası/doctoral dissertation), Marmara Universiteti Sosyal Bilimler Enstitüsü, 2001, s./ p. 122.
    İNTERNET MƏNBƏLƏRİ / ONLINE RESOURCES
    1. Alane D. Oestreicher, “Worldwide Traditions of a Primordial Paradise” no. 192, Vital Articles on Science/Creation;(Erişim 27 Mart 2003/ Accessed in March 27, 2003).
  17. Məqalənin içərisində istinadlara qoyulan tələblər aşağıdakı nümunələrdə öz əksini tapır:
1. Mətn içində istinad edilən mənbə səhifənin sonunda Halil İnalcık, Tanzimat ve Bulgar Meselesi, (Ankara: Türk Tarih Kurumu Yayınları, 1943), s./p. 98.  Şəklində qeyd olunarkən, məqalənin sonunda ədəbiyyat siyahısında səhifə göstərilmədən aşağıdakı kimi qeyd olunur:
İnalcık Halil, Tanzimat ve Bulgar Meselesi, Ankara: Türk Tarih Kurumu Yayınları, 1943 şəklində qeyd olunur.
2.Əgər ədəbiyyat siyahısında göstəriləcək mənbə məqalə olarsa, o zaman məqalənin hər hansı bir elmi jurnalda yer aldığı səhifələr göstərilərək aşağıdaki şəkildə qeyd olunmalıdır:
Kavas Ahmet, “Doğu Afrika Sahilinde Osmanlı Hakimiyeti: Kuzey Somali’de Zeyla İskelesi’nin Konumu (1265-1334/1849-1916),” İslâm Araştırmaları Dergisi, 5 (2001), s./ p. 109-120.

“METAFİZİKA” Jurnalının Bank Rekvizitləri
“EXPRESSBANK”
AZN HESABI:
Bank məlumatları
KOD:                                      501275
VÖEN:                                    1500031691
Müxbir hesab:                        AZ11NABZ01350100000000036944
S.W.I.F.T                                AZENAZ22
Müştəri məlumatları
Ad: Ələddin Məlikov Mehman oğlu
Cari hesab nömrəsi: AZ33AZEN41040572427944101001
VÖEN: 2903201392
 
BANK DETAİLS İN
USD
INTERMEDIARY BANK:                S.W.I.F.T.: SCBLUS33
                                                       Standard Chartered Bank
                                                       New York, USA
CORRESPONDENT BANK:          S.W.I.F.T.: RZBAATWW
                                                       Raiffeisen Bank International AG
                                                       Vienna, Austria
                                                       Acc: 3582039831001
 
BENEFICIARY’S BANK:               S.W.I.F.T.: AZENAZ22
                                                       Expressbank OJSC
                                                       Baku, Azerbaijan
                                                       Corr. Acc.: 70-55.084.305
Client information
Beneficiary’s  name: Aladdin Malikov Mehman oglu
Beneficiary’s account: AZ67AZEN41050572427840101001
Tax identification number: 2903201392
 
BANK DETAİLS İN
EUR
INTERMEDIARY BANK:         S.W.I.F.T.: NABAATWW
                                                Oesterreichische Nationalbank
                                                Vienna, Austria
CORRESPONDENT BANK:  S.W.I.F.T.: RZBAATWW
                                                Raiffeisen Bank International AG
                                                Vienna, Austria
                                                Acc.: AT710090000000927007
BENEFICIARY’S BANK:        S.W.I.F.T.: AZENAZ22
                                                Expressbank OJSC
                                                Baku, Azerbaijan
                                                Corr. Acc.: 1-55.084.305
Client information
Beneficiary’s  name: Aladdin Malikov Mehman oglu
Beneficiary’s account: AZ54AZEN41050572427978101001
Tax identification number: 2903201392
 
 

  • Tarix:2018-09-04