Məqalə göndərmək

MƏQALƏ GÖNDƏRMƏK

Beynəlxalq “METAFİZİKA” Fəlsəfi və Fənlərarası Araşdırmalar Jurnalına çap üçün materiallar (məqalə, resenziya, icmal və s.) Azərbaycan, türk, rus, ingilis, fars və ərəb dillərində çap şəklində, elektron daşıyıcıda və e-mail vasitəsilə “metafizika.az@mail.ru” qəbul edilir. Qeyd edilməlidir ki, dərc olunacaq məqalələrə görə müvafiq elmi sahə üzrə, elmlər doktoru, professor, AMEA-nın müxbir və həqiqi üzvlərinin rəyi tələb olunur.
Həmçinin Jurnal barədə məlumatları Facebook sosial şəbəkəsindən əldə edə bilərsiniz.
“METAFİZİKA” Jurnalının rəsmi facebook səhifəsi:
https://www.facebook.com/Metafizikajurnali/
“METAFİZİKA” Jurnalının rəsmi facebook qrupu:
https://www.facebook.com/groups/138473553471336/
 Məqalənin adı altında müəllifin adı, soyadı, işlədiyi müəssisə, vəzifəsi və e-mail ünvanı göstərilməlidir.
Məqalənin sonunda 3 dildə 150-200 sözdən ibarət xülasə (məqalənin adını yazmaq şərtilə) və açar sözlər verilməlidir və hər 3 dildə yazılmış xülasələr məzmunca eyni olmalıdır.
Məqalələrin qəbulu üçün son 5-10 ilin elmi əsərlərinə istinadlar zəruridir.
Tərcümə məqalələri müəllifin icazəsi və ya aktuallığını təsdiqləyən sənəd əsasında qəbul edilir.
Materialların məzmunu müəllifin şəxsi mövqeyini əks etdirir.
Hər bir məqalə redaksiya heyətinin rəyinə əsasən çap olunur.
Plagiatlıq faktı aşkar edilən məqalələr dərc olunmur.
Əlyazmalar geri qaytarılmır.

  • Tarix:2018-02-18