Xəbərlər

“Metafizika” jurnalının 2021/2-ci sayı işıq üzü görüb

“Metafizika” (ISSN 2616-6879) beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 2021-ci il üçün 2-ci sayı işıq üzü görüb. Jurnalın bu sayında yerli məqalələr ilə bərabər bir sıra xarici ölkələrin tədqiqatçılarının elmi məqalələri də çap edilib. “Metafizika” Jurnalının bu sayında (2021, Cild 4, Say 2, Sıra 14) altı məqalə nəşr edilib. 
Jurnalın bu sayında aşağıdakı məqalələr yer alıb: 
1. İbrahim Bağırov və Ələddin Məlikov: Sədrəddin Şiraziyə görə nəfsin hüdusu və onun bədənlə olan münasibəti (türk dilində)
2. Rüstəm Hacıyev: Şirvan torpağında Xızır və Musa izi (Azərb. dilində)
3. Zeynəb Həcəmova: Sosial qavrayış və qarşılıqlı təsirin emosional zəka ilə əlaqəsinin sosial-psixoloji təhlili (Azərb. dilində)
4. Aişə Əbdülvahid əs-Seyid: Ərəb və türk əlifbaları: səs və yazı arasında (ərəb dilində)
5. Bəhruz Gülmalıyev: İbn Sina yaradıcılığının elmi-fəlsəfi aspektləri (Azərb. dilində)
6. Tərlan Seyfullayev və Məhəmməd Həsən Zamani: Azərbaycan şərqşünaslığında islamşünaslığın tarixi və təkamülü (fars dilində)

Məqalələri aşağıdakı linkdən oxuya və yükləyə bilərsiniz: 
http://metafizikajurnali.az/i71_az.html

  • Tarix:2021-07-03