© “Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 1, serial 25, 2024. pp.10-40 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
10
UOT: 94.(479.24).
KBT: 63.3(5 e)6
DOI: 10.33864/2617-751X.2024.v7.i1.10-40
MJ № 197
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağ məsələsi
regional siyasi proseslərdə (1918-ci il iyun-oktyabr)
Vasif Qafarov
Abstrakt. Məqalədə Cənubi Qafqazda müstəqil dövlətlərin yaranmasından
sonra Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və bu məsələ
ilə bağlı tərəflər arasında gedən diplomatik mübarizə araşdırılmışdır.
Ermənistanın ərazi iddiaları ilə bağlı İstanbul konfransındakı Azərbaycan və
erməni nümayəndə heyətləri, eyni zamanda hər iki ölkənin Tiflisdəki diplomatik
təmsilçilər arasında gedən danışıqların təfərrüatı Azərbaycan və Türkiyə
arxivlərinin sənədləri və 1918-ci il İstanbul mətbuatının materialları əsasında
işıqlandırılmışdır. Ermənistanın ərazi iddialarının miqyası və ermənilərin istinad
etdiyi arqumentlər müəyyən edilmişdir. Həmçinin, Azərbaycan tərəfinin bu
iddialara qarşı ortaya qoyduğu əks arqumentlər şərh edilmişdir. Problemlə bağlı
təqdim edilən arxiv sənədləri və tərəflərin nota və bəyanatları ilk dəfə olaraq
elmi dövriyyəyə gətirilmişdir.
Belə bir nəticəyə gəlinmişdir ki, 1918-ci il mayın 30-da müstəqilliyi elan
edilən Ermənistanın ümumi ərazisi cəmi 9000 km2 olub. Bu ərazi də bir sıra
şərtlər daxilində Ermənistana verilib. Müstəqilliyin elanından sonra Ermənistan
ərazi sərhədinə malik olduğu bütün dövlətlərə qarşı ərazi iddiaları irəli sürüb.
Ermənistanın ərazi iddialarının ümumi həcmi 43500 km2-dən ibarət olub ki,
bunun 17600 km2-i Türkiyəyə, 16500 km2-i Azərbaycana, 9400 km2-i isə
Gürcüstana qarşı yönəlib. Cənubi Qafqaz respublikaları arasında mübahisəli
ərazi-sərhəd məsələlərinin həlli üçün Ermənistan irqi-milli prinsiplərə,
Azərbaycan etnik-dini və coğrafi prinsiplərə, Gürcüstan isə tarixi prinsipə istinad
edirdi. Ermənistanın mövqeyi və davranışları Cənubi Qafqaz respublikaları
arasında mübahisəli ərazi-sərhəd məsələlərini həll etməyə imkan vermədi.
Açar sözlər: ərazi iddiaları, ərazi-sərhəd problemləri, Qarabağ məsələsi,
Batum konfransı, İstanbul konfransı, Azərbaycan ərazisi, Ermənistan ərazisi
Tarix elmləri doktoru, dosent
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi; Bakı, Azərbaycan
E-mail: vasifgafarov@gmail.com
https://orcid.org/0000-0002-9232-6328
Məqaləyə istinad: Qafarov, V. [2024] Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağ məsələsi regional
siyasi proseslərdə (1918-ci il iyun-oktyabr). “Metafizika” jurnalı, 7(1), səh.10-40.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.10-40
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 30.10.2023
Təkrar iĢlənməyə göndərilmiĢdir: 04.12.2023
Çapa qəbul edilmiĢdir: 29.01.2024
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
11
1.Giriş
Rusiya imperiyasının süqutundan sonra Cənubi Qafqazda cərəyan edən
hərbi-siyasi proseslər 1918-ci il fevralın 23-də Tiflisdə Cənubi Qafqaz
Seyminin yaradılması ilə nəticələndi. Seym bir tərəfdən özünü “Rusiya
Respublikası”nın bir hissəsi hesab edir, digər tərəfdən də Rusiyadakı bolşevik
hakimiyyətini qəbul etmirdi. Buna görə də Osmanlı dövləti Brest-Litovsk
sülhünün Cənubi Qafqazla bağlı müddəalarını Tiflis hökumətinə də qəbul
etdirmək üçün onunla ayrıca danışıqlar aparmalı oldu. Bu məqsədlə tərəflər
arasında keçirilən Trabzon konfransı (14 mart-14 aprel 1918) uğursuzluqla
nəticələndi. Osmanlı dövləti Brest-Litovsk sülhü ilə əldə etdiyi Qars,
Ərdəhan və Batum vilayətlərinə silah gücünə yiyələnməli oldu. Hərbi
əməliyyatlarda məğlub olan Seym Osmanlı dövlətinin tələblərini qəbul edib,
1918-ci il aprelin 22-də Cənubi Qafqazın müstəqilliyini elan etdi və Brest-
Litovsk sülhünün şərtlərini qəbul etdiyini açıqladı. Tərəflər arasında keçirilən
Batum konfransında (11 may-4 iyun 1918) sərtləşən türk tələbləri qarşısında
vahid mövqeyə gələ bilməyən Cənubi Qafqaz Respublikası 1918-ci il mayın
26-da süqut etdi. Elə həmin gün Gürcüstanın, mayın 28-də Azərbaycanın,
mayın 30-da da Ermənistanın müstəqilliyi elan edildi.
Batum konfransının (11 may- 4 iyun 1918) gedişində yeni yaranan
Gürcüstan, Azərbaycan və Ermənistan respublikaları arasında ciddi qarşılıqlı
ərazi-sərhəd problemlərinin olduğu üzə çıxdı. Bu problemlərin gələcəkdə
böyük sarsıntılara gətirib çıxaracağını yəqin edən konfransdakı Osmanlı hərbi
nümayəndəsi Vehib paşa 1918-ci il iyunun 1-də Osmanlı nümayəndə
heyətinin rəhbəri Xəlil bəy Menteşəyə bildirirdi ki, Osmanlı dövləti ilə
Qafqaz respublikaları arasındakı sərhədlərin təyin edilməsindən əlavə bu
respublikaların öz aralarında olan sərhədlərin də qəti olaraq təyin edilməsi
fövqəladə əhəmiyyət kəsb edir və bunu gerçəkləşdirmək lazımdır [13, v.18].
Lakin Qafqaz respublikaları arasında ərazi-sərhəd məsələləri ilə bağlı
qarşılıqlı iddiaların miqyasını nəzərə alan Xəlil bəy konfransın işini tez bir
zamanda başa çatdırmaq üçün bu məsələnin Batumda həllini uyğun bilmədi.
Xəlil bəylə erməni və Azərbaycan nümayəndələri arasında aparılan
müzakirələrdə bircə o qərarlaşdırıldı ki, yeni yaradılan Ermənistan
Respublikasının şərq, yəni Azərbaycanla olan sərhədini Göyçə gölü təşkil
edir [12, v. 146, 150, 151; 11, v. 94, 96, 98, 100]. Bu sərhədin detallarının
müəyyən edilməsi də sonraya saxlanıldı. Osmanlı dövləti ilə Cənubi Qafqaz
respublikaları arasında ümumi sərhəd xətti təyin edildikdən sonra 4 iyun
1918-ci il tarixində tərəflər arasında müqavilələr imzalandı və bununla da
konfrans öz işini başa vurdu.
Qafqaz respublikaları arasında sərhədlərin təyin edilməsi məsələsi bu
respublikaların öz ixtiyarına buraxıldı və Vehib paşanın təklifi [13, v. 18] ilə
Osmanlı dövləti ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
12
imzalanan müqavilələrə belə bir maddə salındı ki, bu respublikalar özləri öz
aralarında sərhədlərini müəyyən edəcəklər, bununla bağlı tərəflər arasında
imzalanacaq protokol barədə Osmanlı hökumətinə məlumat verəcəklər və bu
protokollar Batum müqavilələrinin bir hissəsini təşkil edəcəkdir. Bu məsələ
Osmanlı dövləti ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında
imzalanan Batum müqavilələrinin üçüncü maddələrində öz əksini tapdı.
Yeni elan olunan Qafqaz respublikaları bir-birlərini rəsmən tanımaq
məsələsini də öz aralarında ərazi-sərhəd problemlərini həll edənədək təxirə
salmalı oldular. Nəticədə, Osmanlı dövləti ilə sərhədlərini təyin edən Qafqaz
respublikaları öz aralarında olan ərazi-sərhəd mübahisələri ilə baş-başa
qaldılar. Bu da öz növbəsində, bölgə xalqlarına, xüsusilə də azərbaycanlılara
görünməmiş fəlakətlər gətirdi.
2.Cənubi Qafqaz ərazisi və onun milli respublikalar arasında bölünməsi
Rusiya imperiyasının süqutu ərəfəsində Cənubi Qafqazın ümumi ərazisi
214693,7 verst
2
və ya 244750,6 km
2
-dən ibarət idi. Cənubi Qafqaz ərazisində
6 quberniya (Bakı, Yelizavetpol, İrəvan, Tiflis, Kutais, Qara dəniz), 3 vilayət
(Batum, Qars, Dağıstan), 2 dairə (Zaqatala, Suxumi) və 1 şəhər rəisliyi (Bakı)
var idi [42, s.178-218].
Cənubi Qafqaz inzibati vahidinin tərkibinə daxil olan Qara dəniz
quberniyası və Dağıstan vilayətinin ərazisini onun ərazisindən çıxsaq, o
zaman Cənubi Qafqazın ümumi ərazisinin 210000 km
2
təşkil etdiyi məlum
olur. 1917-ci il noyabrın 15-də yaradılan Cənubi Qafqaz Komissarlığı, daha
sonra 1918-ci il fevralın 23-də yaradılan Cənubi Qafqaz Seymi hüquqi
cəhətdən məhz bu 210000 km
2
ərazini əhatə edirdi. 1918-ci il 3 mart tarixli
Brest-Litovsk müqaviləsinə görə Osmanlı dövlətinə keçən Qars, Ərdəhan və
Batum vilayətlərinin ərazisini (25500 km
2
) çıxdıqdan sonra, Cənubi Qafqazın
ümumi ərazisi 184500 km
2
təşkil etdi. Bu 184500 km
2
ərazi 1918-ci il aprelin
22-də yaradılan Cənubi Qafqaz Federativ Respublikasının və 1918-ci il
mayın 26-da onun süqutundan sonra yaranan Gürcüstan, Azərbaycan və
Ermənistan respublikalarının ümumi ərazisini təşkil etdi [Qafarov, 2022,
s.76].
Osmanlı dövləti ilə Cənubi Qafqaz respublikaları arasında 1918-ci il
iyunun 4-də imzalanan Batum müqavilələrinə görə, Azərbaycan, Gürcüstan
və Ermənistan respublikaları Brest-Litovsk sülhünün Qafqaza aid
maddələrini qəbul edib, Qars, Ərdəhan və Batumun Osmanlı dövlətinə
keçdiyini təsdiq etməklə yanaşı, Tiflis quberniyasının Abastuman və Askueri
istisna olmaqla Axalsıx və Axalkələk qəzalarının, İrəvan quberniyasının
Aleksandropol qəzasının Ağbulaq, Hamamlı, Hanvalı, Qarakilsə və Alagöz
dağı kimi şərq əraziləri istisna olmaqla qəza mərkəzi də daxil qərb hissəsinin,
Eçmiədzin qəzasının Sərdarabad hissəsinin, Sürməli qəzasının tamamilə,
İrəvan qəzasının Kəmərli, Uluxanlı və Vedibasar bölgələrinin, Şərur-
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
13
Dərələyəz qəzasının Şərur hissəsinin və Naxçıvan qəzasının (Ordubad istisna
olmaqla) da Türkiyəyə keçdiyini təsdiq etdilər [Qafarov, 2022, s.76]. Batum
müqavilələrinə görə, Osmanlı dövləti ümumilikdə 45500 km
2
əraziyə
yiyələndi ki, bu ərazinin 25500 km
2
-ni Brest-Litovsk sülhünə görə Osmanlı
dövlətinə keçən Qars, Ərdəhan və Batum vilayətləri, yerdə qalan 20000 km
2
-
ni isə Batum müqavilələrinə görə yeni əldə edilən ərazilər təşkil edirdi [9, v.
60, 62-63, 68-71].
Həmçinin, Batum konfransında əldə edilən razılığa görə, Osmanlı
dövlətinin yeni sərhədləri ilə Göyçə gölü arasında İrəvan şəhəri mərkəz
olmaqla İrəvan quberniyasının Aleksandropol, Eçmiədzin və İrəvan
qəzalarının Osmanlı dövlətinə keçən bölgələri istisna olmaqla yerdə qalan
hissələrini və Yeni Bəyazid qəzasını (Basarkeçər istisna olmaqla) əhatə edən
9000 km
2
ərazidə erməni dövləti yaradıldı [9, v. 63, 68-71; Qafarov, 2019,
s.86-87]. Azərbaycan Milli Şurası 1918-ci il 29 may tarixində keçirilən
iclasında formal hüquqi prosedurları tamamlayıb, İrəvanın ermənilərə güzəştə
gedilməsi ilə bağlı Batumda əldə edilən razılaşmanı rəsmiləşdirdi. Batum
konfransının qərarlarına görə Osmanlı dövlətinə keçən 20000 km
2
ərazinin
14000 km
2
-dən çox hissəsinin, həmçinin Ermənistan dövlətinin yaradıldığı
9000 km
2
ərazinin də tarixi Azərbaycan torpağı olduğunu nəzərə alsaq, o
zaman məlum olur ki, Batum konfransının nəticələrinə görə, Azərbaycan
Cümhuriyyəti ümumilikdə 23000 km
2
-dən çox ərazi itirdi [Qafarov, 2022,
s.77].
Beləliklə, yeni yaranan Cənubi Qafqaz respublikalarının Batum
müqavilələrindən sonra ümumilikdə ərazisi 164500 km
2
təşkil etdi.
Azərbaycan və Ermənistan hökumətlərinin rəsmi bəyanatlarına görə, bu
ərazinin 100600 km
2
-i Azərbaycan Cümhuriyyətinin, 9000 km
2
-i Ermənistan
Respublikasının, 54900 km
2
-i isə Gürcüstan Respublikasının ərazisini təşkil
etdi [7, v. 10-11; 9, v. 63, 69; Qafarov, 2022, s.77]. Bununla yanaşı, hər üç
respublika sahibləndiyi ərazi ilə kifayətlənmir, qonşu respublikalara qarşı
ərazi iddiaları ilə çıxış edirdilər. Buna görə də, Azərbaycan Cümhuriyyəti
hökuməti Ermənistan və Gürcüstan respublikalarının Azərbaycana qarşı ərazi
iddialarına qarşı da mübarizə aparmalı oldu.
3.İstanbul konfransındakı Azərbaycan nümayəndə heyətinin
Azərbaycan Cümhuriyyəti və onun əhatə etdiyi ərazilər haqqında
bəyanatı
Dördlər İttifaqı ölkələri ilə yeni yaranan Qafqaz respublikaları arasında
əlaqələr qurmaq, qarşılıqlı münasibətləri tənzimləmək və ərazi-sərhəd
məsələləri ilə bağlı problemləri müzakirə etmək məqsədilə İstanbulda
keçirilməsi nəzərdə tutulan konfransda iştirak etmək üçün 1918-ci ilin iyun
ayında Osmanlı paytaxtına gələn Cənubi Qafqaz respublikaları nümayəndə
heyətlərinin fəaliyyəti bu respublikalar arasında ərazi-sərhəd məsələləri ilə
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
14
bağlı çox ciddi problemlərin olduğunu ortaya qoydu və heyətlərin fəaliyyəti
daha çox qarşılıqlı ərazi mübahisələri ilə yadda qaldı.
1918-ci il iyunun 25-də Azərbaycan nümayəndə heyətinin (Məhəmməd
Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Aslan bəy Səfikürdski,
Əbdülhəmid Qaytabaşı, Əhməd Cövdət bəy Pepinov, Əkbər ağa
Şeyxülislamov, Abbas bəy Ataməlibəyov, Məmməd bəy Xanməmmədov)
rəhbəri M.Ə.Rəsulzadə İstanbul mətbuatına Azərbaycan haqqında geniş
bəyanatla çıxış etdi. Ertəsi gün qəzetlərdə çap olunan bu bəyanatda,
M.Ə.Rəsulzadə son bir ildə Qafqazda cərəyan edən hərbi-siyasi prosesləri
şərh edir, müstəqil Azərbaycan dövlətinin yaranması, onun idarə sistemi və
əhatə etdiyi ərazilər, Osmanlı dövləti ilə imzalanan Batum müqavilələri və
Bakının azad edilməsi uğrunda aparılan birgə mübarizə haqqında məlumat
verirdi. Azərbaycanın əhatə etdiyi ərazilərlə bağlı bəyanatda deyilirdi: “Bizim
təşəkkül etmiş olan hökumətimizin ərazisi Bakı, Gəncə, İrəvan
vilayətlərindən ibarətdir, Tiflis sancağının bir qismi ilə digər bəzi sancaqlar
da bu əraziyə daxildir” [19]. Qafqaz respublikaları arasında sərhədlərin qəti
olaraq hələ təyin edilmədiyini vurğulayan M.Ə.Rəsulzadə eyni zamanda,
Azərbaycanla Ermənistan arasında sərhəd məsələsi ilə bağlı Batum
konfransında əldə edilən razılaşmaları diqqətə çatdıraraq qeyd edirdi ki,
“İrəvan vilayətinin İrəvan şəhəri Ermənistanda qalsa da, bu vilayətin digər
hissələri Azərbaycan ərazisinə daxildir. Azərbaycanla Ermənistanın sərhədi
Göyçə gölünün ortasından keçməklə, gölün bir sahili bizdə, digər sahili isə
ermənilərdə qalır” [41].
Bu arada Osmanlı Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndə heyətinin
rəhbəri M.Ə.Rəsulzadədən Azərbaycan Cümhuriyyətinin əhatə etdiyi ərazilər
və sərhədlərini əks etdirən xəritə tələb etdi. M.Ə.Rəsulzadə Azərbaycanın
xarici işlər naziri M.H.Hacınskiyə göndərdiyi 1918-ci il 28 iyun tarixli
teleqramında Ənvər paşanın da Azərbaycan nümayəndələrinə ölkənin
sərhədlərinin elan edilməsini təklif etdiyini və Almaniyanın da bu məsələ ilə
maraqlandığını bildirirdi. O, yazırdı: “İyunun 24-də İstanbula yetişdik və
Pera Palasda yerləşdik. Bir gün sonra Tələt paşanın qəbulunda olduq. Xarici
işlər naziri, Ənvər paşa, Xəlil bəy, şeyxülislam və digər nazirlər də orada
idilər. Eyni zamanda Almaniya səfiri Bernsdorfun qəbulunda olduq. Ənvər
paşa təklif etmişdi ki, ərazilərimizin hüdudlarını elan edək. Hökumətdən rica
edirik təcili şəkildə bunu etsin, əgər vaxtında edə bilməsəniz, biz özümüz
müvafiq bəyanat hazırlayarıq. Bütün nümayəndələr buradadır. Bernsdorf bizi
nəzakətlə qəbul etdi, bizim hökumətin təşkili qaydası, Milli Şura, siyasi
partiyalar haqqında soruşdu. Eyni zamanda ordumuzun olub-olmadığı ilə,
hansı qüvvə ilə Bakıya qarşı bolşeviklərlə mübarizə apardığımızla
maraqlandı. Həmçinin soruşdu ki, biz konfransda sərhədlərimizin müəyyən
edilməsini zəruri hesab edirikmi. Mən cavab verdim ki, bunu biz öz aramızda
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
15
həll etməyə ümidliyik, nəticələr barədə isə müttəfiqlərə məlumat verəcəyik.
Fikirləşirik ki, konfrans Ramazan bayramından tez başlamayacaq” [4, v.52-
53].
İstanbul hökumətinin təklifinə uyğun olaraq M.Ə.Rəsulzadə Azərbaycan
Cümhuriyyətinin sərhədlərini xırda detallarına qədər izah edib və bunu xəritə
üzərinə köçürüb [9, v. 26-27] iyulun 12-də Osmanlı Xarici İşlər Nazirliyinə
təqdim etdi [9, v. 24-25]. M.Ə.Rəsulzadənin “Azərbaycan Hökuməti
Hüdudları” başlığı ilə təqdim etdiyi bu sənəddə Azərbaycanın Türkiyə,
Ermənistan, Gürcüstan və Dağıstanla olan sərhədləri dağ zirvələri və mühüm
məntəqələrlə təsbit edilərək dəqiq göstərilmişdi [9, v. 25]. Bura bütün Bakı
quberniyası (Bakı şəhəri də daxil olmaqla Bakı qəzası, Cavad, Göyçay,
Şamaxı, Quba, Lənkəran qəzaları), bütün Yelizavetpol (Gəncə) quberniyası
(Yelizavetpol (Gəncə), Cavanşir, Şəki, Ərəş, Qarabağ, Karyagin (Cəbrayıl),
Zəngəzur, Qazax qəzaları), İrəvan quberniyasının bir hissəsi (Naxçıvan
qəzasının Ordubad hissəsi, Şərur-Dərələyəz qəzasının bir hissəsi, Yeni
Bayazid qəzasının bir hissəsi), Tiflis quberniyasının bir hissəsi (Borçalı,
Sığnax və Tiflis qəzalarının bir hissəsi) və Zaqatala sancağı daxil idi [9, v.
24-25, 26-27; 7, v. 10-11; ARDA, v. 27].
Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadə ölkənin əhatə
etdiyi ərazilər və sərhədləri ilə bağlı detallı məlumatları və bunun əsasında
hazırlanan xəritəni Osmanlı hökumətinə təqdim etdikdən bir neçə gün sonra,
1918-ci il iyulun 17-də Azərbaycan Cümhuriyyətinin əhalisi, əhatə etdiyi
ərazilər, dövlət quruluşu və iqtisadiyyatı ilə bağlı ayrıca bir bəyanatla da çıxış
etdi [7, v. 10-11]. Bəyanat İstanbulda olan xarici ölkələrin səfirliklərinə
təqdim edilməklə yanaşı, mətbuatda da dərc edildi. Türk və fransız dillərində
qələmə alınan bəyanatda Azərbaycanın əraziləri ilə bağlı deyilirdi: “1918-ci
il mayın 28-də istiqlalını elan edən Azərbaycan Bakı və Gəncə vilayətlərini,
Zaqatala sancağını və Tiflis və Ġrəvan vilayətlərinin bir qismini əhatə edir,
ümumi ərazisi 100600 km
2
-dir. Əhalisi 3400000 nəfərə yaxındır...” [7, v.10-
11].
4.İstanbul konfransındakı erməni nümayəndə heyətinin bəyanatı
1918-ci ilin yayında İstanbul konfransına gələn digər Qafqaz heyətləri də
təmsil etdikləri ölkələrin quruluşu, idarə şəkli, əhatə etdiyi ərazilər və
sərhədləri haqqında mətbuatda bəyanatla çıxış etməklə yanaşı, Osmanlı
hökumətinə və İstanbuldakı səfirliklərə bu barədə notalar təqdim edirdilər.
Bu bəyanat və notalarda Qafqaz respublikaları arasında qarşılıqlı ərazi
iddiaları öz əksini tapırdı. 1918-ci ilin yayında Azərbaycana qarşı ən böyük
ərazi iddiaları ilə çıxış edən ölkə Ermənistan idi. Bəhs edilən dövrdə
İstanbuldakı erməni nümayəndə heyəti (Avetis Aharonyan, Alaksandr
Xatisyan, Mixail Papacanov, Mixail Korqanov, Qriqor Xatisyan, Şahparyan,
Tiqran Mirzayan, Aqop Koçaryan, Artin Adamyan, Leon Livicyan, Arşak
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
16
Aronyan) Ermənistanın Osmanlı imperiyası, Azərbaycan və Gürcüstanla
münasibətlərini sülh və əminamanlıq üzərində qurmaq və ölkələr arasındakı
sərhədləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən etmək istəyi ilə bağlı
bəyanatla çıxış etsə də [24], gerçəkdə erməni hökuməti belə bir mövqedən
uzaqda dayanırdı. Azərbaycan torpaqlarında özlərinə dövlət yaradan
ermənilər bununla kifayətlənməyib, Azərbaycanın əzəli torpaqları olan
Naxçıvan, Zəngəzur, Qarabağ, Qazax və digər bölgələrə ərazi iddiaları ilə
çıxış edirdilər.
Erməni nümayəndə heyəti öz bəyanatında Ermənistan hökumətinin
“Türkiyə erməniləri” məsələsi ilə maraqlanmadığını, bu məsələnin Osmanlı
hökumətinin daxili işi olduğunu və buna görə də adı çəkilən məsələnin
heyətin də proqramında olmadığını vurğulayır, daha sonra Avropa
dövlətlərinin himayəsinə sığınmağın ermənilər üçün çox baha başa gəldiyini
və bu dövlətlərdən erməni xalqına heç bir xeyir gəlmədiyini bəyan edir və
artıq yorulan erməni xalqının bundan sonrakı dövrdə Osmanlı hökumətinin
xeyirxahlığına sığınaraq Türkiyə, həmçinin Azərbaycan və Gürcüstanla yaxşı
qonşuluq münasibətləri təsis edib sakit yaşamaq istədiyini bildirirdi [24; 29].
Erməni nümayəndə heyətinin üzvü A.Xatisyan İstanbul mətbuatına verdiyi
müsahibəsində Qafqazda erməni dövlətinin məhz Türkiyənin yardımı ilə
yaradıldığını etiraf edir və bundan sonrakı dövrdə də Ermənistanın yaşaması
üçün İstanbul hökumətinin qayğı və köməyinə ehtiyac olduğunu xatırladaraq
deyirdi: “Türkiyə Ermənistanın dünyaya gəlməsində əbəlik (mamaçalıq –
V.Q.) vəzifəsini ifa etdi. Fəqət, əbənin bir vəzifəsi də dünyaya gətirdiyi
körpənin böyüməsinə diqqət yetirməkdir” [21].
Bu vaxta qədər Rusiya, İngiltərə və Fransa kimi Avropa dövlətlərinin
himayəsinə sığınıb Türkiyəyə qarşı etdikləri bütün pisliklərə baxmayaraq,
onlara dövlətin məhz elə İstanbul hökuməti tərəfindən yaradıldığını etiraf
edən ermənilər bundan sonrakı planlarını gürçəkləşdirmək üçün zahiri də
olsa, Türkiyəyə sığındıqlarını və həmçinin qonşuları ilə normal münasibətlər
qurub yaşamaq istədiklərini bəyan etsələr də, onların fəaliyyəti və bütün
qonşularına qarşı ortaya qoyduqları ərazi tələbləri bunu mümkünsüz edirdi.
5.Ermənistan daxilində qalan müsəlmanların Türkiyə erməniləri ilə
“yurd mübadiləsi” təklifi
İrəvan hökuməti və onun dəstəklədiyi erməni quldur dəstələri
Ermənistanın ərazi iddiaları irəli sürdüyü Azərbaycan ərazilərində türk-
müsəlman əhalisinə qarşı soyqırım cinayətləri həyata keçirməklə və
müsəlmanlardan boşaldılan bu ərazilərdə Türkiyədən gələn erməni
qaçqınlarını yerləşdirməklə demoqrafik vəziyyəti ermənilərin xeyrinə
dəyişməkdə idilər. Ermənistan sərhədləri daxilində qalan müsəlmanlara qarşı
da soyqırım və diskriminasiyanın miqyası son dərəcə genişlənmişdi.
Ermənistan daxilində qalan müsəlmanların tamamilə məhv edilməsinin
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
17
qarşısını almaq məqsədilə Osmanlı hökuməti Ermənistandakı müsəlmanların
Türkiyə erməniləri ilə yurd mübadiləsini həyata keçirməyi İrəvan hökumətinə
təklif etdi və bununla bağlı 1918-ci il iyunun sonlarında Aleksandropolda
tərəflər arasında danışıqlar aparıldı. Ermənistan təmsilçiləri bu danışıqlarda
zahirən müsəlmanlarla ermənilərin mübadilə edilməsi təklifinə razı oldular,
amma bunu əhalinin arzusu ilə etməyi şərt qoydular. Lakin bu şərt Osmanlı
tərəfini təmin etmədi [9, v. 30]. Ermənistan təmsilçiləri ilə danışıqlar aparan
9-cu ordu komandanlığından Şərq Orduları Qrupunun komandan vəkili Əsəd
paşa vasitəsilə Osmanlı Hərbi Nazirliyinə göndərilən 5 iyul 1918-ci il tarixli
şifrəli teleqramda bütün bunlar haqqında geniş məlumat verilir və qeyd
edilirdi ki, müsəlmanlarla ermənilərin mübadilə edilməsi təklifinə
ermənilərin qoyduğu şərt, yəni bunun əhalinin arzusu ilə həyata keçirilməsi
şərti qəbul edilərsə əgər, o zaman Osmanlı ərazilərindəki ermənilər İrəvan
ərazisinə getmək istəməyəcək, amma oradakı müsəlmanlar məhv olmaqdan
qurtulmaq üçün Osmanlıya hicrət edəcəklər, onsuz da müsəlmanlar hicrət
etməkdədirlər [9, v.30]. Buna görə də erməni tərəfinin irəli sürdüyü şərt
türklər tərəfindən qəbul edilmədi. Nəticədə, bu məsələnin də İstanbulda
keçiriləcək konfransda müzakirə və həll edilməsi qərarlaşdırıldı. Osmanlı
hökumətinə, eyni zamanda İstanbuldakı erməni nümayəndə heyətinə bu
barədə məlumat verildi [9, v.30]. Lakin İstanbuldakı erməni nümayəndə
heyəti bu məsələnin müzakirə və həll edilməsinə maraq göstərmədi. Çünki
adı çəkilən heyətin qaldırdığı iddialar və ümumilikdə fəaliyyəti göstərir ki,
onlar özləri üçün məqbul hesab etmədiyi belə məsələlərin həlli ilə məşğul
olmaq niyyətində olmayıb, Ermənistanın ərazi sərhədinə malik olduğu hər üç
dövlətə qarşı böyük ərazi iddiaları ortaya qoymuşdular.
6.Erməni nümayəndə heyətinin “Cənubi Qafqazın milli zəmində
bölüşdürülməsi və sərhədlərin təyin edilməsi haqqında” notası
İstanbuldakı erməni nümayəndə heyəti Türkiyə mətbuatına verdiyi
müsahibə və bəyanatlarında Ermənistanın Azərbaycan, Türkiyə və
Gürcüstana qarşı yönələn ərazi tələbləri ilə çıxış etdi. Bunun ardınca, erməni
heyəti 1918-ci il iyulun 20-də Osmanlı hökumətinə, eyni zamanda
İstanbuldakı Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan səfirliklərinə
“Cənubi Qafqazın milli zəmində bölüşdürülməsi və sərhədlərin təyin
edilməsi haqqında” nota ilə müraciət edib Azərbaycan, Gürcüstan və
Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etdi [9, v.60-74]. Notada göstərilirdi
ki, “Cənubi Qafqazın ümumi sahəsi 210000 km
2
, əhalisi isə 7100000
nəfərdir. Əhalinin 2650000 nəfəri müsəlman (müsəlman gürcülər istisna
olmaqla), 1825000 nəfəri erməni, 1750000 nəfəri gürcü (bura 150000
müsəlman gürcülər də daxildir), 900000 nəfəri isə digər millətlərin
nümayəndələridir. Brest-Litovsk müqaviləsində təsbit olunan Qars, Ərdəhan
və Batum sancaqlarının ərazisi 25500 km
2
, əhalisi isə 600000 nəfərdir. Bu
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
18
rəqəmlər çıxıldıqdan sonra Cənubi Qafqazda qalan ərazi 184000 km
2
, əhali
isə 6500000 nəfərdir ki, bunun da 2450000 nəfəri müsəlman, 1600000 nəfəri
gürcü, 1650000 nəfəri erməni, 800000 nəfəri isə digər millətlərin
nümayəndələridir. Cənubi Qafqaz millətləri malik olduqları ərazini öz
aralarında bölmək məcburiyyətində qalmışlar. Müstəqil və siyasi bir
mövcudiyyətə malik olmaq arzusu olmayan kiçik millətlər istisna olmaq
şərtilə, üç millətin (müsəlmanlar, gürcülər və ermənilər) hökumət tərzində
təşəkkül etməsi qəbul edilmişdir” [9, v. 60].
Erməni nümayəndə heyəti bu rəqəmləri sadaladıqdan sonra göstərirdi ki,
hazırda Ermənistan Respublikası ərazisini təşkil edən və heç bir millət
tərəfindən etiraz olunmayan ərazilər Yeni Bəyazid qəzası (Basarkeçər
adlanan cənub-şərq qismi istisna olmaqla) və İrəvan, Eçmiədzin və
Aleksandropol qəzalarının Türkiyəyə keçən hissələri xaric, yerdə qalan
qisimləridir ki, bu ərazilər də ümumi olaraq 9000 km
2
təşkil edir və burada
yaşayan 321000 nəfər əhalinin 230000 nəfəri erməni, 80000 nəfəri (bu
rəqəmə 5000 kürd də daxildir) müsəlman, 5000 nəfəri yezidi, 6000 nəfəri isə
digər millətlərin nümayəndələridir [9, v.63, 69].
Ermənistana ayrılan bu ərazi ilə heç cür razılaşmaq istəməyən erməni
nümayəndə heyəti notasında göstərirdi ki, “hazırda Ermənistanın ərazisi 9000
km
2
-dir ki, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən bu ərazidə
Cənubi Qafqazda olan ermənilərin cəmi 8-də 1 hissəsi yaşayır. Bu kiçik ərazi
Cənubi Qafqazın ümumi ərazisinin cəmi 5 faizini təşkil edir, halbuki
ermənilər Cənubi Qafqaz əhalisinin 29 faizini təşkil edirlər. Buna görə də,
erməni nümayəndə heyəti Ermənistanı 52500 km
2
əraziyə malik bir dövlət
kimi təsəvvür edir və bunun üçün də Araratdan Zəngəzura qədər olan bütün
əraziləri, həmçinin ərazisi 7000 km
2
olan münbit Araz vadisini (baxmayaraq
ki, bu ərazidə 100000 erməni və 160000 müsəlman yaşayır) tələb etməyi
özünün vəzifəsi hesab edir” [9, v.63].
Notada həmçinin, Azərbaycan ərazisinin 94000 km
2
, Gürcüstan ərazisinin
61500 km
2
(tələb edilən Axalkələk qəzası da daxil olduğu təqdirdə 76000
km
2
) olduğu qeyd edilir və Cənubi Qafqazın belə bölünməsinin təbii və
ədalətli olmadığı vurğulanır, adı çəkilən ərazinin milli zəmində üç yerə
bölünməsi təklif edilir və bunun “əsaslandırılması” aparılırdı. Ermənilərin
ərazi-torpaq tələbləri ondan ibarət idi ki, Türkiyə, Gürcüstan və əsasən də
Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisi 52500 km
2
-ə çatdırılsın
[9, v. 65], Azərbaycanın ərazisi 70700 km
2
-ə endirilsin [9, v.73, s.1],
Gürcüstanın ərazisi də 61500 km
2
olsun [9, v.73, s.2]. Notada qeyd edilirdi
ki, “bu halda Cənubi Qafqazın əhalisinin 43 faizini təşkil edən müsəlmanlar
onun ərazisinin 40 faizinə, 28 faizini təşkil edən gürcülər onun ərazisinin 32
faizinə, 29 faizini təşkil edən ermənilər isə onun ərazisinin 28 faizinə sahib
olacaqlar” [9, v.64]. Cənubi Qafqazın bölünməsində irqi-milli prinsipi təklif
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
19
edən ermənilər, Azərbaycan tərəfinin istinad etdiyi etnik-dini və coğrafi və
gürcü tərəfinin istinad etdiyi tarixi nöqteyi-nəzərlərlə razılaşmırdılar.
Erməni heyətinin notasında qeyd olunurdu ki, Osmanlı dövləti ilə Cənubi
Qafqaz arasında Batum müqavilələri ilə təsbit edilən sərhədlər dəyişməz
qalacaqsa və eyni zamanda, gürcü və azərbaycanlıların böyük ərazi tələbləri
gerçəkləşərsə, o zaman Cənubi Qafqaz ərazisinin üç respublika arasında
bölünməsi aşağıdakı kimi olacaqdır: Azərbaycan - 53 faiz, Gürcüstan - 42
faiz, Ermənistan - 5 faiz [9, v.64]. Bu bölgünü doğru və ədalətli hesab
etməyən erməni heyəti Osmanlı dövləti ilə Cənubi Qafqaz arasında Batum
müqavilələri ilə təsbit edilən sərhədləri də qəbul etmir və Brest-Litovsk
müqaviləsinin müəyyən etdiyi sərhədlərə istinad edirdi.
Qeyd etdiyimiz kimi, Batum konfransında Gürcüstanla Azərbaycan
arasında sərhədlər müəyyən edilməsə də, erməni dövlətinin Osmanlı
imperiyasının yeni şərq sərhədləri ilə Göyçə gölü arasında yaradılması və
beləliklə də Ermənistan-Azərbaycan sərhədinin Göyçə gölü olması
qərarlaşdırılmış və bu sərhədin sadəcə detallarının müəyyən edilməsi
qalmışdı [12, v. 146, 150, 151; 11, v. 94, 96, 98, 100; 9, v. 4]. Erməni
heyətinin notası İrəvan hökumətinin bütün bu razılaşmaları yerinə yetirmək
istəmədiyi faktını da ortaya qoydu.
Erməni heyətinin notasında göstərilirdi ki, İrəvan quberniyası tamamilə,
Tiflis quberniyasının cənub qismi və Yelizavetpol quberniyasının cənub-qərb
hissəsi ermənilərə verilməli və nəticədə Ermənistanın ərazisi 52500 km
2
-ə
çatdırılmalıdır. Bu halda Ermənistan ərazisinə düşən 1762000 nəfər əhalinin
1154000 nəfəri erməni, 526000 nəfəri (bu rəqəmə 61000 kürd də daxildir)
müsəlman, 25000 nəfəri yezidi, 7000 nəfəri gürcü və 50000 nəfəri digər
millətlərin nümayəndələri olacaqdır [9, v.62, 65].
Erməni heyətinin notasına görə, İrəvan hökumətinin bütün qonşularına
qarşı yönəlmiş ərazi tələbləri ümumilikdə 43500 km
2
təşkil edirdi ki, bu
tələblər Ermənistanın ərazisindən təxminən 5 dəfə çox idi. Erməni ərazi
tələblərinin 17600 km
2
-i Türkiyəyə [9, v. 62-63, 68], 16500 km
2
-i
Azərbaycana [9, v.67, 66], 9400 km
2
-i isə Gürcüstana qarşı yönəlmişdi [9,
v.66].
Türkiyəyə qarşı yönələn 17.600 km
2
-lik erməni ərazi tələbləri Batum
müqavilələri ilə Osmanlı dövlətinə keçən, Brest-Litovsk sülhünün müəyyən
etdiyi sərhədlərdən şərqdəki aşağıdakı əraziləri ehtiva edirdi: 1) Axalkələk
qəzası (Canika və Tapikor gölü ətrafı daxil) – 3400 km
2
; 2) Aleksandropol
qəzasının bir qismi - 1600 km
2
; 3) Eçmiədzin qəzasının bir qismi - 2300 km
2
;
4) Sürməli qəzası - 3500 km
2
; 5) İrəvan qəzasının bir qismi - 1000 km
2
; 6)
Şərur-Dərələyəz qəzasının bir qismi - 1800 km
2
; 7) Naxçıvan qəzasının bir
qismi - 4000 km
2
[9, v. 68]. Ermənilər saxta rəqəmlərlə əsaslandırmağa
çalışırdılar ki, guya bu ərazilərdə yaşayan 750000 nəfər əhalinin 431000
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
20
nəfərini ermənilər, 272000 nəfərini (bu rəqəmə 33000 kürd daxildir)
müsəlmanlar, 7000 nəfərini gürcülər, 20000 nəfərini yezidilər, 20000 nəfərini
isə digər millətlərin nümayəndələri təşkil edir [9, v. 62-63, 68].
Erməni nümayəndə heyətinin notasına görə, Azərbaycana qarşı yönələn
16500 km
2
-lik erməni ərazi tələbləri isə aşağıdakı əraziləri ehtiva edirdi: 1)
Cavanşir qəzasının bir qismi – 3700 km
2
; 2) Şuşa qəzasının bir qismi – 2300
km
2
; 3) Zəngəzur qəzasının bir qismi – 6000 km
2
; 4) Naxçıvan qəzasının bir
qismi – 500 km
2
; 5) Yelizavetpol qəzasının bir qismi – 2000 km
2
; 6) Yeni
Bəyazid qəzasının Basarkeçər qismi – 600 km
2
; 7) Dərələyəz qəzasının bir
qismi – 1300 km
2
; 8) Karyagin qəzasının bir qismi – 100 km
2
[9, v. 67].
Ermənilər burada da saxta rəqəmlərlə əsaslandırmağa çalışırdılar ki, guya bu
ərazilərdə yaşayan 470000 nəfər əhalinin 322000 nəfərini ermənilər, 147000
nəfərini (bu rəqəmə 23000 kürd daxildir) müsəlmanlar, 1000 nəfərini isə
digər millətlərin nümayəndələri təşkil edir [9, v. 62, 67, 66].
Qeyd etdiyimiz kimi, erməni nümayəndə heyəti öz notasında birbaşa
Azərbaycana qarşı yönələn erməni ərazi tələblərinin 16500 km
2
olduğunu
bildirirdi. Lakin adı çəkilən notada Naxçıvan qəzası ilə bağlı Azərbaycana
qarşı yönələn ərazi tələbi 5000 km
2
olaraq göstərilib. Bu halda notadakı
Azərbaycana qarşı yönələn erməni ərazi tələblərinin qəzalar üzrə verilən
sahələri toplandıqda alınan rəqəmin heç də 16500 km
2
deyil, 21000 km
2
olduğu məlum olur. Qənaətimizcə, bu adı çəkilən sənəddə yol verilmiş bir
rəqəm xətasından irəli gəlib. Belə ki, Naxçıvan qəzası ilə bağlı verilmiş 5000
km
2
rəqəmi səhvən verilib, əslində bu rəqəm 500 km
2
olmalıdır. Çünki
Batum müqavilələrinə görə, Naxçıvan qəzası (Ordubad istisna olmaqla)
Türkiyəyə keçdiyindən, erməni heyəti Naxçıvanla bağlı ərazi tələbini (4000
km
2
) Türkiyəyə, Ordubad isə Azərbaycanın tərkibində qaldığı üçün Naxçıvan
qəzasının bu qismi ilə bağlı ərazi tələbini (500 km
2
) Azərbaycana qarşı
yönəldirdi [9, v. 68, 67].
Gürcüstana qarşı yönələn 9400 km
2
-lik erməni ərazi tələbləri isə aşağıdakı
əraziləri ehtiva edirdi: “Borçalı-Aleksandropol” qəzasının bir qismi – 6000
km
2
və Qazax qəzasının bir qismi – 3400 km
2
[9, v. 66].
Ermənilər burada da
“əsaslandırırdılar” ki, bu ərazilərdə yaşayan 213420 nəfər əhalinin 171000
nəfərini ermənilər, 29000 nəfərini müsəlmanlar, 420 nəfərini gürcülər, 13000
nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir [9, v. 66]. “Borçalı-
Aleksandropol” qəzasında yaşayan 133420 nəfər əhalinin 105000 nəfəri
erməni, 15000 nəfəri müsəlman, 420 nəfəri gürcü, 13000 nəfəri digər
millətlərin nümayəndələri, Qazax qəzasında yaşayan 80000 nəfər əhalinin
66000 nəfəri erməni, 14000 nəfəri isə müsəlman kimi göstərilirdi. Bundan
əlavə, Tiflis şəhərində və onun ətrafında ermənilərin gürcülərdən çoxluqda
olduğu xatırlanır və bu ərazinin erməni tələblərinə daxil edilmədiyi
vurğulanırdı [9, v. 63, 72].
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
21
Ermənilər Qazax və Borçalı qəzaları ilə bağlı ərazi tələblərini
Azərbaycana qarşı deyil, Gürcüstana qarşı irəli sürsələr də, əslində bu qəzalar
tarixi Azərbaycan torpaqları idi və burada yaşayan əhalinin mütləq
əksəriyyətini də türk-müsəlmanlar təşkil edirdilər. Bu zaman Gürcüstan da
Qazax və Borçalı qəzaları ilə bağlı Azərbaycana qarşı ərazi tələbləri irəli
sürmüşdü. Lakin ermənilər bu qəzalarla bağlı ərazi tələblərini yalnız
Gürcüstana qarşı irəli sürür, Azərbaycanın bu qəzalarla bağlı tələblərini isə
nəzərə almırdılar.
Erməni nümayəndə heyətinin notasına görə, Türkiyə Batum müqavilələri
ilə Osmanlı dövlətinə keçən, Brest-Litovsk sülhünün müəyyən etdiyi
sərhədlərdən şərqdəki əraziləri geri qaytardığı təqdirdə, bu ərazilərdən 7400
km
2
-lik bir ərazinin Ermənistana keçməsinə nə Azərbaycan, nə də Gürcüstan
heç bir etiraz etməyəcək [9, v. 71], 6800 km
2
əraziyə isə Azərbaycan tələb
irəli sürəcəkdi [9, v. 74]. Azərbaycanın tələb irəli sürəcəyə ərazilər kimi
Naxçıvan və Sürməli qəzaları, Şərur-Dərələyəz qəzasının Şərur qismi, İrəvan
və Eçmiədzin qəzalarının bir qismi nəzərdə tutulurdu [9, v. 68]. Əlbəttə ki,
bütün bu ərazilər tarixi Azərbaycan torpaqları idi və bu qəzalarda yaşayan
əhalinin də mütləq əksəriyyətini türk-müsəlmanlar təşkil edirdilər. Bu
ərazilərin Türkiyəyə keçmədiyi halda Azərbaycan tərəfinin bu ərazilərə iddia
irəli sürməsi təbii və məntiqli idi. Əslində, Türkiyənin Brest-Litovsk
sərhədlərindən şərqdəki ərazilərdən imtina etdiyi təqdirdə, Azərbaycanın
tələb irəli sürəcəyi ərazilərin sahəsi 6800 km
2
deyil, bu rəqəmin təxminən iki
qatı qədər idi. Görünür, erməni heyəti burada da “hesablama xətası”na yol
verib.
Qeyd edək ki, Mudros barışığından sonra Türkiyə Batum müqavilələri ilə
Osmanlı dövlətinə keçən əraziləri boşaldıb bu ərazilərdən geri çəkilən zaman
Azərbaycan Cümhuriyyəti hökuməti İrəvan quberniyasının Naxçıvan və
Sürməli qəzalarını, Şərur-Dərələyəz qəzasının Şərur hissəsini və İrəvan və
Eçmiədzin qəzalarının bir hissəsini də özünün ərazisi elan etdi və bu əraziləri
öz hakimiyyəti altına keçirmək uğrunda mübarizəyə başladı. Bununla da,
Azərbaycan Cümhuriyyəti ərazisinin bəyan edilən ümumi sahəsi 100600
km
2
-dən 113895,97 km
2
-ə yüksəlmiş oldu [Qafarov, 2022, s.85].
Ermənistanın Türkiyə və Gürcüstana qarşı ərazi tələbi irəli sürdüyü
torpaqların mütləq əksəriyyətinin də tarixi Azərbaycan əraziləri olduğu və
Azərbaycan Cümhuriyyətinin də bu ərazilərə iddialı olduğu nəzərə alındığı
təqdirdə, erməni heyətinin notasında Azərbaycan, Gürcüstan və Türkiyəyə
qarşı irəli sürülən 43500 km
2
-lik ərazi tələblərinin 40000 km
2
-ə yaxın
hissəsinin tarixi Azərbaycan ərazilərinə qarşı yönəldiyi məlum olur [9, v. 65,
66, 67, 68, 74].
Bütövlükdə, ermənilərin irəli sürdüyü ərazi tələblərinə görə, Axalkələk,
Aleksandropol, Eçmiədzin, İrəvan, Sürməli, Şərur, Dərələyəz, Naxçıvan,
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
22
Ordubad, Şuşa-Cavanşir (Qarabağ), Zəngəzur, Qazax və Borçalı əraziləri
Ermənistana verilməli idi [9, v. 60-74; 1, v. 20-21].
Notada ermənilərin tələb etdiyi ərazilərin sahələri və bu ərazilərdə yaşayan
əhalinin etnik tərkibi ilə bağlı verilən cədvəllərin əksəriyyətində yer alan
rəqəmlərin cəmi ilə erməni heyətinin çıxardığı yekun rəqəmlər arasında
kəskin fərqlər vardır. Erməni heyəti tələb etdiyi ərazilərdə yaşayan millətlər
və onların sayını ermənilərin xeyrinə saxtalaşdıraraq göstərir və bununla da
Ermənistanın ərazi-torpaq iddialarını “əsaslandırmağa” çalışırdı.
Ümumiyyətlə, notada ermənilərin xeyrinə saxtalaşdırma o qədər bəsit şəkildə
edilib ki, cədvəllərdəki rəqəmlər arasındakı əlaqəyə belə fikir verilməyib, bir
sonrakı cədvəldə verilən rəqəmlər özündən əvvəlki cədvəldə olan rəqəmləri
təkzib edir.
7.Erməni nümayəndə heyətinin notasına və Qarabağa dair erməni
iddialarına qarşı Azərbaycan nümayəndə heyətinin əks arqumentləri
Erməni heyətinin Cənubi Qafqazın milli zəmində bölüşdürülməsi və
sərhədlərin təyin edilməsi ilə bağlı irəli sürdüyü layihə haqqında məlumatı
Azərbaycan nümayəndələrinə Ənvər paşa verdi [4, v. 25]. Lakin buna qədər
Azərbaycan nümayəndə heyəti Ermənistanın ərazi tələbləri ilə bağlı İstanbul
mətbuatından məlumat almış və buna qarşı sərt mövqe ortaya qoymuşdu.
M.Ə.Rəsulzadə 1918-ci il iyulun 4-də “Azərbaycan-Ermənistan sərhəd
məsələsi” ilə bağlı mətbuatda geniş bəyanatla çıxış etmişdi. Bəyanatda
“Osmanlı imperiyası ilə Ermənistan Respublikası arasında Batumda
imzalanan müqaviləyə görə ermənilərin yalnız Göyçə gölünün qərbində
Gümrü, Eçmiədzin və İrəvan qəzalarının bir hissəsində bir erməni hökuməti
təsis edə biləcəkləri” vurğulanır və ardınca qeyd edilirdi ki, Batumda
Ermənistanla Azərbaycan arasında sərhədin Göyçə gölü olduğu
qərarlaşdırılsa da, iki ölkə arasında sərhəd xəttinin detalları hələ ki, təyin
edilməmiş və bundan istifadə edən ermənilər Azərbaycana qarşı bir sıra ərazi
tələbləri irəli sürmüşlər. Bu istəklər göstərir ki, Ermənistan hökuməti erməni
təşkilatı tərəfindən ortaya atılan sərhəd layihəsinin təsirindən çıxa
bilməmişdir. Çünki uzun zamandan bəri Cənubi Qafqazın idarəçilik
bölgüsünü dəyişmək erməni təşkilatının ən böyük məqsədi idi [21, s.6].
Bəyanatda həmçinin, ermənilərin Cənubi Qafqazın heç bir quberniya və
qəzasında toplu olaraq yaşamadıqları, onların hər tərəfdə dağınıq və
əksəriyyəti təşkil edən müsəlman əhalinin içində yaşadıqları vurğulanır və
erməni heyətinin ərazi tələbləri irəli sürdüyü qəzaların etnik tərkibi ilə bağlı
verdiyi məlumatların saxta olduğu və həqiqəti əks etdirmədiyi, əslində isə o
qəzaların hamısında türk-müsəlman əhalinin mütləq çoxluq təşkil etdiyi
diqqətə çatdırılır və daha sonra qeyd edilirdi ki: “DaĢnaksütyun partiyasının
təĢəbbüsü ilə ortaya atılan bu layihəyə görə Gəncə vilayəti ikiyə bölünməli:
dağlıq hissələri Ermənistana, sırf müsəlman əhali ilə məskunlaĢan ovalıq
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
23
qismi isə Azərbaycana verilməlidir. Gəncə vilayətinin bu Ģəkildə bölünməsi
900 minə qədər müsəlman əhalini iki yerə parçalayır ki, bu da sağlam
vücudu parçalamaq, onu həm iqtisadi və həm də siyasi məhkum və məhv
etmək deməkdir. Ovalarda yaĢayan müsəlman əhali dağlıq hissədən məhrum
olarsa, bütün iqtisadi həyatı iflic olar. Ovada yaĢayanlar əksəriyyət etibarilə
heyvandarlıqla məĢğul olurlar. Yayda çobanlar davar və mallarını dağa
çıxara bilməsələr, bütün sərvətləri tələf olar. Bunun üçün də onlar dağa
köçmək məcburiyyətindədirlər. Bu köçərilik yalnız mal və davarlarını deyil,
onların özlərini belə qızdırma və digər xəstəliklərdən xilas edir... Həmçinin,
ovaları sulayan çaylar dağlardan gəlir. Əgər bu suların məcrası baĢqa bir
tərəfə çevrilərsə, yaxud sadəcə suyun verilməsinin qarĢısı alınarsa, o zaman
səhradakı zəngin pambıq, buğda, düyü və s. əkinlər tamamilə məhv olar.
Ovalıqda yaĢayanlar dağda yaĢayanlardan daha çox suya möhtacdırlar...
Buna görə də həyat mənbələri olan suların baĢqa bir idarədə, baĢqa bir
hökumət və millət idarəsində olmasına qətiyyən razı olmazlar. Ovalıq olan
yerlərdə meĢələr yox kimidir. Halbuki dağlar meĢələrlə örtülüdür.
Ovalıqdakı evlər və digər tikililər üçün material dağdakı meĢələrdən gətirilir.
Təbiidir ki, ovalıqdakılar meĢəsiz qala bilməzlər...” [21, s.6-7].
Azərbaycan nümayəndə heyətinin rəhbəri bütün bu arqumentləri
gətirməklə göstərirdi ki, Gəncə vilayətinin dağlıq hissəsi ilə ovalıq hissəsini
bir-birindən ayırmaq mümkün deyildir. Bu ərazilərin bir-biri ilə iqtisadi
cəhətdən bağlı və asılı olduqlarını da faktlarla göstərən M.Ə.Rəsulzadə ən
əsas arqumentə gələrək qeyd edirdi ki, Gəncə vilayətinin dağlıq hissəsi heç
də erməni heyətinin iddia etdiyi kimi yalnız ermənilərlə məskun deyildir.
Dağların yuxarı qisimləri tamamilə müsəlman əhali ilə məskundur ki, bunu
statistik məlumatlar və etnik xəritələr də göstərir. Bütün bunları diqqətə
çatdırdıqdan sonra M.Ə.Rəsulzadə bəyan edirdi ki, müəllifi Daşnaksütyun
olan bu layihənin qəbul edilməsi 900 min müsəlmanın iflası və onların 3
milyona qədər mal və davarının məhvi demək olacaq [21, s.7].
M.Ə.Rəsulzadə, bəyanatının sonunda İrəvan məsələsinin tarixin diktəsi və
hərbi məcburiyyətlə ermənilərin xeyrinə həll edildiyini xatırladır və ardınca
bildirirdi: “Əlqərəz, bizcə Ermənistanın Azərbaycanla olacaq hüdudu Göyçə
gölünün ortasından bir ayırıcı xətt çəkmək şərtilə ola bilər və bu xəttin
şərqinə qətiyyən keçə bilməz” [21, s.7].
Bu bəyanatdan sonra qəzet müxbirinin Azərbaycan nümayəndəsinə
ünvanladığı “Sərhəd məsələsində ermənilər etnoqrafiyaya, gürcülər isə tarixi
əsaslara istinad edir, siz hansı nöqteyi-nəzərə istinad edirsiniz” sualına
M.Ə.Rəsulzadə “biz həm etnoqrafiya, həm də coğrafiya qanunlarına istinad
edirik” deyə cavab verdi. Müxbirin “yəni tarixi nöqteyi-nəzərə etibar
etmirsiniz” sualına isə M.Ə.Rəsulzadə aşağıdakı cavabı verdi: “Biz tarixi irəli
sürmək istəmirik. Çünki bu halda bütün Cənubi Qafqazı istəmək lazım gələr!
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
24
Bu isə digər millətlərə bizim hakim olmağımızı istəmək deməkdir. Halbuki
bu keçmişə aiddir. İndi biz millətlərin öz müqəddəratlarını təyin etmələri
prinsipini qəbul etmiş olduğumuzdan belə bir iddiada olmaq istəmirik” [21,
s.7].
M.Ə.Rəsulzadənin bu bəyanatını dərc edən “Haftalık Qazete”
Azərbaycan-Ermənistan ərazi-sərhəd problemləri ilə bağlı erməni tərəfinin
mövqeyini öyrənməyə çalışdı. Erməni nümayəndə heyətinin etnoqrafiya və
sərhəd məsələləri üzrə müşaviri Qriqor Xatisyan, ermənilərə ayrılan ərazinin
çox kiçik olmasını ədalətsiz hesab edərək, Cənubi Qafqazın əhali sayına görə
və hər millətin öz ərazisində 70 faizdən yuxarı əksəriyyət təşkil etməsi
prinsipinə uyğun olaraq üç millət arasında bölünməsini təklif etdi və erməni
heyətinin yuxarıda qeyd etdiyimiz “Cənubi Qafqazın milli zəmində
bölüşdürülməsi və sərhədlərin təyin edilməsi haqqında” notasının
müddəalarını bəyan etdi. Q.Xatisyan təklif edirdi ki, Cənubi Qafqaz ərazisi
etnik prinsiplərə görə bölünərsə əgər, bu halda ərazinin 42 faizi
müsəlmanlara, 29 faizi gürcülərə və 28 faizi də ermənilərə düşməlidir. Lakin
bu halda gürcü və müsəlmanlar öz ərazilərində mütləq əksəriyyəti təşkil
etsələr də, ermənilər bütün Cənubi Qafqaz ərazisinə səpələndiyindən onlar
Ermənistanda heç 70 faiz nisbətini təşkil edə bilməzlər [22, s.6-7].
Q.Xatisyan həmçinin “Haftalık Qazete”nin 1918-ci il 1 avqust tarixli 6-cı
sayında M.Ə.Rəsulzadənin adı çəkilən qəzetin 1918-ci il 4 iyul tarixli 2-ci
sayında dərc edilmiş, yuxarıda haqqında bəhs etdiyimiz, bəyanatına da cavab
bəyanatı ilə çıxış etdi. Bəyanatda Azərbaycan nümayəndəsinin Cənubi
Qafqazın milli zəmində bölüşdürülməsi və sərhədlərin təyin edilməsi ilə bağlı
erməni layihəsini istehza ilə qarşılamasına və Cənubi Qafqazın əhalisinin 29
faizini təşkil edən ermənilərə bu ərazinin cəmi 5 faizinin ayrılmasını ədalətli
hesab etməsinə təəssüf ifadə edilir, Gəncə quberniyasının dağlıq hissəsinin
ermənilərə verilməsinin mümkünsüzlüyü ilə bağlı M.Ə.Rəsulzadənin
gətirdiyi arqumentlərin “əsassız” olduğu göstərilirdi. Q.Xatisyan irəli sürülən
erməni ərazi iddialarının sağlam əsaslara söykəndiyini iddia edir və
Azərbaycan tərəfi ilə ərazi-sərhəd məsələsində ortaq məxrəcə gəlməyin
mümkün olmadığı təqdirdə bu məsələnin beynəlxalq hakimlərin ixtiyarına
verilməsini təklif edirdi [Hatisyan Gregor,1334, s.4-6].
Erməni nümayəndəsinin bu bəyanatı dərc edildikdən sonra M.Ə.Rəsulzadə
“Haftalık Qazete”nin redaksiyasına xüsusi məktubla müraciət etdi. Məktubda
Q.Xatisyanın bəyanatına etiraz edilir və onun gətirdiyi arqumentlərin əsassız
olduğunu sübut etmək məqsədilə Azərbaycan nümayəndə heyətinin üzvü
Ə.Şeyxülislamov tərəfindən hazırlanan izahat təqdim edilirdi. Adı çəkilən
qəzetin 1918-ci il 15 avqust tarixli 8-ci sayında dərc edilən bu izahatda
Cənubi Qafqazın quberniya və qəzalarının demoqrafik və etnoqrafik
vəziyyətini əks etdirən statistik məlumatlar və bu məlumatlar əsasında
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
25
hazırlanan etnoqrafik xəritələr yer almışdı. Burada tarixi-etnoqrafik və
coğrafi dəllillər əsasında aparılan təhlillərlə erməni iddialarının əsassız
olduğu sübut edilir və göstərilirdi ki, Cənubi Qafqazda ermənilər kompakt
deyil, səpələnmiş şəkildə yaşadıqları üçün onların yaşadıqları ərazilərdən bir
erməni dövləti təşkil etmək mümkün deyildir. Erməni heyətinin tələb etdiyi
1.200.000 nəfər erməninin yaşadığı bir Ermənistan təşkil etmək üçün 857.000
nəfər erməni olmayan və əsasən də müsəlmanlar olan əhalini də bu dövlətin
ərazisinə daxil etmək lazım olacaqdır ki, bu da Ermənistan əhalisinin 40
faizindən çoxu deməkdir. Müqayisə üçün qeyd edilirdi ki, Azərbaycan
əhalisinin 73,2 faizini müsəlmanlar, 17 faizini ermənilər, 9,8 faizini isə digər
millətlərin nümayəndələri təşkil edir. Faktlar və rəqəmlər əsasında bütün bu
izahatlar verildikdən sonra, yekun olaraq qeyd edilirdi ki: 1. Nisbət prinsipi
milli-məhəlli prinsipə zidd olduğu üçün rədd edilməlidir; 2. Erməni millətini
bir hökumət dairəsində toplamaq imkanı yoxdur. Hansı surətdə olursa olsun,
Ermənistanda qalan müsəlmanların sayı ən azı 35 faizdən yuxarı olur.
Halbuki, Azərbaycanda qalan ermənilərin sayı cəmi 17 faiz təşkil edir; 3.
Gəncə vilayətinin bölünməsi istər iqtisadi, istər topoqrafik və istərsə də milli
nöqteyi-nəzərdən mümkün deyildir. Bu vilayətin dağlıq qisminin ovalıqdan
ayrılması toplu halda yaşayan və sayca mühüm bir nisbət təşkil edən
müsəlmanları parçalamaq deməkdir; 4. Ermənilər düşdükləri vəziyyətin
olduqca əlverişsiz olduğunu etiraf etməlidirlər. Fəqət bundan qonşular deyil,
məsul olan bir şey varsa, o da erməni millətinin son dərəcə dağınıq bir
şəkildə məskunlaşmasıdır. Eyni zamanda, bu məsələnin hansısa bir süni
vasitələrlə həlli belə mümkün təsəvvür edilmir; 5. Qonşularımız olan
ermənilərə milli məsələlərinin həlli üçün çalışdıqları bu kimi vasitələrdən əl
çəkərək daha müvafiq bir həll yolu tapmaq lazımdır ki, bu yol da hər iki
millətin həyati mənafelərini daha çox anlamaq və daha çox əməkdaşlıqla
hərəkət etmək istiqamətinə yönəlmiş olsun [18, s.1-4].
Azərbaycan nümayəndə heyətinin bu izahatına erməni heyəti adı çəkilən
qəzetin 29 avqust 1918-ci il tarixli 10-cu sayında cavab verib bir daha əvvəlki
mövqeyini təkrarladı və öz iddialarını “əsaslandırmağa” çalışdı [23, s.2-4].
Azərbaycan nümayəndə heyəti Ermənistanın Azərbaycana qarşı ərazi
iddialarının heç bir əsasının olmadığını və faktiki olaraq mövcud olan
Ermənistan Respublikasının da Azərbaycan torpaqlarında yerləşdiyini
dəfələrlə bəyan etməli oldu. M.Ə.Rəsulzadə İstanbul mətbuatına verdiyi
müsahibələrində Qarabağın dağlıq hissəsi və digər tarixi Azərbaycan
torpaqlarına ərazi iddiaları ilə çıxış edən ermənilərin Ermənistan ərazisi
daxilində qalan ərazilərdə, xüsusilə də Yeni-Bəyazid qəzasında türk-
müsəlman əhalisinə qarşı həyata keçirdiyi qırğın və qarətləri də dilə gətirir,
Azərbaycan hökumətinin bununla bağlı İrəvan hökumətinə verdiyi notaları
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
26
xatırladır və bu hallar qarşısında ermənilərlə sülh şəraitində yaşamağın
mümkün olmayacağını bəyan edirdi [20, s.3].
M.Ə.Rəsulzadə İstanbuldan Azərbaycanın xarici işlər naziri
M.H.Hacınskiyə göndərdiyi 1918-ci il 19 iyul tarixli məktubunda ermənilərin
ərazi iddialarından bəhs edərək bildirirdi: “Ermənilər burada şiddətli bir
surətdə türkpərəstlik propaqandası açmışlar. Fikirləri odur ki, yerlərini bir az
bizə, bir az da türklərə doğru genişlətsinlər...” [4, v. 47a]. O, M.H.Hacınskiyə
göndərdiyi 1918-ci il 4 avqust tarixli məktubunda da ermənilərin ərazi
tələbləri və saxta statistikasından bəhs edərək yazırdı: “Ermənilər arzu
etdikləri hüdud üçün Ənvər paşa həzrətlərinə bir layihə və bir xəritə təqdim
etmişlər. Bu xəritədən görünür ki, onlar Türkiyədən Sürməli, Naxçıvan,
Axalkələk, Eçmiədzin və İrəvan sancaqlarını, gürcülərdən Borçalını,
Azərbaycandan da Qazax, Qarabağ, Zəngəzur və Ordubadı tələb edirlər.
Bunu bir çox sənəd və statistik rəqəmlərlə də isbat edirlər. İsbat edirlər ki,
buralarda yüzdə 70 erməni camaatı məskunlaşıb. Və bu surətlə bölünmüş
olan Cənubi Qafqaz ən adilanə bir surətdə bölünürmüş...” [4, v. 25].
1918-ci il iyulun 29-da M.Ə.Rəsulzadə ilə Ənvər paşa arasında baş tutan
görüşdə Azərbaycanla Gürcüstan və Ermənistan arasında olan ərazi-sərhəd
mübahisələri geniş müzakirə olundu. Cənubi Qafqaz ölkələri arasında olan
ərazi-sərhəd problemləri ilə bağlı ətraflı məlumata malik olan Ənvər paşa
Azərbaycan nümayəndəsinə bildirdi ki, Azərbaycanın həm gürcülərlə, həm
də ermənilərlə ərazi-sərhəd mübahisələrinin olması və eyni zamanda bunların
hər ikisi ilə mübarizə aparması müvafiq deyildir. O, təklif etdi ki, bu
mübahisələrin sülh yolu ilə həlli üçün qarşılıqlı güzəştlər olmalıdır.
Azərbaycan nümayəndəsinin təqdim etdiyi layihə və xəritəyə istinad edən
Ənvər paşa qeyd etdi ki, “xəritəyə görə Borçalı vasitəsilə Türkiyəyə bir
koridor açılır. Fəqət bu yerlər hal-hazırda gürcülərin əlindədir. Eyni zamanda,
Azərbaycan layihəsinə görə Qazax qəzasının bir qismi ermənilərə tərk
olunur. Halbuki, ermənilərə bir az vüsət vermək onların iştahasını oyatmaq
deməkdir. Yaxşı olardı ki, Azərbaycan layihəsində təsəvvür olunan Borçalı
ilə Tiflis sancağının mühüm bir qismi gürcülərə verilmək surətilə onlarla bir
itilaf hasil olaydı və o zaman Qazax (qəzasının bir qismi - V.Q.) ermənilərə
verilməyəydi. Əksinə buradan keçməklə Borçalının cənub qismindən
Türkiyəyə arzu olunan koridor açılaydı. Ermənilərin hüdudu isə əski İrəvan
quberniyası hüdudu ilə gedəydi. Bunun müqabilində olaraq Daralagözü
(Dərələyəz - V.Q.) bəlkə də ermənilərə tərk etmək olar” [4, v. 26].
M.Ə.Rəsulzadə bildirdi ki, “şübhəsiz bizim layihədə Niftlikdən keçən sərhəd
gürcülərin ifratına qarşı və kabil-i ifratdır. Oradan geri çəkilmək bizə
mümkündür. Sığnax sancağından da bir qədər verə bilərik. Fəqət
müsəlmanlardan ibarət Borçalını tərk etmək əvəzində ermənilərdən ibarət bir
hissəni götürmək onsuz da Azərbaycanda çox olan Ermənistan ünsürünü
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
27
çoxaldır, bizi isə azaldır. Daralagözü tərk etmək isə qətiyyən mümkün
deyildir. Çünki burasının böyük əksəriyyəti müsəlmandır” [4, v. 26-26a].
Azərbaycan nümayəndəsinin gətirdiyi arqumentləri dinləyən Ənvər paşa
“elədirsə, Daralagözü də verməyin” dedi [4, v. 26a]. Daha sonra Ənvər paşa
M.Ə.Rəsulzadəyə tövsiyyə etdi ki, siz öz nöqteyi-nəzərinizdə israr edin, lakin
gürcülərlə anlaşmaq üçün də bir layihəniz olsun. M.Ə.Rəsulzadə də Ənvər
paşadan xahiş etdi ki, gürcülərə də Azərbaycanla anlaşmağı tövsiyyə etsin.
Lakin gürcülərin fəaliyyəti göstərdi ki, onlar da ermənilər kimi,
Azərbaycana qarşı olan ərazi-sərhəd iddialarını silah yolu həll etmək
istəyirlər. Ənvər paşanın tövsiyyəsinə uyğun olaraq M.Ə.Rəsulzadə gürcü
nümayəndə heyətinin üzvü G.Qvazava ilə görüşüb Azərbaycanla Gürcüstan
arasında olan ərazi-sərhəd məsələlərini müzakirə etmək istədi. Lakin bu
zaman G.Qvazava cibindən bir xəritə çıxarıb Azərbaycan nümayəndəsinə
göstərdi. Bu xəritədə Gürcüstanın ərazisi bir tərəfdən Göyçə gölü və Qazax
qəzasına qədər enir, digər tərəfdən Zaqatalanı da az qala ehtiva edirdi. Gürcü
nümayəndəsi bu xəritəni göstərərək, “ancaq bunu əsas tutaraq sərhədlərin
təyin edilməsi xüsuslarını danışmaq olar, yoxsa qətiyyən barışmarıq, qan
tökmək lazım gələr” deyə sərt bir mövqe ortaya qoydu. M.Ə.Rəsulzadə də
gürcü nümayəndəsinə “nə edək, məcbur qalınca qan da tökmək olar” deyə bir
cavab verdi [4, v. 18a]. Bununla da, Azərbaycan tərəfinin Gürcüstanla olan
ərazi-sərhəd mübahisələrini İstanbulda danışıqları yolu ilə həll etmək üçün
göstərdiyi təşəbbüs nəticəsiz qaldı.
1918-ci il sentyabrın əvvəllərində məlum oldu ki, artıq dünya
müharibəsinin gedişi, həmçinin Türkiyə və Almaniya arasında mövcud olan
ziddiyyətlərin dərinləşməsi ilə əlaqədar olaraq İstanbul konfransının
toplanması məsələsi gündəlikdə deyil. Bunu yəqin edən gürcü və erməni
nümayəndə heyətlərinin sorğusuna cavab olaraq Osmanlı hökuməti məsləhət
bildi ki, daha iki həftə gözləsinlər, əgər bu müddət ərzində hansısa bir
dəyişiklik olmazsa, o zaman hər bir heyət İstanbulda bir-iki nümayəndə
saxlamaqla Osmanlı paytaxtını tərk edə bilər [33, s.2; 30, s.2; 31, s.3].
Osmanlı hökuməti belə hesab edirdi ki, Tələt paşanın Berlin səfərində
İstanbul konfransı ilə bağlı yekun qərar veriləcəkdir [34, s.2]. Sentyabrın 6-da
Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqaz heyətləri Osmanlı
sultanı tərəfindən qəbul edildi [35, s.2]. Bir qədər sonra gürcü heyəti
G.Qvazavanı İstanbulda saxlayaraq, Tiflisə hərəkət etdi. Azərbaycan və
erməni heyətləri isə hələ bir müddət İstanbulda qaldılar [36, s.3; 37, s.2].
1918-ci il sentyabrın 20-də Ermənistanın xarici işlər naziri A.Xatisyan
İstanbuldakı erməni nümayəndə heyəti adından Osmanlı xarici işlər naziri
Əhməd Nəsimi bəyə bəyanat göndərdi. Müharibə dövründə və ondan sonrakı
dövrdə Ermənistanın daxili işləri, ədliyyə, maliyyə, hərbi və xarici işləri kimi
məsələlərlə bağlı açıqlamaların yer aldığı bu bəyanatda müharibənin yol
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
28
açdığı zərərlərin aradan qaldırılması, türk qoşunlarının Ermənistan
ərazisindən çıxarılması və erməni qaçqınlarının öz yerlərinə qaytarılmasının
vacib olduğu vurğulanır, habelə Ermənistanın Türkiyə, Gürcüstan və
Azərbaycanla sərhədlərinin etnik prinsiplərə uyğun təyin edilməsi və
sərhədlərin qarşılıqlı qorunmasının zəruri olduğu bəyan edilirdi [8, v. 2-5].
Bu zaman Vyana mətbuatı (“Leipziger und Zeitung”) Qafqaz ölkələri
arasında mövcud ərazi-sərhəd və digər problemlərin həlli üçün ən yaxşı yol
kimi bu ölkələrin Türkiyənin himayəsi altında federasiya təşkil etməsini təklif
etdi [40, s.2; 38, s.1; 39, s.11]. Lakin heç bir Qafqaz ölkəsi bu təklifə müsbət
yanaşmadı. Çünki Gürcüstan Almaniyanın himayəsinə girmişdi. Ermənistan
da buna can atırdı. Azərbaycan və Şimali Qafqaz isə onsuz da Türkiyə ilə
ittifaqda hərəkət edirdilər.
1918-ci ilin sentyabr ayının sonlarında dünya müharibəsinin gedişində baş
verən hadisələr və Almaniya-Osmanlı blokunun artıq məğlubiyyət ərəfəsində
olması ilə əlaqədar olaraq Dördlər İttifaqı ölkələri ilə Qafqaz respublikaları
arasında İstanbulda keçirilməsi nəzərdə tutulan konfrans baş tutmadı.
Bununla da Qafqaz respublikaları arasında mübahisəli ərazi-sərhəd
məsələlərinin İstanbul konfransında həll edilməsinə olan ümidlər puça çıxdı.
Qafqaz respublikalarının İstanbulda olan nümayəndə heyətləri geri qayıtdılar.
8.Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağ məsələsi
ilə bağlı Tiflis və İrəvanda aparılan müzakirələr
Ermənilərin Azərbycana qarşı qaldırdığı ərazi iddiaları Tiflisdə
Azərbaycan, Ermənistan və Almaniya nümayəndələri arasında da müzakirə
mövzusu oldu. Ermənistanın Gürcüstandakı diplomatik təmsilçisi Arşak
Camalyan Qarabağa olan erməni iddialarını təmin etmək üçün bir tərəfdən
Qafqazdakı alman hərbi missiyasının rəhbəri von Kressin bu məsələyə
müdaxilə etməsinə çalışır, digər tərəfdən 1918-ci il iyulun 23-də
Azərbaycanın Gürcüstandakı diplomatik təmsilçisi Məmməd Yusif Cəfərova
məktub göndərərək, Gəncə quberniyasının dağlıq hissəsinin Azərbaycanla
Ermənistan arasında mübahisəli ərazi olmasını bəyan edir və bu məsələnin
İstanbul konfransında həll ediləcəyini bildirirdi. Lakin M.Y.Cəfərov
A.Camalyanın məktubuna qəti etiraz edərək, Qarabağın mübahisəli ərazi
olmadığını bəyan etdi [3, v. 1-2].
1918-ci ilin iyulunda Nuru paşanın Qarabağdakı erməni quldur dəstələrini
zərərsizləşdirmək məqsədilə ora qoşun göndərməsindən narahat olan
ermənilər von Kressə müraciət edərək ondan kömək istədilər. Von Kress
erməni nümayəndəsinə Qarabağda türk komandanlığına qarşı düşmənçilik
hərəkətlərinə yol verməməyi məsləhət görməklə [2, v. 43] yanaşı, Nuru
paşaya ünvanladığı məktubunda da Qarabağa türk-müsəlman əsgərlərinin
yeridilməsinin qarışıqlığa səbəb olacağını, qan töküləcəyini və bunun üçün də
İstanbul konfransına qədər mövcud status-kvonun qorunub saxlanılmasının
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
29
vacib olduğunu bildirirdi [10, v. 31]. Nuru paşa Osmanlı Hərbi Nazirliyinə
göndərdiyi 1918-ci il 3 avqust tarixli raportunda “indiyə qədər gürcüləri
himayə etmək məqsədilə müsəlmanlarla müharibə aparan almanların indi də
erməniləri himayə etməyə başlamasını” vurğuladıqdan sonra von Kressin
Qarabağa qoşun yeritməməklə bağlı məktubu haqqında məlumat verir, daha
sonra isə qeyd edirdi: “Göyçə gölünün şərq sahili tamamilə müsəlman
olduğundan bu ərazinin Azərbaycanda qalması lazımdır. Qarabağa gəlincə,
buranın əhalisinin dörddə üçü müsəlman, dörddə biri ermənidir. Ermənilər
Şuşa ətrafında sıxlıq təşkil etsələr də, buranın ətrafı tamamilə müsəlmandır.
Buna görə də Göyçə gölünün cənubunda Azərbaycan əhalisi olduğundan
buranın Osmanlı mülkünə həmsərhəd olması zəruridir. Bakıdan Culfaya
gedən dəmir yolunun yüzdə altmışı artıq tikildiyindən bu xəttin heç bir əcnəbi
ərazisindən keçmədən Osmanlı dəmir yolları ilə birləşməsi fövqəladə
dərəcədə mühümdür. Qarabağ Qafqazın mədən cəhətdən ən zəngin bir
məntəqəsi olub, hazırda üç böyük mis mədəni işlədilməkdə olduğu ilə yanaşı,
dəmir, qurğuşun, qalay, sink mədənləri də çox boldur. Son olaraq, Qarabağ
yaylaları Kür və Araz çayları vadisində yaşayan iki milyon müsəlmanın
yeganə həyat mənbəyi olduğundan, bu ərazi olmadan Qarabağ əhalisinin
yaşamaları ehtimalı yoxdur” [10, v. 31]. Nuru paşanın bu raportunun bir
surəti avqustun 25-də Baş Komandanlıq Vəkalətindən Osmanlı Xarici İşlər
Nazirliyinə göndərildi ki, Qarabağla bağlı erməni iddiaları müzakirə
olunarkən bu xüsuslar nəzərə alınsın [10, v. 30].
1918-ci il sentyabrın 15-də Bakının azad edilməsindən sonra Qafqaz İslam
Ordusu bir tərəfdən Dağıstan əməliyyatını, digər tərəfdən də Qarabağ
əməliyyatını həyata keçirməyə başladı. Çünki Qarabağdakı erməni silahlı
birləşmələri bu ərazidə türk-müsəlman əhalisinə qarşı soyqırım aktları həyata
keçirməkdə idi. Qafqaz İslam Ordusu Qarabağ istiqamətində hərəkata
başlayan kimi İrəvan hökumətinin göstərişi ilə Tiflis və İstanbuldakı erməni
diplomatları hərəkətə keçdilər. Tiflisdəki erməni nümayəndəsi A.Camalyan
von Kressə müraciət edib, bu əməliyyata müdaxilə etməsini xahiş etdi. Von
Kress sentyabrın 28-də erməni nümayəndəsinə bildirdi ki, hazırkı vəziyyətdə
Nuru paşa ilə münasibətlərinin gərginləşməsi ilə əlaqədar olaraq o, bu
prosesə müdaxilə edə bilməyəcək [2, v. 44-45].
Bunun ardınca erməni nümayəndəsi oktyabrın 5-də Tiflisdəki Osmanlı
nümayəndəsi Əbdülkərim paşa ilə görüşüb İslam Ordusunun Qarabağ
istiqamətində hərəkətini dayandırmağı xahiş etdi. Əbdülkərim paşa
Ermənistanla Türkiyə, eyni zamanda Azərbaycan arasında olan mübahisəli
məsələlərin danışıqlar yolu ilə həll edilməli olduğunu xatırlatdı. Oktyabrın 8-
də Əbdülkərim paşanın vasitəçiliyi ilə təşkil edilən Azərbaycan və
Ermənistan diplomatik nümayəndələrinin görüşündə M.Y.Cəfərov
Azərbaycanın həmişə ermənilərə xoş münasibət göstərdiyini, Batum
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
30
konfransının gedişində məhz Azərbaycanın səyləri nəticəsində Ermənistanın
müstəqilliyinin təsbit olunduğunu və İrəvan şəhərinin də Qarabağa bir daha
ərazi iddiaları sürməyəcəkləri şərtilə ermənilərə verildiyini A.Camalyanın
diqqətinə çatdırdı. Lakin erməni nümayəndəsi bu barədə məlumatının
olmadığını bildirməklə yanaşı, Ermənistanın Qarabağ məsələsində hansısa
güzəştə getməyəcəyini bəyan etdi. M.Y.Cəfərov həmçinin qeyd etdi ki,
ermənilər Qarabağla bağlı ərazi iddialarından imtina etdiyi təqdirdə
Azərbaycan tərəfi daha bir sıra güzəştlərə gedə bilər [2, v. 46-48].
Azərbaycan tərəfinin məsələnin sülh yolu ilə həll edilməsi üçün belə bir
güzəştli mövqe ortaya qoymasına baxmayaraq, erməni tərəfinin inadlı
mövqeyi danışıqların nəticəsiz başa çatmasına gətirib çıxardı.
Ermənistan hökuməti həmçinin İrəvandakı Osmanlı təmsilçisi Məmmədəli
paşaya müraciət edərək, Türkiyənin Azərbaycan hökumətinin Qarabağ və
Zəngəzur istiqamətində hərbi əməliyyat keçirməsinə mane olmasını və
İstanbul konfransının qərarlarınadək bu ərazilərdə bitərəf zona təşkil
edilməsini xahiş etdi. İrəvandakı Osmanlı təmsilçisi 1918-ci il oktyabrın 8-də
Osmanlı hökumətinə göndərdiyi teleqramda erməni hökumətinin bu
müraciəti barədə məlumat verdi [6, v. 78, 66;]. Məmmədəli paşa 1918-ci il
oktyabrın 10-da İstanbul hökumətinə göndərdiyi növbəti teleqramında
bildirirdi ki, ermənilərlə müsəlmanlar arasında dərin bir uçurum mövduddur.
İki hökumət bir-birinə dost olsa belə, iki millətin düşmənçilik hissiyyatları
asanlıqla aradan qalxmayacaq. Ermənilər “böyük Ermənistan” xəyalı uğrunda
mübarizə aparacaqlarsa, müsəlman əhalisi üçün daim problemlər yaratmış
olacaqlar. Buna qarşı indidən tədbirli tərpənib Ermənistan sərhədi boyundakı
kəndlərdə təşkilati iş aparmaq və müsəlman əhalini silahlandırmaq lazımdır
[6, v. 68, 23; 5].
9.Osmanlı dövlətinin Ermənistanla Azərbaycan arasında olan ərazi-
sərhəd problemlərini sülh yolu ilə həll etmək cəhdləri
Cənubi Qafqaz respublikaları arasında mübahisə doğuran ərazilərdə 1918-
ci ilin yayında erməni və gürcülər tərəfindən müsəlman əhalisinə qarşı həyata
keçirilən sistemli diskriminasiya siyasətinə baxmayaraq Osmanlı hökuməti
bütün vasitələrlə çalışırdı ki, bu mübahisələr danışıqlar vasitəsilə
nizamlansın. Osmanlı sədrəzəmi Tələt paşa 1918-ci il oktyabrın 2-də
Azərbaycan nümayəndəsi Əlimərdan bəy Topçubaşovu qəbul edərkən
bildirdi ki, bizim yalnız bir arzumuz - Rusiya imperiyasının dağılması
reallaşmışdır. Bu həm bizim üçün, həm sizin üçün, həm də bütün Qafqaz və
Rusiya xalqları üçün yaxşı nəticədir. Bundan səmərəli istifadə etmək üçün
azərbaycanlılar, ermənilər və gürcülər öz aralarında olan kiçik ziddiyyətləri
və narazılıqları unudub mehriban əlaqələr yaratmalıdırlar. Belə əlaqələrin
yaradılmasına məhz indi başlanılmalıdır. Əlbəttə ki, mübahisəli məsələləri
həll etmək üçün yeni yaranan dövlətlər sərhəd zolağında olan 5-6 mübahisəli
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
31
kəndi bir-birinə güzəştə getməlidirlər [Топчибашев, s.9-10]. Ə.Topçubaşov
Azərbaycan hökumətinin yarandığı ilk gündən etibarən qonşu hökumətlərlə
mühriban münasibətlər yaratmaq və bütün mübahisəli məsələləri danışıqlar
vasitəsilə həll etmək prinsipindən çıxış etdiyini və daim bu prinsipə sadiq
qaldığını sədrəzəmin diqqətinə çatdırdıqdan sonra qeyd etdi ki, əgər
gürcülərlə sülh yolu ilə keçinmək mümkün olsa da, ermənilərlə bunu etmək
çox çətindir. Bizim müsəlmanların bu işdə səmimiliyi çoxdan məlumdur.
Ermənilərin isə yalnız indiki hərəkətlərini göstərmək kifayətdir. Nə qədər
ölkə varsa, onların bir o qədər də orientasiyası vardır [Топчибашев, s.10-11].
Elə həmin gün Osmanlı xarici işlər naziri Əhməd Nəsimi bəy də
Ə.Topçubaşovla keçirdiyi görüşündə sədrəzəmin mövqeyini bir daha təkrar
edərək bəyan etdi ki, Qafqaz xalqlarının dinc, yanaşı yaşamalarının əsas şərti
onların arasında mövcud olan ərazi-sərhəd mübahisələrinin qarşılıqlı
güzəştlər əsasında sülh yolu ilə həll olunmasıdır [Топчибашев, s.13].
Oktyabrın 2-də Ə.Topçubaşovun Türkiyənin ədliyyə naziri Xəlil bəylə
keçirdiyi görüşdə də Qafqaz respublikaları arasında ərazi mübahisələri
müzakirə mövzusu oldu. Xəlil bəy Batum konfransında Osmanlı heyətinə
rəhbərlik etdiyindən Cənubi Qafqaz respublikaları arasındakı qarşılıqlı ərazi
iddialarından daha çox məlumatlı idi. O, “mənim fikrim belədir ki, Qafqaz
müsəlmanlarına şimalda Don və Kubanla, cənubda isə ermənilərlə dostluqda
və ittifaqda olmaq lazımdır” deyə bəyan etdi və Ə.Topçubaşova məsləhət
bildi ki, sərhəd mübahisələrində Azərbaycan hökuməti ermənilərlə razılığa
gəlməyə cəhd etməlidir [Топчибашев, s.15]. Qafqaz respublikaları arasında
ərazi-sərhəd mübahisələrinin nizama salınması ilə bağlı ilk gündən etibarən
Azərbaycan hökuməti sülh və danışıqlar tərəfdarı idi, lakin onun bu
istiqamətdə göstərdiyi təşəbbüslərə adekvat qarşılıq verilmirdi. Buna
baxmayaraq, oktyabrın 2-də Osmanlı hökumət nümayəndələri ilə keçirdiyi
görüşlərdən sonra Ə.Topçubaşov elə həmin gün İstanbuldakı erməni
nümayəndələri ilə, ertəsi gün də gürcü nümayəndəsi G.Gvazava ilə görüşüb
Osmanlı rəsmiləri ilə apardığı müzakirələr barədə məlumat verdi və
mübahisəli ərazi məsələlərini sülh yolu ilə həll etmək üçün daha bir təşəbbüs
göstərdi. Lakin Azərbaycan tərəfinin bu təşəbbüsü də əvvəlkilər kimi
nəticəsiz qaldı. Mübahisələri güc tətbiq etmək yolu ilə həll etməyə çalışan
Ermənistan hökuməti artıq müharibənin başa çatmaq üzrə olduğunu görüb,
bir tərəfdən müsəlman əhalisinə qarşı terror və soyqırım siyasətini, digər
tərəfdən də Türkiyəyə qarşı diplomatik təzyiqlərini gücləndirdi.
1918-ci il oktyabrın 15-də İstanbuldakı erməni nümayəndə heyəti yeni
Osmanlı sədrəzəmi Əhməd İzzət paşa ilə görüşdü [25, s.2; 28, s.2]. Heyət işə
başlaması münasibətilə Əhməd İzzət paşanı təbrik etməklə yanaşı, sədrəzəmə
yazılı bir müraciət də təqdim etdi. Müraciətdə “nəticəsi təəssüf doğuracaq hər
hansı bir qarşıdurmadan qaçmaq üçün” Qarabağda heç bir hərbi əməliyyatın
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
32
həyata keçirilməməsi haqqında Qafqazdakı Osmanlı ordularına təlimat
verilməsi və bu təlimatın teleqramla Azərbaycan və Ermənistan
hökumətlərinə də bildirilməsi xahiş edilirdi [10, s.133]. Bu müraciətə cavab
olaraq erməni heyətinə təqdim edilməsi üçün sədrəzəm tərəfindən 1918-ci il
oktyabrın 19-da Osmanlı Xarici İşlər Nazirliyinə göndərilən sənəddə Qarabağ
ərazisinin əsrlərdən bəri Azərbaycanın ərazisi daxilində və hər cəhətdən ona
aid olduğunun Azərbaycan hökuməti və nümayəndələri tərəfindən bəyan
edildiyi vurğulanır və bu məsələnin birşaba Azərbaycan və erməni
hökumətləri arasında həll edilməli olduğu, Türkiyənin isə bu məsələyə
qarışmaq istəmədiyi erməni heyətinin diqqətinə çatdırılırdı. Daha sonra
Qarabağa qarşı Osmanlı hərbi hissələri tərəfindən hər hansı bir hərbi
əməliyyatın həyata keçirilməməsi haqqında Qafqazdakı Osmanlı ordularına
da təlimat verildiyi bildirilirdi [10, s.132].
Oktyabrın 19-da erməni heyəti təkrar Osmanlı sədrəzəmi, eyni zamanda
maliyyə naziri Cavid bəy və xarici işlər naziri Nəbi bəy tərəfindən qəbul
edildi [26, s.3; 27, s.2]. Bu görüşlərdə Ermənistanın sərhədləri, aclıq çəkən
erməni əhalisi və qaçqınlar məsələləri əsas müzakirə mövzusu oldu. Erməni
heyəti Osmanlı sədrəzəmindən xahiş etdi ki, türk ordusunun Qafqazdan
təxliyə edilməsi zamanı Lori, Pəmbək, Axalkələk və Alagöz dağı əraziləri
Ermənistan hökuməti tərəfindən işğal edilsin. Maraqlıdır ki, bu görüşlərdə
erməni heyəti bir tərəfdən Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarını
əsaslandırmağa çalışır, digər tərəfdən Osmanlı sədrəzəmindən xahiş edirdi ki,
o, aclıq çəkən Ermənistan əhalisinə yardım məqsədilə Azərbaycandan 1,5
milyon pud un göndərilməsi üçün Şərq Orduları Qrupunun komandanı Xəlil
paşa və Azərbaycan hökuməti nəzdində təşəbbüs göstərsin [10, v. 134-135].
Ermənilərin bu xahişi də Əhməd İzzət paşa tərəfindən qəbul edildi.
Əhməd İzzət paşa Osmanlı Xarici İşlər Nazirliyinə göndərdiyi 1918-ci il
24 oktyabr tarixli müraciətində artıq dünya müharibəsində məğlub olan
Türkiyə üçün yeni problemlərin yaranmasına imkan verməmək məqsədilə
ermənilərə qarşı hansısa hərbi əməliyyatların, həmçinin Qarabağa doğru hərbi
əməliyyatın keçirilməməsi haqqında bir gün əvvəl 9-cu ordu və İslam Ordusu
komandanlıqlarına əmr verdiyini diqqətə çatdırır, Azərbaycanla Ermənistan
arasında ərazi-sərhəd məsələlərinin xüsusi konfranslar vasitəsiylə siyasi yolla
həll edilməli olduğunu bildirirdi [15, v. 1]. Sədrəzəmin müraciətinə uyğun
olaraq Osmanlı Xarici İşlər Nazirliyi İstanbuldakı erməni heyətinə rəsmi
məktub göndərib bütün bunlar haqqında məlumat verdi [10, v. 2].
Qarabağa qarşı Osmanlı hərbi hissələri tərəfindən hərbi əməliyyatın həyata
keçirilməməsi haqqında verilən əmrlə bağlı 9-cu ordu komandanlığından
Hərbi Nazirliyə göndərilən cavab teleqramında Qarabağda 9-cu ordunun
əsgərinin olmadığı bildirilir və bunun ardınca qeyd edilirdi: “Batum
müqaviləsindən bu günə qədər ermənilər İrəvan, Qarabağ və Naxçıvan
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
33
bölgələrində, gürcülər də almanlarla birgə Borçalı və Qazax bölgələrində
müsəlman əhalisinə qarşı hər cür zülm və cəfalar həyata keçirdilər. Xüsusilə
də ermənilər İrəvan və Qarabağ bölgələrindəki bütün müsəlmanları qətl, qarət
və yanğına məruz qoyub hicrətə məcbur edərək tamamilə məhv etdilər. Bu
günə qədər minlərlə müsəlman ailəsi ehtiyac içində, səfil bir halda hicrət
edərək və ya qaçıb gələrək Qars bölgəsinə sığınmağa məcbur oldu. Hicrət edə
və ya qaçıb gələ bilməyənlər isə oralarda məhv oldu... Təkcə erməni cani
Andranik indiyə qədər yüz minlərlə qan axıtdı, evləri məhv etdi. O, hələ də
Qarabağ bölgəsində bu siyasəti davam etdirir. Qarabağa göndərilən
Azərbaycan İslam Ordusunun qüvvələri müsəlman əhalisini Andranikdən
qoruyur. Bu qüvvənin qarşısında ermənilər və Andranik qaçmağa məcbur
olduğundan o bölgədə nisbi sakitlik yaranmışdır” [16]. O da qeyd olunurdu
ki, Qarabağdakı vəziyyətlə bağlı əsl həqiqət bundan ibarətdir, əgər ermənilər
bunun əksini iddia edirlərsə, o zaman onlar öz siyasi məqsədləri üçün
həqiqətləri təhrif edirlər. Sədrəzəm 9-cu ordu komandanlığından aldığı bu
teleqramın bir nüsxəsini ermənilərin qaldırdığı iddialara cavab vermək üçün
oktyabrın 28-də Osmanlı Xarici İşlər Nazirliyinə göndərdi [16].
Ermənilər Türkiyənin artıq dünya müharibəsində məğlub olmasını görüb
digər məsələlərlə yanaşı, Qarabağa olan ərazi iddiaları ilə bağlı da İstanbul və
Azərbaycan hökumətlərinə diplomatik təzyiqlərini gücləndirdilər. Eyni
zamanda, Qarabağa silah gücünə sahib olmaq istiqamətində səylərini
artırdılar. Ermənistandakı Osmanlı nümayəndəsi Məmmədəli paşa İstanbul
hökumətinə göndərdiyi 23-24 oktyabr 1918-ci il tarixli şifrəli teleqramında
qeyd edirdi ki, Ermənistan Milli Məclisindəki fraksiyalardan Sosialistlər və
Kadetlər Qarabağla bağlı məsələnin üçüncü bir dövlətin vasitəsilə sülh yolu
ilə həll edilməsini tələb etdiyi halda, hakim Daşnaksütyun fraksiyası
müharibə tərəfdarı kimi çıxış edir [14]. Ermənistan Milli Məclisi Azərbaycan
silahlı qüvvələrinin Şuşanı öz nəzarətinə alması ilə əlaqədar olaraq oktyabrın
23-də Gəncəyə bir heyət göndərib ərazi-sərhəd məsələləri ilə bağlı
Azərbaycan hökuməti ilə müzakirələr aparmaq haqqında qərar qəbul etsə [14]
də, İrəvan hökuməti bu qərarı həyata keçirmədi. Türk qoşunlarının Cənubi
Qafqazı tərk etməsi ilə Ermənistan hökuməti iddia irəli sürdüyü Qarabağ və
digər tarixi Azərbaycan torpaqlarına qarşı silahlı təcavüzü gücləndirdi.
Onu da qeyd edək ki, Ermənistan hökumətinin müsəlmanlara qarşı həyata
keçirdiyi qırğın və diskriminasiya siyasətinə baxmayaraq, bəzi türk siyasiləri
dövrün şərtləri daxilində daşnaklarla əməkdaşlıq etməyi Osmanlı
imperiyasının mənafelərinə uyğun hesab edirdilər. Çünki öz planlarını əsasən
Türkiyə erməniləri üzərində quran Hnçaq partiyası ilə müqayisədə
Daşnaksütyunla əməkdaşlıq etmək və onu Hnçaqa qarşı qoymaq daha
məqsədəuyğun hesab edilirdi. Hnçaqın mövqeyinə görə, Daşnaksütyun
partiyasının Ermənistan Respublikasını elan etməsi və Osmanlı imperiyası ilə
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
34
əməkdaşlıq yolunu tutması ilə Türkiyə ermənilərinin amalına böyük zərbə
endirmiş oldu. Daşnaksütyun və Hnçaq partiyalarının Osmanlı imperiyasına
münasibəti və onlarla əməkdaşlığın perspektivləri ilə bağlı hazırlanan bir
raportda qeyd edilirdi ki, Türkiyə maraqlarına uyğun gələn Daşnaksütyun
partiyasının siyasətidir. Lakin hazırda Qarabağla bağlı Azərbaycanla
Ermənistan arasında olan münaqişə daşnaklarla əməkdaşlığa mane olur [17,
v. 20-23].
10.Nəticə
Beləliklə bütün bunları ümumiləşdirərək qeyd edə bilərik ki, 1918-ci ilin
mayında Cənubi Qafqaz Seyminin süqutundan sonra bölgədə yaranan
Gürcüstan, Azərbaycan və Ermənistan respublikaları arasında çox ciddi ərazi-
sərhəd problemləri ortaya çıxdı. XIX əsrin əvvəllərindən başlayaraq Rusiya
imperiyası tərəfindən İran və Türkiyədən Cənubi Qafqaza köçürülən
ermənilər Azərbaycanın şimalı ilə cənubu arasında, həmçinin Osmanlı
imperiyası ilə sərhəd zolağındakı tarixi Azərbaycan torpaqlarında
yerləşdirilmiş və müsəlman əhalisinə qarşı mərkəzi hökumət tərəfindən
dəstəklənmiş, həmçinin müsəlman əhalisinə qarşı irqi, milli və dini zəmində
həyata keçirilən diskriminasiya siyasəti nəticəsində ermənilər üçün ərazi
bazaları yaradılmağa cəhd edilmişdi. Rusiyanın XIX əsrin əvvəllərindən
başlayaraq həyata keçirdiyi inzibati islahatları Cənubi Qafqazı gürcü,
müsəlman və ermənilər arasında bərabər şəkildə bölməyə hesablanmışdı. Bu
siyasət Azərbaycan torpaqlarının bir neçə mərkəzdən idarə olunmasına
gətirib çıxardı ki, bu da öz növbəsində gürcü və ermənilərin Azərbaycana
qarşı ərazi iddiaları üçün zəmin hazırladı. Məhz bu siyasətin nəticəsi idi ki,
Cənubi Qafqaz idarəçiliyinin süqutundan sonra bölgədə yaranan Gürcüstan,
Azərbaycan və Ermənistan respublikaları arasında ilk gündən başlayaraq bir-
birinə qarşı ərazi iddiaları və torpaq mübahisələri baş qaldırdı və
respublikaların süqutuna qədər bu mübahisələr nəinki səngimədi, əksinə daha
kəskin xarakter aldı.
M.Ə.Rəsulzadənin ifadəsi ilə desək, müstəqilliyin elanından sonra
Azərbaycan, həmsərhəd olduğu beş ölkədən dost və eyni dinə sahib olan üç
ölkə - Türkiyə, İran və Şimali Qafqaz - ilə ərazi-sərhəd məsələlərini
danışıqlar yolu ilə həll edib, mehriban qonşuluq münasibətləri qurmaqda
çətinlik çəkmədi, lakin Gürcüstan və xüsusilə də Ermənistan ilə bunu etmək
mümkün olmadı [Azerbaycan ve Komşuları, s.3].
Ermənistanla Azərbaycan arasında ərazi-sərhəd mübahisələri İrəvan,
Sürməli, Şərur, Dərələyəz, Naxçıvan, Ordubad, Qazax, Şuşa-Cavanşir
(Qarabağ), Zəngəzur və Borçalı əraziləri üstündə idi. Batum razılaşmalarına
görə İrəvan mərkəz olmaqla Azərbaycan torpaqlarında yaradılan Ermənistan
dövləti bunun müqabilində Azərbaycan və Osmanlı imperiyası qarşısında
üzərinə götürdüyü öhdəliklərin heç birinə əməl etməməklə yanaşı,
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
35
Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları irəli sürdü. Ermənistan təkcə
Azərbycan qarşı deyil, ərazi sərhədinə malik olduğu hər üç dövlətə qarşı
torpaq iddiaları ilə çıxış edirdi. Batum müqaviləsinə görə cəmi 9000 km
2
əraziyə sahib olan erməni dövlətinin qonşularına qarşı qaldırdığı ərazi
iddialarına görə, Ermənistanın ərazisi 52500 km
2
-ə çatdırılmalı idi. Qonşu
ölkələrə qarşı irəli sürülən 43500 km
2
-lik erməni ərazi tələblərinin 40000
km
2
-i məhz tarixi Azərbaycan torpaqlarına qarşı yönəlmişdi. Ermənilərin
Azərbaycan torpaqlarına qarşı yönələn ərazi tələblərinin ümumi sahəsi
Ermənistanın öz ərazisindən 4,5 dəfə çox idi.
Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları haqlı
olmayıb, tarixi Azərbaycan torpaqlarına qarşı yönəlmişdi. Buna baxmayaraq,
Azərbaycan tərəfi qonşuları ilə olan ərazi-sərhəd mübahisələrini danışıqlar
masası ətrafında qarşılıqlı güzəştlər əsasında həll etməyə üstünlük verirdi.
Həmçinin Osmanlı hökuməti də 1918-ci ilin yayında Cənubi Qafqazda faktiki
olaraq malik olduğu hərbi-siyasi üstünlüyünə baxmayaraq, Qafqaz
respublikaları arasında mübahisəli ərazi-sərhəd problemlərinin danışıqlar
yolu ilə həll edilməsini üstün tutur və hərbi güc tətbiq edilməsinin əleyhinə
çıxırdı. Ermənistan tərəfi isə, hərbi güc tətbiq edilməsi yolu ilə mübahisəli
ərazi problemlərini həll etməyə çalışırdı. Çünki mübahisəli bölgələrin etnik
mənzərəsi Azərbaycanın xeyrinə idi, eyni zamanda, ermənilərin öz ərazi
iddialarını əsaslandırmaq üçün istinad etdiyi arqumentlər də ciddi əhəmiyyət
daşımırdı. Yarandığı ilk gündən başlayaraq ərazi sərhədinə malik olduğu hər
üç dövlətə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistanın yürütdüyü öz
sərhədlərini qonşu dövlətlər hesabına genişləndimək siyasəti və bu məqsədlə
həyata keçirdiyi təcavüzkarlıq aktları Birinci dünya müharibəsinin başa
çatmasından sonrakı dövrdə də Cənubi Qafqaz respublikaları arasında birlik
və sıx əməkdaşlıq qurmaq yolunda əsas maneə olaraq qaldı və bölgənin
potensial xarici təhlükələrə qarşı səfərbər olunmasına imkan vermədi.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 894, siy. 10, iş 31.
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi Sənədlər
Arxivi (ARPİİİSSA), f. 276, siy. 9, iş 1.
3. ARPİİİSSA, f. 276, siy. 9, iş 17.
4. ARPİİİSSA, f. 277, siy. 2, iş 7.
5. Türkiyə Cümhuriyeti Başbakanlık Osmanlı Arşivi (BOA), A.VRK, no. 821/65.
6. BOA, HR.SYS, no. 2293/8.
7. BOA, HR.SYS, no. 2303/4.
8. BOA, HR.SYS, no. 2303/7.
9. BOA, HR.SYS, no. 2372/1.
10. BOA, HR.SYS, no. 2372/2.
11. BOA, HR.SYS, no. 2372/3.
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
36
12. BOA, HR.SYS, no. 2398/5.
13. BOA, HR.SYS, no. 2399/1.
14. BOA, HR.SYS, no. 2460/26.
15. BOA, HR.SYS, no. 2460/28.
16. BOA, HR.SYS, no. 2460/57.
17. BOA, HR.SYS, no. 2634/9.
18. Aldığımız Cevablar. Haftalık Gazete, no. 8 (15 Ağustos 1334), s. 1-4.
19. Azerbaycan Cumhuriyeti Milli Meclisi Reisi Resulzade Mehmed Emin Bey‟in
Muharririmize Beyanatı. Vakit, no. 248 (26 Haziran 1334), s. 1.
20. Azerbaycan ve Komşuları: Azerbaycan Murahhaslarının Beyanatı. Tanin, no.
3495 (3 Eylül 1334), s. 3.
21. Azerbaycan-Ermenistan Hudud Meselesi. Haftalık Gazete, no. 2 (4 Temmuz
1334), s. 6-7.
22. Azerbaycan-Ermenistan Hudud Meselesi. Haftalık Gazete, no. 3 (11 Temmuz
1334), s. 6-7.
23. Ermeni Heyet-i Murahhasa Müşavirinin Cevabı. Haftalık Gazete, no. 10 (29
Ağustos 1334), s. 2-4.
24. Ermeni Heyet-i Murahhasası Reisi‟nin Beyanatı. Sabah, no. 10280 (28 Haziran
1334), s. 1.
25. Ermeni Murahhaslarının Ziyareti. Yeni Gün, no. 44 (18 Teşrinievvel 1334), s. 2.
26. Ermeni Heyet-i Murahhasası‟nın Ziyaretleri. Ati, no. 283 (20 Teşrinievvel
1334), s. 3.
27. Ermeni Heyet-i Murahhasası‟nın Ziyaretleri. Sabah, no. 10388 (20 Teşrinievvel
1334), s. 2.
28. Ermeni Heyet-i Murahhasası‟nın Ziyaret ve Tebrikatı. Zaman, no. 192 (18
Teşrinievvel 1334), s. 2.
29. Kafkasya Ermeni Cumhuriyeti ve Türkiye Ermenileri. Ġkdam, no. 7685 (1
Temmuz 1334), s. 2.
30. Gürcistan Heyet-i Murahhasası. Tanin, no. 3498 (6 Eylül 1334), s. 2.
31. Gürcü Murahhasları. Zaman, no. 153 (6 Eylül 1334), s. 3.
32. Hatisyan Gregor. Mühim Bir Cevab: Ermeni Cumhuriyeti Ne İstiyor? Haftalık
Gazete, no. 6 (1 Ağustos 1334), s. 4-6.
33. İstanbul Konferansı. Sabah, no. 10345 (4 Eylül 1334), s. 2.
34. İstanbul Konferansı. Sabah, no. 10364 (26 Eylül 1334), s. 2.
35. Kafkas Heyet-i Murahhasaları. Sabah, no. 10348 (7 Eylül 1334), s. 2.
36. Kafkasya Heyet-i Murahhasaları. Tanin, no. 3524 (5 Teşrinievvel 1334), s. 3.
37. Kafkasya Heyet-i Murahhasası. Sabah, no. 10373 (5 Teşrinievvel 1334), s. 2.
38. Kafkasya Hükumat-ı Müttehidesi Tasavvuru. Ati, no. 259 (26 Eylül 1334), s. 1.
39. Kafkasya İttihadı. Haftalık Gazete, no. 15 (3 Teşrinievvel 1334), s. 11.
40. Kafkasya Meselesinin En İyi Halli. Tanin, no. 3515 (26 Eylül 1334), s. 2.
41. Kafkasya‟da Müteşekkil Dört Hükümet Murahhasları İstanbul‟da. Ġkdam, no.
7680 (26 Haziran 1334), s. 1.
42. Кавказский календарь на 1917 год. Тифлис, 1916.
43. Qafarov V.V. (2022). Azərbaycan Cümhuriyyətinin tarixi-siyasi coğrafiyası
(1918-1920). Azərbaycan tarixĢünaslığı, № 2 (83), s. 72-95.
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
37
44. Qafarov V.V. (2019). Batum konfransında Ermənistanın təşəkkülü və İrəvanın
ermənilərə verilməsi məsələsi (11 may - 4 iyun 1918). Bakı Universitetinin
Xəbərləri, Humanitar elmlər seriyası, № 1, s. 66-91.
45. Топчибашев А.А. (1994). Дипломатические беседы в Стамбуле
(записи чрезвычайного посланника и полномочного министра
Азербайджанской Республики). 1918-1919 гг. Баку: “Эргюн”, 160 c.
Территориальные Претензии Армении к Азербайджану и
Карабахский Вопрос в Региональных Политических Процессах
(июнь-октябрь 1918 года)
Васиф Гафаров
Абстракт. В статье исследованы территориальные претензии
выдвинутые Арменией к Азербайджану после образования
независимых государств в Южном Кавказе и дипломатическая борьба
сторон по этому вопросу. На основе архивных материалов
Азербайджана и Турции, и материалов Стамбульской прессы 1918 года
освещены детали переговоров между Азербайджанской и Армянской
делегациями в Стамбульской конференции, а также дипломатическими
представителями обеих стран в Тбилиси по территориальным
претензиям Армении. Определены масштабы территориальных
претензий Армении и аргументы, на которые ссылаются армяне. А
также интерпретированы обратные аргументы Азербайджанской
стороны против этих утверждений. Архивные материалы, ноты и
заявления сторон связанные с данным вопросом впервые вовлечены к
научному исследованию.
Был сделан вывод, что общая территория Армении, независимость
которой была провозглашена 30 мая 1918 года, составляла всего 9000
км2. Эта территория также была передана Армении при ряде условий.
После провозглашения независимости Армения предъявила
территориальные претензии всем государствам, с которыми она имеет
территориальную границу. Общий объем территориальных претензий
Армении составляет 43500 км2, из них 17600 км2 направлено против
Турции, 16500 км2 - против Азербайджана, 9400 км2 - против Грузии.
Доктор исторических наук, доцент,
Главный научный сотрудник Института Истории имени А.А.Бакиханова, НАНА; Баку, Азербайджан
E-mail: vasifgafarov@gmail.com
https://orcid.org/0000-0002-9232-6328
Цитировать статью: Гафаров, В. [2024]. Территориальные Претензии Армении к Азербайджану и
Карабахский Вопрос в Региональных Политических Процессах (июнь-октябрь 1918 года). Журнал
«Metafizika», 7(1), с.10-40.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.10-40
История статьи:
Статья поступила в редакцию: 30.10.2023
Отправлена на доработку: 04.12.2023
Принята для печати: 29.01.2024
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
38
Армения ссылалась на расово-национальные принципы, Азербайджан
на этнорелигиозные и географические принципы, а Грузия на
исторические принципы решения спорных территориально-
пограничных вопросов между республиками Южного Кавказа. Позиция
и поведение Армении не позволили решить спорные территориальные и
пограничные вопросы между республиками Южного Кавказа.
Ключевые слова: Территориальные претензии, Территориально-
пограничные проблемы, Карабахская проблема, Батумская
конференция, Стамбульская конференция, территория Азербайджана,
территория Армении
Territorial Claims of Armenia Against Azerbaijan and Karabagh Issue
in Regional Political Processes (June-October, 1918)
Vasif Gafarov
Abstract. This article deals with the territorial claims of Armenia against
Azerbaijan and the diplomatic struggle among related parties after the
establishment of independent states in the South Caucasus. Azerbaijani and
Armenian delegations at the Istanbul conference on Armenia's territorial
claims, and at the same time, details of the negotiations between the
diplomatic representatives of the two countries in Tbilisi have been
illustrated according to the documents of the archives of Azerbaijan and
Turkey and materials from the Istanbul press in 1918. The scale of the
territorial claims of Armenia and the arguments referenced by Armenians
have been identified. Also, contrary arguments made by the Azerbaijani side
against these allegations have been interpreted. Archival documents, notes,
and statements of the parties presented on the problem were brought into
scientific circulation for the first time.
It was concluded that the total territory of Armenia, whose independence
was declared on May 30, 1918, was only 9000 km2. This territory was also
given to Armenia under a number of conditions. After the declaration of
independence, Armenia made territorial claims against all states with which
it has a territorial border. The total volume of Armenia's territorial claims is
43500 km2, of which 17600 km2 is directed against Turkey, 16500 km2
Doctor of historical sciences, associate professor,
Senior researcher of the Institute of History named after A.A.Bakikhanov, ANAS; Baku, Azerbaijan
E-mail: vasifgafarov@gmail.com
https://orcid.org/0000-0002-9232-6328
To cite this article: Gafarov, V. [2024]. Territorial Claims of Armenia Against Azerbaijan and Karabagh Issue in
Regional Political Processes (June-October, 1918). “Metafizika” journal, 7(1), pp.10-40.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.10-40
Article history:
Received: 30.10.2023
Accepted: 29.01.2024
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 10-40
39
against Azerbaijan, and 9400 km2 against Georgia. Armenia referred to
racial-national principles, Azerbaijan to ethnic-religious and geographical
principles, and Georgia to historical principles to resolve disputed
border issues between South Caucasus republics. The position and behavior
of Armenia did not allow to resolve the disputed territorial and border
between the South Caucasus republics.
Keywords: territorial claims, territorial-border issues, Karabakh issue,
Batumi Conference, Istanbul Conference, Azerbaijani territory, Armenian
territory
REFERENCES
1. State Archive of the Republic of Azerbaijan (ARDA), f. 894, siy. 10, work 31.
2. Public-Political Documents Archive of the Affairs Department of the President
of the Republic of Azerbaijan (ARPIIISSA), f. 276, siy. 9, work 1.
3. ARPIIISSA, f. 276, siy. 9, case 17.
4. ARPIIISSA, f. 277, siy. 2, work 7.
5. Republic of Turkey Prime Minister's Ottoman Archive (BOA), A.VRK, no.
821/65.
6. BOA, HR.SYS, no. 2293/8.
7. BOA, HR.SYS, no. 2303/4.
8. BOA, HR.SYS, no. 2303/7.
9. BOA, HR.SYS, no. 2372/1.
10. BOA, HR.SYS, no. 2372/2.
11. BOA, HR.SYS, no. 2372/3.
12. BOA, HR.SYS, no. 2398/5.
13. BOA, HR.SYS, no. 2399/1.
14. BOA, HR.SYS, no. 2460/26.
15. BOA, HR.SYS, no. 2460/28.
16. BOA, HR.SYS, no. 2460/57.
17. BOA, HR.SYS, no. 2634/9.
18. The Answers We Received. Haftalik Newspaper, no. 8 (August 15, 1334), p. 1-
4.
19. Statement of Resulzade Mehmed Emin Bey, President of the National Assembly
of Azerbaijan Republic, to our Muharrir. Vakit, no. 248 (26 June 1334), p. 1.
20. Azerbaijan and its Neighbors: Statement of the Governors of Azerbaijan. Tanin,
no. 3495 (September 3, 1334), p. 3.
21. Azerbaijan-Armenia Territory Issue. Haftalik Newspaper, no. 2 (July 4, 1334),
p. 6-7.
22. Azerbaijan-Armenia Territory Issue. Haftalik Newspaper, no. 3 (July 11, 1334),
p. 6-7.
23. Answer of the Advisor of the Armenian Delegation. Haftalik Newspaper, no. 10
(29 August 1334), p. 2-4.
24. Statement of the Head of the Armenian Delegation. Sabah, no. 10280 (28 June
1334), p. 1.
Vasif Qafarov
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qrabağ məsələsi regional siyasi proseslərdə...
40
25. Visit of Armenian dignitaries. Yeni Gün, no. 44 (18 Teshrinievvel 1334), p. 2.
26. Visits of the Armenian Delegation. Ati, no. 283 (20 Teshrinievvel 1334), p. 3.
27. Visits of the Armenian Delegation. Sabah, no. 10388 (20 Teshrinievvel 1334),
p. 2.
28. Visit and Congratulations of the Armenian Delegation. Zaman, no. 192 (18
Teshrinievvel 1334), p. 2.
29. Caucasian Armenian Republic and Turkish Armenians. Ikdam, no. 7685 (1 July
1334), p. 2.
30. Executive Committee of the Georgian Delegation. Tanin, no. 3498 (September
6, 1334), p. 2.
31. Georgian Murahhaslari. Zaman, no. 153 (September 6, 1334), p. 3.
32. Hatisyan Gregor. An Important Answer: What Does the Armenian Republic
Want? Weekly Gazette, no. 6 (1 August 1334), p. 4-6.
33. Istanbul Conference. Sabah, no. 10345 (September 4, 1334), p. 2.
34. Istanbul Conference. Sabah, no. 10364 (September 26, 1334), p. 2.
35. Caucasus Delegation. Sabah, no. 10348 (September 7, 1334), p. 2.
36. Kafkasya Heyet-i Murahhasalari. Tanin, no. 3524 (5 Teshrinievvel 1334), p. 3.
37. Kafkasia Heyet-i Murahhasası. Sabah, no. 10373 (5 Teshrinievvel 1334), p. 2.
38. Reflection of the Caucasus Government. Ati, no. 259 (September 26, 1334), p. 1.
39. Caucasus Union. Haftalık Gazete, no. 15 (3 Teshrinievvel 1334), p. 11.
40. The Best Situation of the Caucasus Problem. Tanin, no. 3515 (September 26,
1334), p. 2.
41. The Four Governments of the Caucasus in Istanbul. Ikdam, no. 7680 (26 June
1334), p. 1.
42. Caucasian calendar for 1917. Tiflis, 1916.
43. Gafarov, V. V. (2022). Historical-political geography of the Republic of
Azerbaijan (1918-1920). Azerbaijan historiography, No. 2 (83), p. 72-95.
44. Gafarov, V. V. (2019). The question of the creation of Armenia and the transfer
of Yerevan to the Armenians at the Batumi conference (May 11 - June 4, 1918).
News of Baku University, Humanities series, No. 1, p. 66-91.
45. Topchibashev, A. A. (1994). Diplomatic talks in Istanbul (records of the
extraordinary ambassador and plenipotentiary minister of the Republic of
Azerbaijan). 1918-1919 Baku: "Ergun", 160 c.