© “Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 1, serial 25, 2024. pp.132-147 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
132
UOT: 327.
KBT: 63.3(2)6-4
DOI: 10.33864/2617-751X.2024.v7.i1.132-147
MJ № 203
“Böyük Ermənistan” xülyasının reallaşdırılması yolunda “məzlum
erməni xalqı”nın azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımı
İradə Nuriyeva
Abstrakt. Erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri
soyqırımı siyasətinin 200 ildən artıq tarixi var. Bu məkrli siyasətin məqsədi
azərbaycanlıların öz tarixi torpaqlarından qovulması və bu ərazilərdə mifik
“Böyük Ermənistan” dövlətinin yaradılması idi. 1918-ci il martın 31-də
Daşnaksütyun partiyasının rəhbərliyi altında Sovet Rusiyasının Qızıl
Ordusunun köməyi ilə Bakının azərbaycanlı əhalisi soyqırıma məruz qaldı.
Bakının məhəllələrin birində qulaqları və burnu kəsilmiş, eləcə də qarınları
yarılmış 57 müsəlman qadının meyiti tapılmışdır. Ermənilər insanları diri-diri
su quyularına, yanan təndirlərə, neft quyularına atır, hamilə qadınların
qarınlarını süngü ilə yarır, uşaqları süngü ilə qətlə yetirir, körpələri divara
mismarlayır, azyaşlı qızları, gənc və yaşlı qadınları təcavüz edirdilər. Onlar
kişiləri başı aşağı ayaqlarından asır, onları qılıncla yarıya bölür, bəzilərini
taxta çarpayılara çarmıxa çəkir, xalça və kilimlərə sarıyıb diri-diri yandırır,
insanların əllərini və ayaqlarını kəsir, süngü altında öz ətlərini yeməyə
məcbur edirdilər. Vəhşi erməni quldur dəstələri müsəlman din xadimlərini
İslamın müqəddəs kitabı olan Quranlardan alovlandırılan tonqallarda
yandırıblar. Bu, “öz müqəddəratını təyinetmə”, “muxtariyyət hüququ” və
“soyqırım” barədə yüksək səslə qışqıran erməni millətçilərinin əsl siması,
namərdliyi və alçaqlığı idi. Uşaqların çıxarılmış gözlərindən “boyunbağı”
düzəldən Andranikin və digər ermənilərin vəhşiliklərinin həddi-hüdudu yox
idi. 1918-ci il mart ayında Bakıda 20 minədək, 1917-1920-ci illərdə isə
Azərbaycan ərazisində 400 mindən çox azərbaycanlı ermənilər tərəfindən
“soyqırım”a məruz qalmışdır. Dünya bu vəhşiliklərə göz yumduqca onun
sayı artır.
Siyasi elmlər üzrə elmlər doktoru, professor,
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti; Bakı, Azərbaycan
E-mail: iradanuri@gmail.com
https://orcid.org/0000-0002-5309-0009
Məqaləyə istinad: Nuriyeva, İ. [2024] “Böyük Ermənistan” xülyasının reallaşdırılması yolunda “məzlum erməni
xalqı”nın azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımı. “Metafizika” jurnalı, 7(1), səh.132-147.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.132-147
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 20.01.2024
Təkrar iĢlənməyə göndərilmiĢdir: 12.02.2024
Çapa qəbul edilmiĢdir: 29.02.2024
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.132-147
133
Açar sözlər: 31 mart azərbaycanlıların soyqırımı, erməni vəhşiliyi,
uşaqların gözlərindən “boyunbağı”, mifik “Böyük Ermənistan” dövləti
1.Giriş
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin
tarixi kökləri Sərq məsələsinin bir hissəsi olan erməni məsələsinə gedib çıxır.
Rusiyanın himayəçiliyi altında erməni dövlət qurumunun yaradılması,
həmçinin ermənilərin İran və Osmanlı Türkiyəsindən Rusiyanın işğal etdiyi
ərazilərə köçürülməsi təsadüfi deyil, erməni-rus münasibətlərinin nəticəsi idi
ki, bu münasibətlərin kökündə əsasən Şərqin müsəlman dövlətlərinə,
xüsusilə, Osmanlı Türkiyəsinə, XVIII əsrdən başlayaraq isə Azərbaycana
qarşı düşmən münasibətlər dururdu. Ermənilərin Azərbaycan torpaqlarına,
xüsusilə də Dağlıq Qarabağa olan iddiaları onların “Böyük Ermənistan”
xülyasını həyata keçirməyə yönəlmiş strateji planlarının tərkib hissəsidir.
Ermənilər, öz “ənənələrinə” sadiq qalaraq, əlverişli tarixi şərait yaranan kimi
bu məkrli planlarının reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. 200
ildən çoxdur ki, erməni şovinistləri və millətçiləri tərəfindən azərbaycanlılara
qarşı soyqırım siyasəti həyata keçirilirdi.
2.Rusiya-Osmanlı münasibətlərində “erməni məsələsi”
Dəfələrlə siyasi iflasa məruz qalmalarına baxmayaraq, ermənilər öz
məqsədlərindən əl çəkmirdilər, erməni teokratiyası isə xüsusi canfəşanlığı ilə
fərqlənirdi. 1904-cü ildə katolikos Hayrik Xrimyan yepiskoplar O.Sarançyan
və S.Ayvotyanı Avropa dövlətlərinin qapılarına minnətə göndərdi. Fransa
prezidenti Lyupe “lazım gələrsə Xarici ĠĢlər Nazirliyi müvafiq tədbirlər
görəcək” deyə cavab verir. İngiltərə kralı VII Eduard təhrikçiləri,
ümumiyyətlə, qəbul etməkdən imtina etdi və ABŞ prezidenti Ruzvelt “onun
erməni fırıldaqçıları kifayət qədərdir” deyə bildirdi [Nuriyeva, 2021, s.171].
1907-ci ildə bütün Avropa dövlətlərinin rəhbərləri katolikosun elçiləri ilə
görüşməkdən imtina etdilər. Lakin, tezliklə, dünyada siyasi vəziyyət dəyişdi
və ermənilərin əlinə fürsət keçdi. Avropada müharibə şəraiti yetişdi. Rusiya
Almaniya, o cümlədən, onun müttəfiqi - Osmanlı ilə müharibənin qaçılmaz
olduğunu anladı. Ancaq güclü dövlətlərlə döyüş yaxşı nəticə vermədi. Onları
daxildən zəiflətmək lazım idi. Osmanlı Türkiyəsində belə bir mənbə
ermənilər idi. Buna görə də Rusiya ermənilərə qarşı siyasətini kəskin şəkildə
dəyişdirdi. 1912-ci ildə Nazirlər Kabinetinə verdiyi memorandumda Xarici
İşlər Naziri S.D.Sazonov dedi: “Əgər almanlara və türklərə ermənilərsiz
Ermənistan lazımdırsa, əgər onlar bizim müsəlmanlarımızla kürdlər və
türklər arasında olan səddi məhv etmək istəyirlərsə, Rusiyanın vəzifəsi nə
olursa olsun türklər və kürdlər və tatarlarımız (azərbaycanlılar) arasında bu
səddin yenidən qurulmasıdır” [Лазарев, 1972, s.241]. Rusiya Dövlət Duması
İradə Nuriyeva
“Böyük Ermənistan” xülyasının reallaşdırılması yolunda “məzlum erməni xalqı”nın azərbaycanlılara qarşı…
134
da öz mövqeyini gizlətmədi: “Rusiya həyati maraqlarına və xarici siyasətinə
görə erməni məsələsinin tez və qənaətbəxĢ həllinə çalıĢır” [28]. 1912-1913-
cü illər Balkan müharibəsinin sonunda Rusiyanın tələbi ilə Osmanlı hökuməti
islahatlar barədə saziş imzalamaq məcburiyyətində qaldı, bu sazişə görə
ermənilər idarəetmə, dil və hərbi xidmət sahələrində olduqca geniş
muxtariyyət almalı idilər. İslahatlara nəzarəti böyük dövlətlər, ilk növbədə,
Rusiya imperiyası həyata keçirməli idi [Кузнецов, 1997, s.436]. Bu
razılaşma ilə Rusiya Osmanlının mövqeyini sarsıtdı, lakin, digər tərəfdən
onun “erməni məsələsi”nin inkişafından ehtiyat etməsi əsassız deyildi.
Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov və Xarici İşlər Naziri S.D.Sazonov,
erməni üsyanının Osmanlı imperiyasından Cənubi Qafqaza, o cümlədən,
Rusiyanın “müsəlman quberniyalarına” yayılmasının təhlükəsini qeyd etdi
[Лазарев, 1972, s.242]. Rusiya “erməni məsələsini” manipulyasiya edərək
açıq şəkildə bildirdi: “Bizə ermənilər yox, Ermənistan (Türkiyə Ermənistanı)
lazımdır” [28; Чалхулиян, 1905, s.3]. Öz növbəsində, erməni rəhbərləri öz
siyasi maraqları baxımından Avropanın güc dövlətlərinin himayədarlığını
qəbul etdilər. Beləliklə, Birinci Dünya Müharibəsi dövründə, 1915-ci ilin
mayında Rusiya Kiçik Asiyanın işğal etdiyi hissəsində öz himayəsi altında
“erməni dövləti”ni – qondarma “Van Respublikası”nı yaratdı. Lakin, Rusiya
öz mövqeyini saxlaya bilmədi, çünki, mövcud vəziyyətdə ermənilər
Rusiyanın himayəsindən imtina etdilər və ona xəyanət etdilər. Vəziyyəti
dəyərləndirən “Daşnaksütyun” könüllülərə - ermənilərə xəbərdarlıq etdi:
“Heç bir halda ruslardan aldığımız silahları təslim etməməliyik, çünki,
Rusiya “ermənilərə muxtariyyət” verməkdən imtina etdiyi təqdirdə “Rusiya
hökuməti ilə mübarizə aparmaq üçün hazır silahlı heyətimiz olmalıdır””
[29]. Rusiyanın dəstəyindən məhrum olan “Van Respublikası” 1915-ci ilin
iyulunda süqut etdi. Rusiyanın bu dövrdə başqa narahatlıqları da var idi və
ona görə də “erməni problemini” unutdu. İki cəbhədə gedən döyüşlərdən
zəifləyən Rusiya ordusu işğal etdiyi Osmanlı ərazilərindən geri çəkilməyə
məcbur oldu. Üsyan etdikləri üçün cəzadan qaçan ermənilər Suriya,
Mesopotamiya, Misir və dünyanın digər ölkələrinə qaçdılar. 1915-1916-cı
illərdə yol boyu türkləri və kürdləri qıran 300 mindən çox erməni geri çəkilən
rus ordusunun tərkibində Cənubi Qafqaza, əsasən də Azərbaycan torpaqlarına
qaçdılar [30; 32; Zeynalova, 2004, s.11]. Bu vəhşiliklər 1918-ci ilin aprelinə
qədər, Osmanlı ordusu öz vilayətlərini Andranikin “daşnak” cəza
dəstələrindən tamamilə azad edənə qədər davam etdi [Zeynalova, 2004, s.13].
3.31 mart soyqırımı-insanlığın faciəsi
Erməni qaçqınları ilə qoşunlar Cənubi Qafqaza üz tutdular. Rusiyada
bolşeviklər hakimiyyətə gələndə “daşnak” dəstələrinin bir çox komandirləri
Qırmızı Ordunun tərkibinə daxil oldular. V.İ.Leninin göstərişi ilə və
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.132-147
135
bolşeviklərin dəstəyi ilə Bakıda hakimiyyəti S.Q.Şaumyanın başçılıq etdiyi
Bakı Komissarları Soveti əlinə aldı. Demək olar ki, Azərbaycanın
paytaxtında hakimiyyət “əks-inqilabçılara qarşı mübarizə” adı altında dərhal
azərbaycanlıları qırmağa başlayan erməni millətçilərinə məxsus idi. Beləliklə,
1918-ci ilin martında Daşnaksütyun partiyasının başçılığı altında Sovet
Rusiyasının Qırmızı Ordusunun köməyi ilə Bakının azərbaycanlı əhalisi
soyqırıma məruz qaldı [Nuriyeva, 2021, s.173]. Bu soyqırımın nəticəsində
Bakıda 16 min insan öldürüldü. Bu hadisələr ərəfəsində, Rusiya
imperiyasının dağılmasından sonra Müsavat partiyası və Azərbaycan xalqının
geniş kütləsi Azərbaycana muxtariyyət verilməsini tələb etdi. “Bakı
kamissarları”nın muzdlu rəhbəri S.Q.Şaumyan Azərbaycana muxtariyyət
verilməsinin əleyhinə çıxdı. “Bakınskiy raboçiy” qəzeti V.İ.Leninin
S.Q.Şaumyana göndərdiyi 15 mart 1918-ci il tarixli məktubunu dərc etdi.
Məktubda o, S.Q.Şaumyanı “millətlərin və xalqların bərabərliyi və öz
müqəddəratını təyinetmə hüququ”nu və muxtariyyət ideyalarını tanımadığı
üçün kəskin tənqid etdi [Ленин, 1964, s.233-236]. RK(b)P Mərkəzi
Komitəsinin rəhbərləri S.Q.Şaumyanın etirazlarını tənqidlə qarşıladılar.
S.Q.Şaumyan və P.Caparidzeyə ünvanlanmış 1918-ci il 19 mart tarixli
məktubda deyilirdi: “Əgər müsəlmanlar muxtariyyət tələb edirlərsə, bu
onlara verilməlidir” [Ратгаузер, 1927, s.140]. Lakin, S.Q.Şaumyan RK(b)P-
nin göstərişlərini birbaşa yerinə yetirməsinə baxmayaraq, əsl erməni
millətçisi kimi Azərbaycan xalqının “öz müqəddəratını təyinetmə” tələbini
“Azərbaycan millətçilərinin” Bakını “Azərbaycan xanlığının paytaxt”ı etmək
“arzusu” adlandırdı” [Шаумян, 1978, s.257]. Millətçi S.Q.Şaumyanın
V.İ.Leninin rus qoşunları tərəfindən işğal edilmiş Osmanlı imperiyasının
ərazisində ermənilərə muxtariyyət verilməsi haqqında fərman imzalamasını
təmin etməsi təəccüblü deyil [Декреты Советской власти, s.298-299]. Bu
fərmana əsasən, S.Q.Şaumyan erməni təşkilatlarına “məzlum erməni xalqının
əsrlər boyu gözlədiyi milli ideyaların həyata keçirilməsinə” kömək edəcəyini
vəd etmişdir [Балаев, 1990, s.12].
Beləliklə, 1918-ci ilin martında Bakı ilə Tiflis arasındakı dəmir yolunun
bağlanması ilə əlaqədar şəhərdə İran və Qərb cəbhələrindən qayıdan və
Qafqaz cəbhəsinə gedən əsgərlər – bir neçə min silahlı erməni toplandı.
Ermənilərin qabaqcadan aparılan danışıqlarına əsasən, Daşnaksütyun
partiyasının yaxşı silahlanmış min nəfər hərbiçisi Bakıya tərəf tələsdi.
Bundan əlavə, Bakıda qərargah rəisi keçmiş çar ordusunun polkovniki,
Daşnaktsütyun partiyasının üzvü Z.Avetisyan olan, 3-cü briqadasının
komandiri – dinc Azərbaycan əhalisi üzərində vəhşiliyi ilə məşhur
həmpartiyalı Amazasp olan Qırmızı Ordunun qoşunları vardı. Daha bir
erməni – daşnak Qırmızı Ordu hissəsinin rəhbəri idi. Beləliklə, təkcə erməni
İradə Nuriyeva
“Böyük Ermənistan” xülyasının reallaşdırılması yolunda “məzlum erməni xalqı”nın azərbaycanlılara qarşı…
136
milli birləşmələri deyil, həm də Bakıdakı Qırmızı Ordu hissələri də Xəzər
donanmasının və aviasiyasının dəstəyi ilə əsasən Daşnaksütyun partiyasının
nəzarəti altında idi. Erməni hərbi qüvvələri ilə müqayisədə Bakıdakı
azərbaycanlıların qüvvələri cüzi idi. O vaxt azərbaycanlıların Bakıda və onun
ətrafında böyük hərbi hissələri yox idi. Bundan əlavə, qırğına başlamaq üçün
bəhanə lazım idi və martın 29-da Birinci Dünya Müharibəsinin qəhrəmanları
– məşhur “Vəhşi diviziya”nın “Evelina” gəmisi ilə Lənkəranda silahını
təmizləyərkən təsadüfən açılan güllə nəticəsində həlak olan silah yoldaşları –
H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin nəşini general-mayor Mir İbrahim
bəy Talışinski başda olmaqla Bakıya gətirən bir qrup zabit və əsgərinin
tərksilah edilməsi bu bəhanəni ermənilərə verdi [Qasımlı, 2014, s.396].
Azərbaycan birləşmələrinin tərksilah edilməsi Bakı əhalisinin yalnız qəzəb və
narazılığına səbəb oldu, nəticədə, martın 30-da səhər xalq alınan silahların
qaytarılmasını tələb edərək küçələrə çıxdı. Mitinqlər dinc xarakter daşıyırdı.
Bu mitinqlərin birində erməni təxribatçıları dinc əhaliyə qarşı genişmiqyaslı
hərbi əməliyyat başlatmaq üçün bəhanə kimi çıxış edən etirazçılara qarşı
təxribat xarakterli atəş açdılar. Bu hadisələri N.Nərimanov belə təsvir edirdi:
“... BaĢlanmıĢ atıĢma sürətli, lakin, amansız döyüĢ üçün qığılcım rolunu
oynadı. Müsəlman Milli ġurasının dəstələri və daĢnak dəstələrindən ibarət
olan Bakı Sovetinin birləĢmiĢ qüvvələri arasında baĢ vermiĢ bu döyüĢdə
20 mindən artıq adam iĢtirak etmiĢdir. Bakı Sovetinin birləĢmiĢ qüvvələri
döyüĢlərin qurtarması ilə kifayətlənməyib silahsız azərbaycanlıları
öldürməyə baĢlamıĢdılar ... O zaman Bakıda ancaq daĢnaklardan ibarət
olan çoxsaylı erməni hərbi milli hissəsi yerləĢirdi” [Nərimanov, 2016,
s.54-55].
“Naş qolos” menşevik qəzeti yazırdı: “Azərbaycanlıların qətliamı dəhşətli
idi”. Azərbaycan məhəllələrini təyyarələr bombalayır, Xəzər donanmasının
gəmiləri isə hədəf atəşinə tuturdular. Bakıdakı qırğın dəhşətli idi, vəhşicəsinə
həyata keçirilirdi, buna yalnız ermənilər qadir idilər. Çaşqın və dəhşətli
hadisə şahidləri xatırlayırdılar: “Yaxın kəndlərdə qırğınlar həyata keçirən
erməni daşnaklarının dəstələri səhər tezdən Bakı şəhərinə girdilər.
Əvvəlcədən hazırlanmış bir plana əsasən, ermənilər 10-15 nəfərlik bir çox
dəstələrə bölünərək küçələrə səpələndilər, qorxuya düşmüş insanları evlərdən
və zirzəmilərdən çıxarıb qılıncdan keririrdilər, güllələyir və yandırırdılar.
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində qeyd olunurdu ki, Bakıda
məhəllələrin birində torpağın altından qulaqları, burunları kəsilmiş,
qarınlarını yırtılaraq vəhşicəsinə qətlə yetirilmiş 57 müsəlman qadınının və
qızın meyidi tapılmışdır [Abışov, 2017, s.8]. Ermənilər insanları diri-diri su
quyularına, yanar təndirlərə, neft quyularına atırdılar, hamilə qadınların
qarınlarını süngü ilə yarırdılar, uşaqları süngülərə keçirərək öldürürdülər,
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.132-147
137
körpə uşaqları divarlara mismarlayırdılar, qadınları saç-saça bağlayaraq
küçələrdə çılpaq gəzdirirdilər [Qasımlı, 2014, s.397], qadınlar, azyaşlı qızlar
və yaşlı qadınlar təcavüz edilirdilər. Bu vəhşiliklər gücsüz, silahsız kişilərin
gözü qarşısında həyata keçirilirdi. Bundan sonra hamını talan edilən bir evdə
toplayaraq yandırdılar. Ermənilər kişiləri başı aşağı ayaqlarından asırdılar və
heyvan döyüşündə olduğu kimi onları qılıncla yarıya böldülər, bəzilərini
taxta çarpayılara çarmıxa çəkirdilər, sonra xalça və kilimlərə sarıyıb diri-diri
yandırırdılar. Onlar İslamın müqəddəs kitabı olan Quranlardan alovlandırılan
tonqalların atəşinə müsəlman din xadimlərini atıb yandırırdılar.
Erməni vəhşiliklərinin həddi-hüdudu yox idi. İnsanların əllərini və
ayaqlarını kəsir, süngü altında öz ətlərini yeməyə məcbur edirdilər. Erməni
daşnaklarının və yerli ermənilərin həmrəyliyi hər yerdə mövcud idi. Bu
vəhşiliklər azərbaycanlıların qətllərini böyük zövqlə izləyən və
məmnuniyyətdən ucadan qışqıraraq əl çalan yerli ermənilərin gözü önündə
baş verirdi. İnsani hisslərdən məhrum olan erməni qatilləri İçərişəhərin qapısı
yaxınlığında içərisində 2 minədək yaralı və xəstə azərbaycanlı, rus, ləzgi və
yəhudi olan bir evi mühasirəyə aldılar. Amazaspın əmri ilə ermənilər evə
kerosin tökərək içəridə gizlənənlərin hamısını atəşə tutdular. Heç kim
alovdan çıxa bilmədi, 2 min insan kül oldu [Mansurov, 1991, s.130-131].
Qısa müddət ərzində Bakıda 20 minədək azərbaycanlı öldürüldü [31]. Bir
müddətdən sonra S.Q.Şaumyan etiraf edirdi: “Fürsətdən istifadə edərək,
süvari dəstələrimizə ilk silahlı basqından sonra bütün cəbhə boyu hücuma
keçdik ... Artıq silahlı qüvvələrimiz var idi – təxminən 6 min nəfər.
“Daşnaksütyun”nun bizim sərəncamımızda olan 3-4 min milli birliyi var idi.
Sonuncuların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri qazandırdı,
amma bunun qarşısını almaq mümkün deyildi. Biz bunu düşüncəli surətdə
etdik. Əgər onlar Bakıda üstünlük qazansaydılar, şəhər Azərbaycanın
paytaxtı elan ediləcəkdi [Шаумян, 1978, s.246]. Bu, “öz müqəddəratını
təyinetmə”, “muxtariyyət hüququ” və soyqırım barədə yüksək səslə qışqıran
erməni millətçilərinin əsl siması, kələkbazlığı, namərdliyi və alçaqlığı idi.
Azərbaycanlıların kütləvi qırğını bununla da bitmədi. Asan qələbədən
ilhamlanan Amazaspın rəhbərlik etdiyi ermənilər Qubaya üz tutdular və
orada 2800 nəfər [34] dinc əhalini öldürdülər. 2007-ci ilin aprel ayının 1-də
Quba şəhəri Qudyalçay ətrafında 1918-ci ildə ermənilərin azərbaycanlılara
qarşı törətdikləri qanlı cinayətlərin sübutu olan kütləvi məzarlıq aşkarlandı.
Məzarlıqda: 400-dən çox insan cəsədi, onlardan 50-dən çoxu uşaq, 100-dən
çoxu qadın, digərləri isə yaşlı kişilər idi [Abışov, (11), s.25].
Nəzərə alsaq ki, XX əsrin əvvəllərində bu şəhərin sakinləri
öldürülənlərdən bir qədər çox idi, onda Quba sakinlərinin hamısının
ermənilər tərəfindən qətlə yetirilməsini və güllələnməsini təsəvvür etmək
İradə Nuriyeva
“Böyük Ermənistan” xülyasının reallaşdırılması yolunda “məzlum erməni xalqı”nın azərbaycanlılara qarşı…
138
çətin deyil. Cəza dəstəsi o vaxtkı hərbi komissar Q.N.Korqanovun şəxsi
rəhbərliyi altında formalaşdırılmışdır və yalnız Daşnaksütyun partiyasına
mənsub ermənilərdən ibarət idi. Cinayətlərinə görə cəzasız qalan ermənilər
məqsədlərini açıq və yüksək səslə ifadə edirdilər. Qubalılar qarşısında
çıxışlarından birində Amazasp belə demişdir: “Mən erməni xalqının
qəhrəmanıyam və maraqlarının müdafiəçisiyəm. Məni cəza dəstəsi ilə
birlikdə iki həftə əvvəl burada öldürülən ermənilərin intiqamını almaq üçün
göndəriblər. Mənə nizam-intizam yaratmaq və sovet hakimiyyətini qurmaq
deyil, öldürülmüĢ ermənilərin qisasını almaq, Xəzər dənizi sahillərindən
ġahdağa qədər olan bütün müsəlmanları məhv etmək və evlərinizi yerlə-
yeksan etmək əmri verilib” [34]. Dinc azərbaycanlıların qətliamı təkcə
Bakıda və Qubada deyil, Lənkəran, Salyan, Kürdəmir, Nuxa və Göyçayda da
həyata keçirildi. Ermənilər Şamaxıda 30 minə yaxın azərbaycanlını qılıncdan
keçirdilər, bütün evləri qarət etdilər [Баберовски, 2010, s.136]. Stepan
Lalayevin başçılığı ilə erməni daşnakları 1918-ci ilin mart-aprel aylarında
Şamaxıya hücum ərəfəsində 58 kənddə 8027 nəfər azərbaycanlını qətlə
yetirmiş, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq idi
[Abışov, (12), s.6]. Quba şəhərində Amazaspın dəstəsi 4 milyon rubl pul, 4,5
milyon dəyərində qızıl, qızıl əşyalar və qiymətli daşlar, 25 milyon rubl [34]
dəyərində müxtəlif mal və ərzaq məhsulları oğurladı. S.Şaumyanın tutulması
zamanı onun baqajından 80 milyon rubl qızıl tapılıb [A More Secure World
(27), s.186].
4.Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və dövrün siyasi
vəziyyəti
26 may 1918-ci ildə Zaqafqaziya Seymi buraxıldığı barədə qərar qəbul
etdi. Mayın 27-də keçmiş Seymin azərbaycanlı deputatları təcili iclasda
mövcud siyasi vəziyyəti müzakirə etdilər. Keçmiş Seymin Azərbaycan
fraksiyasının üzvləri yekdilliklə sədri M.Ə.Rəsulzadənin seçildiyi Milli
Şuranı elan etdilər. Mayın 28-də Milli Şuranın I iclasında 24 səs çoxluğu ilə
“Azərbaycanın İstiqlaliyyətini” elan edərək Cənub-Şərqi Zaqafqaziyadan
ibarət Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu bəyan edildi [33;
Zeynalova, 2004, s.15]. Erməni nümayəndə heyəti dərhal Ararat
Respublikasının yaradıldığını elan etdi [Tağıoğlu, 2006, s.26]. Ararat
Respublikası 9 min kv. km ərazisi ilə erməniləri qane etmirdi, bu səbəbdən,
erməni nümayəndə heyəti Paris Sülh Konfransına (may 1919) keçmiş İrəvan
quberniyası, Qars vilayəti, Tiflis quberniyasının cənub hissəsi və keçmiş
Yelizavetpol quberniyasının cənub-qərb hissəsi, Osmanlı imperiyasının yeddi
vilayəti – Van, Baqeş, Diyarbəkir, Xarberd, Sevastiya, Karin, Trapezund,
Kilikiyanın dörd sancağı – Maraş, Sis, Cəlal – Bərəkət, Aleksandretta ilə
birlikdə Adananın Ararat Respublikasının tərkibinə daxil edilməsi haqqında
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.132-147
139
memorandum təqdim etdi [Nuriyeva, 2021, s.178]. “Geniş bir dövlətin
quruluşu müəyyən edildi və tələb olundu: Qara dənizdən Aralıq dənizinə,
Qarabağ dağlarından Ərəbistan səhralarına qədər Böyük Ermənistan”
[Кузнецов, 1997, s.43; Hacıyev, 2003, s.104]. Göründüyü kimi, ermənilərin
təkcə Azərbaycana deyil, eyni zamanda, 4-5 dövlətə də ərazi iddiaları var idi.
1918-ci ildə Gürcüstan və Azərbaycanın müstəqilliyini devirmək və
ərazilərini işğal etmək məqsədi ilə erməni millətçiləri onlarla müharibəyə
başladılar. 4 iyun 1918-ci ildə Osmanlı ilə Azərbaycan Respublikası arasında
bağlanmış Sülh və dostluq müqaviləsi erməniləri çıxılmaz vəziyyətə saldı. 12
iyun 1918-ci ildə S.Şaumyanın göstərişi ilə Bakı Sovetinin silahlı qüvvələri
Gəncəyə hücum etdilər. 4 iyun 1918-ci il tarixli Osmanlı – Azərbaycan
müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, iyunun 27-dən iyulun 1-dək 4
gün davam edən Göyçay yaxınlığındakı döyüşdə Bakı Sovetinin silahlı
qüvvələrini (əsasən erməni qoşunları) birləşmiş Azərbaycan-türk qoşunları
məğlub edərək Gəncəyə hücumlarının qarşısını aldı [Azərbaycan tarixi. Ən
qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər, s.247]. 1918-ci il sentyabrın
15-də Azərbaycan qoşunları Bakı şəhərini hakimiyyətdə olan “Sentrakaspi
diktaturası”ndan azad etdi və üç gün sonra Osmanlı qoşunları Azərbaycan
qoşunlarına kömək üçün şəhərə daxil oldular. Sentyabrın 17-də
F.X.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökuməti Gəncədən Bakı şəhərinə
köçdü. 30 sentyabr 1918-ci ildə Birinci Dünya Müharibəsində Osmanlı
Türkiyəsi məğlub olan bir tərəf kimi Böyük Britaniya ilə bağladığı Mudros
müqaviləsinin şərtlərinə görə Osmanlı imperiyası Cənubi Qafqazdan, o
cümlədən, Azərbaycandan qoşunlarını çıxartmağa məcbur oldu [Zeynalova,
2004, s.16; Mustafa Kamal Atatürk və türkçülük, s.51]. Bu, Azərbaycan
yaşayış məntəqələrini yeni qüvvə ilə dağıdaraq boşaltmaqda davam edən
erməni millətçilərinin əl-qolunu açdı. 17 noyabr 1918-ci ildə Ənzəlidən
general Tomsonun rəhbərlik etdiyi ingilis qoşunları Bakıya daxil oldu. Onun
tələbi ilə Azərbaycan qoşunları Bakıdan çıxarıldı.
5.Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
Uzun illərdir ki, ermənilər İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağın
dağlıq ərazilərini işğal etməyi xəyal edirdilər. Mayın 29-da İrəvanın güzəşt
edilməsindən sonra yerdə qalan Azərbaycan torpaqlarını da ələ keçirməyə
can atırdılar. 1918-ci ilin yayında türk qoşunları tərəfindən məğlub edilən
Andranikin dəstələri Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissələrinə
hücum etdilər [Zeynalova, 2004, s.16]. Fövqəladə istintaq komissiyasının
üzvü Mixaylovun sözlərinə görə, yalnız 1918-ci ilin yaz və payızında
Zəngəzurda (gələcəkdə Sovet hakimiyyəti dövründə Zəngəzurun Ermənistan
SSR-ə daxil olması təsdiqləndi) 115 Azərbaycan kəndi dağıdıldı və məhv
edildi [36; Abdullayev, 2004, s.19]. Təxmini məlumatlara görə, bu kəndlərdə
İradə Nuriyeva
“Böyük Ermənistan” xülyasının reallaşdırılması yolunda “məzlum erməni xalqı”nın azərbaycanlılara qarşı…
140
7.729 azərbaycanlı öldürüldü, onlardan 3.257 nəfəri kişi, 2.276 qadın və
2.196 uşaq idi, 50.000 azərbaycanlı Zəngəzuru tərk etmək məcburiyyətində
qalaraq qaçqına çevrildi [37]. Andranikin quldur dəstələri qadınları
vəhşicəsinə təcavüz edirdilər, sinələrini, hamilə qadınların qarınlarını
kəsirdilər, körpələri süngülərə keçirir və yarı bölürdülər. Bağuli kəndində
zorakılıqdan, qətliamdan qaçan 400 azərbaycanlı məscidə toplaşdı və hər
tərəfdən mühasirəyə alınaraq son nəfərə kimi yandırıldı [35]. Dağıdılan və
zorla boşaldılan Zəngəzur Ararat Respublikasının hakimiyyəti altına keçdi və
Azərbaycan 12 min kv. km ərazisini itirdi [Zeynalova, 2004, s.21]. İrəvan
quberniyasında 150 min azərbaycanlı böyük itkilərdən sonra ermənilər
tərəfindən dağıdılmış evlərini tərk etmək məcburiyyətində qaldı, yüzlərlə
kənd Yer üzündən silindi [38]. Daha sonra, RK(b)P XII Qurultayının
iclasında (17-25 aprel 1923) İ.V.Stalin Mərkəzi Komitənin təşkilat hesabatına
əsasən dedi:
“... Mən bir çox yaĢayıĢ məntəqələrinin, məsələn, Zəngəzurun adını çəkə
bilərəm ki, burada ermənilərin əksəriyyəti əhalinin tatarlardan ibarət olan
qalan hissəsini qılıncdan keçirdilər” [Сталин, 1953, s.251].
Gələcəkdə, “məğlubedilməz dəstə”nin “qəhrəmanlarından” biri – türk
xalqlarına qarşı vəhşilikləri ilə məşhur olan Andranik etiraf edirdi: “Mən
Basarkeçər (bu bölgə o zamanlar Azərbaycan ərazisinin bir hissəsi idi, indi
isə Ermənistanın tərkibindədir) tatar sakinlərini (azərbaycanlılar) seçim
etmədən qətlə yetirərək məhv etdim. Bəzən güllələrə heyfim gəlirdi. Bu
köpəkləri məhv etməyin ən əlveriĢli yolu döyüĢdən sonra sağ qalanların
hamısını quyulara doldurmaq və birdəfəlik boğmaq üçün üstlərinə ağır
daĢlar atmaqdır. Mən belə də etdim: bütün kiĢiləri, qadınları və uĢaqları
quyuya atdım, quyunu dolduraraq onları öldürdüm” [Лалаян, 1936. № 2-3.].
Bəs onun, uşaqların çıxarılmış gözlərindən “boyunbağı” düzəltdiyini necə
yaddan çıxartmaq olar ... [Краткая хронологическая Энциклопедия, 2002,
154 стр., с.3].
6.Nəticə
1917-1920-ci illərdə Azərbaycan ərazisində 400 mindən çox azərbaycanlı
ermənilər tərəfindən qətlə yetirildi. Həmin illərdə azərbaycanlıların sayını
nəzərə alsaq, mənzərə dəhşətli idi. Bu vəhşilikləri “öz müqəddəratını
təyinetmə”, “muxtariyyət hüququ” və “soyqırım” barədə yüksək səslə bütün
dünyaya qışqıran erməni millətçilərinin Azərbaycanlılara qarşı
“soyqırım”dan başqa nə adlandırmaq olar.
ƏDƏBİYYAT
1. (1993). Azərbaycan tarixi. Ən qədim dövrlərdən XX əsrin əvvəllərinə
qədər. Bakı: Elm, 284 səh.
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.132-147
141
2. Abdullayev, E. (2004). Dağlıq Qarabağ problemi beynəlxalq hüquq
müstəvisində. Bakı: Təhsil, 216 səh.
3. Tağıoğlu, Ə. (2006). Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları (2
cilddə). Ermənilər və gürcülər Qafqaz Oğuz Albaniyası ərazisində. Cild 2.
Bakı: Nurlan, 676 səh.
http://ek.anl.az/lib/item?id=chamo:18352&theme=e-kataloq
4. Hacıyev, İ. (2003). Heydər Əliyev və milli-tarixi yaddaĢın bərpası.
Bakı: Elm, 162 səh.
5. Qasımlı, M. (2014). “Erməni məsələsi”ndən “erməni soyqırımı”na:
gerçək tarix axtarıĢında (1724-1920). Bakı: Mütərcim, 468 səh.
6. Mansurov, A. A. (1991). Tarixin ağ ləkələri və yenidənqurma. Bakı:
Yazıçı, 224 səh.
7. (2006).Mustafa Kamal Atatürk və türkçülük (Elmi konfransın
materialları) 29 oktyabr 2005-ci il. Bakı: Nurlan, 74 səh.
8. Nərimanov, N. (2016). Məktublar və Qarabağ məsələsinə dair
sənədlər. (təkmilləĢdirilmiĢ yeni nəĢri) Bakı, “NURLAR”, 176 səh.
9. Nuriyeva, İ. T. (2021). Ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə
prinsiplərinə etnosiyasi yanaĢma. Monoqrafiya. Bakı: Mütərcim, 352 səh.
10. Abışov, V. (2017). Bakıda Azərbaycan xalqına qarĢı 1918-ci il mart
soyqırımı. Bakı: Elm, 220 səh.
11. Abışov, V. (2017). Quba qəzasında Azərbaycan xalqına qarĢı
soyqırımı. Bakı: Elm, 96 səh.
12. Abışov, V. (2017). ġamaxı qəzasında Azərbaycan xalqına qarĢı
soyqırımı. Bakı: Elm, 120 səh.
13. Zeynalova, T. M. (2004). Azərbaycan milli-dövlət quruculuğu
tarixindən (1920-30- cu illər). Bakı: Elm, 176 səh.
14. Балаев, А. (1990). Азербайджанское национально-
демократическое движение 1917-1920 гг. Баку: Элм, 96 с.
15. Баберовски, И. (2010). Враг есть везде. Сталинизм на Кавказе.
Москва, РОССПЭН, 855 с.
16. Гурко-Кряжин, В. (1926). Армянский вопрос. Большая Советская
Энциклопедия. Т. 3. Москва, (первое издание), 800 с.
http://ek.anl.az/lib/item?id=chamo:469026&theme=e-kataloq
17. (1957). Декреты Советской власти. Москва: Госполитиздат, Т.1,
626 с.
18. Кузнецов, В. И. (1997). Октябрь и международное право.
Международная жизнь. Москва, 11-12, с. 94.
19. Ленин, В. И. (1964). Полный сборник сочинений. 5-е изд. Т. 48.
Москва: Политиздат, 543 с.
İradə Nuriyeva
“Böyük Ermənistan” xülyasının reallaşdırılması yolunda “məzlum erməni xalqı”nın azərbaycanlılara qarşı…
142
20. Лазарев, М. С. (1972). Курдский вопрос в 1891-1917 годах. Москва:
Наука, 472 с.
21. Лалаян, А. (1936). Революционный Восток. № 2-3.
22. (2002). Преступления армянских террористических и бандитских
формирований против человечества (XIX-XXI вв.) Краткая
хронологическая Энциклопедия. Институт по правам человека
Национальной Aкадемии Наук Азербайджана. Баку, Элм, 154 стр.
23. Ратгаузер, Я. (1927). Революция и гражданская война в Баку. Баку,
145 с.
24. Сталин, И. В. (1953). Сочинения. Том 5. (1921–1923). Москва:
Государственное издательство политической литературы, 446 с.
25. Чалхулиян, Г. (1905). Армянский вопрос в России. Ростов-на-Дону,
475 с.
26. Шаумян, С. Г. (1978). Избранные произведения. Т.2. Москва, 463с.
27. A More Secure World: Our Shared Responsibility*. High-level Panel
on Treats, Cjallenges and Cjange. Un Doc. A/59/565. 2 December 2004
28. Архив Политических Документов Управления Делами Президента
Азербайджанской Республики (АПД УДП АР), ф. 276, оп. 8, д. 429, л.
135.
29. Архив Политических Документов Управления Делами Президента
Азербайджанской Республики (АПД УДП АР), ф. 276, оп. 8, д. 498, лл.
14, 15.
30. Архив Политических Документов Управления Делами Президента
Азербайджанской Республики (АПД УДП АР), ф. 276, оп. 8, д. 513, л.
8.
31. ARPĠĠSSA, F.276, siy.2, iş 20, v. 18-19.
32. Государственный исторический архив Азербайджанской
Республики (ГИА АР), ф. 524, оп. 8, д. 5, л. 27.
33. Государственный архив Азербайджанской Республики (ГА АР), ф.
970, д.4, л.1-2.
34. Государственный архив Азербайджанской Республики (ГА АР), ф.
970, оп. 1, ед. хр. 1, л. 51.
35. Государственный архив Азербайджанской Республики (ГА АР), ф.
895, оп. 1, ед. хр. 18, лл. 1-2.
36. Государственный архив Азербайджанской Республики (ГА АР), ф.
970, оп. 1, ед. хр. 166, л. 7.
37. Государственный архив Азербайджанской Республики (ГА АР), ф.
970, оп. 1, ед. хр. 166, л. 8.
38. Государственный архив Азербайджанской Республики (ГА АР), ф.
970, оп. 1, ед. хр. 216, л. 1
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.132-147
143
31 марта геноцид, совершенный «Угнеженным Армянским
Народом» против азербайджанцев на пути реализации мечты о
«Великой Армении»
Ирада Нуриева
Абстракт. Политика геноцида, проводимая армянскими националистами
против азербайджанцев, имеет более чем 200-летнюю историю. Целью этой
коварной политики было изгнание азербайджанцев с их исторических земель
и создание на этих территориях мифического государства «Великая
Армения». 31 марта 1918 года под руководством партии Дашнакцутюн при
помощи Красной Армии Советской России азербайджанское население Баку
было подвергнуто геноциду. Трупы 57 мусульманок, у которых были
отрезаны уши и носы, а также вспороты животы, обнаружены в одном из
районов Баку. Армяне бросали людей живыми в колодцы с водой, горящие
печи и нефтяные скважины, вспарывали штыками животы беременных
женщин, убивали штыками детей, прибивали младенцев к стенам, насиловали
женщин, молодых девушек и старух. Людей подвешивали вниз головой за
ноги, разрезали пополам мечами, некоторых распинали на деревянных
кроватях, заворачивали в ковры и пледы и сжигали заживо, отрезали людям
руки и ноги, заставляли есть собственную плоть под штыки. Дикие армянские
банды сжигали мусульманских священнослужителей в огне костров,
зажженных из Корана, священной книги Ислама. Таково было истинное лицо
армянских националистов, громко кричавших о «самоопределении»,
«автономии» и «геноциде». Армянским зверствам не было предела.
Жестокость Андраника, который делал «колье» из детских глаз и других
армян, не знала границ. В марте 1918 года до 20 тысяч азербайджанцев в Баку,
а в 1917-1920 годах на территории Азербайджана более 400 тысяч
азербайджанцев подверглись «геноциду» со стороны армян. Поскольку мир
поддается этим злодеяниям, их число увеличивается.
Доктор политических наук, профессор,
кафедры «Гуманитарных наук» Азербайджанского Государственного Университета Нефти и
Промышленности; Баку, Азербайджан
E-mail: iradanuri@gmail.com
https://orcid.org/0000-0002-5309-0009
Цитировать статью: Нуриева, И. [2024] 31 марта геноцид, совершенный «Угнеженным Армянским
Народом» против азербайджанцев на пути реализации мечты о «Великой Армении». Журнал «Metafizika»,
7(1), с.132-147.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.132-147
История статьи:
Статья поступила в редакцию: 20.01.2024
Отправлена на доработку: 12.02.2024
Принята для печати: 29.02.2024
İradə Nuriyeva
“Böyük Ermənistan” xülyasının reallaşdırılması yolunda “məzlum erməni xalqı”nın azərbaycanlılara qarşı…
144
Ключевые слова: 31 март - геноцид азербайджанцев, армянская
жестокость, «колье» из детских глаз, мифическое государство «Великая
Армения»
31 March Genocide Committed by the “Oppressed Armenian People” Against
Azerbaijanis on the Way of Realizing the Dream of “Great Armenia”
Irada Nuriyeva
Abstract. The policy of genocide carried out by Armenian nationalists against
Azerbaijanis has a history of more than 200 years. The goal of this insidious policy
was the expulsion of Azerbaijani people from their historical lands and the creation
of a mythical state of “Great Armenia” in these territories. On March 31, 1918,
under the leadership of the Dashnaktsutyun party with the help of the Red Army of
Soviet Russia, the Azerbaijani population of Baku was subjected to genocide. The
corpses of 57 Muslim women, whose ears and noses were cut off, and their bellies
were torn open, were found in one of the neighborhoods in Baku. Armenians threw
people alive into water wells, burning ovens, and oil wells, ripped apart pregnant
women's bellies with bayonets, killed children with bayonets, nailed babies to walls,
raped women, young girls, and old women. They hung men upside down by their
legs, cut them in half with swords, crucified some of them on wooden beds,
wrapped them in carpets and rugs and burned them alive, cut off people's hands and
feet, and forced them to eat their own flesh under bayonets. Wild Armenian gangs
burned Muslim clerics in the fire of bonfires lit from the Koran, the holy book of
Islam. This was the true face of the Armenian nationalists who loudly shouted about
“self-determination”, “autonomy” and “genocide”. The cruelty of Andranik, who
made “necklaces” from children‟s eyes, and other Armenians, knew no bounds. In
March 1918, up to 20 thousand Azerbaijanians in Baku, and in 1917-1920 on the
territory of Azerbaijan, more than 400 thousand Azerbaijani people were subjected
to “genocide” by the Armenians. As the world ignores these atrocities, they are
increasing.
Keywords: 31 Мarch Genocide of Azerbaijanis, Armenian brutality, “necklace”
from children's eyes, mythical “Great Armenia” state
Doctor of Political sciences, professor,
Azerbaijan State Oil and Industry University; Baku, Azerbaijan
E-mail: iradanuri@gmail.com
https://orcid.org/0000-0002-5309-0009
To cite this article: Nuriyeva, I. [2024] 31 March Genocide Committed by the “Oppressed Armenian People”
Against Azerbaijanis on the Way of Realizing the Dream of “Great Armenia” “Metafizika” journal, 7(1), pp.132-
147.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.132-147
Article history:
Received: 20.01.2024
Accepted: 29.02.2024
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.132-147
145
REFERENCES
1. (1993). History of Azerbaijan. From the earliest times to the beginning of
the 20th century. Baku: Elm, 284 pages. (in Azerbaijan)
2. Abdullayev, E. (2004). Nagorno-Karabakh problem at the level of
international law. Baku: Education, 216 pages. (in Azerbaijan)
3. Tagıoğlu, A. (2006). Turkic tribes of ancient Front Asia and Front
Caucasus (in 2 volumes). Armenians and Georgians in the territory of
Caucasian Oguz Albania. Volume 2. Baku: Nurlan, 676 pages.
http://ek.anl.az/lib/item?id=chamo:18352&theme=e-katalog. (in
Azerbaijan)
4. Hajiyev, I. (2003). Heydar Aliyev and restoration of national-historical
memory. Baku: Elm, 162 p. (in Azerbaijan)
5. Gasimli, M. (2014). From the "Armenian question" to the "Armenian
genocide": in search of true history (1724-1920). Baku: Translator, 468
p. (in Azerbaijan)
6. Mansurov, A. A. (1991). White spots of history and reconstruction. Baku:
Yazichi, 224 p. (in Azerbaijan)
7. (2006). Mustafa Kemal Atatürk and Turkism (Proceedings of the
scientific conference) October 29, 2005. Baku: Nurlan, 74 p. (in
Azerbaijan)
8. Narimanov, N. (2016). Letters and documents on the Karabakh issue.
(new improved edition) Baku, "NURLAR", 176 p. (in Azerbaijan)
9. Nuriyeva, I. T. (2021). An ethnopolitical approach to the principles of
territorial integrity and self-determination. Monograph. Baku:
Translator, 352 p. (in Azerbaijan)
10. Abishov, V. (2017). The March 1918 genocide against the Azerbaijani
people in Baku. Baku: Elm, 220 p. (in Azerbaijan)
11. Abishov, V. (2017). Genocide against the people of Azerbaijan in Guba
district. Baku: Elm, 96 p. (in Azerbaijan)
12. Abishov, V. (2017). Genocide against the people of Azerbaijan in
Shamakhi district. Baku: Elm, 120 p. (in Azerbaijan)
13. Zeynalova, T. M. (2004). From the history of Azerbaijan nation-state
building (1920-30s). Baku: Elm, 176 p. (in Azerbaijan)
14. Balaev, A. (1990). Azerbaijani national democratic movement 1917-
1920. Baku: Elm, 96 p. (in Russian)
15. Baberowski, I. (2010). The enemy is everywhere. Stalinism in the
Caucasus. Moscow, ROSSPEN, 855 p. (in Russian)
16. Gurko-Kryazhin, V. (1926). The Armenian question. Great Soviet
Encyclopedia. Vol. 3. Moscow, (first edition), 800 p.
http://ek.anl.az/lib/item?id=chamo:469026&theme=e-kataloq (in Russian)
İradə Nuriyeva
“Böyük Ermənistan” xülyasının reallaşdırılması yolunda “məzlum erməni xalqı”nın azərbaycanlılara qarşı…
146
17. (1957). Decrees of the Soviet government. Moscow: Gospolitizdat, T.1,
626 p. (in Russian)
18. Kuznetsov, V. I. (1997). October and international law. International life.
Moscow, 11-12, p. 94. (in Russian)
19. Lenin, V. I. (1964). Complete collection of essays. 5th ed. vol. 48.
Moscow: Politizdat, 543 p. (in Russian)
20. Lazarev, M. S. (1972). Kurdish question in 1891-1917. Moscow: Nauka,
472 p. (in Russian)
21. Lalayan, A. (1936). Revolutionary East. No. 2-3. (in Russian)
22. (2002). Crimes of Armenian terrorist and bandit groups against humanity
(XIX-XXI centuries) Brief chronological Encyclopedia. Institute for
Human Rights of the National Academy of Sciences of Azerbaijan. Baku,
Elm, 154 pp. (in Russian)
23. Rathauser, J. (1927). Revolution and civil war in Baku. Baku, 145 p. (in
Russian)
24. Stalin, I. V. (1953). Essays. Volume 5. (1921–1923). Moscow: State
Publishing House of Political Literature, 446 p. (in Russian)
25. Chalhuliyan, G. (1905). The Armenian question in Russia. Rostov-on-
Don, 475 p. (in Russian)
26. Shaumyan, S. G. (1978). Selected works. T.2. Moscow, 463 p. (in
Russian)
27. A More Secure World: Our Shared Responsibility*. High-level Panel on
Treats, Cjallenges and Cjange. Un Doc. A/59/565. 2 December 2004. (in
English)
28. Archive of Political Documents of the Office of the Presidential Affairs of
the Republic of Azerbaijan (APD OPA RA), f. 276, op. 8, d. 429, p. 135.
(in Russian)
29. Archive of Political Documents of the Office of the Presidential Affairs of
the Republic of Azerbaijan (APD OPA RA), f. 276, op. 8, no. 498, pp. 14,
15. (in Russian)
30. Archive of Political Documents of the Office of the Presidential Affairs of
the Republic of Azerbaijan (APD OPA RA), f. 276, op. 8, d. 513, p. 8. (in
Russian)
31. ARPIISSA. F.276, siy.2, case 20, v. 18-19. (in Azerbaijani)
32. State Historical Archive of the Azerbaijan Republic (SIA AR), f. 524, op.
8, d. 5, l. 27. (in Russian)
33. State Archive of the Azerbaijan Republic (SA AR), f. 970, d.4, l.1-2. (in
Russian)
34. State Archive of the Azerbaijan Republic (SA AR), f. 970, op. 1, units hr.
1, l. 51. (in Russian)
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.132-147
147
35. State Archive of the Azerbaijan Republ(in Russian)ic (SA AR), f. 895, op.
1, units hr. 18, pp. 1-2. (in Russian)
36. State Archive of the Azerbaijan Republic (SA AR), f. 970, op. 1, units hr.
166, l. 7. (in Russian)
37. State Archive of the Azerbaijan Republic (SA AR), f. 970, op. 1, units hr.
166, l. 8. (in Russian)
38. State Archive of the Azerbaijan Republic (SA AR), f. 970, op. 1, units hr.
216, l. 1(in Russian)