© “Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 1, serial 25, 2024. pp.186-191 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
186
RESENZİYA
DOI: 10.33864/2617-751X.2024.v7.i1.186-191
MJ № 205
İkicildli “Ərəbcə-Azərbaycanca lüğət” kitabına dair
Şərqiyə Salmanova
Kitabın adı:
Ərəbcə-Azərbaycanca lüğət
Müəllif: Aygün Əlizadə
Kitabın dili: Azərbaycan dili
Nəşr ili: 2012
Səhifəsi: I cild (1-1108)
II cild (1-1167)
Nəşriyyat: “Nurlar” Nəşriyyat-
Poliqrafiya Mərkəzi
Ölkə: Bakı, Azərbaycan
ISBN 978-9952-460-28-5
1.Giriş
Tarix boyu insanlar bir birləri ilə ünsiyyət qurmaq üçün müxtəlif
vasitələrdən istifadə etmişdir. Bu ünsiyyət vasitələri təsrif olunarkən dörd
kateqoriyaya bölünür. Sözlü, sözsüz, yazılı və şəkli ünsiyyət vasitələri.
İnsanlar duyğularını, hiss və həyəcanlarını bu vasitələrlə qarşısındakılara
çatdırırlar. Sözlü vasitə zamanı insanlar dil vasitəsilə ünsiyyət qurur. Sözlü
vasitə daim yenilənməyə, inkişaf etməyə məruz qalan, canlı bir ünsiyyət
növüdür. Zaman keçdikçə yeni sözlərin yaranması, ünsiyyət qurmaq üçün
insanların artıq bir birinə daha yaxın olması (sosial şəbəkələrin varlığı)
müasir dövrümüzdə yeni dilləri öyrənməyə maraq yaradır. Yeni dillərə maraq
yaranarkən, sözlü vasitə ilə yazılı vasitə, demək olar ki, paralel inkişaf edir.
Azərbaycan İlahiyyat İnstitutunun “Dinlər tarixi” üzrə magistrantı; Bakı, Azərbaycan
E-mail: salmanovasalmanova88@gmail.com
https://orcid.org/0009-0007-5980-0829
Məqaləyə istinad: Salmanova, Ş. [2024] İkicildli “Ərəbcə-Azərbaycanca lüğət” kitabına dair. “Metafizika” jurnalı,
7(1), səh. 186-191.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.186-191
Resenziyanın tarixçəsi:
Resenziya redaksiyaya daxil olmuĢdur: 24.09.2023
Təkrar iĢlənməyə göndərilmiĢdir: 23.10.2023
Çapa qəbul edilmiĢdir: 29.01.2024
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.186-191
187
Özünü ifadə, natiqliq, ritorika haqqında təlimlərdə iştirakçılara verilən
məsləhətlərdən birincisi bu mövzuda (danışdığı dildə xitab mövzusunda)
təhsil almaq olursa, ikincisi mütləq və mütləq sosial olmaq olur, yəni
öyrəndiyi, xitab etdiyi, fikrini çatdırdığı dilə məruz qalıb, qarşılıqlı söhbətləri
daimi hala çevirmək. Çünki dil həm canlı həm də passiv olma xüsusiyyəti
daşıyır.
Keçmiş zamanlarda zadəgan ailələrin övladlarına xas olan dil öyrənmək
halları, günümüzdə daha əlçatandır və insan keçmişdə olduğu kimi, dilini
öyrənəcəyi ölkəyə getmədən, ən azından baza səviyyəsində istədiyi dili öz
evinin komfort səviyyəsindən ayrılmadan, müxtəlif elektron vasitələrlə,
canlı-canlı, müəllimlərlə qarşılıqlı ünsiyyət quraraq dərs alıb, öyrənə bilir.
Dil öyrənərkən lazım olan əsas vasitə isə lüğət kitablarıdır. Bəzən bir deyil,
bir neçə lüğət kitabı dil öyrənmə yolunda ən yararlı vasitə olur.
Lüğətlərin yaranması müxtəlif səbəblərə söykənir. Yazının icad
olunmasıyla başlayan yazma, yazdığını saxlama alışqanlığı, ölkələr arası
inkişaf edən iqtisadi, mədəni, ticarət əlaqələrinin də gətirdiyi tələbat
səbəbindən lüğətlərə ehtiyac yaranmışdır. Yaradılan lüğətlərin tərtibi zamanı
müxtəlif tərtibat üsullarından istifadə olunmuş və müxtəlif zamanlarda,
müxtəlif ölkələrdə fərqli şəkildə tərtib olunan lüğətlər meydana gəlmişdir.
Sivilizasiyanın ilk çağlarında Yunan, Çin, Hindistan, Ərəbistan, Misir,
Roma kimi böyük xalqların yazı yazmaq və lüğət yaratmaq ənənəsinə tövhə
verdiklərinin şahidi oluruq.
Lüğətlər istər keçmişdə, istərsə də günümüzdə bir birini anlamağın
açarıdır desək yanılmarıq. Əsas da, sami dillər və Hind-Avropa (Hind-İran)
ailəsindən olan bir dili öyrənərkən fərqli lüğətlərə daha çox ehtiyac duyulur.
Çünki Avropa dillərində əsasən yeni sözlərdən istifadə olunarkən, ərəb, fars,
ibri dillərində qədim sözlərin öyrənilməsi daha vacib olur. Əsasən də
dinşünas və dilşünasların tarixi mətnləri, müqəddəs yazıları araşdırarkən bu
dillərin yeni variantını deyil, daha qədim formasını öyrənməsini nəzərə alsaq,
lüğətlərin vacibliyi daha çox hiss olunur. Müqəddəs yazıların yazıldığı
dövrdə o bölgələrdə danışılan, indiki dövr üçün arxaik söz nümunəsinə
çevrilmiş sözləri öyrənmək araşdırmaçı üçün vacib məsələdir.
Mənbələrin məlumatına görə Ərəblərdə lüğətlərin yaranması fəaliyyətləri
Quranda mənaları bilinməyən (qərib) sözlər haqqında yaranan suallar
nəticəsində Peyğəmbərin verdiyi cavablar əsasında başlamışdır [1].
Lüğətçilik haqqında məlumatlarda cahiliyyə dövründə lüğətçilik ənənəsinin
olmaması, bu adətin Peyğəmbər zamanından başladığı və dilçilərin səfərləri
zamanı getdikləri şəhərlərdə Ərəblərlə ünsiyyətləri zamanı öyrəndikləri
sözlərin cəmləşdirib, sistemləşdirməsi ilə ilkin Ərəb lüğətlərinin yarandığı
Şərqiyə Salmanova
İkicildli “Ərəbcə-Azərbaycanca lüğət” kitabına dair
188
söylənilir. İlkin olaraq tərtib edilən lüğətlər müəyyən bir mövzu adı altında
hazırlanmış bir kitabda toplanırdı. Məsələn həşəratlar, atlar, sular haqqında
olan bir məlumat kitabında, bu sahəyə aid olan sözlər və mənaları yer alırdı.
Misal olaraq, “Kitabu‟l-haĢarat”, “Kitabu-l hail” i göstərmək olar [2].
Sonralar isə əlifba sırasına görə tərtib olunan lüğətlər meydana gəlmişdi.
Ərəb dili lüğətlərinin ən çox yayılmış tərtib forması kök hərflərinə görə
tərtib olunmuş formadır. Bundan əlavə kəlmələrin müəyyən mövzulara görə
təsnif olunduğu, əlifba sırasının əsas alındığı, morfolojik qəliblərə görə təsnif
modellərinin olduğu lüğətlər də mövcud olmuşdur. Müəyyən mövzulara görə
tərtib olunan terminlər lüğətlərinin yazılması ənənəsi Əbu Ubeyd Qasım b.
Səllamın “Əl Qəribul Müsənnəf” əsərinin tərtibi ilə başlayır [3]. Morfolojik
qəliblərə əsasən tərtib olunan lüğətlərə nümunə olaraq İshaq b. İbrahim əl-
Fərabinin “Divanül ədəb” əsərini göstərə bilərik. Bundan əlavə Quranda
işlənən sözlərin açıqlandığı və kök hərflərinə görə tərtib olunan Raqıb əl
İsfəhaninin “Müfrədat”[4] əsəri də müsbət misallar arasındadır.
Azərbaycanda lüğətçilik ənənəsi uzun bir prosesdən sonra yaranmışdır.
Tarixən böyük ipək yolu ilə ticarət əlaqələri və bu əlaqələrin olduğu ölkələrin
nümayəndələri ilə ünsiyyət Azərbaycan dilinin inkişafına, yeni sözlərin
dilimizə daxil olmasına səbəb olmuşdur. Bu da öz növbəsində sözlərin
mənalarının izahını vacib hala gətirirdi.
XIX əsrdə yaranmış olan türk dünyasında nümunə xüsusiyyəti daşıyan bir
sıra məşhur lüğətlər yeni sözlərin başa düşülməsi və izahı üçün mühüm rol
oynayıb. Misal üçün Mahmud Kaşğarinin “Divanü lüğat-it-Türk”, Əl
Zəmahşarinin “Müqəddimət-ül Ədəb”, Məhəmməd Səbahinin “Qamusi-
Osmanlı” lüğətini göstərmək olar [5].
Türk dünyasının lüğət örnəkləri dən biri də Əlişir Nəvainin Ərəb lüğətçilik
ənənəsinə uyğun olaraq hazırladığı “Abuşka Lüğəti” olub, 16. əsrin
əvvəllərində yazıldığı güman edilən lüğətdə Ərəbcə-Farsca kəlmələrə yer
verildiyi söylənilir [6].
Müasir zamanımızda texnologiya əsrində yaşadığımızı nəzərə alsaq, bu
kitabların, lüğətlərin əldə olunması daha asan hala çevrilmişdir. Müxtəlif
kitabxanaların elektron bazasından təmini mümkün olan bu kitablar
araşdırma mövzularında araşdırmaçıya böyük rahatlıq vəd edir. Lüğətlərin
çeşitliliyi, xüsusilə təhsil müəssisələrində yeni məlumatların öyrənilməsinə
tövhə verir. Əsasən istifadə olunan ikidilli lüğətlərdir. Amma bəzən ayrı dil
ailələrindən olan sözlərin qarşılığı və ona uyğun mənanı izah edən kəlmə
tapmaq çətin, bəzən də mümkünsüz olur. Ona görə də çox vaxt sözlərin
düzgün yerdə işlənmədiyinin də şahidi oluruq. Hər halda lüğətçilik sahəsində
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.186-191
189
bəzi çatışmayan hallar olsa da bu sahənin verdiyi tövhələr yaranan
problemlərdən daha üstündür.
2. Aygün Əlizadə haqqında müxtəsər məlumat
Azərbaycan Milli Elmlər Akademiyası, Akademik Ziya Bünyadov adına
Şərqşünaslıq İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün
Əjdər qızı Əlizadə 1978-ci ildə Bakıda anadan olmuşdur. Bakı Dövlət
Universitetinin məzunu olan Aygün xanım 20 ildən çox elmi-pedoqoji
fəaliyyət göstərmiş, bir sıra elmi əsərlərin, elmi araşdırmaların müəllifi kimi
tanınır. Xaricdə çıxmış 24 elmi əsərin müəllifi olan Aygün Əlizadə, 10 kitab,
70 məqalə müəllifidir. Bundan əlavə lüğətşünaslıq, sufi ədəbiyyatının
araşdırılması və tərcüməsi kimi elmi nəaliyyətlərin də sahibidir. Bir sıra ali
təhsil müəssisələrində fars dili və İran ədəbiyyatı fənnini tədris edən Aygün
Əlizadə hazırda AMEA-nın aparıcı elmi işçisi, AMEA akad. Z.M.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18
Dissertasiya Şurasının üzvüdür. Aygün Əlizadənin müəllifi olduğu kitablar:
1- İki cildli Ərəbcə-Azərbaycanca lüğət, Bakı - 2012
2- Fəridəddin Əttarın “Təzkirətül -övliya” əsəri farsdilli sufi ədəbiyyatının
mənbəyi kimi, Bakı - 2014
3- Həqiqət axtarışında, Bakı - 2018
4- İbtidai və orta səviyyə üçün nəzərdə tutulan fars dili dərsliyi və CD,
Bakı - 2019
5- Abdullah Hatifinin “Həft mənzər” əsərinin filoloji və nəzmlə
tərcüməsi, Bakı – 2021
6- Azərbaycanın şeir gülüstanından. London – 2022 və başqaları
Bundan əlavə, Aygün Əlizadə Pakistanda nəşr olunan “Anahita”
jurnalının, Türkiyədə nəşr olunan “Akademik tarix və düĢüncə” dərgisinin
redaksiya heyətinin üzvüdür.
3-“Ərəbcə-Azərbəycanca lüğət” kitabı haqqında
Aygün Əlizadənin ərsəyə gətirdiyi lüğət kitabına nəzər saldıqda sadəcə bir
lüğətlə deyil, kiçik ölçülü ensiklopediya ilə qarşılaşırsınız. Kitabda ilk olaraq
müəllif, bu dildə olan mənbələrin oxunmasında yardımçı vasitə olması üçün
kitabı ərsəyə gətirdiyini qeyd edir. Ön sözdən sonra “İlk Ərəb Lüğətləri”
barədə nümunələr oxucuya təqdim olunur. On lüğət kitabı haqqında məlumat
verən müəllif, kitabı ərsəyə gətirərkən 24 mənbədən istifadə etmişdir. Birinci
cild Əlif hərfi ilə başlayıb, “Dad” hərfi ilə bitir. Yeni hərfin başladığını
bildirən səhifə başlığı həmin hərflə başlayan bir sözün keçdiyi Quran
ayəsindən nümunə təqdim olunmaqla oxucuya çatdırılır. Məsələn: “Lam”
hərfi ilə başlayan səhifənin təqdimatında “Leyl” (gecə) sözünün keçdiyi Ali-
İmran surəsindən bir ayə (190-cı ayə) qeyd olunmuşdur və yaxud da, “Vav”
Şərqiyə Salmanova
İkicildli “Ərəbcə-Azərbaycanca lüğət” kitabına dair
190
hərfini təqdim edərkən ərəbcə “Vadi” sözünün keçdiyi “İbrahim surəsinin”
37-ci ayəsindən nümunə oxucunun diqqətinə çatdırılır. Lüğət tərkibində
alışılmış hərf sırası üzrə olan primitiv lüğətlər tərtibinə rast gəlmirsiniz, ilk
baxışdan bu lüğətin fərqli olduğu sizi cəlb edir. Quran və hədislərdə yer alan
qərib kəlimələrə də rast gələcəyiniz lüğətdə söz oxucuya təqdim olunur, onun
keçdiyi cümlə və varsa ayə də təqdim olunur, hər birinin də qarşısında sol
tərəfdə Azərbaycan dilində mənaları izah olunur. Məsələn darlıq anlamına
gələn “ZAYQUN ٤ٙن” sözünün mənasını verən müəllif, sözün bütün verə
biləcəyi mənaları izah etdikdən sonra, bu sözün keçdiyi ayəni bizə təqdim
edir (Tövbə surəsi 9/ 25 ci ayə “Gen dünya sizə dar oldu”). Birinci hissə
“Dad” hərfi ilə bitdikdən sonra ”Ərəb dilində işlənən deyimlər”, ardınca
“Ərəb dili yazısı haqqında qısa məlumat”, “Klassik ərəb dilçiliyi
terminolgiyasının izahlı lüğəti”, “Dünya Ölkələrinin ərəbcə adları”, “Hərbi
Terminlər”, “Şəkillərlə müxtəlif sözlərin təqdimatı və ərəbcə tərcüməsi”,
“Ərəb ölkələri, onların xəritə, bayraq, gerb və ölkəsinin xarakteristik
statistikası” oxucuya təqdim olunur.
İkinci cild 1167 səhifədən ibarətdir və “Ta ٛ” hərfi ilə başlayır və ənənəyə
sadiq olaraq səhifə təqdimatında “Ta” hərfi ilə başlayan quş anlamını verən
“Tayrun” “ و٤ٛ ” sözünün keçdiyi (Bəqərə 2/260) surəsindən nümunə əks
olunur. İkinci cild daha da maraqlı gələcək oxucuya, çünki hərflər bitdikdən
sonra müəllifin təqdim etdiyi əlavə məlumatlar ikinci cilddə daha çoxdur və
daha maraqlıdır, məsələn, burada “Ərəb dilində işlənən deyimlər”, “Elm
adları”, “Həndəsi fiqurlar və adları”, ”Mendeleyevin dövri elementlər
cədvəli”, “insan anatomiyası”, “coğrafi terminlər, planetlər”, “ümumi sahil
xüsusiyyətləri”, “yerin daxili quruluşu”, “Vulkan və onun quruluşu”,
“atmosfer profili”, “mağara kompleksinin quruluşu” ,”su dövranı”,” buzlaq”
,”bürclər-ulduz sistemi”, “şəkillərlə sözlərin izahı”, “ərəb ölkələri haqqında
məlumat” öz əksini tapmışdır.
4-Nəticə
Kitab əsasən Ərəb dili sevənlərə, bu dildə araşdırma aparanlara və yaxud
da müqəddəs kitabımızı oxuyan oxuculara öyrəndikləri ayələrdə keçən
sözlərin mənalarını və o sözün daha hansı mənalarda və yaxud da hansı
birləşmələrlə işləndiyini göstərir. Bundan əlavə istər müəllim, istərsə də
tələbələr üçün faydalı ola biləcək, maraq göstərdikləri müxtəlif elm
sahələrinə aid terminlərin yazılış formalarının kitabda yer alması da bu
cəlbedici kitabı oxumaq üçün bir səbəbdir. Kitabı oxuyarkən əsas da
səhifələrdə lüğətdən əlavə məlumatların olduğunu görmək, bu
məlumatlarınsa rəsmli, diqqət çəkici olması oxucuya xüsusi bir zövq verir.
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.186-191
191
Kitabı incələyərkən faydalı lüğət xüsüsiyyətlərindən əlavə maraqlı
məlumatların da olduğunu görürük, amma hər kitabda olduğu kimi bu
kitabda da bir neçə çatışmayan nüans diqqəti çəkir. Bu nüansların qeyd
olunması tənqid xarakterli olmayıb, bir oxucu gözüylə incələndikdə
olmasının daha faydalı olacağını düşündüyümüz üçün qeyd olunur. Ümid
edirik ki, göstərilən bu çatışmayan hissələr kitabın növbəti tirajlarında nəzərə
alınıb, əlavə və düzəlişlər edilərək təqdim olunar. Müəllifin kitabını
dəyərləndirərkən görürük ki, müəllif bəzi hissələri diqqətdən qaçırıb,
məsələn, hərflərin təqdimatını ayədən örnəklə başlayan müəllif, ayənin hansı
surədən olduğunu qeyd etməyib, sadə bir tələbə, yəni Quran oxumayan,
yalnızca ərəbcə öyrənən biri bu cümlə niyə yazılıb deyə bilər, amma
cümlənin bir ayə olmasını göstərən, altından ayənin aid olduğu surə, Məkki
və ya Mədəni olması məlumatı yazılsa idi daha da gözəl olardı. Çünki
lüğətdə yer alan sözlərin və cümlələrin örnəkləri daha çox Qurandan nümunə
olaraq verildiyinə görə, bu izahın da olması vacibdir. Kitabı əldə etmək
istəyənlər nəzərə almalıdırlar ki, bu kitabdan əlavə sizin mütləq sadə bir
lüğətiniz də olmalıdır, yəni əlifba sırası və kök hərflərinə görə tərtib olunmuş,
yeni başlayanlar üçün ümumişlək sözlərin olduğu bir lüğət. Çünki
müəllifimizin lüğəti söz birləşməsi və cümlələr baxımından daha zəngindir,
amma yeni başlayanlar üçün qəliz ola bilər. Sadə sözləri ilk öncə öyrənib,
daha sonraki addımlarında bu lüğətdən istifadə etsələr faydalı olar. İlk
addımda bu kitabı oxumaq istəsələr bu onlara çətin gələ bilər. İlk başda qəliz
bir kitabla dili öyrənməyə çalışmaq tələbədə dilə qarşı qorxu yarada bilər,
amma kitabdakı şəkillər, əlavə ensiklopedik məlumatlar bu kitabı oxumağa
həvəs yaradır. Hər halda ərəb dili öyrənən hər kəsin sahib olması lazım olan
bir kitab sayıla bilər.
ƏDƏBİYYAT (REFERENCES)
1. İslamansiklopedisi.org.tr/sözlük. (in Turkish)
2. Sözlüklerin ortaya çıkışıyla ilgili Teoriler üzerine bir değerlendirme.
Kocapınar. P. (in Turkish)
3. İslamansiklopedisi.org.tr/sözlük/çeşitleri (in Turkish)
4. İslamansiklopedisi.org.tr/el-mufredat-ragib (in Turkish)
5. Mahmudova. R. Azərbaycan dilinin lüğətçilik tarixi. Bakı, Elm və
Təhsil nəşriyyatı. 78 səh.(in Azerbaijani)
6. Sözlük ve sözlükçülük üzerine bir araştırma. Bingöl. Z, Muğla
Universitesi, Yabancı Diller Yüksekokulu Muğla/Türkiye (in Turkish)