Title

The Human Project in the Philosophical System of Jean Paul Sartre
Metafizika 7 (1):41-63 (2024)

Cite

Cite


APA: Mehdiyeva, L., & Rashidov, Z. (2024). The Human Project in the Philosophical System of Jean Paul Sartre. Metafizika journal, 7(1), pp.41-63. https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.41-63

Abstract

The 20th century is known as a period of awakening and radical movements in the history. New systems of thought emerged during this period. Some systems of thought expressed a direct return to man. The beginning of the return to man was set by S.Kierkegaard with his views related to existentialism. The emergence of existentialism as a philosophical system coincides with the period after the First World War. In this period, the loss of previous values, the problem of secularism, and the failure of the Enlightenment philosophy to justify itself are among the main problems. Existentialism began to take shape in Germany and France at about the same time, and in a short time it spread to many parts of the world - Italy, Spain, Latin America, India, England, the United States, Japan, etc. spread to countries. In Russia, the school of existentialism was created by N. Berdyayev and L. Shestov, and the German existentialism was created by Martin Heidegger and Karl Jaspers. The prominent representatives of French existentialism are Gabriel Marcel (1899), Jean Paul Sartre (1905-1980), Simone de Bavoir (1908- 1986) and Albert Camus (1913-1960). It was Jean-Paul Sartre who perfectly placed the idea of individual human freedom at the center of his work. There are two important points in Sartre's philosophy: existence in itself and existence for itself. Sartre writes that; what is generally called consciousness is individual. The purpose of consciousness is to make existence for us. This is the fundamental state of consciousness. The main issue that Sartre took into account is that it is impossible to look at the philosophical problems of the 20th century in the context of general concepts. According to the philosopher, the best existentialism is humanism. In addition to his philosophical novels, Sartre became famous for his existentialist philosophy, which he developed in a unique way. He was one of the thinkers who marked the 20th century with his formation of existential Marxism and his political activity. In the conditions of the Second World War, when the concept of humanity was questioned, the work 'Being and Nothingness', which is original and intertwined with life in every way, explains the current state of humanity along with Sartre's philosophical ideas.

Keywords

existentialism, freedom, humanism, existence in itself, nihilism, nothingness, experssionism, alienation

References

1. Lega, V. P. (2009). History of Western Philosophy. Part two. New time. Modern Western Philosophy: Textbook. Moscow: PSTGU Publishing House. 456 pp. (in Russian)
2. Sartre, Jean-Paul. (2011). Being and Nothingness: Phenomenological Ontology Essay. (Translated by Ilgaz, T., & Eksen, G. Ç.), Istanbul: Ithaki Publications, 785 p. (in Turkish)
3. Hakkıgöz, Y. (2022). Examination of the Concepts of Being-in-Itself, Being-For-Itself and Nothingness in Jean-Paul Sartre in a Phenomenological Context. Academic Knowledge, 5(1), 91-100. (in Turkish)
4. Sartre, J. P. (2005). Existentialism (trans. A. Bezirci). Istanbul: Say Publications, 154 p. (in Turkish)
5. Richmond, S. (2008). Sartre and Bergson: A Disagreement about Nothingness. International Journal of Philosophical Studies, 15(1), 77-95. (in English)
6. Reale, J., & Antiseri, D. (1997). Western philosophy from its origins to the present day. Volume 2. Middle Ages. TK Petropolis LLP, 368 p. (in Russian)
7. Lega, V. P. (2009). History of Western Philosophy. Part one. Antiquity. Middle Ages. Revival: textbook. allowance. (V.P. Lega. 2nd ed., additional and revised). Moscow: PSTGU Publishing House, 452 p. (in Russian)
8. Perihan, B. M. (2015). Spinoza and freedom. Aydin, 2015-year-019, 125 p. (in Turkish)
9. Töle, H. M. (2005). The Relationship Between Freedom and Responsibility in Immanuel Kant. Denizli, 92 p. (in Turkish)
10. Esenyel, A. (2009). Arthur Schopenhauer's Concept of Freedom. Bursa, 161 p. (in Turkish)
11. Çelebi, V. (2014). Jean Paul Sartre's Existential Thought. Beytulhikme An International Journal of Philosophy ISSN: 1303-8303, 64-76 p. (in Turkish)
12. Ismaylov, F. (2011). Selected works. (volume V, vol. II), Bakı. (in Azerbaijani)
13. Sartre, J. P. (1945). No Exit (philosophical drama). (in English)
14. Paulina, M., & Bobadilla, G. (2015). “Nothing” for Sartre | LA NADA EN SARTRE. Revista Fundacion Universitaria Luis Amigo, 2(1), pp. 67- 75. (in Spanish)
15. Güvenç, E. (2022). The redundancy of existence and the feeling of nausea in the philosophy of J. P. Sartre. Bursa, Uludağ University Faculty of Arts and Sciences social sciences journal, 23 (43), p.1145-1175. (in Turkish)
16. Güvenç, E. (2013). The concept of nausea in the philosophy of J. P. Sartre. Unpublished master's thesis. Uludağ University Institute of Social Sciences. (in Turkish)
17. Sartre, J. P. (2011). Nausea. (novel trans. Hilav, S.), Istanbul, Can publications, 225 p. (in Turkish)
18. Rajkhowa, P. (2018). Concept of Freedom in Sartre‟s philosophy. International Journal of Creative Research Thoughts, 6(2), s. 875-880. (in English)
19. Çelik, G. (2018). Existential philosophy, existential therapy and social work. Dokuz Eylül University Social Sciences Institute Journal, 19(3), 417-439. https://doi.org/10.16953/deusosbil.280561(in Turkish)
20. Öztürk, G. E. (2016). Jean Paul Sartre's View of Freedom and the Anthropological-Ethical Problems It Causes. Doctoral Thesis. Istanbul: Maltepe University, p.158. (in Turkish)
21. An intellectual journey on psychoanalytic theory; Sartre and Freud. Philosophical Writings, Yazko Publications (Book 2) 1982 Page: 105-110. https://www.cafrande.org/psikanalitik-kuram-uzerine-kisa-bir-yolculuksartre-ve-freud/ (in Turkish)
22. Ürek, O. (2006). Sartre‟s Understanding Method on Human and History: Dialectical Understanding. FLSF Journal of Philosophy and Social Sciences, p. 1 (June 2006): 105-116. (in Turkish)

© “Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 1, serial 25, 2024. pp.41-63 p-ISSN 2616-6879; e-ISSN 2617-751X

41

UOT: 1 (091).
KBT:
87.3(4\8)
DOI: 10.33864/2617-751X.2024.v7.i1.41-63
MJ № 198

Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti
Leyla Mehdiyeva



Zaur Rəşidov



Abstrakt.
XX əsr tarixə oyanış dövrü kimi və radikal hərəkatlar dövrü

kimi daxil olmuşdur. Bu dövrdə yeni düşüncə sistemləri meydana gəldi. Bəzi
düşüncə sistemləri isə, birbaşa insana dönüşü ifadə edirdi. İnsana dönüşün
başlanğıcı S.Kyerkeqor tərəfindən onun ekzistensializm görüşləri ilə
qoyulmuşdur. Ekzistensializmin fəlsəfi sistem olaraq meydana gəlməsi isə,
Birinci dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Bu dövrdə əvvəlki
dəyərlərin itməsi, sekulyarizm problemi, maarifçilik fəlsəfəsinin özünü
doğrultmaması əsas problemlərdəndir. Ekzistensializm Almaniya və
Fransada təqribən eyni vaxtda formalaşmağa başlayır, az müddətdə dünyanın
bir çox - İtaliya, İspaniya, Latın Amerikası, Hindistan, İngiltərə, ABŞ,
Yaponiya və s. ölkələrə yayılır. Rusiyada ekzistensializm məktəbini
N.Berdyayev və L.Şestov, alman ekzistensializm təlimi isə, Martin
Haydeqqer və Karl Yaspers tərəfindən yaradılmışdır. Fransız
ekzistensializminin görkəmli nümayəndələri isə, Qabriel Marsel (1899), Jan
Pol Sartr (1905-1980), Simona de Bavuar (1908-1986) və Albert Kamyudur
(1913-1960). İnsanın fərdi azadlığı ideyasını mükəmməl bir şəkildə
yaradıcılığının mərkəzinə yerləşdirən Jan Pol Sartr olmuşdur. Sartrın
fəlsəfəsində iki önəmli məqam vardır: Özündə varlıq və özü üçün varlıq.
Sartr yazır ki; ümumiyyətlə şüur deyilən şey individualdır. Şüurun məqsədi
özündə varlığı bizim üçün varlıq etməkdir. Bu, şüurun fundamental halıdır.
Sartrın diqqətə aldığı əsas məsələ budur ki, ümumi anlayışlar kontekstində
XX əsrin fəlsəfi problematikasına baxmaq mümkün deyil. Filosofa görə, ən
yaxşı ekzistensializm humanizmdir.


Bakı Dövlət Universitetinin “Fəlsəfə tarixi” üzrə magistrantı; Bakı, Azərbaycan (məsul müəllif)
E-mail: mehdiyevaleyla213@gmail.com
https://orcid.org/0000-0002-2460-9684
 Fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi içşisi; Bakı, Azərbaycan
E-mail: zaur20@mail.ru
https://orcid.org/0000-0002-4504-1856
Məqaləyə istinad: Mehdiyeva, L., & Rəşidov, Z. [2024] Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti.
“Metafizika” jurnalı, 7(1), səh.41-63.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.41-63

Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 30.10.2023

Təkrar iĢlənməyə göndərilmiĢdir: 18.12.2023
Çapa qəbul edilmiĢdir: 29.01.2024

Leyla Mehdiyeva, Zaur Rəşidov
Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti

42

Sartr fəlsəfi romanları ilə yanaşı, hər cəhətdən bənzərsiz şəkildə inkişaf
etdirdiyi ekzistensialist ruhlu fəlsəfəsi ilə də ad qazanmışdır. O, ekzistensial
marksizmi formalaşdırması və siyasətdəki fəaliyyəti ilə də, XX əsrə
damğasını vuran mütəfəkkirlərdən biri olmuşdur. İnsanlıq anlayışının şübhə
altına düşdüyü İkinci Dünya Müharibəsi şəraitində, hər cəhətdən orijinal və
həyatla iç-içə olan “Varlıq və Heçlik” əsəri, Sartrın fəlsəfi ideyaları ilə
yanaşı, bəşəriyyətin bugünkü vəziyyətini də izah edir.

Açar sözlər: ekzistensializm, azadlıq, humanizm, özündə varlıq, nihilizm,
heçlik, eksperssionizm, özgələşmə


1.Giriş

XX əsrin bütün fəlsəfi məktəblərində həmin dövrün problematikası var. Bu
dövrün incəsənəti ilə fəlsəfənin uyumu belə fərqlidir. İncəsənətdə əsas
istiqamət kimi ekspersionizm, qorxu, həyəcan, təlaş, gələcəyə köklənmə əks
olunmuşdur. İlk dəfə olaraq fəlsəfə tarixində ölüm problemi, insanın sonlu
varlıq problemini fakt olaraq ortaya qoyan, insana bir ekzistensiya kimi
baxan Syoren Kyerkeqor olmuşdur. Bu baxımdan o, ekzistensializm
fəlsəfəsinin başlanğıcı hesab olunur. İnsana dönüş birbaşa ekzistensializmdə
olmuşdur. Ekzistensializm fəlsəfəsinin ilk əsas nümayəndəsi Martin
Haydeqqerdi. Ekzistensializmin ilkin müddəalarından biri: “Ġnsan bu
dünyaya atıldı, bu dünyaya tərk edildi və burada unuduldu
”. İnsan yaşadığı
dünya və cəmiyyətə haqqında verilən hər hansı reallıqla dünyaya göz açmır.
Mövcud olduğu gündən cəmiyyət, mədəniyyət, din, ideologiya və s. kimi
“reallıqlarla” əhatə olunduğunu dərk edir. Ekzistensialist bundan sonra ən
əsas sualları verir; – Bəs onda bizim varlığımızın mənası nədir? və ya Məna
nədir?

Bu suala cavab verən Haydeqqer və onun ardıcılları qeyri-adi bir dildən
istifadə edərək “Angst” və “Dasein” kimi 100-dən çox anlayış icad edərək
yeni fenomenologiya qurmağa çalışırlar. “Angst” türkcəyə “ekzistensial
narahatlıq” kimi tərcümə olunur (bəziləri bu tərcümə ilə razılaşmasa da),
Haydeqqerə görə insanlar varlığın mənasını unudublar; çünki “var olmaq
nədir?” sualını versək, bu suala heç kim cavab verə bilməz. Bu suala ya
varlıq varolandır (cavab deyil, tanrı tanrıdır, su sudur, cavab olmayan
tavtologiyadır) tavtologiyası ilə cavab verə bilərik, ya da deyə bilərik ki,
bilmirik. Amma bu nə deməkdir? İnsan varlığın mənasını bilməyən varlıq
kimi necə yaşamağa davam edə bilər? Haydeqqer deyir ki, insan varlığı başqa
cisimlərin və ya canlıların varlığına bənzəmir və onun başqa bir həqiqiliyi,
dünyaya açıqlığı ehtiva edir.Bu dünyaya açıq olmaq insana atıldığı dünyada
məna qazanmağa imkan verir.

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.41-63


43

Ekzistensializm insanların öz dəyərlərini yarada biləcəyi, insanların öz
varlıqlarını yarada və öz gələcəyini qura biləcəyini müdafiə edən fəlsəfi
təlimdir. Bu təlim əslində ekstaz vəziyyəti, insanın qaçış halı, insanın öz
varlığından çıxdığı halının təzahürüdür. Ekzistensialist fəlsəfənin əsas
məsələsi insanın adi halı yox, fərdi halının idarə olunmayan vəziyyətdə
göstəricisidir. Bu fəlsəfənin öyrənilməsinin əhəmiyyəti itirilmiş dəyərləri
yenidən yaratmaq, nihilizmin parçalandığı yerdə insanın fərdi yaşantılarının
bərpasıdır.

Ekzistensializmin əsasında duran iki çağırış var:
1) Bizi formalaşdıran bizim öz seçimlərimizdir;
2) Azadlığımız məsuliyyətimizdir.
Digər tərəfdən ekzistensializmə təsir göstərən, yön verən istiqamətlər də

mövcuddur. K.Marks və Z.Freyd fəlsəfəsinin əsasında məhz ekzistensialist
məsələlər dayanır. Sartr 1939-cu ildə “Eskiz” əsərində bildirmişdi ki,
şüursuzluq psixikanı izah etmək üçün nəzəriyyənin əsası ola bilməz. Freyd
özünün psixonanaliz nəzəriyyəsində şüuru passiv olanla məhdudlaşdırdı,
şüursuzluğu bu passivliyin nəzərdə tutduğu konseptual sahə kimi qurdu.
Əsərdə Sartr qeyd edir ki, şüur aktının mənası aktdan kənardı, ya da
işarələyən (şüur) işarələnəndən (şüursuzluq) qopmuşdu. Sartr yazır ki, “şüur
faktı nəyi işarə edirsə ona, müəyyən hadisənin nəticəsi olan obyekt bu
hadisəyə necə bağlanırsa elə bağlanmışdır. Deməli, psixoanalitik nəzəriyyədə
şüurla şüursuzluq arasında əlaqə xarici əlaqədir, yəni səbəb-nəticə əlaqəsidir”
[21]. Sartr bu əlaqənin təbiətinə diqqət yetirir. Məsələn; “Dağın zirvəsində
sönmüş yanğının külünə rast gəlsək, “burada kimsə od yandırıb!” deyirik. O
insanlar küldə yoxdur, amma kül ilə səbəb-nəticə əlaqəsi içindədirlər” [21].
Sartrın psixoanaliz nəzəriyyəsinin tənqidi buradan başlayır. Sartr şüuru özü
üçün varlıq, obyekti isə özündə varlıq olaraq adlandırır.

Sartra görə Hegellə qarşılaşdırdıqda Kyerkeqor o qədər də məşhur filosof
deyil. Lakin onun fikrincə, dövr çərçivəsində dəyərləndirdikdə, Kyerkeqor
Hegelin öz nöqteyi-nəzərinə görə haqlı olduğu qədər haqlıdır. Hegel haqlıdır:
çünki danimarkalı ideoloq kimi sonu boş subyektivliklə bitən uyğunsuzluqda
israr etmək əvəzinə, konkret anlayışlardan istifadə edərək reallığı hədəfləyir.
Kyerkeqor haqlıdır: çünki ağrı, ehtiyac, ehtiras və insanların üzləşdiyi
çətinliklər nə dəf edilə bilər, nə də biliklə həll edilə bilər. Onlar dəyişdirilə
bilən sərt faktlardır. Amma Sartra görə Hegel və Kyerkeqordan daha çox
Marks haqlıdır. “Çünki Marks Kyerkeqor ilə birlikdə insan varlığının
unikallığına inanırdı, Hegellə birlikdə isə insanı obyektiv reallığın içərisində
dərk edir. Marks insan varlığının biliyə endirilməzliyini, yaşanmalı və
istehsal edilməli olduğunu iddia edir” [Ürek, s.106]. Marksın təlimində

Leyla Mehdiyeva, Zaur Rəşidov
Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti

44

bütünlüklə insanın fərdi azadlığı itir. İnsanın azadlığı sosial aqreqatlarda
təzahür edir. Freydə görə isə insanın qeyri-şüuri tərəfi əqldən yüksəkdir.

Ekzistensializm keçmişə bağlanmanı tənqid edir; keçmişdən qopan insan
gələcəyə yönəlməlidir və bu baxımdan ekzistensializm gələcəyin fəlsəfəsidir.
Bu təlim XIX əsrin ortalarında hakim sistematik fəlsəfəyə qarşı bir reaksiya
olaraq meydana çıxdı. Bu hərəkat ümumiyyətlə psixoloji və mədəni
hərəkatlara əsaslanır.

Ekzistensializm azadlığın yeni formasıdır. Onun əsas çıxış nöqtəsi
həəyatda gözləntiləri doğrulmayan insanın yenidən dəyərlər yaratması, öz
heçliyinə güvənərək özünə güc toplaması və özünü yenidən
gerçəkləşdirməsidir. Ekzistensializmin ən böyük nümayəndələrindən biri Jan
Pol Sartrdır. Sartr “Varlıq və Heçlik” adlı mətnində Haydeqqerin “Varlıq və
Zaman” kitabının bir növ dəyərləndirilməsi və tənqidindən başlayaraq, öz
yanaşmasının əsaslarını qoyub. Onun fikrincə, ekzistensializm “əvvəlcə
mövcud olan varlığın sonra onun mahiyyətini qurmaqla”, yəni özü üçün yeni
mənalar yaratmaqla məşğuldur. Sartra görə, insanların əvvəlcədən müəyyən
edilmiş mahiyyəti (taleyi) yoxdur. Bu mahiyyəti verə biləcək heç bir qüvvə
(Tanrı) yoxdur. Bu halda insan “tamamilə azaddır”. Azad insan öz
mahiyyətini, dəyərlərini yaradacaq. Nə olmaq istəyirsə o da olacaq. Əxlaqi
davranışı heç bir qüdrətlə təyin olunmayan insan öz əxlaqi dəyərlərini
yaradacaq. Bu əxlaqi dəyərləri bərqərar etmək hər kəsi əhatə edə biləcək bir
əxlaq anlayışı deyil. Yəni universal əxlaq yoxdur.

Jan Pol Sartrın fəaliyyətinin mərkəzində müasir insanın mövcud acı
durumunun təsviri və bu vəziyyətdən çıxış yolunun metodları göstərilir.
Filosofa görə, müasir insan əşyaviləşmiş subyektdir. İnsanı bu vəziyyətdən
qurtarmaq üçün ona şüur və azadlıq vermək lazımdır. Sartr yazır: “İnsanın
mövcudluğu onun mahiyyətindən öndə gəlir. İnsan dünyaya mahiyyətsiz, boş
bir proyeksiya kimi gəlir. Belə olduğu halda insanın mahiyyəti onun öz
seçimləri, onun yaratdığı dəyərlər, azadlıqlardır”. Sartra görə, insan azadlığa
məhkum olmuş varlıqdır. İnsan o halda azadlığa məhkum ola bilər ki, onun
mövcudluğu mahiyyətindən əvvəl gəlsin. Çünki insan mahiyyətini yaratmaq
üçün çıxdığı yolda öz azadlığından istifadə edərək seçimlər edir. İnsan bu
həyatda istədiyi hər şey ola bilər, hər şey edə bilər. Bu, onun azadlığının
göstəricisidir.

Deyilənləri ümumiləşdirməli olsaq, məhz bu məqalədə Jan Pol Sartr
fəlsəfəsi fonunda seçimlərinə görə məsuliyyət daşıyan insanın azadlığının
mahiyyəti nədir, hansı amillərdən asılıdır və artıq özgələşmiş insanın öz
yaşantısından çıxış edərək dəyərlərini yenidən necə inşa etdiyinə nəzər
yetirəcəyik.

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.41-63


45

2.Varlıq və Heçliyin ontologiyası
Varlıq - fəlsəfənin böyük və əsas problemidir. Varlıq haqqında ilk

mükəmməl təlim ilkin naturfəlsəfi filosoflar tərəfindən hazırlanmışdır. Onlar
varlığın əsasında ilkin başlanğıc olaraq - od, su, hava, torpaq və s. hesab
edirdilər. Ksenofan ilk filosofdur ki, varlığın əsasındakı ilkin substansiyanı
Tanrı hesab etmişdir. Ona görə tanrı, hər şeyi tam görən, hər şeyi tam eşidən
və hər şeydən xəbərdardır. Ksenofan özünün tək bir tanrı ideyasını müdafiə
edir. O yazır ki; “Əgər bir neçə Tanrı olsaydı, onlardan bəziləri daha güclü,
bəziləri isə daha az güclü olardı. Ancaq Tanrı tərifinə görə ən güclü
varlıqdır. Yalnız bir ola bilər
” [Лега, В., s.44].

Parmenid sübut edirdi ki, “Varlıq var olandır, olmayan isə heçlikdir
[Лега, В., s.47]. və izah edir; varlığın hissələrinin hərəkəti yalnız o zaman
mümkündür ki, varlıq hissələri arasında bəzi yoxluq olsun. Ona görə də
reallıqda heç bir hərəkət yoxdur. Şeylərin çoxluğu və bu şeylərin daim
hərəkətdə olması yalnız bizə elə gəlir. Əslində varlıq anadangəlmədir və
ölümə tabe deyildir. Axı o, ancaq yoxluqdan yarana bilər və həm də ancaq
yoxluğa çevrilə bilər. Amma yoxluq yoxdur. “Ona görə də varlıq həmiĢə
mövcud olub, əbədidir və həmiĢə də mövcud olacaqdır
” [Лега, В., s.48].

Demokrit, Platon və Aristotelin sistemlərində də heçliyə mühüm yer
verilmişdir. Antik fikir heçliyə varlığın inkarı kimi baxırdı: Demokritdə
heçlik “boşluq”, Platonda “şər qüvvə” kimi anlaşılmışdır.

İlk dəfə olaraq Artur Şopenhauer fəlsəfənin yönündə, ənənəvi fəlsəfi
sistemlərin başındakı konteksti dəyişdi. Bu vaxta kimi fəlsəfənin
kontekstində varlıq-tanrı problemi özünü göstərirdi. İlk dəfə olaraq bunu
dəyişib insani bir problem, iradə problemini ortaya qoyan Şopenhauer oldu
və onun fəlsəfəsi ilə həm də ekzistensializm fəlsəfəsinin də hansısa mənada
başlanğıcı qoyuldu.
“Varlıq və Heçlik” kateqoriyaları özünün ən düzgün və mükəmməl şərhini
J.P.Sartr yaradıcılğında tapmışdır. O, varlığı ancaq bəşəri varlıq kimi təfsir
edir və heçliyin maddi varlığa çevrilməsinə imkansızlıq kimi baxırdı.
Beləliklə, dünya Sartrın nəzərində nə xalis materiyadır, nə də xalis şüur, o
situasiyalar məcmusudur. Sartr yazırdı; Situasiya varlığın – insanın daxili
aləminin təĢəkkülü üçün motivasiya rolunu oynayır. Ona görə də əslində
varlıq yoxdur, lakin situasiya onu yaradır
” [İsmayılov, s.388].

Sartr yazır; “Mən heç kiməm ki, bu da mənə və xarakterimə sadə kimi bəlkə
də sıfır nöqtəsində, soyuqla isti arasında, müdriklə axmaqlıq arasında, nə
iləsə heçlik arasında varlığımı davam etdirməyin məmnunluğunu verir

[Paulina & Bobadilla, s.68].

J.P.Sartrın fəlsəfi kontekstində heçlik mühüm rol oynayır. Sartrın fikrincə,
insanlar heçliklə qarşılaşırlar. Heçlik insan varlığının əsas cəhətidir və insan

Leyla Mehdiyeva, Zaur Rəşidov
Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti

46

azadlığına təsir edir. Filosof iddia edir ki, insanlar heçliklə üz-üzə gəlməkdən
qaça bilməzlər. İnsanlar heçlik qarşısında azaddırlar və öz dəyər və
mənalarını yaratmaq məsuliyyətinə malikdirlər.

Əgər hadisələrin varlığı varlıq hadisəsinə çevrilməyibsə və biz hələ də
yalnız bu varlıq hadisəsinə müraciət etmədən varlıq haqqında heç nə deyə
bilmiriksə, ilk növbədə varlıq fenomenini hadisənin varlığı ilə birləşdirən
dəqiq əlaqə qurulmalıdır. Varlığı vəhy şərti kimi deyil, məfhumlarla sabitləşə
bilən zahiri görkəm kimi qəbul etdikdə, hər şeydən əvvəl onu başa düşürük
ki, varlıq səbəbini təkcə bilik izah edə bilməz, yəni fenomenin varlığı ola
bilməz, varlıq fenomeninə endirilir. Bir sözlə, varlıq fenomeni o mənada
ontolojidir ki, Sent-Anselm və Dekartın arqumentləri onu ontoloji kimi
səciyyələndirir
[Sartre, s.24]. Varlıq fenomeni varlığa çağırışdır; Bir fenomen
olaraq transfenomenal əsas tapmağı tələb edir. Varlıq fenomeni varlığın
transfenomenal keyfiyyətini tələb edir. Bu o demək deyil ki, varlıq
hadisələrin arxasında gizlənir (biz gördük ki, hadisələr varlığı ört-basdır edə
bilməz) – nə də o demək deyil ki, hadisə ayrı bir varlığa istinad edən
görünüşdür (hadisə zahiri görünməklə mövcuddur, yəni o. varlıq əsasında
təzahür edir). Əvvəlki mülahizələrdən çıxan nəticə belədir: fenomenin
mövcudluğu fenomenlə üst-üstə düşsə də, o, fenomenə xas vəziyyətdən -
yalnız açıqlanan dərəcədə mövcud olan vəziyyətdən - xilas olmalıdır.

Husserlin göstərdiyi kimi, hər bir şüur nəyinsə şüurudur. Bu o deməkdir ki,
transsendent obyektə münasibətdə yerləşməyən heç bir şüur yoxdur və ya
şüurun “məzmununun” olmadığını deyə bilərik. Məsələn; Masa təsəvvür
edildiyi kimi də Ģüurda deyil. Masa boĢluqda, pəncərənin yanında və s.
Həqiqətən də, masanın mövcudluğu Ģüur üçün qeyri-Ģəffaflıq mərkəzidir; Bir
Ģeyin bütün məzmununu inventarlaĢdırmaq üçün sonsuz emal tələb olunur
[Sartre, s.26]. Bu qeyri-şəffaflığı şüurda qarşılamaq, şüuru bir şey
səviyyəsinə endirmək olardı. Deməli, fəlsəfənin ilk addımı şeyləri şüurdan
qovmaq və onunla dünya arasında həqiqi əlaqəni bərpa etmək, yəni şüurun
dünyanın yerini təyin edən şüur olduğunu göstərməkdir. Sartr yazır: “Hər bir
Ģüur obyektə çatmaq üçün özünü aĢdığı və bu mövqedə tükəndiyi qədər
mövqelidir: mənim indiki Ģüurumda oriyentasiya yolunda nə varsa, xaricə,
masaya doğru yönəlmiĢdir. Mənim bütün fəaliyyətim, bütün indiki təsirlərim,
istər mühakimə, istərsə də təcrübi, masaya yönəlib və ona hopub. Hər Ģüur
bilik deyil (məsələn, affektiv vicdanlar var), lakin hər bilən Ģüur yalnız öz
obyekti haqqında bilik ola bilər
[Sartre, s.26].

Deməli, əgər hadisənin varlığı nəyin bahasına olursa olsun şüurdan asılı
olacaqsa, obyekt şüurdan öz varlığı ilə deyil, yoxluğu ilə, öz dolğunluğu ilə
deyil, yoxluğu ilə seçilməlidir. Husserlə görə, məsələn, sadəcə hyle nüvəsini
həmin hyle daxilində tapıla bilən oriyentasiyalar vasitəsilə tətbiq etmək bizi

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.41-63


47

subyektivlikdən uzaqlaĢdırmaq üçün kifayət deyil. Həqiqi obyektivləĢdirici
oriyentasiyalar boĢ oriyentasiyalardır, indiki və subyektiv görünüĢdən
kənarda görünüĢlər silsiləsi sonsuz məcmusuna yönəlmiĢ oriyentasiyalardır.
Onların Ģəkilləri hədəf aldığını da qəbul etməliyik, çünki oriyentasiyaların
hamısının eyni anda verilməsi heç vaxt mümkün deyil. Bu təəssüratlar
mövcud olsa da - hətta sonsuz sayda olsalar da, subyektivlikdə əriyir, bu da
onlara obyektiv varlıq verir. Məsələ onun yoxluğudur. Əslində cismin varlığı
xalis yoxluqdur. Obyekt çatıĢmazlıq kimi müəyyən edilir. Obyekt özünü
gizlədən, prinsipcə heç vaxt verilə bilməyən, bir-birindən qaçan ardıcıl
profillərdə özünü göstərən Ģeydir. Bəs yoxluq necə varlığın əsası ola bilər?
Olmayan və gözlənilən subyektivlik bu Ģəkildə necə obyektiv olur?
[Sartre,
s.26].

Varlıq hər yerdədir. Təbii ki, biz Haydeggerin Dasein üçün saxladığı tərifi
şüura tətbiq edib deyə bilərik ki, o, öz varlığında varlığı özü üçün sual olan
bir varlıqdır, lakin bu tərifi tamamlayıb az-çox aşağıdakı kimi
formalaşdırmaq lazımdır: “Ģüur öz varlığında varlığı özü üçün sual olan bir
varlıqdır və bu varlıq özündən baĢqa bir varlığı ehtiva etdiyi dərəcədə
möhkəm bir varlıqdır
.” [Sartre, s.39]. Şübhə yoxdur ki, bu varlıq hadisələrin
yalnız transfenomenal varlığıdır, hadisələrin arxasında gizlənəcək noumenal
varlıq deyil. ġüurun iĢarə etdiyi o süfrənin, o tütün qutusunun, o çırağın,
daha ümumi Ģəkildə dünyanın varlığıdır. ġüur tələb edir ki, görünən yalnız
göründüyü qədər mövcud olmamalıdır. ġüur üçün olanın transfenomenal
mövcudluğu öz özündədir
[Sartre, s.40].

Sartra görə şüur deyilən şey individualdır, şüurun məqsədi özündə varlığı
bizim üçün varlıq etməkdir. bu, şüurun fundamental halıdır.

Amma əgər varlıq öz-özlüyündədirsə, bu o deməkdir ki, varlıq özünü
özünün Ģüuru kimi ifadə etmir: varlıq bu mənlikdir. O qədər ki,
özünü təĢkil
edən daimi əksiklik əriyir və Ģəxsiyyət modelinə daxil olur. Ona görə də
varlıq mahiyyətcə özündən kənardadır
[Sartre, s.43]. Varlıq nədisə odur, bu o
deməkdir ki, özlüyündə olmayan şey olmamaq mümkün deyil; Əslində onun
heç bir inkarının olmadığını gördük. Varlıq güclü pozitivlikdir. Buna görə də,
baĢqalığın nə olduğunu bilmir: o, heç vaxt baĢqa bir varlıq kimi özünü
göstərmir; BaĢqası ilə heç bir əlaqə saxlaya bilməz. Varlıq qeyri-məhdud
Ģəkildə özüdür və özü ilə özünü yaradır. Bu prizmadan sonra onun
müvəqqətilik dairəsinə sığmadığını görəcəyik. Varlıq mövcuddur və
dağılanda artıq onun mövcud olmadığını belə söyləmək mümkün deyil. Və ya
heç olmasa belə demək olar: yalnız Ģüur varlığın artıq varlıq olmadığını dərk
edə bilər, çünki Ģüur müvəqqətidir. Lakin o, özü də əvvəllər olduğu yerdə
çatıĢmazlıq kimi mövcud deyil: varlığın intensiv pozitivliyi öz məhvinə görə

Leyla Mehdiyeva, Zaur Rəşidov
Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti

48

yenidən formalaĢıb. Varlıq var idi, indi isə baĢqa varlıqlar var: bu qədər
[Sartre, s.44].

Sartr fəlsəfəsində başqasının mövcudluğu o deməkdir ki, özü üçün varlıq
başqa insanlar tərəfindən onlarla münasibətlərdə obyektləşir. “BaĢqası,
dünyagörüĢümüzü bulandıran, bizi obyektləĢdirən bir baxıĢ kimi ortaya çıxır.
BaĢqası “Mən”in varlığının Ģərtidir. BaĢqasının hissləri, düĢüncələri
“Mən”in təcrübələrinə təsir edir. BaĢqasının baxıĢı “Mən”i
obyektləĢdirməklə yanaĢı, həm də “Mən”i özündə varlığa çevirir və bununla
da azadlığımı əlimdən alır. Nəticədə baĢqasının baxıĢı ilə obyektləĢdirilən
“Mən”ə çatmaq qeyri-mümkün olur
” [Güvenç, s.1154].

Sartr mövcudluğun mahiyyətdən üstün olması anlayışını Tanrının yoxluğu
ideyasından götürür. “Tanrı yoxdursa, heç olmasa varlığı mahiyyətdən əvvəl
olan bir varlıq var. Bu varlıq anlayıĢa görə müəyyən edilməmiĢdən əvvəl
mövcuddur. Varlıq mahiyyətdən əvvəldir. YaxĢı, amma bu nə deməkdir? Bu o
deməkdir ki: Əvvəlcə insan var; Yəni insan əvvəlcə dünyaya gəlir, var olur,
sonra müəyyənləĢib, mahiyyətini açır.
” [Sartre, J. P. (2005), s.63].

Tədqiqatımız bizi varlığın içinə doğru apardı, lakin iki varlıq arasındakı
əlaqəni qurmaq mümkün olmadı. “Varlıq və heçlik əsərində Sartr özündə
varlıq və özü üçün varlıq anlayıĢlarının problematikasını açır. Daha sonra
müəyyən edir ki, bəzi hadisələrlə onların əlaqəsi var
[Sartre,J.P. (2011),
s.133].

Sartr yazır ki; “Ġnsan Ģüurda fenomenlərin mövcudluğu və onların ətraf
mühitlə əlaqəsi ilə mövcuddur. Bu mühit, mövcud olmaq üçün Ģüurun
yönəldiyi fenomenlər dünyasıdır; Sartrda bu dünya “özündə varlıq” kimi
ifadə edilir
[Akıllıgöz, s.5]. Əvvəldə qeyd etdiyimiz kimi, Sartra görə “varlıq
var olandır, nədirsə odur”
. Bunun mənası odur ki, varlıq öz-özünə passivlik
və aktivlik yaratmır. Deməli, varlıq özündədir. Sartrın demək istədiyi odur ki,
Varlığın özlüyündə bir Ģey olması, hətta “olmaması” da Mümkün deyil.
Buna görə də, ġüursuz Varlıq “özlüyündə” olmaqla məhdudlaĢır, Özgəliyi
Varlığa aid edən ġüurdur.”

Sartrın varlıq növlərindən olan özündə varlıq: “özü ilə dolu olan, nədirsə o
olan varlıqdır. Varlığın baĢqa bir növü olan özü üçün varlıq isə özündə
varlığın əksinə nədirsə o olmayan, nə deyilsə o olan varlıqdır və əksliklərlə
doludur. Özü üçün bu əkslikləri kompensasiya etmək məqsədilə özündən
kənar varlıqlara yönələrək yetkinləĢmək arzusundadır. Lakin özündə varlıq
ilə qarĢılaĢanda özünün zəruri olmayan varlığını və fiziki tərəfilə özündə
varlıq olan insanın dramatik mövcudluğunu dərk etdiyində bulantı hissini
yaĢayır
” [Güvenç, E. (2013)., s.55].

Sartr, özü üçün varlığı “nədirsə o olmayan və nə deyilsə o olan varlıq”
kimi müəyyən edir. Bunun mənası budur ki, Özü üçün varlıq heç vaxt

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.41-63


49

Tamamlanmış kimi mövcud ola bilməz, Özü üçün varlıq həmişə var olan
şeydən kənara keçərək nihilasiya yolu ilə özünü aşır. Mövcud olduğu üçün
Özündə Varlıq kimi olduğu şey olaraq qala bilməz. Özündə varlıq, olduğu
şeyə çevrilmək üçün heç bir səy göstərməsə də, özü üçün varlıq həmişə
kənara çıxmaq üçün bir səydir. Stol stol olmaq üçün heç bir səy göstərməsə
də, İnsan həmişə var olmaq üçün səy göstərir. Özündə varlıq olduğu şeydən
başqa ola bilməyəcəyi halda, Özü üçün varlığın Quruluşu olduğundan başqa
olmaqdır. Bu mənada, Özü üçün varlıq həmişə natamamdır, çünki o, heç vaxt
tamamlanmır.

Sartr “Bulantı” adlı romanında baş qəhrəman Roguentin vasitəsilə özünün
çarəsiz, idarə olunan həyatını belə təsvir edir: “Mövcud olan hər Ģey səbəbsiz
yaranır, acizliyinə görə varlığını davam etdirir və təsadüfən ölür
” [Sartre, J.
P. (2011), s.199].

Sartrın digər filosofların fikirlərini mənimsəmək və dəyişdirmək
qabiliyyəti tez-tez müşahidə olunur. Bununla belə, onun təfəkküründə bu
çoxlu təsirlərə göstərilən diqqət qeyri-bərabər olmuşdur və xüsusilə Henri
Berqsonun təsiri altında olmuşdur. Bunun səbəbinin bir hissəsi Sartrın
özünün, xüsusən də Varlıq və Heçlik daxil olmaqla, dövrün ən məşhur fəlsəfi
yazılarında Husserlə, Hegelə və Haydeqqerə ən çox istinad etməsidir. Buna
baxmayaraq, Sartr Berqsona daha az müraciət etsə də, özünün “Təxəyyül”
haqqında ilk kitabında Berqsonun obrazlar nəzəriyyəsinə həsr olunmuş uzun
fəsil Sartrın bu sahədə onu rəqib kimi qəbul etdiyini göstərir. Sartrın heçlik
anlayışı mübahisəlidir və bir çox şərhçilər, o cümlədən simpatik olanlar,
bunda səhv tapdılar. Ümumi şikayət Sartrın “heçlik” terminini müxtəlif
yerlərdə müxtəlif mənalarda istifadə etməsi, gizli şəkildə - və ya söz oyunu
ilə - gündəlik mənasından məfhumun qəbuledilməz şəkildə təfsirinə doğru
hərəkət etməsidir. Sartrın heçlik anlayışı ilə bağlı geniş ambisiyaları onu
Berqsonun laqeyd münasibətindən xilas etməyi tələb edir.

Berqson, Yaradıcı Təkamül kitabının IV fəslində reallığın düzgün başa
düşülməsinə mane olan iki köklü fəlsəfi illüziyanı ifşa etməyi hədəfləyir. O
yazır ki;“Niyə nizam-intizam var, nizamsızlıq var?”Niyə heç nədənsə bir
Ģey var
?” Berqson iddia edir ki, filosoflar bu ideyadan qeyri-qanuni istifadə
ediblər, onu xüsusi, nisbi mənaya malik olduğu kontekstlərdən götürüb,
əvəzində mütləq mənada istifadə ediblər. Berqsona görə, bu hərəkət mənfi
təcrübə və mühakimələrin müsbət olanlardan asılılığını gizlədir
[Richmond,
s.80].

Berqson heçlik anlayışı ilə bağlı müddəalarını belə əsaslandırır ki; “biz
heçliyi təsəvvür edə bilmərik. Bunu etməyə çalıĢarkən, biz hər hansı bir
xüsusi Ģeyin yox olması fikrindən qeyri-qanuni olaraq heçlik (hər Ģeyin yox
olması) ideyasına keçərək, bir növ kompozisiya səhvinə yol vermiĢ oluruq.

Leyla Mehdiyeva, Zaur Rəşidov
Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti

50

Lakin “xüsusi” məhvin hər bir nümunəsi məhv edilmiĢ obyektin əvəzinə
nəyinsə mövcudluğunu ehtiva edir: bizim nəyinsə qeyri-mövcud və ya yox
olması haqqında təsəvvürümüz həmiĢə dolayısı ilə onun yerində olanın
mövcudluğu ideyasını ehtiva edir.
Ağıl tərəfindən qurulan ideya o zaman
ideyadır ki, onun parçaları bir arada mövcud ola bilsin; Əgər onu yaratmaq
üçün bir araya gətirdiyimiz elementlər onları yığıĢdıran kimi sürətlə
uzaqlaĢdırılarsa, o, sadəcə bir sözə çevrilir
[Richmond, s.80]. Berqson
heçlik anlayışını məyusluq hissi ilə reallığa reaksiya vermək kimi ifadə edir.
Sartr “yoxluq intuisiyası”nın mümkün olması fikrinə özümüzü bağlamaqdan
çəkinməyimizi təklif edir və Berqsonun bu məsələ ilə bağlı müzakirəsinə
davam edir. Daha doğrusu, heçlik intuisiyası ola bilməz çünki heçlik heç bir
Ģey deyil və bütün Ģüur - intuitiv və ya olmayan - bir Ģeyin Ģüurudur. Heçlik
yalnız bir Ģeyin infrastrukturu kimi verilə bilməz. Heçlik təcrübəsi, sözün əsl
mənasında, dolayı təcrübə deyil, prinsipcə
birlikdəiçində verilən
təcrübədir. Berqsonun təhlilləri qüvvədə qalır: ölümü və ya varlığın heçliyini
bilavasitə təsəvvür etmək cəhdi təbiətcə uğursuzluğa məhkumdur
[Richmond,
s.83]. Bu müddəalarında Sartr Hüsserlin intensionallıq prinsipinə müraciət
edir. O qeyd edir ki, Berqsonun təxminləri Hüserrlin prinsipi ilə ziddiyyət
təşkil edir və mümkün deyil ki, şüurun daim bağlı olduğu nəsə mövcud
olmasın. Sartr Hüsserlin prinsipini saxlamaqla Berqsonun yoxluq
instuisiyasını gördüyümüz şey ilə gözləntilərimiz arasındakı fərqdə izah edir.

Sartr, İnsanın varlığa qarşı davranışı ilə insanın heçliyə qarşı davranışında
müəyyən paralellik olduğunu - qeyd edir. Varlıq və heçlik reallığın bir-birini
tamamlayan iki komponenti, işıq və kölgə kimidir. “Əslində varlıq və yoxluq
arasındakı tamamlayıcılığı baĢqa cür də düĢünmək olar. Bunların hər
ikisində reallığın eyni dərəcədə zəruri olan iki komponentini görmək
mümkündür və biz bunu Hegelin etdiyi kimi varlığı heçliyə “köçürmədən” və
ya etməyə çalıĢdığımız kimi heçliyin sonralığı üzərində israr etmədən edə
bilərik: o zaman, əksinə, varlıq və yoxluğun bir-birinə göstərdiyi qarĢılıqlı
istisna qüvvələri vurğulanmalıdır və reallıq müəyyən mənada bu toqquĢan
qüvvələrdən yaranan gərginliyə çevrilir. Heidegger məhz bu yeni anlayıĢa
müraciət edir
[Sartre,J.P. (2011), s.66]. Haydeqqerin heçlik nəzəriyyəsinin
Hegellə müqayisədə göstərdiyi təkmilləşməyə nəzər salaq; “Haydeqqer
fundamental əsərində varlıq haqqında sualın legitimliyini nümayiĢ etdirdi:
varlıq artıq Hegeldə saxladığı sxolastik universallıq xüsusiyyətinə malik
deyil; varlığın aydınlaĢdırılmalı olan mənası var; Varlığın “pre-ontoloji
konsepsiyası” var və bu, “insan-reallığının” hər bir davranıĢında, yəni onun
hər layihəsində var. Eynilə, filosofun Heçlik probleminə toxunduğu anı
gündəmə gətirməsinə öyrəĢmiĢik. Belə çıxır ki, dilemmaların da əhəmiyyəti
yoxdur: onlar yalnız anlayıĢın istifadəsini məhdudlaĢdırdıqları və problemin

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.41-63


51

anlayıĢ sahəsinə aid olmadığını göstərdikləri üçün dəyərlidirlər. Əksinə,
“insan-reallığında” heçlik “anlayıĢı”na iĢarə edən bir çox münasibət var:
nifrət, müdafiə, təəssüf və s. Hətta heçliyin “qarĢısında” olmaq və onu bir
fenomen kimi kəĢf etmək imkanı da “Dasein” üçün daim mövcuddur: bu
ehtimal əzabdır [angoisse]. Bununla belə, Haydegger Hegelin Heçliyin
konkret dərkinin imkanlarını açarkən buraxdığı səhvə yol vermir. Qeyri-
varlıq, mücərrəd də olsa, varlığı qoruyub saxlamır: Yoxluq mövcud deyil,
özünü yox edir. Məlum olduğu kimi, Haydeggerə görə insan reallığının
varlığı “dünyada varlıq” kimi müəyyən edilir
[Sartre, J. P. (2011), s.67].

Özündə varlıq heçliyi yaratmır. Varlıq heçliklə hər hansı bir əlaqəyə
girmir. Bu zaman sual ortaya çıxır ki; “heçlik əgər varlıqdan kənarda da,
varlığa nəzərən də qavranılmırsa, heçlik haradan gəlməlidir?”
[Sartre, J. P.
(2011), s.72]. Heçliyin dünyaya gəlməsinə vasitəçilik edən varlıq özü öz
heçliyi olmaq məcburiyyətindədir. Varlıq varlıqdan baĢqasını dünyaya gətirə
bilməz və insan bu doğuĢ prosesinə daxil olarsa, ondan ancaq varlıq
yaranar. Əgər insan bu prosesi Ģübhə altına almağı, yəni suala çevirməyi
bacarmalıdırsa, onu bütövlükdə gözü qarĢısında saxlamağı, yəni özünü
varlıqdan kənarda qoymağı və beləliklə, onu zəiflətməyi bacarmalıdır. Lakin
“insan reallığı” qarĢısında qoyulmuĢ varlıq kütləsini müvəqqəti də olsa məhv
etmək gücü verilməmiĢdir. Onun dəyiĢə biləcəyi bu varlıqla münasibətidir.
“Ġnsan reallığı” üçün konkret varlığı aradan qaldırmaq bu varlıqlarla
müqayisədə özünü yox etmək deməkdir. Bu halda onun varlıqlara çıxıĢı
yoxdur, o varlıqlar onun imkanlarından kənardadır; Mövcud olan ona təsir
edə bilməz, çünki insan reallığı heçlikdən geri çəkilib. “Stoiklərdən sonra
Dekart da insan reallığının özünü təcrid edəcək bir yoxluğu təqdim etmə
imkanına bir ad verdi: bu ad azadlıqdır
[Sartre, J. P. (2011), s.74].
3.Azadlıq və məsuliyyət

Ümumiyyətlə, azadlıq anlayışı fəlsəfə tarixi boyu önəmli məsələlərdən
olmuş, müxtəlif dövrlərdə filosoflar bu konsepsiyaya özünəməxsus fikirlər
təklif etmişlər. Azadlıq anlayışı qədim yunan filosoflarından başlayaraq bir
çox fəlsəfi məktəblərdə tarixən müzakirə edilmişdir. Qədim Yunanıstanda
azadlıq anlayışı fərdin dövlətin qoyduğu qaydalarla məhdudlaşmaması demək
idi. Yəni fərd qayda və qanunlardan kənar bir sahədə azad idi. Orta əsrlərdə
azadlıq yunanların başa düşdüyü kimi ağlın deyil, iradənin mülkiyyətidir.
Sokratın yaxşılığı başa düşmək, amma pislik etmək imkanı haqqındakı
paradoksu beləcə öz həllini tapır. “Ağıl qəbul edir, amma iradə yaxĢını rədd
edir, çünki o, insan ruhuna aid olsa da, ağlın baĢqalığını təĢkil edən öz
muxtariyyətinə malikdir. Ağıl bilir, amma iradə seçir: onun seçimi irrasional
ola bilər, yəni, ağlabatan əsaslandırma olmadan, anlayıĢa uyğun gəlmir”
[Реале, Дж., & Антисери, Д, s.71]. Anselmə görə, “Azadlıq günah etmək və

Leyla Mehdiyeva, Zaur Rəşidov
Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti

52

ya günah etməmək deyil, çünki o zaman mələklər və Tanrının özü azad
olmazdı. TəsdiqlənmiĢ bir hərəkət kimi azadlıq birbaĢa yaxĢı niyyət arzusu ilə
eyniləĢdirilir.”
Göründüyü kimi antik dövrdən başlayaraq yeni dövrə qədərki
təfəkkür tərzində azadlıq xarici amillərdən asılı olan bir anlayış kimi mövcud
olmuşdur. Hətta antik dövr Stoiklərin fikrincə, “azadlıq məlum və reallaĢan
zərurətdir.
” [Лега, В. П., s.161]. Yəni, stoik bir müdrik bütün ehtiraslardan
tamamilə qurtulmalıdır, ehtirasların insanda yuvası olmamalıdır. Bunun üçün
ağıl və təbiətə uyğun yaşamaq lazımdır. Dünyaya bu stoik baxış daha sonra
Spinozanın fəlsəfəsində və marksizm fəlsəfəsində də təkrar olunur.

Spinozanın azadlıq anlayışı onun panteist Tanrı-Təbiət təsəvvürü ilə
bilavasitə əlaqədə meydana çıxır. Spinozanın fəlsəfəsində insanın hərəkətləri
Tanrının zərurətinə aid edilir və bu hərəkətlərin mahiyyəti yalnız ilahi
fəaliyyətdən irəli gələn Tanrı tərəfindən müəyyən edilir. İnsanın özünü azad
zənn etməsi iki səbəbə əsaslanır: Şüurunda baş verən istəkləri həm yaradan,
həm də həyata keçirməyə imkan verən zahiri səbəbləri bilməmək. Spinoza
Tanrının sonsuzluğunu Onun qeyri-məhdud olması ilə ifadə edir və Tanrının
sonsuzluğu ilə onun bölünməz olduğunu da nəzərdə tutur. Bu, mütləq
Tanrının bir olması deməkdir və buradan belə nəticə çıxır ki, Tanrı əbədi bir
həqiqətdir. Spinoza teistlərin Tanrı ilə azadlıq arasında qurduğu əlaqəni
qənaətbəxş hesab etmir. Spinozaya görə, teist mütəfəkkirlər problemin özünü
həll etmək əvəzinə onu daha da mürəkkəbləşdirirlər və bu vəziyyət onların
Tanrı-Təbiət münasibəti haqqında təsəvvürlərindən irəli gəlir. Spinoza
Tanrının azadlığını - azad iradə və ya azad qərara deyil, onun öz təbirincə
desək, "azad zərurətə" aid edir. “Bununla belə, sonlu Ģeylər, o cümlədən
insanlar Tanrının modusları olduğundan, öz mahiyyəti, varlığı və hərəkətləri
üçün Tanrıdan və ya səbəblərin zəruriliyindən asılıdır və buna görə də azad
deyildirlər. Ġnsanın özünü azad zənn etməsinin səbəbi, öz hərəkətlərinin
səbəblərini bilməməsi və ya xəbərsiz olmasıdır. Ġnsan üçün azadlıq isə
aldatma və ya illüziyadan baĢqa bir Ģey demək deyil
” [Perihan, s.108].

Azadlıq və buna bağlı olaraq məsuliyyət əxlaq fəlsəfəsinin məşğul olduğu
ən mühüm anlayışlar sırasındadır. İmmanuel Kant da, azadlıq və məsuliyyət
anlayışlarını araşdıran filosoflardan biridir. Azadlıq anlayışı Kantın “Xalis
Zəkanın Tənqidi
” əsərində vurğuladığı dörd antinomiyadan biri kimi görünür.
Məlum olduğu kimi, Kant “Xalis zəkanın tənqidi” əsərində təcrübənin təhlili
üçün hazırladığı metodu köhnə metafizik sistemlərə qarşı qoymuş və
metafizikanın bir elm kimi bərqərar olması qənaətinə gəlmişdir. Kant “Əxlaq
metafizikasının təməli” əsərində insan şüurunda tapılan aprior praktiki
prinsiplərin mənbəyini araşdırmaq üçün təcrübəni təhlil edir. Bundan əlavə,
metafizikanın vəzifəsi adi insan şüurunu düşdüyü illüziyalardan xilas
etməkdir. Bu cür metafizika adi insan şüurunda şüursuz şəkildə mövcud olan

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.41-63


53

əxlaqi qaydaları müəyyən etmək və onlardan əxlaq qanununun etibarlılığını
gücləndirmək üçün istifadə etmək üçün istifadə olunur. Beləliklə, adi insan
ağılından xalis praktiki ağıl səviyyəsinə keçid mümkündür. Kanta görə, belə
bir metafizikanı praktik sahədə qurmaq olar. Ancaq burada qarşılaşdığımız
problem, ağılla bu cür istifadənin praktik sahədə mümkün olub-olmamasıdır.
Kant üçün azadlıq bütün rasional varlıqların iradəsinin xüsusiyyəti kimi qəbul
edilməli olan bir anlayışdır. Azadlıq bütün rasional varlıqlar üçün qəbul
edilmədikdə, istəkliləri azad adlandırmaq kifayət deyil. Azadlıq insan
təbiətinin eksperimentləri əsasında irəli sürülən məfhum deyil. “Yalnız ağıl və
iradə sahibi varlıqların fəaliyyətinə xas bir Ģey kimi isbat edilə bilər. Buna
əsaslanaraq, Kanta görə, yalnız azadlıq ideyası altında fəaliyyət göstərən
varlıqlar praktiki baxımdan həqiqətən azaddırlar
” [Töle, s.37]. Kant dərk
olunmayan 3 anlayışı göstərir: azadlıq, ruh, tanrı. Kant, “azadlığı qavramaq
mümkün olmayan və baxıĢını əldə etmək mümkün olmayan bir anlayıĢ kimi
görür. Çünki biz ancaq o Ģeyi izah edə bilərik ki, onların obyekti istənilən
mümkün təcrübədə verilə və qanuna salına bilər. Halbuki azadlıq elə bir
ideyadır ki, onun obyektiv reallığı təbiət qanunlarına görə açıla bilməz, ona
görə də heç bir təcrübədə üzə çıxa bilməz
” [Töle, s.41].

İlk dəfə olaraq azad olub-olmamağın varlıq xüsusiyyəti ola biləcəyini
ortaya qoyan Şopenhauer indi bu varlığın əsasında birbaşa insana üz tutur və
onun azad olub-olmadığını araşdırmağa başlayır. Şopenhauer azadlığın
mümkünlüyündən danışarkən, artıq azadlığa azad iradə (liberum arbitrium)
kimi yanaşmır. Onun sözlərinə görə, “belə bir azadlıq mümkün deyil. Onun
fikrincə, bu azadlıq anlayıĢından qurtulmaq və bu azadlıq anlayıĢı yerinə
baĢqa bir azadlıq anlayıĢı irəli sürmək lazımdır. Lakin liberum arbitriumun,
yəni iradə azadlığının tam olaraq nə demək olduğunu və bunun bir insan
üçün niyə mümkün olmadığını anlamaq, azadlığın daha sonra açıqlanacaq
müxtəlif kontekstlərdə baĢa düĢülməsi üçün son dərəcə vacibdir
” [Esenyel,
s.73].

Azadlıq məfhumundan ilk dəfə bəhs edən filosof bu anlayışın ilk növbədə
mənfi məna daşıdığını bildirir. Onun fikrincə, azadlıq deyildikdə, hər cür
maneələrin, zülmün aradan qaldırılması kimi başa düşülür. Azadlıq
anlayışına bu şəkildə baxıldığında Şopenhauerə görə üç fərqli azadlıqla
qarşılaşır. “Azadlığın birinci növü fiziki azadlıqdır. Burada azadlıq hər cür
maddi maneələrin olmadığı halda ortaya çıxır. Bu mənada arzumuzu həyata
keçirərkən heç bir fiziki və ya maddi maneə ilə qarĢılaĢmasaq, o zaman azad
olduğumuzu deyə bilərik. ġopenhauerin fikrincə, azadlığın ikinci növü
intellektual azadlıqdır. ġopenhauer təfəkkürlə bağlı ixtiyari və ya qeyri-
ixtiyari sayıla bilən bu cür intellektual azadlığın üzərində çox dayanmır və
yalnız azadlığı təsnif etmək üçün ona toxunur. Üçüncü növ, mənəvi azadlıq

Leyla Mehdiyeva, Zaur Rəşidov
Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti

54

akademiyanın soruĢduğu iradə azadlığı, yəni liberum arbitrium problemi ilə
birbaĢa bağlıdır”
[Esenyel, s.75].

İnsanın fərdi azadlığı ideyasını mükəmməl bir şəkildə yaradıcılığının
mərkəzinə gətirən ekzistensional filosof Jan Pol Sartr hesab olunur. Əvvəla,
ekzistensializmin mahiyyəti insanın azad olmasından qaynaqlanır – insan o
qədər azaddır ki, heç kim və heç nə ona təsir göstərə bilməz. Sartrın yazdığı
kimi, “Tanrı mövcud olsa belə, heç nə dəyiĢməzdi, çünki insan azadlığı
mütləqdir. Ġnsana heç bir Ģey təsir edə bilməz, heç bir xarici faktor, o
cümlədən həmiĢə insana zidd bir Ģey kimi baĢa düĢülən, ona kənardan təsir
edən Tanrı. Tanrı bir obyekt kimi baĢa düĢülür və bu mənada baĢqa Ģeylərə
bənzədilir. Buna görə də, ekzistensializm insanın mütləq azadlığını təsdiq
edir
[Лега, В. П, s.382].

Fransa Müqavimətinin iştirakçısı, Sartr “Varlıq və heçlik” əsərində
(müharibə illərində yazmağa başlamış və müharibədən sonra bitirmişdir)
yazır ki, “biz heç vaxt Fransanın işğalı dövründəki qədər azad olmamışıq”,
hər bir fransız Fransanın taleyi və bütün dünyanın taleyi üçün məsuliyyət hiss
etdi, buna görə də tamamilə azad idi. Sartrda mütləq məsuliyyət ideyasından
mütləq azadlıq ideyası yaranır. Azadlıq insanın ontoloji atributudur, o, şüurun
zəruri varlıq yoludur, özü üçün-varlığın xassəsidir. "Azadlıq məhz insan
qəlbində olan və insan reallığını varlıq əvəzinə özünü etməyə məcbur edən
heçlikdir
" [Лега, В. П, s.382].

Özü üçün varlıq tamamilə dəyişkəndir, çünki özündə heç bir şey ehtiva
etmir və bu, onun azadlığının təzahürüdür. Deməli, insan şüuru azadlıq
şüurundan başqa bir şey deyil. Beləliklə, şüur və azadlıq eynidir və insan
varlığının mahiyyəti onun azadlığıdır. Sartr üçün “insan gerçəkliyi azaddır,
çünki o, özündə varlıq(maddi obyekt) kimi tam və kifayət qədər deyildir.
Ġnsan natamam olduğu üçün insanın imkanı və seçmə qüdrəti var. Beləliklə,
azadlıq varlıq deyil: varlığın heçliyidir
” [Rajkhowa, s.875]. Sartr yazır:
Ġnsan nə azad, nə də qul ola bilməz – o, tamamilə və həmiĢə azaddır, ya da
deyil. Beləliklə, azadlığın müqayisəli dərəcələri ola bilməz: insan daha azad
və ya daha az azad ola bilməz. Insan ya tamamilə azaddır, ya da heç azad
deyil”
[Лега, В. П., s.382-383].

Sartra görə azadlıq nədir? Adi mənada azadlıq seçim etmək imkanı və ya
istədiyinizi etmək imkanıdır. Sartr hər şeydən əvvəl azadlıq anlayışını seçim
muxtariyyəti ilə əlaqələndirir. “Azadlıq səbəb-nəticə əlaqəsinə, dünyanın
səbəbiyyətinə qarĢıdır. Azad Ģüur özündən baĢqa motivasiya bilmir
” [Лега,
В. П, s.383].

Sartr insanı obyektiv amillərdən asılı vəziyyətə salan istənilən nöqteyi-
nəzərə etiraz edir. Ona görə də Sartr insanda əsas əhəmiyyəti onun şüuruna
təsir edən şüursuz və şüuraltı mexanizmlərə aid edən freydizmlə razılaşmır.

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.41-63


55

Sartr iddia edir ki, insan tamamilə azaddır, bu, insanın ontoloji atributudur.
Əgər azadlıq dünyada səbəb-nəticə əlaqəsinə qarşıdırsa, hər hansı bir
vəziyyətdə fəaliyyət göstərən şəxs xarici dünya deyil, insandırsa, insana heç
bir şey təsir edə bilməz. Şeylərin heç bir xarici düzülüşü insan azadlığını
azalda bilməz, çünki azadlıq yalnız insan vasitəsilə mövcuddur. Azadlıq heç
bir şəkildə səbəb-nəticə əlaqəsinə uyğun gəlmir: iki dünya, iki fərqli varlıq
təbəqəsi kimidir. Fərqli nəticələr var.

Birincisi, Sartr yazır, elə bir vəziyyət yoxdur ki, öz ağırlığı ilə azadlığı
boğsun
. Ġkincisi, elə bir vəziyyət yoxdur ki, insan ikinci vəziyyətdən daha
azad olsun. Demək olmaz ki, həbsxanada olan adamla sözün ümumi
mənasında azadlıqda yaĢayan insan müxtəlif cür azaddır. Xarici vəziyyət heç
bir Ģəkildə insan azadlığına təsir göstərmir. Ancaq o, yalnız insan özünü bir
insan kimi hiss etdikdə dərk edilir, yəni Ģeylər aləmində yoxdur. Özünü insan
kimi tanıyan qurban, Haydeggerin dili ilə desək, qeyri-mümkün varlıq
aləmində, Ġnsan aləmində yaĢayan cəlladdan qat-qat azad ola bilər. Bu
mənada vəziyyətin, əĢyaların düzülüĢü insan üçün heç nə ifadə etmir. Bu
vəziyyət yalnız insan layihəsində müəyyən əhəmiyyət kəsb edir. Yalnız bir
insan azad bir varlıq olaraq öz varlığını gələcəkdən bu günə proyeksiya
edərək vəziyyətə müəyyən məna verə bilər”
[Лега, В. П. (2009), s.383-384].

Sartr iddia edir ki, “istənilən insan, harada olmasından asılı olmayaraq, öz
azadlığını həyata keçirmək üçün düĢünə və edə bilər. Heç bir vəziyyət onun
hərəkətlərinin azadlığını məhdudlaĢdıra bilməz, buna görə də o, həqiqi bir
varlıq yaĢayırsa, sözdə azad insan qədər azaddır
” [Лега, В. П. (2009),
s.384]. ...Biz deməyəcəyik ki, – Sartr yazır, – məhbus həmişə həbsxananı tərk
etməkdə azaddır – bu, absurd olardı, xüsusən də onun azadlığa çıxmaq
istəməkdə həmişə azad olması – mənasız söhbət olardı, lakin o, həmişə
qaçmağı istəməkdə sərbəst (yaxud azad), yəni hansı şəraitdə olursa olsun,
qaçışını layihələndirə və hərəkətə başlayaraq layihəsinin dəyərini dərk edə
bilər.

Buradan daha bir nəticə çıxır - “azadlıqda olan insanın əzabı”. Hər insan bu
mütləq azadlıq və mütləq məsuliyyət vəziyyətinə tab gətirə bilməz. İnsan
azadlıqdan qorxur, onu tərk etmək istəyir və əşyalar aləminə, qeyri-əsil varlıq
dünyasına daxil olur, çünki azadlıq ilk növbədə məsuliyyətdir və o, insana
xoşbəxtlik gətirə bilməz. “Ġnsan öz xoĢbəxtliyini, bu sözün burjua anlayıĢında
yalnız azadlıqdan əl çəkəndə tapır, amma azadlıqdan imtina edəndə də insan
yenə də hansısa seçim edir, ona görə də insan azadlıqdan qaça bilmir.
Azadlığa atılmıĢ, azadlığa məhkum edilmiĢ, orada tərk edilmiĢ bir adam”
[Лега, В. П. (2009), s.384].

Sarta görə, insan insanlığın bütün dəyərlərini özü yaradır. İnsan əvvəl
mövcuddur, sonra öz istədiyi kimi olur. İnsanda bu özünü yaratma, öz

Leyla Mehdiyeva, Zaur Rəşidov
Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti

56

mahiyyətini formalaşdırma gücünün olmağı üçün Tanrının qəbul edilməməsi
zəruridir. Sartr mövcudluğun mahiyyətdən əvvəl gəlməsi məsələsində olduğu
kimi azadlığı da Tanrının yoxluğu ideyasından götürür, bu o deməkdir ki;
insan tək qalır; Nə öz daxilində söykənəcəyi bir dayaq, nə də özündən
kənarda yapıĢacağı bir budaq yoxdur; Artıq heç bir bəhanə və əsas
olmayacaq
[Sartre, J. P. (2005), s.71].

Sartrda insanın mütləq şəkildə azad olmağı onu öz seçimlərinin nəticəsinə
görə təkbaşına məsuliyyət daşıyan varlığa çevirir. Insanın azadlıq istəyinə
bağlı olaraq Sartr onu sırf fərdi azadlıq axtarışı və istəyindən əlavə,
başqalarının da azadlıqlarını düşünən bir anlayışla belə izah edir: “Amma
azadlıq istəyəndə onun tamamilə baĢqalarının azadlığına, baĢqaılarının
azadlığının isə bizimkinə məxsus olduğunu baĢa düĢürük. Baxmayaraq ki,
insanın tərifi olaraq azadlıq baĢqalarına aid deyil amma əlaqə olanda hər
Ģey dəyiĢir. Bu halda öz azadlığımla yanaĢı baĢqalarının da azadlığını
istəmək məcburiyyətində oluram. BaĢqalarının azadlığına hörmət etməsəm öz
azadlığımı da qoruya bilmərəm
” [Çelik, s.421].

İnsan azad olduğu üçün etdiyi seçimlərə görə məsuliyyət daşıyır. Ancaq
ateist ekzistensialist Sartrın Tanrını qəbul etməməsi onun məsuliyyətini daha
da artırır. “Çünki Tanrı yoxdursa ki, Sartra görə yoxdu, bütün məsuliyyət
insanın özünə aiddir. Varlığın əsası zərurət deyil, azadlıqdır
[Çelebi, s.67].

Sartr Tanrının varlığını inkar edir, amma buradan onun Dəyərlərin
Varlığını inkar etməsi nəticəsini çıxarmaq olmaz. Buradan çıxarılacaq ən
mühüm nəticə odur ki, İnsanlıq üçün Dəyərləri tapmaq üçün bir Varlıq
olmadığı üçün Fərd onları öz başına tapmalıdır. Sartrın Qayıdışında Dəyərləri
tapmaq çətinləşir, çünki bizim adımızdan yaxşı olanı düşünəcək Tanrı
yoxdur. İnsan tək qalır, çünki determinizm və fatalizm yoxdur, o, azaddır.
Allah xaric edildikdə, dəyərləri aşkar edəcək başqası olmalıdır. Bu o
deməkdir ki, İnsan Dəyərləri yaradır. Başqa sözlə, Sartr üçün Həyatın apriori
mənası yoxdur. İnsan mərhələsindən əvvəl Həyat bir şey deyil. Onu Mənalı
edən İnsandır və Dəyər deyilən şey də bu seçilmiş Mənadan başqa bir şey
deyil.

Sartrın fikrincə, Biz insanlar seçim etdikdə təkcə özümüzü deyil, bütün
bəĢəriyyəti seçirik. Onun fikrincə, özünü seçmək bütün bəĢəriyyəti seçmək
deməkdir. Buna görə də, kim olmaq istədiyimizi yaratdıqda, hər kəsin necə
olması lazım olduğunu da müəyyənləĢdiririk. Çünki onun fikrincə, bizim elə
bir hərəkətimiz yoxdur ki, insanlığa toxunmasın. Özünü seçən insanın da
bütün insanlığı seçməsi onun məsuliyyətini də eyni dərəcədə artırıb. Ona
görə də insanın seçimləri bütün bəĢəriyyətə aid olduğu üçün onun məsuliyyəti
həm özünə, həm də bütün bəĢəriyyətə qarĢıdır
[Çelebi, s.67].

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.41-63


57

Sartra görə, heçlik azadlıqdır və əslində olmayan da elə odur. Çünki XX
əsr insanı buna hazır deyil. İnsan sadəcə məsuliyyətini, azadlığını ifadə edə
bildiyi qədər öz varlığına daxil edə bilir. Qeyd etdik ki, Sartr yazır ki, “insan
azadlığa məhkum olmuş varlıqdır”, yəni insan öz azadlığının proyeksiyasını
özü yaratmalıdır, özü qazanmalıdır, amma XX əsrdə azadlıq yoxdur, çünki
sosial institutlar insandan yüksəkdə durur.

Heçliyin dünyaya gəlməyinə vasitəçilik edən özü üçün varlıq olan insan
bu heçlik üzündən azadlıqdır. Azadlıq insanın mahiyyətindən öndə gəlir və
onu mümkün edir. “Yoxluğun yox olmasının” zəruri Ģərti olan azadlıq eyni
zamanda insan varlığıdır. ġüurlu varlıq insan, öz özündən bir varlıq
reallaĢdıracaq və bu qırılma da heçlik olacaq. KeçmiĢlə indiki arasında
fasilə tələb edən bu psixi nihilasiya fasiləsiz prosesdir
” [Öztürk, s.81].

Sartr burada “özgələr” məsələsinə də toxunur. O yazır ki, insan gerçək
varlığını mövcudluq bitdikdə qazanır. İnsana varlıq kimi baxmaq onu
öldürmək deməkdir. Çünki cənnətdə də, cəhənnəmdə də insana eyni şəkildə
baxırlar. Bu, dünyada da belədir, çünki insana varlıq kimi baxanda o
cəhənnəmi yaşamış olur. Bu baxımdan Sartr yazır ki; “Cəhənnəm
baĢqalarıdır
” [Sartre, 1945].
4.Nəticə

İnsana və həyata baxış tərzi yollarından olan mövcudluq fəlsəfəsi mövcud
fəlsəfi təlimlərə əsaslanır; ancaq o, insanı, insan mövcudluğunu və
yaşayışından bəhs edən metod fərqliliyinə görə onlardan ayrılır. Mövcudluq
fəlsəfəsi olan ekzistensializm özündə bir çox yanaşmaya malik olan və 1900-
cü illərdən, xüsusən də İkinci Dünya Müharibəsindən sonra yüksəlişdə olan
bir fəlsəfi cərəyandır. Ekzistensializmə görə, insanlar heç bir şəkildə seçim
məsuliyyətindən qaça bilməzlər. Öz dəyərlərini yenə özü yaratmaq
məcburiyyətindədir. Ekzistensialist fəlsəfə insana başqası üçün varlıq olaraq
yanaşır. “Mən”in varlığının şərti başqasıdır. Başqası olmadan “Mən” özünü
dərk edə bilməz. Ekzistensial fəlsəfənin ən təsirli nümayəndələrindən biri
olan J.P. Sartr da digər ekzistensialist filosoflar kimi konkret insan varlığını
ön plana çıxarır və onu qeyd-şərtsiz azad hesab edir. Sartrın fəlsəfəsini
təfərrüatı ilə araşdıranda dövrümüzün insanının içində olduğu vəziyyəti
anlamağımız asanlaşır. Sartrın fikrincə, insan olmağın təməlində azadlıq
ideyası dayanır. İnsan düşünən olduğu qədər də seçim etməli olan bir
varlıqdır. Onu bütün canlılardan fərqləndirən də məhz bu azad seçim
məsələsidir. İkinci Dünya Müharibəsinin vəhşiliyi və dəhşətləri bütün
Avropanı bürüyərkən Sartrın “Belə ki, biz azadıq, çətin anlarda bu
azadlıqdan necə istifadə edək?
” sualı bir ümid işığına çevrilir. 1945-ci ildə
nəşr olunan "Müharibənin sonu" adlı hekayələri oxucularını necə bir dünya
istədiklərinə qərar verməyə və bu dünya üçün hərəkətə keçməyə çağırır.

Leyla Mehdiyeva, Zaur Rəşidov
Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti

58

Onun sözlərinə görə, bundan sonra insan ömrünü və bəlkə də həyatı tamamilə
məhv etmək gücümüz olduğunu nəzərə almalıyıq və əgər sağ qalmaq
istəyiriksə, azad seçimlərimizlə “yaşamağa” qərar verməliyik. Bu
cəsarətverici fikir müharibə illərində çox cəlbedici bir manifestə çevrilir. Bu
dövr Narsist düşərgələri, Yaponiyaya atılan atom bombaları, ölümün, aclığın
yaşandığı bir dövrdür və bu sorğulama Sartrın çox sevilən bir insana
çevrilməsinin ilk qığılcımlarıdır.

Sartrın ekzistensializmi ümidin və azadlığın fəlsəfəsidir. Digər
ekzistensialistlər kimi, (məsələn, Haydeqqer) Sartr da insanın əsl varlığının
əzab, ölüm anında ortaya çıxdığını vurğulayır. Doğrudur, insanın dəhşət,
faciə qarşısında etməyəcəyi heç nə yoxdur. Hətta bu vəziyyətlər insanın
inancını, ruh halını da dəyişməyə qadirdir. Belə bir ortaq məqam bütün həyat
fəlsəfəsi nümayəndələrinə xasdır.


ƏDƏBİYYAT
1.
Лега, В. П. (2009). История западной философии. Часть вторая.

Новое время. Современная западная философия: Учебное пособие.
Москва: Изд-во ПСТГУ. 456 с.

2. Sartre, J. P. (2011). Varlık ve Hiçlik: Fenomenolojik Ontoloji Denemesi.
(Çeviren Ilgaz, T., & Eksen, G. Ç.), İstanbul: İthaki Yayınları, 785 s.

3. Akıllıgöz, Y. (2022). Jean-Paul Sartre‟da Kendinde-Varlık, Kendi-İçin-
Varlık ve Hiçlik Kavramlarının Fenomenolojik Bağlamda İncelenmesi.
Academic Knowledge, 5(1), 91-100.

4. Sartre, J. P. (2005). VaroluĢçuluk (çev. A. Bezirci). İstanbul: Say
Yayınları, 154 s.

5. Richmond, S. (2008). Sartre and Bergson: A Disagreement about
Nothingness. International Journal of Philosophical Studies, 15(1), 77-95.

6. Реале, Дж., & Антисери, Д. (1997). Западная философия от истоков
до наших дней. Том 2. Средневековье.
ТОО ТК "Петрополис", 368 с.

7. Лега, В. П. (2009). История западной философии. Часть первая.
Античность. Средневековье. Возрождение: учеб. пособие.
(В. П.
Лега. 2-е изд., доп. и перераб). Москва: Изд-во ПСТГУ, 452 с.

8. Perihan, B. M. (2015). Spinoza ve özgürlük. Aydın, 2015-yl-019, 125 s.
9. Töle, H. M. (2005). Immanuel Kant‟ta Özgürlük Ve Sorumluluk ĠliĢkisi.

Denizli, 92 s.
10. Esenyel, A. (2009). Arthur Schopenhauer‟in Özgürlük AnlayiĢi. Bursa,

161 s.

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.41-63


59

11. Çelebi, V. (2014). Jean Paul Sartre‟ın Varoluşçuluk Düşüncesi.
Beytulhikme An International Journal of Philosophy ISSN: 1303-8303, 64-
76 s.

12. İsmayılov, F. (2011). SeçilmiĢ əsərləri. (V cilddə, II cild), Bakı.
13. Sartre, J. P. (1945). No Exit (philosophical drama).
14. Paulina, M., & Bobadilla, G. (2015). “Nothing” for Sartre | LA NADA

EN SARTRE. Revista Fundacion Universitaria Luis Amigo, 2(1), pp. 67-
75.

15. Güvenç, E. (2022). J. P. Sartre felsefesinde varlığın fazladanlığı ve
bulantı duygusu. Bursa, Uludağ Üniversitesi Fen-Edebiyat fakültesi sosyal
bilimler dergisi,
23 (43), s.1145-1175

16. Güvenç, E. (2013). J. P. Sartre felsefesinde bulantı kavramı.
Yayınlanmamış yüksek lisans tezi. Uludağ Üniversitesi Sosyal Bilimler
Enstitüsü.

17. Sartre, J. P. (2011). Bulantı. (romanı çev. Hilav, S.), İstanbul, Can
yayınları, 225 s.

18. Rajkhowa, P. (2018). Concept of Freedom in Sartre‟s philosophy.
International Journal of Creative Research Thoughts, 6(2), s. 875-880.

19. Çelik, G. (2018). Varoluş felsefeleri, varoluşçu terapi ve sosyal hizmet.
Dokuz Eylül Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 19(3), 417-
439. https://doi.org/10.16953/deusosbil.280561

20. Öztürk, G. E. (2016). Jean Paul Sartre‟ın Özgürlük GörüĢü ve Yol
Açtığı Antropolojik-Etik Sorunlar
. Doktora Tezi. İstanbul: Maltepe
Üniversitesi, s.158.

21. Psikanalitik kuram üzerine düşünsel bir yolcuk; Sartre ve Freud.
Felsefe Yazıları, Yazko Yayınları (2. Kitap) 1982 Sayfa: 105-110.
https://www.cafrande.org/psikanalitik-kuram-uzerine-kisa-bir-yolculuk-
sartre-ve-freud/

22. Ürek, O. (2006). Sartre‟ın İnsanı Ve Tarihi Anlama Metodu: Diyalektik
Anlama. FLSF Felsefe Ve Sosyal Bilimler Dergisi, sy. 1 (Haziran 2006):
105-116.

Leyla Mehdiyeva, Zaur Rəşidov
Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti

60


Человеческий проект в философской системе Жана Поля Сартра
Лейла Мехтиева



Заур Рашидов



Абстракт. XX век вошел в историю как период пробуждения и радикальных

движений. В этот период появились новые системы мышления. Некоторые новые
системы мышления представляют собой прямое возвращение к человеку. Начало
возвращения к человеку было положено С.Кьеркегором, с его взглядами на
экзистенциализм. Возникновение экзистенциализма как философской системы,
относится к периоду после Первой мировой войны. В этот период утрата прежних
ценностей, проблема секуляризма и неспособность философии Просвещения
оправдать себя являются одними из основных проблем. Экзистенциализм начал
формироваться в Германии и Франции примерно в одно и то же время, за короткое
время распространился на многие страны мира - Италию, Испанию, Индию, Англию,
США, Японию и др. В России школу экзистенциализма создали Н.Бердяев и
Л.Шестов, а немецкий экзистенциализм создали Мартин Хайдеггер и Карл Ясперс.
Яркими представителями французского экзистенциализма являются, Габриэль
Марсель (1899), Жан-Поль Сартр (1905-1980), Симона де Бовуар (1908-1986) и
Альбер Камю (1913-1960). Жан Поль Сартр идеально поместил идею
индивидуальной свободы человека в центр своего творчества. В философии Сартра
есть два важных момента: бытие в себе и бытие для себя. Сартр пишет что, сознание
в целом индивидуально. Цель сознания состоит в том, чтобы трансформировать
бытие в себе, в бытие для нас. Это фундаментальное состояние сознания. Главный
вопрос, который принимал во внимание Сартр, заключается в том, что на
философские проблемы XX века невозможно смотреть в контексте общих понятий.
По мнению философа, самый правильный экзистенциализм – это гуманизм. Помимо
своих философских романов, Сартр прославился своей экзистенциалистской
философией, которую он разработал уникальным образом во всех отношениях. Он
был одним из мыслителей, ознаменовавших ХХ век формированием
экзистенциального марксизма и своей политической деятельностью. В условиях
Второй мировой войны, когда понятие человечества было поставлено под сомнение,
оригинальное и полное жизни во всех отношениях произведение «Бытие и Ничто»


Магистрант Бакинского Государственного Университета; Баку, Азербайджан (ответственный автор)
E-mail: mehdiyevaleyla213@gmail.com
https://orcid.org/0000-0002-2460-9684
 Доктор философии по философии,
НАНА, Институт Философии и Социологии; Баку, Азербайджан
E-mail: zaur20@mail.ru
https://orcid.org/0000-0002-4504-1856
Цитировать статью: Мехтиева, Л., & Рашидов, З. [2024]. Человеческий проект в философской системе Жана
Поля Сартра. Журнал «Metafizika», 7(1), с.41-63.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.41-63

История статьи:
Статья поступила в редакцию: 30.10.2023

Отправлена на доработку: 18.12.2023
Принята для печати: 29.01.2024

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.41-63


61

объясняет современное состояние человечества наряду с философскими идеями
Сартра.

Ключевые слова: экзистенциализм, свобода, гуманизм, бытие в себе,
нигилизм, небытие, экспрессионизм, отчуждение


The Human Project in the Philosophical System of Jean Paul Sartre

Leyla Mehdiyeva


Zaur Rashidov



Abstract.
The 20

th
century is known as a period of awakening and radical

movements in the history. New systems of thought emerged during this period.
Some systems of thought expressed a direct return to man. The beginning of the
return to man was set by S.Kierkegaard with his views related to existentialism. The
emergence of existentialism as a philosophical system coincides with the period
after the First World War. In this period, the loss of previous values, the problem of
secularism, and the failure of the Enlightenment philosophy to justify itself are
among the main problems. Existentialism began to take shape in Germany and
France at about the same time, and in a short time it spread to many parts of the
world - Italy, Spain, Latin America, India, England, the United States, Japan, etc.
spread to countries. In Russia, the school of existentialism was created by N.
Berdyayev and L. Shestov, and the German existentialism was created by Martin
Heidegger and Karl Jaspers. The prominent representatives of French existentialism
are Gabriel Marcel (1899), Jean Paul Sartre (1905-1980), Simone de Bavoir (1908-
1986) and Albert Camus (1913-1960). It was Jean-Paul Sartre who perfectly placed
the idea of individual human freedom at the center of his work. There are two
important points in Sartre's philosophy: existence in itself and existence for itself.
Sartre writes that; what is generally called consciousness is individual. The purpose
of consciousness is to make existence for us. This is the fundamental state of
consciousness. The main issue that Sartre took into account is that it is impossible to
look at the philosophical problems of the 20th century in the context of general
concepts. According to the philosopher, the best existentialism is humanism. In
addition to his philosophical novels, Sartre became famous for his existentialist

Master's student in Baku State University; Baku, Azerbaijan (corresponding author)
E-mail: mehdiyevaleyla213@gmail.com
https://orcid.org/0000-0002-2460-9684
 Doctor of Philosophy (Ph.D),
ANAS, Institute of Philosophy and Sociology; Baku, Azerbaijan
E-mail: zaur20@mail.ru
https://orcid.org/0000-0002-4504-1856
To cite this article: Mehdiyeva, L., & Rashidov, Z. [2024]. The Human Project in the Philosophical System of Jean
Paul Sartre. “Metafizika” journal, 7(1), pp.41-63.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.41-63

Article history:
Received: 30.10.2023
Accepted: 29.01.2024

Leyla Mehdiyeva, Zaur Rəşidov
Jan Pol Sartrın fəlsəfi sistemində insan proyekti

62

philosophy, which he developed in a unique way. He was one of the thinkers who
marked the 20

th
century with his formation of existential Marxism and his political

activity. In the conditions of the Second World War, when the concept of humanity
was questioned, the work "Being and Nothingness", which is original and
intertwined with life in every way, explains the current state of humanity along with
Sartre's philosophical ideas.

Keywords: existentialism, freedom, humanism, existence in itself, nihilism,
nothingness, experssionism, alienation


REFERENCES

1. Lega, V. P. (2009). History of Western Philosophy. Part two. New time.
Modern Western Philosophy: Textbook.
Moscow: PSTGU Publishing
House. 456 pp. (in Russian)

2. Sartre, Jean-Paul. (2011). Being and Nothingness: Phenomenological
Ontology Essay
. (Translated by Ilgaz, T., & Eksen, G. Ç.), Istanbul: Ithaki
Publications, 785 p. (in Turkish)

3. Hakkıgöz, Y. (2022). Examination of the Concepts of Being-in-Itself,
Being-For-Itself and Nothingness in Jean-Paul Sartre in a
Phenomenological Context. Academic Knowledge, 5(1), 91-100. (in
Turkish)

4. Sartre, J. P. (2005). Existentialism (trans. A. Bezirci). Istanbul: Say
Publications, 154 p. (in Turkish)

5. Richmond, S. (2008). Sartre and Bergson: A Disagreement about
Nothingness. International Journal of Philosophical Studies, 15(1), 77-95.
(in English)

6. Reale, J., & Antiseri, D. (1997). Western philosophy from its origins to the
present day. Volume 2. Middle Ages.
TK Petropolis LLP, 368 p. (in
Russian)

7. Lega, V. P. (2009). History of Western Philosophy. Part one. Antiquity.
Middle Ages. Revival: textbook. allowance.
(V.P. Lega. 2nd ed., additional
and revised). Moscow: PSTGU Publishing House, 452 p. (in Russian)

8. Perihan, B. M. (2015). Spinoza and freedom. Aydin, 2015-year-019, 125
p. (in Turkish)

9. Töle, H. M. (2005). The Relationship Between Freedom and
Responsibility in Immanuel Kant.
Denizli, 92 p. (in Turkish)

10. Esenyel, A. (2009). Arthur Schopenhauer's Concept of Freedom.
Bursa, 161 p. (in Turkish)

11. Çelebi, V. (2014). Jean Paul Sartre's Existential Thought. Beytulhikme
An International Journal of Philosophy ISSN: 1303-8303
, 64-76 p. (in
Turkish)

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.41-63


63

12. Ismaylov, F. (2011). Selected works. (volume V, vol. II), Bakı. (in
Azerbaijani)

13. Sartre, J. P. (1945). No Exit (philosophical drama). (in English)
14. Paulina, M., & Bobadilla, G. (2015). “Nothing” for Sartre | LA NADA

EN SARTRE. Revista Fundacion Universitaria Luis Amigo, 2(1), pp. 67-
75. (in Spanish)

15. Güvenç, E. (2022). The redundancy of existence and the feeling of
nausea in the philosophy of J. P. Sartre. Bursa, Uludağ University Faculty
of Arts and Sciences social sciences journal, 23
(43), p.1145-1175. (in
Turkish)

16. Güvenç, E. (2013). The concept of nausea in the philosophy of J. P.
Sartre.
Unpublished master's thesis. Uludağ University Institute of Social
Sciences. (in Turkish)

17. Sartre, J. P. (2011). Nausea. (novel trans. Hilav, S.), Istanbul, Can
publications, 225 p. (in Turkish)

18. Rajkhowa, P. (2018). Concept of Freedom in Sartre‟s philosophy.
International Journal of Creative Research Thoughts, 6(2), s. 875-880. (in
English)

19. Çelik, G. (2018). Existential philosophy, existential therapy and social
work. Dokuz Eylül University Social Sciences Institute Journal, 19(3),
417-439. https://doi.org/10.16953/deusosbil.280561(in Turkish)

20. Öztürk, G. E. (2016). Jean Paul Sartre's View of Freedom and the
Anthropological-Ethical Problems It Causes.
Doctoral Thesis. Istanbul:
Maltepe University, p.158. (in Turkish)

21. An intellectual journey on psychoanalytic theory; Sartre and Freud.
Philosophical Writings, Yazko Publications (Book 2) 1982 Page: 105-110.

https://www.cafrande.org/psikanalitik-kuram-uzerine-kisa-bir-yolculuk-
sartre-ve-freud/ (in Turkish)

22. Ürek, O. (2006). Sartre‟s Understanding Method on Human and
History: Dialectical Understanding. FLSF Journal of Philosophy and
Social Sciences, p. 1
(June 2006): 105-116. (in Turkish)