© “Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 1, serial 25, 2024. pp.64-76 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
64
UOT: 297.
KBT: 86.39
DOI: 10.33864/2617-751X.2024.v7.i1.64-76
MJ № 199
Əbu Hənifə və Rəy məktəbi
Abdulla Əliyev
Aslan Həbibov
Abstrakt. Bilindiyi kimi erkən İslam dövründə yəni Hz. Peyğəmbər və
səhabə dönəmində verilən suallara cavab tapmaq çətin deyildi. Lakin daha
sonrakı dövlərə baxdığımızda görürük ki, bir çox yeni mədəniyyətlərə
mənsub islamı yenicə qəbul etmiş şəxslər yeni suallar verirdilər. Bu suallara
Quran və Sünnə ilə cavab vermək o qədər də rahat deyildi. Bu səbəbdən də
Küfə alimləri rəylə ictihaddan istifadə etməyi zəruri hesab etmişdilər. İctihad
edərkən rəyə müraciət etdikləri üçün həmin dönəmdə və günümüzdə bir çox
tənqidlərə məruz qalmışlar. Əhli-rəyi ən çox tənqid edən əsas 2 məktəbdən
biri olan əhli hədis məktəbi olmuşdur. Hədis məktəbi fiqhin formalaşdığı ilk
dövrlərdən etibarən, İraq məktəbini şəri hökmlərin istinbatında kitab və
sünnəni tərk edərək, əqli metodla əldə olunan hökmlərə üstünlük verməkdə
ittiham etmişlər. Bəhs etdiyimiz bu əqli metod bəlli tarixi dövrlərdə bəzən
rəy, bəzən qiyas, bəzən də istehsan adı ilə tənqid hədəfi olmuşdur.
Əhli-hədisin tənqidlərinə məruz qalan məşhur alimlərdən biri də Əbu
Hənifədir. Bu məqalədə Əbu Hənifənin həyat və yaradıcılığına, əsərlərinə və
rəy məktəbinə nəzər yetrilib.
Açar sözlər: Fiqh, Əbu Hənifə, məzhəb, əhli-hədis, əhli rəy
1.Giriş
Fiqh ərəb mənşəli bir sözdür. “Bir şeyin mahiyyətini və incəliklərini
qavramaq” mənasındadır. Qurandada fiqh bir elm deyil, “incə anlayış, kəskin
qavrayış və danışanın məqsədini anlamaq” mənasında işlənmişdir. “Fəqih”
“bir şeyi yaxşı bilən və yaxşı başa düşən” deməkdir.
Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq ixtisası” üzrə magistrantı; Bakı, Azərbaycan (məsul müəllif)
E-mail: abdullaeliyev2023.@gmail.com
https://orcid.org/0009-0004-6318-7121
İlahiyyat üzrə fəlsəfə doktoru, dosent,
AMEA, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi; Bakı, Azərbaycan
E-mail: aslanhabibov@ait.edu.az
https://orcid.org/0000-0002-3016-3324
Məqaləyə istinad: Əliyev, A., & Həbibov, A. [2024] Əbu Hənifə və Rəy məktəbi. “Metafizika” jurnalı, 7(1),
səh.64-76.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.64-76
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 13.11.2023
Təkrar iĢlənməyə göndərilmiĢdir: 11.12.2023
Çapa qəbul edilmiĢdir: 29.01.2024
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 64-76
65
Onun cəm halı "füqəha"dır. Fiqh alimləri insan davranışlarını
kateqoriyalara ayırmış və onlara fərz, vacib, sünnə, müstəhəb, mübah,
məkruh, haram kimi hökmlər vermişlər. Fiqhdə fətva dilində tez-tez işlənən
digər terminlər yəcuzu (caizdir, uyğundur), lə yəcuzu (caiz deyil, uyğun
deyil) kimi ifadələrdir.
İslamda Məhəmməd peyğəmbərdən sonra dini qaydaları
müəyyənləşdirmək və formalaşdırmaq üçün yola çıxan alimlər günün şərtləri
və onların gətirdiyi yeni problemlər qarşısında şəriət hökmlərini
açıqlamışdırlar. Müəyyən edilmiş hökmləri dəlilləri ilə bilmək və eyni
dəlilləri tənqid edib yeni şərhlər etmək bacarığı müxtəlif fiqh anlayışlarının
və məzhəblərinin formalaşmasına səbəb olmuşdur. Müsəlmanlar arasında
şəriətdən fərqli olaraq fiqhdə müqəddəslik yoxdur, müxtəlif coğrafiyalar və
icmalar arasında fərqli və sərt tənqidi məzhəblər geniş yayılmışdır.
Fiqh üç əsas hissəyə bölünür: 1. Əməllər 2. Cəzalar 3. İbadətlər. Getdikcə
daha çox yayılan “İslam hüququ” ifadəsi əslində fiqhdə Muamelat və Ukubat
sahələrinə aiddir. Günümüzdə dünyəvi meyllərin artması ilə fiqh xüsusilə
ibadətlə bağlı bir sahə kimi görünür.
Bilindiyi kimi ilk dövrdən günümüzə qədər 200-ə yaxın fiqhi və etiqadi
məzhəb olmuşdur . Onlardan sadəcə daha sonra insanlar tərəfindən toplu
şəkildə qəbul edilib əməl olunan məzhəblər günümüzə gəlib çatmışdır.
Günümüzdə Əhi-sünnə məzhəbləri arasında ən gəniş yayılmışı fiqh məzhəbi
Hənəfi məzhəbi olmuşdır. Hənəfi məzhəbinin qurucusu olan Əbu Hənifə hər
nə qədər özü bir məzhəb qurduğunu deməsədə daha sonralar onun adı ilə
bağlı olaraq Hənəfi məzhəbi formalaşmışdır.
2.Əbu Hənifənin həyat və yaradıcıllığı
2.1.Həyatı
Mənbələr Əbu Hənifənin 699-cu ildə Kufədə doğulduğunu qeyd edir
[Muhammed Əbu Zəhra, s.130]. “İmamı Əzəm” ünvanı ilə tanınan Əbu
Hənifənin tam adı Əbu Hənifə Nöman ibn Sabit əl-Kufidir. Əbu Hənifənin
ata-babalarının ərəb olmadığı dəqiq bilinir. Bəzilərinə görə Əbu Hənifə fars,
[Galip Türcan,s.491] bəzilərinə görə isə türk əsillidir[Osman Keskioğlu,s.10].
Əbu Hənifə künyəsinə gəldikdə, onun Hənifə adlı qız övladının olmadığı
Həmmad adlı bir oğlu olduğu rəvayət olunur [Muhammed Əbu Zəhra, s.20].
Əbu Hənifə künyəsi ilə bağlı iki ehtimaldan bəhs edilir:
İraqda “hənif” adlandırılan yazı ləvazimatını həmişə yanında gəzdirdiyi
üçün bu adı almışdır [Səyid Afifi, s.8]. Doğru yola sadiqliyinə görə, ona
“hənif” ünvanı verilmişdir [Səyid Afifi, s.7].
Əbu Hənifə767-ci ildə Bağdadda vəfat etmişdir. Onun Abbasi xəlifəsi
Mənsur tərəfindən həbsxanaya atıldığı rəvayət olunur [İbn Həcər Heytəmi,
s.151]. Əbu Hənifənin həbsxanaya atıldığı qəbul olunsa da onun həbsxanada
döyülərək yoxsa zəhərlənərk öldürüldüyü və yaxud həbsxanadan çıxdıqdan
Abdulla Əliyev, Aslan Həbibov
Əbu Hənifə və Rəy məktəbi
66
sonra öldüyü ixtilaflıdır [Muhammed Əbu Zəhra, s.82]. Əbu Hənifə
Bağdadda Xəyzüran qəbristanlığında dəfn edilmişdir [Korkmaz, Zehra &
Yılmaz, Hayati, s.1159].
2.2.Təhsili
Əbu Hənifə hələ uşaq olanda Quranı başdan sona əzbərləmişdir. Qiraət
elmini məşhur yeddi qiraət imamından biri olan İmam Asimdən öyrənmişdir
[İbn Həcər Heytəmi, s.265]. Kufə və Bəsrə şəhərlərinin tanınmış alimlərindən
ərəb dili, ədəbiyyat, hədis, fiqh və s. dərsləri almışdır. Rəvayətə görə,
müsəlmanlar Xorasanı fəth etdikdə o tərəflərin sayılıb seçilənlərindən olan
Əbu Hənifənin babası da əsir alınır. İslamiyyəti qəbul etdikdən sonra isə azad
edilir və Kufə şəhərində məskunlaşır. Əbu Hənifənin babası və atasının
Kufədə Həzrət Əli (r.a.) ilə görüşdüyü nəql olunur. Atası Sabit Allahın ona
xeyirli bir övlad verməsi üçün Həzrət Əlidən (r.a.) xeyir-dua almışdır
[Muhamməd Əbu Zəhra, s.16].
Əbu Hənifə 720-ci ildən etibarən on səkkiz il məşhur fəqih Həmmad ibn
Əbu Süleymandan dərs almış, onun elm məclisinin daimi üzvlərindən
olmuşdur. Tələbələr arasında çalışqanlığı, dərin elmi və zəkası ilə seçilən
Əbu Hənifə bəzən müəllimi olmayanda onun yerinə dərs deyirdi. İraq fiqh
məktəbinin ustadı sayılan Həmmad 738-ci ildə vəfat edəndə 40 yaşında olan
Əbu Hənifəyə müəlliminin yerinə dərs demək təklif edilir. Əbu Hənifə də bu
təklifi müəlliminin tələbələrindən ən azı on nəfərin bir il ərzində onun
dərslərində iştirak etməsi şərtilə qəbul edir [Mustafa Uzunpostalcı, s.132].
Əbu Hənifənin məqsədi həm elmi metod və ənənəni qoruyub saxlamaq, həm
də bu elm məclisini ictihad şurasına çevirmək idi. Son dərəcə təmkinli,
təvazökar və bəsirətli insan olan Əbu Hənifənin dərslərində İslam diyarının
hər tərəfindən elm həvəskarları iştirak etmiş və onun rəhbərliyi altında böyük
bir məktəb meydana gəlmişdir. Bu məktəbin təxminən 4000 tələbəsi olmuş,
qırxa yaxın tələbəsi isə müctəhid səviyyəsinə çatmışdır. Əbu Hənifə İbrahim
ən-Nəxai, Şəbi, Qazi Şüreyh, Əlqamə ibn Qeys, Məsruk ibn əl-Əcda kimi
böyük fiqh ustadlarından da fiqh elmini öyrənmiş, biliklərini onların ümman
kimi zəngin elmi ilə zənginləşdirmişdir. Dövrünün alimləri arasında dərin
elmi və fəziləti ilə güclü nüfuz qazanan, yeni bir cığır açan, bir çox alimlər
yetirən Əbu Hənifə “İmam Əzəm” (böyük imam) ünvanını almışdır [Mustafa
Uzunpostalcı, s.131].
Əbu Hənifənin tabiun alimlərindən olub-olmadığı ixtilaflı
məsələlərdəndir. Bəziləri onun tabiun alimlərindən sayır [Şaranı, c.I, s.52].
Əbu Hənifənin bir sıra səhabələri gördüyü, yeddi səhabədən hədis rəvayət
etdiyi iddia edilsə də, bu iddianı təsdiq edəcək dəqiq məlumat yoxdur.
Düzdür, Əbu Hənifənin zamanında Ənəs ibn Malik, Abdullah ibn Əbu Əvfa,
Səhl ibn Sad və Əbut-Tufeyl Amir ibn Vəsilə kimi səhabələr sağ idilər.
Ancaq ehtimal olunur ki, Əbu Hənifə müxtəlif şəhərlərdə yaşayan bu dörd
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 64-76
67
səhabədən yalnız Ənəs ibn Maliki kiçik yaşlarında Kufəyə gələndə
görmüşdür [Mustafa Uzunpostalcı, s.132].
Əbu Hənifə Cəfər əs-Sadiqdən hədis rəvayət etmişdir [Məhəmməd Əbu
Zəhra, İmam Cəfər, Qahirə, Dəru əl-fikru əl-arabiyi, 2008, s.41]. Mənbələrdə
Əbu Hənifədən “Son iki il olmasaydı Nöman həlak olardı” sözü nəql olunur
[Zehra Korkmaz, Hayati Yılmaz, c.1, s.21]. Ancaq Əbu Hənifənin Cəfər əs-
Sadiqdən dərs aldığına dair ilk dönəm qaynaqlarda heç bir məlumat yoxdur.
Bu söz ilk dəfə Mahmud Şükrü əl-Alusi tərəfindən “Muxtasar əl-tuhfatul
isnəaşəriyyə” kitabında yer verilmişdir
[https://ebubekirsifil.com/yazilar/levles-senetan-le-heleken-numan/].
Bəzi alimlər bu sözün Əbu Hənifəyə aid olmadığını, onun Cəfər əs-
Sadiqdən yalnız hədis rəvayət etdiyini fiqh, təsəvvüf elmlərini təhsil
etmədiyini qeyd edirlər [Zehra Korkmaz, Hayati Yılmaz, s.1170].
2.3.Elmi fəaliyyəti
Əbu Hənifə qələmə aldığı əsərlərində əqidə və etiqada dair mühüm
məsələlərə toxunmuşdur. O, öz dövründə etiqadla bağlı meydana çıxan
təhrifləri düzəltmiş, sağlam inanc əsaslarının sonrakı nəsillərə ötürülməsində
mühüm rol oynamışdır. Əbu Hənifənin etiqadi fikirlərini özündən sonra gələn
İmam Maturidi təsnif edib sistemləşdirmişdir [Ahmet Ak, c.7, s.223]. Əbu
Hənifə daha çox fiqh alimi və məzhəb qurucularından biri olaraq tanınsa da,
yazdığı “Fiqhul-Əkbər” əsəri ilə kəlam alimlərindən sayılır. Əbu Hənifə
əvvəllər kəlam elmi ilə məşğul olmuş, ancaq sonralar səhabələrin etiqadi
məsələlərlə məşğul olmadığını düşünmüş, əməli mövzularda xalqın
qarşılaşdığı problemlərin həllini daha əhəmiyyətli saymış və nəticədə fiqh
elminə yönəlmişdir.
Əbu Hənifə hədisə böyük dəyər vermişdir. Əbu Hənifə Osman əl-Bəttiyə
yazdığı risalədə isə: “Bil ki, öyrəndiyin və insanların faydalandığı şeylərin ən
fəzilətlisi Sünnədir”, demişdir. Əbu Hənifə dini məsələlərdə əvvəlcə Allahın
Kitabına, sonra Rəsulunun (s.ə.s.) hədislərinə müraciət edər, sonra da
səhabələrin görüşlərindən istədiyini seçərdi
[https://alathar.net/home/esound/index.php?op=codevi&coid=158123].
Bəzi hədis alimləri Əbu Hənifənin hədislərə müxalif davrandığını demiş
və bu elmdəki zəifliyini tənqid etmişlər. Öz müasirlərindən başlayaraq hicri
VIII əsrə qədər davam edən, hətta bu gün də görünən həmin ittihamların
əksəriyyəti subyektiv fikirlərə əsaslanır [İbn Əbi Xatim ər-Razi, c.VII, s.203].
Bu cür subyektiv yanaşma ilə istənilən alimi nədəsə təqsirləndirmək olar.
Əbu Hənifə vaxtının çoxunu elmə ayırmaqla yanaşı, ticarətlə də məşğul
olmuşdur. Bununla halal ruzisini qazanır, alim izzətini qoruyurdu. Qazancını
tələbələrinin ehtiyaclarına, elm məclislərinə sərf edirdi. Tələbəsi Əbu Yusifin
xərcliyi bitməmiş ona kömək əlini uzadır, imkansız tələbələrinin ailə
qurmasına yardım edirdi. Əbu Hənifəni ticarətdə çox həssas davranardı. Əbu
Abdulla Əliyev, Aslan Həbibov
Əbu Hənifə və Rəy məktəbi
68
Hənifə bir mal satarkən və ya alarkən qarşı tərəfin zərər çəkməsini əsla
istəməzdi. Bir gün bir qadın satmaq üçün ipək paltar gətirir. Əbu Hənifə
qiymətini soruşur. Qadın “yüz dirhəm” deyir. Əbu Hənifə alıcı gözü ilə baxıb
paltarın dəyərinin yüz dirhəmdən çox olduğunu söyləyir. Qadın qiyməti yüz
dirhəm artırır. Əbu Hənifə razı olmur. Qadın da paltarın qiymətini yüz-yüz
artıraraq dörd yüzə çatdırır. Əbu Hənifə yenə razı olmur. Qadın da fikirləşir
ki, yəqin onu ələ salır. Ən axırda üçüncü bir adamı çağırırlar. O da 500
dirhəm deyir. Əbu Hənifə də ipək paltarı beş yüz dirhəm verib qadından alır.
Əbu Hənifənin qazancına haram və şübhəli şeylər qarışdırmazdı. Bir dəfə
şəriki Həfs ibn Əbdürrəhman qüsurlu bir parçanı özü də bilmədən qüsursuz
parça qiymətinə satmışdı. Bundan xəbər tutan Əbu Hənifə həmin parça
topundan gələn bütün gəliri möhtaclara paylamışdı. Əbu Hənifə xarici
görünüşə əhəmiyyət verir, təmiz geyinir və insanları da təmiz geyinməyə
təşviq edərdi. Elmi müzakirələrlə yanaşı ticarətlə də məşğul olması onu daim
həyatın və fiqhi məsələlərin içinə çəkmiş, qarşılaşdığı məsələlər və ya verilən
suallarla əlaqədar saysız ictihad və hökmlər vermişdir.
Fiqhi məzhəblər adətən qurucularının vəfatından çox sonralar müəyyən
amillərin təsiri ilə formalaşmışdır. Yəni məzhəb alimlərinin məqsədi hansısa
məzhəb qurmaq olmamışdır. Hənəfi məzhəbi də həm Əbu Hənifənin, həm də
ilk məşhur tələbələrinin vəfatından sonra “Hənəfi məzhəbi” kimi tanınmışdır.
Bu gün “Hənəfi məzhəbi” İslam aləmində geniş yayılmış məzhəblərdən
biridir [Ali Bardakoğlu, c.XVI, s.2].
2.4.Əsərləri
Əbu Hənifə hökm və ictihadlarına, ictihad üsuluna dair bir kitab qələmə
almamışdır. Ona istinad edilən əsərlər ümumiyyətlə əqaidlə (etiqadla)
əlaqədardır və birbaşa fiqhi məsələlərə aid deyil. Əbu Hənifə fəqih və
müctəhid səviyyəsinə çatmış tələbələri ilə müzakirə edər və məsələlərin həll
yollarını yazdırardı. Əbu Hənifənin bu günə qədər gəlib çatan “əl-Fiqhul-
əkbər”, “əl-Fiqhul-övsat”, “ər-Risalə”, “əl-Alim vəl-mutəəllim” və “əl-
Vəsiyyə” kimi əsərləri var. Bu kitablarla əsasən İslam etiqadı ilə bağlı
məsələlər izah olunur.
3.4.1.Əl-Müsnəd
Rəvayət silsiləsində tanınmış bir alimin yer aldığı hədisleri bir kitabda
toplamaq adətinə uyularaq Əbu Hənifənin rəvayət etdiyi hədislər də tələbələri
tərəfindən toplanmış və Əbu hənifə müsnədi adı ilə ona nisbət verilmişdir. Bu
əsərlərə daxil olan hədislər Əbu Hənifənin fiqh dərslərində və hökmlərində
istinad etdiyi hədislər, səhabə və ardıcıllarından nəql etdiyi rəvayətlərdir.
Onun şəxsən yazdığı və ya tələbələrindən birinin onun adına köçürdüyü “ əl-
Müsnəd” adlı əsərin olmadığına dair geniş fikirlər olsa da, iyirmiyə yaxın
Əbu Hənifə Müsnədi var ki, onlardan bəziləri çap olunur. Əbu Hənifənin əl-
Müsnədi dəfələrlə fiqh fəsillərinə uyğun tərtib edilmişdir. Abdullah bin
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 64-76
69
Məhəmməd bin Yaqub əl-Harisinin əsəri Əbu Hənifə müəllimlərinə görə, İbn
Kutluboğa isə fiqh fəsillərinə uyğun tərtib etmiş və iki cilddə əl-Əmali adı ilə
şərh etmiş və dərs məclislərində oxutdurmuşdur.
3.4.2.Əl-Fiqhul-əkbər
Hənəfi məzhəbinin banisi Əbu Hənifənin imanla bağlı qısa və yığcam
əsəridir. Fiqh məcəllədə “şəri əməllər; məsələləri bilmək” kimi tərif edilsə də,
Əbu Hənifə dövründə, müxtəlif elmlər hələ müstəqillik əldə etməmişdir.
Kəlam və inanc əsasları bu dövrdə fiqh başlığı altında incələnirdi. Elə buna
görə də əsər “əl-Fiqhul-Əkbər (ən böyük fiqh)” adlandırılmışdır. Əliyyul-
Qarinin, Əbu Hənifənin digər əsərlərindəki fikirlərini bir araya gətirərək və
Fəxrəddin ər-Razi, Taftazani, Konevi kimi alimlərin fikirlərindən
faydalanaraq Fiqhul-Əkbər əsərini şərh etmişdir. Əsər bəzi Şərq və Qərb
dillərinə tərcümə edilmiş və dəfələrlə nəşr edilmişdir.
3.4.3.Əl-Fiqhul-övsət
Əqaidlə bağlıdır və onun oğlu Həmmad və tələbələri Əbu Yusif və Əbu
Muti əl-Bəlxi tərəfindən nəql edilmişdir. Bu kitabda əqaidlə bağlı bəzi
məsələlərə toxunulmuşdur. Bu məsələlərin bəziləri qədər, iman və günah
işləyən birinin kafil olub olmamasıdır. Kitab əsasən məsələsərə sual-cavab
şəklində yanaşır.
3.4.4.Əl-Alim vəl mütəəllim
Əhli-sünnətin nəzərlərini izah etmək və müdafiə etmək məqsədi ilə sual-
cavab üslubunda yazılmış əqidə risaləsidir. Burada əsasən Əbu hənifənin
tələbəsi olan Əbu Muqatil Əbu Hənifəyə sual verir və Əbu Hənifədə sualları
cavablanırır. Buradada əsas ələ alınan mövzu imandır.
3.4.5.Ər-Risalə
Əbu Hənifə, Bəsrə qazisi Osman əl-Bettiyə yazdığı bu əsərində əqidə
məsələlərində ona qarşı irəli sürülən ittihamların və iddiaların bəzilərinə
cavab verir.
3.Əbu Hənifə və əhli-rəy
3.1.Rəy məktəbi
İslam düşüncəsi hicrətin II əsrindən etibarən, iki əsas sistemə ayrılaraq
yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bunlardan birincisi, İraq və ya
Kufə məktəbi olaraq tanınan əhli rəy düşüncə sistemi, digəri Hicaz, yaxud
Mədinə məktəbi olaraq xatırlanan əhli-hədis sistemidir. Bu iki məktəbin əsas
xüsusiyyətlərini qısaca izah edək. Əhli-rəy, adından da göründüyü kimi,
əsasən, hüququn inşasında rəyə, yəni əqli fəaliyyətə daha çox üstünlük verən,
daha rasional bir üsulu mənimsəyən düşüncə sistemidir. Bunun müqabilində
əhli-hədis isə öz hüquq anlayışında nəssə, yəni şəriətin qaynağı olan
mətnlərin zahirinə daha çox istinad edən, daha doqmatik bir hüquq anlayışına
sahibdir. Sonrakı dövrlərdə əhli-rəy sistemləşdirilmiş və daha fundamental
bir hüquqi doktrina kimi, hənəfilik məzhəbi olaraq tarix səhnəsinə çıxmışdır.
Abdulla Əliyev, Aslan Həbibov
Əbu Hənifə və Rəy məktəbi
70
Hər iki məktəb meydana çıxdığı zaman kəsiyindən etibarən, öz aralarında
ciddi rəqabətdə olmuşdur. Təbii ki, bu rəqabət, sadəcə, elmi-nəzəri fərqliliyin
bir nəticəsi olmamış, eyni zamanda, tarixdəki bir çox sosial, siyasi
çəkişmələrlə şərtlənmişdir [Vəkilov. R, 2022, s.110].
3.2.Əbu Hənifə və əhli-rəy
Əbu Hənifə və onun məzhəbinin əhli-rəy adlandırılmasına gəlincə, bunun
səbəblərindən biri də bu məzhəbi təşkil edən fəqihlərin hökm çıxarmaqda
rəydən istifadə etmələridir. Ancaq təsadüfi deyil ki, həm İbrahim ən-Nəxai
həm də Əbu Hənifə dövründə İraq bölgəsində rəydən tez-tez istifadə
olunurdu. Kufə ərəblər, məvalilər, qullar və zimmilər kimi sosial qrupların
mövcud olduğu, müxtəlif siyasi və intellektual hərəkatların cəmləşdiyi bir
çox müxtəlif mədəniyyət və sivilizasiyalarla sıx əlaqədə olan bir mərkəz idi.
Hədis nəqli baxımından Hicaz qədər zəngin olmaması ilə yanaşı, qarşıya
çıxan və cavablandırılması lazım olan məsələlərin çoxluğu və müxtəlifliyi
rəylə qərar verməyi zəruri edirdi. Siyasi hərəkatların, üsyanların və
təlatümlərin şiddətli olduğu bu bölgədə təəssübkeşliyin və ifrat düşmənçiliyin
təsiri ilə uydurma hədislər, saxta ittihamlar ortaya çıxmağa və ya bu səbəbdən
bir çox səhih hədis şübhəli hala gəlməyə başladı. Bütün bu səbəblər rəvayət
olunan hədislərə qarşı ehtiyatlı olmağı zəruri hala gətirmiş və yeni məsələlər
qarşısında rəydən istifadə etməyi qaçınılmaz etmişdir. Əhməd Əmin Kufə
məktəbinin üzvlərinin əksəriyyətinin yəmənlilər olduğunu və Muaz bin
Cəbəldən təsirləndikləri üçün rəyi bu dərəcədə istifadə etdiklerini deyir [Esat
Kılıçer, c.10, s.522].
Xüsusilə Hicaz əhli və hədis alimlərinin Əhli-Rəyə qarşı rəftarının digər
səbəbi də alimlər və məktəblər arasında tez-tez görülən elmi rəqabətdir. Digər
səbəb kimi ərəb-məvali qarşıdurması göstərilə bilər. Çünki hər bölgə və
məktəb öz müəllimlərini elm baxımından üstün, rəvayətlərini isə daha etibarlı
hesab edirdi. Necə ki, İbn Uyeynənin rəy bidətinin ortaya çıxmasını məvaliyə
aid etdiyi və belə dediyi bildirilir: “Əbu Hənifə ortaya çıxana qədər Kufə
əhalisinin vəziyyəti mötədil idi [Esat Kılıçer, c.10, s.523].
Əhli-Rəyin əsas yanaşmalarını aşağıdakı kimi ümumiləşdirmək olar:
1. Yeni məsələlərin həllində rəydən daha çox istifadə edilirdi.
2. Rəy ilə hökm verməyi fərzi məsələləri də əhatə edəcək çəkildə inkişaf
etdirib sistemləşdirmişdir.
3. Sünnənin təyinində Qurani-Kərim, mərfu, mövquf və məqtu hədis
olmaqla qaynaqların hər biri əsas alınırdı.
4. Hədislərin sağlamlığını təyin etməkdə ehtiyatlı davranır və ravilərin
doğruluğu ilə qane olmayıb hədisləri Qurani-Kərimə ərz edirdi.
5. Rəvayətlər dinin əsas qaynaqlarından əldə edilən üsullara, ümumi
qaydalara, və məhşur sünnəyə ziddirsə rədd edilməlidir.
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 64-76
71
6. Rəvayətlər imamlar tərəfindən düzəldilib tərtib edilən ümumi qaydalar
çərçivəsində ələ alınmalıdır.
7. İlk üç nəslin hədisləri dəlil olaraq istifadə edilir.
8. Hədislər ləfzi olaraq yorumlanmamalıdır [Ahmet Yücel, 2014, s.229].
Əhli-hədis bəzi məsələlərdə əhli-rəyə qarşı rəddiyyələr vermişdir.
Onlardan bəziləri bunlardır.
3.3.Mürsəl hədisləri dəlil olaraq istifadə edirlər
Yuxarıda qeyd edildiyi kimi, əhli-rəy ilk üç nəslin mürsəllərinin dəlil
olaraq istifadə olunacağı qənaətindədir. İmam Şafii və əhli-hədisə görə,
hədisin səhih olmasının ən əsas şərtlərindən biri onun rəvayətinin mütəsil
olmasıdır. Hədis əhlinə görə mürsəl, zəif hədis növlərindəndir. Zəif
sayılmasının səbəbi ilk iki əsrdə hədis alimlərinin mötəbər ravilərlə yanaşı,
zəif ravilərin də hədisləri nəql etmələridir [Ahmet Yücel, 2014, s.233]. Əbu
Davudun verdiyi məlumata görə, İmam Şafiidən əvvəl ikinci əsrdə yaşayan
alimlər, Süfyan əs-Səvri, İmam Malik, Əvzai mürsəl hədisi dəlil kimi istifadə
edirdilər. Mürsəl hədis dəlil olma məsələsini ilk dəfə tənqid edən İmam Şafii
olmuş, sonra isə Əhməd b. Hənbəl və başqa alimlər onun görüşlərini qəbul
etmişlər [Ahmet Yücel, 2014, s.232].
3.4.Əbu Hüreyrənin rəvayətlərinə qarşı ehtiyatlı davranırlar
Əhli-hədis Əhli-rəyin ehkam mövzularında səhabə nəslindən fəqih olan
ravilərin rəvayətlərini tərcih etmək məqsədi ilə xüsusi ilə Əbu Hüreyrənin
nəqllərini ehtiyatla qarşılamasını tənqid etmişdir. Bunun əslinə baxdığımız
zaman bunun bir çox səbəbini görmüş olarıq. Birinci səbəb olaraq deyə
bilərik ki Əbu Hüreyrənin bəzi əməli mövzularda özü rəvayət etdiyi hədisə
əks hərəkət etdiyini görürük.
Məsələn: Əbu Hüreyrə Peyğəmbərin belə dediyini nəql etmişdir:
"Birinizin qabını it yaladığı zaman, içindəkini töksün, sonra qabı biri torpaq
olmaqla yeddi dəfə yusun". Ancaq Əbu Hüreyrə rəvayət etdiyi bu hədisin
əksinə əməl etmiş və buna zidd fətva vermişdir. Belə ki, itin yaladığı bir qabı
üç dəfə yumuşdur. Bu hadisə onun rəvayətini zəif və şüphəli hala gətirmişdir.
Buna görə də, başda Əbu Hənifə olmaqla hənəfilər onun bu rəvayəti ilə əməl
etməmişlər. Onlar bu rəvayətin nəsx edildiyini düşünǝrǝk, itin yaladığı qabın
üç dəfə yuyulmasına hökm vermişlər [Kahraman. A, s.85].
4.Nəticə
Bildiyimiz kimi ilk dönəmdə əhli hədis, əhli əməl və əhli rəy məktəbləri
mövcud idi. Həmin dövrə nəzər yetirdiyimiz zaman görə bilərik ki o dövrdə
rəyi sistemləşdirdiyinə görə Əbu Hənifəyə çoxlu rəddiyyələr yazılmışdır.
Çünku onun fiqh məktəbinin ən bariz xüsusiyyəti qarşıya çıxan və ya həllini
gözləyən məsələlərə Quran və Sünnədə keçən bilgilər əsasında rəy və
ictihaddan da faydalanaraq cavab axtarılması idi. Rəy və ictihada müraciət
etmədən birbaşa hədislər əsasında hökm çıxarma üsulu olan “hədis fiqhi”
Abdulla Əliyev, Aslan Həbibov
Əbu Hənifə və Rəy məktəbi
72
Əbu Hənifənin yaşadığı dövrdə demək olar ki, yox idi. Əbu Hənifə və
tələbələrinin ortaya qoyduğu “rəy fiqhi” isə, Quran və Sünnədə keçən
bilgiləri rəy və ictihadla zənginləşdirərək, hədislərlə rəy arasında tarazlığı
qoruyaraq yeni hökmlər çıxarırdı. Həmin dövrdə də islam çoxlu
mədəniyyətlərlə bir arada yaşadığına görə onların suallarına nəsslə cavab
tapmaq mümkün olmurdu bu səbəblə də o bəzi məsələlərdə rəy ilə hökm
verməyin tərəfdarı idi. Hər nə qədər ilk dönəmdə tənqid edilsə də sonraki
dönəmə nəzər yetirdikdə görərik ki bir çox islam alimi rəyi qəbul etmiş və
onunla hökm vermişdir. Nəticə olaraq deyə bilərik ki, rəy yəni bir məsələyə
müəyyən çərçivə daxilində ağılla cavab vermə prosesi tabiun alimlərindən
olan İbrahim əl-Nəxai tərəfindən başladılmış və daha sonra Əbu Hənifə
tərəfindən daha çox istifadə edilmiş və sistematik bir qayda halına gəlmişdir.
Təbi ki bu məktəbin yaranması və sistemləşməsi çox zəruri hallardandır. Əbu
Hənifənin yaşadığı mühitə və zamana baxdığımızda bunu açıqca görürük;
çünkü, onun dövründə Küfədə bir çox mədəniyyətli müsəlmanlar yaşayırdılar
və onların verdikləri bəzi suallar nə Hz peyğəmbər nə də səhabə dönəmində
görülməmişdir. Bundan yola çıxaraq rəy zəruri hala çevrilmişdir. Əgər
rəydən istifadə olunmasaydı insanlar öz suallarına cavab tapa
bilməyəcəkdilər. Beləliklə islamın naqis oldğu və ümumşümul olmadığı
qənaətinə gələcəkdilər. Bunun qarşısını almaq məqsədi ilə qurulan rəy
məktəbi doğru bir yol izləmiş və nəssdə olmayan mövzulara nəss konteksində
içtihad edərək cavab vermişdir. Nəticə olaraq gəldiyim qənaət yuxarda
sadaladığım səbəblərə dayanaraq rəyin zəruri olduğudur. Rəysiz verilən
suallara cavab vermək mümkün deyildir.
ƏDƏBİYYAT
1. Muhammed Əbu Zəhra, (1997). Əbu Hənifə, Ankara, DİB yay, (tərcümə
Kesikoğlu, O.), 504 s.
2. Uzunpostalcı, M. Ebu Hanife. DİA, c. X, s. 131-132. (8 s.)
3. https://alathar.net/home/esound/index.php?op=codevi&coid=158123
4. İbn Əbi Xatim ər-Razi, (1952). Kitəbul-Cərh vət-Tədil. Beyrut, Dəru ihyəi
əl-tərasu əl-arabi, c. VII, 348 s.
5. Uzunpostalcı, M. (1986). Ebû Hanîfe Hayatı ve Ġslâm Fıkhındaki Yeri
(doktora tezi, 1986), Sosyal Bilimler Enstitüsü, s. 56-202.
6. Yücel, A. (2014). Temel Ġslam bilimlerinin ortaya çıkıĢı ve birbirleriyle
iliĢkisi. İstanbul, Ensar nəşriyat, 624 s.
7. Kahraman, A. (2007). Fiqh Üsulu. Nurlar nəşriyat, Bakı, 272 s.
8. İbn Həcər Heytəmi, (2007). Xayratul-Hisan. Dəməşq, Dəru əl-hidəyə və
əl-rişəd, 193 s.
9. Şaranı, Təbəqatul-Kübra, Qahirə, Məktəbətul ədəb yayınları, 2017, c. I,
182 s.
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 64-76
73
10. Keskioğlu, O. (1960). Ġmam Azam. Ankara, Güzel sanatlar matbaası,
133 s.
11. Galip, T. (2007). Ebu Hanife ve Ehli Sünnet kelamının oluĢumunda
etkisi. Isparta, 498 s.
12. Səyi, A. (2008). Hayatu Əbi Hanifətə. Qahirə, 239 s.
13. Ak, A. (2010). Mâturîdîliğin Hanefilik ile İlişkisi. Milel ve Nihal, 7(2),
s. 223-240.
14. Ġslam AraĢtırmaları Dergisi, Ġstanbul, c. 15, Sayı: 1-2, 2002, s. 3
15. Kılıçer, E. (1994). TDV Ġslam Ansiklopedisi. İstanbul, c.10, s. 520-524
16. Məhəmməd Əbu Zəhra, (2008). Ġmam Cəfər. Qahirə, Dəru əl-fikru əl-
arabiyi, 567 s.
17. Korkmaz, Z., & Yılmaz, H. (2019). Ca„fer es-Sâdık ve Ebû Hanîfe
Arasındaki Hoca-Talebe İlişkisi. Tasavvur: Tekirdağ Ġlahiyat Dergisi 5(2)
(Aralık 2019): 1151-1181.
18. https://ebubekirsifil.com/yazilar/levles-senetan-le-heleken-numan/
19. Vəkilov, R. (2022). Əhli-hədis və əhli-rəy mübahisələri müstəvisində
istehsan dəlilinin dəyişmə seyri. Bakı, Din araĢdırmaları 2 (9), s. 110.
20. Bardakoğlu, A. (1997) Hanefi mezhebi. DİA, c. XVI, s. 1-21.
Abdulla Əliyev, Aslan Həbibov
Əbu Hənifə və Rəy məktəbi
74
Абу Ханифа и школа Отзыва
Абдулла Алиев
Аслан Габибов
Абстракт. Как известно на начальном периоде Ислама, т.е. в период
Пророка и сподвижников отвечать на возникшие вопросы не создавало
трудностей. Но просматривая следующие периоды, мы видим, что
личности, обладавшие новой культурой и новопринявшие Ислам,
задавали новые вопросы. Отвечать на эти вопросы, основываясь на
Коран и Сунну, создавало сложности. Поэтому ученые города Куфа
считали важным отвечать на вопросы при помощи «иджтихада» и
отзывов. В данный период и дальнейших этапах при «иджтихаде» они
обращались к отзывам, что вызывало много критики. Больше всех
критиковали таких рецензентов школа Хадисов, которая являлась одной
из двух основных школ своего периода. Начиная с начального
формирования фикха, Школа Хадисов обвиняла иракскую школу в
отказе от книг и сунны и предпочтении решать религиозные выводы
при помощи умственных методов. Данный умственный метод,
исследованный нами, являлся объектом критики на разных этапах
истории и предоставлялся под разными названиями (отзыв, «гийас»,
«истехсан»).
Одним из таких известных ученых был Абу Ханифа, подвергнутый
критике представителей хадисов. В данной статье рассмотрены жизнь и
творчество, труды и школа Отзыва Абу Ханифы.
Ключевые слова: фикх, Абу Ханифа, мазхаб, представители
хадисов, рецензенты
Магистрант по специальности «Исламоведение» Азербайджанского Института Теологии; Баку,
Азербайджан (ответственный автор)
E-mail: abdullaeliyev2023.@gmail.com
https://orcid.org/0009-0004-6318-7121
Доктор философии по теологии,
доцент, научный сотрудник Института Востоковедения имени академика З.Буниятова, НАНА; Баку,
Азербайджан
E-mail: aslanhabibov@ait.edu.az
https://orcid.org/0000-0002-3016-3324
Цитировать статью: Алиев, А., & Габибов, А. [2024]. Абу Ханифа и школа Отзыва. Журнал «Metafizika»,
7(1), с.64-76
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.64-76
История статьи:
Статья поступила в редакцию: 13.11.2023
Отправлена на доработку: 11.12.2023
Принята для печати: 29.01.2024
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp. 64-76
75
Abu Hanifa and the School of Raʾy
Abdulla Aliyev
Aslan Habibov
Abstract. As it is known, in the early Islamic period, that is, during the
time of the Prophet and his companions it was not difficult to find answers
to the questions. However, when we look at the later periods, we see that
people who had just accepted Islam, belonging to many new cultures, asked
new questions. It was not so easy to answer these questions merely based
on the Qur'an and the Sunnah. For this reason, Kufa scholars considered it
necessary to use ijtihad with raʾy (free legal reasoning). They were
subjected to a lot of criticism in that period and today because they resorted
to raʾy while doing ijtihad. One of the two main schools that criticized the
Ahl al-Ra‟y the most was the Ahl al-Hadith (people of hadith) school.
From the early days of the formation of the Hadith school of jurisprudence,
the Iraqi school has been accused of abandoning the book and the Sunnah
in the interpretation of Shari'ah rulings and preferring the rulings obtained
by the intellectual method. This intellectual method that we are talking
about has been the target of criticism in certain historical periods,
sometimes in the name of ra‟y, sometimes inthe name of qiyas (analogy),
and sometimes in the name of istihsan.
Abu Hanifa is one of the famous scholars who have been criticized by
Ahl al-Hadith. This article deals with the life, works and school of ra‟y of
Abu Hanifa.
Keywords: jurisprudence, Abu Hanifa, mazhab, ahl al-hadith, ahl al-ra‟y
REFERENCES
1. Muhammad Abu Zahra, (1997). Abu Hanifa. Ankara, DİB summer,
(translated by Kesikoğlu, O.), 504 p. (in Turkish)
2. Uzunpostalcı, M. Ebu Hanife. DIA, c. X, p. 131-132. (8 p.) (in Turkish)
3. https://alathar.net/home/esound/index.php?op=codevi&coid=158123
Master's student in Theology Institute of Azerbaijan; Baku, Azerbaijan (corresponding author)
E-mail: abdullaeliyev2023.@gmail.com
https://orcid.org/0009-0004-6318-7121
Doctor of Philosophy (Ph.D) in Theology,
Leading researcher of the Institute of Oriental Studies named after Academician Ziya Bunyadov of ANAS; Baku,
Azerbaijan
E-mail: aslanhabibov@ait.edu.az
https://orcid.org/0000-0002-3016-3324
To cite this article: Aliyev, A., & Habibov, A. [2024]. Abu Hanifa and the School of Raʾy. “Metafizika” journal, 7(1), pp.64-
76.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.64-76
Article history:
Received: 13.11.2023
Accepted: 29.01.2024
Abdulla Əliyev, Aslan Həbibov
Əbu Hənifə və Rəy məktəbi
76
4. Ibn Abi Khatim al-Razi, (1952). Kitabul-Jarh wat-Tadil. Beirut, Daru
ihyai al-tarasu al-arabi, c. VII, 348 p. (in Azerbaijani)
5. Uzunpostalcı, M. (1986). Life of Abu Hanifa and His Place in Islamic
Jurisprudence (doctoral thesis, 1986), Institute of Social Sciences, p. 56-
202. (in Turkish)
6. Yücel, A. (2014). The emergence of basic Islamic sciences and their
relationship with each other. Istanbul, Ensar publications, 624 p. (in
Turkish)
7. Kahraman, A. (2007). Fiqh Method. Nurlar publishing house, Baku, 272
p. (in Turkish)
8. Ibn Hajar Heytami, (2007). Khayratul-Hisan. Damascus, Daru al-hidaya
wa al-rishad, 193 p. (in Azerbaijani)
9. Sharani, Tabaqatul-Kubra. Cairo, Moqabatul Adab Publications, 2017, c.
I, 182 p. (in Azerbaijani)
10. Keskioğlu, O. (1960). Imam Azam. Ankara, Fine Arts Printing House,
133 p. (in Turkish)
11. Galip, T. (2007). Abu Hanife and his influence on the formation of the
Ahl al-Sunnah theology. Isparta, 498 p. (in Turkish)
12. Seyi, A. (2008). To Hayat Abi Hanifat. Cairo, 239 p. (in Azerbaijani)
13. Ak, A. (2010). The Relationship between Maturidiism and Hanafiism.
Milel and Nihal, 7(2), p. 223-240. (in Turkish)
14. Journal of Islamic Studies, Istanbul, vol. 15, Issue: 1-2, 2002, p. 3 (in
Turkish)
15. Kılıçer, E. (1994). TDV Islamic Encyclopedia. Istanbul, vol.10, p. 520-
524. (in Turkish)
16. Muhammad Abu Zahra, (2008). Imam Jafar. Cairo, Daru al-fikru al-
arabiyi, 567 p. (in Azerbaijani)
17. Korkmaz, Z., & Yılmaz, H. (2019). Teacher-Student Relationship
Between Ca'fer es-Sâdık and Abu Hanife. Tasavvur: Tekirdağ Journal of
Theology 5(2), (December 2019): 1151-1181. (in Turkish)
18. https://ebubekirsifil.com/yazilar/levles-senetan-le-heleken-numan/
19. Vakilov, R. (2022). The course of change of evidence of istehsan at the
level of Ahl-e-Hadith and Ahl-Ray disputes. Baku, Religious studies 2(9),
p. 110. (in Azerbaijani)
20. Bardakoğlu, A. (1997). Hanafi sect. DIA, c. XVI, p. 1-21. (in Turkish)