Title

The Difference Between Analytical and Synthetic in the Philosophy of Georg Friedrich Hegel
Metafizika 7 (1):77-90 (2024)

Cite

Cite

APA:
Yusifzada, E. (2024). The Difference Between Analytical and Synthetic in the Philosophy of Georg Friedrich Hegel. Metafizika journal, 7(1), səh.77-90. https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.77-90

Abstract

The main goal of the article is to briefly review the difference between analytical and synthetic in Hegel's philosophy, as well as to determine whether this philosopher was a follower of Kant's philosophy or not. First, in the 'Introduction' section, the difference between analytical and synthetic in Kant's philosophy is shown; moreover, Kant's influence on Hegel and, generally, on the period in question and the conclusions of both scientists on this issue are analyzed. In the article, the main features of Hegel's and Kant's worldviews and some conclusions related to the pair of concepts in Hegel's philosophy, i.e., analytical and synthetic concepts, are examined. In the conclusion of the article, Hegel's main philosophical views are identified, and the possibility of resolving the difference between analytical and synthetic through dialectical judgment is put forward.

Keywords

Hegel, Kant, analytic, synthetic, subject, object, predicate, dialectic

References

1. Hegel, G. W. F. (2004). Encyclopedia of Philosophical Sciences I. The Science of Logic. (Trans. by Yardimli, A.). Istanbul: Idea Publishing House. ISBN:9789753970396 (in Turkish)
2. Di Giovanni, George (ed.) (2010). Georg Wilhelm Friedrich Hegel: The Science of Logic. Cambridge University Press. (in English)
3. Hegel, G. W. F. (1991). The Encyclopaedia Logic: Part I of the Encyclopaedia of Philosophical Sciences with the Zusatze. (Trans. by Geraets, T.F., Suchting, W.A. & Harris, H.S.). Indianapolis: Hackett Publishing. (in English)
4. Hegel, G. W. F. (2014). Science of Logic (Great Logic). (Trans. by Yardımlı, A.). Istanbul: Idea Publishing House. (in Turkish)
5. Kant, I. (1998). Critique of Pure Reason. (Trans. by Guyer, P. & Wood, A.N.). Cambridge: Cambridge University Press. (in English)
6. Kant, I. (2015). Critique of Pure Reason. (Trans. by Yardımlı, A.). Istanbul: Idea Publishing House. (in Turkish)
7. Werner, A. (2018). Hegel on Kant‟s Analytic-Synthetic Distinction. European Journal of Philosophy, 26(1), 502-524. (in English)

© “Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 1, serial 25, 2024. pp.77-90 p-ISSN 2616-6879; e-ISSN 2617-751X

77

UOT: 1 (091)
KBT:
60.03
DOI: 10.33864/2617-751X.2024.v7.i1.77-90

MJ № 200
Georq Vilhelm Fridrix Hegel fəlsəfəsində analitik və sintetikin fərqi

Elnur Yusifzadə


Abstrakt. Hegel fəlsəfəsində analitik ilə sintetik arasındakı fərqin qısa
icmalını etmək, həmçinin bu filosofun Kant fəlsəfəsinin ardıcılı olub,
olmamasını müəyyənləşdirmək məqalənin əsas məqsədini təşkil edir.

İlk olaraq “Giriş” bölməsində Kant fəlsəfəsində analitik ilə sintetik
arasındakı fərq göstərilib, Kantın həm Hegelə, həm də sözügedən dövrə təsiri,
bu məsələ ilə əlaqədar hər iki alimin qənaətləri təhlil edilib.

Məqalədə Hegel fəlsəfəsində konsept cütü, yəni analitik və sintetik
konseptlərlə əlaqədar müəyyən qənaətlərə münasibət bildirilərək Hegel ilə
Kant dünyagörüşünün əsas cəhətləri açıqlanıb.

Məqalə nəticəsində Hegelin əsas fəlsəfi baxışları müəyyən edilərək
analitik və sintetik arasındakı fərqin dialektik mühakimə yolu ilə həll
edilməsinin mümkünlüyü düşüncəsi irəli sürülüb.

Açar sözlər: Hegel, Kant, analitik, sintetik, subyekt, obyekt, predikat,
dialektika


1.Giriş

Məqaləyə analitik və sintetik haqqında fəlsəfə tarixindən istinadlar verərək
başlamaq yerinə birbaşa Kant fəlsəfində bu ayrımın necə göründüyünü qısa
bir formada izah edərək başlayacayıq. Kant, analitik və sintetik arasındakı
ayrıma mühakimə bölgüsü vasitəsilə çatır. İ.Kanta görə, subyekt-predikat
əlaqəsi iki növ mühakimədə mümkündür. Ya “B” predikatı “A” konseptinin
tərkibindədir yəni ona məxsusdur, ya da “B” predikatı “A” konseptində
yoxdur, başqa sözlə ondan kənarda yerləşir.




İstanbul Universiteti, Sosial Elmlər İnstitutu, Fəlsəfə Bölməsi, Ph.D (kvalifikasiya müddəti); İstanbul, Türkiyə

Respublikası
E-mail: elnur.yusifzade@gmail.com
https://orcid.org/0000-0003-1187-3416
Məqaləyə istinad: Yusifzadə, E. [2024] Georq Vilhelm Fridrix Hegel fəlsəfəsində analitik və sintetikin fərqi.
“Metafizika” jurnalı, 7(1),
səh.77-90.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.77-90

Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 15.11.2023

Təkrar iĢlənməyə göndərilmiĢdir: 11.12.2023
Çapa qəbul edilmiĢdir: 29.01.2024

Elnur Yusifzadə
Georq Vilhelm Fridrix Hegel fəlsəfəsində analitik və sintetikin fərqi

78

Birinciyə, yəni daxilə analitik, ikinciyə, yəni daxil edilməməyə isə sintetik
deyilir. İ.Kanta görə, əgər subyekt-predikat əlaqəsi identiklik olaraq
düşünülürsə o, analitikdir, identiklik kimi düşünülmürsə sintetikdir. Analitik
mühakimələr biliklərimizi genişləndirmir, onlar sadəcə izahedici
mühakimələrdir. Bu kontekstdə identiklik əlaqəsi iki şəkildə nəzərdən
keçirilə bilər. Ya açıq və aydın, ya da örtülü şəkildə. Açıq və aydın hesab
edilənlər tavtologiyalardır: A=A. Örtülü olaraq düşünülənlərsə məsələn:
"cisimlər yer tutur" kimi mühakimələrdir. İndi buradakı predikat, subyektə
heç nə əlavə etmir, onsuzda onda mövcud olanı təkrarlayır. Başqa sözlə, “yer
tutmaq” predikatı artıq “cisim” konseptinin daxilindədir yəni „cisim‟
konsepti, „yer tutmaq‟ predikatını özündə ehtiva edir. Ona görə də mənim
biliyimi artırmır, genişləndirmir o, yalnız onda mövcud olanı qavrayış
vasitəsilə ayırır. Kanta görə analitik mühakimələr, təcrübəyə əsaslanan
mühakimələr deyil və buna görə də onlar a priori biliklərdir.

Sintetik mühakimələr, biliklərimi genişləndirən mühakimələrdir. "Cisimlər
ağırdır" deyəndə bu, sintetik bir mühakimədir çünki biliklərimi çoxaldır və
eyni zamanda çəki konseptinə sadəcə cisim konseptini qavramaqla çata
bilmirəm buna görə mühakimənin doğruluğu, mühakimənin xaricindən
gətirilir. Kanta görə, elmi mühakimələr də fəlsəfi mühakimələr də sintetik
olmalıdır. Bununla belə hər bir sintetik mühakimə, elmi bilik təşkil etmir
çünki elmi bilik, şərti deyil zəruri olmalıdır. Bununla belə, 'hava istidir' də
sintetik mühakimədir lakin zəruri deyil şərti xarakter daşıyır. Çünki mən,
yalnız hava konseptini analiz etməklə istilik fikrinə çata bilmərəm, ona görə
də analitik deyil, sintetikdir və eyni zamanda zəruri deyildir çünki bir saat
ərzində hava soyuq da ola bilər. Buna görə də o, elmi bilik sayılmır. Lakin
“istilik genləşdirir” dediyimizdə bu mühakimə, şərti deyil zəruridir və elmi
mühakimə xarakteri daşıyır. Bir sözlə, Kant üçün elmi bilik həm sintetik,
həm də zəruri olmalıdır. Belə olan halda sual yaranır ki, bir mühakiməni
zəruri edən nədir? Bu suala Kantın cavabı „a priori‟dir, başqa sözlə sintetik a
priori mühakimələr bizə zəruri elmi biliklər verir. O, sintetik a priori
mühakimələrin mümkünlüyünü belə izah edir: “A priori sintetik mühakimə o
zaman mümkün olur ki, biz aprior intuisiyanın formal Ģərtlərini, təxəyyül
qabiliyyətinin sintezini və bu sintezin zəruri birliyini transsendental
appersepsiyada, təcrübənin mümkün qavrayıĢına tətbiq edirik və deyirik:
Ümumilikdə təcrübənin mümkünlüyünün Ģərtləri eyni zamanda təcrübə
obyektlərinin mümkünlüyünün Ģərtləridir və bu səbəbdən a priori sintetik
mühakimədə obyektiv əsaslıdır”
[Kant, 2015: A158].

Kantın, sintetik a priori mühakimələrin mümkünlüyü haqqında
diskussiyası və istifadə etdiyi kopsetlərin istinadlarının izahı, başqa bir
araşdırmanın mövzusudur və bizim üçün əsas məsələ, analitik və sintetik
arasındakı ayrım olduğundan biz bu mövzunu derinləməsinə ələ

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.77-90

79

alabilməyəcəyik. Bununla belə, Hegel hissəsində bizə müqayisə və
fərqləndirmə imkanı verəcəyi üçün Kantın arifmetika ilə bağlı fikirlərinə
analitiklik və sintetiklik kontekstində toxunacağıq. Kanta görə riyazi
mühakimələr sintetik a prioridir [Kant 2015: B15]. Kant, bu mühakimələri
analitik hesab etməyin səhv bir fikir olduğunu bildirir. Bu məqamda o,
“7+5=12” misalından istifadə edir və „nə 7 anlayışında nə 5 anlayışında nə də
ikisinin sintezində 12 rəqəmini fikirləşirəm‟ [Kant 2015: A164, B205]
deyərək misalın sintetik olduğunu bildirir. Kant öz arqumentini daha əvvəl
vurğuladığımız subyekt-predikat fərqi üzərində qurur və qısaca bildirir ki, nə
“7” və “5” “12”də ehtiva edilir nə də “7 üstəgəl 5”in „‟12‟‟yə bərabər
olduğuna konseptual təhlillə çata bilərik. Bununla belə '7+5=12'
mühakiməsində '7' və '5' toplamı konsepti, '12' konseptini ehtiva etmədiyi
üçün toplama çatmaq sözgəlişi saymaq üçün barmaqların istifadə edilməsi
kimi burada da intuisiya işin içinə girir. Beləliklə Kanta görə sadəcə analiz
edərək toplama çatmadığımız, ehtiva edilməyən konseptlərlə elaqəsini
intuisiya üstündən qurduğumuzdan bu mühakimələr sintetikdir. Üstəlik öz
həqiqətini özündə daşıyır və təcrübəyə müraciət etmək məcburiyyətində
deyilik bu sebeblə də a prioridir.
2.Hegel Fəlsəfəsində Analitik və Sintetik Arasında Ayrım

Hegelə görə analitik bilik, bilinən bir konseptlə başlayan və onu alt
konseptlərə bölən düşüncə tərzini ifadə edir. Konseptlərin, alt konseptlərə və
ya hissələrə bölünməsinə analiz deyilir. Analiz vasitəsilə analitik bilik,
konseptlərin iç determinasiyalarını və əlaqələrini ortaya çıxardır. Bu ortaya
çıxarma prosesində identiklik əsas prinsip kimi götürülür və ayrımlar istisna
edilir. Analitik biliyin fərqləndirici xüsusiyyəti ilk növbədə, onun bilavasitə
olması kimi görünür çünki analitik bilikdə heç bir başqalıq yoxdur. Hegel
yazır: “Bu bilik, Konseptin hələ ki baĢqalıq ehtiva etməyən bilavasitə
əlaqəsidir, burada fəaliyyət öz mənfiliyini aradan qaldırır və elaqənin
bilavasitəliyi yenə bu səbəblə özü vasitəçilikdir çünki Konseptin obyektlə
mənfi münasibətdir amma bu münasibət özünü yox edir və beləliklə sadə və
identik hala gətirir.”
[Hegel, G.W.F. (2014). Mantık Bilimi (Büyük Mantık.
(Çeviren: Aziz Yardımlı). İstanbul: İdea Yayınevi. (p.600); İngilis dilində
tərcümə üçün baxın: Hegel, G.W.F. (2010). The Science of Logic. (Trans. by
George Di Giovanni). Cambridge: Cambridge University Press]. Analitik
bilik bu identikliyi öz prinsipi kimi qəbul edir və bu mərhələdə başqası ilə
əlaqə istisna edilir.

Analitik biliyə daha yaxından baxdıqda partikulyar, konkret bir obyektdən
başladığını görürük bu da Hegelə görə həm tamamlanmış bir obyekt həm də
problem olabilər. Analitik bilik, konseptlər üzərindən irəliləyəcəyi üçün onun
analiz edəcəyi şey, konsept determinasiyalarıdır. Birincisi obyekti, onun içinə
qoyulan konsept determinasiyalarından başqa bir şey yoxmuş kimi təsəvvür

Elnur Yusifzadə
Georq Vilhelm Fridrix Hegel fəlsəfəsində analitik və sintetikin fərqi

80

edilə bilər. İkinci olaraq əldə edilən determinasiyaların, obyektdən kənara
çıxarılmış olduqları düşünülə bilər. Bunların hər ikisi, Hegelə görə birtərəfli
baxışlardır, birincisi subyektiv idealizmi əks etdirir (burada bilmək fəaliyyəti
kənarda „özlüyündə Ģey‟in (ding an sich) gizli qaldığı bir yerləşdirmə aktıdır),
ikincisi isə realizmi əks etdirir (subyektiv konsepti, düşüncə
determinasiyalarını öz içinə, xaricdən qəbul edən boş bir identiklik olarak
göstərir). Subyektiv idealizm nöqteyi-nəzərindən, analizdən alınan məntiqi
elementlər, subyektiv fəaliyyətin məhsulu olaraq subyektin ora yerləşdirdiyi
şey olaraq meydana çıxır. Realizm nöqteyi-nəzərindənsə məntiqi elementlər,
onsuzda orada mövcud olan, obyektdə tamamlanan, ondan çıxarılan bir şey
kimi görünür [Hegel 2014: 600]. Təsvir edilən iki baxış, Hegel baxımından
iki monent kimi qəbul edilir və o deyir ki, onlar arasında kəskin ayrım
qoymamaq səhvdir çünki analiz nəticəsində ortaya çıxan şeyin abstraksiya
olması yəni subyektiv olaraq bilikdə olması ilə yanaşı məntiqi
determinasiyalar da subyektiv tətbiq deyildir [Hegel 2014: 601]. Analizin
nəticəsi nə olursa olsun analitik metod, immanent bir proqres daşıyırmış kimi
görünür. Halbuki Hegelə görə, düşüncə determinasiyaları, özlüyündə bir
keçişi də işarət etməkdədir. Analiz edilən obyekt bütövlükdə müəyyən
edildikdə, bütündən parçalarına tərəf gedilir, kauzdan efekt determinasiyasına
tərəf gedilir: “Ancaq burada bu, bütün və parçanın, kauz və efektin əlaqəli
olduğu səviyyəyə irəliləyiş deyildir və üstəlik bu formal bilik üçün bu
elaqələr elə hazır əlaqələrdir ki, bir determinasiya digərinə mahiyyətcə
bağlanmış olaraq tapılır. Kauz və ya parça kimi müəyyən olunan obyekt
beləliklə bütün əlaqə vasitəsilə, indidən onun iki tərəfi vasitəsilə müəyyən
edilir” [Hegel 2014: 601].

Əlaqə özlüyündə sintetik olsa da, buradakı bağlantı analitik bilik üçün
verilən bir şey olmaqdadır. İndi Hegel deyir ki, bu bağlantının a priori və ya a
posteriori olması mövzu üçün əhəmiyyətsizdir çünki bağlantı ya hazır tapılan
ya da şüur faktı kimi qavranılır. Sintetik bilik isə bilinməyəndən başlayan və
fərqli konseptlər arasındakı əlaqələrlə bir bilik meydana çıxaran düşüncə
tərzini ifadə edir. Bu əlaqədəki konseptlərin birləşməsinə sintez deyilir. Necə
ki, analitik bilik identiklik qanununa əsaslanır yəni oxşarlıqları təməlinə
qoyursa sintetik bilik də əksinə ayrımları təməlinə alır və konseptlər
arasındakı ayrımlar vasitəsilə əlaqələrə diqqət yetirir. Hegel bildirir ki,
sintetik biliyin məzmunu, konsept determinasiyalarıdır. Sintetik bilik,
obyektiv dünyanı, sintez prosesində konseptlərə çevirir və Hegel üçün
sintetik bilik üç momentdən ibarətdir: definisiya, bölümləmə və teorem.
Bunlar sintetik bilik prosesini təsvir edir və definisyasına görə ilk növbədə
obyekt, konseptə endirilir və universallıq kimi qavranılır. Bölümləmə
momenti, universal konseptin parçalara və ya kateqoriyalara bölünməsi
mərhələsidir və partikulyar olanı qavramaq üçün universaldan başlamaq

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.77-90

81

lazımdır. Teorem momenti isə partikulyarlıqdan sinqulyara keçidi təmin edir
və determinasiyaları, konseptin daxili identikliyinə əsaslanır. Teoremin
definisiyadan və bölümləmədən əsas fərqi ondan ibarətdir ki, onun xaricdən
bir-birinə bağlı əlaqələri yoxdur. Hegelin fəlsəfi arqumenti üçün əhəmiyyətini
inkar etmədən, məqaləmizə bilavasitə töhfə verməyəcəyini düşündüyümüz
üçün qeyd olunan üç sintetik bilik momentini daha ətraflı izah etməyəcəyik.

Birinci böümdə biz bildirdik ki, Kant, arifmetikanı sintetik a priori görür,
lakin Hegel üçün arifmetika, ən yüksək immanentlik dərəcəsində analitikdir
[Hegel 2014: 602]. Hegel üçün arifmetika analitik identiklik prinsipinə
əsaslanan analitik bir elmdir. Analitik elmin materialı, abstrakt, qeyri-
müəyyən bir şey kimi görünür, ondan ayrımlar və elaqələr xaric edilir.
Analitik elm, əlaqələrin deterinasiyasını fərz edir və bundan sonra bu əlaqələr
üzərindəki əməliyyatlar da analitik xarakter daşıyır. Başqa sözlə rəqəmlər,
bilən subyekt tərəfindən qoyulur və sonrakı əməliyyatlar analitik olur.
Analitik teorem, problemi öz daxilində həll olunmuş olaraq ehtiva edir və
onun bərabərləşdirdiyi tərəflər əhəmiyyətsiz identiklik vəziyyətindədir. Hegel
bunu, Kantın öz nümunəsi ilə izah edir. '7+5=12' mühakiməsində çoxluq bir
tərəfdə '5+7' olaraq, digər tərəfdən isə birlik '12' olaraq verilmişdir və birlik
ilə çoxluq arasındakı fərq əhəmiyyətsizdir. Bunun səbəbi '5+7' və '12'nin eyni
məzmunda olmasıdır. Bununla belə '5+7', əslində '5' və '7'nin birləşdirilməsi
tələbidir. Odur ki, “12”, “5” və “7” öz mahiyyətinə görə əvvəlcədən
planlaşdırılmış bir prosesin nəticəsidir ki, bu da tamamilə zahiri və
düşünülməmiş bir hərəkətdir ve bunu hər hansı bir mexanizma da edə bilər
[Hegel 2014: 603]. Ona görə də burada, sintetik bilikdə olduğu kimi
başqasına keçişin izi yoxdur. İndi '5+7=12' prepozisiyasının sübutu, '5'
rəqəmindən sonra '7' vahid saymaq və onları '12' ilə tutuşdurmaqdan başqa
bir şey deyil ki, bu da özü müəyyən edilmiş hesablamadır. Burada, '5' rəqəm
olsa da, eyni zamanda sayma prosesinə/aktına (1,2,3,4,5...) istinad edir ki,
'5'də saymağı dayandırmaq ixtiyaridir, lakin özlüyündə ilərləyən proses
olaraq analitikdir. Buna görə də sübut, müəyyən '5' və '7' ədədlərinin
toplanması olaraq verildiyi üçün həll yolu da sadəcə onları toplamaqdır.
Problem toplamaq olaraq qoyulduğuna görə həll yolu da toplamadır ona görə
də sübut, problemdə verilmiş əməliyyatın yerinə yetirildiyi tavtologiyasını
ifadə etdiyi üçün həllin doğru olduğunu göstərir [Hegel 2014: 603].
3.Analitik və Sintetik Biliyin Birliyi Olaraq Dialektika

Hegel, mütləq ideya hissəsində dialektik mühakimə və biliyi, analitik və
sintetik mühakimələrin birliyi olaraq təqdim edir. Mütləq ideya, teorik və
praktik ideyanın birliyi kimi qəbul edilir və fəlsəfənin məzmununu təşkil edir.
Mütləqi qavramaq sadəcə analitik və sintetikin birliyi olaraq dialektika
vasitəsilə mümkündür. Ona görə də fəlsəfənin metodu həm də konseptin
özünün hərəkəti olan dialektika olmalıdır. Fikrimizcə, dialektik mühakimə və

Elnur Yusifzadə
Georq Vilhelm Fridrix Hegel fəlsəfəsində analitik və sintetikin fərqi

82

Hegelin definisyalarını başa düşməyin ən yaxşı yolu, məntiq
kateqoriyalarının əlaqəsinə baxmaqdır. Bu məqalənin kontekstində Hegel
məntiqinin bütün kateqoriyalarının əlaqələrini konkretləşdirmək mümkün
deyil amma əslində izah etmək istədiyimizi izah etmək üçün bütün
kateqoriyaları izah etməyə ehtiyac da yoxdur. Hegelin məntiq elmi; Üç əsas
başlığa bölünür: Varlıq (Sein), Essensiya (Wesen) və Konsept (Begriff) və bu
başlıqlar da öz daxilində bölünür. Varlıq bölməsi üç hissəyə bölünür:
Keyfiyyət (Qualitat), Kəmiyyət (Quantitat) və Ölçü (Maas). Keyfiyyət başlığı
da üçə bölünür: Varlıq (Sein), Müəyyən Varlıq (Dasein) və Özü üçün Varlıq
(Das Fursichsein). Biz də üç hissəyə bölünən Keyfiyyət hissəsinin varlıq
başlığının xülasəsini verəcəyik: Varlıq (Sein), Yoxluq (Nichts) və OluĢ.
[Werden konsepti, əmələ gəlmə halına, təşəkkül tapma vəziyyətinə istinad
etdiyi üçün biz də Türk dilində də istifadə olunan və ış(4) şekilçisinin, fel
kökünə getirilməsi ilə yaranan oluş sözünü istifadə edəcəyik. İngilis dilində
isə becoming olaraq tərcümə edilir].

Bir daha təkrar edək ki, bu xülasənin səbəbi dialektik bilik və dialektik
mühakimənin nə olduğunu və onların, Hegel tərəfindən analitik və sintetikin
birliyi olaraq nə üçün göstərildiyini izah etməyə çalışmaqdır.

Hegel üçün varlığın, keyfiyyətlə başlamasının səbəbi keyfiyyətin varlıqla
identik determinasiya olmağıdır yəni bir şey öz keyfiyyətini itirər isə o,
olduğu kimi olmaqdan çıxır. [Hegel, 2004. p.161]. Keyfiyyətin də varlıq ilə
başlamasının səbəbi başlanğıcın, bilavasitə bir şey olmalı olduğudur. Bu
məqamda varlıq, sadə və qeyri-müəyyən bir şey olaraq saf düşüncəyə istinad
edir [Hegel 2004: 161]. Düşüncənin başlanğıcı, indeterminasiyası içindəki saf
düşüncədir. Qeyri-müəyyəndir çünkü müəyyən olmuş olsaydı başqası olan
bir özü olmayana bağlı olardı halbuki başlanğıcda, başqası ola bilməz.
Başqası olmayan demək, bilavasitə olan deməkdir, başlanğıcda hər şeydən
əvvəl olan qeyri-müəyyən varlıq olmaqdadır. Beləliklə başlanğıc, Varlıq ilə
edilir [Hegel 2004: 162].

Hegelin bu hissədə bəhs etdiyi varlıq, əslində dialektik prosesin başlanğıcı
olaraq saf varlıqdır. Saf varlığın əsası, onun qeyri-müəyyən olmağıdır. Ona
görə də o, saf indeterminasiya və boşluqdur [Hegel 2014: 60], saf
abstraksiyadır [Hegel 2004: 163]. Amma saf indeterminasiya və boşluq,
yoxluq dedikdə tam olaraq nəzərdə tutduğumuz şeydir. Varlıq, qeyri-
müəyyən olduğundan əslində varlıq deyil, yoxluqdur [Hegel 2014: 73].
Beləliklə Hegel, yoxluq kateqoriyasına keçir. Hegelin əvvəlki kateqoriyadan
keçidindən başa düşəcəyimiz kimi yoxluq, varlıqla eyni definisiyaya
malikdir: qeyri-müəyyəndir, məzmunsuzdur və boşluqdur [Hegel 2014: 60].
Yoxluq, bizim düşüncəmizdə mövcuddur və ya düşüncənin özüdür. Beləliklə
yoxluq, varlıq ilə eyni determinasiyanı/indeterminasiyanı bölüşdüyü üçün
varlıq və yoxluq eynidir. Burada diqqət edilməli məqam, yoxluğun müəyyən

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.77-90

83

yoxluq kimi deyil, qeyri-müəyyən bir yoxluq kimi qəbul edildiyidir. Hegelə
görə yoxluq, bir şey ilə ziddlik içində ələ alındığında bir şeyin yoxluğudur
yəni müəyyən yoxluqdur və bu məqamda, varlıq ilə vasitəçilik artık aydındır.
Bu səbəblə də burada ələ alınan yoxluq, abstrakt və bilavsitə inkar olaraq özü
üçün yoxluqdur [Hegel 2014: 61]. Diqqət yetirilməsi lazım olan başqa bir
şey, Hegelin vurğuladığı “varlıq və yoxluq eynidir” prepozisiyasının
əksikliyidir. Hegel dialektikası bütün zidd və müxtəlif deteminasiyaları
ontologiya kontekstində təcrid olunmuş abstraksiyalar kimi görmür. Hegel
məntiqində “varlıq və yoxluq eynidir” prepozisiyasının nəticəsi Oluşdur.
Amma bu prepozisiyasının problemi ondadır ki o, nəticəni özündə ehtiva
edir, lakin nəticənin özü, prepozisiyada ifadə olunmur [Hegel 2014: 67].
Hegel müəyyən edir ki, bunun səbəbi mühakimə formasında olan
prepozisiyanın spekulyativ doğruluqları ifadə etmək üçün uyğun
olmamasıdır. Bu məqam, bizim ortaya qoymaq istədiyimiz analitik və
sintetik arasındakı ayrım üçün çox vacibdir çünki dialektika və dialektik
mühakiməni izah etməkdə yaranan çətinlik, bu formal uyğunsuzluqdan irəli
gəlir. Bu səbəbdən Hegel, öz fəlsəfəsində sillogizmi, mühakimədən qat-qat
vacib görür. Bir mühakimə, subyekt ve pedikat arasında bir identiklik
bağlantısı yaradır və subyektin predikatdan xaric determinasiyalarını
asbstraksiya edir, bununla birlikdə predikatın da subyektdən daha geniş
oldduğunu abstraksiya edir. Lakin deyir Hegel, əgər məzmun
spekulyativdirsə, subyekt və predikatın qeyri-identikliyi də əsas momentdir
və bu mühakimədə ifadə olunmur [Hegel 2014: 67]. Bəs mühakimə
sistemindəki bu çatışmazlıq necə aradan qaldırıla bilər? Hegelə görə bunun
cavabı, prepozisiyanın ziddini ifadə etməli olduğudur yəni „varlıq və yoxluq
eynidir‟ prepozisiyasına, ziddi olan „varlıq və yoxluq eyni deyildir‟
prepozisiyası əlavə edilir. Lakin Hegel deyir ki, bu məqamda da bir
çatışmazlıq var, çünki bu halda spekulyativ məzmunun yalnız bir tərəfini
götürüb onu, zidd tərəflərdən birinə ixtisar etmək təhlükəsi var. Halbuki
Hegel, varlıq və yoxluğun, saf varlıq və yoxluq olduğunu vurğulamaqdadır
ayrım isə müəyyən varlıq sahəsində olandır. Saf varlıq və yoxluq arasındakı
fərqi ayırmaq üçün lazım olan isə hərəkətə işarə edən üçüncü bir element
olaraq oluşdur. Varlıqdan və yoxluqdan danışarkən, oluşdan danışmaq
zəruridir çünki onların hər ikisi özlüyündə daimi deyil onlar, yalnız oluşda bir
daimiliyə malikdir [Hegel 2014: 69].

Varlığın və yoxluğun eyniliyi bizi başqa bir kateqoriyaya, oluş
kateqoriyasına aparır. Çünki Hegel məntiqində doğruluq nə varlıqdır nə də
yoxluqdur doğruluq, varlığın yoxluğa və yoxluğun da varlığa keçididir. Odur
ki oluş, əslində bir hərəkətdir içində varlıq və yoxluq ayırd edilir amma eyni
hərəkətin momentləri olduqları üçün hər biri, bir digərində yox olur, bir
digərində ortaya çıxır [Hegel 2014: 61]. Ortaya çıxmaq ve yox olmaq oluşun

Elnur Yusifzadə
Georq Vilhelm Fridrix Hegel fəlsəfəsində analitik və sintetikin fərqi

84

momentləridir. Hegelin dediyi kimi, oluşda həm varlıq var, həm də yoxluq
var çünki bu iki moment oluşu təşkil edir lakin eyni şəkildə varlıq və yoxluq
öz başqasından ayrı olmadığı üçün əslində yoxdur [Hegel 2014: 78].
Beləliklə Hegelə görə oluş, varlığın və yoxluğun iki birliyi olaraq, varlığı və
yoxluğu ehtiva edir. Bu da əslində ikisi eyni şey olan cüt determinasiyadır ki,
birincidə yoxluq bilavasitə var olmaqda ikincidə isə varlıq bilavasitə var
olmaqdadır. Birinci determinasiya yoxluqdan başlayıb varlığa, ikinci
determinasiya isə varlıqdan başlayıb yoxluğa keçir [Hegel 2014: 79].

Oluşun momentləri olan yox olmaq, varlığın yoxluğa keçməsi və ortaya
çıxmaq, yoxluğun varlığa keçməsidir. Beləliklə həm varlıq həm də yoxluq,
özlüyündə öz ziddini daşıyır [Hegel 2014: 79]. Momentlər bu səbəblə də
yoxa çıxan momentlərdir və onların yoxa çıxmağı oluşun yoxa çıxmağı
mənasına gəlir çünkü oluş, bu iki momentin ayrımı üzərində qurulur. Bunun
nəticəsi Hegel üçün oluşun, öz içində özü ilə ziddiyyət təşkil etməsidir. Çünki
onun, öz daxilində birləşdirdiyi determinasiyalar zidd determinasiyalardır
[Hegel 2014: 79]. Bu birlik özünü aradan qaldırır (aufheben), lakin nə
yoxluğa, nə də varlığa qayıdıb bunu edir, çünki artıq qeyd etmişik ki, varlıq
yoxluqla, yoxluq da varlıq vasitəsilə düşünülür və bunlar bir-birinə
keçidlərdir. Üstəlik Hegel üçün aradan qaldırma ilə yoxluq arasındakı əsas
fərq vasitəçilikdir. Yoxluq definisiyasına görə bilavasitə olandır lakin özünü
aradan qaldıran vasitəlidir, çünki o, bir var olmayandır [Hegel 2014: 80].
Hegelin məntiqinə görə varlığın aradan qalxması və ya yox olması, müəyyən
varlığa (Dasein/Determinate Being) keçiddir.

Xülasə etdiyimiz varlıq bölümü bizə, dialektik metod və
mühakimənin bir nümunəsini təqdim edir. Təsvir etdiyimiz bölümün gedişatı
ilk növbədə analitik olaraq görüləbilər çünkü varlıq konseptinin bir analizi
olduğu və konseptin parçalara bölündüyü fikirləşilə bilər. Lakin Hegelə görə,
bu mühakimə həm sintetik həm də analitikdir çünki o, bir tərəfdən bütünlüklə
konseptin daxilində qalır digər tərəfdən isə konsept vasitəsiylə dialektik
olaraq və bir başqası olaraq müəyyən edilir: “Mütləq bilmə metodu bu
səviyyəyə qədər analitikdir. Konseptin mütləq obyektivliyi ondan ibarətdir ki,
ilkin universal özünün sonrakı determinasiyasını tamamilə və yalnız onda
tapır, bunun əminliyi isə Metoddur. Amma o qədər də sintetikdir çünkü
bilavasitə sadə bir universal olaraq müəyyən edilmiş olan obyekti,
bilavasitəliyin və universallığın özündə daşıdığı determinasiya yolu ilə
özünü, bir başqası olaraq göstərir. Obyektin öz-özlüyündə olan müxtəlifliyin
bu bağlantısı sonlu bilik vəziyyətində sintez dedikdə artıq nəzərdə tutulan şey
deyildir. Obyektin eyni dərəcədə ümumi analitik determinasiyası vasitəsilə bu
bağlantının Konsepsiyada olan bağlantı olması vasitəsi ilə bu bağlantı, özünü
sintetik bağlantıdan tamamilə ayırır” [Hegel 2014: 638].

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.77-90

85

Beləliklə Hegel, universalın özünü, öz başqası olaraq müəyyən etməyə
imkan verən və həm analitik həm də sintetik olan bu mühakimə momentini
dialektik moment olaraq adlandırır. Bu nəticə ilə aşağıdakı sualı vermək olar:
Hegel analitik və sintetik arasındakı ayrımı qoruyur yoxsa dialektika ilə
birlikdə aradan qaldırılmış momentlər olaraq ayrım yox olur? Andy Wernerə
görə Hegel, bu ayrımı qoruyur və nəticədə ortaya çıxan ayrım diskursiv bilmə
və spekulyativ bilməyi ifadə edir. [Werner, 2018, 502-524]. Werner deyir ki,
həm Kantın həm də Hegelin analitik və sintetik arasındakı ayrımını diskursiv
bilmə konsepsiyası vasitəsilə əsaslandırmaq olar. Wernerə görə diskursiv
bilmə, üç xüsusiyyətə malikdir. Bunlardan birincisi, öz-determinasiya (self-
determination
) aktıdır. Öz-determinasiya aktı, diskursiv blimənin özünü
davam etdirən bir akt olmağı səbəbiylə fərz edilir. Bunun mənası ağlın, biliyi
formalaşdırdığı, konseptləri istifadə etdiyi qısaca aktiv olduğudur. İkinci
xüsusiyyət, biliyin genişlənməsidir ki bu da biliysizlik halından biliyə doğru
genişlənməyə istinad edir. Üçüncü xüsusiyyət, ümumi təsvirlərdən
(konseptlərdən) bilikdir ki, bu da bizə müxtəlif təsvirlərin çoxluğunu
konseptlərin altında formalaşdırmağa imkan verir [Werner, 2018: 507].
Werner, qeyd etdiyimiz diskursiv bilmənin definisiyasına əsaslanaraq deyir
ki, analitik və sintetik arasındakı ayrım konseptlərin məntiqi əlaqələrini əks
etdirmək üçün təşkil edilmiş cins/növ ağacı vasitəsilə izah edilə bilər. Bu
səbəbdən Werner, Hegeldə analitiklə sintetik arasındakı ayrımı Porfirios
ağacı konsepsiyası vasitəsilə izah edir.

Wernerə görə, cins/növ ağacına əsaslanan analitik və sintetik arasındakı
ayrım həm Kant həm də Hegel tərəfindən qəbul edilir və bilmənin diskursiv
xarakteri ilə izah olunur. Wernerin fikrincə, analitik mühakimələr, Hegelə
görə, ağacın sistematik strukturunu təşkil etmir, strukturu yalnız sintetik
mühakimələr təşkil edir. Wernerin arqumenti ondan ibarətdir ki, analitik
mühakimələr cins-növ ayrımına uyğun deyil çünki onlar, konseptlər və
onların parçaları ilə əlaqəni ifadə edir. Sintetik mühakimələr bizə cins və növ
əlaqəsini verir və beləliklə ağacı təşkil etməyə imkan verir. Wernerin
fikrincə, Hegelin Porfirios ağacının strukturu üçün istifadə etdiyi konsepsiya,
sintetik bilik momenti olan “bölümləmə” konsepsiyasıdır. Wernerə görə
Hegel, bölümləməyi bilmədəki sistemliliklə əlaqələndirir çünkü burada insan,
sadəcə obyektləri dəyişdirmədən bir konseptdən digərinə keçə bilər. Yəni
ağac, insana eyni obyekt haqqında müxtəlif konseptləri (məsələn, biologiya)
əlaqələndirməyə və onları nizamlı bir bütövlükdə birləşdirməyə imkan verir
[Werner, 2018: 516]. Beləliklə Wernerin analitik və sintetik ayrımı, cins-növ
bölgüsü vasitəsilə aşağıdakı kimi müəyyən edilir: Bir cinsin ayrımını prediktə
edən və biliklərimizi genişləndirən mühakimələr sintetikdir; Bəzi növlərin
fərqiliyi və ya cinsini ifadə edən mühakimələr analitikdir. Bununla belə,
sistematik əlaqə sintetik olmalıdır, çünki eyni cinsin fəqli növləri arasında

Elnur Yusifzadə
Georq Vilhelm Fridrix Hegel fəlsəfəsində analitik və sintetikin fərqi

86

xaric edilmə əlaqəsi tələb olunur və bunu yalnız sintetik mühakimələr təmin
edə bilər. Qısacası, növdən cinsə qayıtdığımız mühakimələr analitik, cinsdən
növə keçdiyimiz mühakimələr isə sintetikdir. Werner, bu mülahizələrin
nəticəsi olaraq Hegelin də Kant kimi analitik və sintetik arasındakı ayrımı
qəbul etdiyini və bunun diskursiv bilmə konsepsiyasına əsaslandığını iddia
edir. Daha sonra Werner, Kantla Hegel arasındakı ayrımı müəyyən edir ki, bu
da Wernerin fikrincə, spekulyativ bilmədir [Werner, 2018: 521]. Hər iki
filozof da mütləq haqqında biliyin, diskursiv bilmə vasitəsilə əldə edilə
bilməyəcəyini desə də, Hegel üçün mütləq olan spekulyativ bilmə vasitəsilə
qavranılabilənə çevrilir və bu da refleksiv bir fəaliyyətdir. Bu fəaliyyət, bir
tərəfdən öz üzərində bir düşünmə olmağı baxımından analitikdir, digər
tərəfdən, özünü başqası kimi göstərmək baxımından sintetikdir [Werner,
2018: 523].

Wernerin arqumentlərini diqqətə alsaq Hegelin, analitik və sintetik
ayrımını davam etdirdiyini ifadə edə bilərik. Amma əlavə etmək lazımdır ki,
bu ayrım bilik üçün dialektika momenti olaraq özünü göstərir. Analitik
mühakimənin bilik xüsusiyyətinə malik olması üçün sintetik mühakimədən
istifadə edilməlidir. Sintetik mühakimə üçün isə analitik mühakimə
əvvəlcədən qəbul ya da fərz edilir. Başqa sözlə desək, bir problemin həlli
aktında, ilk növbədə sözügedən obyekti kiçik parçalara bölmək və onların tək
tək determinasiyalarını çıxarmaq, qısacası onları analiz etmək, problemin
qavranılmasının ilk şərti olaraq ortaya çıxır. Bu mərhələdən sonra problemin
həllini tapmaq üçün qavranılan parçaları digər parçalarla birləşdirərək, yəni
sintez yolu ilə sintetik bilmə ortaya çıxır. Buna görə də, Hegel fəlsəfəsində
analitik və sintetik arasında ayrım özünü göstərsə də, bu, Kant fəlsəfəsindəki
ayrıma qətiyyən oxşamır. Bu səbəbdən də fikrimizcə, Hegelin fəlsəfini
diskursiv bilik üzərindən Kanta oxşar olaraq dəyərləndirmək mübahisəli bir
məsələdir. Fikrimizcə, Hegel üçün hər bir sintetik mühakimə örtülü şəkildə
analitik mühakimələri ehtiva edir. „A‟, „B‟dir dedikdə, əgər bu mühakimə
analitikdirsə, “B” predikatının “A” konseptində ehtiva edildiyi ifadə
etməlidir, sintetikdirsə ehtiva edilmədiyi ifadə etməlidir. İndi təsəvvür edək
ki, bu mühakimə sintetikdir. Bu halda, əgər mühakimə sintetikdirsə biz örtülü
olaraq bu nəticəyə (sintetik olduğu nəticəsinə) yenə „A‟ konseptinin analizi
vasitəsi ilə çatmalıyıq çünkü „B‟ predikatının „A‟ konseptində ehtiva edilib
edilmədiyini bilmək ancaq və ancaq „A‟ konseptinin məzmunu bilinirsə
mümkündür. Biz həmçinin cins-növ ayrımının sadəcə sintetik mühakimə
vasitəsilə genişləndiyi arqumentinə də cavab vermiş oluruq. Hegel
fəlsəfəsində sintetik bilik definisiya, bölümləmə və teorem momentlərindən
ibarət idi və həqiqətən də cins-növ ayrımı bu momentə uyğun gəlirdi, lakin
qeyd etdiyimiz kimi bu, yalnız analitik mühakimələr üzərinə yüksələrək əldə
edilə bilən bir moment olaraq qarşımızdaydı. Bu səbəbdən, Wernerin qeyd

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.77-90

87

etdiyi kimi, Hegel üçün dialektik mühakimə, bu iki momenti ehtiva edir.
Odur ki, Wernerin diskursiv və spekulyativ arasında qoyduğu ayrım, Hegel
fəlsəfəsi baxımından sadəcə bir prosesin momenti olaraq ifadə oluna bilər ki,
bu da Wernerin ortaya qoyduğu kateqorik ayrım ilə ziddiyyət təşkil edmiş
kimi görünür. Sonda Werner deyir ki, “Hegelin „hər şeyin dialektik
olduğunu‟ düşündüyünü və ya hətta diskursiv bilmədə də spekulasiya tapa
biləcəyimizi inkar etmək istəmirəm... Amma əvvəlcə dialektikanı,
spekulyativ bilməyi və s. saf halında qavramağa çalışmalıyıq‟‟ [Werner,
2018: 528]. Lakin Hegel fəlsəfəsi baxımından bütün Məntiq, spekulyativ
doğruluqlar vasitəsilə irəlilədiyi üçün Wernerin etməyə çalışdığı təcrid
olunmuş ayrımın istinadı da müəmmalı hala gəlir. Bu səbəbdən, diskursiv
bilik dialektik metod ilə Hegel fəlsəfəsi baxımından dəyərlərdiriləcəyi üçün
ayrım özünü, aradan qaldırılmalı olan bir moment kimi təqdim edir. Eynilə,
Kantın analitik və sintetik arasındakı ayrımı da Hegel üçün sadəcə dialektik
mühakimə momenti olaraq mənalı bir hal alır.
4.Nəticə

Bu məqalənin məqsədi Hegel fəlsəfəsində analitik və sintetik arasındakı
ayrımın icmalını vermək idi. Bu məqsədlə biz əvvəlcə Hegeli və ümumilikdə
o dövrü təsiri altına almış olan Kant fəlsəfəsində analitik və sintetik ayrımının
necə ələ alındığını göstərdik. Məlum oldu ki, Kant fəlsəfəsində bu ayrım
mühakimələrlə həyata keçirilir. Sonra Hegel fəlsəfəsində analitik və sintetik
arasındakı ayrımın necə ortaya qoyulduğunu izah etdik. Nəhayət, Hegelin
analitik və sintetik konseptləri vasitəsilə dialektikanı formalaşdırdığının
icmalı verildi. Hegelin, analitik ilə sintetik arasındakı ayrımı, sadəcə dialektik
mühakimə momentləri olaraq saxladığı, dialektik mühakimənin analitik və
sintetik mühakimələrin birliyini ifadə etdiyi, analitik və sintetik ayrımının isə
sadəcə dialektik mühakimə momentləri olaraq məna kəsb etdiyi göstərildi.

ƏDƏBİYYAT
1.
Hegel, G. W. F. (2004). Felsefi Bilimler Ansiklopedisi I. Mantık Bilimi.

(Trans. by Yardımlı, A.). İstanbul: İdea Yayınevi.
2. Hegel, G. W. F. (2010). The Science of Logic. (Trans. by Di Giovanni,

G.). Cambridge: Cambridge University Press.
3. Hegel, G. W. F. (1991). The Encyclopaedia Logic: Part I of the

Encyclopaedia of Philosophical Sciences with the Zusatze. (Trans. by
Geraets, T.F., Suchting, W.A. & Harris, H.S.). Indianapolis: Hackett
Publishing.

4. Hegel, G. W. F. (2014). Mantık Bilimi (Büyük Mantık). (Trans. by
Yardımlı, A.). İstanbul: İdea Yayınevi.

Elnur Yusifzadə
Georq Vilhelm Fridrix Hegel fəlsəfəsində analitik və sintetikin fərqi

88

5. Kant, I. (1998). Critique of Pure Reason. (Trans. by Guyer, P. &
Wood, A.N.). Cambridge: Cambridge University Press.

6. Kant, I. (2015). Arı Usun EleĢtirisi. (Trans. by Yardımlı, A.). İstanbul:
İdea Yayınevi.

7. Werner, A. (2018). Hegel on Kant‟s Analytic-Synthetic Distinction.
European Journal of Philosophy, 26(1), 502-524.


Различие аналитического и синтетического в философии Георга
Фридриха Гегеля

Эльнур Юсифзаде


Абстракт. Основной целью статьи является краткое изложение
различия аналитического и синтетического в философии Гегеля, а также
выяснение выводов являлся ли этот философ продолжителем Канта. Во
«Введении» отмечена разница аналитического и синтетического в
философии Гегеля, анализированы влияние Канта на Гегеля и свой
период, представлены выводы обеих ученых о данных вопросах. В
статье основываясь на мировоззрения Канта и Гегеля, раскрыты
концептуальная пара в философии Гегеля, т.е. их отношение к
аналитическому и синтетическому концептам. В статье определены
основные философские выводы Гегеля, о возможности решения
вопроса различия аналитического и синтетического путем
диалектических рассуждений.

Ключевые слова: Гегель, Кант, аналитический, синтетический,
субъект, объект, предикат, диалектика

The Difference Between Analytical and Synthetic in the Philosophy of
Georg Friedrich Hegel

Elnur Yusifzada



Стамбульский Университет, Институт Социальных Наук, факультет Философии, Ph.D; Стамбул, Турция
E-mail: elnur.yusifzade@gmail.com
https://orcid.org/0000-0003-1187-3416
Цитировать статью: Юсифзаде, Э. [2024]. Различие аналитического и синтетического в философии Георга
Фридриха Гегеля. Журнал «Metafizika», 7(1), с.77-90.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.77-90

История статьи:
Статья поступила в редакцию: 15.11.2023

Отправлена на доработку: 11.12.2023
Принята для печати: 29.01.2023

Istanbul University, Institute of Social Sciences, Department of Philosophy, PhD (qualification period). Istanbul,
Republic of Türkiye
E-mail: elnur.yusifzade@gmail.com
https://orcid.org/0000-0003-1187-3416
To cite this article: Yusifzada, E. [2024] The Difference Between Analytical and Synthetic in the Philosophy of
Georg Friedrich Hegel. “Metafizika” jurnalı, 7(1), səh.77-90.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.77-90

“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.77-90

89

Abstract. The main goal of the article is to briefly review the difference
between analytical and synthetic in Hegel's philosophy, as well as to
determine whether this philosopher was a follower of Kant's philosophy or
not.

First, in the "Introduction" section, the difference between analytical and
synthetic in Kant's philosophy is shown; moreover, Kant's influence on
Hegel and, generally, on the period in question and the conclusions of both
scientists on this issue are analyzed.

In the article, the main features of Hegel's and Kant's worldviews and
some conclusions related to the pair of concepts in Hegel's philosophy, i.e.,
analytical and synthetic concepts, are examined.

In the conclusion of the article, Hegel's main philosophical views are
identified, and the possibility of resolving the difference between analytical
and synthetic through dialectical judgment is put forward.

Keywords: Hegel, Kant, analytic, synthetic, subject, object, predicate,
dialectic


Hegel Felsefesinde Analitik ve Sentetik Ayrımı Üzerine Tartışma

Elnur Yusifzada


Özet. Çalışmanın amacı, Hegel felsefesinde analitik ve sentetik ayrımının
bir özetini sunmak ve bu konuda Hegel‟in Kant‟ın ayrımını devam ettirip
ettirmediği yönündeki argümanları incelemektir. Bu amaç doğrultusunda ilk
olarak giriş bölümünde Kant felsefesinde analitik ve sentetik ayrımının
nereye denk düştüğü gösterilecektir. Bunun nedeni Kant‟ın hem Hegel‟in
ayrımına hem de döneme etkisi olmasıyla birlikte ele alacağımız
argümanların da Hegel‟i, Kant karşılaştırmasıyla incelemesidir. Bununla
birlikte Kant özeti bize aynı zamanda makale için gerekli olan ön
bilgilendirmeyi sağlayacaktır. Daha sonra Hegel felsefesinde bahsedilen
kavram çiftinin nasıl alımlandığı aktarılacaktır. Hegel‟in, Kant‟ın ayrımını
devam ettirip ettirmediği sorusu sorulacak ve ayrımı bir noktada devam
ettirdiği yönündeki argümanlar aktartarılacak. Son olarak Hegel‟in analitik ve

Article history:
Received: 15.11.2023
Accepted: 29.01.2024

 İstanbul Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Felsefe bölümü, Doktora (yeterlilik dönemi). İstanbul, Türkiye
Cumhuriyeti
E-mail: elnur.yusifzade@gmail.com
https://orcid.org/0000-0003-1187-3416
Makaleye referans: Yusifzadə, E. [2024] Hegel Felsefesinde Analitik ve Sentetik Ayrımı Üzerine Tartışma.
“Metafizika” jurnalı, 7(1), səh.77-90.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.77-90

Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 15.11.2023

Təkrar iĢlənməyə göndərilmiĢdir: 11.12.2023
Çapa qəbul edilmiĢdir: 29.01.2024

Elnur Yusifzadə
Georq Vilhelm Fridrix Hegel fəlsəfəsində analitik və sintetikin fərqi

90

sentetik ayrımını sadece diyalektik yargının momentleri olarak ele aldığı ve
analitik-sentetik ayrımının ancak diyalektik yargının momentleri olarak
anlamlı olduğu öne sürülecektir.

Anahtar Kelimeler: Hegel, Kant, analitik, sentetik, özne, nesne, yüklem,
diyalektik


REFERENCES

1. Hegel, G. W. F. (2004). Encyclopedia of Philosophical Sciences I. The
Science of Logic.
(Trans. by Yardimli, A.). Istanbul: Idea Publishing
House. ISBN:9789753970396 (in Turkish)

2. Di Giovanni, George (ed.) (2010). Georg Wilhelm Friedrich Hegel: The
Science of Logic.
Cambridge University Press. (in English)

3. Hegel, G. W. F. (1991). The Encyclopaedia Logic: Part I of the
Encyclopaedia of Philosophical Sciences with the Zusatze.
(Trans. by
Geraets, T.F., Suchting, W.A. & Harris, H.S.). Indianapolis: Hackett
Publishing. (in English)

4. Hegel, G. W. F. (2014). Science of Logic (Great Logic). (Trans. by
Yardımlı, A.). Istanbul: Idea Publishing House. (in Turkish)

5. Kant, I. (1998). Critique of Pure Reason. (Trans. by Guyer, P. & Wood,
A.N.). Cambridge: Cambridge University Press. (in English)

6. Kant, I. (2015). Critique of Pure Reason. (Trans. by Yardımlı, A.).
Istanbul: Idea Publishing House. (in Turkish)

7. Werner, A. (2018). Hegel on Kant‟s Analytic-Synthetic Distinction.
European Journal of Philosophy, 26(1), 502-524. (in English)