© “Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 1, serial 25, 2024. pp.91-111 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
91
UOT: 572.
KBT: 74.262.88
DOI: 10.33864/2617-751X.2024.v7.i1.91-111
MJ № 201
Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi
antropologiyanın məktəb kimi formalaşmasında rolu
Asim Aşurov
Zaur Rəşidov
Abstrakt. “Fəlsəfi antropologiya”, ümumilikdə ümumdünya elm və müasir
fəlsəfi fikir tarixinin xüsusi və son dərəcə əhatəli bir bölməsidir. Fəlsəfi
antropologiya Qərb fəlsəfi və ictimai fikrinin önəmli bir sahəsidir. Tarixi
köklərini antik yunan fəlsəfəsindən götürən, fəlsəfə tarixinin sonrakı dövrlərində
də mövcud olan, alman klassik fəlsəfəsində yeni məna alan, XX əsrin
əvvəllərindən başlayaraq fəlsəfə tarixində xüsusi bir cərəyana çevrilən fəlsəfi
antropologiya həm də, ümumilikdə, insanın yeni fəlsəfəsidir. XX əsr Qərbi
Avropa, əsasən də, almandilli fəlsəfədə insanın təbiəti və mövcudluğu haqqında
müxtəlif bilik sistemlərinin naliyyətlərini də özündə ehtiva edən fəlsəfi təlimdir.
Daha geniş mənada isə, fəlsəfi antropologiya insanı diqqət mərkəzində saxlayan,
birnaşa onu öyrənməyi hədəfləyən fəlsəfi fikirlər, anlayışlar və təlimlərin
məcmusudan ibarət olan elmi sistemdir. Maks Şelerin fəlsəfi təliminin
nəticəsində 1920-ci illərin sonlarında meydana çıxan və düşüncə tarixində yeni
bir istiqamət kimi qəbul edilən, fəlsəfi antropologiya qeyri-klassik fəlsəfənin bir
qolu kimi inkişaf etmişdir.
Açar sözlər: fəlsəfi antropologiya, insan, heyvan, varlıq, Maks Şeler, gaist,
Feyerbax
1.Giriş
İnsan varlığının sirrini açmaq fəlsəfənin mərkəzində dayanan dərin və
sonsuz bir axtarışdır. İnsan varlığının mürəkkəb təbiəti, seçimləri, əxlaqi
tərəfləri daim fəlsəfənin mühüm mövzusu olmuşdur.
Bakı Dövlət Universitetinin “Fəlsəfə tarixi” üzrə magistrantı; Bakı, Azərbaycan (məsul müəllif)
E-mail: asimasurov111@gmail.com
https://orcid.org/0009-0001-7400-5459
fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi; Bakı, Azərbaycan
E-mail: zaur20@mail.ru
https://orcid.org/0000-0002-4504-1856
Məqaləyə istinad: Aşurov, A., & Rəşidov, Z. [2024] Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi
antropologiyanın məktəb kimi formalaşmasında rolu. “Metafizika” jurnalı, 7(1), səh.91-111.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.91-111
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 18.11.2023
Təkrar iĢlənməyə göndərilmiĢdir: 11.12.2023
Çapa qəbul edilmiĢdir: 29.01.2024
Asim Aşurov, Zaur Rəşidov
Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi antropologiyanın məktəb kimi formalaşmasında rolu
92
Paskalın “özümüzü dərk etmək insanın böyüklüyünün özüdür” ifadəsində
insan varlığının və təbiətinin araşdırılmasının önəmi ortaya qoyulur. “Ġnsan o
qədər zəif və kiçikdir ki, bir damla su onu öldürə bilər. Lakin o, onu
öldürəndən daha nəcibdir, çünki öldüyünü bilir, kainatın ondan güclü
olduğunu bilir. Kainat bütün əzəmətinə baxmayaraq, o, öz əzəmətindən
xəbərsizdir. Ona görə də insan öz elmi ilə, hətta kiçik bir bilgisi ilə kainatdan
üstün olaraq qalır” [Landmann, 1974, səh.24].
Bu sözlər fəlsəfi antropologiyanın mahiyyətini ortaya qoyur. Fəlsəfənin bu
sahəsi insan varlığının, şəxsiyyətinin və universumdakı yerini tədqiq etməyə
cəsarət edən bir sahədir. Fəlsəfi antropologiya əsrlər boyu bəşəriyyəti
maraqlandıran böyük sual üzərində düşünməyə çağırır: Bizi insan olaraq nə
müəyyənləşdirir? İnsan fəlsəfəsi də adlandırılan fəlsəfi antropologiya fəlsəfə
tarixi boyu filosofların insan haqqında düşüncələrini özündə cəmləşdirən bir
disiplindir. Fəlsəfənin bu sahəsi insan olmağın nə demək olduğunun
tədqiqidir. Başqa sözlə desək, insan nədir? sualının sistemli fəlsəfi tədqiqidir
[Trajtelova, 2016, səh. 2]. Sözün etimologiyasına diqqət etsək, biz bu sahə
haqqında müəyyən dərəcədə düşüncəyə malik ola bilərik. Yunan sözləri olan
“antropos (insan)” və “loqos (elm)” sözlərinin birləşməsindən ibarət olan
antropologiya insan haqqında elm deməkdir. Belə ki, fəlsəfi antropologiyanı
da sadə təsvir etsək, onu insan üzərinə fəlsəfi nəzəriyyə kimi təqdim edə
bilərik.
Başlanğıcda fəlsəfi antropologiya konseptinin anlaşılmasındakı fərqləri
qeyd etmək lazımdır. Bu sahə iki cəhətdən nəzərdən keçirilməlidir:
1. Fəlsəfi antropologiya- fəlsəfə tarixində fəlsəfi təfəkkürün tərkib hissəsi
kimi
2. Fəlsəfi antropologiya- ⅩⅩ əsrin müstəqil fəlsəfi məktəbi kimi
[Trajtelova, 2016, səh.2].
Birinci halda, biz fəlsəfi antropologiyanı nəzərdən keçirərkən fəlsəfi fikir
tarixindəki bir çox filosofların insanla bağlı düşüncələrini daxil etməliyik.
Fəlsəfə tarixində insan nədir? sualına cavab axtaran bir çox konsepsiyalar
olmuşdur. Bu konsepsiyalar fəlsəfi antropologiyanın məktəb kimi
formalaşmasında mühüm rol oynamış və onun tarixi kökləri sayılırlar. İkinci
halda isə, fəlsəfi antropologiya ⅩⅩ əsr fəlsəfəsində Maks Şelerin “İnsanın
kosmosdakı yeri” adlı kiçik əsəri ilə xüsusi tədqiqat sahəsinə çevrilir.
Fəlsəfi antropologiyanı tədqiq edən Joachim Fişer yazır ki, antropologiya
sahəsi insan üzərinə sualları, baxışları toplamaq və sistemləşdirməklə
maraqlanan ilkin olaraq Bernard Qrothuysen, sonralar Mixael Landman və
hal-hazırda Kristian Ties kimi müəlliflər tərəfindən yaradılmışdır. Digər
tərəfdən paralel olaraq insan konsepsiyasına xarakterik yanaşma ilə çıxış
edən paradiqma meydana çıxdı və bu yanaşma Maks Şeler, Helmut Plezner,
Arnold Gelen, Rothaker və Portmanın uğurları idi. Birinci halda biz fəlsəfi
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.91-111
93
antropologiyanı fəlsəfə daxilindəki digər sahələr olan metafizika,
epistemologiya, etika və digərləri ilə müqayisə edə bilərik. Ancaq ikinci
halda fəlsəfi antropologiyanı bir paradiqma kimi Ⅹ Ⅹ əsrin fəlsəfi
cərəyanları olan fenomenologiya, hermenevtika, eksiztensial fəlsəfə və
digərləri ilə müqayisə edə bilərik [Fischer, 2009, səh.154]. ⅩⅩ əsrdə fəlsəfə
tarixində yeni düşüncə istiqaməti olan fəlsəfi antropologiya, insanın hər hansı
bir konkret xüsusiyyətini postulat kimi qəbul etməyə deyil, insanın
ümumilikdə bioloji və sosial varlıq kimi tam və müfəssəl doktrinasını
yaradaraq inkişaf etdirilməsinə yönəldi. Bu yeni fəlsəfi məktəbin yaranması
ilə bağlı Landman yazır ki, 1920-ci illərdə “antropoloji renesans” baş verdi;
bütün fəlsəfi elmlər sanki antropologiyaya yaxınlaşırdı [Landmann, 1974,
səh.57]. Joachim Fişer fəlsəfi antropologiyanın sərhədlərini dəqiq şəkildə
müəyyən edir. O, fəlsəfi antropologiyanı əks etdirən təlimləri daha çox Maks
Şeler, Helmut Plezner və Arnold Gelenin fəlsəfəsində görür. O, bu məktəbi
eksiztensial və hermenevtik fenomenologiyadan, idealizmdən, elmi
naturalizmdən və digər fəlsəfi məktəblərdən fərqləndirir. Fişerin əsas nöqtəsi
budur ki, insanları nəyin fərqli etdiyini başa düşmək üçün fəlsəfi
antropologiya onların ətrafındakı insan olmayan həyat formalarını (heyvanlar
və bitkiləri) öyrənməklə başlayır. Əslində, fəlsəfi antropologiya fəlsəfi
biologiya ilə sıx bağlıdır, həyat formalarının, o cümlədən, insanların ətraf
mühitlə necə qarşılıqlı əlaqədə olduğunu və onların formalaşmasını nəzərə
alaraq bəşəriyyətin bütöv şəkildə araşdırılmasına çalışır. Digər fəlsəfi
antropologiya tədqiqatçıları isə, Plezner və Gelenin fəlsəfi təlimlərinin
fərqliliklərini qəbul edərək fəlsəfi antropologiyanın öncüllərini tarixin daha
erkən dövrlərində görürlər. Bu tədqiqatçılar, xüsusilə də, alman idealist və
postidealist fəlsəfəsinin bu cərəyanın formalaşmasında önəmli rolunu qəbul
edirlər. Biz də hər iki fikri nəzərə alaraq, oxuculara fəlsəfi antropologiyanın
mahiyyətini daha dəqiq anlatmaq üçün həm onun tarixdəki köklərini, həm də
ⅩⅩ əsrdə bu məktəbin banisi olan Maks Şelerin fəlsəfi təliminə diqqət
yetirmək istəyirik. “Fəlsəfi antropologiyanı fəlsəfə tarixinin tarixinin tərkib
hissəsi yəni “fəlsəfənin alt sahəsi kimi” və bir paradiqma kimi
fərqləndirilməsinə dair müxtəlif diqqətəlayiq məqalələr yazılsa da, hələ də
qənaətbəxş cavab tapılmamışdır” [Fischer, 2009, səh.154].
Biz məqaləmizə insanla bağlı dərin suallarla cavab axtaran filosoflara
retrospektiv nəzər salmaqla başlayacağıq. Qədim dövrlərdən bu günə qədər
onların müxtəlif perspektivləri fəlsəfi antropologiyanın təkamülünə öz
töhfəsini vermişdir. Bundan sonra biz fəlsəfi antropologiyanı insan təbiətinin
sirlərini açmağa həsr olunmuş digər fənlərdən fərqləndirən məqamlara da
diqqətli nəzər salacağıq. Bu tədqiqat işinin içərisində fəlsəfi antropologiya və
digər fəlsəfi məktəblər arasında dinamik dialoqu göstərən cəhətləri də
nəzərdən keçiriləcək. Bu qarşılıqlı əlaqə, fəlsəfi antropologiyanın digər
Asim Aşurov, Zaur Rəşidov
Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi antropologiyanın məktəb kimi formalaşmasında rolu
94
fəlsəfi cərəyanlarla oxşarlıqları və fərqliliklərini ortaya qoyur, onun daha
geniş fəlsəfi mənzərə daxilində özünəməxsus yeri haqqında məlumat verir.
Araşdırmamızın mərkəzində Maks Şelerin fəlsəfi antropologiyasının
oynadığı əsas rol dayanır. Sonrakı bölmələrdə biz Şelerin təsirinin spesifik
tərəflərini göstərəcək, onun fəlsəfi töhfələrini və onların bu sahədə önəmini
təhlil edəcəyik.
2.Fəlsəfi antropologiya fəsəfə tarixinin tərkib hissəsi kimi
Çoxəsrlik yaşı olan fəlsəfə tarixinin bütün inkişaf mərhələlərində, filosoflar
tərəfindən insan nədir? sualına cavab axtarılmış və bu problemə fərqli
cavablar verilmişdir. Ümumilikdə, Qərb fəlsəfəsinin beşiyi olan Qədim
Yunanıstanda, insan mərkəzli fəlsəfənin doğuluşunda Homerin (e.ə. IX-
e.ə.VIII əsrlər) “İliada” və “Odisseya” epik poemalarının misilsiz rolu
olmuşdur. Bu ölməz əsərlərdəki bədii, mifoloji və dini elementlərin vəhdətdə
təqdim olunduğu sosial-antropomorfik dünyagörüşündə insan problemi
xüsusi olaraq işıqlandırılmışdır. İlk sistemli fəlsəfi təlimlərin meydana
çıxdığı Antik Yunan fəlsəfəsinin ilkin dövrlərində insan sualı daha çox
antroposentrizm nöqteyi-nəzərindən həll edilmişdir. Bundan əlavə, qədim
yunan məbədi olan Apollonda “özünü tanı” fəlsəfi ifadəsi insanın
mahiyyətinin öyrənilməsinin qədimdən müdrikliyi sevən insanların əsas
məqsədi olduğunu göstərir. İndiki dövrdə ümumiyyətlə qəbul olunur ki,
Sokratla birgə bir qrup professional müəllimlər olan “Sofist” hərəkatının
nümayəndələri fəlsəfədə humanist dönüşə töhfə vermişlər [Nerczuk, 2016,
səh.44]. Antik yunan fəlsəfəsində insanla bağlı ilk fikir sofist məktəbinin
görkəmli nümayəndəsi Pratoqora aiddir: “İnsan bütün şeylərin ölçüsüdür:
mövcud olan şeylərin mövcudluğunun, mövcud olmayan şeylərin mövcud
olmamasının.” Pratoqor bu tezisi hər şeyin nisbi olmasını sübut etmək üçün
irəli sürmüşdür [Mehdiyev, 2010, səh. 107]. Filosofun bu ifadəsi həqiqətin
subyektivliyini və onun fərdin perspektivindən asılılığını göstərir. Fəlsəfə
tarixində Sokrat o qədər önəmli fiqurdur ki, bir çox tədqiqatçılar fəlsəfə
tarixini Sokrataqədərki dövr və sokratdan sonrakı dövr olaraq iki yerə
ayırırlar. Fəlsəfə tarixində Sokrataqədərki dövr naturfəlsəfə dövrü adlanır.
Sokrat fəlsəfəni naturfəlsəfədən antropologiyaya gətirdi. Siseronun sözləri ilə
desək, o, fəlsəfəni “göylərdən yerlərə endirdi” [Nerczuk, 2016, səh.44].
Sokratdan sonra onun davamçıları sayılan Platon və Aristotel də öz fəlsəfi
təlimlərində insanla bağlı fundamental ideyalarla çıxış etdilər.
Platonun antropologiyası və ya insan təbiəti haqqında anlayışı çox vaxt
dualizmlə əlaqələndirilir. Platon inanırdı ki, insanlar iki fərqli hissədən
ibarətdir: fiziki bədən və ölməz ruh və ya intellekt. Bu dualistik baxış ən
məşhur şəkildə “Fedon” əsərində təqdim olunur, burada o, bədənin
müvəqqəti və qeyri-kamil olduğunu, ruhun isə əbədi olduğunu və formalar
haqqında biliyə malik olduğunu iddia edir.
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.91-111
95
Aristotel insanı hilomorfizm adlandırılan nəzəriyyə çərçivəsində iki
substansiyanın- bədən və ruhun birliyi kimi təyin etdi. İnsan, onu hər hansı
digər canlı varlıqdan üstün edən özünəməxsus xüsusiyyəti olan bir heyvan
növüdür: rasional ruhdur.
Orta əsrlərdə fəlsəfə ilahiyyatın daxilində oz fəaliyyətinı davam etdirirdi.
Elə bu səbəbdən də insana, onun yaradılışına, əxlaq və seçimlərinə dini
nöqteyi nəzərdən yanaşılırdı. Xristian doktrinasında Tanrı insanı yaradılışın
altıncı günündə yaradır. Digər canlılar kimi, insan da təbii qanunlara və
nizama tabedir. Amma digərlərindən fərqli olaraq, insana yer üzündə və onun
digər sakinləri üzərində hakimiyyət verilmişdir. Orta əsr ilahiyyatçıları insanı
ilahi varlıq və digər yaradılışlar arasında yerləşdirməyə çalışırdılar. Bu
dövrdə insan anlayışı ən yaxşı şəkildə Akvinalı Fomanın fəlsəfi təlimində
izah olunur. Foma insanı mənəvi təbiətinə görə Tanrıya bənzəyən bir varlıq
hesab edir.
“Sonra Tanrı dedi: “Gəlin, öz surətimizə uyğun insan yaradaq; dənizdəki
balıqlar və quĢlar üzərində, havanın, mal-qaranın, yer üzündəki bütün
vəhĢi heyvanların üzərində və yer üzündə sürünən hər bir canlının
üzərində hökmranlıq etsin.” Beləliklə, Tanrı bəĢəriyyəti öz surətində
yaratdı. Tanrı öz surətində kiĢi və qadını yaratdı” [Schoot, 2020, səh.36].
İntibah dövründə humanist hərəkatın meydana çıxması ilə insanın
mahiyyəti xristian düşüncəsindən kənarda yenidən düşünülməyə başlanıldı.
Bu dövrün önəmli filosoflarından olan Covanni Mirandola “İnsanın ləyaqəti
haqqında nitq” adlı əsərində qeyd edir ki, renessans insanı ənənəvi
konsepsiyalardakı insandan fərqlənir, çünki o, dünyanı anlama bacarığını
dərk edir. Bundan əlavə, müasir fəlsəfənin banisi sayılan Rene Dekart insan
mahiyyəti problemi ilə ciddi şəkildə məşğul olmuşdur. Metafizika və fəlsəfi
antropologiyaya dair müasir diskussiyalar Dekartın insan konsepsiyasından
əhəmiyyətli dərəcədə təsirlənir. İndiki vaxtda bir çox fəlsəfi mübahisələr
“ağıl və bədən” problemi ilə bağlıdır. İntibah dövründə Mişel Monten və
Blez Paskalın fəlsəfi təlimlərində antropologiya problemi işıqlanır. Bu
dövrlərdən sonra ilk dəfə olaraq klassik Alman fəlsəfəsində antropologiya
probleminə yeni baxış gəldi. İstər antik dövrdə, istər orta əsrlərdə, istərsə də
renessans dövründə insana mahiyyət kənardan yuklənirdi. İnsan əxlaq, din,
teologiya çərçivəsində öyrənilirdi. İlk dəfə olaraq fəlsəfə tarixində insanın
dərketməsinə insanın özündən çıxış edərək tərif verən Kant olub.
Kantaqədərki fəlsəfə tarixində məsələn, Dekartın anadangəlmə ideyalarına
görə Tanrı ideyası insandadır. Bu fikir isə insanın meyarını aça bilmir.
Subyektiv idealistlər isə, maddi şeyləri inkar edərək hər şeyi insanın
persepsiyasi kimi qəbul edirlər. “Sentensiya, persepsiya, apersepsiya” - bu
paradiqmaya əsaslanan bir çox filosoflar təfəkkürün rolunu ortaya qoya
bilmirdilər. Fəlsəfədə ilk dəfə bu problemi ortaya qoyan Kant olub. Kanta
Asim Aşurov, Zaur Rəşidov
Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi antropologiyanın məktəb kimi formalaşmasında rolu
96
görə, bütün aləmdəki varlıqlar fenomenlərdir. İnsan düşüncəsi mövcud
olanların ancaq bildiyi qədərini dərk edə bilirsə, onların mahiyyəti nədir?
Kanta görə bunun mahiyyəti noumendir. Kantın bu konsepsiyasına görə,
predmetlər həm dərk olunan, həm də dərk olunmazdır. Kanta görə insanın
düşüncə sistemi insanın özünə məxsus olan bir şeydir, kənardan deyil, hər şey
insanın özündəndir.
Ümumiyyətlə, Kantın antropologiya sahəsinə töhfələri çox olmuşdur. O,
universitetdə antropologiyadan mühazirələr oxumuş və bu mühazirələr onun
"Antropology from pragmatic point of view" kitabında toplanmışdır. Kantın
antropologiya üzrə mühazirələri iştirak, maraq və əlçatanlıq baxımından ən
məşhur dərsləri idi. Kant həm fəlsəfi antropologiya, həm də sosial və mədəni
antropologiya sahələrinin yaranmasında rolu olan filosofdur. Ancaq, Kantın
bu sahələrə təsiri fərqli trayektoriyalarda olmuşdur [Khan, 2021, səh. 2]. Kant
“Antropology from pragmatic point of view” adlı kitabında insan təbiəti,
onun fiziki və zehni xüsusiyyətləri, biolojik vəziyyəti, davranışları və
emosional vəziyyəti kimi mövzulara toxunur.
Bundan əlavə, Kant ən məşhur əsəri sayılan “Xalis zəkanın tənqidi”
əsərində zəkanın maraq obyektlərini aşağıdakı məşhur suallarında
cəmləşdirir:
1. Mən nəyi biləbilərəm?
2. Mən nə etməliyəm?
3. Mən nəyə ümid edə bilərəm?
Bu 3 suala Kant öz məntiqində dördüncünü əlavə edir: İnsan nədir?
Kanta görə bu suallardan birinciyə metafizika, ikinciyə əxlaq, üçüncüyə
teologiya və dördüncüyə antropologiya cavab verir. Ancaq, fundamental
olaraq bunların hamısı antropologiya olaraq qəbul edilə bilər. Çünki ilk
dövrlərdən bu yana üçü sonuncuda birləşir. Kantın insan təbiəti, davranışı,
dəyərləri ilə bağlı suallara dair fikirləri Kantı fəlsəfi antropologiyanın
inkişafında nüfuzlu filosofa çevirir. Əgər Kant bu məsələlərə sadəcə təmas
etməklə qalmayıb, eyni zamanda onların tədqiqi üçün fəlsəfəsində yer
ayırmış olsaydı, şübhəsiz, fəlsəfi antropologiyanın qurucusu sayılardı
[Mengüşoğlu, 1949, səh.191]. Ancaq, Kant insanı müstəqil bir sahənin
tədqiqat obyekti etməmişdir.
Klassik Alman fəlsəfəsində antropologiya sahəsinə təsir etmiş filosoflardan
ən önəmlisi Lüdviq Feyerbaxdır. Bir çox tədqiqatçılar Feyerbaxı antik dövr,
orta əsrlər və intibah filosofları ilə birgə fəlsəfi antropologiya tarixinin
mühüm bir parçası hesab edirlər. “Feyerbax insanın fəlsəfənin mərkəzi
halqası olabiləcəyi ilə bağlı həmçinin ağlı, iradəni və emosiyaları əhatə edən
həqiqi gerçəkliklə bağlı fəlsəfi təlim yaratdı. O, fəlsəfi antropologiyanın
teologiyanı əvəz edəcəyi fikri ilə çıxış etdi və həqiqətən də, müasir fəlsəfi
antropologiya sekulyarlaşmış teologiya kimi qəbul edilə bilər” [11].
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.91-111
97
Michael Landmana görə, “Feyerbax ilk müasir filosofdur ki, fəlsəfəsinə
Hegel kimi universal zəka ilə deyil, Dekart və Kant kimi insan zəkasıyla
deyil, bütünlüklə insanla başlamaq istəyir” [Landmann, 1974, səh.54].
Feyerbax qeyd edir ki, “obyektin özü özlüyündə mövcudluğu nədirsə, mənim
üçün də odur. Mənim ağlım, hisslərim, iradəm - bu aspektdən baxanda mən
öz mahiyyətimi həssas, təsirli, rasional və iradi varlıq kimi təsdiq edirəm”
[Baltazar & Gleidimar, 2020, səh. 78]. Feyerbaxın fəlsəfəsi insanı vahid,
emosional və həssas fərdlər kimi dərk etməkdə dərin mənaya malikdir. O,
bütöv insandan başlamaqla vurğulayır ki, bizim subyektiv keyfiyyətlərimiz, o
cümlədən, ağlımız, hisslərimiz və iradəmiz dünya haqqında təsəvvürümüzün
formalaşmasında həlledici rol oynayır. Bu insan mərkəzli yanaşma,
Feyerbaxın fəlsəfi antropologiyasının əsasını təşkil edir və burada mücərrəd
fəlsəfi təlimlərdən uzaqlaşma baş verir, o, subyektivliyimizin insan olaraq
mahiyyətimizi necə müəyyən etdiyini araşdırır. Feyerbax fəlsəfi
antropologiyasında insanı 2 kontekstdə nəzərdən keçirir: “İlk olaraq, filosofa
görə insan, hər şeydən əvvəl təbiətin əvəzedilməz məhsuludur, insan təbiətin
qanunlarına öz şüurundan asılı olmayaraq hörmət edir və itaət edir” [Nguyen
Minh Tri, 2022, səh.584]. Bu perspektiv, insanların təbii dünya ilə qarşılıqlı
əlaqəsini vurğulayır və varlığımızın maddi aspektlərə əsaslandığını göstərir.
Feyerbaxın fəlsəfəsi təbiət aləminin daha geniş kontekstində yerimizi
tanımağın vacibliyini vurğulayır. Digər tərəfdən Feyerbaxa görə, “insan
təbiəti konkret olaraq individualdır. İnsanın özü insan təbiətini özündə ehtiva
etmir. İnsan təbiəti yalnız icmada, cəmiyyətdə,insan birliyi arasında
mövcuddur” [Nguyen Minh Tri, 2022, səh. 584]. Filosof insan təbiətinin
fərdiliyini qeyd edərək bildirir ki, insan təbiətinin həqiqi mahiyyəti ancaq
sosial kontekstdən çıxış etdikdə tamamilə anlaşıla bilər.
Feyerbaxın fəlsəfi antropologiyasının mərkəzi movzularından biri də onun
din haqqında düşüncələridir. Teologiya ilə fəlsəfə arasındakı seçimini
fəlsəfədən yana edən filosof fəlsəfəni də insan üçün düşünmüş və Tanrı üçün
fəlsəfəni rədd etmişdir. O, “Essence of Christianity” əsərindən ilahiyyatı
psixolojik bir patalogiya hesab etmişdir. Feyerbaxa görə, insan dinin həm
başlanğıcı, həm mərkəzi, həm də sonudur. Din isə. insanın özünə itaət
etməsidir. Feyerbaxın əsas fikirlərindən biri odur ki, Tanrı insan arzularının
antropomorfik ideyasıdır. İnsanlar məna axtararkən öz surətlərində Tanrını
yaratdılar. “Yeni fəlsəfə adlandırılan Feyerbaxın fəlsəfəsində teologiya
antropologiyada əriyəcək, din özünə fəlsəfədə sığınacaq tapmayacaq”
[Akdemir, 2003, səh.343].
3.Fəlsəfi antropologiya və digər bəşəri elmlər arasındakı fərqlər
İnsan nədir? sualına cavab axtaran bir çox elmlər mövcuddur. Bunlara
nümunə olaraq sosiologiya, psixologiya, antropologiya və digərlərini
göstərmək olar. Bu elm sahələrinin insanla bağlı xüsusi elmi görüşləri
Asim Aşurov, Zaur Rəşidov
Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi antropologiyanın məktəb kimi formalaşmasında rolu
98
mövcud olmağına baxmayaraq fəlsəfi antropologiyanı bu elm sahələrindən
fərqləndirmək labüddür.
İnsan təcrübəsinin mürəkkəbliklərini tədqiq edən 2 fərqli tədqiqat sahəsi
olan fəlsəfi antropologiya və antropologiya, adları bənzəsə də, metodlarına,
məqsədlərinə, araşdırdıqları suallara və tarixi inkişaf xüsusiyyətlərinə görə
kəskin şəkildə fərqlənirlər. Fəlsəfi antropologiya və antropologiyanı
fərqləndirərkən ilk öncə antropologiya elminin alt sahələrini qeyd etmək
lazımdır. Antroplogiya 4 alt sahəsinə sahibdir. Bunlar sosial antropologiya,
mədəni antropologiya, arxeologiya və linqvistik antropologiyadir. “19-cu
əsrin sonlarında antropologiya və bir çox başqa elmlər fəlsəfənin tərkibindən
çıxdılar. Antropologiya sosial elmlərin insanın bioloji və təkamül tarixini
(fiziki antropologiya), həmçinin Homo sapiensi digər heyvan növlərindən
fərqləndirən mədəniyyət və cəmiyyəti (mədəni antropologiya) öyrənən bir
qolu kimi meydana çıxdı” [Olafson, 2019]. Sosial antropologiya və fəlsəfi
antropologiyanın arasındakı fərq ondadır ki, fəlsəfi antropologiya təməllərini
təbiət elmlərindən deyil, fəlsəfənin özündən götürür. Fəlsəfi antropologiya
insanı daha çox insan olmaq baxımından incələyir və əsas sual olan insan
nədir? sualına cavab axtarır. Fəlsəfi antropologiya fəlsəfənin tərkib
hissəsidirsə, antropologiya xüsusi bir elm sahəsidir. Antropologiya fəlsəfi
antropologiyadan fərqli olaraq etnik qrupları, mədəniyyətləri tədqiq etmək
meylindədir. “Antropologiyanın bir alt sahəsi olan fiziki antropologiya insan
etnik qruplarının fiziki xarakteristikalarını öyrənir, arxeoloji tədqiqatlara və
ərazi çalışmalarına əsaslanır. Digər tərəfdən mədəni antropologiya, insan
mədəniyyətlərini öyrənir və bu sahənin əsas problemləri etnosentrizm,
reliativizm və mədəni monizmdir. Ancaq, fəlsəfi antropologiyanın əsas
mövzusu bunlar olmayıb insanın mahiyyəti, onun nəliyidi” [Cheung, 2000,
səh.12]. Fəlsəfi antropologiya və antropologiyanı fərqləndirərkən onların
tarixi inkişaf yollarına da diqqət yetirmək lazımdır. Əvvəldə də qeyd
etdiyimiz kimi, fəlsəfi antropologiyanın tarixi inkişaf köklərini qədim yunan
fəlsəfəsində - Sokrat, Platon, Aristotel və digərlərinin fəlsəfi təlimlərində
tapmaq olar. Antropologiya isə öz tarixini tarixin atası sayılan Herodotun
əsərlərindən götürür. Herodot ilk dəfə insan topluluqları, onların davranış
tərzləri və yaşayışları barədə məlumat vermişdir.
“Fəlsəfi antropologiya geştalt psixologiyası və psixoanalizdən
təsirləndiyinə baxmayaraq, psixologiya və fəlsəfi antropologiya arasında da
fərqlər vardır. Psixologiya fərdin zehni fəaliyyətləri ilə bağlı tədqiqatlar
aparır. Fəlsəfi antropologiya isə insanı sosioloji tədqiqatların obyekti və ya
psixoloji araşdırmaların mövzusu kimi nəzərdən keçirmir. Fəlsəfi
antropologiyada insan obyekt, subyekt və şüurun hər hansı bir növü kimi
məhdudlaşdırılmamalıdır” [Cheung, 2000, səh.11-12].
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.91-111
99
Fəlsəfi antropologiya və sosiologiya insan təbiətini və varlığını tədqiq edən
oxşarlıqları və fərqlilikləri olan sahələrdir. “Fəlsəfi antropologiya və
sosiologiya insana sosial heyvan kimi bir müddəanı bölüşsələr də, fəlsəfi
antropologiya pozitivist bir elm sahəsi sayılmır. Fəlsəfi antropologiyada
insan sosial varlıq kimi qəbul edilsə də, o, hissləri, sevgisi və spiritual
hərəkətləri olan heyvandır” [Cheung, 2000, səh.11].
4.Fəlsəfi antropologiya və digər fəlsəfi cərəyanlar arasında dialoq
Fəlsəfə tarixində insan varlığının mahiyyətini düşünən zəngin fəlsəfi
təlimlər mövcuddur. Bu mürəkkəb mənzərənin içərisində həyat fəlsəfəsi,
ekzistensializm, fenomenologiya və fəlsəfi antropologiya fərqli, lakin bir-biri
ilə əlaqəli düşüncə telləri kimi dayanır. Bu fəlsəfi cərəyanlar insanın
dünyadakı yerini, şüurun təbiətini və insan təcrübəsində məna və məqsəd
axtarışını araşdıran insan olmağın nə demək olduğunun dərin incəliklərini
tədqiq edirlər. Fəlsəfi antropologiya insan mahiyyətinə və onun dünyadakı
yeri məsələsinə diqqət yetirdiyi halda, eksiztensializm, fenomenologiya,
həyat fəlsəfəsi kimi digər fəlsəfi cərəyanlar da insana fərqli tərəflərdən
yanaşırdı. Bu fəlsəfi məktəblər bir birilə dialoqlar aparır, insanın vəziyyəti və
dövrün mürəkkəb vəziyyəti ilə bağlı diskussiyalar aparırdılar. Ⅰ dünya
müharibəsindən sonra Almaniyada dominant fəlsəfi cərəyan olan fəlsəfi
antropologiyanın ⅩⅩ əsrin önəmli fəlsəfi məktəb halına gəlməsində
fenomenologiya və həyat fəlsəfəsi önəmli rol oynamışdır [Landmann, 1982,
səh.20].
“Bir çox fəlsəfə tarixçiləri düşünürlər ki, ⅩⅩ əsr fəlsəfəsi Hüsserlsiz
anlaşıla bilməz. Çünki Husserl öz fəlsəfə anlayışı ilə ⅩⅩ əsrin əvvəllərində
çox önəmli funksiyanı yerinə yetirmişdir” [Eren, 2008, səh. 106]. Husserl
yazırdı ki, “fəlsəfə mövcud fəlsəfələrdən və ya onların tənqidlərindən deyil,
fenomenlərdən hərəkət etməlidir. Hüsserlin bu cümləsi onun fəlsəfəsinin
düstrurudur. Onun “fenomenlərə dönməli” fikri artıq fəlsəfəyə yeni bir sahə -
fenomen sahəsi bəxş etmişdir” [Mengüşoğlu, 1945, səh.49].
“Fenomenologiya elmi nəzəriyyələrdə itmiş modern insan həyatını özünə
qaytarmaq istəyirdi” [Landmann, 1982, səh.20]. Husserl kartezian
düşüncəsini inkar edirdi. “Husserlə görə mexanist fəlsəfə obyektlərin
keyfiyyət və xarakterinə çox diqqət yetirmir, hər şeyi sadələşdirməyə, onların
hamısını eyni kimi qavramağa, çoxluğu birliyə endirməyə çalışır.”
[Landmann, 1982, səh.20]. Bunun əksinə olaraq, fenomenologiya
təcrübələrimizin bir çox fərqli aspektlərini anlamağa maraqlıdır. O,
təcrübələrimizin bütün kiçik və unikal tərəflərini qiymətləndirməyə çalışır.
Husserl pozitiv elmləri də tənqid edərək yazırdı ki, texniki elmlərin mənfi
cəhəti odur ki, onlar insanı həyat aləmindən uzaqlaşdırır. Ancaq gerçək elmin
çıxış nöqtəsi insanın “həyat aləmi” (life world) olmalıdır. Husserlə görə
positivism fəlsəfə üçün çıxılmaz nöqtədir. Pozitivizm elmə reduktiv baxışın
Asim Aşurov, Zaur Rəşidov
Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi antropologiyanın məktəb kimi formalaşmasında rolu
100
irəliləməsinin nəticəsi olaraq fəlsəfənin qabağını kəsdi. Fenomenologiya isə
dünyanın elmi və obyektiv obrazında başa çatan genetik və subyektiv
prosesləri dərk etmək cəhdidir.
Husserl pozitivizmin fəlsəfəni yanlış istiqamətə apardığına inanırdı. Sırf
elmi aspektlərə diqqət yetirən pozitivizmi Husserl məhdudlaşdırıcı və
reduktiv olaraq görürdü. Pozitivizmdən fərqli olaraq, fenomenologiya
dərketməmizə səbəb olan subyektiv və genetik prosesləri daha dərindən
öyrənmək məqsədi daşıyırdı. Landmana görə əvvəlki fəlsəfə biliyin
insanların mərkəzi hissi olması fikrindən uzaqlaşmışdı. Burada bilik daha çox
obyektlər üzərindən çıxış edir və insan perspektivini gözardı edirdi. Ancaq
fenomenologiya bizə insanın nöqteyi nəzərindən baxmağın vacibliyini
göstərdi, dünyanı tərk etməkdə insanların subyektiv baxışlarının önəmini
nümayiş etdirdi. “Buna görə də, insan fenomenologiyanın birbaşa mövzusu
olmasa da, o, yeni insan fəlsəfəsinin yaranmasına zəmin hazırladı. Fəlsəfi
antropologiya müəyyən dərəcədə fenomenologiyanın subyektiv qarşılığıdır”
[Landmann, 1982, səh.21].
Klassik epistemologiyaya sərt və tənqidi baxışlar həyat fəlsəfəsində daha
radikal xarakter daşıyırdı. Həyat fəlsəfəsinə görə, yalnız həyatdan çıxış
etdikdə, onun kontekstindən çıxış etdikdə bilik doğru anlaşıla bilər. Landman
yazır ki, “kartezian epistemologiyası insan şüuruna daha çox diqqət
yetirməklə həqiqi antropologiya yaratmaq imkanlarını məhdudlaşdırır.
Kartezian ənənəsi insan varlığını tam əhatəsini dərk etməyə çalışan
antropologiya yarada bilmir” [Landmann, 1982, səh.21-22]. Buna görə də
Landmann kartezian ənənəsinə qarşı çıxan filosofları - Nitşeni, Şopenhaueri
(həyat fəlsəfəsinin yaradıcıları) artıq antropoloq kimi qəbul edir. “Həyat
fəlsəfəsinin antropologiyaya verdiyi digər töhfə isə, Dilteyin insana olan
baxışıdır. Dilteyə görə insan tamamlanmış insan deyil, o, təbiət olmaqla
yanaşı onun tarixi vardır” [Landmann, 1982, səh.22]. Dilteyə görə insan
tarixi varlıqdır. Hər şeydə bir müddətlilik var, tam universal sistem yoxdur.
İnsan da tarixi varlıq olduğu üçün o da, öz dönəminin varlığıdır. İnsanlar
ətraf mühitlə və keçmişlə davamlı qarşılıqlı əlaqədə olaraq inkişaf etməyə
davam edirlər. Dilteyin həyat fəlsəfəsi göstərdi ki, insanı öyrənmək üçün
tarixi, psixoloji və mədəni faktorlar da nəzərə alınmalıdır.
Əvvəldə danışdığımız 2 məktəb fəlsəfi antropologiyanın formalaşmasına
güclü təsir etmişdirsə də, eksiztensializm fəlsəfəsi də fəlsəfi antropologiya ilə
dialoqda olub, bir-birlərinin inkişafına təsir göstərmişdir. Eksiztensializm və
fəlsəfi antropologiya iki fərqli, lakin bir-birilə əlaqəli fəlsəfi cərəyanlardır. Ⅹ
Ⅹ əsr Avropa fəlsəfəsində xüsusi yer tutan hər 2 məktəb insan varlığını əhatə
edən əsas suallara cavab axtarırlar. “Groethuysenə görə insanın özü haqqında
danışarkən özünü birinci və ya üçüncü şəxs qismində görməsində böyük
fərqlilik vardır. Antropologiyada insan, onun hansı xüsusi mövcudluğunun
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.91-111
101
olmasını və özünün digər varlıqlarla birgə kainatdakı yerini tədqiq edir. İnsan
özünü sanki kənardan müşahidə edir (yəni üçüncü şəxsdə görür)”
[Landmann, 1974, səh.60].
Antropologiya insanın yerini universumun geniş sxemində araşdırır. “O,
insanlara təcrid olunmuş şəkildə diqqət yetirmir, həm də onların ətraf
mühitdəki digər varlıqlarla qarşılıqlı əlaqələrini araşdırır, hətta insan kosmos
münasibətlərinə də fikir verir” [Landmann, 1974, səh.60]. “Antropologiyanın
əksinə olaraq eksiztensializm insanı daxildən müşahidə edir. O, insanın şəxsi
mənliyinin axtarışına çıxır. İnsan eksiztensiyasını məhz onun fərdiliyində və
konkret olaraq dövründə kəşf edir” [Landmann, 1974, səh.60]. Yəni,
ekzistensial fəlsəfədə individualın düşüncələrinin, hisslərinin və
təcrübələrinin mürəkkəbliyinə diqqət yetirilir. Eksiztensializm insan
mövcudluğunun zamandan asılılığına vurğu edərək, insan həyatında indiki
zamanın və onların etdikləri seçimlərin önəmini diqqət altına alır.
Riçard Şaxta görə “fəlsəfi antropoloqlar insanda olabiləcək universal bir
şeylə, başqa sözlə, bütün insanların sahib olduqları ortaq bioloji təbiətləri və
sosio-mədəni movcudluqları ilə maraqlanırlar” [Schacht, 1974, səh.298].
Fəlsəfi antropologiya ilkin olaraq mədəni və ya ictimai mənşəyindən asılı
olmayaraq bütün fərdlər üçün ümumi olan insan təbiətinin elementlərini
aşkara çıxarmaqda maraqlıdır. Fəlsəfi antropologiya mədəni, coğrafi və ya
tarixi fərqləri aşaraq insan olmağın nə demək olduğunu araşdırır. “Digər
tərəfdən, insan həyatının subyektiv ölçüsü və onun fərdi mövcudluğunun
özünəxaslığı mövcudluq fəlsəfəsi nümayəndələrinin əsas tədqiqat sahəsidir.
Bu filosoflar insan olmağın xüsusiyyətlərini məhz bu trayektoriyalarda
göstərməyə meyllidirlər” [Schacht, 1974, səh.299]. Onlar insanın həqiqi
təbiətini individualın subyektivliyində, özünəməxsusluğunda görürlər.
Eksiztensializmdə insan təcrübələri, seçimləri, azadlığı fərdin şəxsi həyatında
müəyyənləşir. Sartrın dediyi kimi mövcudluq mahiyyətdən öncə gəlir. İnsan
mahiyyətini mövcud olduqdan sonra öz seçimləri ilə qazanır.
5.Maks Şeler fəlsəfi antropologiya məktəbinin yaradıcısı kimi
Manfried Frings yazır ki, “kobud dillə desək ⅩⅩ əsrin ilk onilliklərində
müasir Avropa fəlsəfəsinin təməlləri 3 alman filosof tərəfindən qoyulmuşdur.
Husserl, Haydeqqer və Maks Şeler” [Frings, 1965, səh.21]. Yenə də Manfried
Frings qeyd edir ki, “Şelerin Avropa fəlsəfəsinə əhəmiyyətli təsirinə və
məşğul olduğu mövzuların genişlik dairəsinə baxmayaraq o, Husserlə və
hətta Haydeqqerə müqayisədə, o dərəcədə diqqət görmədi” [Frings, 1965,
səh.21]. Filosofa görə, Maks Şelerin müasir Avropa fəlsəfəsinin inkişafında
Husserl və Haydeqqer qədər önəmi olsa da, onun fəlsəfi sistemi lazımi qədər
dəyər görmədi. Haydeqqer qeyd edirdi ki, Maks Şeler yaşadığı dövrün
fəlsəfəsində ən önəmli filosof idi. Orteqa Qasset isə, onu “fəlsəfə cənnətinin
ilk filosofu” adlandırırdı. Həqiqətən də Şelerin fəlsəfi irsi çox zəngin olmuş,
Asim Aşurov, Zaur Rəşidov
Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi antropologiyanın məktəb kimi formalaşmasında rolu
102
dövründən sonrakı Avropa filosoflarının üzərində əhəmiyyətli təsiri
olmuşdur. Ümumiyyətlə, Şeler akademik karyerası boyunca bir çox fəlsəfi
mövzularla maraqlanmışdır. Din fəlsəfəsi, etika, biologiyanın əsasları,
metafizika, mədəniyyət fəlsəfəsi, buddizm, tarix fəlsəfəsi, metafizikanın
sosiologiyası bunlardan bəziləridir. Bizim fikrimizcə, onun düşüncələrinin
sərhədi bu dərəcədə geniş olduğu üçün o, fəlsəfi antropologiya kimi bir
məktəbi formalaşdıra bildi. Çünki məhz fəlsəfi antropologiyada ilk dəfə
olaraq insana bütövlükdə, digər düşüncələrə asılı olmadan baxıldı. Maks
Şeler “insanın kosmosdakı yeri” əsərində fəlsəfi antropologiyanın vəzifəsini
göstərir. O, qeyd edir ki, “fəlsəfi antropologiyanın vəzifəsi dil, vicdan, alətlər,
silahlar, haqq və ədalətsizlik ideyası, dövlət və idarəçilik sənəti, mif, din, elm,
tarixilik kimi insana xas nailiyyətlərin və onun yaratdığı əsərlərin onun
varlığından necə çıxdığını tam şəkildə göstərməkdir” [Scheler, səh.89].
Riçard Şaxt yazır ki, “insanla əlaqəli bu qədər elmlər var ikən niyə insan
anlayışı humanitar elmlərin (insan elmləri) araşdırma sahəsinə buraxılmır.
Hətta mədəni antropologiyadan sosial antropologiyaya qədər geniş
diapozonda tədqiqat aparan antropologiya sahələr mövcud olduğu halda niyə
bir də fəlsəfi antropologiyaya ehtiyac duyulur?” [Schacht, 1990, səh.157].
Şaxt bu suala belə cavab verir ki, “hər bir fənnin özünün metodologiyası var
və buna görə də hər bir elm məhdud bir sahədə tədqiqat aparmaqdadır. Bu da
insan təbiətini izah etməkdə çətinlik yaradır. Məsələn, insanı ancaq biologiya
vasitəsilə anlamağa çalışan alim daha çox təkamül və səbəb nəticə əlaqələrinə
diqqət yetirəcək, hər hansı metafizik ifadə işlətmək istəməyəcəkdir. Digər
tərəfdən antropologiyanın alt fənləri də mütləq mənada məlumat toplayır və
bu məlumatları təhlil edir. Nəzəriyyələşdirmə işində bəzi məhdudiyyətləri
nəzərə almalı olacağından, əsasən kiçik qruplara diqqət yetirəcək. Yəqin ki,
daha böyük qruplarla işləmək də Sosiologiya sahəsinə uyğun olacaq. Fəlsəfi
antropologiya isə çox geniş bir perspektivdən yaradılmış nəzəriyyə irəli
sürür, bir çox fənlərin araşdırmalarını sintez edir” [Schacht, 1990, səh.158].
Yurgen Habermasın fəlsəfi antropologiya ilə bağlı düşüncələrini nəzərdən
keçirdikdə bu ifadə daha da reallıq qazanır. Habermasa görə “fəlsəfi
antropologiya psixologiya, sosiologiya, arxeologiya, linqvistika kimi insan və
onun nailiyyətləri ilə bağlı elm sahələrinin kəşflərini assimilyasiya və
inteqrasiya edir” [Dennis, 1998, səh.239].
“Şelerin fəlsəfi karyerası onun maraqlarına uyğun olaraq 3 hissəyə
bölünür. İlkin dövr 1912-ci ildə bitir və onun yeni Kantçılıq məktəbinə və
etikaya olan marağı ilə xarakterizə olunur. 1912-ci ildən 1921-ci ilə qədər
Şelerin fenomenologiyaya marağının olduğu, sonra isə katolikliklə məşğul
olduğu dövrdür. Sonuncu dövrü 1928-ci ildən Şelerin ölümünə qədər olan
dövrdür ki, Şeler bu dövrdə fəlsəfi antropologiya və bilginin sosiologiyası ilə
maraqlanır” [Dennis, 1998, səh.235]. Məhz bu dövrdə yazdığı “İnsanın
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.91-111
103
kosmosdakı yeri” adlı əsəri fəlsəfi antropologiyanın başlanğıcı sayılır. Bu
əsər antropologiyanı xüsusi bir tədqiqat sahəsi olaraq ortaya qoyan ilk
əsərdir. Şelerin bu əsərinə qədər insan etika və hüquq, din və bilik, sənət və
tarixdəki rolu ilə əlaqəli problemlemlərlə birlikdə və dolayı bir araşdırma
sahəsi olaraq ələ alınmışdır.
Maks Şeler insan haqqında düşüncələrinin təməllərini 1913-1914-cü illərdə
nəşr etdirdiyi etikasında hazırladı. Şeler 2 əsas əsərində - “The Nature of
Sympathy and Formalism in Ethics” and “Non Formal Ethics of values”
insan hissləri, sevgi və şəxsiyyətin təbiəti kimi mövzulardan yazdı. O,
göstərdi ki, eqo, ağıl və şüur insan şəxsiyyətinin xüsusiyyətləridir və insan
kontekstindən kənarda heç bir saf mənlik, saf ağıl və saf şüur ola bilməz.
Filosofun eqo, ağıl və şüur kimi atributları insanın mövcudluq, varlıq
kontekstində izah etməyə çalışması onun antropologiyası baxımından
önəmlidir.
Şeler “İnsan və tarix” əsərində fəlsəfi antropologiyanın tərifini bu cür verir:
“İnsanın mahiyyətini və əsas quruluşunu, onun təbiət aləmləri (üzvi, bitki və
heyvan həyatı), eləcə də hər şeyin mənbəyi ilə əlaqəsini, insanın metafizik
mənşəyini, habelə onun fiziki, psixi və mənəvi mənşəyini, dünyadakı
mənşəyini, insanı hərəkətə gətirən və hərəkət etdirən qüvvələri, onun bioloji,
psixi, mədəni və sosial təkamülünün əsas meyillərini və qanunları, o
cümlədən onların əsas imkanları və reallıqlarını tədqiq edən əsas elm
sahəsidir” [Scheler, 1958, səh.65].
Maks Şeler “İnsanın kosmosdakı yeri” əsərinin girişində yazır: “Təhsilli
bir avropalıya insan sözündən nə anladığı soruşulsa, onun ağlına bir-biri ilə
uzlaşmayan 3 ayrı düşüncə gələcəkdir. Bunlardan birincisi, yəhudi-xristian
ənənələrinə dayanan düşüncə-insanın Tanrı tərəfindən yaradılması-cənnətdən
qovulma. Bu, teolojik antropologiyadır. İkincisi, antik yunan düşüncəsindəki
insan anlayışıdır. Üçüncüsü isə, öz təməllərini təbiət elmlərindən götürür”
[Scheler, səh. 11]. Şeler yazır ki, “fəlsəfəyə, teologiyaya və təbiət elmlərinə
dayanan antropologiya olsa da, insan haqqında düşüncəmiz tam deyil”
[Scheler, səh.11]. Şeler insan haqqındakı elmlərin də insan varlığını tam
açmadığını, əksinə, düşüncə qarışıqlığı yaratdığını deyir. Şeler yazır: “insan
tarixin heç bir dövründə indiki qədər özü üçün problem olmamışdır. Məhz bu
səbəbdən çox geniş təməllər üzərində fəlsəfi antropologiya yazmaq
istəyirəm” [Scheler, səh.12]. Maks Şelerə görə XX əsr insanların daha çox
sürətli sosial dəyişikliklərlə və əxlaqi dilemmalarla üzləşdiyi dövrdür. Bu
amillər də insanın özünün dünyadakı yerini dərk etməsini daha da
çətinləşdirdi. Şeler fəlsəfi antropologiyanı yazmaqla bu problemləri həll
etmək məqsədi daşıyırdı.
Maks Şeler bu əsərində insan varlığının təbiətini aşkara çıxarmaq üçün
onun heyvan və bitkilərlə fərqlərinə diqqət yetirir. Şeler yazır: “İnsan kəlməsi
Asim Aşurov, Zaur Rəşidov
Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi antropologiyanın məktəb kimi formalaşmasında rolu
104
və anlayışında təhlükəli bir ikianlamlılıq mövcuddur. İnsan kəlməsi əvvəlcə
insanı morfolojik baxımından onurğalı məməli heyvanlar sinfinə daxil edən
xüsusiyyətlərə işarə edir” [Scheler, səh.12]. Filosofa görə, insanın varlıq
sahəsinin bu hissəsi psixovital sahəsidir. İnsanın digər varlıq sahəsini “gaist”
anlayışı əhatə edir. “Gaist” Maks Şelerin fəlsəfi antropologiyasında insan
təbiətini formalaşdıran, onu heyvanlardan fərqləndirən əsas anlayışdır.
Şelerin fəlsəfi antropologiyasında canlıların psixovital sahəsi 4 pillədən
ibarətdir:
1. Reaksiya, xarici stimullara dərhal, düşünülməmiş cavablarımızdır. Bu
reaksiyalar tez-tez avtomatik və qeyri-ixtiyari olur, duyğu, qavrayışlarımızla
idarə olunur. Şeler hesab edirdi ki, bu reaksiyalar insan təbiətinin ən əsas və
primitiv cəhətidir.
2. İnstinkt müəyyən stimullara qarşı anadangəlmə reaksiyadır. İnsan və
heyvanda mövcuddur, xüsusilə də heyvanlarda daha güclü inkişaf etmişdir.
3. Assosiativ yaddaş assosiyalar yaratmaq və keçmiş təcrübələri xatırlamaq
qabiliyyətidir. İnsanlarda daha yüksək inkişaf etmişdir.
4. Praktik intellekt (Zəka) problemləri həll etmək və bilikləri tətbiq etmək
bacarığıdır. İnsanlarda yüksək inkişaf səviyyəsindədir, amma heyvanlarda da
müşahidə edilir.
Bunlardan sadəcə reaksiya bütün canlılarda, digərləri isə heyvan və
insanlarda vardır.
Burada əsas diqqət ediləsi nöqtə odur ki, “assosiativ yaddaş ilə zəkanın
canlılardakı paylanılması ilə instiktin paylanılması arasında fərq vardır.
Canlıların üzərində durduğu pillə yüksəldikcə instinkt azalır. Assosiativ
yaddaş və zəkada isə tərsinədir. Canlıların üzərində olduğu pillə yüksəldikcə
yaddaş və zəka da artır. Buna görə də ən üst pillədə olan insanda instinkt az,
assosiativ yaddaş və zəka çoxdur” [Mengüşoğlu, 2015, səh.30].
Maks Şelerə görə insanda olan zəka heyvanda da müşahidə olunursa,
insanı heyvandan fərqləndirən əlamət nədir? Filosofun fəlsəfi
antropologiyasında insanın digər varlıq sahəsi olan “Gaist” anlayışı insanı
digər canlılardan fərqləndirən əsas anlayışdır. Şelerə görə, insanı insan edən
şey onun psixovital tərəfinə aid olan reaksiya, instinkt, assosiativ yaddaş və
zəka deyil. Onu insan edən şey məhz bu yeni prinsip gaistdır. Şeler bu
anlayışı yunanların “loqos” anlayışına bənzətsə də, onun daha geniş anlamlı
bir kəlmə olduğunu söyləyir. “Gaist” həyat adını alan psixovital sahənin qarşı
qütbüdür, həyata qarşı olan bir prinsipdir. Gaist nə ruha, nə də bədənə
əsaslanır, onlar olmadan da mövcuddur. “Şeler məhz bu gaist teoriyası ilə
darvinizmin sərhədləri içərisinə düşmədən antropologiyasının hədəfini
gerçəkləşdirə bildi” [Mengüşoğlu, 2015, səh.31].
“Gaist bir əşya və ya bir obyekt deyil, o real da deyil, ancaq aktuallıq və ya
dinamik orientasiyadır. Şeler bu dinamik oriyentasiyanı müxtəlif yollarla-
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.91-111
105
ideya aktı, iradi akt və emosional akt kimi təsvir edir” [Scheler & Frings
1974, səh. 15]. Yəni gaist statik, dəyişməz bir varlıq deyil, o, dünyaya açıq,
ideyalar yaradan, mahiyyətləri dərk edən, seçim edən və duyğuları yaşayan
davamlı inkişaf edən bir prosesdir.
M.Şeler “İnsanın kosmosdakı yeri” əsərində gaistin bir sıra xarakterik
xüsusiyyətlərini qeyd edir. Şelerə görə, Gaistin ilkin xarakteristikası onun
dünyaya açıq olmasıdır. Ətraf mühitə tamamilə təslim olmuş heyvandan
fərqli olaraq, insan varlığı özünü təbiətdən ayırmağı və onu dünyanın
simvoluna çevirməyi bacarır. İnsanlar öz şüurları və mənəvi fəaliyyətlərindən
istifadə edərək ətrafla əlaqədə yaşamaqla bərabər, onu özlərindən kənarda
şərh edə bilirlər. İnsanda olan Gaist ətraf mühiti şərh etmə qabiliyyətindən
əlavə, öz fizioloji və psixoloji vəziyyətlərini də obyekləşdirmək üçün unikal
qabiliyyətə malikdir. Heyvanda öz bədənini və hərəkətlərini obyekt halına
gətirmək bacarığı yoxdur. Şeler yazır ki, “ insanın dünyanı, öz bədənini və
ruhunu obyektləşdirən aktlarının mərkəzi, artıq bu dünyanın bir parçası ola
bilməz. İnsanın yeri ancaq ən yüksək varlığın təməli ola bilər. Buna görə də
insan özünə və dünyaya üstün olan bir varlıqdır” [Scheler, səh.49]. Şeler
gaisti maddi substansiya və ya konkret varlıqdan fərqli olaraq saf aktuallıq
kimi təsəvvür edir. Mahiyyətinə görə, gaist statik varlıqdan daha çox dinamik
qüvvə kimi mövcud olan maddi məhdudiyyətləri aşır.
Gaistin aktlarından biri də predmetləşdirmə aktıdır. Şeler bu aktı izah
etmək üçün bir misal gətirir: “Əgər insanın qolunda ağrı varsa, o, bunun
səbəbini öyrənməyə çalışacaq və bu ağrını necə sonlandıra biləcəyini sual
verəcək. Bu sualın cavabı isə pozitiv elmlərin işidir” [Scheler, səh.52]. Ancaq
Şeler yazır ki, “mən bu ağrını çox qəribə olaraq dünyanın ağrı, pislik və
acılarla dolu olduğuna bir nümunə kimi qavraya bilirəm. Bu zaman mənim
sual vermə tərzim dəyişəcək. İndi qolumdakı ağrı deyil, ağrının özü nədir
sualı ortaya çıxacaq” [Scheler, səh.52]. Şelerin fəlsəfi antropologiyasında
gaist yeni ideyalar gətirir və maddi dünyanın hüdudlarını aşır.
Predmetləşdirmə aktı insan ruhunun yaradıcı təbiətini təmsil edir.
Şelerə görə, Gaistin daşıyıcısı olan insan həyatdan vazkeçəbilən bir
varlıqdır. Şeler yazır ki, “Gerçəklikdən iyrənib qaçdıgı zamanda da “hə”
deyən heyvanla müqayisədə, insan “yox” deyib həyatdan əl çəkə bilən, aydın
reallıq qarşısında əbədi protestantdır. Varlığı gündəlik qayğılardan başqa bir
şey olmayan heyvandan fərqli olaraq, insan əbədi bir faust, yeni şeylərə
ehtirasla dolu bir heyvandır” [Scheler, səh.56].
6.Nəticə
Nəticə etibarilə, fəlsəfə tarixi boyunca insanın mahiyyəti bir çox filosofun
fəlsəfəsinin mərkəzi mövzusu olmuşdur. Müxtəlif dövrlərdə filosoflar insan
nədir sualına fərqli cavablar vermişlər. İnsan fəlsəfəsi kimi də adlandırılan
fəlsəfi antropologiya məhz bu suala cavab axtarır. Lakin Fəlsəfi
Asim Aşurov, Zaur Rəşidov
Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi antropologiyanın məktəb kimi formalaşmasında rolu
106
Antropologiyanı fəlsəfi tarixinin daha geniş kontekstində bir hərəkat kimi
təsəvvür etmək və Maks Şeler tərəfindən yaradılmış bir məktəb kimi qəbul
etmək arasındakı ikilik bu sahənin çoxçalarlı xarakterini əks etdirir. Fəlsəfi
antropologiyanı tədqiq edən tədqiqatçılar arasında da bu məsələ barəsində
fikir ayrılığını da qeyd edərək, biz ümumi mahiyyəti aşkara çıxarmaq üçün
mövzuya kompleks baxışı məqbul gördük. Yəni həm fəlsəfə tarixində insanla
bağlı konsepsiyalara, həm də Maks Şelerin fəlsəfi antropologiyasına nəzər
saldıq. Həmçinin fəlsəfi antropologiyanın mahiyyətini daha dərindən
anlamaq üçün onun digər bəşəri elmlər olan sosiologiya, antropologiya,
psixologiya arasındakı fərqlərinə baxdıq və eksiztensializm, fenomenologiya,
həyat fəlsəfəsi kimi fəlsəfi məktəblərlə dialoquna diqqət yetirdik.
ƏDƏBİYYAT
1. Landmann, M. (1982). Fundamental Antropology (ed. & trans. by David
J.Parent). Center for Advanced Researfh in Phenomenolog & University
Press of America, Washington, D.C, 191 s.
2. Landmann, M. (1974). Philosophical Antropology. (trans. by David
J.Parent). Philadelphia, Westminster Press, 247 s
3. Fischer, Joachim (2009). Exploring the Core Identity of Philosophical
Anthropology through the Works of Max Scheler, Helmuth Plessner, and
Arnold Gehlen. Iris. European Journal of Philosophy and Public Debate
1 (1):153-170.
4. Mengüşoğlu, T. (2015). Ġnsan Felsefesi. Doğu Batı yayınları, 536 s.
5. Mengüşoğlu, T. (1949). Kant ve Schelerde Ġnsan Problemi: Felsefi
antropoloji için tenkidi bir hazırlık. Pülhan matbaası, İstanbul, 229 s.
6. Mehdiyev, R. (2010). Fəlsəfə. Dərs vəsaiti. Bakı, Şərq-Qərb, 360 s.
7. Trajtelova, J. (2016). Philosophical Antropology :Selected Chapters.
Peter Lang AG, 102 s. https://doi.org/10.3726/978-3-653-06648-7
8. Baltazar, Macaíba de Sousa & Gleidimar, Alves de Oliveira. (2020).
Antropology and Philosopophy: the theoretical concepts feuerbachians.
Journal of Liberal Arts and Humamities, 1(3), 76-81 s.
9. Nguyen Minh Tri. (2022). Ludwig Feuerbach‟s Philosophy The Study of
Human. Journal of Positive School Psychology, 6(5), 583-588 s.
10. Akdemir, F. (2003). Feuerbach‟ın Antropolojik Ateizmi Ve Teistik
Açıdan Değerlendirilmesi. Ondokuz Mayıs Üniversitesi Ġlahiyat Fakültesi
Dergisi 14/14-15 (Haziran 2003), 341-357.
https://doi.org/10.17120/omuifd.32803.
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.91-111
107
11. https://www.encyclopedia.com/humanities/encyclopedias-almanacs-
transcripts-and-maps/philosophical-anthropology
12. Dennis M. Weiss (1998). Max Scheler and Philosophical antropology.
Philosophy Today, 42(3). Philosophy Documentation Center, 235-249 s.
https://doi.org/10.5840/philtoday199842325
13. Schacht, R. (1990). Philosophical anthropology: What, why and how.
Philosophy and Phenomenological Research 50:155-176.
14. Schacht, R. (1974). On “Existentialism”, Existenz-Philosophy and
Philosophical Anthropology. American Philosophical Quarterly, 11(4),
291–305. http://www.jstor.org/stable/20009544
15. Scheler, M. Ġnsanın Kosmosdakı Yeri. (Çeviri Mengüşoğlu, T.). Eslek
Matbaası, 96 s.
16. Khan, N. (2021, March 25). Kant and Anthropology. Oxford Research
Encyclopedia of Anthropology. 33 s
https://doi.org/10.1093/acrefore/9780190854584.013.311
17. Mengüşoğlu, T. (1945). Fenomenoloji Felsefesi. Felsefe Arkivi 1, 1(1),
47-74 s.
18. Eren I. (2008). Phenomology: Edmund Husserl, Max Scheler. Uludağ
Üniversitesi Fen-Edebiyyat Fakültesi, Felsefe Dergisi 11, 103-120 s.
19. Scheler, M. & Frings, M. S. (eds.) (1974). Max Scheler (1874-1928):
centennial essays. The Hague: M. Nijhoff.
20. Frings, M. S. (1965). Max Scheler: a concise introduction into the world
of a great thinker. Pittsburgh: Duquesne University Press, 223 p.
21. Schoot, H. J. M. (2020). Thomas Aquinas on Human Beings as Image of
God. European Journal for the Study of Thomas Aquinas, 38(1) (Jun 08,
2020) 33-46 s https://doi.org/10.2478/ejsta-2020-0003
https://intapi.sciendo.com/pdf/10.2478/ejsta-2020-0003
22. Nerczuk, Zbigniew (2016). Nature, Man and Logos: An Outline of the
Antropology of the Sophists. Kultura i Edukacja, 2(112). 43-52 s.
https://philarchive.org/archive/NERNMA
23. Cheung, Ching-yuen (2000). Person and Man in the Philosophical
Antropology of Max Scheler. Chinese University of Hong Kong,126 s
24. Olafson, F. A. (2019, June 4). philosophical anthropology. Encyclopedia
Britannica. https://www.britannica.com/topic/philosophical-anthropology
25. Scheler, M (1958). Philosopical Perspectives. Translated from German by
Oscar Haac. Beacon Press, Beacon Hill, Boston, 144 s
Asim Aşurov, Zaur Rəşidov
Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi antropologiyanın məktəb kimi formalaşmasında rolu
108
Сущность философской антропологии: роль Макса Шелера в
формировании философской антропологии как школы
Асим Ашуров
Заур Рашидов
Абстракт. В целом, «философская антропология» является особой и
чрезвычайно обширной областью в истории мировой науки и
современной философской мысли. Так же, философская антропология
остаѐтся важной областью Западной философской и социальной мысли.
Философская антропология, берущая свои исторические корни из
древнегреческой философии, существовала в более поздние периоды
истории философии. Она приобрела новое значение в немецкой
классической философии и с начала XX века стала особым
направлением в истории мировой философии. В общих чертах
философская антропология является новой философией человека.
Западная Европа XX века, главным образом немецкая философия,
представляет собой философское учение, включающее в себя
результаты различных систем знаний о природе и существовании
человека. В более широком смысле философская антропология это,
научная система, состоящая из совокупности философских идей,
концепций и учений, ориентированных на человека, направленных на
его изучение. Философская антропология, возникшая в конце 1920-х
годов в результате философской деятельности Макса Шелера и
считавшаяся новым направлением в истории мысли, развивалась как
своеобразный раздел неклассической философии.
Ключевые слова: Философская антропология, человек, животное,
существо, Макс Шелер, дух, Фейербах
Магистрант Бакинского Государственного Университета; Баку, Азербайджан (ответственный автор)
E-mail: asimasurov111@gmail.com
https://orcid.org/0009-0001-7400-5459
Доктор философии по философии,
НАНА, Институт Философии и Социологии; Баку, Азербайджан
E-mail: zaur20@mail.ru
https://orcid.org/0000-0002-4504-1856
Цитировать статью: Ашуров, А., & Рашидов, З. [2024]. Сущность философской антропологии: роль Макса
Шелера в формировании философской антропологии как школы. Журнал «Metafizika», 7(1), с.91-111.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.91-111
История статьи:
Статья поступила в редакцию: 18.11.2023
Отправлена на доработку: 11.12.2023
Принята для печати: 29.01.2024
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.91-111
109
The essence of philosophical anthropology: Max Scheler's role in the
formation of philosophical anthropology as a school
Asim Ashurov
Zaur Rashidov
Abstract. "Philosophical anthropology" is a special and extremely
comprehensive branch of the history of world science and modern
philosophical thought in general. Philosophical anthropology is an
important branch of Western philosophical and social thought.
Philosophical anthropology, which took its historical roots from ancient
Greek philosophy, existed in the later periods of the history of philosophy,
acquired a new meaning in German classical philosophy, and became a
special trend in the history of philosophy starting from the beginning of the
20th century, is also, in general, a new philosophy of man. It is a
philosophical teaching that includes the results of various systems of
knowledge about the nature and existence of man in the 20th century
Western Europe, mainly in German-language philosophy. In a broader
sense, philosophical anthropology is a scientific system consisting of a set
of philosophical ideas, concepts, and teachings that focus on man and aim
to study him. Philosophical anthropology, which emerged in the late 1920s
as a result of Max Scheler's philosophical teaching and was considered a
new direction in the history of thought, developed as a branch of non-
classical philosophy.
Keywords: Philosophical antropology, human, animal, being, Max
Scheler, spirit, Feuerbach
REFERENCES
1. Landmann, M. (1982). Fundamental Antropology (ed. & trans. by David
J.Parent). Center for Advanced Researfh in Phenomenolog & University
Press of America, Washington, D.C, 191 p. (in English)
2. Landmann, M. (1974). Philosophical Antropology. (trans. by David
J.Parent). Philadelphia, Westminster Press, 247 p. (in English)
Master's student in Baku State University; Baku, Azerbaijan (corresponding author)
E-mail: asimasurov111@gmail.com
https://orcid.org/0009-0001-7400-5459
Doctor of Philosophy (Ph.D),
ANAS, Institute of Philosophy and Sociology; Baku, Azerbaijan
E-mail: zaur20@mail.ru
https://orcid.org/0000-0002-4504-1856
To cite this article: Ashurov, A., & Rashidov, Z. [2024]. The Essence of Philosophical Anthropology: Max Scheler's Role in
the Formation of Philosophical Anthropology as a School. “Metafizika” journal, 7(1), pp.91-111.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i1.91-111
Article history:
Received: 18.11.2023
Accepted: 29.01.2024
Asim Aşurov, Zaur Rəşidov
Fəlsəfi antropologiyanın mahiyyəti: Maks Şelerin fəlsəfi antropologiyanın məktəb kimi formalaşmasında rolu
110
3. Fischer, Joachim (2009). Exploring the Core Identity of Philosophical
Anthropology through the Works of Max Scheler, Helmuth Plessner, and
Arnold Gehlen. Iris. European Journal of Philosophy and Public Debate
1 (1):153-170. (in English)
4. Mengüşoğlu, T. (2015). Human Philosophy. East West publications, 536
p. (in Turkish)
5. Mengüşoğlu, T. (1949). The Human Problem in Kant and Scheler: A
critical preparation for philosophical anthropology. Pülhan printing
house, Istanbul, 229 p. (in Turkish)
6. Mehdiyev, R. (2010). Philosophy. Textbook. Baku, East-West, 360 p. (in
Azerbaijani)
7. Trajtelova, J. (2016). Philosophical Antropology: Selected Chapters.
Peter Lang AG, 102 p. https://doi.org/10.3726/978-3-653-06648-7 (in
English)
8. Baltazar Macaíba de Sousa & Gleidimar Alves de Oliveira. (2020).
Antropology and Philosopophy: the theoretical concepts feuerbachians.
Journal of Liberal Arts and Humamities, 1(3), 76-81. (in English)
9. Nguyen Minh Tri. (2022). Ludwig Feuerbach‟s Philosophy The Study of
Human. Journal of Positive School Psychology, 6(5), 583-588. (in
English)
10. Akdemir, F. (2003). Feuerbach's Anthropological Atheism and its
Evaluation from a Theistic Perspective. Ondokuz Mayıs University
Faculty of Theology Journal 14/14-15 (June 2003), 341-357.
https://doi.org/10.17120/omuifd.32803.
11. https://www.encyclopedia.com/humanities/encyclopedias-almanacs-
transcripts-and-maps/philosophical-anthropology
12. Dennis M. Weiss (1998). Max Scheler and Philosophical antropology.
Philosophy Today, 42(3). Philosophy Documentation Center, 235-249.
https://doi.org/10.5840/philtoday199842325 (in English)
13. Schacht, R. (1990). Philosophical anthropology: What, why and how.
Philosophy and Phenomenological Research 50:155-176. (in English)
14. Schacht, R. (1974). On “Existentialism”, Existenz-Philosophy and
Philosophical Anthropology. American Philosophical Quarterly, 11(4),
291–305. http://www.jstor.org/stable/20009544 (in English)
15. Scheler, M. Man's Place in the Cosmos. (Translated by Mengüşoğlu, T.).
Eslek Printing House, 96 p. (in Turkish)
“Metafizika” Journal
2024, vol 7, issue 1, serial 25, pp.91-111
111
16. Khan, N. (2021, March 25). Kant and Anthropology. Oxford Research
Encyclopedia of Anthropology. 33 p.
https://doi.org/10.1093/acrefore/9780190854584.013.311 (in English)
17. Mengüşoğlu, T. (1945). Philosophy of Phenomenology. Philosophy
Archive 1, 1(1), 47-74 p. (in Turkish)
18. Eren I. (2008). Phenomology: Edmund Husserl, Max Scheler. Uludağ
University Faculty of Arts and Sciences, Journal of Philosophy 11, 103-
120 p. (in Turkish)
19. Scheler, M. & Frings, M. S. (eds.) (1974). Max Scheler (1874-1928):
centennial essays. The Hague: M. Nijhoff. (in English)
20. Frings, M. S. (1965). Max Scheler: a concise introduction into the world
of a great thinker. Pittsburgh: Duquesne University Press, 223 p. (in
English)
21. Schoot, H. J. M. (2020). Thomas Aquinas on Human Beings as Image of
God. European Journal for the Study of Thomas Aquinas, 38(1) (Jun 08,
2020) 33-46. https://doi.org/10.2478/ejsta-2020-0003
https://intapi.sciendo.com/pdf/10.2478/ejsta-2020-0003 (in English)
22. Nerczuk, Zbigniew (2016). Nature, Man and Logos: An Outline of the
Antropology of the Sophists. Kultura i Edukacja, 2(112). 43-52 p.
https://philarchive.org/archive/NERNMA (in English)
23. Cheung, Ching-yuen (2000). Person and Man in the Philosophical
Antropology of Max Scheler. Chinese University of Hong Kong, 126 p (in
English)
24. Olafson, F. A. (2019, June 4). philosophical anthropology. Encyclopedia
Britannica. https://www.britannica.com/topic/philosophical-anthropology
(in English)
25. Scheler, M (1958). Philosophical Perspectives. Translated from German
by Oscar Haac. Beacon Press, Beacon Hill, Boston, 144 p. ( in English)