Title

Literary-philological hermeneutics as a technique of interpretation of meanings in literary text
Metafizika 7 (2):10-30 (2024)

Cite

Cite


APA: Yusifli, J. (2024). Literary-Philological Hermeneutics as a Technique of Interpretation of Meanings in Literary Text. Metafizika Journal, 7(2), 10–30. https://doi.org/10.33864/2617-751x.2024.v7.i2.10-30

Abstract

Literary hermeneutics studies the problem of interpreting the meanings of an artistic text, considers it at the intersection of a number of philological fields and thus creates new criteria for philological/critical approach to an artistic text. The necessity that gave rise to literary hermeneutics as a field of philology was to reveal the depth of meanings of the artistic text. It also explains the aesthetic convergence and divergence between classical and modern literary texts, noting the points of intersection of both. The modern artistic text does not arise on dry land, although it originates from the soul of the artist composing it, it is linked to tradition, it reflects a shared spiritual communion by visiting the past, specifically its past. It is clear that every poet who has traveled a certain creative path has his own definition of poetry. In forming this definition (the concept of poetry-!), the poet acts from his own experience and writes more with the intention handed down by tradition. Your own emotion can merge with, modify, or negate the thought of hundreds of years in an artistic text, and as a result, the layer of meaning in artistic texts expands to encompass the whole world.

Keywords

literary hermeneutics, circle, arc, Heidegger, Gadamer, Umberto Eco, interpretation, overinterpretation, literary standards, литературная герменевтика, круг, дуга, Хайдеггер, Гадaмер, Умберто Эко, интерпретация, крайняя интерпретация, литературные стандарты, ədəbi hermenevtika, dairə, qövs, Haydegger, Qademer, Umberto Eko, şərh, ifrat şərh, ədəbi standartlar.

References

1. Gadamer, H.-G. (1975). Hermeneutics and Social Science. Cultural Hermeneutics, 2(4), 307-316. https://doi.org/10.1177/019145377500200402 (in English)
2. Gadamer, H.-G. (1973). Wahrheit und Methode. Tübingen. (in German)
3. De Man, Paul. (1983). Blindness and Insight: Essays in the Rhetoric of Contemporary Criticism. Minneapolis: University of Minnesota Press. ISBN-13: 9780816611355 (in English)
4. Heidegger, M. (1970). Existence and being. Chicago. (in English)
5. Heidegger, Martin. (1971). "The Origin of the Work of Art." Poetry, Language, Thought. (Trans. by Hofstadter, A.). New York: Harper Collins. (in English)
6. Husserl, E. (1975). Fünfte logische Untersuchung. Hamburg. ISBN-13: 9783787303328 (in German)
7. Husserl, E. (1952). Ideas. London. (in English)
8. Kuhn, H. (1940). The Phenomenological Concept of “Horizon”. (ed. Marvin Farber). Philosophical Essays in Memory of Edmund Husserl. Cambridge (Mass.). (in English)
9. Palmer, R. E. (1969). Hermeneutics: Interpretation Theory in Schleiermacher, Dilthey, Heidegger, and Gadamer. Evanston, IL: Northwestern University Press, p. 120. ISBN-13: 9780810104594 (in English)
10. Ricœur, P. (1977). Expliquer et comprendre. Sur quelques connexions remarquables entre la théorie du texte, la théorie de l'action et la théorie de l'histoire. Revue philosophique du Louvain, 75(25), pp. 126-147. https://doi.org/10.3406/phlou.1977.5924 (in French)
11. Russell, В. (1956). Logic and knowledge. London. ISBN-13: 9780041640014 (in English)
12. Ryle, G. (1957). The theory of meaning. (ed. Muirhead, J. H.). British Philosophy in the Mid-Century. London, George Allen and Unwin. pp. 239--64. (in English)
13. Wittgenstein, L. (1958). The Blue and Brown Books: Preliminary Studies for the 'Philosophical Investigations'. Oxford, England: Harper & Row. Edited by Rhush Rhees. (in English)
14. Wittgenstein, L. (1953). Philosophical Investigations. (Trans. [on facing pages] by Anscombe, G.E.M., Hacker, P.M.S., and Schulte, Joachim). Oxford: Blackwell. (Revised fourth edition, ed. P.M.S. Hacker and Joachim Schulte, 2009). (in English)
15. Qianqian Su (2018). Study on the Hermeneutics and Esthetics Theory of Umberto Eco. Proceedings of the 4th International Conference on Arts, Design and Contemporary Education (ICADCE 2018), Atlantis Press, pp. 331-333. ISBN: 978-94-6252-548-1. https://doi.org/10.2991/icadce-18.2018.70 https://www.atlantis-press.com/proceedings/icadce-18/25900210 (in English)
İnternet resursları:
16. Hermeneutic circle. In Wikipedia. https://en.wikipedia.org/wiki/Hermeneutic_circle (in English)
17. Berner, C., & Thouard, D. (2020). Sens et interprétation: Pour une introduction à l’herméneutique (French Edition). Kindle Edition Publisher: ‎Presses Universitaires du Septentrion, 158 p. (in French)
18. Umberto Eco, (1990). Interpretation and Overinterpretation: World, History, Texts. Clare Hall, Cambridge University. ISBN: 9780521425544 https://tannerlectures.utah.edu/_resources/documents/a-to-z/e/Eco_91.pdf (in English)
19. Thompson, L. (1964). Selected Letters of Robert Frost. New York: Holt, Rinehart and Winston, 728 p. ISBN-13: 978-0884270119 (in English)
20. Frost, R. (1969). Home Burial (ed. Edward C Lathem), New York: Holt, Rinehart and Winston. (in English)
21. Gerard , M. (1970). Charles Olson, The Art of Poetry No. 12. The Paris Review. https://www.theparisreview.org/interviews/4134/the-art-of-poetry-no-12-charles-olson (in English)

“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 2, serial 26, 2024. pp.10-30 p-ISSN 2616-6879; e-ISSN 2617-751X

10

UOT: 82-3.512.162
KBT:
84(5e); 83.3 (0) 6
DOI: 10.33864/2617-751X.2024.v7.i2.10-30
MJ № 207

Ədəbi-filoloji hermenevtika bədii mətndə mənaların
interpretasiya texnikası kimi

Cavanşir Yusifli

Abstrakt. Ədəbi hermenevtika bədii mətndə mənaların Ģərh edilməsi
problemini öyrənir, onu bir sıra filologiya sahələrinin sərhəddində araĢdırır
və beləliklə, bədii mətnə filoloji-tənqidi yanaĢmanın yeni meyarlarını yaradır.
Ədəbi hermenevtikanı bir filoloji sahə kimi meydana çıxaran zərurət bədii
mətndə mənaların dərinliyini kəĢf etmək olmuĢdur. O, eyni zamanda klassik
bədii mətnlərlə müasir bədii mətnlər arasındakı estetik qovuĢma və ayrılmanı
izah edir, bunların hər ikisinin kəsiĢmə nöqtlərini niĢan verir. Modern bədii
mətn quru yerdə yaranmır, onu düzüb-qoĢan sənətkarın ruhundan qopsa da,
ənənəyə bağlanır, keçmiĢə, məhz öz keçmiĢinə səfər etməklə ümumi ruhi
rabitəni əks etdirir. Aydın məsələdir ki, müəyyən yaradıcılıq yolunu qət etmiĢ
hər bir Ģairin nəzərində poeziyanın özünəxas tərifi mövcuddur. Bu tərifi
(poeziya anlayıĢını-!) formalaĢdırarkən Ģair öz təcrübəsindən çıxıĢ edir və
daha çox ənənənin ona ötürdüyü intensiya ilə yazır. Sənin özünə xas olan
emosiya bədii mətndə yüz illərin düĢüncəsi ilə qovuĢa, onu dəyiĢdirə, yaxud
inkar edə bilər və nəticədə bədii mətnlərin içindəki məna layı geniĢlənib
bütün dünyanı tutar.

Açar sözlər: ədəbi hermenevtika, dairə, qövs, Haydegger, Qademer,
Umberto Eko, Ģərh, ifrat Ģərh, ədəbi standartlar



Filologiya üzrə elmlər doktoru, dosent,
AMEA, Ədəbiyyat Ġnstitutu, ―Ədəbiyyat nəzəriyyəsi Ģöbəsi‖nin baĢ elmi iĢçisi; Bakı, Azərbaycan
E-mail: jyusifli@mail.ru
https://orcid.org/0009-0009-5960-3387
Məqaləyə istinad: Yusifli, C. [2024] Ədəbi-filoloji hermenevtika bədii mətndə mənaların interpretasiya texnikası
kimi. “Metafizika” jurnalı, 7(2), səh.10-30.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.10-30

Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 01.01.2024

Təkrar iĢlənməyə göndərilmiĢdir: 02.02.2024
Çapa qəbul edilmiĢdir: 04.03.2024

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.10-30

11

1.Giriş
XX əsr bir çox elm sahələrində əsaslı korrektələr etdi, humanitar elm

sahələrində isə əsl inqilabi çevriliĢlər baĢ verdi. Bəs bütün bu hadisələrin
səbəbi nə idi? Bunu Ģübhəsiz ki, bir-iki cümləylə izah etmək mümkün
deyildir. Hər Ģeydən əvvəl enerjinin, əlbəttə ki mənəvi enerjinin toplanması
və itməməsi qanununu nəzərə almaq lazımdır. Hər bir yeni hadisə, elmi kəĢf
məlumdur ki, öz bətnində onu inkar edən digər daha cahanĢümul hadisə üçün
kontekst hazırlayır. Bir kəĢf, yaxud elm hadisəsi markası / brendi etibarı ilə
əbədidirsə (halbuki belə bir Ģey yoxdur və ola da bilməz-!) dünyanın qövsi-
qüzeh rəngləri bir-birinə qarıĢar, görüntü, vizuallıq itər, bu böyük, ucu-bucağı
görünməyən kainat ağ-qara rənglərin sönük effektlərindən baĢqa bir Ģey
olmaz. Amma aydındır ki, bu belə deyildir və zamanın sürət oxu istənilən
hadisənin dəyiĢkənlik modusunu onun öz daxilində yetiĢdirir və yerləĢdirir,
bizə uzunömürlü, yaxud əbədi görünən, təsir bağıĢlayan hadisələr daha tez
qocalır, gücdən düĢür, onun ―əvəzedicisi‖ meydana gəldikdə isə, bu qocalma
prosesi dayanır, həmin əvvəlki hadisə yenisinin içində öz yeni ömrünü
gözləyir. Bu gözlənti bütün hadisələrin enerji mənbəyidir, onsuz dünyanın
gediĢatını təsəvvür etmək çətin olardı. Biz bir qayda olaraq hər hansı ağacın
çiçəklənməsini, hər hansı gülün açılmasını görmürük, biz bu hadisələrin
yalnız Ģahidi olururq. Özü də gecikmə aktı ilə. Əksinə olsaydı, yəni, hər hansı
hadisənin məhz yaranma məqamında onun yanında ola biləsydik, güman və
fərziyyələrə ehtiyac qalmazdı, görünür, dünya düzümündə bunun özü də
təsadüfi deyildir: görməmək, yalnız Ģahid olmaq. Elm sahələrində də belədir,
fizikada, yaxud atom fizikasında neytron və protonlar haqqında ilkin
təsəvvürlərlə sonrakı inqilabi çevriliĢ səviyyəsində edilən kəĢfləri tutuĢdursaq
ilkin, həm də ibtidai təsəvvür tamamilə yox olub getmir, çünki əsas olan
məhz odur, beləliklə, bu ilkin və ibtidai təsəvvür yenisinin bətnində ən
sonuncu layda gizlənir və özünün yeni ömrünü gözləyir, yəni bu sahədə hər
yeni yaranacaq haidəsyə material rolunu oynayır.

Qeyd etmək lazımdır ki, ilkin və ya ibtidai təəsvvür heç zaman son
kərpicinə qədər yer üzündən silinmir, onun hər an səhnəyə qayıtma riski olur,
ancaq bu risk heç zaman gerçəkliyə çevrilmir, çünki zamanın belindıən
basdığı hadisə və ya təsəvvür ancaq yeni yarananlar üçün baxıĢ bucağı olur,
ondan uzaqlaĢdıqca o məsafədən bütün konturları ovuc içindəymiĢ kimi
görünür. Bir hadisə ilə bağlı ilkin, amma o dövr üçün mükəmmıəl sayılan
təsəvvür olur ki, ən sonuncu yaranan təsəvvürlərdən birinin sətirləri arasına
nüfuz edir, onun necə deyərlər, yaĢama səbəbi olur. Bunu necə izah etməli?
Məsələ belədir ki, ən son yaranan təsəvvürlər, elmi konsepsiyanın bətnində
də geri qayıdıb ―özünü təkmilləĢdirmə‖ arzusu olur, uzaqda olana nostalgiya

CavanĢir Yusifli
Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi

12

ən mükəmməl hadisənin də ―qabığını‖ oyur, onun geri qayıtma həvəsi
zamanla daha yeni nümunələrin yaranmasına təkan verir.

Qədimlərdən üzü bəri dar bir sahə ilə məhdudlaĢan elm sahələrinin
üfüqləri geniĢlənir, onların ifadə üsulları və araĢdırma metodları kardinal
Ģəkildə yenilənirdi, birdən-birə elm sahəsinin bu qədər, həm dərininə, həm də
eninə - üfüq boyu geniĢlənməsi dünyada, ictimai həyatda, gerçəkliyin bütün
səviyyələrində yeni baxıĢ bucağının yaranması ilə önə çıxmağa baĢladı.

Dediyimiz kimi, XX əsrdə bir elm sahəsi kimi hermenevtikada da əsaslı,
fundamental dəyiĢikliklər baĢ verdi, bu sahə ilahiyyat, hüquqĢünaslıq və
filologiya ilə münasibətdə yeni güc və müstəqillik əldə etdi. Bütün çərçivələr
dağıldı, yeni daha dərin platformaya sahib olan bu sahə ən müxtəlif və fərqli
mülahizələri rahatca bir araya sığdırıb böyük bir müzakirə və mübahisə
meydanı yaratdı. XX əsr məhz bu xüsusiyyətinə görə humanitar elm
sahələrində inqilabi çevriliĢ gücündə dəyiĢikliklərin yaranmasına imkan
yaratdı. Diqqət edilərsə, XIX əsrin sonlarından etibarən, ġleyermaxerdən
baĢlayaraq hermenevtika ümumi Ģərh nəzəriyyəsi kimi üzərinə götürdüyü
vəzifə çərçivəsindən çıxır. Hermenevtika artıq ümumi, yaxud ən ümumi Ģərh
metodu olmaqdan ―bezib‖ güclü nəzəri əsaslarla dünya və gerçəkliyin bədii
əsərlərdə ifadəsinin indiyə qədər bilinməyən sirlərini açdı. Hermenvtikanın
nüfuz etdiyi sahə geniĢlənir, müxtəlif filosofların, məsələn, Haydegger,
Qadamer, Riker, Pareysonun və xüsusən Umberto Ekonun bu sahədə apardığı
tədqiqatlar hermenevtikanın funksionbal təsir gücünü artırır. Artıq
hermenevtika dedikdə sadəcə mətnin Ģərhi nəzərdə tutulmurdu. Buna uyğun
olaraq adı çəkilən sahədə yeni anlayıĢlar sırası da meydana gəldi, məsələn
hermenevtik dairə, hermenevtika qövsü, izahla anlama arasında dialektik
münasibət, üfüqlərin qovuĢması, Hüsserldən üzü bəri dolğunlaĢa-dolğunlaĢa
gələn ―hermenevtika üfüqü‖, effektlərin tarixi, Ģərhçi və Ģərh edilən hadisə və
sair.

Bu yeni anlayıĢların bəziləri üzərində dayanmaq olar. Məsələn,
hermenvtik dairə. Mənbələrin birində qeyd edilir: ―Hermenvtik dairə
(almanca: hermeneutischer Zirkel) mətnin hermenevtik anlaĢılma prosesini
bildirir. Bu o deməkdir ki, bir bütöv kimi mətnin anlaĢılması onun ayrı-ayrı
hissələrinə münasibətlə Ģərtlənir, hər bir ayrıca hissənin anlaĢılması isə
bütövə/tama münasibətə gerçəkləĢir. Dairə iterativ hərəkət vasitəsi ilə hissə
və bütövün anlaĢılmasının transformasiya prosesi ilə bağlı metaforadır.‖ 16]

Hermenvtik dairə anlayıĢı Fridrix ġleyermaxer tərəfindən daha da
təkmilləĢdrilmiĢdir. Qeyd edilir ki, ―Fridrix ġleyermaxerin Ģərhə
münasibətində vurğu mətnin Ģərhçi tərəfindən onun Ģərh edilməsi prosesində
zəruri mərhələ kimi mətnin anlaĢılmasının üzərinə salımır. Anlama hissələrlə

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.10-30

13

tam arasında təkrarlanan dairəvi hərəkəti nəzərdə tutur. ġərh, yaxud
hermenevtik dairə ideyası burdan meydana gəlmiĢdir. Mətnin mənasının
anlaĢılması müəllifin niyyətinin açılmasından ibarət deyildir, əksinə, oxucu,
mətn və kontekst
arasında real münasibətlərin qurulmasıdır.‖ 8, 131]

Hermenevtik dairə anlayıĢı zamanla müxtəlif filosoflar tərəfindən
təkmilləĢdirilmiĢ, daha müasir anlam qazanmıĢdır. ―Vilhelm Diltey cümlənin
mənasının anlaĢılmasını hermenvtik anlama hərəkəti (dairəvi) kimi təqdim
edir. O, xüsusi ilə vurğulayır ki, məna və mənalılıq bütün təsadüflərdə
kontekstual xarakter daĢıyır. Beləliklə, hər hansı cümlənin mənası, əgər biz
tarixi söylənilmə Ģəraitindən xəbərsiziksə, tam olaraq Ģərh edilə bilməz. Bu
isə o deməkdir ki, Ģərh həmiĢə Ģərhçinin vəziyyəti ilə bağlıdır, çünki tarixi
yalnız həmin məqamda insanın mövcud olduğu Ģəraitdən ―yığıb‖ bərpa etmək
olar.‖ 10, 98] Dilteyin özü isə belə yazırdı: ―Mənalılıq canlı təcrübənin
təbiətinə xas olan hissənin bütövə münasibətindən yaranıb əsaslı Ģəkildə
inkiĢaf edir‖ [9, 18].

Hermenevtik dairə anlayıĢına filosof Martin Haydeggerin münasibəti də
maraqlıdır. Hermenevtik dairə anlayıĢı Haydegger tərəfindən ―Varlıq və
zaman‖ kitabında irəli sürülmüĢdür. Bu ideyanın mahiyyəti ondan ibarətdir
ki, tamı / bütövü təsəvvür etmək üçün onun hissələrinin bir-biri ilə necə
münasibətdə olmasını və bunun tama necə təsir göstərdiyini bilmək laızmdır.
O, mətnlə bağlı tam, yaxud bütövü fərdin gündəlik mövcudluğunun (hissə)
müfəssəl təcrübısində yaranan gerçəklik terminlərində təsəvvür etmək
konsepsiyasını irəli sürmüĢdür. Onun təfsirində anlama xarici (zahiri)
hadisəni əvvəlcədən Ģərh etməyə imkan yaradan anlama ―ilkn struktur‖
əsasında inkiĢaf edir. Bununla bağlı mənbədə qeyd edilir ki, ―Haydegger
tərəfindən hermenevtik dairə terminindən istifadəyə daha sonra onun
―Ġncəsənət əsərinin mənĢəyi‖ adlı əsərində (1935-1936) rast gəlirik. Burada
Haydegger təsdiq edir ki, həm əsər, həm də sənətkar yalnız bir-birinə
münasibətdə anlaĢıla bilər, onların heç biri ―incəsənətdən‖ ayrıca götürülüb
anlaĢıla bilməz, o isə öz növbəsində bu ikisi nəzərə alınmadan anlaĢıla
bilməz‖. Sənət əsərinin mənĢəyi müəmmalı və hiss edilməzdir, heç bir
məntiqə sığmır. Ona görə də biz dairə üzrə hərəkət etməliyik. Bu heç də
improvizasiya və ya qüsur deyildir. Bu yolu tutmaq fikrin gücüdür, bu yolu
tutub getmək bayramdır‖ 5, 29]

Nəhayət, Hans-George Gadamer. Gadamer aĢağıda adı keçən kitabının
―Hermenevtika və Ontologiya‖ hissəsində hermenevtik dairəni varlığın
təfərrüatlarının tədqiqi yolu ilə bütöv reallıq haqqında yeni anlayıĢın inkiĢaf
etdirildiyi iterativ bir proses kimi yenidən Ģərh etdi. Gadamer reallığın tədqiq
edildiyi və yeni anlayıĢı təmsil edən razılaĢmanın əldə edildiyi digər

CavanĢir Yusifli
Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi

14

insanlarla söhbətlər vasitəsilə anlaĢmaya linqvistik vasitəçilik kimi baxırd. [1,
98]

Pol de Man ―Yeni amerikan tənqidində forma və niyyət‖ adlı essesində
hermenevtik dairəni Amerika tənqidinin təbliğ etdiyi və ondan miras aldığı
paradoksal ―mətn birliyi‖ ideyası ilə bağlı müzakirə edir. De Man, Yeni
Tənqidin müəyyən əsərdə kəĢf etdiyi ―mətn birliyinin‖ yalnız ―yarımdairəvi
formaya‖ malik olduğunu və hermenevtik dairənin ―mətnin Ģərhi aktında‖
tamamlandığını qeyd edir. Qadamer və Heideggeri təfsir və oxumağın
qnoseoloji tənqidinə inteqrasiya edərək de Man iddia edir ki, Yeni Tənqidlə
birlikdə Amerika tənqidi hermenevtik dairəyə ―praqmatik olaraq daxil olub‖,
onu ―təbii proseslərin üzvi dairəviliyi kimi qəbul edib‖[3, 111].

Bəs hermenevtikanın ontoloji əsası dedikdə nə baĢa düĢülür?
Hər hansı cümləni oxuduqda hissə və tamın münasibətlərinin iyerarxiyası

üzrə təkrar edilən (iterativ...), xüsusi olaraq məhəl qoymasanız belə dairəvi
hərəkəti hiss edirsiniz. Yəni, cümlə oxunduqda siz ayrı-ayrı sözlərin hansı
məna daĢıdığını düĢünür və hər dəfə bu ayrıca sözü (onun mənasını) oxunan
cümlənin dəyiĢən ümumi mənası ilə müqayisə edib ölçürsünüz. Demək,
mənanın təəsvvürdə yaranıb canlanması nisbidir, sizin olduğunuz Ģəraitdən,
onu tamla necə ölçməyinizdən asılıdır. Bu proses indi cızdığımız kimi sadə
olmaya da bilər, yəni adı keçən proses ənənəvi hernevtika bəhsindən fərqli
ola bilər. Ayrı-ayrı sözlərin mənasını (Siz bəzi sözlərin mənasını tam anlaya
bilmədiyinizdə-!) bu baĢa düĢmədiyiniz sözü bütövlə müqayisə edib
anlamağa çalıĢa bilərsiniz, yaxud bu proses sizin təsəvvürünüzə keçmiĢdə
qalan, indi unutduğunuz bir mənanı qəfil daxil edə bilər və beləliklə, tam və
hissələrin münasibətindən doğan mənalar sırası gözlədiyinizdən tam fərqli
ola bilər. Ruhi vəziyyətinizdən və hazırkı Ģəraitdən asılı olaraq oxuduğunuz
cümlənin görünməyən üzü - çox geniĢ tarixi konteksti müstəvi üzərinə gətirə
bilər.

Yuxarıda xatırlanan və hermenevtikaya xas olan amlayıĢlar əslində
tənqidin bədii ədəbiyyat, bədii mətnlərlə dialoq prosesindən doğan və
zamanla təkmilləĢən anlayıĢlardır. Bu qarĢılıqlı münasibət, bu iterativ təsir
bədii mətnə münasibətdə tənqidə spesifik xarakter aĢılayır, bunun nəticəsində
tənqid mətnin dərinliklərinə nüfuz etmək, orda ―üzmək‖ fürsəti qazanır. Hər
hansı hekayə, povest, roman, yaxud Ģeir mətni bir bütövdür, onların hər birini
bir neçə yolla analiz etmək mümkündür. Ənənəvi yanaĢmada əsas olan
müəllifin mətnə tam verdiyi, yaxud verə bilmədiyi ideyaları tapıb
aĢkarlamaq, baĢqa sözlə desək, müəllif niyyətində ―arxeoloji qazaıntı‖
aparmaqdır. Bu prosesdə bir əsas faktor unudulur: müəllif onsuz da təqdim
etdiyi əsərin son nöqtəsini qoyub çıxıb getmiĢdir. Onun əsərdən indi nə qədər
uzaq, yaxud ona nə qədər yaxın olmasının bir mənası yoxdur. Əsas olan

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.10-30

15

mətnin təqdim etdiyi, faĢ etdiyi, yaxud gizlətdiyi məınaları sıralamaqdır.
Çünki bədii mətn mənaları təkcə təqdim etmir, həm də gizlədir, bu açmaqla
gizlətməyin oyunu yenə də bədii mətn çərçivəsində baĢ verir. Bu proses daha
dərin mənaların yaradılması (Ģübhəsiz ki, bədii mətnin mövcudluğunun bir
əsas mənası da özündə hifz edilməyən mənaları yaratmaqda yardımçı
olmasıdır-!) məqsədini güdür, belə ki, üst qatda olan təsəvvürlərlə daha
dərinlərdəki nəfəs arasında məsafə oxucunun həmin mətni hansı Ģəraitdə və
nə məqsədlə analiz etməsindən asılıdır. Bədii mətn oxunarkən irəli hərəkət
eyni zamanda geriyə dönüĢü də nəzərdə tutur, yəni bilmədiyimiz keçmiĢ
bədii mətndə gələcəyi qurmaqla eyni zamanda aydınlaĢa bilər. Ancaq bir
məsələni unutmayaq ki, ədəbi hermenevtika bəhsində öyrədildiyi kimi, bədii
mətndə iĢarə edilən keçmiĢi tam olaraq bərpa etmək mümkün deyildir, bu
prosesdə mətnə ən inanılmaz gümanlarla, fərziyyələrlə yanaĢmanın ona ən
real və gerçəkçi yaranaĢmanın bir anda qovuĢub ayrılması dərinliklərdə hifz
edilən mənaları oxumaq fürsəti yaradır.

Demək, unudulur ki, müəllif niyyəti elə qismən əsərin özüdür. Bir bədii
mətni yaradarkən müəllif planında cızdığı niyyətin onsuz da çox az hissəsni
reallaĢdıra bilir. Deməli, bu təsadüfdə problem yanaĢmanın funksionallığı
olmalıdır. Bunun üçün ədəbi hermenevtika metodları tətbiq edilir.

Bir faktoru da unutmamaq lazımdır: hermenevtika Vilhelm Dilteyin qeyd
etdiyi kimi, mənanın bərpa edilməsi metodudur, beləliklə hermenevikanın
əsas problemi metodoloji xarakterlidir, yəni, mənaların bərpa edilməsi
interpretasiya prosesini əsaslandırır və ona aydınlıq gətirir.
2.Ədəbi hermenevtikanın predmeti

Ədəbi hermenevtikanın predmeti ümumi olaraq bədii mətnin
anlaĢılmasıdır. Filoloji hermenevtika ümumi Ģəkildə götürdükdə ―anlama‖
termini ilə Ģərtlənirsə, onun mahiyyətini bəlləyən əsas cəhət bu ümumi
xarakteristyikadan vaz keib onu proses sözünə aid etməkdir. Yəni, filoloji
hermenevtika mətnin anlaĢılması prosesidir. Beləliklə, filoloji hermenevtika
bədii mətnin anlaĢılması prosesini öyrənən elm sahəsidir.

Bildiyimiz kimi, bədii mətni oxuyan hər bir oxucunun ilkin istəyi, varmaq
istədiyi nəsnə onun məzmununu maksimum dərəcədə mənimsəməkdir.
ġübhəsiz ki, eyni bir mətni oxuyan və beləliklə onun məzmununu maksimum
dərəcədə mənimsəyən hər bir oxucu üçün bu cəhd tam olaraq gerçəkləĢmir.
Əgər bədii məntlə münasibətdə anlamanıı ―üfüq‖ termini ilə iĢarələsək, hər
bir oxucuda, yaxud ədəbiyyatĢünasda bu üfüq müəyyən yüksəklikdə qərar
tutur. Tam anlamaq arzu və cəhddir, buna nail olmaq fikrimizcə
mümkünsüzdür. Bədii mətnin bizdən - oxuculardan gizlətdiyi nələrsə varmı?
ġübhəsiz ki, belə bir nəsnə mövcuddur. Bu məqamı aydınlaĢdıra bilmək üçün
hər Ģeydan qabaq yuxarıda vurğulanan anlama prosesinə diqqət etmək

CavanĢir Yusifli
Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi

16

lazımdır. Anlamanın, beləliklə üfüqün hansı yüksəklikdə durmasının
vəziyyəti bədii mətnə yanaĢan oxucunun təcrübəsi ilə ölçülür. Mütaliə həmiĢə
ətraf gerçəklikdə təcrid olsa da, bu prosesdə müəyyən iĢarələr yanılı
saxlanılır. Ətrafdan təcrid olunmağın mənası bədii mətnin daxilinə nüfuz
etmək niyyəti ilə bağlıdır. Oxucu həmin prosesə baĢlayarkən malik olduğu
oxu və digər təcrübəsini sövq-təbii tətbiq edir. Əks təqdirdə bədii mətnin ona
təqdim etdiyi, seyr məqsədi ilə göstərmək istədiyi nəsnələrin dili açılmaz,
oxucunun daxil olmaq istədiyi aləmdə səyahəti yarımçıq qalar. Oxucu
təcrübısi təkcə mütaliə ilə bağlı deyildir, mütaliə yad bir mətnlə assosiativ
uyğunluq yaradır, mütaliə təcrübəsi olmayan Ģəxs üçün hansısa romanı –
istisnasız olaraq bütün mətnlərin məzmununu dərk etmək çox çətindir. Bunun
alındığı təqdirdə ikinci tələb olunan təcrübə həyat və gerçəkliklə bağlıdır.
Oxu və anlama prosesində həm bədii mətnə qədər beyninə və ruhuna yığılan
informasiya (enerji-!) hərəkətə gəlir, bədii mətnlə əlaqəyə girir və onların bir-
birinə təsiri bir mətndən onlarla alt mətn yaradır.

Bu məqamsa çətin izah oluna bilən bir proseslə bağlıdır. N.S. ġalaqinin
dediyi kimi, ―Beləliklə, mətnə müncər edilən təcrübə eyni zamanda həm
fərdi, həm də kollektivdir, yəni, bir Ģəxsin mətndən anladığı digər Ģəxsin
fəaliyyətində inkiĢaf edə bilər və bu digər Ģəxsin hansısa məqsədə çatması
əvvəlkinə ötürülə bilər. Bu mənada anlamanın və anlaĢılan mənaların
intersubyektivliyindən söz açıla bilər.‖ 16] Yəni, gerçəkliyin anlaĢılması,
onun içində ömrün davam etməsi elə bir prosesdir ki, sənin bədii mətndən
anladığın nəsnə (fikir, ideya, beyninə və ruhuna yığılan iĢarələr...) baĢqa bir
fərdin, yaxud fərdlərin həyat təcrübəsində davam edir, bu proses dünya
durduqca paralel Ģəkildə (həm də, olsun ki, bir-birinə heç bir nöqtədə təmas
etmədən-!) gedir, ―toxunma‖, təmas olmasa da virtual ötürmə mexanizminin
çalıĢdığını nəzərə almaq lazımdır. Belə ki, sənin bədii mətnə oxu prosesində
tətbiq etdiyin, yönləndirdiyin təcrübə baĢqa bir Ģxəsin fəaliyyətində əksini
tapır və onun da öz növbəsində rastlaĢdığı maneə və keçidlər bu və ya digır
Ģəkildə sənin oxuduğun mətnlərdə qarĢına çıxa bilir. Bununla, yəni yuxarıda
deyilənlərlə bağlı bədii mətnin anlaĢılmasını, baĢqa sözlə anlama prosesini
bəlləyən faktorları sonsuza qədər uzatmaq olsa da, məlum olan həqiqət budur
ki, ―anlama prosesi‖ anlayıĢı nisbidir, onunla bağlı dəqiq və son olacaq tərif
vermək mümkün deyildir. Bədii mətnin anlaĢılmasının bəzi nüanslarına
baxaq:

• Anlama mətnin məzmununda daxili əlaqələrin dərk edilməsidir.
• Anlama bədii mətnin bətnindəki mənanı (mənaları) dərk etmək,

mənimsəməkdir.

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.10-30

17

• Anlamaq mətnə proyeksiya edilən digər insanların həyəcanını, fikir və
qərarlarını mənimsəməkdir.

• Anlamaq biliyə doğru hərəkətdir, bilik yaratmaqdır.
• Anlama mətn müəllifinin hərəkət etdiyi situasiyaların yenidən

yaradılmasıdır. [10, 90]
Bütün bu təyinlər heç də ―son və qəti‖ deyildir, onlar yalnız bu bəhsim

mövzusuna iĢarə edirlər. Bədii mətnin anlaĢılması prosesini hərtərəfli
öyrənməyə can atan Ģəxs hökmən yuxarıdakı təyinlərin sırasını sonsuza qədər
artırmaq və uzatmaq məcburiyyətindədir. Bu tipli müĢahidələr ayrı-ayrı
filoloq və filosofların əsərlərində yer alıb. Məsələn, ―Tam anlama üfüqlərin
üfüqüdür‖ [Kuhn, 1940, s.20].

Belə bir arzu olunmayan sual: bədii mətni yaratmaq, yazmaq asandır
(çətindir), yoxsa onu oxumaq?

Əlbəttə, ritorik sualdır, ancaq bununla bağlı düĢüncələr hansı məqamdasa
çıxmaza da dirənə bilər. Məsələ burasındadır ki, Ģair, yaxud yazıçının
yaratdığı mətn onun nəzərdə tutduqlarının sərhəddini keçir və Ģeir, yaxud
nəsr olur, adi əhvalat və ya duyum sənin düĢündüyün və orijinal hesab etdiyin
çərçivəni qırıb efirə qarıĢmasa ən müxtəlif rakurslarda oxunmağa da
yaramaz. Yəni, səndən qopub ayrılan mətn havaya (efirə) qarıĢmalıdır ki,
onun ən fərqli dərinlik ölçüləri fəhm edilə bilsin. Bədii mətnlə təmasda
olmaq, demək, yuxarıda vurğunlandığı kimi oxu prosesinə məxsusi
təcrünənin tətbiq edilməsi filoloji hermenevtika elmində müəyyən mənada
onu yenidən yaratmaq anlamına gəlir. Mətnə, onun daxili enerjisinə
qoĢulmaq bu enerjidən daha fərqli bədii mətnlər yaratmaq arzusunu oyadır,
bu arzu və ehtirasların çoxu gerçəkləĢməsə də mövcud bədii mətnin içini
zənginləĢdirir, məhz bu səbəb bizi həmin bədii mətni təkrar-təkrar oxumağa
vadar edir. Bədii mətni anlamaq cəhdi karuselvari, iterativ hərəkətdir, bu
hərəkətin, enerji dağılmasının dinamikası nə qədər güclü olarsa həmin mətn
ətrafdan, gerçəklikdə baĢ alıb gedən proseslərdən bir o qədər çox informasiya
ala bilər. Bədii mətn canlıdır, hər nəfəs aldıqda keçmiĢini xatırlayır, gələcəyə
addımlayır. Bu hərəkət bədii mətni anlamaqda çətinlik yaratsa da onun
ritmini tutmaqda kömək edir.

Ədəbi hermenevtikanın Ģeir mətnlərinə münasibəti də maraqlıdır. Martin
Haydegerin vaxtilə Hölderlin haqqında yazdığı mükəmməl məqalədən sitat
gətirmək olar. O, qeyd edir ki, ― dil öz özlüyündə elə poeziyadır [Dichtung];
Böyük mötərizədəki Dichtung sözü ilə o daha geniĢ mənanı nəzərdə tuturdu
(―yaradıcı proyeksiya‖). Haydegerin fikrincə, dil təkcə bizim artıq
bildiklərimizi ötürmək vasitəsi deyildir, onun daha mühüm bir vəzifəsi var.
Dilin mahiyyəti, onun ilkin və ən mühüm funksiyası ―proyektiv söyləmdir‖,

CavanĢir Yusifli
Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi

18

yəni əĢyalardan bəhs edərkən onların dünyaya ilk dəfə gəliĢinin yolunu açır.
Dil sözlərə can və nəfəs verir. [4, 115]

ġeir nəfəslə yazılır, nəzəri fikirdə ―nəfəslə görmə‖ anlayıĢı var. Vaxtilə bu
barədə Çarlz Olsonun fikrini sitat gətirmiĢdik, bu fikirdə bədii mətnin
anlaĢılması probleminə yanaĢma düzgün sayılmalıdır. Diqqət edin: ―Çarlz
Olsonun fikrincə, məhz nəfəs (nəfəslə ―görmə‖) dilin bütün nitq gücünün
geri, yəni öz yuvasına qayıtmasına imkan verir. Olson bu məqamda qeyd edir
ki, nitq bu məqamda Ģeirin ―bərk‖ (açılmamıĢ) Ģəklidir, orda, bu məkanda hər
Ģey açılmamıĢ tumurcuq kimidir, bütün sirr, dil açmamıĢ nəsnələr onun
içindədir. ġeir nitqə, eyni zamanda isə onun bərkliyinə, ―açılmamıĢ
tumurcuqlarına‖ yiyələndikdən sonra burada hər Ģey – bütün nəsnə və əĢyalar
elə tumurcuq kimi görünür. ġairin hansısa mənbədən aldığı enerji oxucuya
keçdikdə o zaman dəyiĢir və baĢqalaĢır ki, oxucu bu tumurcuqların açılma
məqamını görə, təsəvüvr edə bilsin. Əsl feyz elə budur.‖ [21, 7] Demək
yazma və oxuma eyni zamanda və bir neçə dəfə baĢ verir.

Müasir ədəbi hermenevtika çərçivəsində kıassik mətnlərin Ģərhinə necə
yanaĢmalı? Etiraf edək ki, bu sahədə dəqiq, kateqorial bir ölçü - metod
yoxdur. Klassik, orta çağ Ģeirinin təfsirində qəribə, ilk baxıĢdan ciddi elmlə
bir araya sğlmayan təfsirlər var. Bütün Ģərhçilər, həm alim, həm də həvəskar
Ģərhçilər poetik mətnlərdəki düyünləri ixtiyari Ģəkildə oxumağa giriĢirlər.
Müəllifin ürəyini, yoxsa bədii mətni oxumaq dilemması ortaya xeyli suallar
çıxarır, bunun da nəticəsində bədii mətn bir vasitə roluna keçərək yerini onun
yaxından uzaqdan bağlı olduğu mənbələrə verir. Doğrudur, konkret
mətndəəki mənaları həmin mənbələrsiz, onların bədii mətnə və əksinə təsirini
nəzərə almadan üzə çıxarmaq mümkün deyildir, ancaq bu təsadüfdə
dominant o mənbələr yox, bədii mətndir, onun əsrlər boyinca dəyiĢməsi,
transformasiyası, min-min oxucu Ģərhinə Ģərait yaratmasıdır, məsələ belədir
ki, müəllif bədii mətndən ayrılan kimi, onun müstəqil həyatı baĢlayır, oxucu
hissiyatına tuĢ gələn kimi adı çəkilən mənbələrdən "uzaqlaĢır", belə olduğu
üçün də onları məna əyarı, məna aĢkarlayıcısı kimi götürmək absurddur. Ġndi
qəzəl mətnlərini Ģərh edən xiridarların təsviri ixtiyaridir, onların Ģərhdən elm
düzəltmək arzusudur, buna görə bu Ģərhlər ədəbi/filoloji deyildir. Ədəbi
hermenevtika Ģübhəsiz ki, bədii mətnin əsaslandığı, yaxud yazıldığı dövrdə
təsirə məruz qaldığı üçün qaçılmaz olan mənbələri də nəzərə alır. Bədii məti
anlamaq həm ona qarĢı öz təcrübəni tətbiq etmək, həm də ona qədər və ondan
sonrakı bütün mətnlərlə daxili əlaqələri analiz etməkdir. Bədii mətn bizə
təkcə hansısa hisləri aĢılamır, yaxud bizim hiss etdiyimiz nələrisə
dolğunlaĢdırmır, həm də və ən əsası, digər mətnlərdən ona və ondan digər
mətnlərə yolu göstərir. Filoloji hermenevtika bədii mətndə bağlı mənalarla,
yaxud bədii mətnin bağlı olduğu, onun mövcudluğunu Ģərtləndirən mənalarla

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.10-30

19

iĢləyir. Ədəbi hermenevtika eyni zamanda bir dildə yaranan bədii mətnlərə
hopmuĢ insan və filoloji təcrübəni öyrənir. BaĢqa sözlə, mədəniyyət
kateqoriyalarının bədii mətndə təcəssümünü araĢdırır. Bu gün yaranan
mətnlərdə Ģübhəsiz ki, keçmiĢin, keçmiĢdən dolğunlaĢa-dolğunlaĢa gələn
mətnlərin izləri yaĢayır və onlar xarakter etibarıyla müasirdir, modern mətnin
üst qatında yox, "zirzəmisində" fəaliyyət göstərir, bədii mətnin oxuvəcuya
açıq olan layları, oxu, anlama səviyyələri və zirzəmisi var, bu sonuncu qat
modern mətnin sərhədlərindən kənardakı gerçəkliyə doğru bir bağlantıdır və
bu bağlantı heç də birtərəfli deyildir, ən gözəl müasir mətnlər də klasdik
poetik mətnlərlə təmasdadır, onlardan aldığı enerjini 1) müadir dilə çevirir, 2)
ondan təsirləndiyini danır, klassik mətnin deyil, yeni, modern estetikanın
iĢarələrini önə çıxarır, əslinə baxanda, modern Ģeir texnikası, yeni
dünyaduyumuna əsaslanan estetik platforma da klassik bədii mətnlərlə ikili
münasibətdə olur, bəzən bu münasibətlər o qədər sıx və doymuĢ məhlul
halında olur ki, modern mətn klasdik bədii mətnin surətinin çıxarılması təsiri
bağıĢlayır. Klassik poetik mətnlərdə Ģübhəsiz ki, bu günkü estetik prinsiplər
doğrultusunda heç bir təfsirə yatmayan, izahı müĢgül olan parçalar da var.
Bədii mətnlərin ana dilinin poetika müstəvisində düzgün yerləĢdirilməsi bəzi
sualları cavablandıra bilir. Modern mətnlər bu izahı müĢkül parçalara izah
verir, ümumi poetik xəritədə mətn yalnız digər mətnlərlə izah olunur. Jak
Derridanın dediyi kimi, bir bədii mətn baĢqa bir mətnə ön söz kimi
anlaĢılmalıdır. Burada iyerarxiya, semantik müəyyənlik mənalarla oyun
stixiyasına əsaslanır.

Modern bədii mətn klassik bədii mətnlə münasibətdə keçmiĢ zamana
səyahət sayıla bilərmi (qismən-! - yəni, yazıldığı, nəfəsə gəldiyi an həmin
klassik mətnlərin yanından keçir, onların zamanına bulaĢır, onlara az da olsa
toxunur, sonra öz zamının realilərini canlandırır - !), yaxud klassik poetik
mətn müasir mətnin gələcəyi adlandırıla bilərmi (hansı zamanda
yazıldığından asılı olmayaraq bədii mətn, xüsusən Ģeir mətni gələcəyin
qulağında deyilən sözdür, təsadüfi deyil ki, gələcəkyə canlı gəlib çatan
klassik bədii mətni hamı oxumaq, anlamaq, ondan təsirlənmək istəyir...)? Bu
fikri təsdiqləmək üçün Ģübhəsiz ki, bu iki mətn tipini qarĢılaĢdırmaq, dərin
analizlər aparmaq lazımdır. Ancaq fikrimizcə bu da kifayət deyil, çünki
qarĢılaĢdırma və müqayisələr məsələnin ancaq bir üzünü aydınlaĢdırmaq
gücünə malikdir. Həm də müqayisənin doğurduğu təhriflər bədii mətnin
gələcəkdə anlaĢılmasının qarĢısını kəsir və elə bir məqam yetiĢir ki, təhrif
həqiqət kimi qəbul edilir. Hər hansı bədii mətn bətnindəki ‖ənənə
vərdiĢləriylə‖ keçmiĢə dönməyə, üzünü ona çevrib irəli getməyə məhkumdur.
Klassik qəzəllərdəki duyğu qəlibləri məhz qəlib olduğuna görə bizim
təsəvvür edə bilməyəcəyimiz dərəcədə dərinliyə can atır. Onu kəĢf etmək

CavanĢir Yusifli
Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi

20

cəhdində bulunur. Seyid Əzizm ġirvanin aĢağıdakı qəzəlində ―fəvvarə‖ (Ģeir,
onun intonasiyası...) mənbəyə - yerin təkinə qədər səyahət edir, o dərinliyə
can atır ki, həsrətdən cadar-cadar olmuĢ torpağın üstündəki misralar dünyanın
gərdiĢindən ən tutarlı sözləri deyə bilsinlər. Bu ―fəvvarə effekti‖ deyək ki,
yanğınlar, alovlar içində suyun gəliĢini elə bir ortamda təsvir edir ki, Ģeiri
oxuduqda suyun barmaqların arasından keçdiyini hiss edirsən. Duyğuların
qəlibləri o hiss və həyacanların zaman amplitudasında zərrə qədər də olsa
dəyiĢən üzünü əks etdirmək istəyir və əks etdirdiyi, kəĢf etdiyi nəsnələri
həmin qəlibin dərinliyinə kömür. Bu dərinlikdəki nəsnələr müasir mətnlərdə
açıq formada ifadə olunur.
Diqqət edin:

Oldu sünbüllər xəcil zülfi-pəriĢanın görüb,
Qönçələr qan oldular ləli-dürəfĢanım görüb.
Yusifə zindan təmənna oldu mehrindən sənin,
Aləmi-zərratdə çahi-zənəxdanm görüb.
Bağban hər gündə bir sərvin qopardır bağdən,
Ta kim, ey ruhi-rəvan, sərvi-xuramanm görüb.
Guylər tək əĢki-gülgunum olur hər yan rəvan,
Əldə çövkan, ərsədə RəxĢ üzrə cövlanm görüb
Qoy ölüm, axır nəfəsdir, gəlmə nəĢim üstə, ta
Qeyrlər mərg etməsin xahiĢ, bu ehsanın görüb.
Zəxminə mərhəm təsəvvür etdi tiri-Rüstəmi,
ƏĢkəbus, ey qaĢı yay, sinəmdə peykanın görüb
Qönçə tək yüz pirəhən çak etdi, ey gül, rəĢkdən
Seyyidi-xunincigər çaki-giribanm görüb.

Amerikan Ģairi Robert Frostun poeiya haqqında bir fikrini burada sitat
gətirmək, fikrimizcə yerinə düĢür: ―A poem is the emotion of having a
thought while the readers wait a little anxiously for the success of dawn.‖
20] (Tərcüməsi: Poeziya oxucunun Ģəfəqin doğmasını həyəcanla gözlədiyi
zaman düĢüncənin doğurduğu emosiyadır). Frostun ―emosiya - düĢüncə -
mətn üçbucağı‖ Ģübhəsiz ki, poeziya anlamının bütün dərinliyini ifadə etmək
gücünə malik deyildir, ancaq Ģeirin anidən yarandığını, düĢümcəyə, ideyaya
və bunları ifadə edən misralara çevirməsi həqiqətdir.

Ġndi isə müasir bədii mətnə diqqət edək:
Gecə yağıĢ yağdı...
səhərə qədər...
BaĢını salmıĢdı zanbaqlar gölə.
Onları qoruyur bu vaxt su sudan,
Amma güllər, otlar, baĢqa çiçəklər

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.10-30

21

YağıĢın altında mərd durmuĢdular.
Gün doğdu... hər yerdə parladı bahar.
Zanbaqlar baĢını suyun altında
ġirin bir yuxudan çəkdiyi zaman,
Amma güllər, otlar, baĢqa çiçəklər
Qaldırdı baĢını zərbə altından.

Birinci Ģeirdəki “Aləmi-zərratdə çahi-zənəxdanın görüb” ikinci Ģeirdə
bütün məna qatının üzə çıxmasına bərabərdir. Bəzən bədii mətndəki adi bir
ifadə özündən sonra uzaq əsrlərdə neçə-neçə mətnin yaranmasını Ģərtləndirə
bilir. Çənə, yaxud yanaqdakı çuxur kimi...

Yuxarıda ―fəvvarə effekti‖ndən danıĢdıq. Müasir Ģeirdə də var bu
kateqoriya. Əli Kərimin poeziyasında nəsr vurğusu bəzən sezintilərlə, bəzən
geniĢ spektrdə hiss olunur. Zaman məkanın içində əriyib, həll olub,
amorflaĢıb, məkansa insanı hər bir nöqtəsindən bəlləyən hislər, duyğular
səltənətinə dönüĢüb. Bu nöqtələrdən biri də onun özü haqqında üçüncü Ģəxs
kimi danıĢmasıydı. O, dünyada yox imiĢ/ gördüyüm kəs yuxuymuĢ... / Nə
siqaret çəkərmiĢ/ hey sümürə-sümürə// Nə də baĢ qaldırarmıĢ// xırda bir səs-
səmirə...

...Əli Kərimdə obrazın trayektoriyası oxucunu naməlumluqdan yenə
naməlumluğa, sirdən sirrə aparıb çıxarır. Bu, bəlkə də əksər Ģairlərdə belədir.
Obraz, detal nəsr dəqiqliyi ilə verilir, obrazın yaranma dinamikası elə libasda
təqdim edir ki, bunun son məqam olduğunu, yaxud yeni baĢlanğıca yol
açdığını duyursan.

...Az qala sındırdın barmaqlarımı, - deyimi bu qəbildəndir.
Yaxud, intonasiyada “fəvvarə effekti”. Hər yer susuzluqdan quruyub,

ağaclar son nəfəsini çəkib durub, yarpaqlar yerdə, həĢəm olub və birdən
fəvvarədən su fontan vurur. Kiminsə son arzusundan göylərə yüksələn su
ağacların ürəyini necə dindirirsə, Ģeirdəki intonasiya o susuzluğun səsinə,
azadlıq yanğısına çevrilir. Ġnsanın azadlıq duyğusu olmaqla olmamağın
sərhədini cızır.

Ədəbi hermenevtika həm klasdik poeziya, həm də modern ədəbiyyatda
mənalarla oyunun mexanizmini araĢdırlr, onların, bu iki istiqamətin bir-birinə
bağlanma və bir birindən qopma məqamlarını fərqləndirir. Ədəbi
hermenevtikanın qənaətincə, bədii mətn quruculuğunda əsas olan
mənayaratma kateqoriyasıdır və bu həm real, rasional, həm də irrasional
əsaslara söykənir. Bədii mətnin metafizik ölçüsü bir sıra bir-birinə bağlı, bir-
birini doğuran və üstələyən oxlardan ibarətdir. Hansı mətn ki birbaĢa, həm də
dərin təfsirə ehtiyac duymayan fikirlə sonuclanır, o mətndə məna axtarmaq,
baĢqa sözlə ədəbi arxeologiyaya zərurət yoxdur. Bir fikirlə çərçivələnən mətn

CavanĢir Yusifli
Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi

22

bədii deyil, sxematikdir və mətndəki texniki göstəricilər də o fikrin
konturlarını göstərməyə hesablanır.
3.Ədəbi tənqid - hermenevtika münasibətləri

Ədəbi tənqid həmiĢə, bütün məqamlarda interpretasiya ilə məĢğuldur.
Bilindiyi kimi, Ģərh hermenevtikanın nüvəsi, mahiyyətidir. Ədəbi tənqidlə
ədəbi hermenvtikanın bədii mətn məkanında təması bədii mətnin anlaĢılması
problemini önə çıxarır. Bu məsələnin kökünü araĢdırmaq üçün məhz
―anlama‖ nöqtəsində onların oxĢar və fərqli yanaĢma tərzlərini nəzərdən
keçirmək lazımdır. Həm tənqid, həm də ədəbi hermenevtika bədii mətnlərin
mənĢəyi məsələləri ilə məĢğul olur. YanaĢma tərzlərindəki fərqlər nədən
ibarətdir? Əvvəla ədəbi tənqid hər Ģeydən qabaq ancaq ədəbi mətnlərlə
məĢğul olur, onları araĢdırır. Hermenevtika isə təkcə yazılı mətnlərlə deyil,
Ģifahi mətnlərlə də məĢğul olur. Ədəbi tənqiddən fərqli olaraq ədəbi
hermenevtika bədii mətnin bədii dəyərini üzə çıxarmaq öhdəliyinə malik
deyildir, yaxud onu yaradan müəllifin sənətkarlıq meyarları haqqında
danıĢmaq onu qətiyyən maraqlandırmır.

Ancaq biz müəyyən məqamlarda tənqidi hermenevtikadan bəhs edə
bilərik. Denis THOUARD-ın fikrincə, nəĢrlərin, tərcümə və Ģərhlərin
meydana çıxmasına səbəb olan mətnlərə yüksək maraq haqqında qərar qəbul
edərkən Lill məktəbi nəinki filologiyanının ‖mətnlər haqqında elm‖
konsepsiyasını təsdiq etdi, eyni zamanda hermenevtikanı təcrübə meydanına
çıxardı. Fransada hermenevtikanın, yəni Ģərh sənətinin sələfləri və ənənələri
yoxdur.‖ 17] Bundan sonra müəllif əlavə edir: “Ancaq qarĢısına mətnlərin
Ģərh edilməsi məqsədini qoyan hermenevtika tənqidi ola bilər, halbuki tənqidi
yanaĢmada əsas faktor / məsələ Ģərhin (interpretasiyanın) tələb etdiyi
kontekst yaratmaq funksiyasına zidd olan mühakimə yürütmək və obyektlə
distansiya saxlamaqdır. Onların təmas tapdığı məqam təəccüblüdür. Tənqid
məvhumunu burda iki mənada anlamaq olar: bir tərəfdən filoloji yanaĢma
çərçivəsində verilən mətnlərin maddiliyi baxımından, digər tərəfdən isə
mətndə qurulmuĢ məna ilə ondan əvvəlki mənalar arasındakı əlaqəni nəzərə
almaq. Hermenevtika iĢarələrlə yox, onların nə ifadə etməsi, nə deməsi ilə
maraqlanır. Hermenevtika mətnlərin yaranmasını təsdiqləsə də, onların niyə
və nə məqsədlə yaranması sualını araĢdırmır. Hermenevtika eyni zamanda
bu mətnlərdən istifadə məsələsini də tədqiq edir”
17].

Ədəbi tənqid yuxarıda da vurğulandığı kimi haqqında bəhs edəcəyi mətnlə
özü arasında müəyyən distansiya saxlayır. Bu məsafənin necəliyi (mətnə çox
yaxın olması, yaxud ondan çox uzaq olması və ya uzaqlaĢması) tənqidin
koordinatları haqqında təsəvvür yaradır. Ancaq bədii mətnlərin təhlilində elə
məqamlar meydana gəlir ki, hermenevtik yanaĢama istəsən də, istəməsən də

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.10-30

23

özünü göstərir və onun ədəbi tənqidlə təması ədəbi hermenevtik metod
anlayıĢını formalaĢdırır. Humanitariyada müxtəlif bilik sahələrinin bir-birinə
ifrat dərəcədə yaxınlaĢması bədii mətnin təhlilində, iĢarənin daxilində yatan
enerjinin üzı çıxmasında onların birliyini tələb edir. Aydın məsələdir ki,
tənqidlə hermenevtikanı bir-birinə yaxınlaĢdıran çox sayda daxili faktorlar
mövcuddur. Onlardan biri bədoii mətnin ―keçmiĢinə ekskurs‖dur. Hər hansı
poetik mətnin, deyək ki, Ģeir mətninin təhlilində bu özünü daha qabarıq
Ģəkildə göstərir. Vaxtilə Haydegger də (1950 və 1951-ci illərdə) ―Dil‖ adlı
mühazirəsində bu məqama toxunmuĢdu. ġeir, onun mətnindəki hər bir əĢyanı
bildirən söz ―əmrlə‖ (Haydegerin təfsində məsələn, axĢam zəngi, qar
yağması...) yoxluqdan gerçəkliyə gətirilən əĢyanın adlandırılmasıdır və bu
insanın ruhani dünyasının ən gövrək parçaları sayıla bilər. Oxucu-mətn-
kontekst üçlüyündə ədəbi tənqidlə ədəbi hermenevtikanın qovuĢma,
bəhsləĢmə, ayrılma məqamları aydın Ģəkildə görünür. Kontekst aydın
məsələdir ki, bədii mətnin məna əhatəsidir. Hər hansı bədii əsərin içindəki bu
və ya digər realiyanın oxucu tərəfindən anlaĢılması üçün onun kontekstini
bilmək vacibdir. Bunsuz bədii mətn az dərəcədə anlaĢıla bilər və darıxdırıcı
təsir bağıĢlayar. Belə bir deyim var ki, realiyalar, tarixi nəsnələr
aydınlaĢdıqca əsərdəki müəyyən məqamlar, yəni mənalar gül kimi açır.
Müəllif hər hansı bədii əsəri yazarkən onula bağlı ən mümxtəlif məqam və
detalları özü üçün aydınlaĢdırır, ard-arda düzlən, ardıcılı iĢarələrin yaratdığı
mətn nə qədər səlis oxunsa da, oxucu hər an konteksti arayır, oxucu onu
mətndə tapmadıqda mətndənkənar realiyalara müraciət edir. A.Axmatovanın
―Qəhrəmansız poema‖ əsərində yer alan bəzi ifadələr bu sıradandır. O
mətndəki ―Футура прачечная‖ ifadəsi 20-ci əsərin əvvəllərində mexaniki
camaĢırxana tipidir. Bu faktın meydanda olmaması, yəni artıq tarixə
qovuĢması Ģərhçiləri ən müxtəlif fərziyyələr yürütməyə məcbur edirdi, elə
filoloqlar tapılırdı ki, ―Futura‖ sözünü Axmatovanın dövründə modda olan
futurizmlə əlaqələndiridilər və ortaya çox əcayib izahlar çıxırdı. ġübhəsiz ki,
oxucu bədii mətni oxuyarkən ilkin olaraq öz fantaziyasına güvənir, bu
hərəkət, yəni oxucu fantaziyası hermenevtik tərzdə düĢünsək, bədii əsərin
özünə də sirayət edir. Bədii əsər mətnində qeyd edək ki, istınilən fərziyyə və
izaha yer mövcuddur, bu məkan sonsuzdur. Ancaq bədii mətnin istənilən
fərziyyəni içində əritmək, yox etmək, ona müqavimət göstərmək seçimi də
vardır, belə olduğu üçün də bədii əsərlə oxucu münasibəti bütün kontekstlər
boyu davam edir. Bədii əsərin tarixi kontekstiylə yanaĢı onun bioqrafik
konteksti də mövcuddur və bu müstəvidə müəllifin iĢlətdiyi allüziyalar
mühüm rol oynayır.
4.U. Ekonun “mətn intensiyası”

CavanĢir Yusifli
Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi

24

Ġtalyan yazıçısı və semiotiki Umberto Ekonun XX əsrin ortalarında irəli
sürdüyü ―açıq əsər / açıq kitab‖ nəzəriyyəsi yəqin ki, böyük filoloq kütləsinə
tanıĢdır. Umberto Eko daha sonra qələmə aldığı ―Interpretation and
Overinterpretation: World, History, Texts‖ əsərində qeyd edirdi ki, ―Bu
kitabda mən müəyyən estetik dəyəri olan mətnlərin oxusunda Ģərhçinin rolu
üzərində dayanmıĢdım. Həmin sətirlər yazılanda oxucularımın diqqəti əsasən
bu məsələnin ―açıq‖ tərəfi üzərində cəmlənmiĢdi və belə bir fakt
dəyərləndirilmirdi ki, mənim müdafiə etdiyim açıq oxu məhz əsərin ehtiyac
duyduğu (Ģərhə yönəlik - !) fəaliyyətdir. BaĢqa sözlə, mən mətnlərin hüququ
ilə Ģərhçilərin hüquqlarının dialektikasını öyrənmiĢdim. Məndə belə bir
təəssürat yaranmıĢdı ki, son on illiklərdə Ģərhçilərin rolu həddindən artıq
dəyərləndirilmiĢdi‖ 18, 97].

O, bu konsespsiyası ilə Avropa avanqard sənətində tənqidi fikrin
Ģaxələnməsinə təkan vermiĢdir. Bu da məlumdur ki, nəzəri konsepsiyasının
irəli sürülməsindən xeyli müddət keçdikdən sonra Avropada Saylas Miller və
Pol Derman bu konsepsiya əsasında ekstremal ideylar irəli sürməklə
―nəhayətsiz Ģərh‖ ideyasının meydana gəlməsinə səbəb olmuĢdular. Eko,
Ģübhəsiz ki, bu ―Ģaxələnmənin‖ ortaya atılmasına qarĢı olmuĢ və Kembric
Universitetində oxuduğu mühazirələrin birində Ģərhin əsaslandırılması
naminə ―mətn intensiyası‖ ideyası ilə çıxıĢ etmiĢdi. Yəni, bizim də fikrimizcə
hər hansı bədii mətnin Ģərhi sonsuz deyil, bu mətnlə bağlı interpretasiyanın
sərhəddi mövcuddur.

Qianqian Sunun fikrincə 15, 131], orijinal əsərin Ģərhində əsas etibarı ilə
iki ―ifratla‖ üzləĢirik. Umberto Eko da mühazirəsində məhz bu ifratlara qarĢı
çıxmıĢ, bədii əsər və onun müəllifinin niyyətinin hər iki halda nəzərə
alınmamasını vurğulamıĢdır. Ġfrat Ģərhlərdən biri mətnin Ģərhi ilə bağlı vahid
standartın müəyyənləĢdirilməsidir. Adı çəkilən alimin mülahizəsincə, bu
ifrat, yəni mətnin Ģərhinə vahid standartın tətbiqi ―Ģərhin kifayət etməməsi‖
ilə nəticələnir. Digər konsespsiya isə mətnin sonsuza qədər Ģərhi ilə bağlıdır
ki, bu da Ekonun düĢüncəsinə görə ―ifrat Ģərh‖ hesab edilməlidir. ÇatıĢmayan
Ģərhlə artıq Ģərh arasında Ģübhəsiz ki, xalis bədii mətn yoxdur. Hər iki ifrat,
qeyd edilməlidir ki, Riçard Rortinin praqmatik yanaĢması, baĢqa sözlə, bədii
mətnə tədqiqatçının dar məqsəd və niyyətinin tətbiqi ilə bağlıdır. Əgər
tədqiqatçı bədii mətnə özünün nəzər-nöqtəsindən yanaĢırsa və bu təsadüfdə
hər Ģey uğurla ―həllini tapırsa‖, bu halda bədii mətn haqqında bircə kəlmə də
deyilməmiĢ olur. Mətndən sadəcə istifadə edilir.
5.Nəticə

Bizim filoloji tədqiqatlarda və xüsusən tənqidi fikirdə mətndən bu Ģəkildə
istifadənin minlərcə nümunəsi mövcuddur. Yəni, yalnız oxucunu ―niĢan alıb‖

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.10-30

25

bədii mətn haqqında söz demək, əgər söhbət Ģeirdən gedirsə, ona gözucu
baxıb ―oxucunun ürəyini oxumaq‖, onun duyğularına təsir etmək əsas
məqsəd olmuĢdur. Bununla bağlı biz çox sayda nümunələri göstərə bilərik,
ancaq bundan vaz keçib digər nəzəri postulatlara diqqət edək.

ġübhəsiz ki, ―ifrat interpretasiya‖ zamanı müəllif və bədii əsər
kənarlaĢdırılır. Müəllif niyyəti ilə bərabər bədii əsərin yazılmasının bir
konteksti var, bu kontekstləri kənara atandan sonra bədii əsər U.Ekonun
təbirincə desək, ―vakuumda‖ özbaĢına hərəkət edəcəkdir.

Umberto Eko irəli sürdüyü nəzəri konsepsiyada oxucu interpretasiyası
üçün hansısa meyarın müəyyənləĢdirilməsi ilə maraqlanmır. Onu
maraqlandıran mətn Ģərhinin müəllif niyyəti ilə bəzən buna əks olan oxucu
niyyəti arasında balans yaratmasıdır. Bədii mətnə yönəlik sonsuz sayda
Ģərhlərin bir çoxu özünü doğrultmaya bilər, yaxud zamanla ixtiyari sayıla
bilər. Bəs bu Ģərhlərin doğru olmaması necə meydana çıxır? ġübhəsiz ki,
―mətn intensiyası‖ sayəsində. Məhz bu niyyət müəllif niyyəti ilə oxucu Ģərhi
arasında balans yaradır, məhz bu niyyət, yəni mətndə ehtiva olunan intensiya
bədii mətnin yazılma kontekstini daim vurğu altında saxlayır. Bu kontekst
Ģərh zamanı unudularsa, bədii mətn Ekonun niĢan verdiyi boĢluqda üzdükcə
üzəcəkdir.

ƏDƏBİYYAT
1.
Gadamer, H.-G. (1975). Hermeneutics and Social Science. Cultural

Hermeneutics, 2(4), 307-316.
https://doi.org/10.1177/019145377500200402

2. Gadamer, H.-G. (1973). Wahrheit und Methode. Tübingen.
3. De Man, Paul. (1983). Blindness and Insight: Essays in the Rhetoric of

Contemporary Criticism. Minneapolis: University of Minnesota Press.
ISBN-13: 9780816611355

4. Heidegger, M. (1970). Existence and being. Chicago.
5. Heidegger, Martin. (1971). "The Origin of the Work of Art." Poetry,

Language, Thought. (Trans. by Hofstadter, A.). New York: Harper
Collins.

6. Husserl, E. (1975). Fünfte logische Untersuchung. Hamburg. ISBN-13:
9783787303328

7. Husserl, E. (1952). Ideas. London.
8. Kuhn, H. (1940). The Phenomenological Concept of ―Horizon‖. (ed.

Marvin Farber). Philosophical Essays in Memory of Edmund Husserl.
Cambridge (Mass.).

CavanĢir Yusifli
Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi

26

9. Palmer, R. E. (1969). Hermeneutics: Interpretation Theory in
Schleiermacher, Dilthey, Heidegger, and Gadamer. Evanston, IL:
Northwestern University Press, p. 120. ISBN-13: 9780810104594

10. Ricœur, P. (1977). Expliquer et comprendre. Sur quelques connexions
remarquables entre la théorie du texte, la théorie de l'action et la théorie de
l'histoire. Revue philosophique du Louvain, 75(25), pp. 126-147.
https://doi.org/10.3406/phlou.1977.5924

11. Russell, В. (1956). Logic and knowledge. London. ISBN-13:
9780041640014

12. Ryle, G. (1957). The theory of meaning. (ed. Muirhead, J. H.). British
Philosophy in the Mid-Century.
London, George Allen and Unwin. pp.
239--64.

13. Wittgenstein, L. (1958). The Blue and Brown Books: Preliminary
Studies for the 'Philosophical Investigations'.
Oxford, England: Harper &
Row. Edited by Rhush Rhees.

14. Wittgenstein, L. (1953). Philosophical Investigations. (Trans. [on
facing pages] by Anscombe, G.E.M., Hacker, P.M.S., and Schulte,
Joachim). Oxford: Blackwell. (Revised fourth edition, ed. P.M.S. Hacker
and Joachim Schulte, 2009).

15. Qianqian Su (2018). Study on the Hermeneutics and Esthetics Theory
of Umberto Eco. Proceedings of the 4th International Conference on Arts,
Design and Contemporary Education (ICADCE 2018)
, Atlantis Press, pp.
331-333. ISBN: 978-94-6252-548-1.
https://doi.org/10.2991/icadce-18.2018.70
https://www.atlantis-press.com/proceedings/icadce-18/25900210

İnternet resursları:
16.
Hermeneutic circle. In Wikipedia.

https://en.wikipedia.org/wiki/Hermeneutic_circle
17. Berner, C., & Thouard, D. (2020). Sens et interprétation: Pour une

introduction à l’herméneutique (French Edition). Kindle Edition
Publisher: Presses Universitaires du Septentrion, 158 p.

18. Umberto Eco, (1990). Interpretation and Overinterpretation: World,
History, Texts
. Clare Hall, Cambridge University. ISBN: 9780521425544
https://tannerlectures.utah.edu/_resources/documents/a-to-z/e/Eco_91.pdf

19. Thompson, L. (1964). Selected Letters of Robert Frost. New York:
Holt, Rinehart and Winston, 728 p. ISBN-13: 978-0884270119

20. Frost, R. (1969). Home Burial (ed. Edward C Lathem), New York:
Holt, Rinehart and Winston.

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.10-30

27

21. Gerard , M. (1970). Charles Olson, The Art of Poetry No. 12. The Paris
Review. https://www.theparisreview.org/interviews/4134/the-art-of-
poetry-no-12-charles-olson



Литературно-филологическая герменевтика как прием
интерпретации смыслов художественного текста

Джаваншир Йусифли


Абстракт. Литературная герменевтика изучает проблему интерпретации
смыслов художественного текста, рассматривает ее на стыке ряда
филологических областей и тем самым создает новые критерии
филологического/критического подхода к художественному тексту.
Необходимость, породившая литературную герменевтику как область
филологии, заключалась в раскрытии глубины смыслов художественного
текста. Это также объясняет эстетическое сближение и расхождение между
классическими и современными литературными текстами, отмечая точки
пересечения обоих. Современный художественный текст не возникает на
суше, хотя и берет свое начало из души сочиняющего его художника, он
связан с традицией, он отражает общее духовное общение путем посещения
прошлого, конкретно своего прошлого. Понятно, что каждый поэт,
прошедший определенный творческий путь, имеет свое определение поэзии.
Формируя это определение (понятие поэзии-!), поэт действует из
собственного опыта и пишет больше с намерением, переданным ему
традицией. Ваша собственная эмоция может сливаться с мыслью сотен лет в
художественном тексте, изменять ее или отрицать, и в результате смысловой
пласт в художественных текстах расширяется и охватывает весь мир.

Ключевые слова: литературная герменевтика, круг, дуга, Хайдеггер,
Гадaмер, Умберто Эко, интерпретация, крайняя интерпретация, литературные
стандарты



Literary-Philological Hermeneutics as a Technique of Interpretation of
Meanings in Literary Text


Доктор филологических наук, доцент,
старший научный сотрудник «Отдела теории литературы» Институт литературы НАНА; Баку, Азербайджан
E-mail: jyusifli@mail.ru
https://orcid.org/0009-0009-5960-3387
Цитировать статью: Йусифли, Дж. [2024] Литературно-филологическая герменевтика как прием
интерпретации смыслов художественного текста. Журнал «Metafizika», 7(2), с.10-30.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.10-30

История статьи:
Статья поступила в редакцию: 01.01.2024

Отправлена на доработку: 02.02.2024
Принята для печати: 04.03.2024

CavanĢir Yusifli
Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi

28

Javanshir Yusifli


Abstract. Literary hermeneutics studies the problem of interpreting the meanings
of an artistic text, considers it at the intersection of a number of philological fields
and thus creates new criteria for philological/critical approach to an artistic text. The
necessity that gave rise to literary hermeneutics as a field of philology was to reveal
the depth of meanings of the artistic text. It also explains the aesthetic convergence
and divergence between classical and modern literary texts, noting the points of
intersection of both. The modern artistic text does not arise on dry land, although it
originates from the soul of the artist composing it, it is linked to tradition, it reflects a
shared spiritual communion by visiting the past, specifically its past. It is clear that
every poet who has traveled a certain creative path has his own definition of poetry.
In forming this definition (the concept of poetry-!), the poet acts from his own
experience and writes more with the intention handed down by tradition. Your own
emotion can merge with, modify, or negate the thought of hundreds of years in an
artistic text, and as a result, the layer of meaning in artistic texts expands to
encompass the whole world.

Keywords: literary hermeneutics, circle, arc, Heidegger, Gadamer, Umberto
Eco, interpretation, overinterpretation, literary standards


REFERENCES

1. Gadamer, H.-G. (1975). Hermeneutics and Social Science. Cultural
Hermeneutics, 2
(4), 307-316.
https://doi.org/10.1177/019145377500200402 (in English)

2. Gadamer, H.-G. (1973). Wahrheit und Methode. Tübingen. (in German)
3. De Man, Paul. (1983). Blindness and Insight: Essays in the Rhetoric of

Contemporary Criticism. Minneapolis: University of Minnesota Press.
ISBN-13: 9780816611355 (in English)

4. Heidegger, M. (1970). Existence and being. Chicago. (in English)
5. Heidegger, Martin. (1971). "The Origin of the Work of Art." Poetry,

Language, Thought. (Trans. by Hofstadter, A.). New York: Harper
Collins. (in English)


Doctor of sciences on philology, associate professor,
senior researcher of "Department of Literary Theory" Institute of Literature of ANAS; Baku, Azerbaijan
E-mail: jyusifli@mail.ru
https://orcid.org/0009-0009-5960-3387
To cite this article: Yusifli, J. [2024] Literary-Philological Hermeneutics as a Technique of Interpretation of
Meanings in Literary Text.“Metafizika” journal, 7(2), pp.10-30.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.10-30

Article history:
Received: 01.01.2024
Accepted: 04.03.2024

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.10-30

29

6. Husserl, E. (1975). Fünfte logische Untersuchung. Hamburg. ISBN-13:
9783787303328 (in German)

7. Husserl, E. (1952). Ideas. London. (in English)
8. Kuhn, H. (1940). The Phenomenological Concept of ―Horizon‖. (ed.

Marvin Farber). Philosophical Essays in Memory of Edmund Husserl.
Cambridge (Mass.). (in English)

9. Palmer, R. E. (1969). Hermeneutics: Interpretation Theory in
Schleiermacher, Dilthey, Heidegger, and Gadamer. Evanston, IL:
Northwestern University Press, p. 120. ISBN-13: 9780810104594 (in
English)

10. Ricœur, P. (1977). Expliquer et comprendre. Sur quelques connexions
remarquables entre la théorie du texte, la théorie de l'action et la théorie de
l'histoire. Revue philosophique du Louvain, 75(25), pp. 126-147.
https://doi.org/10.3406/phlou.1977.5924 (in French)

11. Russell, В. (1956). Logic and knowledge. London. ISBN-13:
9780041640014 (in English)

12. Ryle, G. (1957). The theory of meaning. (ed. Muirhead, J. H.). British
Philosophy in the Mid-Century.
London, George Allen and Unwin. pp.
239--64. (in English)

13. Wittgenstein, L. (1958). The Blue and Brown Books: Preliminary
Studies for the 'Philosophical Investigations'.
Oxford, England: Harper &
Row. Edited by Rhush Rhees. (in English)

14. Wittgenstein, L. (1953). Philosophical Investigations. (Trans. [on
facing pages] by Anscombe, G.E.M., Hacker, P.M.S., and Schulte,
Joachim). Oxford: Blackwell. (Revised fourth edition, ed. P.M.S. Hacker
and Joachim Schulte, 2009). (in English)

15. Qianqian Su (2018). Study on the Hermeneutics and Esthetics Theory
of Umberto Eco. Proceedings of the 4th International Conference on Arts,
Design and Contemporary Education (ICADCE 2018)
, Atlantis Press, pp.
331-333. ISBN: 978-94-6252-548-1.
https://doi.org/10.2991/icadce-18.2018.70
https://www.atlantis-press.com/proceedings/icadce-18/25900210 (in
English)

İnternet resursları:
16.
Hermeneutic circle. In Wikipedia.

https://en.wikipedia.org/wiki/Hermeneutic_circle (in English)
17. Berner, C., & Thouard, D. (2020). Sens et interprétation: Pour une

introduction à l’herméneutique (French Edition). Kindle Edition
Publisher: Presses Universitaires du Septentrion, 158 p. (in French)

CavanĢir Yusifli
Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi

30

18. Umberto Eco, (1990). Interpretation and Overinterpretation: World,
History, Texts
. Clare Hall, Cambridge University. ISBN: 9780521425544
https://tannerlectures.utah.edu/_resources/documents/a-to-z/e/Eco_91.pdf
(in English)

19. Thompson, L. (1964). Selected Letters of Robert Frost. New York:
Holt, Rinehart and Winston, 728 p. ISBN-13: 978-0884270119 (in
English)

20. Frost, R. (1969). Home Burial (ed. Edward C Lathem), New York:
Holt, Rinehart and Winston. (in English)

21. Gerard , M. (1970). Charles Olson, The Art of Poetry No. 12. The Paris
Review. https://www.theparisreview.org/interviews/4134/the-art-of-
poetry-no-12-charles-olson (in English)