“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 2, serial 26, 2024. pp.132-142 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
132
UOT: 297; 23/28
KBT: 36.37; 86.38
DOI: 10.33864/2617-751X.2024.v7.i2.132-142
MJ № 215
Xristianlıq və İslamda Dəccal inancının oxşar və fərqli cəhətləri
Leylaxanım Məlikova
Ələddin Məlikov
Abstrakt. Xrsitianlıq və Ġslam dinində dünyanın sonu barədə bir çox
məlumatlar mövcuddur. Dünyanın sonun nə vaxt olacağı bilinməsədə, onun
yaxınladĢığı zamanda baĢ verəcəklər barədə dini ədəbiyyatda bəzi əlamətlər
mövcuddur. Bu əlamətlərdən biri də Dəccalın gəliĢidir. Dəccalın gəliĢi
Xristianlıq və Ġslam düĢüncəsində həm də xilaskarın gələcəyi vaxtın yaxın
olduğunun xəbərçisidir. Hər iki dinə görə Dəccal gözlənilən xilaskardan
əvvəl gələcək, insanları aldadadıb yalanlarına inandıracaq və ona aldananlar
onun ardından gedəcəklər. Xilaskar gəldikdən sonra Dəcalla döyüĢəcək və
onu məğlub edəcəkdir. Xristian inancında Dəccal ―Anti-christ‖ termini ilə
ifadə olunur. Dəcalla bağlı xəbərlər Əhdi-Cədid dörd kitabı Yəhyanın ilk iki
məktubu, Vəhy kitabı və Pavelin Saloniklilərə Ġkinci Məktubunda verilib.
Bəzi hissələrdə açıq bir ifadə ilə, bəzi hissələrdə isə simvolik olaraq
Dəccaldan bəhs olunur. Ġslam inancında Dəccalla bağlı məlumatlar Qurani-
Kərimdə açıq bir ifadə ilə bildirilməyib, onunla bağlı məlumatlar hədis
mənbələrindədir. Qiyamət günü bilinmədiyi kimi Dəccalın gələcəyi gün də
bilinmir. Sadəcə onun gələcəyi vaxt fəlakətlərin, xaosun artdığı bir zaman
dilimi olacağı bilinir. Dəccalın gəliĢi Ġslamda on böyük qiyamət əlamətindən
biri hesab olunur.
Açar sözlər: Dəccal, Məsih, Anti-christ, Ġslam, Xristianlıq, axır zaman,
qiyamət
Azərbycan Ġlahiyyat Ġnstitutunun ―Dinlər tarixi‖ itisası üzrə magistrantı; Bakı, Azərbaycan (məsul müəllif)
E-mail: leyla.xanim.2020@gmail.com
https://orcid.org/0009-0009-4649-7108
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
―AcademyGate Publishing‖-in elmi tədqiqatçısı (ISNI: 0000000514175052); Bakı, Azərbaycan
E-mail: aladdin.malikov@gmail.com
https://orcid.org/0000-0001-5830-6764
ISNI: 0000000514199177
Məqaləyə istinad: Məlikova, L., & Məlikov, Ə. [2024] Xristianlıq və Ġslamda Dəccal inancının oxĢar və fərqli
cəhətləri. “Metafizika” jurnalı, 7(2), səh.132-142.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.132-142
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 19.03.2024
Təkrar iĢlənməyə göndərilmiĢdir: 22.04.2024
Çapa qəbul edilmiĢdir: 06.05.2024
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.132-142
133
1.Giriş
Ġnsanlıq tarixinə nəzər saldıqda görürük ki, yaxĢı və pis arasında olan
mübarizə hər zaman mövcud olub. Xeyir və Ģərin mübarizəsi insanların dini
inancında da özünü göstərib. Ġlahi dinlərdə olan Xristianlıq və Ġslamda olan
xeyir və Ģər mübarizəsi nəzər saldıqda bir nümunədə, hər iki dində qiyamət
gününün yaxınlaĢdığı bir dövrdə bir xilaskarın gələcəyi və onun Ģər qüvvə ilə
mübarizə aparıb insanları xilas edəcəyi inancıdır.
Xristianlıq və Ġslamda qiyamət gününün nə zaman olacağı bilinməsədə,
onun yaxınlaĢdığı zaman ərzində baĢ verəcək bəzi hadisələr barədə
məlumatlar mövcuddur. Qiyamətin yaxın olduğu həmin zaman dilimi axır
zaman və ya son zaman olaraq bilinir. Xristianlıq və Ġslam mənbələrində axır
zamanla bağlı müxtəlif əlamətlər mövcuddur. Bunlardan bəziləri dinlərin öz
müqəddəs kitablarında, bəziləri isə rəvayətlərdə özünü göstərir. Bu
inanclardan ən önəmlisi axır zamanda yer üzərində fitnə yaratmaq məqsədilə
ortaya çıxacaq olan, insanları yalanlarına inandıran, möcüzələr göstərən
Dəccal adlı varlığa inamdır. Bu məqalədə Dəccalın Xristianlıq və Ġslam
inancında olan yerinə, xüsusiyyətlərinə, gələcəyi zamanda nələr edəcəyinə,
hər iki dində olan Dəccal fiqurunun oxĢar və fərqli yönlərinə baxılacaqdır.
2.Xristianlıqda dəccal (Anti-christ) inancı
Məsih mərkəzli bir din olan Xristianlıqda esxatoloji fiqurlardan biri də
Dəccaldır. Dəccal Xristian teologiyasında ―Anti-christ‖ termini ilə ifadə
olunur. Antixrist Məsihin ziddi və düĢməni olaraq bilinir. Onun haqqında
müqəddəs yazılarda birbaĢa istinadlar azlıq təĢkil edir. Müqəddəs kitabda
"Dəccal" sözü ―yalançı məsihlər, yalançı peyğəmbərlər‖, ―məhv oğlu, fəsad
adamı‖ kimi ifadə olunub. Müqəddəs kitaba görə Dəccalın gəliĢi Məsihin
ikinci gəliĢindən əvvəl olacaq və Ġsa Məsihin əli ilə məhv ediləcəkdir.
―Qoy heç kəs sizi aldatmasın, çünki o gün gəlməzdən əvvəl dönüklük
baĢ qaldırmalı, qanunsuzluq adamı, yəni həlaka məhkum edilmiĢ Ģəxs
zühur etməlidir. Bu düĢmən özünü allah deyilən hər kəsdən və pərəstiĢ
edilən hər bir Ģeydən üstün tutacaq, Allahın məbədində oturub özünü allah
kimi qələmə verəcək”. [II Saloniklər 2: 3-5]
Xristianlıqda Dəccalın gələcəyinə dair xəbərlər Əhdi-Cədidin dörd kitabı
Yəhyanın ilk iki məktubu, Vəhy kitabı və Pavelin Saloniklilərə Ġkinci
Məktubunda verilib. Saloniklərin ikinci məktubu və Vəhy kitabına nəzər
saldıqda Dəccal termini ilə qarĢılaĢmırıq, lakin hər iki kitabda ona iĢarə edən
əlamətlər mövcuddur [Lerner, 2023].
Yəhya məktublarında Dəccal və Dəccalar sözlərindən istifadə edir, lakin
onlar bir güclü pis liderə deyil, Ġsa Məsihin təcəssümünü [1 Yəhya 4:3] və
onun ilahi təbiətini inkar edən, beləliklə ata və oğulun əsl mahiyyətini inkar
edən yalançı müəllimlərə aid edilir. [1 Yəhya 2:18, 22]. Bununla yanaĢı
Leylaxanım Məlikova, Ələddin Məlikov
Xristianlıq və Ġslamda Dəccal inancının oxĢar və fərqli cəhətləri
134
Yəhyanın ikinci məktubunda dəccallar Ġsa Məsihin cismani olaraq gəldiyini
inkar edənlərdir [Jamberk, 2015, s.224]. Ġsa Məsih özünün ən böyük
esxatoloji mesajında dünyada geniĢ yayılmıĢ ədalətsizliyin və Kilsədə
dönüklüyün gələcəyi dövrü əvvəlcədən söyləmiĢdir [Matta 24:10-14].
Pavelin Saloniklilərə Ġkinci Məktubunda [2:3,4,8] bu dönüklüyün nəticəsi
olaraq ―Günah adamının‖ gəliĢi vurğulanıb [Rose, 2013, s.244].
Müqəddəs kitabın Vəhy kitabında Dəccalın iki canavar Ģəklində simvolik
təsvirləri verilmiĢdir. Onlardan biri dənizdən çıxan on buynuzlu yeddi baĢlı
heyvandır. BaĢlarına küfr adları yazılmıĢdır. Bu canavar Danile kitabından
dörd canavarın birləĢmiĢ formasıdır. Dəccal ġeytandan hakimiyyət və güc
almıĢdır [Demirci, 2019, s.67]. Məsih səmavi orduları ilə yerə qayıtdıqda,
onları atəĢ gölünə atır və davamçılarını ağzından çıxan qılıncla öldürür
[Vəhy, 11:7, 13:1-10, 17:3-18, 19:19-21; Daniel, 7:1-9, 15-27]. Vəhy
kitabında Dəccal və yalançı Məsihin bu təsviri məcazi, gizli mənalarına
malikdir.
Xristian inancına görə Dəccalın hökmranlığı üç il yarım davam edəcək.
Məsih kimi, Dəccal da Yerusəlimə gələcək, lakin Məsihin əksinə olaraq,
yəhudilər tərəfindən coĢğu və hörmətlə qarĢılanacaq. O hiylə və yalanları ilə
insanları özünə inandırmağı bacaracaq və insanlar onun arxasınca gedəcək.
Onun hakimiyyəti dövründə , məbədi yenidən tikəcək və Süleymanın
taxtında oturacaq. Dəccal Məsih kimi möcüzələr göstərəcək və ona ibadət
edilsin deyə heykəllərini qoyduracaq. O, yer üzünün hökmdarlarını özünə
çevirəcək və xristianları təqib edəcək. Onun hiylələrinə müqavimət
göstərənlərin hamısı iĢgəncəyə məruz qalacaq [Lerner, 2023]. Allahın həqiqi
Məsihindən dönən bəĢəriyyət Dəccalı ―dünyanın Məsihi, onun mədəni
xilaskarı‖ kimi görəcək. Onun hakimiyyəti altında insan birliyi Allaha və
Onun Məsihinə qarĢı ―insan üsyanının zirvəsi‖ olacaq [Rose, 2013, s.244].
AyrılmıĢ üç il yarımın sonunda isə Dəccal Məsihin gücü ilə məhv ediləcək,
bunun ardınca çox qısa bir fasilədən sonra Son Qiyamət və dünyanın sonu
gələcək [Lerner, 2023].
Xristian inancında Dəccal anlayıĢında bəzi ümumi xüsusiyyətlər var.
Bunlar:
1. Məsih gəlməmiĢdən əvvəl anidəm gələcək və siyasi hakimiyyəti
ələ keçirəcəkdir.
2. Dəccal və ya onun əsas köməkçisi yəhudidir.
3. Gəldikdən sonra özünü yəhudiliərin ―Məsih‖i olaraq elan edəcək.
4. Məsih kimi möcüzələr göstərəcəkdir.
5. Onun yaĢıdığı bölgə Qüds olacaq
6. Yəhudi ibadətində iĢtirak edəcəyi yəhudilər üçün Qüds ―məbədi‖
tikəcəkdir [Gençtürk, 2014, s.25].
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.132-142
135
Tarix boyu bu kimi xüsusiyyətləri daĢıyanlar insanlar tərəfindən Dəccal
olaraq adlandırılıb. Katolik kilsəsi tərəfindən zülm görən və təqib edilən bəzi
orta dövr ilahiyyatçıları və islahatçıları, Dəccalı papalarla və ya ümumilikdə
papalıq anlayıĢı ilə eyniləĢdiriblər. Wayne Grudem bütün bu düĢüncələrin
yanlıĢ olduğunu vurğulayır. Onun fikrinə görə xristianlıqda hələ görülməmiĢ
zülm özünü göstərəcək və əsl Dəccal ortaya çıxacaq. Bu Ģəxs Ġsa Məsihin
ikinci gəliĢindən sona məhv ediləcək və insanlar onun zülmündən xilas
olacaq. Grudenə görə, tarix boyunca Xristianlara zülm edən hər kəsi Dəccal
olaraq görməsək də, bir çoxunu həqiqətdə hələ gəlməmiĢ olan dəccalın
öncülləri adlandırmaq yalnıĢ olmaz [Jamberk, 2015, s.224].
Sonda deyə bilərik ki, Xristianlıqda Dəccalın gəliĢi ilə üç əsas görüĢ
mövcuddur. Birinci görüşə görə Dəccal gəlmiĢdir və artıq həyatda deyil. Bu
görüĢü müdafiə edənlərə Dəccalın kim olduğuna dair bir çox nümunələr
göstərirlər. Dəccal olduğu iddia edolən ilk personajlardan biri Antioxus
Epiphanusdur. Onu Yehovaya ibadətə qarĢı çıxmasına, məbədi
murdarlamasına, yəhudililərə qarĢı amansız rəftarına və s. əlamətlərinə görə
Dəccal adlandırırdılar. Dəccal olduğu iddia olunan digər presonaaj isə
Nerondur. Onu Roma imperatoru olarkən dinsizliyinə, tükənməz eqoizminə
və amansız rəftarına görə Dəccala bənzədirdilər. Lakin onun Dəccal fiquruna
uyğun olmadığı sübut edilmiĢdir, çünki Yəhyanın Vəhy kitabının on üçüncü
fəsini yazdığı vaxtda Neronun artıq həyatda deyildi. İkinci görüşün
tərəfdarları Dəccalı Papalıq sistemi ilə eyniləĢdirirlər. Onlara görə papanın
təkəbbürü, məsumluq iddiası, verdiyi vədlərə əməl etməməsi ―Günah
oğlunun‖ xüsusiyyətləri ilə eynidir. Üçüncü görüşə görə Dəccal hələ yer
üzünə gəlməyib və gələvəyi vaxt bizə məlum deyil [Pink, 2013, s.4-5]. Bu
görüĢlər arasında ən geniĢ yayılmıĢı üçüncüsüdür.
3.İslamda Dəccal inancı
Lüğəvi mənası ―bir Ģeyi örtmək, bəzək vurmaq, yaxud boyamaq‖
[Camalov, Əzizova və b, 2020, s.66] mənasında olan Dəccal Ġslam dinində
qiyamət əlamətlərindən biridir. Terminoloji məna olaraq Dəccal ―Axır
zamanda ortaya çıxacaq, göstərdiyi qeyri-adi hadisələrlə bəzi insanları doğru
yoldan döndərəcək bir Ģəxs‖ olaraq qəbul edilir [Deliser, 2018, s.312].
Qurani- Kərimdə qiyamət əlaməti olaraq Dəccalın gələcəyinə dair açıq
ifadəylə qarĢılaĢılmır. Qurani-Kərimdə açıq bir ifadəylə yer almayan dəccal
məsələsi hədis kitablarının Fitən və Məlahimə bölmələrində və qiyamət
əlamətlərindən bəhs edən əsərlərin müvafiq hissələrində yer alır. Bunarla
yanaĢı hər dövrdə aktual olan tədqiqat mövzularından biridir.
Dəccal Həz. Nuhun dövründən bütün peyğəmbərlər ümmətlərini onun
fitnə-fəsadından çəkindinmək üçün onları xəbərdar ediblər, bununla yanaĢı
Həz. Məhəmməd (s.a.s)-in də onun Ģəridən Allaha sığındığı bir varlıq kimi
Leylaxanım Məlikova, Ələddin Məlikov
Xristianlıq və Ġslamda Dəccal inancının oxĢar və fərqli cəhətləri
136
bilinir. Bəzi mənbələrdə xəstə olan bir varlıq kimi, bəzilərində isə konkret bir
Ģəxs kimi təsvir edilir. Dəccalın sayı barədə də müxtəlif rəvayətlər
mövcuddur. Ümumiyyətlə, otuzdan çox dəccalın olduğu rəvayət olunur.
Rəvayətlərin böyük əksəriyyətinə görə Dəccal və Dəccalların sayı göstərilmir
[Apak, 2022, s.13].
Mövzu ilə bağlı bəzi rəvayətlərdə dəccalı Hz. Peyğəmbərin dövründə
Mədinədə yaĢamıĢ Ġbn Səyyad olduğu qeyd olunur. Yəhudi əsilli olduğu,
falla məĢğul olan, qəribə davranıĢları olan və peyğəmbər olduğunu iddia edən
Ġbn Səyyadın dəccaliyyətə aid bəzi xüsusiyyət və keyfiyyətlət malik olduğu
üçün dəccal olduğu qiymətləndirilmiĢdir. Lakin rəvayətdə bəhs edilən
dəccalın xüsusiyyətlərini daĢıyan Ģəxslə qiyamət yaxınlaĢdığı dövrdə gələcək
Dəccal eyni Ģəxs deyil.
Rəvayətlərdə Dəccalın görnüĢü və mənəvi xüsusiyyətlərilə bağlı müxtəlif
məlumatlar mövcuddur. Dəccalın əsas xüsusiyyətlərindən biri bir gözünün
qüsrlu olmasıdır. Həz. Məhəmməd (s.a.s.) bu xəbəri verdikdə, digər
peyğəmbərlərin bu xüsusiyyəti bildirmədiklərini vurğulayıb. Bu məsələ ilə
bağlı rəvayətlərə baxdıqda, bu qüsurun sağ gözdə olduğunu deyən rəvayətlər
də mövcuddur, sol gözdə olduğunu deyənlərdə. Bəzi görüĢlərə görə, bir
gözünün kor olması xüsusiyyəti ―din dilinin‖ ifadə formasıdır. Biliyin
mənbəyi olaraq beĢ duyğu orqanı və ağıl əsas götürülür. Bunlar Ġslamın
mahiyyətini anlayan iki göz kimidir. Qurani Kərimdə ―Həqiqətən, gözlər kor
olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar.‖ ayəsi bu həqiqəti dilə
gətirir. Yəni Dəccalın ilahi həqiqətə çata biləcək, Ġslamın mahiyyətini
görəcək gözü kordur [Veli, 2003, s.186]. Ġlahlıq iddiası edəcək Dəccalı zahiri
görünüĢ baxımından xoĢ olmayan görkəmə sahib olacaqdır. Ġnsanlar onun bu
görkəmindən heyrətlənəcək və niyyətindən xəbərdar olacaqlar [Bodor, 2017,
s.97]. Onun görkəmi ilə bağlı mənbələrdə bəzi zidd görüĢlər mövcuddur. O,
qısa boylu və ya cüssəli, əsmər və ya ağ dərili və buruq saçlı olacaqdır. Onun
alında yalnız onun əmələrindən narahat olanların və möminlərin görə biləcəyi
kafir‖ sözü yazılacaqdır [Apak, 2022, s.13]. Dəccalın bərabərində" ‖وبفش―
cənnət və cəhənnəm mövcuddur. Lakin onun cənnəti cəhənnəm, cəhənnəmi
cənnətdir. Buna bənzər olaraq onun yanında alov və sudan ibarət iki çay var.
Lakin alov olan həqiqətdə su, su olan isə alovdur. Dəccalın xüsusiyyətlərinə
nəzər saldıqda əsasən ziddiyyətlərlə qarĢılaĢıldığı görünür. Onun ətrafında
yaxĢı olaraq görünənlər pis, pis olaraq görünənlər isə yaxĢıdır. Onun aldadıcı
xüsusiyyəti burada açıq Ģəkildə görünür. Əslində həqiqətə qarĢı ―kor‖ olanlar
onun yalanlarını doğru olaraq görüb arxasınca gedəcəkdir.
Ġstər hədislərdə, istərsə də Ġslam qaynaqlarında Dəccala fövqəlbəĢəri
xüsusiyyətlər aid edilir, Həz. Ġsanın möcüzələri ilə oxĢarlıq təĢkil edən bu
xüsusiyyətlər arasında külək kimi sürətli hərəkət etmə, yağıĢ yağdırma,
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.132-142
137
qurumuĢ bitkiləri canlandırma, bolluq və qıtlıq yaratma, öldürüb diriltmə,
xəstələri sağaltma, dağları yerindən oynatma, günəĢi saxlama kimi
xüsusiyyətlər mövcuddur. Dəccalın ortaya çıxacağı zaman və məkanla bağlı
müxtəlif görüĢlər mövcuddur. Onun ―bir yüz ilin baĢında‖, Ġstanbul fəth
olunduqdan sonra, insanlar iman və nifaq Ģəklində iki hissəyə bölündüyü bir
vaxtda, Xorasanda, Ġsfəhanda, ġamla Ġraq arasında olan bir yerdə və ya
ġamdan çıxacağı, külək kimi sürətli hərəkət edəcəyi, buna baxmayaraq
Məkkə, Mədinə və Qüdsə daxil olmayacağı bildirilib [Çelebi, 2019, s.70].
Rəvayətlərə görə, Dəccalın gəldiyi ilk günü insana bir il kimi, ikinci gün
bir ay kimi, üçüncü gün bir həftə kimi, digər günlər isə normal günlər kimi
gələcək. Gəldiyi ilk vaxtlarda müsibətlərin çoxluğundan insana bir gün bir il
kimi gələcək, ikinci dövrdə bu biraz yüngülləĢəcək, üçüncü və dördüncü
dövrlərdə isə insanlar cəhalətə, qəflətə öyrəĢdikləri üçün cahil Ģəkildə
yaĢayanlara keçən günlər normal günlər kimi gələcək [Veli, 2003, s.188].
Dəccalın yer üzündə qaldığı müddətlə bağlı rəvayətlərə baxdıqda ortaq fikir
qırx rəqəmidir. Məsələn, Rəsulullahdan (s.a.s.) nəql olunan bir rəvayətdə:
“Dəccal qırx gün yer üzündə dolaĢacaq. Məkkə və Mədinədən baĢqa hər yerə
daxil olacaq. Onun bir günü il, bir günü ay, bir günü həftə, digər günləri
sizin günləriniz kimidir”. Bəzi rəvayətlərdə qırx gün yox, qırx səhər, qırx
gecə, qırx il ifadələrinə yer verilib [Bodor, 2017, s.95].
Dəccalın ölümünə gəldikdə isə bu mövzu ilə bağlı müxtəlif fikirlər
mövcuddur. Ġslam məzhəblərində olan müxtəlif fikirlərə görə Dəccal Həz. Ġsa
və ya Həz. Mehdi tərəfindən məhv ediləcəkdir. Bir rəvayətə görə Həz. Ġsa iki
mələklə birlikdə ġamın Ģərqindəki minarəyə enəcək, dəccalı axtaracaq və
Lud qapısında onu öldürəcəkdir [Bodor, 2017, s.99].
Dəccalla bağlı rəvayətləri Ģərh edən bəzi Ġslam alimlərinin ortaq görüĢünə
görə, Dəcala bağlı xəbərlər insanları fitnə-fəsad törədənlərə qarĢı xəbərdar
etməkdir. Yəni Dəccalı xüsusi bir Ģəxs olaraq qəbul etməkdənsə, küfrü yayan,
insanları doğru yoldan döndərən, fitnə-fəsad törədən hər cür insan və
zehniyyəti dəccal olaraq qəbul etməyi daha məqbul hesab etmək olar. Dəccal
inancını bu Ģəkildə qəbul etmək insanın imanına zərər verməz, çünki Dəccal
inancı dinin zərurətlərindən hesab olunmur. Bu anlayıĢı bu Ģəkildə qəbul
etmən ən yaxĢı halda bidət və xəta olar [Çelebi, 2019, s.71]. Bu görüĢlə
yanaĢı Ġslam dünyasında Dəccal inancını ümumiyyətlə rədd edən görüĢə
mənsub Ģəxlər də mövcud olub. Bu Ģəxslərdən biri Mahmud Əbu Rəyyədir.
O, Dəccal inancını bütövlüklə rədd etmiĢdir.
Beləliklə, Ġslam inancında Dəcalla bağlı əsas üç yanaĢmanın mövcud
olduğunu deyə bilərik. Bunlardan birincisi Dəccalın konkret bir Ģəxslə
eyniləĢdirilməsi görüĢüdür. Ġkinci görüĢ Dəccalın hər hansısa bir Ģəxs yox,
Ģərri təsvir edən simvoldur. Bu əsasən modern dövrdə ortaya çıxan görüĢdür.
Leylaxanım Məlikova, Ələddin Məlikov
Xristianlıq və Ġslamda Dəccal inancının oxĢar və fərqli cəhətləri
138
Üçüncü görüĢ isə Dəccalı ümumiyyətlə rədd edən görüĢdür [Akman, 2021, s.
197].
4.Nəticə
Sonda deyə bilərik ki, hər iki dində də Dəccal inancı gözləniən xilaskarın
gəliĢi ilə əlaqələndirilir. Dəccal gözlənən xilaskarın ziddi xüsusiyyətlərə
malik olan bir varlıqdır. Ġslam və Xristianlıqda olan Dəccal obrazına nəzər
saldıqda fərqliliklərdən daha çox oxĢarlıqların mövcud olduğu görünür.
Dəccallın görünüĢü, kim olduğu, xüsusiyyətləri ilə bağlı məlumatlara hər
iki dində də mövcuddur. Lakin Ġslam dininin müqəddəs kitabı olan Qurani-
Kərimdə açıq bir ifadə ilə Dəccalın gələcəyi xəbəri verilmir. Onunla bağlı
məlumatlar əsasən hədis mənbələrində yer alır. Xristianlıqda isə Dəccalla
bağlı məlumatlar Kitabi müqəddəsdə mövcuddur.
Hər iki dinə görə Dəccal, yer üzərində fitnə yaradan, insanları yolundan
azdıran bir varlıqdır. Onun gələcəyi vaxt dünyada fəlakətlərin, ədalətsizliyin
çox olduğu zaman olacaqdır. Onun fövqəlbəĢəri xüsusiyyətləri mövcuddur.
Ġnsanlar onun bu xüsusiyyətlərinə inanacaq və Dəccal insanların üzərində bir
müddət hakimiyyətə sahib olacaq. Dəccala aldanan insanlar bir növ həqiqətə
qarĢı kor olan, mənəvi cəhətdən zəif olan insanlar olacaqdır. Lakin Dəccal
hakimiyyəti ələ keçirdikədən sonra insanlara zülm edəcək, verdiyi vədlərə
xilaf çıxacaq. Onun zülmü gözlənən xilaskarın, yəni Xristianlığa görə
Məsihin, Ġslama görə isə Məsih\Mehdinin gəliĢi ilə sona çatacaq. Bundan
sonra yer üzərində təkcə xeyir hakim olacaq. Bunlarla yanaĢı Dəccalın ölümü
qiyamət gününün və dünyanın sonunu yaxınlaĢması anlamına gəlir.
Dəccalla bağlı diqqət çəkən məqamlardan biri də, Ġslam və Xristian
dünyasında onu bir Ģəxslə eyniləĢdirməyən alimlərin görüĢüdür. Dəccal
həmdə bir növ insanları fitnə-fəsada qarĢı ayıq tutmaq məqsədini daĢıyır, yəni
insanlar Dəccal xüsusiyyəti daĢıyan hər cür insan, düĢüncə və rejimdən uzaq
qalmağı bacarmalı, onlara aldanmamalıdır.
ƏDƏBİYYAT
1. Akman, M. (2021). Kelâm Perspektifinden Kıyâmet Alâmetlerinin
Mahiyeti. Journal of Islamic Research, 32 (1), s. 190-214.
2. Apak, M. (2022). Modern Ġslâmî Literatürde Deccâl. Bursa: T.C. Bursa
Uludağ Üniversitesi Sosyal Bilimler Enstitüsü, 116 s.
3. Bıyık, M. (2007). Hıristiyan Teolojisinde Deccal Ve Yecüc - Mecüc
Kavramları Üzerine Bir Değerlendirme. Hitit Üniversitesi Ġlahiyat
Fakültesi Dergis, 6 (11), s. 53-79.
4. Bodor, O. (2017). Hadislere Göre Deccâlin Özellikleri. Kırgızıstan:
Akademik BakıĢ Dergisi, s. 90-102.
5. Camalov, M., Əzizova, E. və b. (2020). Ġzahli Dini Terminlər Lüğəti.
Bakı: AĠĠ, 320 s.
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.132-142
139
6. Çelebi, I. (2019). Deccal. Ankara: Dia, cild: IX, s. 69-72.
7. Deliser, B. Hak Dini Kur’an Dili’nde Ġsa – Mesih Ve Mehdilikle Ġlgili
GörüĢler. Sivas: Cumhuriyet Üniversitesi Ġlahiyat Fakültesi, s. 304-334.
8. Demirci, K. (2019). Deccal. Ankara: Dia, s.67-69.
9. Lerner, R. E. (2024). Antichrist. Encyclopedia Britannica.
https://www.britannica.com/topic/Antichrist (Müraciət Vaxti:
22.03.2024)
10. Gençtürk, S. (2014). Ġlahi Dinlerde Ahir Zaman Ve Kıyamet. Isparta: T.C.
Süleyman Demirel Üniversitesi, 95 s.
11. Jambrek, S. (2015). The Teaching Of Christ And The Antichrist In The
Thought Of Matthias Flacius Illyricus. Kaıros: Evangelical Journal of
Theology, 9(2), s. 221-240.
12. Müqəddəs Kitab (Tövrat, Zəbur, Ġncil),
https://www.jw.org/az/kitabxana/m%C3%BCq%C9%99dd%C9%99s-
kitab/nwt/m%C3%BCnd%C9%99ricat/
13. Pink, A W. (2013). The Antichrist. Christian Classics Ethereal Library,
148 p.
14. Rose, D. R. (2013). Eschatology. Asbury Theological Seminary 90th
Anniversary Publications, pp. 233-259.
15. Veli, H. (2003). Kıyamet alametleri. Din AraĢtırmaları, 6(16), s. 183-
198.
Сходства и различия веры в Даджжаля в христианстве и исламе
Лейлаханум Маликова
Аладдин Маликов
Абстракт. В христианстве и Исламе существует много информации о
конце света. Хотя неизвестно, когда произойдет данное событие, в
религиозной литературе повествуется о некоторых признаках указывающих о
Магистрант по специальности ―История религий‖ Азербайджанского Института Теологии; Баку,
Азербайджан (ответственный автор)
E-mail: leyla.xanim.2020@gmail.com
https://orcid.org/0009-0009-4649-7108
Доктор философии по философии, доцент,
AcademyGate Publishing (ISNI: 0000000514175052); Баку, Азербайджан
E-mail: aladdin.malikov@gmail.com
https://orcid.org/0000-0001-5830-6764
ISNI: 0000000514199177
Цитировать статью: Маликова, Л., & Маликов, А. [2024]. Сходства и различия веры в Даджжаля в
христианстве и исламе. Журнал «Metafizika», 7(2), с.132-142.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.132-142
История статьи:
Статья поступила в редакцию: 19.03.2024
Отправлена на доработку: 22.04.2024
Принята для печати: 06.05.2024
Leylaxanım Məlikova, Ələddin Məlikov
Xristianlıq və Ġslamda Dəccal inancının oxĢar və fərqli cəhətləri
140
его приближении. Одним из таких признаков является приход Даджжаля. В
христианстве и исламском мышлении приход антихриста также является
предвестником приближения времени прихода спасителя. Согласно обеим
религиям, Даджжал опередит ожидаемого спасителя и своей ложью обманет
и убедит людей. В итоге уверовавшие в него последуют за ним. Сражение
Спасителя и Даджжала завершится победой первого. В христианской вере
Даджжал указывается термином «Антихрист». В первых четырех книгах
Нового Завета, во втором послании Иоанна, книге Откровений и во Втором
послании Павла к фессалоникийцам отражены предсказания о Даджжале. В
некоторых главах данная тема предоставлена ясно, а в некоторых –
символически.
Хотя в основной книге ислама - священном Коране сведения о Даджжале
не указаны в раскрытой форме, в хадисных источниках имеются
определенные упоминания.
Согласно этим сведениям, день прибытия Даджжала неизвестен, как и
Судный день. Подчеркивается, что его прибытие совпадает со временем
катастрофы, хаоса и является одним из десяти великих признаков судного дня
в исламе.
Ключевые слова: Даджжал, Христос, Антихрист, Ислам, Христианство,
конец света, судный день
Similarities and Differences between Christianity‟s and Islam‟s Belief in Al-
Dajjal (The Deceiver)
Leylakhanim Malikova
Aladdin Malikov
Abstract. Both in Christianity and Islam, there are various stories regarding the
end of the world. Although no exact information is given about when it will happen,
there are some events in the religious literature that are described as the signs of the
approaching of the end of the world. One of these signs is the arrival of AL-Dajjal.
Master's student in the specialty ―History of Religions‖ at the Theology Institute of Azerbaijan; Baku, Azerbaijan
(corresponding author)
E-mail: leyla.xanim.2020@gmail.com
https://orcid.org/0009-0009-4649-7108
Doctor of Philosophy in Philosophy, Associate Professor,
AcademyGate Publishing (ISNI: 0000000514175052); Baku, Azerbaijan
E-mail: aladdin.malikov@gmail.com
https://orcid.org/0000-0001-5830-6764
ISNI: 0000000514199177
To cite this article: Malikova, L., & Malikov, A. [2024]. Similarities and Differences between Christianity‘s and
Islam‘s belief in Al-Dajjal (The Deceiver). “Metafizika” journal, 7(2), pp.132-142.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.132-142
Article history:
Received: 19.03.2024
Accepted: 06.05.2024
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.132-142
141
Both in Christianity and Islam, the arrival of AL-Dajjal signifies the coming of the
messiah (Christ or Mahdi) as well. To both religions, AL-Dajjal will come before
the expected messiah, deceive people into believing his lies, and those who are
deceived by him will follow him. When the Messiah comes, he fights and defeats
the Dajjal. In Christianity, he appears as Antichrist. Christian sources that include
accounts on the Antichrist are four books of the New Testament, the first two letters
of John, the book of Revelation and the Second Epistle of Paul to the Thessalonians.
Although sometimes in these accounts he is mentioned clearly, some accounts use
symbolic language. On the other hand, regarding the Islamic faith, the Holy Quran is
not explicit about AL-Dajjal, the information about him is mainly found in the
Hadith literature. Alike the end of time, the day that AL-Dajjal will come is also
unknown. However, it is said that the time he comes will be a period of time
characterized with disasters and increasing chaos. The arrival of AL-Dajjal is
considered as one of the ten major signs of doom.
Keywords: al-Dajjal, messiah, antichrist, Islam, Christianity, the end of time, the
last day
REFERENCES
1. Akman, M. (2021). The Nature of the Signs of Doomsday from the
Perspective of Kalam. Journal of Islamic Research, 32 (1), pp. 190-214.
(in Turkish)
2. Apak, M. (2022). Dajjal in Modern Islamic Literature. Bursa: T.R. Bursa
Uludağ University Social Sciences Institute, 116 p. (in Turkish)
3. Biyik, M. (2007). An Evaluation on the Concepts of Dajjal and Gog and
Magog in Christian Theology. Hitit University Faculty of Theology
Journal, 6 (11), pp. 53-79. (in Turkish)
4. Bodor, O. (2017). Characteristics of the Antichrist According to Hadiths.
Kyrgyzstan: Academic View Journal, pp. 90-102. (in Turkish)
5. Camalov, M., Əzizova, E. and b. (2020). Dictionary of Explanatory
Religious Terms. Baku: Azerbaijan Institute of Theology, 320 p. (in
Azerbaijan)
6. Chelebi, I. (2019). Dajjal. Ankara: Dia, volume: IX, pp. 69-72. (in
Turkish)
7. Deliser, B. Views on Jesus - Messiah and Mahdism in the Language of the
True Religion, the Quran. Sivas: Cumhuriyet University Faculty of
Theology, pp. 304-334. (in Turkish)
8. Demirci, K. (2019). Dajjal. Ankara: Dia, pp.67-69. (in Turkish)
9. Lerner, R. E. (2024). Antichrist. Encyclopedia Britannica.
https://www.britannica.com/topic/Antichrist (Application Time:
22.03.2024) (in English)
Leylaxanım Məlikova, Ələddin Məlikov
Xristianlıq və Ġslamda Dəccal inancının oxĢar və fərqli cəhətləri
142
10. Genchturk, S. (2014). End Times and Doomsday in Divine Religions.
Isparta: T.R. Süleyman Demirel University, 95 p. (in Turkish)
11. Jambrek, S. (2015). The Teaching of Christ and the Antichrist in the
Thought of Matthias Flacius Illyricus. Kairos: Evangelical Journal of
Theology, 9(2), pp. 221-240. (in English)
12. The Holy Book (Torah, Psalms, Bible),
https://www.jw.org/az/kitabxana/m%C3%BCq%C9%99dd%C9%99s-
kitab/nwt/m%C3%BCnd% C9%99ricat/ (in Azerbaijan)
13. Pink, A W. (2013). The Antichrist. Christian Classics Ethereal Library,
148 p. (in English)
14. Rose, D. R. (2013). Eschatology. Asbury Theological Seminary 90
th
Anniversary Publications, pp. 233-259. (in English)
15. Veli, H. (2003). Signs of the apocalypse. Religious Studies, 6(16), pp.
183-198. (in Turkish)