“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 2, serial 26, 2024. pp.156-166 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
156
UOT: 32; 327; 329
KBT: 66.1(0)
DOI: 10.33864/2617-751X.2024.v7.i2.156-166
MJ № 217
Siyasi elitanin mahiyyətinə konseptual yanaşmalar
Tural Qasımov
Elman Nəsirov
Abstrakt. Siyasi elita anlayıĢı tarixin müxtəlif dövrlərində demək olar ki,
bir çox tədqiqatçının müzakirə mövzusu olmuĢdur. Bu fenomen haqqında
müxtəlif nəzəriyyələr və konsepsiyalar irəli sürülmüĢdür. Bu gün biz hər
hansı bir cəmiyyəti siyasi elitasız təsəvvür edə bilmərik. Həm demokratik,
həm də qeyri-demokratik dövlətlərdə hakimiyyət mütəĢəkkil azlığın, yəni
siyasi elitanın əlində cəmləĢir. Elə bu məqalə də bir çox alimi maraqlandıran,
əsas etibarilə siyasi elitanın mahiyyəti, məzmunu eləcə də siyasi elitanı təĢkil
edən elitar qrupların cəmiyyətin idarə olunmasında və qərarların qəbul
edilməsində rolu kimi suallara aydınlıq gətirməyə çalıĢılmıĢdır. Q. Moska,
V. Pareto, R. Mixels və s. kimi mütəfəkkirlərin siyasi elita nəzəriyyəsi və
konsepsiyaları araĢdırılmıĢ və bu konsepsiyalar arasında ətraflı müqayisəli
təhlil aparılmıĢdır. Müxtəlif yanaĢmaların dərindən öyrənilməsi, siyasi
elitanın əsas mahiyyətinin dərk olunmasında müstəsna rol oynayır.
Açar sözlər: siyasi elita, idarə edən, nəzəriyyə, konsepsiya, demokratik
elitizm
Bakı Dövlət Universitetinin ―Siyasi institutlar və sistemlər‖ ixtisası üzrə doktorantı; Bakı, Azərbaycan (məsul
müəllif)
E-mail: tural.qasimov12@gmail.com
https://orcid.org/0000-0003-3927-9857
Siyasi elmlər doktoru, professor,
Dövlət Ġdarəçilik Akademiyası, ―Beynəlxalq münasibətlər və xarici siyasət‖ kafedrasının professoru; Bakı,
Azərbaycan
E-mail: elmannasirov@yahoo.co.uk
Məqaləyə istinad: Qasımov, T., & Nəsirov, E. [2024] Siyasi elitanin mahiyyətinə konseptual yanaĢmalar.
“Metafizika” jurnalı, 7(2), səh.156-166.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.156-166
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 12.04.2024
Təkrar iĢlənməyə göndərilmiĢdir: 01.05.2024
Çapa qəbul edilmiĢdir: 30.05.2024
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.156-166
157
1.Giriş
VətəndaĢların və müxtəlif ictimai qrupların siyasi həyatda iĢtirakı və yeri
eyni səviyyə kəsb etmir. Eləcə də siyasi sferada xüsusi rol oynayan sabit
qruplar cəmiyyətdə özünü qabarıq surətdə təzahür etdirir. Politoloji
ədəbiyyatda belə qruplar siyasi elita kimi müəyyənləĢdirilir.
Ġdarəetməni bilavasitə həyata keçirən və siyasi qərarları qəbul edən
mütəĢəkkil azlıq müxtəlif səciyyələnir: siyasi elita, idarə edən elita, hakim
elita, siyasi sinif, idarə edən sinif və s. Ümumiyyətlə, elmi ədəbiyyatda elita
termini cəmiyyətin ağalıq edən hissəsi, idarə edən təbəqəsi mənasında
müxtəlif məfhumlarla nəzərə çatdırılır. Sosial iyerarxiyada elita yüksək pillə
kimi səciyyələnir [3, s.71].
Siyasi elita sinfin və ya sosial təbəqənin bir hissəsi olmaqla mütəĢəkkil
azlıq, nəzarət edən qrup, real siyasi hakimiyyətə sahib olan, siyasi qərarların
qəbulunda bilavasitə və müntəzəm iĢtirak edən xüsusi siyasi qüvvə kimi
mənalanır [6, s.280].
Deməli, siyasi elita konkret Ģəxslərin sadəcə, mexaniki məcmusu deyildir,
hakimiyyəti əldə saxlamağa can atan peĢəkar, mütəĢəkkil sosial qrupdur.
Siyasi elita hakimiyyət sferasında və dövlət idarəçiliyində peĢəkar surətdə
fəaliyyət göstərən Ģəxslərdən ibarət qrupdur, hər Ģeydən əvvəl, dövlət
idarəetmə sferasında ixtisaslaĢdırılmıĢ funksiyaları yerinə yetirir. MəĢhur
politoloq R. ġaran qeyd edir ki, siyasi elita geniĢ mənada müəyyən dövr,
bəzən bütöv nəslin həyatı ərzində ölkənin siyasi kursunun formalaĢmasına və
reallaĢmasına təsir göstərənləri özündə birləĢdirir.
Deyilənləri nəzərə alaraq siyasi elitanı belə müəyyənləĢdirmək olar: o, bu
və ya digər birliklərin sosial maraqlarını ifadə edən, müəyyən siyasi
dəyərlərin və məqsədlərin uyğunlaĢdırılmasını təmin edən və qərarların
qəbulu prosesinə nəzarət edən qrupdur [8, s.132].
Ġdarə edən elitanı təĢkil edən bütün digər qruplardan fərqli olaraq siyasi
elita siyasi hakimiyyətin həyata keçirilməsində bilavasitə iĢtirak edir.
Beləliklə, siyasi elita cəmiyyətin müəyyən qrupu, təbəqəsi olmaqla dövlət
hakimiyyətini öz əlində cəmləĢdirir və komanda mövqeyi tutmaqla cəmiyyəti
idarə edir [7, s.288]).
Siyasi elitanın mahiyyəti, məzmunu və strukturu barədə geniĢ, əhatəli
təsəvvürə malik olmaq üçün hər Ģeydən əvvəl, "siyasi elita" anlayıĢına
yanaĢmalara münasibət bildirmək vacibdir. Elitizm ideyası antik dövrdən
məlumdur. Cəmiyyətin azlığa, əhalinin digər hissəsi üzərində hökmranlıq
edənlərə ayrılmasının qanunauyğunluğu ideyası hələ qədim dövrdə
bildirilmiĢdir. Belə ki, Konfutsi cəmiyyətin "nəcib kiĢilərə" (idarə edən
elitaya) və "aĢağı adamlara" (rəiyyətə) ayrıldığını qeyd etmiĢdir. Cəmiyyətin
Tural Qasımov, Elman Nəsirov
Siyasi elitanin mahiyyətinə konseptual yanaĢmalar
158
idarə edən azlığa ayrılmasını Platon da bildirmiĢ və bunu əhalinin bu və ya
digər qruplarının qəlbinin siyasi qeyri-bərabərliyi ilə əlaqələndirmiĢdir.
2.Elita konsepsiyası
Elita konsepsiyası isə XX əsrin baĢlanğıcında Ġtaliyada siyasi sosiologiya
məktəbi nəzəriyyəçiləri Q. Moska, V. Pareto, R. Mixels, C. Sorel tərəfindən
yaradılmıĢdır.
Ġtaliya sosioloqu və politoloqu Qaetano Moskanın (1854-1941)
konsepsiyasının çıxıĢ nöqtəsini cəmiyyətin vəziyyətinə görə iki qeyri-bərabər
qrupa – hökmranlıq edən azlığa və asılı vəziyyətdə olan çoxluğa bölünməsi
təĢkil edir. Bununla bağlı bəzi tədqiqatçıların belə bir ümumi fikrini ifadə
etmək vacibdir: "Sivilizasiyaya yaxınlaĢmaqdan baĢlayaraq, müasir qabaqcıl
və qüdrətli cəmiyyətlərə qədər bütün cəmiyyətlərdə həmiĢə iki sinif yaranır:
idarə edənlər və idarə olunanlar. Birinci həmiĢə çoxsaylı azlıqdır, bütün
siyasi funksiyaları yerinə yetirir, hakimiyyəti inhisara alır, özünə xas olan
üstünlüklərdən istifadə edir, eyni zamanda digəri daha çoxsaylıdır, birinci
tərəfindən idarə olunur və nəzarət edilir".
Elitanın hakim mövqeyinin əsasını (Moskanın "idarə edən sinif"
adlandırdığı) fərqləndirici keyfiyyətlər olan zənginlik, hərbi fədakarlıq,
mənĢə, zehni üstünlük və b. yanaĢı, yüksək dərəcədə təĢkil olunmaq,
həmrəylik təĢkil edir. Buna görə idarə edən azlıq qapalı qrupa çevrilmək
meylinə malikdir. "Bütün idarə edən siniflər əgər qanuni olmasa, faktiki
olaraq irsiliyə cəhd edirlər" [1, s.29].
Q. Moska idarə edən sinfin inkiĢafında iki baĢlıca meylin mövcudluğunu
qeyd edir:
‒ aristokratik, bu, qrupun irsilik kəsb etməsinə cəhd etməsində təzahür
edir. Belə meylə yiyələnmək idarə edən sinfin "qapalılığına və
kristallaĢmasına", sonra isə elitanın nəsli pozulmasına gətirib çıxarır;
‒ demokratik, bu öz ifadəsini aĢağı təbəqələrin idarəetməyə daha
qabiliyyətli nümayəndələrinin hesabına idarə edən sinfin yeniləĢməsində
tapır. Bu meylə malik olmaq elitanın nəslən pozulmasının qarĢısını alır, onun
effektli rəhbərlik etməsinə imkan yaradır.
Q. Moskanın fikrincə, bu meyllərin tarazlığı daha çox üstünlük təĢkil edir.
Hakimiyyəti bir nəfər, bütün vətəndaĢlar dərhal həyata keçirə bilməz.
Moska hesab edirdi ki, "siyasi rəhbərlik sözün ən geniĢ mənasında inzibati,
hərbi, dini, iqtisadi və əxlaqi rəhbərliyi özündə birləĢdirir, xüsusi, baĢqa sözlə
mütəĢəkkil azlıq tərəfindən həyata keçirilir". Hər Ģeydən əvvəl, azlıq çoxluğu
ona görə idarə edir ki, mütəĢəkkildir. Bundan əlavə idarə edən azlıq
kütlələrdən özünə xas olan xüsusi keyfiyyətlərlə fərqlənir.
"Siyasi sinfin" təhlilini Moska təĢkilati yanaĢma əsasında həyata
keçirmiĢdir. Siyasi sinfə xas olan qrup halında həmrəylik və həmfikirlilik
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.156-166
159
onda mövcud olan təĢkilatçılıq, struktur sayəsində əldə edilir. Hər bir
cəmiyyətin inkiĢafı sosial və siyasi təĢkilin üsulundan asılı olmayaraq
rəhbərlik edən siniflə istiqamətlənir. Siyasi sinfə daxil olmaq fərdlərdə xüsusi
keyfiyyət və qabiliyyətin mövcudluğunu nəzərdə tutur. Moska "idarə edən
sinif" haqqında ideyanı hələ "Siyasi elmin əsasları" (1896) kitabında irəli
sürmüĢdür [5, s.323].
Praqmatik oriyentasiya həm də Vilfredo Paretonun (1848-1923)
əsərlərində əksini tapmıĢdır. O, qeyd edirdi ki, "bəĢəriyyətin tarixi" daim
elitaların əvəzlənməsi tarixidir; bəziləri yüksəlir, tənəzzülə məruz qalır. Elita
nəzəriyyəsini V. Pareto "Ümumi sosiologiya traktatı" əsərində Ģərh etmiĢdir.
O, Elita nəzəriyyəsi kontekstində cəmiyyətin dinamik tarazlığının amillərini
və zəminini üzə çıxarmağa cəhd etmiĢdir.
Pareto elitanın rolunu əsaslandırmaq üçün sosial tarazlıq konsepsiyasından
çıxıĢ etmiĢdir, çünki cəmiyyət sistem olmaq etibarilə məhz tarazlığa cəhd
edir. Tarazlıq vəziyyəti xeyli qüvvələrin qarĢılıqlı fəaliyyəti ilə təmin edilir.
Pareto bu qüvvələri element adlandırır. Elementlərin dörd qrupundan
(iqtisadi, sosial, siyasi, intellektual) insan fəaliyyətinin motivasiyasına
(səbəblərinə) xüsusi diqqət yetirir. O, insan fəaliyyətinin baĢlıca motivini və
tarixin hərəkətverici qüvvəsini psixoloji stimul kimi müəyyənləĢdirmiĢdir.
Pareto belə bir mövqedən çıxıĢ edir ki, fundamental sosial qanun
cəmiyyətin differensiallığıdır, bunun əsası isə kütlələrin azlıq təĢkil edən
idarə edənlərə (elitaya) qarĢı durmasından ibarətdir. O, elita adlandırdığı
idarə edənlər qrupuna elə fərdləri daxil edir ki, onların fəaliyyəti bu və ya
digər sahələrdə yüksək göstəricilərlə fərqlənir. Deməli, Pareto elitar qrupları
fərqləndirmək üçün, bu qrupları əhalinin digər kütlələrindən fərqləndirən
xüsusi keyfiyyətlərə mühüm üstünlük verir.
V. Pareto hakimiyyətə münasibətdə elitanın iki tipinin mövcudluğunu
qeyd edir: idarə edən (birbaĢa və ya dolayı) və idarə etməyən və ya əkselita
(elita üçün xarakterik keyfiyyətlərə malik insanlardan ibarət olan, lakin idarə
etməyə aid olmayan).
Beləliklə, sosial sistemin tarazlığı elitanın dövr etməsi hesabına təmin
olunur. Dövr etmənin ləngiməsi və ya dayanması idarə edən elitanın nəslən
pozulmasına və cəmiyyətdə narazılığın artmasına gətirib çıxarır. Bu cəhət
inqilabla, elitanın dövr etməsinin bərpası ilə nəticələnir. Ġnqilabın baĢlıca
yekunu isə elitanın radikal əvəz olunmasıdır.
Siyasi elitaların tədqiqinə alman politoloqu, faĢizmin ideoloqu və
Mussolininin dostu Robert Mixels böyük töhfə bəxĢ etmiĢdir. Sosial
münasibətləri tədqiq edərək o belə nəticəyə gəlir ki, elitaların hökmranlığı
kütlələrin idarəetmədə birbaĢa iĢtirak etmək imkanına malik olmaması ilə
müəyyən olunur [6, s.137]. VətəndaĢların maraqlarının nümayəndəliyi,
Tural Qasımov, Elman Nəsirov
Siyasi elitanin mahiyyətinə konseptual yanaĢmalar
160
qərarın qəbulu və reallaĢması üçün xüsusi təĢkilatlar (partiyalar, həmkarlar
ittifaqı, hakimiyyətin nümayəndəli orqanları və b.) zəruridir, bunların inkiĢafı
iyerarxiyalı və xüsusi idarəetmə təbəqəsi ilə bağlıdır. Vaxtı gələndə rəhbərlik
edən azlıq kütlələrdən daha çox təcrid olunmağa cəhd edir, qapalı qrup-
oliqarxiya yaradır, bu qrup isə hər Ģeydən əvvəl öz mövqeyini saxlamağa
çalıĢır. Belə meyli R. Mixels "oliqarxiyanın dəmir qanunu" adlandırır.
3.Oliqarxiya konsepsiyası
Mixelsin oliqarxiya konsepsiyasına görə, hakimiyyətin oliqarxiyalı
strukturu yalnız rəhbərlərin özlərini hakimiyyətdə əbədiləĢdirməyə və Ģəxsi
nüfuzlarını möhkəmləndirməyə deyil, ən baĢlıcası kütlələrin ətalətinə, bəzi
mütəxəssis-peĢəkarlara inanmalarına hazır olmalarına və siyasi təĢkilatların
texniki xüsusiyyətlərinə əsaslanır.
Q. Moska, V. Pareto, R. Mixels elitologiyanın əsasını – əlifbasını
formalaĢdırmıĢlar. Elitanın müasir tədqiqatçıları ayrı-ayrı müddəaları yenidən
mənalandırmaqla klassik konsepsiyaların sarsılmaz fundamental
müddəalarına əsaslanırlar.
Müasir elitoloqlar elitanın mahiyyəti, məzmunu və strukturuna aid
fikirlərini əsaslandırmaq üçün məhz Moska, Pareto və Mixelsin
müddəalarından istifadə edirlər. Elita nəzəriyyəsinin bu yaradıcıları "elita"
anlayıĢının məzmunu ilə bağlı aĢağıdakıları baĢlıca meyar hesab edirlər:
1.Elitarlıq hər bir cəmiyyətə xasdır. Onun əsasını insanları fərqləndirən
müəyyən cəhətlər (tipoloji, zehni, əxlaqi və b.) Ģərtləndirir.
2. Elita xüsusi, spesifik və təĢkilatçılıq xüsusiyyətləri ilə seçilən
təbəqədir.
3. Kütlələr elitanın hakimiyyət səlahiyyətlərinə malik olması hüququnu,
baĢqa sözlə legitimliyini etiraf edir. Bu etiraf siyasi hakimiyyətin
fundamental xarakteristikasıdır.
4. Hakimiyyətdə olan qüvvələr hakimiyyətdən əl çəkmədiyi üçün, onun
uğrunda mübarizə gediĢində elita bir-birini əvəz edir.
Qərb siyasi elmində elita nəzəriyyəsi Q. Almondun, S. Verbanın, R. Dalın,
Ziqlerin, Mannheymin, T. Parsonsun, C. Sartorinin, C. ġumpeterin və
digərlərinin əsərlərində geniĢ inkiĢaf etdirilmiĢdir.
Müasir politoloji tədqiqatlarda hər Ģeydən əvvəl, elita hakimiyyətə sahib
olan Ģəxslər kateqoriyası kimi Ģərh edilir. Bu kateqoriyanın izahında belə bir
məqam əsas götürülür: hakimiyyətə sahib olanların hakimiyyət mövqeyini
hansı faktorlar Ģərtləndirir: mənĢə, maliyyə vəziyyəti və ya yaxĢı xidmətləri.
Bu faktorlar elitanın tipologiyasının meyarı adlandırılır.
Elmi ədəbiyyatda siyasi elitanın nəzəri cəhətdən araĢdırılmasına üç əsas
yanaĢma mövcuddur:
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.156-166
161
1. Pozisiya ‒ (mövqe) hakimiyyət sistemində mövqeyindən çıxıĢ edərək
bu və ya digər Ģəxsin siyasi təsir dərəcəsinin müəyyənləĢdirilməsi. Belə
yanaĢmaya görə elitaya hər Ģeydən əvvəl hökumət və parlament üzvləri və
baĢqaları, lakin "gizli" fiqurların siyasi təsiri açıq Ģəkildə qiymətləndirilmir;
2. Nüfuz – siyasətçinin reytinqinin ekspert vasitəsilə
qiymətləndirilməsinin üzə çıxarılmasına əsaslanır, lakin belə halda ekspertin
subyektiv rəyinin analitikdən asılılığı faktı istisna edilmir.
3. Strateji qərarı qəbul edən Ģəxslərin seçiminə əsaslanmaq
(bütövlükdə). Bu yanaĢmanın əsasını hakimiyyət fenomeninin Ģərhi təĢkil
edir.
Bu yanaĢmaları əsas götürərək bəzi tədqiqatçılar siyasi elitanı belə
müəyyənləĢdirir: "Siyasi elita ayrıca dəyərlərin və davranıĢ normasının
ümumiliyi əsasında birləĢən, hakimiyyət resurslarına yiyələnən Ģəxslər
qrupudur, belə mövqe ona ən mühüm qərarları qəbul etməyə imkan yaradır,
eləcə də nüfuzunu və üstün mövqeyini təmin edir [2, s.295].
Müasir siyasi elmdə elita nəzəriyyəsi və konsepsiyaları bir sıra
istiqamətləri ilə diqqəti cəlb edir. onlara aiddir:
‒ struktur-funksional nəzəriyyə. Mahiyyəti ondan ibarətdir ki, yerinə
yetirdiyi funksiyalarla bağlı bəzi insanlar digərləri üzərində üstünlük təĢkil
edirlər. Elitanın hakimiyyət hüququnu kütlələr qəbul edirlər. Hakimiyyət
uğrunda mübarizə gediĢində elitalar bir-birini əvəz edir.
‒ radikal elitizm (sol liberal konsepsiya). BaĢlıca nümayəndələri R.
Mixels və R. Mills hesab olunan bu konsepsiyaya görə, cəmiyyət yalnız bir
hakim elita tərəfindən idarə olunur. Xalqın texniki idarə olunmasının həyata
keçirilməsi qeyri-mümkündür: hər halda əhalisi çox olan ölkələrdə birbaĢa
demokratiya mümkün deyil, nümayəndəli demokratiya isə hökmən xalqın öz
suverenliyinin bir hissəsini itirməsinə gətirib çıxarır, seçilən nümayəndələrin
mənfəəti təmin olunur və müəyyən qanunvericiliyə görə onlar elitaya
çevrilirlər [2, s.296].
‒ dəyər nəzəriyyəsi. Bu nəzəriyyəyə görə elita cəmiyyəti idarə etmək
üçün yüksək qabiliyyətə malik təbəqədir. BaĢlıca nümayəndələri V. Ropke və
Orteqa-i-Qasset sayılan dəyər nəzəriyyəsi yüksək təbəqə olmaq etibarilə
elitanın vəziyyətinə haqq qazandırır və elitanın cəmiyyətin mənafeyinə cavab
verdiyini bildirir. Elitanın formalaĢması demokratiyanın prinsiplərinə zidd
deyildir [4, s.293].
‒ totalitar elitizm nəzəriyyəsi (nomenklatur elita). Bu nəzəriyyənin
yaradıcıları M. Cilas və M. Voslenski hesab olunur. Həmin nəzəriyyəyə görə
bir sıra dövlətlərdə müəyyən zaman ərzində çoxlu idarə edənlərə malik olan
totalitar sistemin saxlanmasında köklü maraqları olan idarə edən təbəqə
formalaĢır.
Tural Qasımov, Elman Nəsirov
Siyasi elitanin mahiyyətinə konseptual yanaĢmalar
162
‒ elita plüralizmi konsepsiyasının (R.Dal, C.Keller, O.ġtammer,
R.Mixels) müəllifləri hesab edirlər ki, çoxlu elita mövcuddur. Ona daxil olan
qruplardan heç biri həyatın bütün sahələrinə eyni zamanda həlledici təsir
göstərmək qabiliyyətinə malik deyildir.
Demokratiya Ģəraitində hakimiyyət elitanın müxtəlif qrupları arasında
bölünür və onlar qərarın qəbul olunmasına təsir göstərir. Elitanın kütlələrə
təsiri seçkilər, referendum, sorğu, mətbuat, təzyiq qrupları vasitəsilə həyata
keçirilir.
‒ demokratik elitizm nəzəriyyəsi. Bu nəzəriyyə dünya politologiyasının
üç görkəmli nümayəndəsinin – Yozef ġumpeter, Robert Dal və Covanni
Sartorinin konsepsiyalarına əsaslanır. Demokratik elitizm nəzəriyyəsi üçün
ümumi cəhət ondan ibarətdir ki, seçki kompaniyası dövründə hakimiyyətə
rəhbərlik uğrunda rəqabət mübarizəsi demokratik xarakter daĢıyır. Söhbət
siyasi elitanın əldə etdiyi yeni üsuldan (seçkilərdə xalq tərəfindən müdafiə
olunması uğrunda mübarizədən) və elitanın öz siyasi taleyinin sıravi
vətəndaĢlardan asılılığını dərk etməsindən gedir. Demokratik elita
nəzəriyyəsində elita liberal-demokratik dəyərlərin (azadlığın, bərabərliyin,
əmək hüququnun, sosial təminatın və b.) müdafiəsi kimi nəzərdən keçirilir,
eləcə də iddia edilir ki, elita ağalıq etmir, kütlələrin razılığı əsasında azad
seçkilər vasitəsilə onlara rəhbərliyi həyata keçirir [1, s.293]. Demokratik
elitizm nəzəriyyəsinin baĢlıca müddəalarından biri ondan ibarətdir ki,
demokratiya elitanın yaradıcı məhsuludur, liberal demokratiya isə elitanın
razılaĢdırılmıĢ tipinin məhsuludur.
Elitizmin xeyli tərəfdarlarının əsas məhdudluğu ondan ibarətdir ki,
demokratik cəmiyyətdə mövcud olan sosial institutların üstünlüyünü
obyektiv qiymətləndirməyə qadir deyillər.
Elmi-texniki və texnoloji inqilabın coĢqun inkiĢafı, geniĢ kütlələrin təhsil
almaq imkanı, əhalinin həyat səviyyəsinin nəzərə çarpacaq dərəcədə
yüksəlməsi (xeyli ölkələrdə), Ģəxsiyyətin hüquq və azadlığının təmin
olunmasının effektli mexanizminin yaradılması, kütləvi informasiya
vasitələrinin rolunun artması elə yeni reallıqlar yaradıb ki, bu məkanda siyasi
elita formalaĢır və fəaliyyət göstərir. Belə Ģərait elitanın qrup halında
birliyinin, həmrəyliyinin siyasi rolu və funksiyasının bölüĢdürülməsi üsulunu
nəzərə çarpacaq dərəcədə dəyiĢdirmiĢdir, eləcə də onun hökmranlığını təmin
edən resursların dəyiĢməyə məruz qalmasını ĢərtləndirmiĢdir. Bu proseslər
hakimiyyətin real strukturunun tədqiqi üçün istifadə olunan yanaĢmaların
çoxluğunu müəyyənləĢdirmiĢdir.
Siyasi elitanı və onun hüdudunu müəyyənləĢdirmək üçün aĢağıdakı
meyarları nəzərə almaq vacibdir:
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.156-166
163
‒ birincisi, cəmiyyətin siyasi elitasını leqal siyasi fəaliyyətlə peĢəkar
məĢğul olan Ģəxslər təĢkil edir, onların bütün iddialarının son məqsədi
hakimiyyətdir.
‒ ikincisi, onlar nisbi ayrıca və mütəĢəkkil qrupu təkil edirlər, prinsip
etibarilə mövcud siyasi rejimdə müəyyənləĢdirilən "oyun qaydalarını"
gözləyirlər, bununla belə siyasi elitanın müxtəlif fraksiyalarının maraqları,
dəyərləri və məqsədləri ümumi ola bilər, həm də hansılarınsa mühüm fərqləri
də nəzərə çarpar məsələn, hakim və müxalifətdə olan qrupun.
‒ üçüncüsü, bu insanların siyasi xadimlər kimi, özünəməxsus
legitimləĢməsi ictimaiyyət tərəfindən etirafı reallıqdır.
Siyasi elitanın aparıcı hissəsi kimi idarə edən elitanın fərqləndirici cəhəti
ondan ibarətdir ki, məhz siyasi kursu o müəyyənləĢdirir, daha əhəmiyyətli
siyasi-idarəetmə qərarlarını qəbul edir və siyasi resurslara nəzarəti həyata
keçirir. Ġdarə edən elitaya siyasi elitanın elə hissəsi birləĢir ki, onu müdafiə
edir, lakin hakimiyyətdə bilavasitə təmsil edilmir.
Müəyyən qruplar və siyasətçilər cəmiyyət üçün strateji qərarlar iĢləyib
hazırlayır, digərləri siyasi məqsədləri müəyyənləĢdirir, üçüncü tərəf – baĢqa
sözlə vətəndaĢların əksəriyyəti qəbul olunan qərarlara tabe olmaqla və onu
yerinə yetirməklə kifayətlənir (könüllü və ya məcburi) [5, s.214].
4.Nəticə
Nəticə olaraq qeyd edə bilərik ki, hətta sabit və inkiĢaf etmiĢ demokratik
cəmiyyətlərin siyasi praktikası təsdiqləyir ki, hakimiyyətin bölünməsi və
reallaĢması prosesi heç də bütün vətəndaĢların hamısının bu prosesdə
bərabərhüquqlu iĢtirakını nəzərdə tutmur. HəmiĢə və hər yerdə hakimiyyətdə
kütlələri özünə tabe olmağa məcbur edən məhdud dairə – idarə edən azlıq
iĢtirak edir. Siyasi qeyri-bərabərlik hər hansı cəmiyyətdə mütləq reallıq kimi
etiraf edilmiĢdir, demokratiya isə nə qədər ki əldə edilə bilən olmayıb, məhz
illüziya olaraq qalmıĢdır.
ƏDƏBİYYAT
1. Арон, Р. (1993). Демократия и тоталитаризм. Москва, Наука, 496 с.
ISBN: 978-5-94865-961-9
2. Dahl, R. (2004). Demokratiya haqqında. Bakı, Azərbaycan nəĢriyyatı, 248
s. ISBN:5-87459-189-3
3. Əfəndiyev, M. Ə. (2013). Politologiya: Dərslik. Bakı, Elm, 515 s. ISBN
978-9952-453-34-8
4. Əfəndiyev, M. Ə. (2004). Siyasi elmin əsasları. Bakı, Siyasət, 603 s.
5. Мухаев, Р. Т. (2005). Теория политики. Москва, Юнити, 623 с. ISBN:
5-238-00952-6
Tural Qasımov, Elman Nəsirov
Siyasi elitanin mahiyyətinə konseptual yanaĢmalar
164
6. Понеделков, А. В. (1995). Политическая элита: генезис и проблемы
ее становления в России. Ростов-на-Дону, 347 с. ISBN: 5-87872-042-6
7. Пугечев, В. П., & Соловьев, А. И. (2019). Введение в политологию.
Москва, Аспект Пресс, 448 с. ISBN:978-5-406-02708-0
8. Эндрувайт, Г. (1998). Элиты и развитие: Теория и исследование
влияния элит на процессы социально-политического развития.
Политическая наука. Элиты в сравнительно - исторической
перспективе. Проблемно-тематической сборник. Москва, 144 с.
Концептуалные подходы к сущности политической елиты
Турал Гасымов
Эльман Насиров
Абстракт. Понятие политической элиты было предметом обсуждения
многих исследователей в разные периоды истории. По поводу этого явления
выдвигались различные теории и концепции. Сегодня мы не можем
представить ни одно общество без политической элиты. Как в
демократических, так и в недемократических государствах власть
сосредоточена в руках организованного меньшинства – политической элиты.
В статье в основном предпринята попытка прояснить вопросы,
интересующие многих ученых, такие как сущность и содержание
политической элиты, а также роль элитных групп, образующих
политическую элиту, в управлении обществом и принятии решений. Были
исследованы теории политической элиты и концепции таких мыслителей, как
Дж. Моска, В. Парето, Р. Михельс, а также проведен обширный
сравнительный анализ между этими концепциями. Углубленное изучение
различных подходов играет исключительную роль в понимании базовой
природы политической элиты.
Ключевые слова: политическая елита, управляющий, теория, концепция,
демократический элитизм
Докторант Бакинского Государственного Университета по специальности «Политические институты и
системы»; Баку, Азербайджан (ответственный автор)
E-mail: tural.qasimov12@gmail.com
https://orcid.org/0000-0003-3927-9857
Доктор политических наук, профессор,
Академия государственного управления, профессор кафедры «Международные отношения и внешняя
политика»; Баку, Азербайджан
E-mail: elmannasirov@yahoo.co.uk
Цитировать статью: Гасымов М, Т., & Насиров, Э. [2024]. Концептуалные подходы к сущности
политической елиты. Журнал «Metafizika», 7(2), с.156-166.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.156-166
История статьи:
Статья поступила в редакцию: 12.04.2024
Отправлена на доработку: 01.05.2024
Принята для печати: 30.05.2024
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.156-166
165
Conseptual Approaches to the Essence of the Political Elite
Tural Gasimov
Elman Nasirov
Abstract. The concept of political elite has been the subject of discussion by
many researchers in different periods of history. Various theories and concepts have
been put forward about this phenomenon. Today, we cannot imagine any society
without a political elite. In both democratic and non-democratic states, power is
concentrated in the hands of an organized minority-the political elite. The article
basically tries to clarify questions that interest many scientists, such as the essence
and content of the political elite, as well as the role of elite groups forming the
political elite in the management of the community and decision-making. The
political elite theories and concepts of thinkers such as G. Mosca, V. Pareto, R.
Michels were investigated, and an extensive comparative analysis was conducted
between these concepts. In-depth study of different approaches plays an exceptional
role in understanding the basic nature of the political elite.
Keywords: political elite, ruler, theory, conception, democratic elitism
REFERENCES
1. Aron, R. (1993). Democracy and totalitarianism. Moscow, Nauka, 496 p.
ISBN: 978-5-94865-961-9 (in Russian)
2. Dahl, R. (2004). About democracy. Baku, Azerbaijan publishing house,
248 p. ISBN: 5-87459-189-3 (in Azerbaijan)
3. Efendiyev, M. A. (2013). Political science: Textbook. Baku, Elm, 515 p.
ISBN 978-9952-453-34-8 (in Azerbaijan)
4. Efendiyev, M. A. (2004). Basics of political science. Baku, Siyaset, 603 p.
(in Azerbaijan)
5. Mukhaev, R. T. (2005). Theory of politics. Moscow, Unity, 623 p. ISBN:
5-238-00952-6 (in Russian)
PhD student of Baku State University in "Political institutions and systems"; Baku, Azerbaijan (corresponding
author)
E-mail: tural.qasimov12@gmail.com
https://orcid.org/0000-0003-3927-9857
Doctor of political sciences, professor,
Academy of Public Administration, professor of "International relations and foreign policy" department; Baku,
Azerbaijan
E-mail: elmannasirov@yahoo.co.uk
To cite this article: Gasimov, T., & Nasirov, E. [2024]. Conseptual Approaches to the Essence of the Political Elite.
“Metafizika” journal, 7(2), pp.156-166.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.156-166
Article history:
Received: 12.04.2024
Accepted: 30.05.2024
Tural Qasımov, Elman Nəsirov
Siyasi elitanin mahiyyətinə konseptual yanaĢmalar
166
6. Ponedelkov, A. V. (1995). Political elite: genesis and problems of its
formation in Russia. Rostov-on-Don, 347 p. ISBN: 5-87872-042-6 (in
Russian)
7. Pugechev, V. P., & Solovyov, A. I. (2019). Introduction to Political
Science. Moscow, Aspect Press, 448 p. ISBN:978-5-406-02708-0 (in
Russian)
8. Endruwhite, G. (1998). Elites and development: Theory and research of
the influence of elites on the processes of socio-political development.
Political Science. Elites in a comparative historical perspective. Problem-
thematic collection. Moscow, 144 p. (in Russian)