Title

Review about the book “Shusha a home to health and artistry”
Metafizika 7 (2):167-173 (2024)

Cite

Cite

APA:
Aliguliyeva, L. (2024). Review about the Book “Shusha a Home to Health and Artistry.” Metafizika Journal, 7(2), 167–173. https://doi.org/10.33864/2617-751x.2024.v7.i2.167-173

Abstract

Keywords

References


“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 2, serial 26, 2024. pp.167-173 p-ISSN 2616-6879; e-ISSN 2617-751X

167

RESENZİYA
DOI:
10.33864/2617-751X.2024.v7.i2.167-173
MJ № 218

“Sağlamlıq və sənətkarlıq ocağı Şuşa” kitabı haqqında
dəyərləndirmə


Lalə Əliquliyeva




Kitabın adı:

Sağlamlıq və sənətkarlıq ocağı ġUġA
Müəllif: Zəhra Muradova
Kitabın dili: Azərbaycan dili
Nəşr ili: 2022
Səhifəsi: 72 səhifə
Nəşriyyat: ―Orxan‖ NəĢriyyatı
Ölkə: Bakı, Azərbaycan
ISBN 978-9952-37-922-8

1.Giriş

―2023 cü il sentyabrın 15 də Qətər dövlətin in paytaxtı Doha Ģəhərində
keçirilən Ġslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında
Azərbaycanın mədəniyyət paytaxtı ġuĢa Ģəhəri 2024-cü il üçün ―Ġslam
dünyasının mədəniyyət paytaxtı‖ elan edilmiĢdir. Bu qərar Azərbaycanın
tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub islam
mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən ġuĢaya xüsusi
ehtiramın ifadəsidir və islam dünyasının həmrəyliyinin yeni rəmzinə
çevrilməklə qarĢılıqlı əməkdaĢlıq münasibətlərinin daha da
geniĢləndirilməsində özünəməxsus rol oynayacaqdır.‖




Filalogiya üzrə fəlsəfə doktoru, dosent,

BAAU tərcümə kafedrasının, AĠĠ Dillər və ictimai fənlər kafedrasının, ADU Xarici dillər kafedrasının dosenti; Bakı,
Azərbaycan
E-mail: aliquliyeva@bk.ru
https://orcid.org/0000-0002-4312-8982
Məqaləyə istinad: Əliquliyeva, L. [2024] ―Sağlamlıq və sənətkarlıq ocağı ġuĢa‖ əsəri haqqında dəyərləndirmə.
“Metafizika” jurnalı, 7(2), səh. 167-173.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.167-173

Resenziyanın tarixçəsi:
Resenziya redaksiyaya daxil olmuĢdur: 27.11.2023

Təkrar iĢlənməyə göndərilmiĢdir: 14.01.2024
Çapa qəbul edilmiĢdir: 29.04.2024

Lalə Əliquliyeva
―Sağlamlıq və sənətkarlıq ocağı ġuĢa‖ kitabı haqqında dəyərləndirmə

168

Hörmətli prezidentimiz Ġlham Əliyevin bu qərarı əsasında bir sıra tədbirlər
planının hazırlanıb həyata keçirlməsi üçün start verildi. Bu tədbirlər sırasında
möhtəĢəm görünüĢə malik heyranedici, möcüzəli ġuĢanın insan ruhuna və
sağlamlığına məlhəm təbiətinin bütün dünyada o çümlədən islam dünyasında
tanıdılması ön plana çəkilib. Beynəlxalq tədbirlərə, böyük mədəniyyət
layihələrinə ev sahibliyi edən qədim Ģəhərimiz dünya miqyasında sülh, birlik
və humanizm carçısıdır. 2022-ci il Azərbaycanda ġuĢa ili elan edilməsi, daha
sonra Beynəlxalq Türk Mədəniyyəti TəĢkilatı tərəfindən (TÜRKSOY)
ġuĢanın 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elanı ilə artıq
bu sahə üzrə bir sıra layihələr uğurla həyata keçirilmiĢdir. Bu layihəlrdən biri
də dəyərli alimizim, görkəmli pedaqoq, professor Zəhra Muradovanın
qarabağ və ġuĢa ilə bağlı yazdığı əsərlərdir.
2.Zəhra Muradovanın yaradıcılığı və əsərləri

Muradova Zəhra Bilal qızı 1949-cu il mart ayının 31-də Naxçıvan
Ģəhərində anadan olub. 1966-cı ildə Naxçıvan Ģəhər C.Məmədquluzadə adına
orta məktəbi qızıl medalla bitirib, elə həmin ildə bir imtahandan ―əla‖ qiymət
almaqla Bakı Dövlət Universitetinin ―Kimya‖ fakultəsinə daxil olub.

1969-cu ildə ailə həyatı qurmuĢ, 1971-ci ildə isə universiteti bitirmiĢ və
1974-cü ildən Bakı Ģəhəri 176 nömrəli orta məktəbdə kimya müəllimi kimi
əmək fəaliyyətinə baĢlamıĢdır. ĠĢlədiyi müddət ərzində elmi-pedaqoji
fəaliyyəti ilə hər zaman öncüllərdən biri olubdur. Pedaqoji fəaliyyət
dövründə Oktyabr rayonu (indiki Yasamal rayonu) üzrə Kimya-fənni
metodbirləĢmənin sədri, Azərbaycan məktəbi jurnalının redaksiya heyyətinin,
Respublika və SSRĠ Mendeliyev Cəmiyyətinin, həmçinin Beynəlxalq
Qadınlar Cəmiyyətinin üzvü olubdur. Maarif Nazirliyi, Rayon Partiya
təĢkilatı, Rayon Maarif Ģöbəsi tərəfindən dəfələrlə fəxri fərmanlar almıĢdır.

Həmin illərdə Oktyabr rayon (indiki Yasamal) partiya komitəsi nəzdində
yaradılan, ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Universitetin
prorektoru, sonra isə rektoru vəzifəsində çalıĢmıĢdır. Həmçinin müəyyən
illərdə Respublika Kimya olmpiadalarında təĢkil olunan komissiyaların
tərkibində olmuĢdur. SSRĠ müəllimlər qurultayının nümayəndəsi olmaqla
yanaĢı SSRĠ Maarif Nazirliyi tərəfindən fəxri-fərmanla təltif olunmuĢdur.
1984-cü ildə ―Metodist müəllim‖, 1991-ci ildə ―Ali kateqoriyalı kimya
müəllimi‖ adına layiq görülmüĢdür. 1985-1988-ci illərdə ―Məktəb kimya
kabinetlərinə baxıĢ‖ müsabiqəsinin Azərbaycan və SSRĠ üzrə qalibi
olmuĢdur.

1985-ci ildən baĢlayaraq butun müəllimlik fəaliyyəti dövru dərsləri ―Açıq
dərs‖ olaraq keçirilmiĢdir. 1987-ci ildə qabaqcıl müəllim kimi iĢ üsulu rayon,
Ģəhər və respublika səviyyəsində elmi-praktik konfranslarda yayılmıĢdır.

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.167-173

169

1995-ci ildə Bakı Ģəhər Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey
kompleksində kimya müəllimi və direktor müavini vəzifəsində çalıĢmıĢ,
1998-2002-ci ilə qədər isə Azərbaycan Respublikası Təhsil Nazirliyində
Nəzarət Ġdarəsinin ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar
müəssisələr üzrə Ģöbə müdiri vəzifəsinə irəli çəkilmiĢdir. Təhsil Nazirliyində
iĢlədiyi müddət ərzində yüksək pedaqoji fəaliyyətinə görə ona əmək
kitbçasına yazılmaq Ģərti ilə təĢəkkürnamə verilmiĢdir. 1997-ci ildə
―Kimyanın tədrisində məiĢət kimyası materiallarından istifadə təcrübəsi‖
mövzusunda dissertasiya iĢini müdafiə edərək ―Elmlər namizədi‖ alimlik
dərəcəsini almıĢdır.

2002 ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında
bütün nazirliklərdə olduğu kimi Təhsil Nazirliyində də nəzarət idarəsi ləğv
olunur. Bu səbəbdən də o, Azərbaycan Dövlət Ġqtisad Universitetində
müəllimlik fəaliyyətini davam etdirərək 2010-cu ilə qədər orda metodist və
baĢ müəllim vəzifəsində çalıĢmıĢdır.

2002-2004-cü illərdə isə həmin universitetdə ―Beynəlxalq Ġqtisadi
Münasibətlər‖ fakültəsini bitirərək ikinci təhsil almıĢdır.

2010-cu ildən Azərbaycan Respublikası Təhsil Ġnstitutunda elmi
fəaliyyətə baĢlamıĢdır və hal-hazırda həmin institutun Təhsilin nəzəriyyəsi və
tarixi Ģöbəsində aparıcı elmi iĢçi vəzifəsində çalıĢır.

2015-ci ildən Azərbaycan Respublikası ―Əsilzadələr məclisi‖nə üzv
seçilmiĢdir.

2017-ci ildə ―Azərbaycanda kimyanın tədrisi metodikasının inkiĢafı‖
mövzusunda doktorluq iĢini tamamlayaraq müdafiə etmiĢ və ―Pedaqogika
üzrə elmlər doktoru‖ elmi dərəcəsini almıĢdır.

2019-cu ildən Yazıçılar Birliyinə üzv seçilmiĢdir. Həmin ildən
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının (AAK-nın
18.11.2019-cu il tarixli F-102 nömrəli əmri əsasında) üzvüdür. 25.02.2020-ci
ildə ―Qızıl Qələm‖ Media mükafatı laureatı diplomuna layiq görülmüĢdür.
08.03.2020-ci ildə ―Xan qızı Natəvan‖ ali media mükafatına layiq
görülmüĢdür.

44 günlük ―Vətən müharibəsi‖ ərəfəsində Ali BaĢ Komandanın müdrik
siyasəti, müzəffər Ordumuzun döyüĢ fəaliyyəti ilə əlaqədar olaraq dövrü
mətbuatda silsilə yazılarla çıxıĢ etmiĢ, vətənpərvərliyinə və əsgərlərimizə
edilən mənəvi dayağa, maddi yardıma görə 22.01.2022-ci il tarixində ―Böyük
Zəfər‖ xatirə medalına layiq görülmüĢdür. Bundan əlavə o, 2022-ci ildə I
dərəcəli Hacı Zeynəlabdin Tağıyev fəxri medalına, 2023-cü il ―Tərəqqi‖
medalı və ―Təhsil fədaisi‖ ordeninə layiq görülmüĢdür.

Lalə Əliquliyeva
―Sağlamlıq və sənətkarlıq ocağı ġuĢa‖ kitabı haqqında dəyərləndirmə

170

Zəhra xanım həmçinin memarlıq və dizayn, xüsusilə muzey və
mədəniyyət evləri layihələrini həyata keçirən M-Studio MMC-nin elmi
məsləhətçisidir.

Azərbaycan Tarixi və Mədəniyyətinin dünya ölkələrində təbliği
istiqamətində aparılan tədbirlər proqramına uyğun olaraq, Gürcüstanda
Azərbaycanın görkəmli mütəffəkirlərinin muzeyləri üçün ekspozisiya
planının tərtibatında və arxiv materiallarının əldə olunmasında yaxından
iĢtirak etmiĢdir, həmçinin M.F.Axundzadə, N.Nərimanovun həyat və
yaradıcılıqlarına həsr olnan kitabların redaktoru olmuĢdur.

Bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
adından və SOCAR-ın Gürcüstan Nümayəndəliyi tərəfindən Təhsil
Ġnstitutuna iki təĢəkkürnamə göndərilmiĢdir (02.03.2018). Zəhra Muradova
Azərbaycan Respublikasının Ailə, Qadın və UĢaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən diplom (05.04.2019), Odlar Yurdu Universiteti
tərəfindən fəxri diplom (2019), ―Azərbaycan Valideyn-Müəllim Assosiyası‖
Ġctimai Birliyi tərəfindən fəxri fərmanla (01.11.2017) təltif olunmuĢdur.

O, həmçinin10 kitab, 3 monoqrafiya, 4 metodik vəsait və 200-ə yaxın elmi
məqalələrin, tezislərin müəllifidir.

Müəllifin son dövrdə yazdığı kitablar milli sərvətimiz olan ġuĢanın tarixi,
mədəniyyəti, sağlamlıq və sənətkarlıq mərkəzi baxımından qiymətli
məlumatlarla zəngindir.

ġuĢa, Hər daĢı-qayası tarix (Bakı-2022). Müəllifin oxuculara təqdim etdiyi
bu kitab ġuĢa Ģəhər- qalasının tikilməsindən, ġuĢa Ģəhərindən və orada
yetiĢən görkəmli elm, sənət və dövlət adamlarından, ictimai xadimlərdən
bəhs edir. Müəllifin qarĢısına qoyduğu əsas məqsəd Azərbaycan və dünya
miqyasında tanınmıĢ ĢuĢalıları bir daha geniĢ oxucu kütləsinə tanıtdırmaq və
yaddaĢımızı daha da möhkəmlətməkdir.

ġuĢadan Qoriyə gedən yol (Bakı-2022). Kitabda Zaqafkaziya (Qori)
Müəllimlər Seminariyasının fəaliyyəti barədə, orada Azərbaycan maarifinin,
təhsilinin inkiĢafında xidmətləri olan ĢuĢalı məzunlar haqqında ətraflı
məlumat verilmiĢdir.

Sağlamlıq və sənətkarlıq ocağı ġuĢa (Bakı-2022). Müəllifin oxuculara
təqdim etdiyi bu kitabda ġuĢanın sağlam iqlim Ģəraiti, onun yaranma
səbəbləri, həmçinin ĢuĢa sənətkarlığı və onun inkiĢafına təsir göstərən amillər
haqqında ətraflı məlumat verilmiĢdir.

Heydər Əliyev və Qarabağ (Bakı-2023). Bu kitab Azərbaycanın Ümumilli
Lideri, xalqımızın böyük oğlu Heydər Əliyev hakimiyyətinin birinci və ikinci
hissəsində Qarabağ məsələsi ilə baölı fəaliyyətindən bəhs edir. Mövzu ilə
əlaqədar maraqlı faktlar və məlumatlar öz əksini tapmıĢdır.

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.167-173

171

3.Əsərin məzmunu
Yuxarıda qeyd olunan kitablardan ―Sağlamlıq və sənətkarlıq ocağı ġuĢa‖

adlı kitabın üzərində xüsusi olaraq durmaq istərdim. Kitab 2022 ci ildə
―Orxan‖ nəĢriyyatında çap olunub. Əsər giriĢ, iki fəsil və ədəbiyyat
siyahısından ibarətdir.

GiriĢdə zəngin tarixi və mədəniyyəti ilə tanınan ġuĢanın əsrarəngiz
gözəlliyə malik təbiəti haqqında ümumi məlumat verilmiĢ və bu gözəlliyə
xüsusi rəng qatan flora və faunası, göz oxĢayan seyrangahlı mənzərəsi,
zəngin ağacları ilə sıldırım qayaları yaĢıl örpəyə bürüyən məĢhur olan
meĢələrindən, göz yaĢ ıkimi tərtəmiz bulaqlarından söz açılır. ġuĢanın
heyrətamiz gözəlliyə malik təbiəti, iqlimi insan sağlamlığında nə qədər
böyük rol oynayırsa, təbii sərvətləri də sənətkarlığın inkiĢafında o qədər
mühüm əhəmiyyətə malikdir. Kitabda tarix boyu Ģərəfli yaradıcılıq yolu
keçmiĢ, milli mədəniyyətimizin tanınmıĢ nümayəndılırindən olan ĢüĢalı
sənətkarların adları qeyd olunmuĢdur.
4.Kitabın fəsilləri haqqında

1.―Ġqlimi sağlamlıq rəhni olan olan diyar‖ adlı ilk fəsildə ekoloji tarazlığın
saxlanılmasında mühüm rol oynayan meĢələr havanın yüksək səviyyədə
olmasının əsas amillərindən biri kimi qeyd olunur. Burada ağaclar fotosintez
prosesi ilə yanaĢı, havanın təmizlənməsində filtr rolunu oynayır, havanı
zəhərli bakteriyalardan təmizləyən fitonsid maddələri ifraz edirlər. Adı
çəkilmiĢ fəsildə ġuĢa dağlarının bəzəyi olan Ģam, qovaq, palıd, ardıc, sidr
ağaclarının mikrobları və xəstəlik törədən çöpləri məhv etmə xüsusiyyətləri
qeyd olunur. ġuĢada havanın təmiz olmasının mühüm bir səbəbi də məhz
meĢələrdə palıd, ardıc və sidr ağaclarının daha geniĢ yayılmasıdır.
Iynəyarpaqlı ağacların iynələrinin tərkibində olan maddələr bir çox
xəstəliklərin, xüsusilə Sinqa xəstəliyinin müalicəsində əhəmiyyətli təsirə
malikdir. Məhz bu səbəbdən Ģam ağaclarını ―həyat ağacları‖ adlandırırlar.

ġuĢa zəngin təbiəti, saf, təmiz havası ilə yanaĢı bulaq suyunun və mineral
sularının tərkibinə görə daha çox diqqəti cəlb edir. Bunlar bioloji aktiv,
tərkibində kifayət qədər makro və mikro elementlərlə zəngin mineral
maddələrdən ibarət sağlamlığın rəhni olan sulardır. Əsərdə tərkibi insan
orqanizmi üçün gərəkli olan kimyəvi maddələrlə zəngin olan ―TurĢsu‖,
―ġırlan‖, ―Dəmir bulaq‖, ―Qotur bulaq‖, ―Ġsa bulagı‖, ―ġor bulaq‖, ―Mamayı
bulağı‖ kimi bulaqların tərkibi və onların müalicəvi əhəmiyyəti haqqında
geniĢ məlumat verilir.

ġuĢanın havası, suyu Ģəfalı olduğu kimi, torpağı da insan orqanizmi üçün
gərəkli olan mineral maddələrlə zəngindir. Bu makro elementlərdən
kalsium,azot, fosfor, dəmir, maqnezium,sink, natrium, kalium, xlor,brom,

Lalə Əliquliyeva
―Sağlamlıq və sənətkarlıq ocağı ġuĢa‖ kitabı haqqında dəyərləndirmə

172

yod, flüor, mis bu torpaqlarda bitən ağacların, kolların, meyvələrin, bitkilərin,
mineral maddələrin tərkibində vardır. Fəsildə bir sıra xəstəliklərin
sağalmasında yararlı olan nadır dərman bitkilərinin adları sadalanmıĢ və
onlardan bir neçə xəstəliyin müalicəsi üçün hazırlanan dərmanalr və onalrdan
istifadə qaydaları oxuculzarın diqqətinə çatdırılmıĢdır. ġuĢada mövcud olan
dərman bitkilərinin zənginliyi xalq təbabətinin inkiĢafına və xalq təbiblərinin
yetiĢməsinə, geniĢ fəaliyyət göstərməsinə zəmin yaratmıĢdır. Burada
hazırlanan dərmanların, xalq təbiblərinin Ģöhrəti artıq uzaq ölkələrdə də
məlum idi. Bu təbiblə\rdən bəziləri ata-babalarından öyrəndikləri biliklər
əsasında iĢləyir, bəziləri isə tibb elmini öyrənmək üçün müxtəlif Ģəhərlərdə
təhsil alıb ixtisaslaĢmıĢ mütəxəssis kimi öz vətənlərinə dönüb xalqa xidmət
edirlər. Əsərdə onlardan bir neçəsinin fəaliyyuəti haqqında məlumat verilir.

2.―Sənətkarlığın inkiĢafına təsir edən amillər‖ bölməsində müəllif bədii
yaradıcılıq növü olan sənətkarlığın ġuĢada inkiĢafında bir neçə amilin xüsusi
təsiri olduğunu müfəssəl Ģəkildə təsvir edir. Əsas amillərdən biri Qarabağ
xanlığının sənətkarlara olan yüksək səviyyəli münasibəti ilə
əlaqələndirir.Qarabağ xanlarının sənətkarlara olan münasibəti və qayğısı
digər yaxın bölgələrdən daha çox tanınan, Ģöhrətli sənətkarların və onlarla
əməkdaĢlıq edənlərin də ġuĢaya köçüb, burada məskunlaĢmasına səbəb
olurdu. Nəticədə ġuĢada misilsiz sənətkarlıq nümunələri, gözəl memarlıq
abidələri yarandı.

Sənətkarlığın inkiĢfına təsir edən digər səbələr isə bu Ģəhərin gözəl təbiəti
və bioiqlimi ilə əlqə\ləndirilir.Bioiqlim mühiti hər bir insanda xoĢ əhval-
ruhiyyə oyadır, sevinc, gümrahlıq yaradır, əmək məhsuldarlığını yüksəldir.
Bu torpaqda yetiĢən bitkilər, coĢub-çağlayan bulaqların tərkibindəki mineral
maddələr sənətkarların yetiĢməsinə əhəmiyyətli təsir göstərir.

ġuĢada mövcud olan yeraltı və yerüstü təbii sərvətlər sənətkarlığın əsl
xammal mənbəyi idi. Məsələn, toxuculuq sənətinin əsas xammal mənbəyi
təbii və kimyəvi liflərdir. Təbii liflərə yun, kətan, pambıq və ipək aiddir.
Kimyəvi lif kimi isə süni və sintetik liflərdən istifadə olunur. Toxuculuq
sənəti xalçaçılıq və Ģərbaflıq (parça toxunması) sənətini özündə birləĢdirir.
ġərbaflıqda yun, ipək, pambıq və kətan liflərindən hazırlanan müxtəlif növ
parçalar toxunurdu. Bu liflərin xammalları Qarabağın aran zonalarında
yetiĢdirilirdi. Xüsusən ipək liflərindən hazırlanan ipək parçalar öz keyfiyyəti
və göz oxĢayan görününĢü ilə dünya bazarında çox məĢhur idi.

Toxuculuq sahəsində özünəməxsusluğu ilə fərqlənən xalçaçılıq ġuĢada
geniĢ vüsət tapmıĢ və yerli xalqın milli mədəniyyət tarixində xüsusi yer
tutmuĢdur. ġuĢanın əsrarəngiz xalçalarından ―Nəlbəkigül‖, ―Zərməxmər‖,
―Bağçada güllər‖, ―Bəhmənli xalçası‖, ―Xantirmə‖, ―Xanlıq‖,

“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.167-173

173

Malıbəyli‖xalçalrının diqqəti cəlb edən özəllikləri qeyd olunmuĢdur. Burada
həmçinin, liflərin əyrilməsi və boyanması üçün zəruri sayılan həllaclıq və
boyaçılıq sənətinin inkiĢafından da söz aĢılır. Boyaqçılıq sənəti nəqqaĢlıq
sənətinin meydana gəlməsinə, geniĢ yayılmasına və inkiĢafına Ģərait
yaradırdı. Burada nəqqaĢlıqla yanaĢı, rəssamlıq da təsviri incəsənətin əsas
sahəsi kimi inkiĢaf edirdi. Rəssamlar adətən bədii yaradıcılıq üçün mövzunu
həyatdan, təbiətdən alırdılar.

ġuĢada həmçinin keçəçilik də inkiĢaf edirdi və bununla bağlı kifayət qədər
keçə məmulatları istehsal olunurdu.Keçi tükündən möhkəm sicim, kəndir,
ələk, xəlbir, kisə və digər əĢyalar da hazırlanırdı.

ġüĢa dağlarının, qayalarının təbii sərvəti olan daĢlar da ən gözəl
xammaldır. Bu daĢlar memarlıq, daĢyonma, daĢiĢləmə sənətlərinin
yaranmasına və inkiĢafına səbəb olub. Belə daĢlar hesabına yaradılan sənət
əsərləri xalqın tarixini, milli-mənəvi dəyərlərini özündə əks etdirir.

Əsərin sonunda ġuĢanın milli sərvətlərindən biri olan qarabağ atları da
qeyd olunr. ġuĢanın gözəl təbiəti bu at cinslərinə də öz təsirini göstərmiĢdir.
Onlar mükəmməl, sürətli, oynaq, təlimə həssas, dağ minik atlarıdır.1956-cı
ildə Qarabağdan Ġngiltərəyə ― Zaman‖ adlı at hədiyyə edilmiĢdir. Adına
ballada yazılmıĢ bu at Qarabağ atlarının ən gözəl xüsusiyyətlərini özündə
cəmləmiĢ idi.

Qarabağın zəngin filiz yataqlarının hesabına ġuĢda metaliĢləmə sənəti də
meydana gəlir və onun əsasını dəmirçilik, misgərlik, zərgərlik sahələri təĢkil
edir. Bu məmulatların üzərində nəqqaĢların, rəssamların vurduğu naxıĢlar
onların dəyərinin artmasına səbəb olurdu.
5.Yekun

Göründüyü kimi, bütün bu sənətkarlıq nümunələri bir-biri ilə əlaqəli
Ģəkildə inkiĢaf etmiĢ və xalqımızın milli sərvətinə çevrilmiĢdir.

Müəllif əsəri yazarkən son dərəcə dəqiq faktlardan və mövzu ilə bağlı
geniĢ ədəbiyyatdan istifadə etmiĢdir. ġuĢanı öz gözəl məziyyətlərini
açıqlayan, Ģərh edən bu kitab islam dünyasının mərkəzi olan ərəb Ģərqində də
tanınması üçün ərəb dilinə tərcümə edilmiĢdir.