“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 2, serial 26, 2024. pp.31-43 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
31
UOT: 378.6; 355; 359
KBT: 68.49e
DOI: 10.33864/2617-751X.2024.v7.i2.31-43
MJ № 208
Hərbi münaqişələrə dair nəzəri baxışların təkamülü
Zəfər Nəcəfov
Abstrakt. Məqalə hərbi münaqiĢələrin mənĢəyi, tarixi inkiĢaf
xüsusiyyətləri və elmi yanaĢmalarından bəhs edir. BəĢər tarixində silahlı
qarĢıdurmaların və müharibələrin yeri və rolu, onların dualist mahiyyəti və
anlayıĢ aparatının izahı problemin öyrənilməsində açar rolu oynayır. Sosial-
iqtisadi formasiyalarda nəzərə çarpan radikal dəyiĢikliklər hərbi
münaqiĢələrin xarakterinə, üsul və vasitələrinə ciddi təsir göstərib, bu
istiqamətdə elmi araĢdırmaların meydana gəlməsinə və inkiĢafına zəmin
yaradıb. ―Hərb iĢində inqilab‖ silahlı mübarizənin transformasiyası və
―müharibə nəsilləri‖ bölgüsünün yaranması ilə nəticələnib. Müxtəlif məktəb
və yanaĢmalar kontekstində hərbi münaqiĢələrin izahı bu sosial fenomenin
çoxtərəfli və mürəkkəb xarakterə malik olması, digər elmi sahələri ilə sıx
bağlılığına dəlalət edir.
Açar sözlər: hərbi münaqiĢə, sosial-iqtisadi formasiya, qloballaĢma,
transformasiya, beynəlxalq təhlükəsizlik
1.Giriş
Silahlı zorakılığı tarixi inkiĢaf prosesindən kənarlaĢdırmaq mümkün deyil.
Məhz onun sayəsində yeni geosiyasi reallıqlar, qüvvələr nisbəti, təsir
dairələri, məhsuldar qüvvələrin inkiĢafı və yeni oyun qaydaları formalaĢıb.
Bütövlükdə müharibə köhnə status-kvonu inkar edir, yeni geosiyasi reallığa
söykənən nizamın yaranmasına səbəb olur. Müharibə baxıĢların, statusların,
təsir imkanlarının, oyun qaydalarının yenilənməsi, bütövlükdə idarəetmənin
böhran və ya transformasiyası ehtiyacından meydana gəlir. Tənəzzül və
tərəqqi dilemmasinda əbədi özünə yer edən müharibələrin forma, vasitə və
aktorları dəyiĢsə də, sosial mahiyyəti dəyiĢməz qalır.
Milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru,
Milli Müdafiə Universitetinin Hərbi Ġdarəetmə Ġnstitutu; Bakı, Azərbaycan
E-mail: zafarnajafov@yahoo.com
https://orcid.org/0000-0002-1392-9359
Məqaləyə istinad: Nəcəfov, Z. [2024] Hərbi münaqiĢələrə dair nəzəri baxıĢların təkamülü. “Metafizika” jurnalı,
7(2), səh.31-43.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.31-43
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 12.03.2024
Təkrar iĢlənməyə göndərilmiĢdir: 15.04.2024
Çapa qəbul edilmiĢdir: 29.04.2024
Zəfər Nəcəfov
Hərbi münaqiĢələrə dair nəzəri baxıĢların təkamülü
32
Bu günədək elmi ədəbiyyatda rastlaĢdığımız ―ticarət müharibəsi‖, ―Ģəbəkə
müharibəsi‖, ―kognitiv müharibə‖, ―neft-qaz müharibəsi‖, ―hibrid müharibə‖
və s.-ri forma baxımından müharibələrinin ciddi dəyiĢikliyə məruz qaldığını
deməyə əsas versə də, mahiyyət baxımından onun klassik məzmununu
saxladığını təsdiq edir. Məqalədə sintez, analiz, induksiya və deduksiya
tədqiqat metodlarından istifadə edilib.
Silahlı mübarizə geosiyasi dəyiĢikliyin və mübarizənin hərbi-siyasi ölçüsü
olaraq qalmaqdadır. Daha üstün mövqeyə nail olmaq, idarəetmənin coğrafi
hüdudlarını geniĢləndirmək, əks fəaliyyətlərin qarĢısını almaq, düĢmənləri
tam və ya qismən sıradan çıxartmaq hər bir müharibənin qarĢısında dayanan
strateji məqsəd hesab edilir.
Hərbi münaqiĢələr hər bir sosial-iqtisadi formasiyanın inkiĢafında
özünəməxsus rol oynayıb. Tarix boyu qəbilələr, tayfalar və dövlətlər öz
problemlərini və ehtiyaclarını zorakı vasitələrlə gerçəkləĢdirməyə meyilli
olublar. Bu bir tərəfdən insan xarakterində təcavüzkarlığa və hökmranlığa
meyilli olması, digər tərəfdən zorakılığın daha təsirli vasitə olması
səbəbindən müharibələr, silahlı toqquĢmalar və qarĢıdurmalar qaçılmaz olub.
Məhz bu səbəbdən antik dövrün mütəfəkkirləri öz əsərlərində ―müharibəni
hər Ģeyin allahı‖ və ―ictimai münasibətlərin təbii vəziyyəti‖, ―yaĢamaq
uğrunda mübarizə‖, ―siyasətin zorakı yollarla davamı‖, ―sosial nevroz‖,
―hiyləgərlik yolu‖ və s. ifadələrlə xarakterizə etmiĢlər [1, s.5].
Hətta orta əsrlər, yeni və müasir dövrlərdə müharibələrin
hümasitləĢdirilməsi istiqamətində səsləndirilmiĢ fikirlər, institusional
tədbirlər hərbi zorakılığın qarĢısını ala bilməmiĢ, əksinə onun
legitimləĢməsinə zəmin yaratmıĢdı. Sülh ilə zorakılıq arasında tarixi
qarĢıdurmadan sonuncu qalib çıxmıĢ və özünü təsdiqləməyi bacarmıĢdır.
Buna misal qismində Haaqa və Cenevrə Konvensiyalarını, Brian-Kelloq
müqaviləsini göstərmək kifayətdir. Hətta BMT Nizamnaməsinin 51-ci
maddəsi özünümüdafiə müharibəsinə imkan verir.
BəĢər tarixində müharibənin sülhü üstələməsi statistik faktlarda da özünü
büruzə verib. Belə ki, müasir dövrdə dövlətlərin üçdə biri müharibə
Ģəraitindədir. Ümumi qəbul edilmiĢ belə bir nöqteyi-nəzər mövcuddur ki, yer
üzərində heç zaman sülh olmayıb, bu günədək (55,5 əsr ərzində) bəĢər
tarixində 14,500 müharibə baĢ verib, 3640 milyon insan həlak olub [2, s.1].
Qədim dövrlərdən baĢlayaraq, müharibə və silahlı münaqiĢələr bəĢəri
inkiĢafın əsas bələdçisinə çevrilmiĢ və bu hadisələrin öyrənilməsində elmi
biliklərin rolunu artırmıĢdı. Elmi tədqiqatların predmeti dövlətin
yaradılmasında, dərin qanunauyğunluqların və tendensiyaların təzahüründə
və inkiĢafında, hərbi zorakılığın qarĢısının alınması və nəticələrinin
yumĢaldılması və s. məsələlərdə müharibə və silahlı münaqiĢələrin genezisi,
yeri və rolu məsələsi hesab edilir.
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.31-43
33
Müharibə haqqında ilk təəssüratlar b.e.ə. XVIII əsrdə çar Hammurappinin
fəaliyətindən bəhs edən qədim Babil mənbələrində, b.e.ə.IV əsrdə Manu
qanunlarında, qədim Çinin hərb nəzəriyyəçisi və sərkərdəsi Sun-Tszının
(təribən b.e.ə. V əsr) əsərlərində [3, s.4], qədim Yunanıstan və Romada
yaĢamıĢ filosofların fəlsəfi-siyasi traktatlarında, həmçinin Antik dövrün digər
elmi və yazılı abidələrində rast gəlinib.
2.Hərbi münaqişə termininin etimologiyası
MünaqiĢənin çoxsaylı, bəzən üst-üstə düĢən və ya bir-birinə zidd olan
tərifləri var. O resurslar, güc, status, dəyərlər, məqsədlər və ya maraqlar kimi
bir sıra məsələlər üzrə ən azı iki fərd və ya kollektiv aktorların iĢtirak etdiyi
düĢmən münasibət kimi izah edilə bilər. Gözlənilən nəticələrə qələbə,
məğlubiyyət, hökmranlıq, təslim olma, ayrı-seçkilik, zərərsizləĢdirmə,
transformasiya, məcbur etmə, zədələnmə, real və ya təsəvvür edilən qarĢı
tərəfin məhv edilməsi və aradan qaldırılması daxildir. Bu, həmçinin
münaqiĢənin həlli, nizamlanması, dayandırılması, dalana dirənməsi,
eskalasiyası və deskalasiyası ola bilər.
MünaqiĢə dəyərlər və ya statusa, gücə və məhdud resurslara iddialar
üzərində mübarizədir, burada iĢtirak edən qrupların və ya fərdlərin
məqsədləri yalnız arzuolunan dəyərləri əldə etmək deyil, həm də rəqibləri
neytrallaĢdırmaq, zədələmək və ya üstələməkdir.
MünaqiĢə ən azı iki tərəfin (fərdlərin, qrupların, dövlətlərin) iĢtirak etdiyi
elə bir vəziyyətdir ki, onlar bir araya sığmayan məqsədlərə can atır və ya eyni
məqsədə çatmağa çalıĢırlar, buna yalnız bir tərəf nail ola bilər [4].
MünaqiĢə ―ictimai qüvvələr arasında rəqabət, mübahisə, gərginlik və
toqquĢma formasında meydana çıxır. MünaqiĢə tərəflərin mövqeləri arasında
uyğunsuzluğun dərk edildiyi, qarĢıduran tərəflərin fərqli mövqe tutmaq
istəklərinin rəqabətli vəziyyətidir. MünaqiĢə bir tərəfin vəziyyətini digər
tərəfin hesabına yaxĢılaĢdırmağa yönəlmiĢ məqsədyönlü fəaliyyətdir.
Hərbi münaqiĢə maraqlarda qəbul edilən fərqlilik və ya tərəflərin cari
istəklərinin eyni vaxtda həyata keçirilə bilməyəcəyinə olan inamdır.
MünaqiĢə fərdlər, korporativ qurumlar və ya daha sıx əlaqəli kvazi
qruplardan ibarət iki və ya daha çox tərəf arasında mənfi emosiyaların və ya
konfliktli davranıĢının məqsədyönlü qarĢılıqlı mübadiləsidir.
MünaqiĢə iki və ya daha çox tərəf arasında artan rəqabətdir, hər biri
müəyyən üstünlüklər əldə etməyə çalıĢır - məsələn, güc, resurslar, maraqlar,
dəyərlər, ehtiyaclar və s. MünaqiĢə toqquĢan məqsədlər uğrunda aparılan
mübarizədir.
Ġngilis tədqiqatçı Cohan Qaltung hərbi münaqiĢəni iki tərəfə bölür.
Birincisi, eyni məhdud məqsədi güdən iki Ģəxs və ya aktor tərəfindən izah
edilən mübahisədir. Digər tərəfdən isə iki uyğunsuz məqsəd güdən bir Ģəxs
və ya aktor kimi təsvir edilən dilemmadır. Çoxumuz hər ikisini gündəlik
Zəfər Nəcəfov
Hərbi münaqiĢələrə dair nəzəri baxıĢların təkamülü
34
olaraq yaĢayırıq. MünaqiĢə resurslar, imkanlar və enerji yaradır. Problem
enerji və resursları konstruktiv Ģəkildə necə yönləndirməkdir [5, s.70-71].
Çinlilər münaqiĢəni ―təhlükə‖ + ―imkan‖ kimi təyin edirlər. ―Təhlükə‖
―zorakılığa‖, ―imkan‖ isə yaradılıĢın əsası olan ―çağırıĢ‖a yaxındır. Bu o
deməkdir ki, münaqiĢəni inkar etmək və ya danmaq əvəzinə, münaqiĢəni
düzgün baĢa düĢmək və təhlil etmək lazımdır. Bu yanaĢma yaradıcı konflikt
transformasiyasına alternativin olmadığı tezisinə əsaslanır [5, s.71-72].
J. Lundun fikrincə, maraqlar bir çox cəhətdən toqquĢa bilər [6, s.3-4]:
• Resurslar uğrunda - ərazi, enerji mənbələri, qida məhsullarına nəzarət və
bölüĢdürülməsi prosesində iĢtirak;
• Hakimiyyət uğrunda – nəzarət və siyasi qərarların qəbulunda iĢtirak;
• Identiklik uğrunda – insanların bağlı olduqları mədəni, sosial və siyasi
dəyərlərdən yararlanmaq;
• Status uğrunda – xüsusən də hökumət, din və ya ideologiya sistemlərində
təcəssüm olunmuĢ hüquq və imtiyazlar.
Çoxsaylı təriflərdən bu nəticəyə gəlmək olur ki, hərbi münaqiĢə –
qarĢıdurma, mübarizə forması, konfliktli davranıĢ, toqquĢan maraqlar, mənfi
emosiyaların qarĢılıqlı mübadiləsi, güzəĢtsiz vəziyyət, məqsədyönlü ziyan
vurmaq və iki tərəf arasında xüsusi vəziyyət və siyasət aləti kimi xarakterizə
edilir.
Hərbi münaqiĢələr müxtəlif sosial-iqtisadi formasiyalarda özünəməxsus
inkiĢaf yolu keçmiĢ, kəmiyyət və keyfiyyət dəyiĢikliyinə məruz qalmıĢdır.
BəĢər sivilizasiyasının ən erkən mərhələsi olan
2.1.İbtidai icma dövründə
(40 min il əvvəll yaranıb VI min illiyin sonunadək davam edib)
münaqiĢələr yaĢamaq ugrunda mübarizə kimi xarakterizə edilib.
Tayfalararası qarĢıdurmalar əlveriĢli yaĢayıĢ məkanı uğrunda primitiv
mübarizə vasitələri ilə həyata keçirilmiĢdır. Bu münaqiĢələrin qida mənbələri
uğrunda aparıldığını nəzərə alsaq, ibtidai qarĢıdurmaların iqtisadi xarakteri
qabarıq Ģəkildə özünü büruzə verib. Məhz o vaxtlardan əlveriĢli yaĢayıĢ
məkanları uğrunda rəqabət ibtidai mübarizənin qayəsini təĢkil etmiĢ və
yaĢamaq uğrunda mübarizəyə haqq qazandırmıĢdır. Sərt iqlim və yaĢayıĢ
Ģəraitində əlveriĢli məkanların məhdudluğu tayfalararası müharibələrə
amansız xarakter vermiĢdir. Həmin müharibələr siyasi mahiyyət kəsb
etməmiĢdir. Onlara totem və fetiĢlərin təsiri inkaredilməz olsa da, bu həmin
münaqiĢələrin dini xarakter almasına dəlalət etməyib. Bununla belə müharibə
ilə əlaqəli bəzi rituallar mövcud olub. Mübarizə vasitələri daĢ silahlardan
nizə, ox və kamana kimi təkmilləĢmiĢ və ikili (həm ov, həm də döyüĢ)
istifadə nəzərdə tutlmuĢdur.
2.2.Quldarlıq dövründə
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.31-43
35
(b.e.ə IV minilliyin sonu - eramızın V əsrinin sonu) hərbi münaqiĢələr
haqqında ilk təəssüratlar Babil mənbələrində, Manu qanunlarında, həmçinin
antik dövrün digər elmi və yazılı abidələrində özünə yer edib. Həmin
dövrünün müharibələri daha çox ərazi iĢğalları və əlveriĢli coğrafi məkanların
ilhaqı üzərində qurulmuĢ, koalisiyaların primitiv forması olan Ģəhər dövlətləri
ittifaqları (Afina, Sparta) arasında aparılmıĢ, gənclərin hərbi xidmətə hazırlığı
sərt qaydalarla tənzimlənmiĢdi. Bu dövrdə iĢğalçı müharibələr siyasi xarakter
almağa baĢlamıĢ, hərbi quruculuq iĢlərinin təkmilləĢdirilməsi və ordunun
hakim zümrənin dayağına çevrilməsi bir sıra stimullaĢdırıcı sosial tədbirlər
hesabına həyata keçirilmiĢdi.
Məhz quldarlıq dövründə ordunun legitim orqana çevrilməsi və
müharibənin milli maraqların əsas aləti kimi qəbul olunması baĢ verdi.
Həmin dövrdə hərbi zorakılığın müdafiə xarakterli məqsədlər (iĢğala qarĢı
mübarizə, üsyan, itaətsizlik və s.) üçün aparılması da diqqəti cəlb etməyə
baĢladı. Hərbi zorakılıqdan iqtisadi maraqlar (əsirlərin qul kimi satılması,
qladiator döyüĢləri) naminə istifadə olunması halları geniĢ yayılmıĢdı.
2.3.Orta əsrlər dövrünun (b.e. V əsr-XVII əsrin ortaları) hərbi
münaqişələri
Müharibələrin aparılması və döyüĢ texnikası təkmilləĢmiĢ, ordunun sosial
problemlərinə diqqət artırılmıĢ, dini ehkamların hərbi zorakılığa təsir
imkanları çoxalmıĢ, müharibələrin elmi-nəzəri araĢdırılması istiqamətində
ciddi addımlar atılmıĢ və ilk dəfə olaraq müharibəyə dair tənqidi fikirlər
səslənməyə baĢlanmıĢ və müharibə hüququ deyilən bir anlayıĢın tədricən
formalaĢması prosesinə start verilmiĢdi.
Həmin dövrdə A.Avqustin, F.Akvinski, T de ġarden və digər dini
mütəfəkkirlərin müharibə haqqında fəlsəfi-tarixi konsepsiyalarında teoloji
ehkamların təsiri dominatlıq etmiĢ, onu Xeyir və ġər qüvvələr arasında
bitməyən mübarizə kimi qələmə vermiĢlər. Bu yanaĢma uzun müddət
müharibənin izahında həlledici olmuĢdur.
Hakimiyyət və onun dayağına çevrilmiĢ klerikal dairələr hərbi zorakılığa
öz sərvətlərinin müdafiəsi, düĢmənlərin sıradan çıxarılması və tabeçilikdə
olan insanların itaətdə saxlanılması vasitəsi kimi yanaĢmıĢlar.
Orta əsr mütəfəkkirlərinin də əsərlərində müharibəyə münasibətdə radikal
baxıĢlar üstünlük təĢkil edib. ―Ġnsan insana qarĢı canavardır‖, ―Hamının
hamıya qarĢı müharibəsi‖ kimi fəlsəfi fikirlər orta əsrlərdə zorkaılığı xaosun
və tiraniyanın ekvivalenti kimi təsvir edir.
Renessans dövründə dini baxıĢlardan azad olan müharibə status uğrunda
mübarizə və merkantilist maraqların alətinə çevrilir. Həmin dövrün görkəmli
mütəfəkkiri N.Makiavelli qeyd etmiĢdir ki, ―həmiĢə müharibəyə
baĢlayanların məqsədi özlərini zənginləĢdirmək, düĢmənlərini isə
yoxsullaĢdırmaqdan (zəiflətməkdən) ibarət olub‖ [3, s.4].
Zəfər Nəcəfov
Hərbi münaqiĢələrə dair nəzəri baxıĢların təkamülü
36
2.4.Yeni dövrdə (b.e. XVII əsrin ortaları-XX əsrin əvvəlləri)
Yeni dövrdən baĢlayaraq müasir günümüz də daxil olmaqla hərbi
münaqiĢələr sürətlə transformasiyalara məruz qalmıĢ, döyüĢ vasitələri
təkmilləĢmiĢ, maddi-texniki təminat yüksəlmiĢ, siyasi məqsədlərin realizə
vasitəsinə çevrilmiĢdir. Quldarlıq və feodalizm dövrünə xas olan birinci
müharibə nəsli – düz xətt, cinah və kolon müharibəsi son dörd – beĢ
yüzillikdə xəndək, manevr, asimmetrik və məhdudiyyətsiz kimi qələmə
verilən müharibə nəsilləri ilə əvəzlənib. Hərbi münaqiĢələrin öyrənilməsinə
K.Klauzeviç, H.Münkler, L.Qart, və s. tədqiqatçılar mühüm tövhələr
vermiĢlər.
Bu dövrdə iki dünya müharibəsi baĢ vermiĢ və nüvə silahı kəĢv edilmiĢ,
bəĢəriyyətin mövcudluğu sual altına düĢmüĢdür. Bü faciələr qlobal miqyasda
müharibələrə qarĢı profilaktik tədbirlərin görülməsini ən vacib məsələyə
çevirmiĢdir. Müharibənin aparılması qaydalarını və müharibə qurbanlarının
hüquqlarını tənzimləyən ―Haaqa‖ və ―Cenevrə‖ sistemləri institusional
xarakter almıĢdır. Məhz bu dövrdə qlobal təhlükəsizlik sisteminin
yaradılması ideyası gerçəkləĢmiĢ, BMT təsis edilmiĢdir.
2.5.Müasir dövrdə (XX əsrin əvvəlləri-XXI əsr)
Bu dövrdə hərbi münaqiĢələr siyasətin yalnız zorakı deyil, hətta qeyri-
zorakı yollar və vasitələrlə davamıdır. Onlar siyasi mahiyyətini itirərək,
cinayətkar fəaliyyətlərin alətinə çevrilib. Bu günkü münaqiĢələrdə siyasi
məqsəd cinayətkar iĢbirliyi ilə əvəzlənib.
Müasir silahlı münaqiĢələr dövlətləri qeyri-hərbi mübarizə
strategiyalarının – informasiya zorakılığı, rəngli inqilablar, Ģəbəkə, mass-
mediya müharibələri, koqnitiv müharibələr vasitəsilə ram edir, kütləvi döyüĢ
səhnəsi yaratmadan onun ərazisi, siyasi sistemi və suverenliyi üzərində
nəzarəti ələ keçirir. Bu tip münaqiĢələr beynəlxalq hüquqdan yan keçməklə
anneksiyanı gerçəkləĢdirir.
QloballaĢmanın inkiĢafı və informasiya texnologiyaları inqilabı üçüncü
minilliyin əvvəllərində silahlı mübarizə vasitələrinin təkmilləĢdirilməsi ilə
yanaĢı, münaqiĢələrin transformasiyasına öz töhfəsini verib. Transformasiya
fenomeni qanuni və qeyri-qanuni, bir-birinə ekvivalent və qeyri-bərabər ola
bilən və hərbi-güc mübarizə üsulları ilə yanaĢı, dolayı qeyri-hərbi
hərəkətlərdən istifadə edən müharibə subyektlərinin yaranması ilə
əlaqələndirilir.
Təhlükəsizlik məkanının və onun yeni strukturunun geniĢlənməsi baĢ
verib. Qeyri-hərbi mülki təhdidləri daxil etməklə beynəlxalq təh-lükəsizliyin
predmet məkanı geniĢlənib. Yerli və xarici tədqiqatçıların əksəriyyətinin
fikrincə, ―soyuq müharibə‖nin baĢa çatması ilə yanaĢı, qloballaĢma, dünyada
demokratikləĢmə prosesləri, elmi-texniki inqilabın inkiĢafı, qeyri dövlət
aktorların rolunun güclənməsi, dövlətlərin funksiyalarının və qüvvələr
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.31-43
37
balansının dəyiĢmə tendensiyası müasir təhlükəsizlik məkanının yeni
strukturunun formalaĢmasına böyük təsir göstərib.
Son onilliklərdə beynəlxalq təhlükəsizliyin subyekt sferasının
geniĢlənməsi müĢahidə olunur. Vestfal dünya qarĢılıqlı əlaqə sisteminin
fəaliyyət göstərdiyi təxminən 350 il ərzində dövlətlər müharibə və sülh, sonra
isə beynəlxalq təhlükəsizlik məsələlərində aparıcı, demək olar ki, inhisarçı
aktorlar olmuĢlar. Bəzən qeyri-dövlət birləĢmələri - dəniz quldurları, iri
ticarət Ģirkətlərinin silahlı qrupları, transsərhəd ideoloji hərəkatların döyüĢ
hücrələri (məsələn, anarxistlər, sosialistlər), öz müqəddəratını təyin etmək
üçün mübarizə aparan xalqların silahlı birləĢmələri müxtəlif regionlarda
sülhün və beynəlxalq təhlükəsizliyin durumuna əhəmiyyətli dərəcədə təsir
göstərirdilər [7, s.61].
Son illərdə digər transsərhəd təhdidlər kibercinayətkarlıq, narkotiklərin
qanunsuz istehsalı və daĢınması, piratçılıq (yalnız Afrikanın Ģimal-Ģərq
sahillərində deyil), qeyri-qanuni miqrasiya, irimiqyaslı maliyyə cinayətləri ilə
məĢğul olan cinayətkar qeyri-dövlət təĢkilatları və Ģəxslər hesabına ciddi
Ģəkildə artmaqdadır.
Qeyri-siyasi zorakılıqla bağlı cinayət xarakterli daxili və transmilli
təhdidlərdən - informasiya Ģəbəkələrinin sındırılması, narkotiklərin qanunsuz
dövriyyəsi, piratçılıq, qanunsuz silah ticarəti, transmilli mütəĢəkkil
cinayətkarlıqdan və s. qlobal və regional təhlükəsizliyin təmin edilməsi
sahəsi narahatlıq keçirir. Bu cür təhdidlərə çox vaxt ―boz‖ təhdidlər deyilir,
çünki onlar hərbi və mülki təhlükələrin kəsiĢməsində yerləĢir. Onların qeyri-
siyasi zorakılıqla bağlı təhdidlərin xüsusi kateqoriyasına aid edilməsi həmin
təhdidlərin xarakterinə görə, habelə onlara qarĢı mübarizənin xüsusiyyətləri
nəzərə alınmaqla əsaslandırılır. Bu təhlükə kateqoriyası əvvəllər daxili və ya
dövlət təhlükəsizliyinin milli komplekslərində mühüm yer tutub. Lakin bu
gün bu təhdidlər qloballaĢdıqca, transmilli xarakter aldıqca və onlara qarĢı
mübarizədə beynəlxalq əməkdaĢlıq gücləndirdikcə bu ―boz‖ təhlükələr zonası
və onlara qarĢı mübarizə ümumi beynəlxalq təhlükəsizlik sisteminin mühüm
tərkib hissəsinə çevrilir [7, s.67-68].
3.Hərbi münaqişələri öyrənən nəzəriyyələr
Hərbi münaqiĢələrin öyrənilməsi ilə bağlı müxtəlif məktəblərin və
nəzəriyyələrin rolu inkaredilməzdir. Məhz bu məktəblərin tədqiqi sahəsində
münaqiĢənin bir kateqoriya kimi hərtərəfli oyrənilməsinə, onun xarakterik
xüsusiyyətlərinin aydınlaĢdırılmasına, anlayıĢ aparatında baĢ vermiĢ
dəyiĢikliklərin üzə çıxarılmasına nail olunub. Məhz həmin tədqiqatlar
nəticəsində hərbi münaqiĢələrin təbiətində baĢ vermiĢ dəyiĢikliklər, onların
qeyri-hərbi tərkiblərinin rolunun artması səbəbləri, bütövlükdə silahlı
zorakılığa yeni baxıĢların formalaĢması mümkün olub.
Zəfər Nəcəfov
Hərbi münaqiĢələrə dair nəzəri baxıĢların təkamülü
38
Hərbi münaqiĢələrin anlayıĢ aparatında və təbiətində baĢ verən radikal
dəyiĢikliklərin öyrənilməsində bir sıra məktəblərin interpretasiyalarını
nəzərdən keçirmək məqsədəuyğun hesab edilir.
3.1.Təkamül məktəbi
Təkamül məktəbi kimi tanınan elmi istiqamətin nümayəndələri insanlar
arasında müharibələri heyvanların davranıĢının analoqu kimi təqdim edir
[3,s.5]. Onların mübarizəsi ərazi, qida və tərəfdaĢlıq uğrunda rəqabət kimi
xarakterizə edilir. Heyvanlar əgər təbiətinə görə təcavüzkar hesab edilirsə,
insanlarda təcavüzkarlıq qarĢıdurma və müharibə ilə asossiasiya edilir.
Bununla belə insan təcavüzkarlığı bəĢəriyyəti daha çox narahat etməkdir.
Buna səbəb yeni texnologiyaların insan təcavüzkarlığının potensialını qat-qat
artırması və onun təsir imkanlarının bütün bəĢəriyyətin mövcudluğunu təhdid
etmək halına gətirməsidir.
3.2.Psixoloji məktəb
Psixoloji məktəb hərbi münaqiĢələrin səbəbini insanın təcavüzkar
davranıĢının öyrənilməsi kontekstində araĢdırıb. Bu məktəbin nümayəndələri
müharibəni neqatib insan təbiətinin məhsulu və insan psixikasının
pozulmasının nəticəsi kimi qələmə vermiĢlər. Yunan filosofu Fukididin
müharibəni xaos və Ģərə meyilli neqativ insan təbiətinin nəticəsi ilə
əlaqələndirdiyi halda, digər psixoloqlar təcavüzkarlığı insan psixikasının
ayrılmaz cəhəti kimi deyil, onun pozulmasının nəticəsi kimi xarakterizə
etmiĢlər [3, s.5]. Napoleon, Hitler və Mussolininin fəaliyyəti buna misal ola
bilər. Məhz sonuncuların fikrincə, umumbəĢəri sülh dövrünün bərqərar
olması ilə əlaqədar effektli mülki nəzarət sistemi psixi cəhətdən anormalların
hakimiyyətə çıxıĢını əngəllədi.
3.3.Antropoloji məktəb
Bu məktəb psixoloji yanaĢmanı inkar edərək, əsaslandırmağa çalıĢırdı ki,
təcavüzkarlığa meyil irsi ötürülmür, tərbiyə prosesində formalaĢır, yəni
konkret sosial mühitin mədəni təcrübəsini, onun dini və ideoloji dəyərlərini
əks etdirir. Onların nöqteyi-nəzərinə əsasən, zorakılığın müxtəlif tarixi
formaları arasında heç bir əlaqə yoxdur və ya onların hər biri özünün spesifik
sosial mühitində yaranıb [3, s.6].
3.4.Siyasi yanaşma
Siyasi yanaĢma K.Klauzeviçin ―müharibə siyasətin digər vasitələrlə
davamıdır‖ fikri üzərində formalaĢıb. Hərbi münaqiĢə bir tərəfdən qarĢıya
qoyulmuĢ məqsədə zorakı vasitələrlə çatmağı təbliğ edir. Digər tərəfdən hər
bir müharibənin özü müxtəlif siyasi proseslərin məhsulu hesab edilir [8, s.34-
35]. Bu yanaĢma tərəfdarları müharibənin mənĢəyini beynəlxalq mübahisələr
və diplomatik oyunlarla əlaqələndirirdilər.
Problemə müasir prizmadan yanaĢsaq, K.Klauzeviçin müharibə haqqında
verdiyi tərifin asanlıqla bugünkü günümüzə uyğun olmasını əsaslandırmaq
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.31-43
39
mükündür. Halbuki, əksər tədqiqatçılar müasir müharibələrin Klauzeviçin
təsvir etdiyi klassik müharibədən köklü Ģəkildə fərqləndiyini yazır. Müəllifin
―müharibə siyasətin digər vasitələrlə (bu və ya digər yollarla) davamıdır‖
ifadəsini müasir təmassız müharibələrə, yumĢaq güc vasitələri ilə aparılan
informasiya müharibələrinə Ģamil etmək olar. Müasir texnologiyaların sürətli
inkiĢafı milli dövlətlərin suverenliyini dolayı fəaliyyətlər strategiyası
hesabına kütləvi, uzunmüddətli müharibələr aparmadan pozmaq və ya onun
siyasi hakimiyyətini ələ keçirmək mükündür.
3.5.Sosioloji yanaşma
MünaqiĢə fenomeninin cəmiyyətin sosial həyatında qalaq-qalaq yığılmıĢ
problemlərlə, etnik, dini zəmində ayrı-seçkiliklə bağlayan yanaĢma sosioloji
yanaĢma hesab edilir. Onun tərəfdarları E.Ker və X.U.Veler müharibəni
vuruĢan ölkələrin daxili sosial vəziyyətinin və sosial strukurunun məhsulu
hesab edir. Bir çox sosioloqlar müharibənin universal tipologiyasını iĢləyib
hazırlamağa, onlara təsir edən bütün amillərin (iqtisadi, demoqrafik) nəzərə
alınması ilə onları formalaĢdırmağa, onların qarĢısının alınması üçün iĢlək
mexanizmlərin yaradılmasına cəhd göstərirlər. Hələ 1920-ci ildə
L.F.Riçardson tərəfindən təklif edilmiĢ müharibələrin sosio-statistik təhlili
geniĢ istifadə edilir [3,s.6].
3.6.Maltusa nəzəriyyəsi
Hərbi münaqiĢəyə haqq qazandıran və onu insan artımının qarĢısını alan
vasitələrdən biri kimi qələmə vermiĢ nəzəriyyə Maltusa məxsusdur. Həmin
nəzəriyyə silahlı toqquĢmaları əhalinin artımı ilə resursların tükənməsi
arasında asimmetriya ilə əlaqələndirib [9, s.1566]. Bu nəzəriyyə məzmunca
insanların qidalanması və inkiĢafı üçün əlveriĢli məkanların iĢğalına haqq
qazandıran klassik geosiyasət nəzəriyyəsinə çox yaxındır.
Tomas Maltus (1766-1834) əhali artımı tənzimləyən vasitələr arasında
hərbi zorakılıqdan savayı, xəstəlik və aclığın olmasını da qeyd etmiĢdi. Bu
gün müəllifin fikirlərdən qlobal güc uğrunda mübarizə aparan dövlətlərin
koronavirus, ebola, Sibir yazvası və s. kimi pandemiyalardan (bioloji
silahlardan) yararlanmağa çalıĢması inkaredilməzdir.
Tarixən bütün hərbi toqquĢmalar təbii ehtiyatların dünya üzrə qeyri-
bərabər paylanmasının nəticəsidir. Ġqtisadi sərvətlərə və əlveriĢli iqtisadi
Ģərtlərə nail olmaq, zəngin regionlara və enerji resurs mənbələrinə çıxıĢ əldə
etmək istənilən hərbi münaqiĢəyə iqtisadi məzmun verir. Müasir dövrdə
iqtisadi xarakterli müharibələrə dəhliz müharibələri də aid edilir. Hazırda
təbii ehtiyatların həcminin azalması və iqlim dəyiĢikliyi Ģəraitində iqtisadi
cəhətdən inkiĢaf etmiĢ dövlətlər həm hərbi güc tətbiq etmədən, həm də güc
yolu ilə bütün vasitələrlə digər ölkələrin enerji ehtiyatlarına çıxıĢ əldə etməyə
çalıĢırlar.
Zəfər Nəcəfov
Hərbi münaqiĢələrə dair nəzəri baxıĢların təkamülü
40
Dövlətlər arasında siyasi münasibətlər böhran xarakteri aldıqda bu
iqtisadi-ticarət əlaqələrinin kəsilməsinə və ya zəiflədilməsinə, iqtisadi
sanksiyaların iĢə düĢməsinə gətirir. Qərbin Rusiyaya və Ġrana qarĢı sanksiya
müharibəsi fikrimə əsas verir. Məhz bu baxımdan iqtisadi yanaĢma
münaqiĢələrin baĢ verməsini merkantlist maraqlarla sıx bağlı olan geoiqtisadi
amillərlə əlaqələndirir, müharibəyə ölkələr arasında iqtisadi rəqabətin artması
kimi baxır.
3.7.İnformasiya nəzəriyyəsi
Beynəlxalq münasibətlər üzrə mütəxəssislər arasında populyar olan
informasiya nəzəriyyəsi müharibəni informasiya çatıĢmazlığı ilə izah edir.
Onun tərəfdarlarının fikirlərinə əsasən, müharibə qarĢılıqlı qərarların
(tərəflərdən birinin hücum etmək haqqında qərarı və digərinin isə müqavimət
göstərmək haqqında qərarı) nəticəsi hesab edilir. Məğlub tərəf özünün və
digər tərəfin inkanlarını obyektiv qiymətləndirməyən tərəfdir. Məhz bu
səbəbdən düĢmənin məqsədi və onun müharibə aparmaq qabiliyyəti haqqında
biliklər həlledici əhəmiyyət kəsb edir. Burada qədim Çin strateqi Sun-Tszının
―düĢmənini və özünü tanıyan istənilən savaĢda qalib gələr. Özünü tanıyıb,
düĢmənin tanımayan məğlubiyyətə məhkumdur‖ [10, s.32] fikirləri yerinə
düĢür.
Müasir müharibələrin transformasiyasında informasiya texnologiyalarının
rolu aksioma çevrilib. Məhz onun sahəsində müasir müharibələrin taleyində
insan amilindən daha çox yüksək texnologiyaların məhsulu olan yüksək
dəqiqlikli silahlar və PUA-lar mühüm rol oynayır. Elə bu səbəbdən müasir
müharibələrin informasiyaların və yüksək texnologiyaların qarĢıdurması
olması fikri danılmaz həqiqət hesab edilir. Çoxsaylı Ģəxsi heyətə deyil,
qabaqcıl texnologiyaya malik ordular müasir müharibələr üçün daha effektli
hesab edilir.
4.Nəticə
1. MünaqiĢələr bəĢər tarixinin ayrılmaz və təkzibolunmaz hissəsdir;
2. Hərbi münaqiĢələr sosial ziddiyyətlərin və bərabərsizliyin məhsulu olsa
da, tərəqqinin əsas meyarı hesab edilir;
3. Sosial-iqtisadi formasiyalar hərbi münaqiĢələrin transformasiyasında
mühüm rol oynayıb;
4. Hərbi münaqiĢələrin spesifik xüsusiyyətlərinin öyrənilməsində
konfliktoloji məktəb və yanaĢmaların xidməti danılmazdır;
5. QloballaĢma hərbi münaqiĢələrlə bağlı ―Klauzeviç irsi‖ni ciddi
dəyiĢikliyə məruz qoyub, klassik interpretasiyaları qeyri – konvensional
elementlərlə zənginləĢdirib;
6. Son 30 il ərzində müasir müharibələrin sürətli transformasiyasında
informasiya texnologiyaları mühüm rol oynayıb;
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.31-43
41
7. Müasir hərbi münaqiĢələrə qarĢı mübarizə qlobal təhlükəsizliyin əsas
prioriteti hesab edilir. Həmin münaqiĢələrin hibrid, transmilli və kriminal
xarakter alması qlobal miqyasda onlara qarĢı mübarizəni təxirəsalmaz
vəzifəyə çevirib.
ƏDƏBİYYAT
1. Геополитика. Информационно-аналитическое издание. Выпуск
XXI, 2013. 162 стр. https://studfile.net/preview/6724211/
2. Юсупов, А. К., & Лубяной, В. И. (2019). Сущность и
классификация войн и военных конфликтов: содержание и анализ
проблемы в современных условиях. XI Международная студенческая
научная конференция. Студенческий научный форум -Москва.
https://scienceforum.ru/2019/article/2018014030
3. Рябоконев, С. А. (2016). Вооруженные конфликты
современности: специфика и особенности. XI Международная
студенческая научная конференция. Студенческий научный форум -
Москва. https://files.scienceforum.ru/pdf/2016/19055.pdf
4. Schmid, A. (2000). Thesaurus and Glossary of Early Warning and
Conflict Prevention Terms. London, Forum on Early Warning and Early
Response, 30 p.
5. Galtung, J. (1996). Peace by Peaceful Means: Peace and Conflict,
Development and Civilization. Sage Publications, London, 280 p.
6. (2008). PCR274 Introduction to Conflict Transformation. National
Open University of Nigeria, 123 p. ISBN: 978-058-353-X
7. Кулагин, В. М. (2012). Современная международная
безопасность (учебное пособие). Москва, КНОРУС, 432 с. ISBN
978-5-406-01771-5
8. Клаузевиц, К. (1998). О войне. Москва, Логос, 451 c.
9. Acemoglu, D., Fergusson, L., & Johnson, S. (2020). Population and
Conflict. Review of Economic Studies 87 (4), 1565–1604
https://doi.org/10.1093/restud/rdz042
10. Сунь-цзы, Искусство войны. Москва, ЭКСМО, 83 c.
Эволюция теоретических взглядов на военные конфликты
Зафар Наджафов
Доктор философии в области национальной безопасности и военных наук,
Институт военного управления Национального университета обороны; Баку, Азербайджан
E-mail: zafarnajafov@yahoo.com
https://orcid.org/0000-0002-1392-9359
Цитировать статью: Наджафов, З. [2024]. Эволюция теоретических взглядов на военные конфликты.
Журнал «Metafizika», 7(2), с.31-43.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.31-43
История статьи:
Zəfər Nəcəfov
Hərbi münaqiĢələrə dair nəzəri baxıĢların təkamülü
42
Абстракт. В статье говорится о происхождении, особенностях
исторического развития и научных подходах к военным конфликтам.
Место и роль вооруженных конфликтов и войн в истории человечества,
их дуалистическая природа и объяснение аппарата понимания играют
ключевую роль в изучении проблемы. Заметные радикальные
изменения в общественно-экономических формациях оказали серьезное
влияние на характер, методы и средства военных конфликтов, создали
основу для возникновения и развития научных исследований в этом
направлении. «Революция в военном деле» привела к трансформации
вооруженной борьбы и появлению разделения «поколений войны».
Объяснение военных конфликтов в контексте различных школ и
подходов свидетельствует о том, что это социальное явление имеет
многогранный и сложный характер и тесно связано с другими
научными областями.
Ключевые слова: военный конфликт, социально-экономическая
формация, глобализация, трансформация, международная безопасность
Evolution of Theoretical Perspectives on Military Conflicts
Zafar Najafov
Abstract. The article deals with the origin, historical development features,
and scientific approaches to military conflicts. The place and role of armed
conflicts and wars in human history, their dualistic nature, and the
explanation of the understanding apparatus play a key role in the study of the
problem. Noticeable radical changes in socio-economic formations had a
serious impact on the nature, methods, and means of military conflicts and
created a basis for the emergence and development of scientific research in
this direction. The "revolution in military affairs" has resulted in the
transformation of armed struggle and the emergence of the "generations of
war" division. The explanation of military conflicts in the context of various
schools and approaches indicates that this social phenomenon has a
Статья поступила в редакцию: 12.03.2024
Отправлена на доработку: 15.04.2024
Принята для печати: 29.04.2024
Doctor of philosophy in National Security and Military Sciences,
Institute of Military Management of the National Defense University; Baku, Azerbaijan
E-mail: zafarnajafov@yahoo.com
https://orcid.org/0000-0002-1392-9359
To cite this article: Najafov, Z. [2024] Evolution of theoretical perspectives on military conflicts. “Metafizika”
jurnalı, 7(2), səh.31-43.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.31-43
Article history:
Received: 12.03.2024
Accepted: 29.04.2024
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.31-43
43
multifaceted and complex nature and is closely related to other scientific
fields.
Keywords: military conflict, socio-economic formation, globalization,
transformation, international security
REFERENCES
1. Geopolitics. Information and analytical publication. Issue XXI, 2013. 162
pages. https://studfile.net/preview/6724211/ (in Russian)
2. Yusupov, A. K., & Lubyanoy, V. I. (2019). The essence and
classification of wars and military conflicts: content and analysis of the
problem in modern conditions. XI International Student Scientific
Conference. Student Scientific Forum - Moscow.
https://scienceforum.ru/2019/article/2018014030 (in Russian)
3. Ryabokonev, S. A. (2016). Armed conflicts of our time: specifics and
features. XI International Student Scientific Conference. Student
Scientific Forum - Moscow.
https://files.scienceforum.ru/pdf/2016/19055.pdf (in Russian)
4. Schmid, A. (2000). Thesaurus and Glossary of Early Warning and
Conflict Prevention Terms. London, Forum on Early Warning and Early
Response, 30 p. (in English)
5. Galtung, J. (1996). Peace by Peaceful Means: Peace and Conflict,
Development and Civilization. Sage Publications, London, 280 p. (in
English)
6. (2008). PCR274 Introduction to Conflict Transformation. National
Open University of Nigeria, 123 p. ISBN: 978-058-353-X (in English)
7. Kulagin, V. M. (2012). Modern international security (textbook).
Moscow, KNORUS, 432 p. ISBN 978-5-406-01771-5 (in Russian)
8. Clausewitz, K. (1998). About war. Moscow, Logos, 451 p. (in Russian)
9. Acemoglu, D., Fergusson, L., & Johnson, S. (2020). Population and
Conflict. Review of Economic Studies 87 (4), 1565–1604
https://doi.org/10.1093/restud/rdz042 (in English)
10. Sun Tzu, The Art of War. Moscow, EKSMO, 83 p. (in Russian)