“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 2, serial 26, 2024. pp.44-58 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
44
UOT: 327.
KBT: 65.248
DOI: 10.33864/2617-751X.2024.v7.i2.44-58
MJ № 209
Beynəlxalq münasibətlər diskursunda postkolonializm
Nərgiz Nağıyeva
Abstrakt. Tarixə müraciət həmiĢə beynəlxalq münasibətləri dərk etmək üçün
mühüm alət olub və bu tendensiya bu gün də aktuallığını qoruyub saxlayır. Lakin
əvvəllər tədqiqatçılar əsasən ayrı-ayrı hadisələrə və onların mümkün Ģərhlərinə
diqqət yetirirdilərsə, indi əsas diqqət sistemlərin tarixi faktorların
müəyyənləĢdirilməsinə və bu faktorların müasir beynəlxalq münasibətlərdə əks
etdirilməsinə yönəldilmiĢdir. Məhz buna görə də müstəmləkə əlaqələrinin müasir
beynəlxalq münasibətlər sisteminə tədricən təkamülünə diqqət yetirən postkolonial
yanaĢma xüsusi əhəmiyyət kəsb etmiĢdir. Postkolonializmi həm mahiyyət, həm də
tarixi bir proses olaraq anlamaq üçün bir çox termini dəqiqləĢdirməyə ehtiyac var.
Belə ki, bir çox tədqiqatlarda postkolonializm məfhumunun açıqlanmasında
kolonializm, postkolonializm, Birinci Dünya, Üçüncü Dünya, metropoliya,
globalizm, post-modernizm kimi anlayıĢlardan istifadə olunur. Bu anlayıĢlar
içərisində bir-birinə zidd olmalarına baxmayaraq elə bir-birinin davamı kimi görünən
kolonilaizm və postkolonializm terminləri mühüm yer tutur. Məqalədə bu
anlayıĢların bir neçəsinin izahına yer verilmiĢdir. Postkolonializm anlayıĢının
inkiĢafına və nəzəri tarixçəsinə baxıldığında bu anlayıĢın ilk dəfə Edvard Səid
tərəfindən ―Orientalism‖ adlı əsərində istifadə olunduğu qənaətinə gəlmək olar.
Edvar Səidin ―Orientalism‖ (1978) [Said, 1978] əsərində kolonializm və imperializm
anlayıĢlarının bir çox törəmə terminləri istifadə olunsa da bu əsərdə poskolonializm
sözünə bir dəfə də olsun rast gəlinmir. Postkolonializmin bir anlayıĢ olaraq
möhkəmlənməsində Edvard Səidin tədqiqatı qədər mühüm əhəmiyyətə ilk dəfə
hindistanlı marksist tarixçilər tərəfindən 1982-ci ildə inkiĢaf etdirilmiĢ ―Subaltern
Studies‖-dir. Beləliklə də, postkolonializm hələ adlandırılma baxımından son halını
almasa da 1989-cu ildə dərc olunmuĢ ―The Empire Writes Back‖ [Ashcroft,
Griffiths, & Tiffin, 1989] adlı kitab sayəsində bu gün həm termin həm də nəzəri
qavram olaraq müasir elmi dairələrdə istifadə olunmaqdadır.
Açar sözlər: kolonializm, neokolonializm, postkolonializm, subaltern,
müstəmləkə
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent,
Bakı Dövlət Universitetinin dosenti; Bakı, Azərbaycan
E-mail: nargiz_nagiyeva@mail.ru
https://orcid.org/0009-0001-1205-5864
Məqaləyə istinad: Nağıyeva, N. [2024] Beynəlxalq münasibətlər diskursunda postkolonializm. “Metafizika”
jurnalı, 7(2), səh.44-58.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.44-58
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 12.02.2024
Təkrar iĢlənməyə göndərilmiĢdir: 10.03.2024
Çapa qəbul edilmiĢdir: 29.04.2024
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp. 44-58
45
1.Giriş
Müasir italyan tədqiqatçı Antonio QramĢi (1891-1937) tərəfindən
subaltern anlayıĢı elmə daxil edildi ki, bu termin ―Üçüncü dünya‖, sonralar
isə ―post-kolonial‖ termininə bərabər tutuldu. Hindistanlı tarixçi Ranajit
Guhanın (1923-2023) ―Subaltern Studies: Writings on South Asian History
and Society‖ [Guha, 1995, Vol.1, 241p] əsəri isə 1981-ci ildə dərc
olunmuĢdur.
Edvard Səidin əsərindən üç il sonra dərc edilən bu əsərə oxĢar Hindistanda
bir çox tədqiqatlar qələmə alındı. DipeĢ Chakrabarty (1948-), Homi
K.Bhabha (1949-), Chakravorty Spivakın (1942-) tədqiqatları Guhanın bu
tədqiqatının davamıdır.
Koloniyalar bizim eradan əvvəl meydana çıxıb və baxmayaraq ki, bu
sözün orijinal mənası o zaman fərqli idi. Koloniya latın sözü olub
―məskunlaĢma yeri‖ deməkdir. Bəzi, adətən inkiĢaf etmiĢ sivilizasiyadan olan
təĢəbbüskar insanlar, köhnə yaĢayıĢ yeri nisbətən çox məskunlaĢdıqda və ya
artıq həyat üçün kifayət qədər resurslara malik olmadıqda, yeni torpaqlara
köçürdülər. Ġbtidai insanlar qədim dövrlərdə, ovçu-toplayıcı təsərrüfat üsulu
mərhələsində yeni torpaqları mənimsəyərək, sərvətsiz ərazilərdən həmin
ərazilərə, tükənmiĢ torpaqlardan toxunulmamıĢ torpaqlara, otlaqlara köç
edirdi.
Sivilizasiyalar dövründə köçürmə prosesi, daha doğrusu,
müstəmləkələĢdirmə prosesinin planetə daha geniĢ yayılması yeni təkan aldı.
Koloniyalar misirlilər, finikiyalılar, yunanlar və romalılar tərəfindən
yaradılmıĢdır. Ġnsanların köçdüyü və mövcudluğunu davam etdirən, yeni
torpaqları idarə edən əsas ərazi metropolis (yunan dilindən ―paytaxt‖)
adlanırdı. Koloniyaların mövcudluğunun ilk dövrü quldarlıq dövründə (e.ə.
250-ci ildən eramızın 480-ci ilə qədər) olmuĢdur. Adı çəkilən xalqların
nümayəndələrinin əkinçilik və ya ticarətlə məĢğul olmaq məqsədi ilə
metropoldan uzaqda yerləĢən yeni torpaqlarda yaĢayıĢ məntəqələri salması ilə
xarakterizə olunur. Bu cür koloniyalar, əlbəttə ki, sporadik birləĢmələr idi,
baxmayaraq ki, onların hər biri əsrlər boyu mövcud ola bilər və nisbətən
müstəqil və hətta ana ölkədən təcrid olunmuĢ ola bilərdi.
Dənizçiliyin və naviqasiya sistmenin inkiĢafı Orta əsrlərdə koloniyaların
kəĢfinə yeni təkan verdi. Burada Ġtaliya Ģəhər-respublikaları xüsusilə seçilirdi
- Genuya və Venesiya, onların arasında daim təsir dairələri uğrunda mübarizə
gedirdi. Tədricən kapitalist cəmiyyətinin formalaĢması və Böyük Coğrafi
KəĢflərlə bağlı müstəmləkələrin mövcudluğunun ikinci mərhələsi formalaĢdı.
Avropalılar Amerikanı kəĢf edən kimi orada məskunlaĢmağa, qızıl və digər
maddi sərvətləri Avropaya daĢımağa, yerli dövlətləri və xalqları özünə tabe
etməyə baĢladılar. [Бжезинский, 2012. с.18]
2.Kolonizasiya-müstəmləkələşdirmə
Nərgiz Nağıyeva
Beynəlxalq münasibətlər diskursunda postkolonializm
46
Qədim dövrdə müstəmləkəçilik ilkin olaraq doğma ölkədə taxıl
çatıĢmazlığı ilə bağlı olsa da, daha sonralar ticarət əlaqələrinin qurulması,
təsərrüfat üçün yararlı olan yeni torpaqlar zəbt olunması problemlərinin həlli
ilə əlaqəli idi. KoloniyalaĢdırma birbaĢa siyasi təsir dairəsinin
geniĢləndirilməsi ilə əlaqəli deyildi. (o, xüsusilə e.ə. V əsrdə Afinanın
müstəmləkəçilik siyasəti və ellinizm dövrünün kolonializmi ilə əlaqəlidir).
Kolonializm prosesi e.ə. 2-ci minillikdə baĢlamıĢ və müxtəlif fasilələrlə
Erkən Roma imperiyası dövrünə qədər davam etmiĢdir. Finikiyalıların
koloniyalaĢdırma siyasəti e.ə. IX-VII əsrlərdə Kiprdə, Afrikanın Ģimalında
(Karfagen), Sicilyanın qərbində və Ġspanıyanın cənubunda (Qades, indiki
Kadis) ticarət mərkəzlərinin qurulması ilə əlaqəli idi. Bu ölkələr arasında mis,
dəmir, qurğuĢun ticarəti gedirdi. Finikiyalıların eləcə də, digər dövlətlərin
müstəmləkəçilik siyasətinin əsasını məhz qul ticarəti təĢkil edirdi. Eramızdan
1200 il əvvəl xalqların Aralıq dənizinə köçü zamanı yunanlar Egey dənizinin
adalarında və Kiçik Asiyanın qərbində məskunlaĢdılar. Əvvəlcə Fessaliyadan
miqrasiya edən axeylər Lesbosda, Tenedos və Kiçik Asiyanın Ģimal-qərbində
məskunlaĢdılar. O zamandan etibarən onlar eoloylar adlanmağa baĢladılar.
Daha sonra isə Miletə qədər gedib çıxaraq daha böyük ərazilərdə
məskunlaĢdılar. Nəhayət, doriyalılar Kriti, Rodosu və Kiçik Asiyanın cənub-
qərb hissəsini müstəmləkələĢdirdilər. Kiçik Asiya yunanları arasında əsas
yeri ioniyalar tutmağa baĢladılar. Yunan iqtisadiyyatının və mədəniyyətinin
ilkin çiçəklənmə dövrü də məhz onların adı ilə bağlıdır. Eramızdan əvvəl,
VIII-VI əsrlərdə Yunanıstandan qitə və adalarda olan Ģəhərlərin çoxunda
koloniyalar ləğv edilib Aralıq və Qara dəniz sahilləri boyu yerləĢdirildi.
Baxmayaraq ki, müstəmləkələĢdirmə siyasəti spontan olaraq gedirdi, bu
mərhələnin sonuna yaxın artıq yunan müstəmləkələri hər iki dənizi əhatə
edirdi. MüstəmləkələĢdirmə səbəbləri əvvəcə iqtisadi xarakter daĢıyırdı:
əhalinin köçürülməsi, təsərrüfatın zəif məhsuldarlığı, torpaq çatıĢmazlığı və s.
Buraya siyasi səbəbləri də əlavə etmək olar. Daxili siyasi mübarizənin
güclənməsi məğlub partiyaların güc yolu ilə dövlətdən çıxarılması və s.
[Гладкий, Том 1. с.347-348].
Yeni koloniyalar daha çox torpaq mülkiyyəti xarakteri daĢıyırdı. Amma
bəzən birinci yerdə metropoliyanın ticari maraqları dayanırdı. Böyük yunan
kolonizasiyası 3 istiqamətdə gedirdi: 1-ci qərb istiqamətində (Sicilya, cənubi
Ġtaliya, Ġlliriya sahilləri, cənubi Qalliya və Ġberiya) daha məhĢur
müstəmləkələr - Kumı, Tarent, Sibaris, Kroton, Naksos, Sirakuza, Massiliya
və s. idi. 2-ci Ģimal-Ģərq istiqamətində, III isə Ģimal koloniyalar idi. Ən çox
koloniyalar Qara dəniz sahilləri boyunca Miletə aid idi. Koloniyaların
qurulmasında əsas metropol dövlətin siyasi xadimləri iĢtirak edirdilər ki,
onlar da torpaqların bölüĢdürülməsi və koloniyalın idarə olunması ilə
məĢğuldurlar. Daha sonra bu koloniyalar metropoliyaların
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp. 44-58
47
mədəniyyətlərindən yararlanırdılar. Əhali çox vaxt tək metropoldan yox,
digər yerlərdən də gəlib məskunlaĢırdılar. Koloniyalar müstəqil Ģəhər dövlət
statusu alırdılar. Metropoliya ilə onları müqəddəs bağlar bir-birinə bağlayırdı.
Ümumi inanclar, ortaq mədəniyyət və s. Bundan əlavə, onları çox vaxt
iqtisadi əlaqələr bir-birinə bağlayırdı. Kolonizatorlar koloniyaların əhalisini
ya istismar edirdilər ya da qovurdular. Koloniyalardan buğda, qul, mal-qara,
balıq, duz, tikinti məhsulları, ədviyyat, papirus, fil sümüyü daĢıyırdılar,
metropoliyalar eləcə də keramika, metal əl iĢləri, parça, yağ və Ģərab ixrac
edirdilər. KoloniyalaĢdırma Yunanıstanın özündə ciddi sosial-iqtisadi
dəyiĢikliklərə səbəb olurdu. ġəhərlər iqtisadi mərkəzlərə çevrilirdi.
Sənətkarlıq, dənizçilik, ticarət sürətlə inkiĢaf edirdi. Qohumluq əlaqələri
zəifləyirdi. ġəhərlər quldarlıq mərkəzlərinə çevrilirdi. GeniĢ ticarət əlaqələri
mədəniyyətin uğurlu inkiĢafına Ģərait yaradırdı. Beləliklə də, sosial-iqtisadi
və mədəni inkiĢaf koloniyalarda daha sürətli gedirdi. E.ə V əsrin I yarısında
Afina dəniz ittifaqının üzvlərinə aid olan ərazilərdə Afinanın müttəfiqləri
üzərində siyasi hakimiyyətinin möhkəmləndirilməsi üçün klerixuy yaradıldı.
Onlar hərbi Ģəhərciklər idi-müstəqil Ģəhər dövlət statusuna malik deyildi,
əhalisi isə Afina vətəndaĢlığını qoruyub saxlayırdılar. Klerixuy yaratmaqda
digər əsas məqsəd isə kasıb afinanıların mövqeyinin zəiflədilməsi idi. MəĢhur
klerixuylar- Samosda, Eqində, Lesbosda idi. E.ə 404-cü ildə Afina onları
itirdi, 386-cı ildə isə Lemnosda, Ġmbrosda və Skirosdakı köhnə klerixuylarını
geri qaytara bildi. Afina klerixuyları kimi Makedoniyalı Ġsgəndər iĢğal
olunmuĢ Asiya ərazisində öz hakimiyyətini möhkəmləndirmək üçün hərbi
məskunlaĢmalar yaratmıĢdır. E.ə IV əsrdə Roma Ġtaliyanın zəbt edilməsi
prosesində vətəndaĢ koloniyaları yaratmağa baĢladı ki, əvvəlcə sahil
ərazilərdə sonra isə yarımadanın içərilərinə doğru öz hakimiyyətini
möhkəmləndirsin. Roma koloniyaları müstəqil administrativ vahidlər
deyildilər, onlar Roma idarəçilik sisteminin tərkibinə daxil idilər və Romanın
Ġtaliya yarımadasında hakimiyyət uğrunda mübarizəsinə ciddi dəstək idilər.
Qrakxların zamanından isə Roma Ġtaliyadan kənar ərazilərdə də koloniyalara
sahib olmağa baĢladılar. Kolonizasiyanın inkiĢafı Yuli Sezarın və Oktavian
Avqustun dövründə də gedirdi. Erkən imperiya dövründə Romanın
müstəmləkəçilik siyasəti hakim sinifə əyalətlərdə möhkəm sosial əsas
yaratmaqda kömək edir. Müxtəlif tipli idarəçiliyə malik olan Ģəhərlər
arasında Roma koloniyaları birinci yeri tuturdu. Daha sonrakı dövrdə isə
koloniyalar dağılmağa və öz əhəmiyyətini itirməyə baĢlayır.
Koloniya - kolonizasiya prosesində Aralıq dənizi və Qara dəniz
sahillərində yunan vətəndaĢlarından ibarət olan məskunlaĢma hesab
olunurdu. Yunan koloniyaları metropoliyadan müstəqil idilər. Roma
koloniyalarının vətəndaĢları tamhüquqlu Roma vətəndaĢları idilər.
Respublika dövründə koloniyalar Latsiya sərhədlərində daha sonralar isə
Nərgiz Nağıyeva
Beynəlxalq münasibətlər diskursunda postkolonializm
48
Ġtaliya sərhədlərindən kənarlarda formalaĢmağa baĢladı. Əsas məqsəd
Romanın iĢğal etdiyi ərazilərdə öz hərbi hakimiyyətini qurmaq və əhalisini
özünə tabe etməkdən ibarətdir. Koloniyalarda kəndlilər, henəyi olmayan əhali
və müharibə veteranları məskunlaĢırdılar. Artıq erkən dövrlərdən bir çox
koloniyaların məqsədi torpağı olmayan kəndlilər arasında torpaqların
bölüĢdürülməsi məqsədi güdürdü ki, bununla da böyük mülkədarlar üçün
təhlükəli olan aqrar qanunları zəiflətmək üçün mübarizə aparırdılar.
Koloniyalar hüquqi cəhətdən müstəqil idilər və Romada olduğu kimi
administrativ idarəçilik quruluĢuna malik idilər. Sezarın hakimiyyəti
dövründən bir çox koloniyaların əyalətlərdə əsası qoyuldu və romalıların
iqtisadi, siyasi, mədəni təsiri izləri buradan uzun müddət silinmədi.
[Гладкий, Том 1. с.347-348]
Kolonilaizm XV əsrdən bir sistem olaraq - ilk coğrafi kəĢflərdən baĢlayıb-
inhisarçı kapitalizm zamanında inkiĢaf etdi. Ġlk müstəmləkə imperiyasını
Portuqaliya və Ġspaniya təĢkil etmiĢdilər. Portuqaliya sonradan
müstəmləkələrini əlində saxlaya bilməmiĢdi. XVI əsrin ortaları üçün Ġspaniya
Mərkəzi və Cənub Amerikada böyük müstəmləkə imperiyası yaratmıĢdı.
Portuqaliya və Ġspaniyadan baĢqa Hollandiya, Ġngiltərə, Fransa, Almaniya,
Ġsveç və baĢqa ölkələr də Okeandan o tərəfdə müstəmləkə torpaqları əldə
etmiĢdilər. Onlar müstəmləkələri açıqdan-açığa soyub talayırdılar. Təkcə
Ġspaniya 1521-1660-cı illərdə Amerikadan 18 min ton gümüĢ və 200 ton qızıl
gətirmiĢdi. XVIII əsrdə Hindistan, Ġndoneziya və Avstraliya torpaqları
tamamilə müstəmləkəyə çevrilmiĢdilər.
Müstəmləkəçilik tarixini ümumiyyətlə dörd dövrə bölmək olar. Birincisi,
Avropanın 1763-cü ildə Paris müqaviləsinə qədər xaricə geniĢlənməsinə
baĢladığı dövr, ikincisi, BirləĢmiĢ Almaniyanın meydana çıxdığı 1763-cü
ildən 1870-ci illərin ortalarına qədərki, üçüncüsü isə 1875-1944-cü illər arası
müstəmləkə imperiyaları qurulduğu və mövcudluğunu qoruduğu
dövrlərdr.1800-1914-cü illər arasında bəĢəriyyət sözün əsl mənasında qəddar
bir iĢğal və istismar yaĢadı. Bu mərhələlərin əvvəlində Portuqaliya və
Ġspaniya, daha sonra Fransa və Hollandiya və nəhayət Ġngiltərə ön plana
çıxdı. Ġkinci mərhələdə Britaniyanın üstünlüyü üzə çıxdı, üçüncü mərhələdə
isə XX əsrdə ingilis, fransız, italyan, alman, rus, yapon və amerikan
maraqları arasında rəqabət baĢladı, əsrin iqtisadi, siyasi və ideoloji
strukturlarının əsasını təĢkil etdi. Son mərhələ informasiya və texnologiya
əsrində siyasi, mədəni və iqtisadi sistemlərin hakim olduğu yeni dövr idi.
Əsrlər boyu müstəmləkəçilik dövründə Avropada sənayeləĢmə geniĢ vüsət
aldığından, istismar olunan ölkələr Avropa zavodlarını iĢçi qüvvəsi, xammal
və kənd təsərrüfatı məhsulları ilə təmin etmək məcburiyyətində qaldılar. Bu
arada istismar edilən torpaqlarda yerli dəyərlər, dini-mədəni kimliklər və təbii
sərvətlər müstəmləkəçi dövlətlərin siyasəti ilə böyük ölçüdə məhv edilib.
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp. 44-58
49
Əslində, müstəmləkəçiliyin üç əsas səbəbi; sənayeləĢən Avropa dövlətlərinin
xammal və bazar axtarıĢı, millətçiliyin inkiĢaf etdiyi bir dövrdə güclü milli
dövlətlər qurmaq istəyi və nəhayət, iqtisadi, siyasi və hərbi siyasət yolu ilə
irqi, dini və mədəni üstünlük hissini təlqin etməsi. Beləliklə, baĢ verən tarixi
proses, tarixdəki dağıntılarla yanaĢı, bugünkü gəlir bölgüsü ədalətsizliyinin,
sosial, mədəni, siyasi və iqtisadi cəhətdən inkiĢaf etmiĢ və zəif inkiĢaf etmiĢ
ölkələr arasında fərqin formalaĢmasının ən bariz səbəbi kimi önə çıxır.
Müstəmləkəçiliyin klassik forması Ġkinci Dünya müharibəsi baĢa
çatdıqdan sonra öz məzmununu dəyiĢdi. Cəmiyyət humanizm ideyalarına üz
tutdu, demokratikləĢməyə, müvafiq olaraq dekolonizasiyaya doğru istiqamət
götürdü.
Bir neçə müstəmləkə ölkə müstəqillik əldə etdi: 1945-ci ildə Ġndoneziya
Yaponiyanın üç illik iĢğalından sonra öz dövlətçiliyini əldə etdi və iki il sonra
Hindistan Mahatma Qandinin irəli sürdüyü “müstəqillik uğrunda qeyri-
zorakı mübarizə” [12] taktikası sayəsində Britaniya hökmranlığından
qurtulub müstəqillik əldə etdi.
1960-cı il tarixdə adətən "Afrika ili" adlanır; məhz o zaman qitədə ən çox
suveren dövlət meydana çıxdı: 17 ölkə öz müstəqilliyini qazandı ki, onlar
əsasən Fransanın müstəmləkəsi idi. Onların arasında Konqo, Somali, Qabon
və bir çox baĢqaları da var idi. Elə həmin il BMT BaĢ Assambleyası
müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında
bəyannamə qəbul etdi, bu bəyannamə bütün xalqların öz müqəddəratını
təyinetmə hüququnu təsdiq etdi və müstəmləkəçiliyin tezliklə kökünün
kəsilməsinin zəruriliyini bəyan etdi.
3.Neokolonializm
Ġkinci Dünya müharibəsindən sonra müstəmləkələrdə bir çox milli
hərəkatların müstəqillik uğrunda mübarizələrindən ibarət olan dekolonizasiya
prosesindən sonra ―neokolonializm‖ termini ilk dəfə xüsusilə də Afrika ilə
bağlı geniĢ Ģəkildə istifadə olunmağa baĢladı [Sartre, 2001. 224 p].
Müstəqillik əldə etdikdən sonra bəzi milli liderlər və müxalifət qrupları öz
ölkələrinin keçmiĢ müstəmləkəçi dövlətlər və digər inkiĢaf etmiĢ dövlətlər
tərəfindən həyata keçirilən yeni müstəmləkəçilik formasına məruz qaldığını
iddia etməyə baĢladılar. 1957-ci ildə müstəqil Qana Respublikasının baĢçısı
olmuĢ Kvame Nkrumah, sonradan neokolonializmin klassik tərifinə
çevriləcək hadisənin ilk tənqidçisi idi. Bu izahat terminini istifadə edən ilk
kitablardan biri olan ―Neokolonialism as the Last Stage of Imperialism‖də
(1965) irəli sürülüb.[Nkrumah, 1965]
Nkrumah deyir ki, ―imperializmin əsas aləti olan müstəmləkəçilik əvəzinə
bu gün bizdə neokolonializm var. Neokolonializmin nəticəsidir ki, xarici
kapital dünyanın az inkiĢaf etmiĢ hissələrini inkiĢaf etdirməkdənsə, istismar
etmək üçün istifadə olunur. Neokolonializm Ģəraitində sərmayə dünyanın
Nərgiz Nağıyeva
Beynəlxalq münasibətlər diskursunda postkolonializm
50
zəngin və kasıb ölkələri arasında uçurumu azaltmaq əvəzinə, geniĢləndirir.
Yeni müstəmləkəçiliyə qarĢı mübarizə inkiĢaf etmiĢ ölkələrin kapitalının az
inkiĢaf etmiĢ ölkələrin iqtisadiyyatında iĢtirakını istisna etməkdən ibarət
deyil. O, inkiĢaf etmiĢ ölkələrin daha az inkiĢaf etmiĢ ölkələrini məhv etmək
üçün istifadə edilən maliyyə qüvvələrinə müqavimət göstərmək məqsədi
daĢıyır‖ [Nkrumah, 1965. p.26].
―Neokolonializm‖ termini Afrika Birliyi TəĢkilatı ölkələrinin xarici
siyasətinin təsviri kimi (onun ideoloqu K.Nkrumah idi), həmçinin Bandunq
Konfransından (Asiya-Afrika Konfransı, 1955) sonra geniĢ Ģəkildə istifadə
olunmağa baĢladı, burada QoĢulmama Hərəkatı konsepsiyası da təqdim
edildi. Formal tərif 1960-1961-ci illərdə Fransız Ġcmasının himayəsi altında
müstəqil dövlətlər birliyinin yaradılmasının neokolonializm adlandırıldığı
Afrika Millətləri Konfransının nəticəsi olaraq verilmiĢdir.
Beləliklə, neokolonializm iqtisadi bərabərsizliyə əsaslanan keçmiĢ
müstəmləkələrin metropol ölkələr tərəfindən istismarının davamıdır.
Neokolonializm dövründə müstəmləkəçilik dövründə olduğu kimi, mədəni və
linqvistik ekspansiya həyata keçirilir, keçmiĢ müstəmləkə ilə metropol
arasında qeyri-bərabər iqtisadi qarĢılıqlı əlaqə və qeyri-bərabər hərbi-siyasi
əlaqələr qurulur.
Biz hal-hazırda postkolonial deyil, neokolonial dövrdə yaĢayırıq. ABġ-ın
Körfəzdə və Afrikada hərbi müdaxiləsi; Karib dənizi və Latın Amerikasında
struktur asılılığı; Cənubi Afrikada davam edən irqi təzyiq və fraksiya
qarĢıdurması, Asiya, Sakit Okean və Yaxın ġərq; transmilli Ģirkətlər və
informasiya sənayeləri tərəfindən həyata keçirilən qlobal hegemonluqlar;
iqtisadi bölünmələri gücləndirən güzəĢtli müqavilələr və ticarət blokları;
keçmiĢ imperiya gücləri tərəfindən üstüörtülü Ģəkildə dəstəklənən müxtəlif
daxili mübarizələr; geniĢ yayılmıĢ korrupsiya, qondarma ―Üçüncü Dünya‖;
artan etnik zorakılıq: bunların hamısı Fanonun müstəmləkəçiliyin siyasi
müstəqillik elanı və ya simvolik olaraq sonuncu müstəmləkədə Avropa
bayrağının endirilməsi ilə sona çatmayacağına dair fikrinin arzuolunmaz
xatırlanmasına imkan verir. Fanonun müstəmləkəçiliyin təsirləri haqqında
araĢdırmasında dediyi kimi, (―Yerin bədbəxtləri‖ 1963), “Ġmperator güclər
tərəfindən heyvan səviyyəsinə endirilmiĢ bu dünyanı humanistləĢdirmək üçün
əsrlər lazım olacaq” [Фанон, 1963. с.100].
Yeni bir imperialist sitemin əvvəlkini yıxaraq ortya çıxmasında milli
azadlıq hərəkatları mühüm rol oynadı. I Dünya müharibəsində imperialist
güclərin zəifləməsi prosesi II Dünya müharibəsindən sonra daha da
sürətləndi. Avropalı imperialist güc mərkəzlərinin yeritdiyi siyasət 1945-ci
ildən sonra atıq mümükünsüz idi, baxmayaraq ki, onlar bu həqiqəti qəbul
etmək istəmirdilər. Əvvəlki sistem üç səbəbə görə çökmüĢdü.
KoloniyalaĢdırılmıĢ xalqlar sistemə qarĢı mübarizə aparırdılar və bu
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp. 44-58
51
mübarizəni Sovet Ġttifaqı, Çin, Kuba dəstəkləyirdi; müharibədən tükənmiĢ
vəziyyətdə çıxan Avropa güc mərkəzləri bu mübarizələrə artıq tab gətirə
bilmirdilər; digər super güc olan ABġ bu sistemə təzyiq göstərirdi. Yenə də
yeni yaranmıĢ sistem əvvəlki sistemin daha həssas və dolayı davamı idi.
Asiya və Afrika ölkələrinin müstəmləkə asılılığından azad edilməsi
nəticəsində bir sıra maneələr aradan qalxdı. Bununla belə, bu ölkələr bir
qlobal metropoliya yaradan keçmiĢ ağalarının istismar obyekti olaraq
qaldılar. Dünya müstəmləkə sistemi Sovet Ġttifaqının köməyi sayəsində məhv
edildi. Lakin Sovet Ġttifaqının ikinci fövqəldövlət kimi mövcudluğu
dayandırıldı və Qərb sivilizasiyasına xas olan ekspansiya arzusu davam etdi.
Qərb yeni Ģəraitdə qlobal neokolonializm sistemi yaratmağa baĢladı. Onun
formalaĢma vasitəsi qlobal müharibədir. Əgər XX əsrdə dünya müharibələri
var idisə, XXI əsrdə onları qlobal müharibə əvəz etdi. Qərb müharibə yoluna
qədəm qoyub, Yuqoslaviya, Əfqanıstan, Ġraq, Liviya, Suriyaya hücum edib
və ideoloji cəhətdən yeni müharibələr hazırlayır. Ukraynadakı faciəvi
hadisələr də qlobal neokolonializmin yaranması ssenarisinə uyğundur. XX
əsr təkcə müstəmləkəçiliyin sonu deyil, həm də neokolonializmin baĢlanğıcı
oldu. Sonuncu, 60-cı illərin ortalarında dünya müstəmləkə sisteminin
dağılmasından dərhal sonra baĢladı. XX əsr Qlobal neokolonializm
qloballaĢmanın müasir istiqaməti və qlobal imperializm praktikasıdır.
Ġmperializmi qlobalizmə çevirir. Bir kollektiv (korporativ) metropoldan yeni
Ģəkildə idarə olunan vahid qlobal imperiya yaradılır. Bu, artıq paytaxt
(müstəmləkəçilərin gəldiyi Ģəhər) deyil, dövlət və ya hətta dövlətlər
toplusudur. ABġ qlobal imperiyanın ―paytaxtı‖ sayıla bilər; dünyanın qalan
hissəsi bir qlobal neokoloniyaya çevrilir. Qlobal neokolonializmin əsas
prinsipi ―bir metropoliya, bir koloniya‖dır.
4.Postkolonializm
Klassik müstəmləkəçilik kapitalizmdən ayrılmazdır və kapitalizmin
imperializmə çevrilməsində halqa hesab oluna bilər. XIX əsrin sonlarında
müstəmləkəçilik yolu ilə inhisarçı kapitalizmə çatdı. XX əsrin sonunda
kapitalizm qlobalizmə çevrildi və qlobal neokolonializm ideologiyasını
yaratdı. 1980-ci illərdə humanitar elmlərin ayrıca bir fənlərarası sahəsi -
postkolonial tədqiqatlar formalaĢdı.
Edvard Səidin ―Orientalizm‖ [Said, 1978] əsəri postkolonial tədqiqatların
baĢlanğıc nöqtəsi hesab olunur. Onun əhəmiyyəti diqqəti müstəmləkəçinin
müstəmləkəyə təsirindən və sonuncunun müqavimət göstərmək cəhdlərindən,
müstəmləkəçinin müstəmləkəçilik siyasətindən və müstəmləkəçilik
obyektindən asılılığına cəlb etməkdədir. Bu, təkcə konkret dövlətlər haqqında
deyil, bu gün də əsas element olaraq qalan Avropa imperiyalarının yaratdığı
sistem haqqında idi. Akademik müzakirələr beynəlxalq ictimaiyyətin
normalarının formalaĢmasına Avropa irsinin yenidən baxılması məsələlərini
Nərgiz Nağıyeva
Beynəlxalq münasibətlər diskursunda postkolonializm
52
əhatə etməyə baĢladı. Alimlər Avropa düĢüncəsi və maarifçiliyinin bəĢəriyyət
tarixinə verdiyi töhfənin əhəmiyyətini inkar etmədən bu irsin daha az
doqmatik və universal Ģərhlərə imkan verəcək mümkün Ģərhləri haqqında
danıĢmağa baĢladılar. Məsələn, postkolonial yanaĢmanın məĢhur
nəzəriyyəçisi DipeĢ Çakrabarti qeyd edir ki, ümumbəĢəri olduğunu iddia
edən hər hansı bir Avropa ideyasını nəzərdən keçirərkən nə zamandan, nə də
onun yaranmasının tarixi və intellektual ənənələrindən imtina edə bilmərik.
Və belə bir təftiĢ artıq bu fikirlərin universallığına dair Ģübhələrə səbəb olur
[Chakrabarty, 2000. 336 p].
Avropa tarixinin dünya tarixi kimi qəbul edilib-edilməməsi ilə bağlı
mübahisələr yarandı. Üstəlik, əsas mövzulardan biri siyasi proseslərə
avromərkəzçi baxıĢın aradan qaldırılması idi. Postkolonial yanaĢmanın
spesifikliyi metropoliyanın müstəmləkə üçün öz normalarını qeyd-Ģərtsiz
diktə etdiyini güman edən müstəmləkə məntiqinin rədd edilməsi və
hegemonla subaltern arasında qarĢılıqlı əlaqəyə xüsusi diqqət yetirilməsidir.
―ġərti müstəmləkəçi‖ ilə ―Ģərti müstəmləkə‖nin hərəkətlərinin bir-biri ilə
əlaqəli olduğu vurğulanır. Avropa intellektual düĢüncəsinin əvvəlki
nailiyyətlərindən əl çəkmədən postkolonial yanaĢma həm müasir Avropa
Ġttifaqının özünün, həm də onun Ģərti ―koloniyalarının‖ formalaĢması
prosesini yenidən düĢünməyə kömək edir [Onar & Nicolaïdis, 2013. p.283-
303].
Beynəlxalq münasibətlər tarixinə postkolonial baxıĢ mövcud
avromərkəzçilik sistemdə baĢqa cəhətləri görməyə imkan verir, digər
tərəfdən, aktorların mürəkkəb qarĢılıqlı asılılığını təhlil etmək üçün yeni
imkanlar yaradır. Ədəbiyyat, tarix, siyasət, coğrafiya, təsviri sənət və s.-dən
fərqli olan bu tədqiqat sahəsi üçün birləĢdirici prinsip, bir tərəfdən Avropa
postmodern fəlsəfəsinin ideyalarına əsaslanan nəzəri prinsiplərdir. Digər
tərəfdən, müstəmləkəsizləĢdirmə və Qərb hökmranlığının tənqidi fonunda
formalaĢan postkolonial tədqiqatlar milli tarixlərdə avromərkəzçiliyə qalib
gəlməyə çağırıĢ və müstəmləkəçilik irsini yenidən nəzərdən keçirmək
məqsədi ilə birləĢir.
Hal-hazırda beynəlxalq münasibətlər elmində bu mövzuya marağın
əhəmiyyətli dərəcədə artması müĢahidə olunur ki, bu da qeyd edildiyi kimi,
imperiya təcrübəsini anlamaqda və müstəmləkə imperiyalarının tarixinə dair
məsələləri öyrənməkdə "böyük nəzəriyyələrin" olmaması ilə əlaqədardır.
Postkolonial nəzəriyyə və ya postkolonializm müstəmləkəçiliyin mədəni
irsini anlamağa çalıĢan intellektual diskursdur. Nəzəriyyənin mərkəzi
F.Fanonun, E.Səidin, H.Bhabhanın, Ç.Spivakın, R.Quanın, D.Çakrabartinin
artıq klassik əsərləridir ki, onların əsasında 1980-ci illərdən baĢlayaraq
postkolonial tədqiqatlar formalaĢdı. Mahiyyət etibarı ilə Qərblə ġərq arasında
münasibətlərin bütün tarixi onların səlahiyyətində idi; baxıĢ bucağına həm
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp. 44-58
53
keçmiĢin, həm də indinin problemləri - müstəmləkə, post-müstəmləkə daxil
idi. Bu məqalədə məsələni tam əhatə etmiĢ kimi görünmədən, indiki dövrdə
beynəlxalq münasibətlər diskursunda postkolonial tədqiqatların inkiĢafının
ümumi tendensiyalarını əks etdirmək istərdim.
Bu nəzəriyyə ümumbəĢəri həqiqətlərin mövcudluğunun mümkünlüyünü
inkar edən, reallığın linqvistik konsepsiyasını və bütün biliklərin qaçılmaz
nisbiliyini dərk edən, marksizmin təsiri altında yaranmıĢ Avropa postmodern
fəlsəfəsinin ideyalarına əsaslanır [Голубкина, 2016. № 1-2].
Postkolonializm postkolonial məkanda ―Mərkəz‖ və ―Periferiya‖
anlayıĢlarının qorunub saxlayaraq, mədəni imperializmin problemlərini və
Qərb mədəniyyətinin hökmranlığını öyrənir. Nəzəriyyənin əsasını
müstəmləkəçiliklə müasirlik arasındakı əlaqə təĢkil edir. Müasirlik
―baĢqasını‖, həmiĢə tərifə görə ―geridə qalmıĢ‖ı, həmiĢə yetiĢmək
mövqeyində olanı yaradır. Postkolonial nəzəriyyə məzlumların öz aĢağı
statuslarını qəbul etdikləri və daim özlərini ―sivil‖ dünya ilə müqayisə
etdikləri bir tabeçilik sistemini araĢdırır. Postkolonial nəzəriyyə məzlumların
öz aĢağı statuslarını qəbul etdikləri və daim özlərini ―sivil‖ dünya ilə
müqayisə etdikləri bir tabeçilik sistemini araĢdırır. Yerli reallıqlara uyğun
həll yollarının tapılması ehtimalı bu halda arxa plana keçir. Postkolonial
nəzəriyyəçilər də müstəmləkə subyektinin ikili, ―parçalanmıĢ‖ Ģüurundan
yazırlar. Bu kontekstdə mədəni kimlik problemi postkolonial tədqiqatlarda
mühüm məsələyə çevrilir. Mədəni araĢdırmalara və identifikasiyaya vurğu ilə
postkolonial nəzəriyyə ümumilikdə tarixi tədqiqatlara və xüsusən də tarixi
antropologiyaya böyük təsir göstərmiĢdir.
Postkolonial tədqiqatlar çərçivəsində ayrıca bir istiqamət - subaltern
tədqiqatlar formalaĢmıĢdır. Subaltern sözü tez-tez rus dilinə ―угнетенные‖,
Azərbaycan dilinə "məzlum", türk dilinə isə ―madun‖ kimi tərcümə olunur,
lakin bir çox tədqiqatçılar bu anlayıĢı tərcüməsiz qoyurlar, çünki onun xüsusi
bir mənası var: səssizlik, öz maraqlarını, tələblərini ifadə edə bilməmək və
hətta varlığını elan etmək. "Subaltern" termini ilk dəfə italyan filosofu
Antonio GramĢi tərəfindən istifadə edilmiĢdir, o, siyasi səsi olmayan
marginal qrupların tabe mövqeyinə istinad etmiĢdir. Sosioloq M.Simonun
fikrincə, hərbi leksikondan olan bu termin (―mövqe və manevr müharibəsi‖
ilə birlikdə) QramĢçinin hegemonluğa qarĢı mübarizəyə çağırdığı
metaforaların militarist mahiyyətini əks etdirir.
Hind mənĢəli tarixçi Ranajit Guha isə bu terminin tətbiqinə öz töhfəsini
verdi. O, qeyd etdi ki, müstəmləkələrin əhalisinin əhəmiyyətli hissəsi
müstəmləkəçilik sistemindən kənarda qalıb. Siyasi hüquqlardan və
müstəmləkə sisteminə təsirdən məhrum olan paralel cəmiyyət
formalaĢdırdılar. R.Quha əhalinin bu təbəqəsini Cənubi Ġtaliyanın yoxsul
Nərgiz Nağıyeva
Beynəlxalq münasibətlər diskursunda postkolonializm
54
kəndlilərini ―subalternlər‖ adlandıran italyan marksist Antonio QramĢçidən
götürdüyü ―subalternlər‖ termini ilə təyin etmiĢdir [Guha, 1982, vol.1, p.1-8].
Hind-amerikalı alim Gayatri Chakravorty Spivak tərəfindən
məĢhurlaĢdırıldığı ədəbi tədqiqatlarda subalternlərin öyrənilməsi də geniĢ
yayılmıĢdır. Onun ―Məzlum danıĢa bilərmi?‖ essesi postkolonial
nəzəriyyənin əsas mətnlərindən birinə çevrildi. Bu əsərdə o, iddia edir ki,
tabeçilərin öz emosiyalarını və ehtiyaclarını ifadə etmək üçün heç bir
vasitələri yoxdur və onların bu cəhdləri qüdrət və bilik sahibi olanlar
tərəfindən yanlıĢ Ģərh olunur [Спивак, 2001. с.649-670]. Bu tezis dilin təkcə
əsas ünsiyyət vasitəsi kimi deyil, həm də ayrı-ayrı icmaları təmsil etmək
vasitəsi kimi əhəmiyyətini nümayiĢ etdirir. Tarixi tədqiqatlarda
postkolonializmin roluna qayıtmazdan əvvəl onun xüsusiyyətlərinə diqqət
yetirməyə dəyər. Daha əvvəl qeyd edildiyi kimi, postkolonial alimlər digərini
təsvir edən dilə çox həssasdırlar. Onlar daim suallar verirlər ki, azad etmək
üçün hansı dildən istifadə edirik? Fatehlərin dilindən təkrar-təkrar istifadə
edirikmi? Subalternlərin təcrübəsinin qlobal səviyyədə və ya ən azı milli
dövlət kontekstində eĢidilməsi üçün bu təcrübə qavranılmalı,
ümumiləĢdirilməli və ifadə edilməlidir [Морозов В.]. Ancaq bunu, bir qayda
olaraq, avropasayağı təhsil almıĢ ziyalılar dilə gətirir. Buna görə də
postkolonial tədqiqatçılar kimin, nə üçün və kimin adından danıĢdığına
xüsusi diqqət yetirirlər. Bəzən ―zalımlar‖ təkcə ―məzlumlar‖ haqqında deyil,
onlar üçün də danıĢırlar.
ƏDƏBİYYAT
1. Бжезинский, З. (2012). Стратегический взгляд: Америка и
глобальный кризис. Москва, 250 стр. ISBN: 9780465029549
2. Гладкий, В. Д. Древний мир. Том 1. 510 с.
3. Фанон, Ф. (1963). Черная кожа, белые маски. 220 с. ISBN:
9780802143006
4. Chakrabarty, D. (2000). Provincializing Europe: Postcolonial Thought
and Historical Difference. Princeton University Press. XIII, Princeton,
Oxford, UK, 336 p. ISBN: 9780691130019
5. Sartre, Jean-Paul (2001). Colonialism and Neocolonialism. Routledge,
Psychology Press, 224 p. ISBN: 9780415378468
6. Onar, N. F., & Nicolaïdis, K. (2013). The Decentring Agenda: Europe as
a post-colonial power. Cooperation and Conflict, 48(2), 283-303.
https://doi.org/10.1177/0010836713485384
7. Голубкина, С. Е. (2016). О некоторых тенденциях развития
постколониальных исследований. Вестник Минского университета,
№ 1-2.
https://vestnik.mininuniver.ru/jour/article/view/174/175
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp. 44-58
55
8. Guha, R. (1982). On Some Aspects of the Historiography of Colonial
India. Subaltern Studies, vol. 1, Delhi, Oxford University Press, 335p.
9. Guha, R. (1995). Subaltern Studies: Writings on South Asian History and
Society. Oxford University Press, Vol. 1, 241 p. ISBN: 978-0195634433
10. Спивак, Г. Ч. (2001). Могут ли угнетенные говорить? // Введение в
гендерные исследования. (Ч. II: Хрестоматия, Под ред. Жеребкина,
С. В.). Харьков: ХЦГИ, СПб. с. 649-670. ISBN 5-89329-422-Х
11. Морозов В. Subaltern Studies. Четвертая лекция курса
«(Пост)колониальные исследования» в рамках проекта «Ташкент-
Тбилиси».
https://syg.ma/@leisan-garipova/viachieslav-morozov-subaltern-studies.
12. https://trends.rbc.ru/trends/social/63298c819a79471e112aa2f6
13. Nkrumah, K. (1965). Neo-Colonialism, the Last Stage of imperialism.
London. ISBN: 9780901787231
14. Said, Edward W. (1978). Orientalism. New York. 368 pp. ISBN:
9780394740676
15. Ashcroft, B., Griffiths, G., & Tiffin, H. (1989). The Empire Writes Back:
Theory and practice in post-colonial literatures. London and New York,
246 pp. ISBN: 9780203426081
Постколониализм в дискурсе международных отношений
Наргиз Нагиева
Абстракт. Обращение к истории всегда было важным инструментом
понимания международных отношений, и эта тенденция остается
актуальной и сегодня. Однако если раньше исследователи в основном
фокусировались на отдельных событиях и их возможных
интерпретациях, то сейчас основное внимание сосредоточено на
определении исторических особенностей систем и отражении этого
наследия в современных международных отношениях. Именно поэтому
особенно важным стал постколониальный подход, ориентированный на
постепенную эволюцию колониальных отношений в современную
систему международных отношений, постмодернизм используются при
объяснении понятия постколониализм. В этих концепциях важное
Доктор философии по политическим наукам, доцент,
Доцент Бакинского Государственного Университета; Баку, Азербайджан
E-mail: nargiz_nagiyeva@mail.ru
https://orcid.org/0009-0001-1205-5864
Цитировать статью: Нагиева, Н. [2024]. Постколониализм в дискурсе международных отношений. Журнал
«Metafizika», 7(2), с.44-58.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.44-58
История статьи:
Статья поступила в редакцию: 12.02.2024
Отправлена на доработку: 10.03.2024
Принята для печати: 29.04.2024
Nərgiz Nağıyeva
Beynəlxalq münasibətlər diskursunda postkolonializm
56
место занимают термины колониализм и постколониализм, которые как
бы являются продолжением друг друга, несмотря на то, что
противостоят друг другу. В статье дается объяснение некоторым из этих
концепций. Глядя на развитие и теоретическую историю концепции
постколониализма, можно прийти к выводу, что это понятие впервые
было использовано Эдвардом Саидом в его работе под названием
«Ориентализм». В работе Эдварда Саида «Ориентализм» (1978), [Said,
1978] хотя используется множество производных терминов от понятий
колониализм и империализм, слово постколониализм в данной работе
не встречается ни разу. Не менее важным, чем исследования Эдварда
Саида по консолидации постколониализма как концепции, являются
«Subaltern Studies», впервые разработанные индийскими историками-
марксистами в 1982 году. Tаким образом, хотя постколониализм еще не
достиг своей окончательной формы с точки зрения именования,
благодаря вышедшей в 1989 году книге «The Empire Writes Back»
[Ashcroft, Griffiths, & Tiffin, 1989], сегодня этот термин используются в
современных научных кругах.
Ключевые слова: колониализм, неоколониализм, постколониализм,
субалтерн, колония
Postcolonialism in the Discourse of International Relations
Nargiz Naghiyeva
Abstract. Turning to history has always been an important tool for
understanding international relations, and this trend remains relevant today.
However, if earlier researchers mainly focused on individual events and their
possible interpretations, now the main attention is focused on determining the
historical characteristics of systems and reflecting this legacy in modern
international relations. That is why the postcolonial approach, focused on the
gradual evolution of colonial relations into the modern system of
international relations, has become especially important; postmodernism is
used to explain the concept of postcolonialism. In these concepts, an
important place is occupied by the terms colonialism and postcolonialism,
which seem to be a continuation of each other, despite the fact that they
Doctor of Philosophy in Political Science, associate prof,
Associate professor of Baku State University; Baku, Azerbaijan
E-mail: nargiz_nagiyeva@mail.ru
https://orcid.org/0009-0001-1205-5864
To cite this article: Naghiyeva, N. [2024]. Postcolonialism in the discourse of international relations. “Metafizika”
journal, 7(2), pp.44-58.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.44-58
Article history:
Received: 12.02.2024
Accepted: 29.04.2024
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp. 44-58
57
oppose each other. This article explains some of these concepts. Looking at
the development and theoretical history of the concept of postcolonialism,
can be concluded that the concept was first used by Edward Said in his
entitled ―Orientalism‖. In Edward Said's ―Orientalism‖ (1978) [Said, 1978],
although many derivative terms from the concepts of colonialism and
imperialism are used, the word postcolonialism does not appear even once
this work. No less important than Edward Said's research into the
consolidation of postcolonialism as a concept is Subaltern Studies, first
developed by Indian Marxist historians in 1982. Thus, although
postcolonialism has not yet reached its final form in terms of naming,
to the book "The Empire Writes Back" [Ashcroft, Griffiths, & Tiffin, 1989]
published in 1989, today both the term and the theoretical concept are used
in modern scientific circles.
Keywords: colonialism, neocolonialism, post-colonialism, subaltern,
colony
REFERENCES
1. Brzezinski, Z. (2012). Strategic Vision: America and the Crisis of Global
Power. Moscow, 250 p. ISBN: 9780465029549 (in Russian)
2. Gladky, M. V. Ancient world. (Volume 1). 510 p. (in Russian)
3. Fanon, F. (1963). Black Skin, White Masks. 220 p. ISBN: 9780802143006
(in Russian)
4. Chakrabarty, D. (2000). Provincializing Europe: Postcolonial Thought
and Historical Difference. Princeton University Press. XIII, Princeton,
Oxford, UK, 336 p. ISBN: 9780691130019 (in English)
5. Sartre, Jean-Paul (2001). Colonialism and Neocolonialism. Routledge,
Psychology Press, 224 p. ISBN: 9780415378468 (in English)
6. Onar, N. F., & Nicolaïdis, K. (2013). The Decentring Agenda: Europe as a
post-colonial power. Cooperation and Conflict, 48(2), 283-303.
https://doi.org/10.1177/0010836713485384 (in English)
7. Golubkina, S. E. (2016). On some trends in the development of
postcolonial studies. Bulletin of Minsk University, No. 1-2.
https://vestnik.mininuniver.ru/jour/article/view/174/175 (in Russian)
8. Guha, R. (1982). On Some Aspects of the Historiography of Colonial
India. Subaltern Studies, vol. 1, Delhi, Oxford University Press, 335p. (in
English)
9. Guha, R. (1995). Subaltern Studies: Writings on South Asian History and
Society. Oxford University Press, Vol. 1, 241 p. ISBN: 978-0195634433
(in English)
Nərgiz Nağıyeva
Beynəlxalq münasibətlər diskursunda postkolonializm
58
10. Spivak, G. C. (2001). Can the oppressed speak? // Introduction to
gender studies. (Part II: Reader, Edited by Zherebkin, S. V.). Kharkov:
KhTSGI, St. Petersburg. With. 649-670. ISBN 5-89329-422-Х (in
Russian)
11. Morozov, V. Subaltern Studies. Fourth lecture of the course
―(Post)Colonial Studies‖ within the framework of the Tashkent-Tbilisi
project.
https://syg.ma/@leisan-garipova/viachieslav-morozov-subaltern-studies.
(in Russian)
12. https://trends.rbc.ru/trends/social/63298c819a79471e112aa2f6 (in
Russian)
13. Nkrumah, K. (1965). Neo-Colonialism, the Last Stage of imperialism.
London. ISBN: 9780901787231 (in English)
14. Said, Edward W. (1978). Orientalism. New York. 368 pp. ISBN:
9780394740676 (in English)
15. Ashcroft, B., Griffiths, G., & Tiffin, H. (1989). The Empire Writes
Back: Theory and practice in post-colonial literatures. London and New
York, 246 pp. ISBN: 9780203426081 (in English)