“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 2, serial 26, 2024. pp.90-101 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
90
UOT: 297; 297.18
KBT: 86.38
DOI: 10.33864/2617-751X.2024.v7.i2.90-101
MJ № 212
“Haqqun-nas” və onun ictimai təsirləri
Nicat Yəhyazadə
Abstrakt. Hər bir insan fərdi vəzifələrdən əlavə ictimai vəzifələri də
yerinə yetirmək üçün məsuliyyət daĢıyır. Bunun əsas səbəbi isə insanın
ictimai varlıq olmasıdır. Ona görə də hər bir kəsin əməl və rəftarları təkcə
onun özündə deyil, cəmiyyətdə də öz müsbət və mənfi təsirini göstərir.
Haqqun-nas mövzusu hər bir cəmiyyətin gündəlik həyatda rastlaĢdığı aktual
bir məsələdir. Ġslam dini xüsusi ilə də Quran ayələri bir çox ictimai
mövzuları özündə ehtiva etdiyi kimi, haqqun-nas məsələsinə də olduqca
dəyər verir. Haqqun-nas dedikdə insanların əmlakını qorumaq, onların
həyatına ziyan toxundurmamaq və insanların Ģərəf və heysiyyətinə hörmətlə
yanaĢmaq nəzərdə tutulur.
Bu məqaləni yazmaqda əsas məqsəd, haqqun-nasa riayət etməyin
cəmiyyətəki təsirlərini araĢdırmaqdır. Aparılan tədqiqata əsasən cəmiyyətin
həmiĢə ehtiyac duyduğu ictimai təhlükəsizlik, mənəvi inkiĢaf, ictimai Ģəfqət
və psixoloji tarazlıq kimi yüksək əhəmiyyətə malik olan məsələlər, haqqun-
nasa riayət etməyin cəmiyyətdəki ən əsas təsirləridir. Belə bir xüsusiyyətlərə
sahib olan cəmiyyət isə sağlam və ideal bir cəmiyyət sayılır. Hazırkı məqalə
təsviri-analitik qaydada, məzmun analizinə əsaslanaraq dini mətnlərdən
istifadə etməklə tədqiq edilmiĢdir. Həmçinin bu məqalə fənlərarası araĢdırma
sayılır, çünki əxlaq, hüquq, sosiologiya və Quran mövzularını özündə ehtiva
edir.
Açar sözlər: Haqqun-nas, Quran, cəmiyyət, hüquq, ictimai təsirlər
Ġlahiyyat üzrə fəlsəfə doktoru,
―AcademyGate Publishing‖-in tədqiqatçısı (ISNI: 0000000514175052); Bakı, Azərbaycan
E-mail: yahyanecat87@mail.ru
https://orcid.org/0000-0002-2916-1698
Məqaləyə istinad: Yəhyazadə, N. [2024] ―Haqqun-nas‖ və onun ictimai təsirləri. “Metafizika” jurnalı, 7(2),
səh.90-101.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.90-101
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuĢdur: 22.01.2024
Təkrar iĢlənməyə göndərilmiĢdir: 29.02.2024
Çapa qəbul edilmiĢdir: 01.04.2024
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.90-101
91
1.Giriş
Allah insanı ictimai varlıq xəlq etmiĢ və onun tərəqqi etməsinin əsaslarını
da məhz cəmiyyət vasitəsi ilə formalaĢması üçün zəmin yaratmıĢdır. Buna
görə də insan sosial bir fenomendir və maddi-mənəvi ehtiyaclarının bir
çoxunu yalnız cəmiyyətdə təmin edə bilir. Ġctimai əlaqələrdə insan onun
haqlarına baĢqaları tərəfindən diqqətin ayrılmasını istədiyi kimi, özü də
digərlərinin haqlarının riayət edilməsi yolunda diqqətsizlik etməsin və onların
hüquqlarını ilk növbədə yaxĢı tanısın, sonra onlara hörmətlə yanaĢsın. Çünki
insan fərdi hüquqlarla yanaĢı sosial hüquqlara da malikdir.
Hər bir millət özü üçün bir hüquq nəzərdə tutaraq ictimai münasibətlərdə
onun əsasında davranır. Bu baxımdan insanların ictimai hüquqlarını təmin
etmək üçün xüsusi qanunlar təyin edilmiĢdir. Lakin ən kamil və ən doğru
hüquqi qanunlar, Ġslam dinində mövcuddur. Ġlahi vəhydən qaynaqlanan, insan
fitrəti əsasında formalaĢan və insanın cismi və mənəvi ehtiyaclarından
xəbərdar olan Ġslam dini, həmin ehtiyacları daha yaxĢı təmin etməyə qadirdir.
Quran ayələrində və Ġslami hədislərdə haqqun-nası tanımaq və ona əməl
etmək olduqca əhəmiyyət kəsb edir. Belə ki, hətta namazda bir qəsbi sap belə
namaz qılanın paltarında olmamalıdır. Namaz insanı yaradanına
yaxınlaĢdıran əməli bir ibadətdir. Amma həmin əməldə kiminsə hüququ
pozularsa, artıq o, öz mahiyyətini itirir. Quran və hədislərdən əlavə insan
ağılı, fitrət və ictimai normalar da haqqun-nasa dəyər verir. Buna əsasən,
insan ictimai əlaqələrində və ailə münasibətlərində heç kimin haqqını
tapdalamamaq üçün özünün rəftar və əməllərini nəzarətdə saxlamalıdır.
2.Haqqun-nas sözünün mahiyyəti
Bu söz izavət tərkibli bir termindir. Ġnsanın haqqına aid və bütün insanlar
tərəfindən riayət edilməli olan, hər bir Ģəxsin canı, malı, namusu, Ģərəfi və
Ģəxsiyyətinə haqqun-nas deyilir. Haqqun-nas Allah tərəfindən bağıĢlanmır,
lakin Allah özünə aid olan haqqı isə istədikdə bağıĢlayır‖. Təfsirçilər haqqun-
nas barədə bu fikirdədirlər ki, pozulmuĢ hüquqları bərpa və islah etməklə,
haqqun-nası əda etmək olar. Haqq sahibinin razılığı olmadan haqqun-nas
kimsənin boynundan götürülməz. Deməli haqqun-nas haqq sahibindən razılıq
almaqla bağıĢlanar. Təfsir alimləri qeybət və çəkidə aldatmanı da haqqun-
nasdan hesab etmiĢlər. Ġslam fəqihlərinin nəzərincə, baĢqasının malını onun
icazəsi olmadan qəsb etməyin haram olması, əmanəti sahibinə qaytarmaq və
baĢqasının borcunu onun tələb etdiyi təqdirdə ödəməyin vacibliyi haqqun-
nasın nümunələrindən sayılır [Tusi, M.H, c.8, səh.163; Məkki Amuli, M, c.2,
səh.42-43; MeĢkini, M.Ə, səh.215]. Əxlaq alimləri də haqqun-nasın, insanın
özünə rəva bilmədiyini digərlərinə də rəva bilməməkdən ibarət olduğunu
demiĢlər.
Nicat Yəhyazadə
―Haqqun-nas‖ və onun ictimai təsirləri
92
3.Haqqun-nasın növləri
3.1.İnsanların əmlakını qorumaq:
Ġslam dini baxımından, baĢqalarının mülkiyyətinə hörmətlə yanaĢılmalıdır
və baĢqaları tərəfindən təcavüzə məruz qalmamalıdır. Buna görə, kimsə
sələm, rüĢvət, fırıldaqçılıq, oğurluq və hər hansı qeyri-qanuni yolla
baĢqasının malını ələ keçirdikdə, əmlak sahibinin razılığını almaq və ya
əmlakı geri qaytarmalıdır. Bir çox ayələr bu mövzunun əhəmiyyətini
vurğulayır. “Vay halına əskik satanların! O kəslər ki, özləri insanlardan ölçü
ilə bir Ģey aldıqda, onu tam ölçüb alarlar, Onlar üçün bir Ģey ölçdükdə və ya
çəkdikdə isə onu əskildərlər”. [Mutəffifin, 1-3. Daha ətraflı məlumat üçün,
bu məsələnin qeyd olunduğu digər ayələrə də müraciət edə bilərsiniz:
Bəqərə/275; Nisa /29; Rəhman /8-9; Araf /85].
3.2.İnsanların həyatını qorumaq:
Bir müsəlmanın canı, Ġslam dininə görə xüsusi hörmətə layiqdir və təbii
ki, onun canının qorunması malının qorunmasından daha üstündür. Buna
görə də, insanların canına və sağlamlığına hörmətlə yanaĢmaq o qədər
əhəmiyyətlidir ki, Allah da Quranda həmin haqqın vacibliyini qeyd edir: “Ey
iman gətirənlər! (Qəsdən) öldürülən Ģəxsdən sizin üçün qisas almaq hökmü
qərara alındı...” [Bəqərə, 178]. Ġmam Əli (ə) da bu haqda buyurub:
“Həqiqətən, Allah-taala buyurur: Ġzzət və cəlalıma and olsun ki, heç bir
zalımın zülmündən keçməyəcəyəm. Ġstər bu zülm əl çalmaq vasitəsi ilə edilmiĢ
miqdarda olsun, istərsə də əlləri sıxmaq sayəsində həyata keçirilsin”
[Məclisi, M.B. (1403), c.6, səh.29-30].
3.3.İnsanların heysiyyətinə hörmət etmək:
Ġnsanların ləyaqəti və abır-həyası da tamamilə toxunulmazdır və bu
insanların ən mühüm haqlarından biri sayılır. Buna görə də, insan qeybət,
böhtan, ifĢaetmə və istənilən digər davranıĢlarla baĢqasının ləyaqətinə və
Ģəxsiyyətinə ziyan toxundura bilməz. Çünki əks-təqdirdə onun hüququnu
kobud Ģəkildə pozmuĢ olur. Allah Quranda bu məsələ ilə bağlı xəbərdarlıq
edir: “(Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin
qeybətini qırmayın! Sizdən biriniz ölmüĢ qardaĢının ətini yeməyə razı
olarmı?! Bu sizdə ikrah hissi oyadar”. Allahdan qorxun…”. [Hücurat, 12].
Ġmam Sadiq (ə) bununla bağlı buyurub: “Yəni iman sahibinin ləyaqətinə xələl
gətirən hər kəs, onu aradan qaldırmalıdır” [Səduq, Ġ.B. (1983), c.2, səh.448;
Kuleyni, M.Y., c.2, səh.45].
Nəticədə haqqun-nas, Ġslam dini baxımından geniĢ bir mənaya malikdir.
BaĢqa sözlə, haqqun-nas demək olar ki, Ġslam fiqhinin bütün bölmələrində
mövcuddur. Beləliklə qeyd etmək lazımdır ki, cəmiyyət öz üzvlərinin hər biri
üzərində bir sıra hüquqlara malikdir və onlar bu hüquqlara əməl etməlidir.
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.90-101
93
Ġnsanın baĢqalarından yerinə yetirməyini gözlədiyi iĢlərə özünün əməl etməsi
isə, sağlam ağılın qəbul etdiyi bir məsələdir.
4.“Haqqun-nas”a riayət etməyin ictimai təsirləri
Quranda bir çox ictimai mövzular və onların həll yolları bəyan edilmiĢdir.
Ümumilikdə yaradılıĢ aləmi səbəb və nəticə qanunu ilə idarə olunur.
Beləliklə cəmiyyətdə yaĢayan fərdlərin ayrı-ayrılıqda hüquqlarının tanınması
və onlara riayət olunması, heç də təsirsiz olmayacaqdır. Burada haqqun-nasa
riayət etməyin ictimai təsirlərini araĢdırırıq:
4.1.İctimai təhlükəsizlik
Quran, insanları təhlükəsizliyə çağırır və cəmiyyətin sağlamlığını bu
amildən asılı olduğunu hesab edir. Qədim dövrlərdən bəri insanlığı narahat
edən ən vacib məqamlardan biri də təhlükəsizlik məsələsi olmuĢdur.
Ġnsanların yaĢadığı ilk dövrlərdən bəri, su və yeməkdən sonra təhlükəsizlik
həyatın ən vacib elementlərindən biri sayılıb. Bu məsələ bu gün də öz
əhəmiyyətini qoruyub saxlamıĢdır. Təhlükəsizlik, cəmiyyətdə yaĢayan
insanların öz həyatının, ləyaqətinin və maddi-mənəvi hüquqlarının
qorunduğundan əmin olması deməkdir. Quran çox saylı ayələrdə
"təhlükəsizlik" məsələsinin vacibliyinə xüsusi diqqət ayırmıĢ və onun
əhəmiyyətini qeyd etmiĢdir. [Bax: Bəqərə/126; Nəhl/12; Yusif/99].
Təhlükəsizlik, insanın canı, malı, ləyaqəti, əmək və mənzil kimi bütün
kateqoriyalara aiddir. Misal üçün insan ləyaqətinin təhlükəsizliyi üçün bir
neçə faktı qeyd edirik. Allah Quranda buyurub:
―Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar
o birilərindən daha yaxĢı olsunlar... bir-birinizi pis ləqəblərlə çağırmayın...
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. ġübhəsiz ki,
zənnin bə‘zisi günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-
birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüĢ qardaĢının ətini yeməyə
razı olarmı?! Bu sizdə ikrah hissi oyadar‖ [Hucurat/11-12].
Bu ayədə Allah istehza, güman, araĢdırma, qeybət və insanların ləyaqətinə
aid bir neçə məsələni vurğulayır və bu əməllərdən çəkinməyə çağırır.
Məhəmməd Peyğəmbər (s) də bu barədə buyurub: ―Möminin Ģərəf və
ləyaqətinin toxunulmazlığı onun canının və malının toxunulmazlığı ilə
eynidir‖ [HaĢimi Xoyi, M.H, (1400), c.8, səh.391]. Beləliklə, pis əməllərdən
və baĢqalarının hüquqlarına təcavüz etməkdən çəkinmək, Ənkəbut surəsinin
45-ci ayəsinə görə, Ġlahi əmrlərə itaət etməklə, xüsusən də namaz qılmaqla
mümkündür. Məsələn qeybət, yalan, oğurluq, intihar, sələm, zina, böhtan,
haram yemək və baĢqalarının hüquqlarının pozulmasına səbəb olan istənilən
hərəkətdən çəkinmək mümkündür. Deməli, insanın namaz vasitəsilə, Allah
ilə əlaqə qurması onu baĢqalarının hüquqlarını pozmaqdan qoruyur və bu da
cəmiyyətdə təhlükəsizliyin yaranmasını təmin edir.
Nicat Yəhyazadə
―Haqqun-nas‖ və onun ictimai təsirləri
94
4.2.Mənəvi inkişaf
Mənəvi inkiĢaf insanların haqlarını tanımaq və onlara hörmət etməyin
digər ictimai təsiri sayılır. Quranda inkiĢaf sözü iĢlənməmiĢ, onun yerinə
hidayət sözü gəlmiĢdir. Ġnsanın isə həmiĢə hidayət və doğru yol göstərənə
ehtiyacı var. Allah da insanı daim öz səmavi kitabları və elçiləri ilə doğru-
düzgün yola istiqamətləndirmiĢdir. Quranda da hidayət və onun əks mənası
olan azğınlıq iĢlənmiĢdir:―Biz daha öncə Ġbrahimə də doğru yolu nəsib
etmiĢdik...‖ [Ənbiya/51].
Ġnsanın həyatda bir neçə inkiĢaf növü var; fiziki inkiĢaf [Muminun/12-14;
Nəhl/78], intellektual inkiĢaf [Nisa/6] və mənəvi inkiĢaf [Kəhf/66]. Quranda
mənəvi inkiĢaf əsas inkiĢaf sayılır və məhz bu növ inkiĢaf dəyərlidir. Yoxsa
bütün insanlar fiziki və əqli inkiĢafa malikdir. Mükəmməl insanı digər
insanlardan fərqləndirən iman və təqvanın artmasıdır. Ġnsan ancaq fiziki
inkiĢafa diqqət yetirdikdə, öz mənəvi inkiĢafını unutmuĢ olur. Bu isə əslində
öz yaradılıĢ məqsədini unutmaq deməkdir. ―Ġnsanın iman və təqvası artdıqca
saleh əməlləri daha artıq dəyər kəsb edəcək, həyatı yaxĢılaĢacaq və mənəvi
inkiĢafı daha çox artacaqdır‖ [Həmədani, M.H, (1404), c.6, səh.243].
Quranda Allah buyurur: ―Mallarını Allah yolunda sərf edənlərin halı yeddi
sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən
vardır‖ [Bəqərə/261].
Bu ayənin izahında deyilir: ―Qurani-Kərim insanın əməlini ondan ayrı
hesab etmir və hər ikisini bir varlığın müxtəlif forması kimi qiymətləndirir.
Bununla yaxĢı əməl sahiblərinin saleh əməllər nəticəsində mənəvi inkiĢafa
nail olduğunu bildirir. Belə insanlar hər tərəfə kök atmıĢ və hər tərəfi öz
Ģaxələrinin altına almıĢ məhsuldar toxum kimidirlər‖ [ġirazi, N.M, (2002),
c.2, səh.314].
Beləliklə, cəmiyyəti bir ağaca bənzətmək olar, əslində onun budaqlarından
biri isə mənəvi yüksəliĢ və inkiĢafdır. Bu budaq baĢqalarının hüquqlarına
riayət etmək nəticəsində bar verir və məhsul yığma mövsümü yəni Qiyamət
günü, insan üçün faydalı olur. Bu baxımdan, insan ictimai əlaqələrində və
ailə münasibətlərində heç kimin hüququnu pozmamaq üçün öz davranıĢlarına
nəzarət etməlidir. Bunu etməklə, o, Allaha yaxınlaĢmıĢ olur. Allaha
yaxınlaĢmaq isə əslində mənəvi inkiĢafın özüdür.
4.3.Psixoloji tarazlıq
Quran, insanları ictimai təhlükəsizliyə dəvət etdiyi kimi, psixoloji tarazlığı
da cəmiyyətin sağlamlığını təmin edən bir amil kimi tanıtdırır. Psixoloji
tarazlıq haqqun-nas ilə sıx əlaqədə olan bir məsələdir. Belə olduqda insan
həyatın çətinlikləri qarĢısında davam gətirən möhkəm güc əldə edir və eləcə
də ictimai fəaliyyətdə heysiyyət və özünəinam qazanır. Yalan, qeybət və
böhtan kimi günahlar və ümumiyyətlə haqqun-nasın riayət edilməməsi,
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.90-101
95
mənəvi pozğunluğun yaranmasına və fiziki tarazlığın pozulmasına gətirib
çıxarır. Lakin cəmiyyətdə bir-birinin hüquqları riayət olunarsa, psixoloji
tarazlıq yaranar və insanlar mənəvi baxımdan nisbətən sağlam həyat tərzi
sürər.
Müasir alimlərdən biri yazır: ―Dini qaydalara riayət etmək ictimai həyatın
Ģəffaflığı, onun sağlamlaĢdırılması, hüquqların qorunması və ədalətin bərpa
edilməsinə əsaslı Ģəkildə kömək edəcəkdir. Əks təqdirdə, bütün bunlar
iqtisadi zülmün artmasına, insanlar arasında ayrı-seçkiliyə, sıxıntılı məiĢət
problemlərinə, əxlaqi tənəzzülə, təlim-tərbiyənin pozulması və istedadlı
insanlardan səmərəli istifadə edilməməsinə, cəmiyyətin psixoloji balansının
məhvinə və bir çox fərdi və ictimai problemlərə səbəb olacaqdır‖ [Həkimi,
M.R, c.5, səh.557]. Beləliklə, əgər cəmiyyətdə hər bir Ģey öz yerin tutarsa,
insanların hüquqları qorunacaq və nəticədə sağlam bir cəmiyyət
formalaĢacaq. Burada misal olaraq meritokratiya, yəni ləyaqətə görə seçim
etməyi qeyd etmək olar. Quranda da həqiqi sahiblərinə qaytarmalı olan bir
sıra vəzifələr, məsuliyyətlər və əmanətlər qeyd olunub: “Həqiqətən, Allah
sizə əmanətləri öz sahibinə qaytarmağı əmr edir” [Nisa/58].
Bu ayəni daha çox izah və dərk etmək üçün, Peyğəmbərin (s) həyat yoluna
müraciət edək. Peyğəmbərin (s) həyat tərzində meritokratiya - ləyaqətə görə
seçim xüsusi yer tuturdu. Ġslam peyğəmbərinin baxıĢında Ģəxsi fəzilət və
üstünlük yeganə meyar deyildi, əksinə o iman və bağlılıqla yanaĢı, ―ləyaqət
prinsipi‖ni də rəhbər tuturdu. Bir hədisdə deyilir: ―Bir gün Məhəmməd (s)
peyğəmbərin böyük səhabəsi Əbuzər o həzrətə buyurdu ki, mənə bir vəzifə
vermirsən? Həzrət mübarək əlini, Əbuzərin çiyninə vurub buyurdu: Əbuzər,
səni çox istəyirəm və özümə bəyəndiyim hər bir Ģeyi sənin üçün də istəyirəm,
lakin vəzifə və məsuliyyət bir əmanətdir və insan onun öhdəsindən ləyaqətlə
gəlməzsə, Qiyamət günü rüsvay və peĢiman olar və Peyğəmbər (s) bu
cümləni qeyd etdi: ―Səni idarəçilikdə zəif görürəm, buna görə heç vaxt hətta
iki nəfərin əmanətini qəbul etmə və yetim mala nəzarəti öz üzərinə götürmə‖
[Tusi, M.H, səh.384].
Bu hədis əsla Əbuzərin dəyərsiz olmasına dəlalət etmir, çünki
Peyğəmbərimiz (s) Ģəxsən dəfələrlə onu ən yaxĢı xüsusiyyətlərlə tərif
etmiĢdir. Bu misal onu göstərir ki, ləyaqətlilik prinsipi Ġslam peyğəmbəri
baxımından o qədər əhəmiyyətlidir ki, hətta Əbuzər kimi Ģəxsə vəzifə
verməkdən imtina edir. Çünki onda idarəçilik qabiliyyəti görmür.
Cəmiyyətin yaxĢı idarə olunması insanların haqqıdır və ləyaqətlə yerinə
yetirilərsə, cəmiyyətin bir çox problemi öz həllini tapar. Düzgün idarə olunan
cəmiyyətdə də psixoloji tarazlıq öz yerini tutar. Əgər layiq olmayan kəsə
tapĢırılarsa insanların haqqı tapdalanmıĢ olar.
4.4.İctimai şəfqət və sevginin yaranması
Nicat Yəhyazadə
―Haqqun-nas‖ və onun ictimai təsirləri
96
Ġnsan ictimai varlıq olduğu üçün daim sevgi və Ģəfqətə ehtiyacı var.
Cəmiyyətdə Ģəfqət bir neçə təbəqəyə bölünür. O cümlədən valideynə sevgi,
Allaha ibadət etməkdən sonra, sevginin ən yüksək səviyyəsidir. Quran
ayələrində açıq Ģəkildə qeyd olunur ki, valideynlərə, yaxın qohumlara,
yetimlərə, yoxsullara və qonĢulara ehsan və Ģəfqət göstərilsin. Ġslam dini,
övladı hətta öz kafir valideynini, Ģəfqətindən məhrum etməməyi tapĢırır
[Bax: Ġsra/23, Bəqərə/36, Ənam/151]. ġəfqət, övlad ilə sağlam münasibət
qurmaqda ən yaxĢı tərbiyə üsuludur. Həyat yoldaĢına diqqət göstərmək,
ailənin sağlam yaĢamasını və ailənin fundamental dayağını təĢkil edir.
ġəfqət, müəllimlə Ģagird arasında qarĢılıqlı əlaqədə elmin və biliyin kəmiyyət
və keyfiyyət baxımından inkiĢafının təminatıdır. Qohumlarla və yaxınlarla
sağlam və düzgün münasibət, insanın Ģəxsiyyətini formalaĢdırır və onun
ictiami əlaqələrini möhkəmləndirir. Bu baxımdan, Ġslam dininin vurğuladığı
qohumlarla əlaqələri qorumaq istiqamətində onlara, xüsusilə də qan
qohumlarına Ģəfqət göstərmək bu məqsədə nail olmaq üçün, Ġslam dininin ən
uğurlu və ən gözəl üsulu sayılır. Bunlar bəĢəriyyətin ictimai həyatının
ayrılmaz məsələləridir. Lakin bunları əldə etmək o qədər də asan deyil,
əksinə bir sıra vasitələr tələb edir. Onlardan ən mühümü baĢqalarının
hüquqlarına hörmət etməkdir. Bunun bəhrəsi isə, ictimai Ģəfqətin
yaranmasıdır. ġəfqət insan həyatında o qədər təsirlidir ki, Allah Peyğəmbərin
(s) missiyası qarĢılığında ümmətdən yalnız onun yaxınlarına sevgi istəyir:
“De: "Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən baĢqa bir
Ģey istəmirəm...” [ġura/23].
Bu ayə, çox gözəl Ģəkildə Quranda Ģəfqətin yüksək statusa və dəyərə
malik olduğunu göstərir. Peyğəmbər (s) ümmətin xoĢbəxtçiliyi uğrunda
bütün çətinliklərə dözür və nəticədə buyurur: Sizin sevginizdən baĢqa bir Ģey
istəmirəm. Peyğəmbər (s), bəĢəriyyətin ən çox ehtiyac duyduğu hidayəti,
Allah tərəfindən insanlara töhfə verdi və əslində hidayət, bəĢəriyyətin
haqqıdır. Yəni insanı yaradan Allah onu doğru yola hidayət etməlidir. Daha
sonra, Allah ümməti onun yaxınlarını sevməyə çağırdı. ―Əgər bir dəstə gülün
hədiyyə verilməsinə görə minnətdarlıq və mükafat lazımdırsa, bəĢəriyyətin
xilası üçün hansı mükafat veriləcək?‖ [Qiraəti, M, (2004), ―Nur‖ təfsiri, c.
10, s.393]. Deməli, haqqun-nasa riayət etməklə sosial Ģəfqətin yaranması
arasında dərin bir əlaqə var. Bu gün isə insan Ģəfqət və diqqətə daha çox
ehtiyac duyur və insanların haqqına riayət etməklə onlarda bir-birinə qarĢı
Ģəfqət yaratmaq olar. Necə ki, hədislərdə din sevgi və Ģəfqət adlandırılmıĢdır.
Ġmam Baqir (ə) buyurub: “Din yalnız sevgi və şəfqət deyilmi?!” [ƏyyaĢi,
M.M, (2001), c.1, səh.167]. Həmçinin Ġmam Sadiq (ə) bu mövzu ilə bağlı
buyurub: “Din sevgi deməkdir, sevgi isə din” [Bəhrani, H.S, (1995), c.5,
səh.105]. Haqqun-nas isə dinin insanlara tapĢırdığı ən mühüm məsələdi.
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.90-101
97
Peyğəmbər (s) də buyurmuĢdur: “Ġnsanlar tərəfindən sevilmək istəyirsənsə,
onlara yaxĢılıq et və onların ixtiyarlarında olanlardan gözünü çək” [Nuri,
M.T, (1408), c.4, səh.470]. Ġmam Əli (ə) bir neçə hədisdə bu məsələ barədə
buyurur: “Ġnsanlara qarĢı yaxĢı niyyətdə olan hər kəs onlar tərəfindən
sevilər” [Vasiti, Ə.M.L, (1376), səh.423]. “XoĢ rəftar dostluğa səbəb olar və
sevgini möhkəmləndirər” [Həmin mənbə].“Üç xislətlə sevgi qazanılar: XoĢ
rəftar, yaxĢı və pis günlərdə insanların yanında olmaq və səmimi olmaq”
[Ġrbəli, Ġ, (1381), c.2, səh.343]. Qeyd olunmuĢ hədislərdən məlum olur ki,
cəmiyyətdə bəzi rəftarlar ictimai sevgiyə səbəb olur və onların da əksəriyyəti
haqqun-nasla bağlıdır. O cümlədən yaxĢılıq etmək, insanların əmlakına
təcavüz etməmək, insanlara qarĢı yaxĢı niyyətdə olmaq bu qismdəndir.
5.Nəticə
Tədqiqatın nəticəsi olaraq bunu qeyd etmək olar ki, haqqun-nas Quran və
Ġslami hədislərdə riayət olunmasına olduqca təkid olunmuĢ çox əhəmiyyətli
bir mövzudur. Haqqun-nas dedikdə isə insanların malı, canı və heysiyyəti
baxımından onların qorunması və onlara hörmətlə yanaĢılması nəzərdə
tutulur. Bu isə Ġslam fiqhinin demək olar ki, bütün sahələrini əhatə edir.
Məlum olduğu kimi, cəmiyyətdə haqqun-nasa riayət olunduğu təqdirdə, onun
ən mühüm ictimai təsiri insanın canı, malı, ləyaqəti, əmək və mənzil kimi
bütün sahələrə aid olan təhlükəsizliyin yaranmasıdır. Hərtərəfli təhlükəsizlik
isə hər bir cəmiyyətin vacib Ģərtlərindən biri və onun inkiĢafında müstəsna
rola malikdir. Cəmiyyətin mənəvi inkaĢına xüsusi təkan verən səbəblərdən də
biri insanların haqqına hörmət edərək onlara riayət etməkdir. Ġnsanın fiziki,
əqli və mənəvi inkiĢafı vardır. Ən mühümü isə mənəvi inkiĢafdır. Kamil
insanı digərlərindən fərqləndirən də məhz, mənəvi inkiĢafdır. Bunun
formalaĢmasında baĢqalarının haqlarına riayət etməyin əvəzsiz təsiri vardır.
Cəmiyyətdə psixoloji balansın haqqun-nasla dərin əlaqəsi olduğu aydın olur.
Quran məntiqinə əsasən cəmiyyətin doğru-düzgün idarə olunması,
məsuliyyət və vəzifələrin ədalətli bölgüsü və öz layiqli sahiblərinə həvalə
olunması, cəmiyyətin ən mühüm haqqıdır. Çünki onlar ilahi əmanətlərdir və
həqiqətən ləyaqəti çatan və istedadlı kəslərə verilməlidir. Əks təqdirdə
haqqun-nas tapdalanmıĢ və cəmiyyət öz psixoloji tarazlığını itirmiĢ olur.
Ġctimai sevgi isə hər bir cəmiyyətin ayrılmaz bir hissəsidir. Çünki sevgi və
Ģəfqət insan fitrətindən qaynaqlanır. Ġctimai sevginin formalaĢmasında
haqqun-nasa riayət etməyin xüsusi təsiri vardır və onun yaranması üçün
gözəl zəmin yaradır. Çünki insanlar fitrətən digərləri tərəfindən daim diqqət
və qayğı görmək hissinə malikdirlər. Bunu həyata keçirməyin ən yaxĢı yolu
isə onların haqlarına hörmətlə yanaĢmaqdır.
Nicat Yəhyazadə
―Haqqun-nas‖ və onun ictimai təsirləri
98
ƏDƏBİYYAT
1. Qurani-Kərim, (2016). (Azərbaycan dilinə tərcümə edənlər: Bünyadov, Z.,&
Məmmədəliyev, V.), Bakı.
2. Dehxuda, Ə. Ə. (1337). Lüğətnamə. ―Sirus‖ nəĢriyyatı.
3. Əmid, H. (1375). Fərhənge farsiye Əmid. (1-ci çap) Əmir Kəbir nəĢriyyatı,
Tehran.
4. ƏyyaĢi, M. M. (1380). “ƏyyaĢi” təfsiri. ―Əl-Mətbəətul-elmiyyə‖ nəĢriyyatı,
Tehran.
5. HaĢimi Xoyi, H. (1400). Minhacul-bəraəti fi Ģərhi Nəhcül-bəlağə. (4-cü çap)
―Məktəbul-Ġslamiyyə‖ nəĢriyyatı, Tehran.
6. Həkimi, M. R., və baĢqaları. (1380). Əl-Həyat. (Tərcüməçi Əhməd Aram) ―NəĢre
fərhənge islami‖ nəĢriyyatı, Tehran.
7. Hüseyni Həmədani, M. H. (1404). “Ənvare derəxĢan” təfsiri. ―Lütfi adına kitab
mağazası‖ nəĢriyyatı, Tehran.
8. Ġrbəli, Ə. Ġ. (1381). KəĢful-ğummə fi mərifətil-əimmə. ―Bəni-HaĢim‖ nəĢriyyatı,
Təbriz.
9. Kuleyni, M. Y. (1407). Əl-Kafi. (4-cü çap) ―Darul-kutubil-islamiyyə‖, Tehran.
10. Qiraəti, M. (1383). “Nur” təfsiri. (11-ci çap) ―Quran dərsləri mədəniyyət
mərkəzi‖ nəĢriyyatı, Tehran.
11. Leysi Vasiti, Ə. M. (1376). Uyunul-hikəm vəl-məvaiz. ―Darul-hədis‖ nəĢriyyatı,
Qum.
12. Məclisi, M. B. (1403). Biharul-ənvar. ―Əl-Vəfa‖ müəssisəsi nəĢriyyatı, Beyrut.
13. Məhəmməd Əli Rizayi Ġsfahani, M. Ə. (1387). “Qurani-mehr” təfsiri. (22 cildli),
―Təfsir və pəjuheĢhaye təfsire ulume Qurani‖ nəĢriyyatı, Qum.
14. Məhəmməd ibn Həsən Tusi, M. H. (1414). Əl-Əmali. ―Darus-səqafə‖ nəĢriyyatı,
Qum.
15. Məkki Amuli, M. Əl-Qəvaidu vəl-fəvaid. ―Mufid kitabxanası‖ nəĢriyyatı, Qum.
16. Mirzə Əli MeĢkini, Mustələhatul-fiqh.
17. Nasir Məkarim ġirazi, N. M. (1380). “Nümunə” təfsiri. (26-cı çap) ―Darul-
kutubul-islamiyyə‖ nəĢriyyatı, Tehran.
18. Nuri, H. M. T. (1408). Mustədrəkul-vəsail və mustənbitul-məsail. ―Alul-beyt (ə)‖
müəssisəsi nəĢriyyatı, Qum.
19. Seyid HaĢim ibn Süleyman Bəhrani, H. S. (1374). “Əl-Burhan fi təfsiril-Quran”
təfsiri. ―Besət‖ müəssisəsi nəĢriyyatı, Qum.
20. Səduq, M. Ə. (1362). Əl-Xisal. ―Camieye müdərrisin‖ nəĢriyyatı, Qum.
21. ġah Əbdüləzimi, H. Ə. H. (1363). “Ġsna əĢəri” təfsiri. ―Miqat‖ nəĢriyyatı,
Tehran.
22. Təbatəbai, M. H. (1417). “Əl-Mizan” təfsiri. (5-ci çap). Camieyi müddərisine
hövzeye elmiyyeye Qum, ―Ġslami‖ nəĢriyyatı.
23. Tusi, H. (1387). Əl-Məbsut fi fiqhil-imamiyyə. (3-cü çap) ―Əl-Məktəbul-
Murtəzəviyyəti li əhyail-asaril-Cəfəriyyə‖ nəĢriyyatı, Tehran.
24. Yəhyazadə, N. (2020). Haqqun-nas (cəmiyyət və ailənin mənəvi sağlamlığında
rolu) – Tematik təfsir. (1-ci çap) Bakı, ―Nurlar‖ nəĢriyyatı.
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.90-101
99
«Хаггун-нас» и его общественное влияние
Ниджат Яхьязаде
Абстракт. Каждый человек помимо индивидуальных, несет
ответственность за выполнение общественных обязанностей. Основной
причиной этому является то, что человек - социальное существо. Поэтому
действия и поведение каждого человека оказывают свое положительное и
отрицательное влияние не только на него самого, но и на общество. Тема
«хаггун-нас» является одной из актуальных проблем, с которой сталкивается
каждое общество в повседневной жизни. В исламской религии, в частности,
аятах Корана отражены многие общественные темы, а также придано
большое значение вопросу «хаггун-нас». Под сказанием «хаггун-нас»
подразумевается защита имущества людей, не причинение вреда их жизни,
уважение их чести и достоинства.
Исследование влияния «хаггун-нас»а на общество является основной
целью статьи. Согласно исследованию, соблюдая влияние «хаггун-нас»а на
общество, возможно решение важных вопросов общества, таких как -
общественная безопасность, духовное развитие, общественное сострадание и
психологическое равновесие. Общество, обладающее такими особенностями,
считается здоровым и идеальным. Предоставленная статья разработана
согласно изобразительно-аналитическим правилам, основывась на анализ
содержания в исследовании использованы религиозные тексты. Также статья
является междисциплинарным исследованием, включающем в себя вопросы
морали, права, социологии и Корана.
Ключевые слова: хаггун-нас, Коран, общество, право, общественные
влияния
“Haqq al-Nas” (The Rights of Mankind) and Its Social Impacts
Nijat Yahyazadeh
Доктор философии по теологии,
Исследователь в AcademyGate Publishing (ISNI: 0000000514175052); Баку, Азербайджан
E-mail: yahyanecat87@mail.ru
https://orcid.org/0000-0002-2916-1698
Цитировать статью: Яхьязаде, Н. [2024]. «Хаггун-нас» и его общественное влияние. Журнал «Metafizika», 7(2), с.90-101.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.90-101
История статьи:
Статья поступила в редакцию: 22.01.2024
Отправлена на доработку: 29.02.2024
Принята для печати: 01.04.2024
Doctor of Philosophy in Theology,
Researcher of "AcademyGate Publishing" (ISNI: 0000000514175052); Baku, Azerbaijan
E-mail: yahyanecat87@mail.ru
https://orcid.org/0000-0002-2916-1698
To cite this article: Yahyazadeh, N. [2024]. ―Haqq al-Nas‖ (The Rights of Mankind) and Its Social Impacts. “Metafizika” journal,
7(2), pp.90-101.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i2.90-101
Article history:
Received: 22.01.2024
Accepted: 01.04.2024
Nicat Yəhyazadə
―Haqqun-nas‖ və onun ictimai təsirləri
100
Abstract. In addition to individual duties, each person is responsible for fulfilling
public duties. The main reason for this is that human beings are social beings.
Therefore, everyone‘s actions and attitudes have positive and negative effects not
only on themselves but also on society. In this regard, the rights of mankind are a
significant issue in the daily life of every society. Islam, especially the Quranic
verses, attaches great importance to the question of the rights of mankind. Haqq al-
Nas means protecting people‘s property, not harming their lives, and respecting
people‘s honor and dignity.
The aim of this research is to explore the impact of conforming to the rights of
mankind on society. According to the findings, issues such as public safety, moral
development, social compassion, and psychological balance, which society always
needs, are the most significant effects of abiding by the rights of mankind. A society
with these characteristics is considered healthy and ideal.
This paper is based on religious texts and follows the descriptive-analytical
method in content analysis. It may also be considered interdisciplinary research as it
deals with issues related to ethics, law, sociology, and Quranic studies.
Keywords: Haqq al-Nas, Quran, society, law, social impacts.
REFERENCES
1. Holy Quran, (2016). (Translators into Azerbaijani language: Bunyadov,
Z., & Mammadaliyev, V.), Baku. (in Azerbaijani)
2. Dekhuda, A. A. (1337 SH). Dictionary. "Sirus" publishing house. (in
Persian)
3. Amid, H. (1375 SH). Farhange Persian Amid. (1
st
edition) Amir Kabir
publishing house, Tehran. (in Persian)
4. Ayyashi, M. M. (1380 SH). "Ayyashi" interpretation. "Al-Matbaatul-
elmiyya" publishing house, Tehran. (in Arabic)
5. Hashemi Khoyi, H. (1400 AH). Minhajul-baraati fi Sharhi Nahjul-
balagha. (4
th
edition) "Maktabul-Islamiyya" publishing house, Tehran. (in
Arabic)
6. Hakimi, M. R., and others. (1380 SH). Al-Hayat. (Translated by Ahmad
Aram) "Nashre farhange islami" publishing house, Tehran. (in Arabic)
7. Huseyni Hamedani, M. H. (1404 AH). "Anvare Derakhshan"
interpretation. "Lutfi bookstore" publishing house, Tehran. (in Persian)
8. Irbali, A. I. (1381 SH). Kashful-ghumma fi marifatil-aimmah. "Bani-
Hashim" publishing house, Tabriz. (in Arabic)
9. Kuleyni, M. Y. (1407 AH). Al-Kafi. (4th edition) "Darul-kutubil-
islamiyya", Tehran. (in Arabic)
10. Qiraati, M. (1383 SH). "Nur" interpretation. (11
th
edition) "Quran
lessons culture center" publishing house, Tehran. (in Persian)
“Metafizika” Journal
2024, vol 7, issue 2, serial 26, pp.90-101
101
11. Lacey Vasiti, A. M. (1376 SH). Uyunul-hikam wal-mawaiz. "Darul-
hadith" publishing house, Qom. (in Arabic)
12. Majlisi, M. B. (1403 AH). Biharul-Anwar. "Al-Wafa" publishing
house, Beirut. (in Arabic)
13. Muhammad Ali Rizayi Isfahani, M. A. (1387 SH). "Quran-mehr"
interpretation. (22 volumes), "Tafsir va pajuheshaye tafsere ulume
Qur'an" publishing house, Qom. (in Persian)
14. Muhammad ibn Hasan Tusi, M. H. (1414 AH). Al-Amali. "Darus-
saqafa" publishing house, Qom. (in Arabic)
15. Makki Amuli, M. Al-Qawaido wal-fawaid. "Mufid library" publishing
house, Qom. (in Arabic)
16. Mirza Ali Meshkini, Mustalahatul-fiqh. (in Arabic)
17. Nasir Makarim Shirazi, N. M. (1380 SH). "Sample" interpretation.
(26
th
edition) "Darul-kutubul-islamiya" publishing house, Tehran. (in
Persian)
18. Nuri, H. M. T. (1408 AH). Mustadrakul-vasail and mustanbitul-masail.
"Alul-bayt (a)" enterprise publishing house, Qom. (in Arabic)
19. Sayyid Hashim ibn Suleyman Bahrani, H. S. (1374 SH). Commentary
"Al-Burhan fi tafsiril-Qur'an". "Beset" enterprise publishing house, Qom.
(in Arabic)
20. Sadug, M. A. (1362 SH). Al-Khisal. "Camieye mudarrisin" publishing
house, Qom. (in Arabic)
21. Shah Abdulazimi, H. A. H. (1363 SH). "Isna Ashari" interpretation.
"Miqat" publishing house, Tehran. (in Arabic)
22. Tabatabai, M. H. (1417 AH). "Al-Mizan" interpretation. (5
th
edition).
Jamiyey muddarisine hovzeye elmiyyeye Qom, "Islami" publishing house.
(in Arabic)
23. Tusi, H. (1387 SH). Al-Mabsut fi Fiqhil-Imamiyyah. (3
rd
edition) "Al-
Maktabul-Murtazawiyati li ahyail-asaril-Jafariya" publishing house,
Tehran. (in Arabic)
24. Yahyazadeh, N. (2020). Haqgun-nas (role in the spiritual health of
society and family) – Thematic interpretation. (1
st
edition) Baku, "Nurlar"
publishing house. (in Azerbaijani)