“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.145-158 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
145
UDC: 327.
LBC: 63.3(2)6-4
MJ № 227
10.33864/2617-751X.2024.v7.i3.145-158
The Importance of Implementing E-Government Procurement and
the Innovations It Brings to E-Governance
Muraz Suleymanov
Elshad Mirbashir oghlu
Abstract. The article highlights the significance of conducting public procurements
electronically and how the application and development of information and communication
technologies (ICT) contribute to the efficient organization of public administration and
economic development. Public procurement refers to the process of acquiring products or
services for any government agency in the required quantity, quality, and at the most
economical cost. The growing consumer market, reduced costs, and stimulation of the
country's economy further underscore the relevance of procurement, while also encouraging
the development of the private sector. In a digitalized world, implementing the procurement
process electronically ensures the principles of efficiency, transparency, and fairness are
upheld. The advancement of ICT leads to the complete digitization of the procurement
process, safeguarding privacy for both purchasers and suppliers, which in turn fosters healthy
competition in the procurement process. In every democratic government, steps are taken
and reforms are implemented to ensure transparency in this area. International experiences
are also examined, analyzing government approaches to electronic public procurement and
identifying potential challenges. Additionally, the article emphasizes the steps taken in the
Republic of Azerbaijan towards budget savings, fostering healthy competition, and ensuring
transparency through the introduction of electronic procurement, along with the reforms
implemented. The importance of the new law adopted to prevent potential issues and tender
fraud is also highlighted. Finally, the article offers appropriate suggestions and
recommendations for further improvements in this field.
Keywords: procurement, e-government, e-tender, supplier, purchaser, portal, contractor.
PhD student in political sciences, Baku State University; Baku, Azerbaijan (corresponding author)
E-mail: murazsuleymanov01@gmail.com
https://orcid.org/0009-0002-2025-4289
Doctor of political sciences, professor,
Academy of Public Administration under the President of the Republic of Azerbaijan, deputy of the Milli Majlis of
the Republic of Azerbaijan; Baku, Azerbaijan
E-mail: elshad.mirbashiroglu@gmail.com
To cite this article: Suleymanov, M., & Mirbashir oghlu, E. [2024]. The Importance of Implementing E-Government
Procurement and the Innovations It Brings to E-Governance. “Metafizika” journal, 7(3), pp.145-158.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.145-158
Article history:
Received: 10.05.2024
Accepted: 01.07.2024
“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.145-158 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
146
УДК: 327.
ББК: 63.3(2)6-4
MJ № 227
10.33864/2617-751X.2024.v7.i3.145-158
Важность внедрения электронных государственных закупок и
инновации, которые они привносят в электронное
правительство
Мураз Сулейманов
Эльшад Мирбашир оглу
Абстракт. В статье говорится о значении проведения государственных закупок в электронной
форме, о вкладе электронных закупок, осуществляемых с применением и развитием
информационно-коммуникационных технологий, в эффективную организацию государственного
управления и развитие экономики. Государственные закупки означают процесс предоставления
продукции или услуг любого государственного учреждения в необходимом количестве, качестве и
наиболее экономичным способом. Растущий потребительский рынок, низкие затраты и
стимулирование экономики страны еще больше повышают актуальность концепции закупок, а
также создают инициативу для развития частного сектора. В цифровизированном мире реализация
процесса закупок в электронной форме помогает обеспечить защиту принципов эффективности,
прозрачности и справедливости. Развитие информационно-коммуникационного оборудования
приводит к полной электронизации процесса закупок, а электронизация закупок обеспечивает
защиту конфиденциальности как между покупателями, так и поставщиками, что непосредственно
способствует обеспечению здоровой конкуренции в процессе закупок. В каждом демократическом
правительстве предпринимаются определенные шаги и проводятся реформы, чтобы обеспечить
прозрачность в этой сфере. При этом рассматривается международный опыт в этой сфере,
анализируются подходы правительств к электронным государственным закупкам, отмечаются
трудности, которые могут возникнуть в этой сфере. Также подчеркнуты шаги, предпринятые в
направлении экономии государственного бюджета, развития здоровой конкуренции и обеспечения
прозрачности при внедрении электронных закупок в Азербайджанской Республике, реализованные
реформы. В этой сфере была отмечена важность нового закона, принятого в целях предотвращения
возможных неприятных ситуаций и мошенничества при проведении тендеров, и в итоге были
выдвинуты соответствующие предложения и рекомендации.
Ключевые слова: закупки, электронное правительство, электронный тендер, поставщик,
закупщик, портал, подрядчик
Аспирант Бакинского Государственного Университета; Баку, Азербайджан (ответственный автор)
E-mail: murazsuleymanov01@gmail.com
https://orcid.org/0009-0002-2025-4289
Доктор политических наук, профессор,
Академия государственного управления при Президенте Азербайджанской Республики, депутат
Национального собрания Азербайджанской Республики; Баку, Азербайджан
E-mail: elshad.mirbashiroglu@gmail.com
Цитировать статью: Сулейманов, М. & Мирбашир оглу, Э. [2024]. Важность внедрения электронных
государственных закупок и инновации, которые они привносят в электронное правительство. Журнал
«Metafizika», 7(3), с.145-158.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.145-158
История статьи:
Статья поступила в редакцию: 10.05.2024
Отправлена на доработку: 03.06.2024
Принята для печати: 01.07.2024
“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.145-158 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
147
UOT: 327.
KBT: 63.3(2)6-4
MJ № 227
10.33864/2617-751X.2024.v7.i3.145-158
Elektron dövlət satınalmalarının həyata keçirilməsinin əhəmiyyəti
və elektron hökumətə gətirdiyi yeniliklər
Muraz Süleymanov
Elşad Mirbəşiroğlu
Abstrakt. Məqalədə dövlət satınalmalarının elektron qaydada həyata keçirilirməsinin
əhəmiyyəti qeyd olunur, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və
inkişafı ilə həyata keçirilən elektron satınalmaların dövlət idarəçiliyinin səmərəli təşkilinə və
iqtisadi inkişafa verdiyi töhfələr göstərilir. Dövlət satınalması dedikdə, hər hansı bir dövlət
qurumunun məhsul və ya xidmətlərinin ehtiyac duyulduğu miqdarda, keyfiyyətdə və ən
qənaətli şəkildə təmin olunması prosesi başa düşülür. Artan istehlak bazarı, aşağı xərclər və
ölkə iqtisadiyyatının stimullaşdırılması satınalma anlayışının aktuallığını daha da artırır,
həmçinin, özəl sektorun inkişafına təşəbbüs yaradır. Rəqəmsallaşan dünyada satınalma
prosesinin elektron formada həyata keçirilməsi operativlik, səffaflıq və ədalətlilik
prinsiplərinin qorunmasının təmin edilməsinə kömək edir. İnformasiya və kommunikasiya
avadanlıqlarının inkişafı satınalma prosesinin tam elektronlaşmasına gətirib çıxarır və
satınalmanın elektronlaşması həm satınalan, həm də təchizatçılar arasında məxfiliyin
qorunmasını təmin edir ki, bu da satınalma prosesində sağlam rəqabətin təmin edilməsinə
birbaşa töhfə vermiş olur. Hər bir demokratik hökumətdə bu sahədə şəffaflığın təmin
edilməsi istiqamətində müəyyən addımlar atılır və islahatlar aparılır. Eyni zamanda bu
sahədə beynalxalq təcrübə araşdırılır, hökumətlərin elektron dövlət satınalmalarına
yanaşmaları təhlil edilir və bu sahədə yarana biləcək çətinliklər qeyd olunur. Həmçinin,
Azərbaycan Respublikasında elektron satınalmaların tətbiqi ilə dövlət büdcəsinə qənaət
edilməsi, sağlam rəqabətin inkişafı və şəffaflığın təmini istiqamətində atılan adımlar, həyata
keçirilən islahatlar vurğulanır. Bu sahədə mümkün xoşagəlməz halların və tender
saxtakarlığının qarşısının alınması məqsədilə qəbul olunmuş yeni qanunun əhəmiyyəti
göstərilirmiş, yekunda isə müvafiq təklif və tövsiyələr irəli sürülmüşdür.
Açar sözlər: satınalma, elektron hökumət, e-tender, təchizatçı, satınalan, portal, podratçı
Bakı Dövlət Universitetinin “Siyasi institutlar və sistemlər ixtisası” üzrə doktorantı; Bakı, Azərbaycan (məsul
müəllif)
E-mail: murazsuleymanov01@gmail.com
https://orcid.org/0009-0002-2025-4289
Siyasi elmlər doktoru, professor,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Milli
Məclisinin deputatı; Bakı, Azərbaycan
E-mail: elshad.mirbashiroglu@gmail.com
Məqaləyə istinad: Süleymanov, M., Mirbəşiroğlu, E. [2024] Elektron dövlət satınalmalarının həyata keçirilməsinin
əhəmiyyəti və elektron hökumətə gətirdiyi yeniliklər. “Metafizika” jurnalı, 7(3), səh.145-158.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.145-158
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuşdur: 10.05.2024
Təkrar işlənməyə göndərilmişdir: 03.06.2024
Çapa qəbul edilmişdir: 01.07.2024
Muraz Suleymanov, Elshad Mirbashir oghlu
The importance of implementing e-government procurement and the innovations it brings to e-government
148
1.Giriş
Müasir idarəetmə erasında dövlət idarəçiliyinin həyata keçirilməsi yeni
mexanizmlərə əsaslanır. Rəqəmsallaşan dünyada hökumətlər smart
texnologiyalardan istifadənin genişlənməsinə xüsusi diqqət yetirir. Bu
istiqamətlərdə həyata keçirilən əsas anlayışlardan biri də elektron dövlət
satınalmaları ilə bağlıdır. Ümumi qaydada satınalma dedikdə bir müəssisənin
mal və xidmətlərinin lazımi miqdarda, lazımi keyfiyyətdə, doğru zamanda və
ən qənaətli formada təmin edilməsi prosesi başa düşülür.
Yeni satınalma siyasətləri dövlət satınalmalarının elektron qaydada və pul
müqabilində həyata keçirilərək iqtisadi inkişaf üçün alətlərin təmin
edilməsinə, eyni zamanda dövlət müqavilələrinin şəffaflığının qorunmasına
yönəlmişdir. Satınalmaları tənzimləmək üçün yeni yanaşmaya əsasən dövlət
sektorunda elektron satınalmaların tətbiqi ilə proseslərin ardıcıllığına,
şəffaflığına və xərcin qənaətliliyinə nəzarət mümkün olmuşdur, bu isə
satınalma prosesində mühüm göstərici hesab edilir.
2.Elektron dövlət satınalmalarının əsas mahiyyəti və həyata keçirilməsi
prosesi
Satınalma anlayışı ilə bağlı əsaslı fikirlər 19-cu əsrin əvvəllərindən
formalaşmağa başlamışdır. Burada sistemli yanaşma tədricən inkişaf etmiş və
növbəti illərdən etibarən satınalma prosesi aktuallıq kəsb etmişdir.
Satınalmanın mahiyyəti özündə bir neçə əsas anlayış və kateqoriyaları ehtiva
edir. Bu anlayışlara satınalma, alış, tender, təchizat zənciri, satınalma
predmeti, təchizatçı, sifarişçi və digərlərini aid etmək mümkündür.
Hökumətlərin gündəlik xərcləri, eləcə də iri dövlət infrastruktur
layihələrinin həyata keçirilməsi məqsədilə satınalmaların yaradılmasında
hökumətlərin qarşısında duran əsas vəzifələrdən biri şəffaflığın təminatlarını
və prosesdə səmərəlilik alətlərini tarazlaşdıracaq dövlət satınalmaları üçün
hüquqi rejimin hazırlanmasıdır. Burada bütün maraqlı tərəflər, yəni
podratçılar, təchizatçılar və geniş ictimaiyyət dövlət satınalmalarında
şəffaflığın və ədalətli rəqabətin əsas prinsiplərindən xəbərdar olmalı və bu
prinsiplərə riayət etməlidirlər. Məlumdur ki, ən yaxşı nəticələrin əldə
edilməsində şəffaflıq və rəqabət mühüm əhəmiyyətə malikdir, eyni zamanda
bu üsul dövlət büdcəsinə qənaət edilməsində xüsusi rol oynayır [Süleymanov,
2023, səh. 1394].
Dövlət satınalmaları kağız üzərində və elektron formada həyata keçirilə
bilər. İKT-nin inkişafı ilə əlaqəli olaraq zərflərin açılışınadək məxfiliyin
saxlanılması və şəffaqlıq prinsipinin tam yerinə yetirilməsi məqsədilə son
zamanlarda bütün dövlət satınalmalarının elektron qaydada həyata
keçirilməsi istiqamətində mühüm işlər görülür.
Ümumi qaydada dövlət satınalma prosesləri üç mərhələdən ibarət olaraq
təşkil edilir:
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp. 145-158
149
I. Tender öncəsi
II. Tender
III. Tenderdən sonra və müqavilənin yerinə yetirilməsi.
İlkin mərhələdə ehtiyac meyarı müəyyən edilir və bunun üçün alınacaq
işlərin, malların və/və ya xidmətlərin siyahısı dəqiqləşdirilir. Bu mərhələdə
tələb olunan məhsulların dəqiq spesifikasiyası, ehtimal qiymətin müəyyən
edilərək büdcənin ayrılması və tenderin keçirilməsi üçün satınalma
metodunun seçilməsi müəyyən edilir.
İkinci mərhələdə tender elanı həyata keçirilir və bu mərhələdə təchizatçılar
iştirak edərək öz təkliflərini göndərirlər. Təchizatçıların qiymət təkliflərinin
keçərli olması üçün onlar tələb olunan meyarlara cavab verməlidir. Yekunda
ən uyğun və sərfəli hesab olunan təklif satınalan tərəfindən qalib elan olunur.
Sonuncu mərhələ tenderin yekunlaşması və müqavilənin imzalanması ilə
başa çatır. Daha sonra müqavilənin icrası həyata keçirilir. Bu zaman artıq
təchizatçı mal və ya xidmətləri təqdim edir. Satınalan təşkilat onların
etibarlılığını yoxlayır və uyğun olaraq ödənişləri hissə-hissə vəya bütöv
formada həyata keçirir. Bununla da, prosesin və müvafiq mal və ya xidmətin
yekunu baş verir.
Bazarda sürətlə yaranan yeni satınalma təcrübələrindən və qanuni
standartlara uyğun gələn dəyişikliklərdən asılı olmayaraq prosesin üç
mərhələsi dəyişməz olaraq qalır. Son bir neçə ildə beynəlxalq tərəfdaşlıq
əsasında dövlət satınalmalarının tətbiqinə dair bir sıra qanunlar, norma və
standartlar qəbul edilmişdir. Buraya 2011-ci ildə qəbul edilmiş dövlət
satınalmaları haqqında Model Qanununu, Avropa İttifaqı tərəfindən 2012-ci
ildə qəbul edilmiş və 2014-cü ildə qüvvəyə minən Dövlət Satınalmaları
Sazişinin Ümumdünya Ticarətinin Deqanlaşdırılması reversiyasını aid edə
etmək olar (6). Elektron satınalma zamanı dövlət sektorunun tələbatına uyğun
olaraq işlərin, malların və xidmətlərin müqavilələrini həyata keçirərkən
hökumətlər tərəfindən informasiya texnologiyalarından, xüsusən də
internetdən istifadə olunur. Elektron satınalma prosedurları məkan və
zamanın fiziki maneələrini parçalayır, real vaxt rejimində avtomatik qeydə
alınaraq dövlət müqavilələrinin həm şəffaflığını, həm də səmərəliliyini artırır.
Müasir informasiya texnologiyaları sayəsində şəffaflıq və etibarlılıqdakı
təkmilləşdirmələr əlavə xərclərə səbəb olmur, əksinə, e-tender prosedurları
elektron satınalma vasitələrinin investisiya xərclərini ödəməkdən daha çox
gəlir gətirir və təchizatçılar üçün daha yüksək rəqabət sevgisi yaratmış olur.
Əlavə olaraq, satınalmaların həyata keçirilməsi kiçik və orta sahibkarlıq
subyektləri üçün satınalmada iştiraklarına daha açıq və bərabər çıxışı təmin
etməklə iqtisadiyyatın inkişafını dəstəkləyir. Elektron portal vasitəsilə tender
prosedurların aparılması dövlət satınalma əməliyyatlarının prosesləri,
qərarları və nəticələrini izləmək üçün şərait yaradır. Bu hal müəyyən
Muraz Suleymanov, Elshad Mirbashir oghlu
The importance of implementing e-government procurement and the innovations it brings to e-government
150
müqayisələrin aparılmasını mümkün edir, səmərəliliyi artırır və yeni
təchizatçıların qoşulması üçün stimul formalaşdırır.
Keçən əsrin ortalarına kimi informasiya və kommunikasiya
texnologiyaları bütün dünyada yeni kapital qoyuluşunun kiçik bir
komponenti hesab olunurdu, lakin indi bu amil bəzi ölkələrdə belə
investisiyaların yarıdan çoxunu təşkil edir. Bu texnologiyalar yalnız kapitalın
bir parçası deyil, həm də bu sahədə dərin bir örtüyü özündə əks etdirir.
Bunlara müəyyən istehsal vasitələri, kommersiya və ictimai fəaliyyətdə
cəmiyyətin geniş iştirakının əhatə dairəsi və s. aiddir. İnformasiya
cəmiyyətini sənaye inqilabı zamanı mövcud olan vəziyyətlə müqayisə etsək,
aydın olur ki, sənaye inqilabı özünün fiziki imkanlarını artırdığı kimi, onlayn
texnologiyalar da getdikcə daha çox intellektual imkanları artırmaq üçün
vasitələr təqdim edir. Bu səbəbdən informasiya cəmiyyətinin inkişafı
potensialının gücləndirilməsi müasir dövrdə sürətli formada davam edir.
Dövlət sektorunda e-satınalmanın aşağıdakı beş vacib elemetini göstərə
bilərik:
e-rabitə (təchizatçılardan gələn məktubların əlavə rəsmiləşdirmə
aparılmadan qəbul edilməsi);
e-bildirişlər (satınalma imkanları ilə bağlı məlumatların onlayn və
ödənişsiz olması);
e-təqdimatlar (tələblərin bütün podratçılar üçün bərabər olması və
yalnız onlayn təqdim edilməsi);
e-tenderlər (tender sənədləri və satınalmaya dair qərarlara aid
məlumatların ictimaiyyət üçün açıq olması);
e-qeydlər (müvafiq qərarların real vaxt rejimində elan olunaraq qeyd
edilməsi və asanlıqla əldə olunmasının təmini).
İKT-nın inkişafı ilə əlaqədar dövlət satınalmaları sektorunda mütəmadi
olaraq islahatlar aparılır. Bir sıra dövlətlərdə, xüsusilə, Braziliya, Koreya,
Yaponiya və Portuqaliya kimi ölkələrdə daha geniş satınalma islahatı sübut
etmişdir ki, müvafiq islahatlar, sürətli elektron satınalma vasitələrinin onlayn
prosedurları çevik idarəetmə və iqtisadi inkişaf kimi əsas siyasət məqsədlərini
təmin edə bilər. Bu kimi amillər isə dövlət büdcəsinin daha səmərəli formada
istifadə edilməsinə xüsusi dəstək verir.
Tender prosedurlarının elektron olması şəffaflığı və səmərəliliyi artıran
vacib xüsusiyyətdir. Bu üsul real vaxt rejiminə uyğun olaraq satınalmaların
yekunlaşaraq mövcud tələbatın keyfiyyətli təmini ilə dövlət satınalmaları
funksiyasının hesabatlılığını və dəyərliliyini artırmış olur və dövlət
sektorunda idarəetməni yeni formada təkmilləşdirir.
3.Beynəlxalq təcrübənin araşdırılması
Dövlət satınalmaları sahəsində, xüsusilə, elektron satınalma proseslərində
beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığın həyata keçirilməsi
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp. 145-158
151
mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə bir sıra ölkələrdə ümumi
prosedur qaydaları araşdırılmış və uyğun istiqamətlərin tətbiqinin
Azərbaycan Respublikasında da həyata keçirilməsi tövsiyə edilmişdir.
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik bütün sahələrdə
olduğu kimi elektron dövlət satınalmalarının həyata keçirilməsində də
əməkdaşlıq edilməsinə şərait yaratmışdır [Cəfərova, 2023. səh.114].
Satınalmaların həyata keçirilməsi məqsədilə elektron portalın fəaliyyəti
istiqamətində müəyyən əməkdaşlıq edilmişdir. Türkiyə də tender
prosedurlarının aparılması qaydaları portal üzərindən həyata keçirilir və
portalda qeydiyyatın alınması, sənədlərin hazırlanması, satınalma
predmetinin elan edilməsi, təklifin dəyərləndirilməsi kimi bir neçə
mərhələdən ibarətdir.
Avstraliya hökumətinin hazırlıq, intensivlik və təsirin bir-biri ilə əlaqəli üç
konsepsiyası vacib rola malikdir. Hazırlıq mərhələsi yerli, milli və transmilli
səviyyələrdə aparılır ki, bu konsepsiya xüsusi satınalma fəaliyyətlərinin niyə
həyata keçirildiyini özündə əks etdirir. İntensivlik konsepsiyasında dövlət
satınalmalarında elektron proseslərin tətbiqi zamanı təşkilata ötürülən fayda
nəzərdə tutula bilər ki, burada sadələşmə və hesabatlılıq mühüm əhəmiyyət
daşıyır. Bundan əlavə olaraq ümumi nəticənin öyrənilməsi və hesabatlılığın
artırılması istiqamətində təsir metodundan istifadə oluna bilər. Burada
müəyyən sorğuların aparılması məqbul hesab edilir.
Əməliyyatlar və digər təchizat zəncirinin idarə edilməsi vasitəsilə iş axını
proseslərinin inteqrasiyası həyata keçirilir və emal xərclərinin azaldılır.
Satınalma sahəsində islahatlar aparan və elektron dövlət satınalmasını qəbul
etmək istəyən ölkələr bir neçə Çoxtərəfli İnkişaf Bankı tərəfindən yaradılmış
birgə e-GP internet saytında [www.mdb-egp.org] əlavə məlumat tapa bilərlər
[7]. Müvafiq internet saytından lazımlı məlumatların əldə edilməsi
mümkündür və hazırda Dünya Bankı aşağıdakılar vasitəsilə dövlət
satınalmaları islahatlarının bir hissəsi kimi elektron dövlət satınalmalarını
dəstəkləyir:
- Şəffaflığın təkmilləşdirilməsi
- Hesabatlılıq
- Monitorinq
- Audit yoxlamaları
- Təchizat zənciri
- Sağlam rəqabətlilik və s.
Aİ Komissiyası tərəfindən mükafatlandırılmış ölkələrdən biri kimi
Portuqaliya elektron satınalma sahəsində özünəməxsus sistem yaratmışdır.
Portuqaliyada bir neçə mərkəzi satınalma orqanı fəaliyyət göstərir və
hökumət e-Satınalma platformalarının provayderləri ilə çərçivə sazişi
Muraz Suleymanov, Elshad Mirbashir oghlu
The importance of implementing e-government procurement and the innovations it brings to e-government
152
vasitəsilə xidmət müqavilələri əsasında çox şaxəli platformanın icrasını təmin
edir [6].
Portuqaliyada elektron dövlət satınalma islahat modellərinə aşağıdakı
ümumi elementləri aid edə bilərik:
Təchizatçılar üçün qeyri-mərkəzləşdirilmiş ümumi satınalma
platformasının tətbiqi və müəyyən növ mallar üçün mərkəzləşdirilmiş
çərçivə sazişlərinin bağlanması;
Tələb olunan, ehtiyac duyulan mallar üçün əvvəlcədən müəyyən
edilmiş texniki spesifikasiyalar kitabxanalarının dəstəkləməsi;
Tender prosedurunda mərkəzləşdirilmiş çərçivə sazişləri istisna
olmaqla bütün digər satınalma platformalarında təchizatçıların və
podratçıların sərbəst girişini təmin etmək.
3.1.Elektron satınalma prosesində yaranan çətinliklər
Kağız formada dövlət satınalmalarından elektron satınalmaya keçid özü ilə
bir sıra təkmilləşdirmələr, operativlik, şəffaflıq və səmərəlilik gətirmişdir.
Bundan əlavə, onlayn interaktiv iş üçün yenidən dizayn edilmiş elektron
satınalma prosedurları sadələşdirilmiş və daha sürətli qərar qəbul etməyi
mümkün edir. Eyni zamanda, məxfilik təminatları yaxşı qurulmuş və aydın
şəkildə müəyyən edilmişdir. Elektron satınalmanın tətbiqi ilə aşağı əməliyyat
xərcləri formalaşmış və bütün maraqlı tərəflər faydalanması mümkün
olmuşdur [Akdoğan. 2014. səh.688].
Elektron satınalmanın həyata keçirilməsinin üstünlükləri yalnız mövcud
satınalma praktikasında islahatların mütəmadi olaraq aparılması zamanı
özünü göstərir. Düşünülmüş, effektiv və səmərəli islahat özündə siyasi
dəstək, təcrübə və müxtəlif satınalma bacarıqlarını ifadə edir. Həmçinin, qeyd
olunan prosedurlar zamanı ardıcıllıq və nəzarət tətbiq edilmədikdə,
gözlənilən faydaların əldə olunması sual doğura bilər.
Tender prosedurlarını həyata keçirən hökumətlər bir neçə vacib məqamı
və çətinlikləri nəzərə almalıdır. Bunlara aşağıdakıları aid etmək mümkündür:
- Xərc amili (hansı metodun tətbiq edilməsindən asılı olaraq satınalma
sisteminin işlənib hazırlanmasında və tətbiq olunması zamanı səhv
təcrübə və ya digər nəzərə alınmamış amil xərcləri çoxalda bilər);
- Podratçı və ya təchizatçıların etirazı (etiraz hallarına daha çox şəffaflıq
və sağlam rəqabətlə bağlı məsələlər olur, eyni zamanda, kompüter
savadının aşağı səviyyəsi, məlumatların təhlükəsizliyi ilə bağlı
narahatlıqlar da yarana bilir);
- Satınalma islahatı (islahatların işlənib hazırlanması zamanı məqsədlər,
biznes nümunəsi, resurslar və gözlənilən nəticələr nəzərə alınmalıdır.
Elektron dövlət satınalması ilə bağlı bütün aspektlər kompleks şəkildə
nəzərə alınmalı və islahatların tətbiqi müəyyən vaxt aralığı
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp. 145-158
153
gözlənilməklə mütəmadi olaraq həyata keçirilməlidir) (Akdoğan, M.
2014.səh. 690).
İslahatlar həyata keçirilərkən hökumət əlavə riskləri idarə etmək üçün
imkanlara və resurslara malik olmalıdır. Elektron satınalmaların tətbiqi çox
zaman hökumətin fəaliyyətini təmin etmək üçün tələb olunan məhsulların və
ya xidmətlərin satın alınmasını dəstəkləyən dövlət xidmətləri
əməliyyatlarının mühüm bir hissəsinə çevrilmiş olur. Tenderdə iştirak etmək
üçün tədarükçülər və podratçılardan tələb olunan ümumi istifadə və iştirak
haqqı, hətta kiçik olsa da, bəzən özəl sektor bu xərclərdən uzaq durur.
Hazırda bir sıra dövlətlərdə, əməliyyat haqları hesabına maliyyələşdirilən
elektron satınalma portalı tətbiq olunur və hökumətlər mövcud sistemi
dəstəkləmək üçün müxtəlif kommersiya platforması operatorları ilə
əməkdaşlıq edərək müəyyən razılaşmalar həyata keçirirlər.
4.Azərbaycan Respublikasında tender prosedurlarının aparılması
qaydaları
Azərbaycan Respublikasında dövlət satınalmaları ilkin dövrdə daha çox
kağız üzərində həyata keçirilməsinə baxmayaraq, son dövrlərdə tender
prosedurlarının aparılmasının tamamilə elektronlaşdırılması istiqamətində
əhəmiyyətli addımlar atılmışdır. Bu istiqamətdə bir sıra qanunlar qəbul
edilmiş və iş mexanizmi şəffaflığın tam təmin edilməsinə yönəlmişdir.
Burada əsas məqsəd haqlı rəqabət çərçivəsində satınalmanın həyata
keçirilməsi, dövlət büdcəsinə qənaət edilməklə tələblərin yüksək keyfiyyətli
olaraq təmin edilməsidir [2].
22 ildən artıq müddətdə qüvvədə olan mövcud 27 dekabr 2001-ci il
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu qüvvədən
düşmüş və 14 iyul 2023-cü ildə “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının yeni qanunu qəbul edilmişdir. Burada bir sıra istiqamətlərdə
dəyişiklər edilmişdir. Bu qanun 10 fəsil və 59 maddədən ibarətdir [1].
Qanunun fəsillərini və ümumi mahiyyətini aşağıdakı kimi göstərmək
mümkündür:
Ümumi müddəalar adlanan ilk fəsil 13 maddədən ibarətdir. Burada əsas
anlayışlar, qanunun tətbiq dairəsi, satınalmaların əsas prinsipləri,
maraqlar, məxfilik, valyuta, sənədlərin təqdim edilmə formaları və
sənədləşmənin aparılması dili ilə bağlı məlumatlar öz əksini
tapmışdır;
İkinci fəsil özündə dövlət satınalmalarına nəzarətin həyata keçirilməsini
əks etdirir. Nəzarət xüsusiyyətləri qeyd edilməklə yanaşı, etibarsız
təchizatçı anlayışı əlavə edilmişdir;
Növbəti fəsil satınalmaların təşkili ilə bağlıdır. Burada satınalamların
təşkili, planlaşdırma, komissiyanın məsuliyyəti, ehtimal olunan
qiymət, təchizatçıların uyğunluq göstəriciləri və uyğunluğun
Muraz Suleymanov, Elshad Mirbashir oghlu
The importance of implementing e-government procurement and the innovations it brings to e-government
154
əvvəlcədən müəyyən edilməsi qaydaları kimi məsələlər qeyd
olunmuşdur;
Təkliflərin qəbulu və açılması adlanan fəsil xüsusi əhəmiyyət kəsb edir
ki, burada əsas məsələlər istifadə haqqı və iştirak haqqının müəyyən
edilməsi, təkliflərin təqdim edilməsi, təminatı, dəyişdirilməsi,
qüvvədə olma müddəti, geri götürülməsi və açılması qaydalarıdır;
Beşinci fəsil təkliflərin qiymətləndirilməsi və satınalma komissiyasının
qərarları ilə bağlıdır ki, bu hissədə uyğunluq sənədlərinin və
təkliflərin qiymətləndirilməsi, komisiyyanın qərarı və satınalma
müqaviləsi ilə əlaqəli prosedurlar göstərilmişdir;
Növbəti hissədə hesabatın hazırlanması və satınalma müqaviləsinə dair
digər tələblər öz əksini tapır;
Yeddinci fəsil satınalma metodları adlanır və bu hissədə satınalmaların
həyata keçirilməsi metodları qeyd olunur. Bu metodlara açıq tender,
ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən
satınalma daxildir.
Çərçivə sazişi kimi göstərilən səkkizinci fəsil qanunda yeni anlayış
hesab edilə bilər ki, bu hissədə çərçivə sazişinin mahiyyəti və ona dair
tələblər qeyd edilmişdir;
Doqquzuncu fəsil şikayətin verilməsi adlanır. Bu hissədə satınalan
təşkilata şikayət, nəzarət orqanına şikayət, inzibati qaydada və
məhkəməyə şikayət öz əksini tapmışdır;
Sonuncu fəsil yekun müddəalardır, burada qanunun pozulmasına görə
məsuliyyət və bu qanunun qüvvəyə minməsi qeyd olunur [1].
4.1.Elektron dövlət satınalmalarının tam şəffaflığı istiqamətində həyata
keçirilən islahatlar və yeniliklər
14 iyul 2023-cü ildə “Dövlət satınalmaları haqqında” qəbul edilmiş və
2024-cü ilin yanvar ayından etibarən qüvvəyə minən qanunun əsas məqsədi
məhz dövlət satınalmalarında tam şəffaflığın və sağlam rəqabətin təmin
edilməsidir. Bu qanunun təkmilləşdirilməsi istiqamətində edilmiş əsas
dəyişikliklər aşağıdakılardır:
- Bəzi satınalma metodlarının ləğvi və yeni satınalma metodlarının
tətbiqi;
- Qanunun tətbiq dairəsinin yenilənməsi;
- Yeni prosedur və anlayışların əlavə edilməsi;
- Qara siyahının tətbiqi və etibarsız təchizatçıların satınalma
prosedurlarından kənarlaşdırılması;
- Gözləmə müddətinin tətbiq olunması;
- İştirak haqqı və istifadə haqqı ilə bağlı yeni qaydalar;
- Ehtimal məbləğlə bağlı məxfiliyin aradan qaldırılması;
- Uyğunluq və tələb olunan sənədlərlə bağlı yeni meyarlar;
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp. 145-158
155
- Qanunun pozulmasına görə məsuliyyətlərin sərtləşdirilməsi və s. [1]
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət vəsaitləri hesabına malların,
işlərin və xidmətlərin satın alınması sahəsində dövlət siyasətini həyata
keçirir. Elektron dövlət satınalmaları elektron qaydada portal üzərindən
həyata keçirilir. Dövlət satınalmalarının vahid internet portalının fəaliyyətinin
hüquqi, təşkilati və texnoloji əsasları Azərbaycan Respublikasının dövlət
başçısının 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilən
Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamədə öz əksini
tapmışdır [13].
Portalın fəaliyyət prinsiplərini aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
Şəffaflıq;
Məxfilik;
Bərabər imkanların yaradılması;
Səmərəlilik və operativlik;
Fəaliyyətin fasiləsiz həyata keçirilməsi;
Modulluq və miqyaslılıq.
5.Nəticə
Elektron dövlət satınalmalarının tətbiqi elektron hökumətə yeniliklər
gətirməklə yanaşı, dövlət idarəçiliyinin səmərəli qaydada həyata keçirilməsi
istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir. Dövlət satınalmalarının
elektronlaşdırılması dövlət büdcəsinə qənaət edilməsinə, sağlam rəqabətin
inkişafına, prosesin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və
asanlaşdırılmasına əsaslı qaydada töhfə verməklə yanaşı, səmərəliliyi təmin
etmişdir.
Elektron tenderlərin həyata keçirilməsində beynəlxalq təcrübənin
araşdırılması vacib rol oynayır. Bu amil həm elektron portalda tender
prosedurlarının aparılmasına fayda verir, həm təhlükəsizlik və məxfiliklə
bağlı məsələlərin təmin edilməsində həll yollarının tapılmasına dəstək olur,
həm də təchizatçı və satınalan arasında əlaqənin qurulması üsullarını
təkmilləşdirir. Bu istiqamətdə Azərbaycan Respublikasında mütəmadi
qaydada islahatlar aparılır və buna nümunə kimi dövlət satınalmaları ilə bağlı
yeni qanunun qəbul edilməsini göstərə bilərik.
Azərbaycan Respublikasında elektron dövlət satınalmalarının tətbiqinin
əhəmiyyəti və dövlət idarəçiliyində gözlənilən perspektivlərin özünü
doğrultması istiamətində aşağıdakı təklif və tövsiyələr göstərilmişdir:
- Elektron satınalma prosesinin təşviqi siyasəti və sahibkarların
məlumatlandırılması;
- Mikro və kiçik sahibkarlıq subyektlərinə əlavə şəraitin yaradılması;
- Real ehtimal qiymətin çıxarılmasında əlavə mexanizmin tətbiqi;
- Sənədləşmə işlərinin konkretləşdirilməsi;
Muraz Suleymanov, Elshad Mirbashir oghlu
The importance of implementing e-government procurement and the innovations it brings to e-government
156
- Beynəlxalq təcrübənin araşdırılması və uyğun hesab edilən yeniliklərin
tətbiqi.
ƏDƏBİYYAT
1. National Assembly of Azerbaijan. (2023). Law of the Republic of
Azerbaijan on public procurement (No. 988-VIQ). Baku, July 14, 2023.
2. National Assembly of Azerbaijan. (2022). Law of the Republic of
Azerbaijan on Public-Private Partnership. Baku, December 9, 2022.
3. Akdogan, M. (2014). Evaluation of European Union public procurement
directives and their reflection on Turkey's implementation in the light of
progress reports. Journal of Istanbul University Law Faculty, 72(2), 683-
701.
4. Jafarova, A. (2021). Azerbaijan-Turkey strategic partnership and alliance
in the media. Metafizika, 4(3), 107-118.
5. Demirci, D. (2018). A new step declaration method in electronic
tendering. Public Procurement World, 1(3), 26-33.
6. European Commission. (2018). Public procurement. Retrieved from
https://ec.europa.eu/growth/single-market/public-procurementen
7. Asian Development Bank. (2013). E-government procurement handbook.
Mandaluyong City, Philippines.
8. CHOMU International Journal of Social Sciences. (2019). 4(2), 333-356.
9. Gasimov, F. H., & Hasanova, P. A. (2010). Innovation activity in the
sphere of natural monopoly in Azerbaijan. Baku: Elm, 300 p.
10. Volune, I. (2020). Public-private partnership for skills development: A
governance perspective. European Training Foundation.
11. Suleymanov, M. (2023). V International Scientific Conference of
researchers in the field of economics and management, conference full-
text report book, 1389-1398.
12. Suleymanov, M. (2023). Materials of the republican scientific-practical
conference "Honorary head of security agencies of Azerbaijan" dedicated
to the 100th anniversary of the birth of national leader Heydar Aliyev,
575-577.
13. State Procurement Agency of the Republic of Azerbaijan. (n.d.). Retrieved
from https://etender.gov.az/
14. E-Government Development Center of the Republic of Azerbaijan. (n.d.).
Retrieved from https://www.e-gov.az/az/news/read/721
15. Competition Authority of the Republic of Azerbaijan. (n.d.). Retrieved
from https://competition.gov.az/az/post/592/dovlet-satinalmalarinin-
vahid-internet-portali-etendergovaz-yenilendi
16. National Assembly of Azerbaijan. (n.d.). Retrieved from https://e-
ganun.az/framework/54966
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp. 145-158
157
17. Public Procurement Magazine. (n.d.). Retrieved from
https://satinalmadergisi.com/e-satinalma/
18. Electronic Public Procurement Platform. (n.d.). Retrieved from
https://ekap.kik.gov.tr/EKAP/Default.aspx?ReturnUrl=%2Fekap%2F
19. TechTarget. (n.d.). E-procurement. Retrieved from
https://www.techtarget.com/searchcio/definition/e-procurement
20. European Dynamics. (n.d.). EPPS. Retrieved from
https://www.eurodyn.com/portfolio-item/epps/
21. Competition Authority of the Republic of Azerbaijan. (n.d.). Retrieved
from https://competition.gov.az/az
REFERENCES
1. National Assembly of Azerbaijan. (2023). Law of the Republic of
Azerbaijan on public procurement (No. 988-VIQ). Baku, July 14, 2023.
(in Azerbaijani)
2. National Assembly of Azerbaijan. (2022). Law of the Republic of
Azerbaijan on Public-Private Partnership. Baku, December 9, 2022. (in
Azerbaijani)
3. Akdogan, M. (2014). Evaluation of European Union public procurement
directives and their reflection on Turkey's implementation in the light of
progress reports. Journal of Istanbul University Law Faculty, 72(2), 683-
701. (in Turkish)
4. Jafarova, A. (2021). Azerbaijan-Turkey strategic partnership and alliance
in the media. Metafizika, 4(3), 107-118. (in Azerbaijani)
5. Demirci, D. (2018). A new step declaration method in electronic
tendering. Public Procurement World, 1(3), 26-33. (in English)
6. European Commission. (2018). Public procurement. Retrieved from
https://ec.europa.eu/growth/single-market/public-procurementen (in
English)
7. Asian Development Bank. (2013). E-government procurement handbook.
Mandaluyong City, Philippines. (in English)
8. CHOMU International Journal of Social Sciences. (2019). 4(2), 333-356.
(in English)
9. Gasimov, F. H., & Hasanova, P. A. (2010). Innovation activity in the
sphere of natural monopoly in Azerbaijan. Baku: Elm, 300 p. (in
Azerbaijani)
10. Volune, I. (2020). Public-private partnership for skills development: A
governance perspective. European Training Foundation. (in English)
11. Suleymanov, M. (2023). V International Scientific Conference of
researchers in the field of economics and management, conference full-
text report book, 1389-1398. (in Azerbaijani)
Muraz Suleymanov, Elshad Mirbashir oghlu
The importance of implementing e-government procurement and the innovations it brings to e-government
158
12. Suleymanov, M. (2023). Materials of the republican scientific-practical
conference "Honorary head of security agencies of Azerbaijan" dedicated
to the 100th anniversary of the birth of national leader Heydar Aliyev,
575-577. (in Azerbaijani)
13. State Procurement Agency of the Republic of Azerbaijan. (n.d.). Retrieved
from https://etender.gov.az/ (in Azerbaijani)
14. E-Government Development Center of the Republic of Azerbaijan. (n.d.).
Retrieved from https://www.e-gov.az/az/news/read/721 (in Azerbaijani)
15. Competition Authority of the Republic of Azerbaijan. (n.d.). Retrieved
from https://competition.gov.az/az/post/592/dovlet-satinalmalarinin-
vahid-internet-portali-etendergovaz-yenilendi (in Azerbaijani)
16. National Assembly of Azerbaijan. (n.d.). Retrieved from https://e-
ganun.az/framework/54966 (in Azerbaijani)
17. Public Procurement Magazine. (n.d.). Retrieved from
https://satinalmadergisi.com/e-satinalma/ (in Azerbaijani)
18. Electronic Public Procurement Platform. (n.d.). Retrieved from
https://ekap.kik.gov.tr/EKAP/Default.aspx?ReturnUrl=%2Fekap%2F (in
Turkish)
19. TechTarget. (n.d.). E-procurement. Retrieved from
https://www.techtarget.com/searchcio/definition/e-procurement (in
English)
20. European Dynamics. (n.d.). EPPS. Retrieved from
https://www.eurodyn.com/portfolio-item/epps/ (in English)
21. Competition Authority of the Republic of Azerbaijan. (n.d.). Retrieved
from https://competition.gov.az/az (in Azerbaijani)