“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.229-240 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
229
UDC: 327.
LBC: 63.3(2)6-6
MJ № 233
10.33864/2617-751X.2024.v7.i3.229-240
Factors Influencing the Foreign Policy of Azerbaijan in the
Context of Globalization
Ilaha Alizade
Elshad Mirbashir oghlu
Abstract. At the end of the 20th century, global processes led to a fundamental
shift in the international political environment. In addition to the emergence of new
independent states within the international system, various international actors, such
as transnational financial organizations and non-governmental organizations-which
have gained significant importance due to globalization-contributed to the
transformation of the international relations system. These changes were reflected in
the foreign policies of many states. Azerbaijan, which gained independence in 1991,
redefined its foreign policy to protect its national interests while leveraging the
opportunities of international cooperation in the context of global integration.
Among Azerbaijan’s foreign policy priorities is integration into the European Union
system across economic, political, social, and cultural spheres, as well as into the
broader global political arena, particularly where Western countries are represented.
By joining this system, Azerbaijan enhances its ability to utilize its resources more
efficiently, safely, and cost-effectively, ensuring a prosperous life for its people.
Additionally, it accelerates the entry of advanced world technologies, investment,
and foreign capital into the country's economy, fostering the development of the
non-oil sector.
Keywords: international relations, globalization, foreign policy, Azerbaijan.
Doctoral student of Baku State University; Baku, Azerbaijan (corresponding author)
E-mail: ibrahimova.ilaha@gmail.com
https://orcid.org/0009-0006-6078-9762
Doctor of political sciences, professor,
Academy of Public Administration under the President of the Republic of Azerbaijan, deputy of the Milli Majlis of
the Republic of Azerbaijan; Baku, Azerbaijan
E-mail: elshad.mirbashiroglu@gmail.com
To cite this article: Alizade, I., & Mirbashir oghlu, E. [2024]. Factors Influencing the Foreign Policy of Azerbaijan in
the Context of Globalization. “Metafizika” journal, 7(3), pp.229-240.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.229-240
Article history:
Received: 10.05.2024
Accepted: 01.07.2024
“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.229-240 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
230
УДК: 327.
ББК: 63.3(2)6-6
MJ № 233
10.33864/2617-751X.2024.v7.i3.229-240
Факторы, влияющие на внешнюю политику Азербайджана в
условиях глобализации
Илаха Ализаде
Эльшад Мирбашир оглу
Абстракт. В конце ХХ века глобальные процессы, происходившие в мире,
привели к кардинальному изменению международной политической среды.
Помимо появления новых независимых государств в международной системе,
различные международные игроки, такие как транснациональные финансовые
организации и неправительственные организации, которые имеют большое
значение в результате глобализации, привели к трансформации системы
международных отношений. Эти изменения отразились на внешней политике
государств. Азербайджан, получивший независимость в 1991 году,
реформировал свой внешнеполитический курс с целью защиты своих
национальных интересов, используя при этом возможности международного
сотрудничества на фоне международной интеграции. Среди
внешнеполитических приоритетов Азербайджана важное место занимает
интеграция в систему Евросоюза (в экономической, политической,
социальной, культурной сферах) и глобальное мирополитическое
пространство, в котором представлены западные страны. Присоединившись к
этой системе, Азербайджан получает возможность более эффективно,
безопасно и бесплатно использовать имеющиеся у него ресурсы для
обеспечения благополучной жизни своего народа. Это также дает возможность
для более быстрого входа передовых мировых технологий, инвестиций и
иностранного капитала в экономику страны, развития ненефтяного сектора.
Ключевые слова: международные отношения, глобализация, внешняя
политика, Азербайджан
Докторант Бакинского Государственного Университета; Баку, Азербайджан (ответственный автор)
E-mail: ibrahimova.ilaha@gmail.com
https://orcid.org/0009-0006-6078-9762
Доктор политических наук, профессор,
Академия государственного управления при Президенте Азербайджанской Республики, депутат Милли
Меджлиса Азербайджанской Республики; Баку, Азербайджан
E-mail: elshad.mirbashiroglu@gmail.com
Цитировать статью: Ализаде, И. & Мирбашир оглу, Э. [2024]. Факторы, влияющие на внешнюю политику
Азербайджана в условиях глобализации. Журнал «Metafizika», 7(3), с.229-240.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.229-240
История статьи:
Статья поступила в редакцию: 10.05.2024
Отправлена на доработку: 03.06.2024
Принята для печати: 01.07.2024
“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.229-240 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
231
UOT: 327.
KBT: 63.3(2)6-6
MJ № 233
10.33864/2617-751X.2024.v7.i3.229-240
Qloballaşmanın Azərbaycanın xarici siyasətinə təsiri
İlahə Əlizadə
Elşad Mirbəşiroğlu
Abstrakt. XX əsrin sonlarında dünyada baş verən qlobal proseslər beynəlxalq
siyasi mühitin əsaslı bir şəkildə dəyişməsinə səbəb oldu. Beynəlxalq sistemdə ortaya
çıxan yeni müstəqil dövlətlərdən başqa qloballaşma nəticəsində böyük əhəmiyyət
kəsb edən transmilli maliyə təşkilatları, qeyri hökümət təşkilatları kimi müxtəlif
beynəlxalq aktyorların öz yerlərini alması beynəlxalq münasibətlər sisteminin
transformasiyası ilə nəticələndi. Bu dəyişiklər dövlətlərin xarici siyasətində öz əksini
tapdı. 1991-ci ildə müstəqilliyini əldə edən Azərbaycan beynəlxalq aləmə
inteqrasiya fonunda beynəlxalq əməkdaşlığın imkanlarından istifadə edərkən eyni
zamanda öz milli mənafelərini qorumaq məqsədiylə xarici siyasət kursunu yenidən
formallaşdırdı. Azərbaycanın xarici siyasət prioritetləri sırasında Qərb ölkələrinin
təmsil olunduğu Avropa Birliyi sisteminə (iqtisadi, siyasi, sosial, mədəni sahədə) və
qlobal dünya siyasəti məkanına inteqrasiya mühüm yer tutur. Bu sistemə daxil
olmaqla Azərbaycan həm özünün mövcud resurslarından xalqının firavan həyatnın
təmin edilməsi istiqamətində daha səmərəli, təhlükəsiz və itkisiz istifadə etmək
imkanı əldə edir. Həm də qabaqcıl dünya texnologiyalarından, investisiya və xarici
kapitalın ölkə iqtisadiyyatına daha sürətlə daxil olması, qeyri-neft sektorunun
inkişafına nail olunması imkanı qazanır.
Açar sözlər: beynəlxalq münasibətlər, qloballaşma, xarici siyasət, Azərbaycan
Bakı Dövlət Universitetinin doktorantı; Bakı, Azərbaycan (məsul müəllif)
E-mail: ibrahimova.ilaha@gmail.com
https://orcid.org/0009-0006-6078-9762
Siyasi elmlər doktoru, professor,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Milli
Məclisinin deputatı; Bakı, Azərbaycan
E-mail: elshad.mirbashiroglu@gmail.com
Məqaləyə istinad: Əlizadə, İ., Mirbəşiroğlu, E. [2024] Qloballaşmanın Azərbaycanın xarici siyasətinə təsiri.
“Metafizika” jurnalı, 7(3), səh.229-240.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.229-240
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuşdur: 10.05.2024
Təkrar işlənməyə göndərilmişdir: 03.06.2024
Çapa qəbul edilmişdir: 01.07.2024
Ilaha Alizade, Elshad Mirbashir oglu
Factors Influencing the Foreign Policy of Azerbaijan in the Context of Globalization
232
1.Giriş (Qloballaşmanın qısa tarixçəsi)
Dünyanın bütününü əhatə etmə mənasını daşıyan ingiliscə “qlobal” sözü
əsasən XIX-cu əsrin sonlarından etibarən istifadə edilməyə başlansa da,
1964-cü ildə Amerikalı tənqidçi Marshall McLuhan “qlobal kənd” anlayışını
ortaya atmasıyla bu günkü mənada işlənməyə başlamışdır. 1980-lərin
başlarında yayılmağa başlayan “qloballaşma” konsepsiyası bugün əsas olaraq
malların, xidmətlərin və kapitalın artan hərəkətliliyi nəticəsində
sərhədlərarası qarşılıqlı iqtisadi inteqrasiyanın və milli iqtisadiyyatların
dünyaya inteqrasiyası olma prosesində dünyanın müxtəlif yerlərində varlıq
göstərən cəmiyyət və dövlətlər arasında əlaqələrin kəskin artması, qlobal
informasiya axınlarının böyük artımı və kommunikasiya texnologiyalarının
sürətli inkişafı, dünya dövlətləri arasında qarşılıqlı əlaqələrin sürətlə artması
və bir-birinə bağlı olması kimi ifadə edilə bilər.
Bugün dünyada hakim olan və bir çox tədqiqatçının üsündə durduğu
anlayış qlobalaşmanın dünyadakı resursların paylaşılması və istifadəsi
olduğudur. Bu anlayış bütün diqqətlərin qloballaşmanın iqtisadi tərəfinə cəlb
etsə də qloballaşma təkcə iqtisadi bir proses deyil, həmçinin ictimai,
kommunikativ, mədəni, texnoloji, siyasi və bir sıra aspektlərin də qlobal hala
gəlməsidir.
Əslində, ilk mərhələdə, qloballaşmanın informasiya texnologiyaları
sahəsində inkişafları izah etmək mümkündür. İnformasiya texnologiyasındaki
dəyişikliklərin informasiya mübadiləsində zaman-kosmik amili aradan
qaldırmasıyla birlikdə, ABD və Qərb ölkələrindən dünyaya vahid mədəniyyət
yayıldı. Vahid mədəniyyət iqdisadiyyat sahəsini təsiri altına almasıyla
birlikdə qloballaşma prosesi iqtisadiyyat sahəsində dəvam etdi.
1980-li illərin başlarında Ronald Reagan və Margaret Thatcherin dövründə
sürətlənməyə başlayan beynəlxalq kapital hərəkətləri Şərq və Qərb blokları
arasındaki dəmir pərdənin aradan qalxmasıyla birlikdə qlobal hal aldı. Bunun
nəticəsində iqtisadi qloballaşma transmilli iqtisadi şirkətlərin, kapital
hərəkətlərinin və kapitalist bazar şərtlərinin dünyaya yayılması birbaşa
ölkələrin siyasətinə təsir göstərməyə başladı. Beləliklə iqdisadi qloballaşma
ölkə siyasətlərinə öz təsiri göstərməyə başladı. Dövləti beynəlxalq sistemin
vahid aktörü və ən vacib məqsədini milli təhlükəsizliyik olaraq görən realist
teoriyanın əksinə iqtisadi inkişafın dövlət müdaxiləsi olmadan sərbəst bazarın
sərbəst hərəkət yolu ilə əldə oluna biləcəyini və müdafiəçi siyasətin tərk
edilməsinin vacibliyinə əsaslanan liberal düşüncə milli dövləti buna tək
maneə olaraq gördü. Bu isə milli dövlətin ənənəvi strukturunda, səlahiyyət və
funksiyalarında reformların aparılmasının vacibliyini ortaya çıxardı.
Bundan başqa, qloballaşma beynəlxalq sistemə yeni aktorların ortaya
çıxmasına səbəb oldu. Berlin Divarının dağıdılması və dünyanın müxtəlif
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp.229-240
233
regionlarında başlayan dağılma prosesi nəticəsində çox sayıda yeni dövlət
çıxdı. Ancaq beynəlxalq sistemi dəyişdirən təkcə yeni dövlətlər deyildi.
Qloballaşma ilə birlikdə artan təhlükəsizlik ehtiyacı, insan və narkotik vasitə
alveri, ekologiya problemləri və s. beynəlxalq sistemdə qeyri hökumət
təşkilatları, transmilli iqdisadi korporasiyaları kimi yeni beynəlxalq aktorların
da yer almasına gətirib çıxardı. Beləliklə, əvvəllər məhz dövlətlərin yer aldığı
beynəlxalq sistem qloballaşma nəticəsində dəyişmiş oldu.
2.Qloballaşma şəraitində beynəlxalq münasibətlərin transformasiyası
Soyuq münahiribədən sonra ortaya çıxan müxtǝlif beynǝlxalq aktyorlar
beynǝlxalq münasibǝtlǝrin vǝ hǝmçinin beynǝlxalq sistemin
transformasiyasına sǝbǝb oldu. Artıq ǝvvǝllǝr olduğu kimi beynǝlxalq
münasibǝtlǝr tǝkcǝ dövlǝtlǝr arasında aparılmır, yeni müstəqil dövlətlər,
beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətlǝri və çoxmillətli şirkətlər kimi
beynǝlxalq miqyaslı iqdisadi təşkilatların hǝr biri qloballaşma ilǝ birlikdǝ
beynəlxalq aktyor kimi beynǝlxalq arenada öz yerlǝrini aldılar. Belǝliklǝ
qlobalaşma tǝkcǝ iqdisadi, mədəni, sosial və sair sahələrdə deyil, eyni
zamanda siyasi cǝhǝtǝn dǝ bütün dünyanı öz təsiri altına aldı.
Siyasǝtdǝ qloballaşma daxili vǝ xarici siyasǝt arasındakı xǝttin yavaş yavaş
silinmǝsinǝ sǝbǝb oldu. Artıq bir ölkǝnin problemi daxili problem olmaqdan
çıxaraq regional vǝ hǝtda qlobal bir hal aldı. Bundan başqa qlobal sǝviyyǝdǝ
getdikcǝ artan ekologiya, sosial inkişaf, insan hüququ, teror, insan alveri,
tǝhlükǝsizlik kimi mǝsǝlǝlǝr bir ölkǝnin tǝk başına hǝll edǝ bilǝcǝyi mǝsǝlǝlǝr
olmaqdan çıxdı. Başqa ölkǝlǝrin iştirakı bir tǝrǝfdǝn mǝsǝlǝlǝrin hǝllinin
tapılmasına kömǝk edǝrkǝn, digǝr tǝrǝfdǝn milli dövlǝtlǝrin suverenliklǝrinǝ
zǝrǝr vermǝyǝ başladı.
Belǝliklǝ 20-ci əsrǝ milli dövlǝtlǝr damğa vurarkǝn, 20-ci ǝsrin ikinci
yarısında BMT kimi qlobal, Aİ kimi dövlǝtlǝrüstü, NAFTA və Mercosur
kimi regional aktyorlar ortaya çıxdı vǝ dünya siyasǝtinǝ tǝsir göstǝrmǝyǝ
başladı. Klassik anlayışda milli dövlətlərin ən əsas xüsusiyyətlərindən biri
olan suverenlik həm siyasi həm də hüquqi baxımdan mütləq olma
xüsusiyyətini itirmişdir. Dövlətlərin öz iradəsi ilə qəbul etdiyi beynəlxalq
müqavilələr suverenliyi ciddi şəkildə məhdudlaşdırdı.
J.Rosenau görə, son bir neçə ildəki qlobal siyasətdəki struktur dəyişiklikləri
beynəlxalq münasibətlər sahəsində radikal dəyişikliklərə səbəb olan müxtəlif
millətlərin və cəmiyyətlərin bir-birindən asılılığına gətirib çıxardı. Ancaq
qarşılıqlı bağ vǝ asılılıq masına gǝlǝn qloballaşma dünyada artan bir-birinə
qarşılıqlılıq və asılılıq, müxtəlif dövlətlərin və millǝtlǝrin iqtisadi, siyasi,
sosial və digər sahələrdə güclǝnǝn beynəlxalq inteqrasiya və əməkdaşlıq
proseslərinǝ baxmayaraq birbirinǝ zidd olan maraqlarr, rǝqabǝt vǝ hǝtta
mübarizə və bilvasitǝ güç tǝtbiqi sahəsinə çevrilmişdir.
Ilaha Alizade, Elshad Mirbashir oglu
Factors Influencing the Foreign Policy of Azerbaijan in the Context of Globalization
234
Machiavelli bir dövlətin uzun bir müddət öz başına vǝ sülh içində qala
bilmǝyǝcǝyini çünki o başqalarını narahat etmǝsǝ dǝ belǝ başqalarının onu
narahat edǝ bilǝcǝyini deyir [1, s.42]. Machiavelli-nin bu görüşü ǝslindǝ bəzi
ölkǝlǝrin geosiyasi mövqeləri, təbii sǝrvǝtlǝri və ya başqa amillər səbəbiylə
ortaya çıxan qarşıdurmalar günümüzdǝ beynəlxalq alǝmin iç üzünü əks
etdirir. 20-ci ǝsrin ikinci yarısı mübarizənin təkcə hərbi qüvvənin tətbiq
edilməsi yolu ilə deyil, “yumuşaq güc” (“soft power”) vasitǝsilǝ iqtisadi,
maliyyə, mədəni-ideoloji ekspansiya yolu ilə aparıla biləcǝyini göstǝrdi.
Milli dövlət demokratikləşmə, şəffaflıq, elastiklik kimi güclü təzyiqlǝrǝ
mǝruz qalmaqla yanaşı özəlləşdirmə, siyasi islahatlar və sosial-iqtisadi
siyasətin yenidǝn formalaşması kimi strategiyalar ölkələrin əsas siyasətinə
çevrildi.
Ancaq dünyada baş verǝn bütün dǝyiikliklǝrǝ baxmayaraq dövlǝtlǝr hǝr
zaman öz milli maraqlarından hǝrǝkǝt ediblǝr. “Milli maraqlar bir çox
amillərin - daxili və xarici, siyasi, iqtisadi, təbii, iqlim, ekoloji və texnogen
amillərin təsiri altında formalaşır. Amerika siyasi realizminin müəllifi Hans
Morgentaunun (1891-1967) fikrincə, milli maraqlar dövlətin özü tərəfindən
müəyyən olunan elə uzunmüddətli standartlardır ki, onların əsasında siyasi
qərarları və hərəkətləri mühakimə etmək və qiymətləndirmək olar.
Morgentau milli maraqları hakimiyyət və gücdə ifadə olunan siyasi realizm
prinsipi səviyyəsinə qaldırır. Onun fikrincə, siyasi realizm dinamik başa
düşülən milli maraqlarla bağlıdır. Başqa sözlə, dövrün tələblərindən asılı
olaraq, onlar məzmun və əhəmiyyətcə müəyyən transformasiyaya uğraya
bilər” [2, s.3].
3.Qloballaşmanın Azərbaycanın xarici siyasətinə təsiri
1991-ci il dekabr ayının 29-da keçirilən referendum nəticəsində 18 oktyabr
1991-ci il tarixdǝ Azərbaycan müstəqilliyini elan etdi. Müstəqilliyin ilk
dövründə Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış, daxili qeyri-
sabitlik, iqtisadi böhran, keçid dövrünün çətinlikləri və digər ciddi
problemlərlə üzləşmişdir. Buna baxmayaraq, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası
bütün çətinlikləri dəf edərək, düzgün strateji inkişaf yolunu müəyyən edərək,
hazırda uğurla irəliləyən, regionda və dünyada öz mövqelərini
möhkəmləndirən iqtisadi, siyasi və digər baxımlardan dinamik inkişaf edən
müasir ölkəyə çevrilməkdədir. Belə ki, Azərbaycan Xəzər-Qafqaz məkanında
regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici
dövlət olub, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində
əvəzsiz rol oynamaqdadır. Bu ümumi strategiyanın başlıca məqsədi
Azərbaycan Respublikasının davamlı inkişafı və əhalinin rifahının təmin
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp.229-240
235
edilməsi, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin
olunmasına töhfə verməkdən ibarətdir.
Hər bir suveren dövlət beynəlxalq münasibətlərin subyekti kimi, özünün
xarici siyasətini həyata keçirir. Bu siyasət sosial-iqtisadi və ictimai-siyasi
inkişafın səviyyələri, coğrafi mövqe, milli-tarixi ənənələr, suverenliyin və
təhlükəsizliyin təmin edilməsi məqsədləri ilə müəyyən edilir. Bu amillər
xarici siyasət prizmasından milli maraqlar konsepsiyasında cəmləşir [2, s.3].
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya
Aktının 16-cı maddəsində hamılıqla qəbul edilmiş beynəlxalq hüquq
normalarına uyğun olaraq Azərbaycan Respublikasının başqa dövlətlərlə
münasibətlərini qurduğu prinsiplər belə sıralanmışdır: dövlətlərin suveren
bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, dövlət
sərhədlərinin toxunulmazlığı, mübahisələri dinc yolla nizama salmaq, başqa
dövlətlərin daxili işlərinə qarışmamaq, insanın hüquqlarına və əsas
azadlıqlarına hörmət etmək, xalqların bərabərliyi və onların öz müqəddəratını
təyin etmək hüququ, dövlətlərin əməkdaşlığı, beynəlxalq hüquqi öhdəlikləri
vicdanla yerinə yetirmək.
Azərbaycanın dünya inteqrasiya proseslərinə qatılmasını önəmli və zəruri
edən bir sıra amillər mövcuddur. Bunlar arasında [3, s.20]:
Dünyada gedən proseslərdən kənarda qalmağın zərərli və əslində
mümkünsüz olması;
Dövlət suverenliyinə təminat əldə edilməsi;
Beynəlxalq-regional təhlükəsizliyin yaradılmasında və bəşəriyyətin qlobal
problemlərinin həllində iştirak imkanı qazanılması;
Ölkəmizin ərazi bütövlüyünün təmin olunması və Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi üçün beynəlxalq dəstəyə nail olunması;
“Qafqaz birliyi” ideyasının gerçəkləşdirilməsi;
Ölkədaxili sosial və iqtisadi problemlərin həllinə beynəlxalq birlik
tərəfindən müxtəlifyönlü yardımlar göstərilməsi;
Cəmiyyətimizdə insan haqları və s. müdafiəsi.
Xarici siyasəti dunya sisteminin yenidən qurulması prosesindən kənarda
təsəvvur etmək mumkun deyildir. Azərbaycan qlobal miqyasda gedən
dəyişiklikləri oz uzərində hiss edir. Bu təsirlər regional səviyyədə ozunu
gostərən muxtəlif tendensiyalarla (siyasi, geosiyasi, iqtisadi, hərbi, ekoloji və
mədəni xarakterli) uzlaşdırılmalıdır. Bu zaman əsas meyar xarici siyasətin
prioritetləridir [7, s.231].
Çağdaş beynəlxalq inteqrasiya proseslərində iştirakın çoxlu istiqamətləri,
vasitələri və formaları mövcuddur. Onların başlıcalarından birini beynəlxalq
və regional təşkilat, qurum, struktur, proqram, layihə və s. qatılma təşkil edir
Ilaha Alizade, Elshad Mirbashir oglu
Factors Influencing the Foreign Policy of Azerbaijan in the Context of Globalization
236
[3, s.20]. Birçox dövlət tərəfindən tanınan Azərbaycan xarici dövlətlər ilə
diplomatik əlaqələr yaratdı. İƏT, Avropa İttifaqı, MDB, GUAM, Qara Dəniz
İqdisadi Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Şurası, TÜRKPA, Körfǝz
Əmǝkdaşlıq Şurası, İSESKO, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Ərəb
Dövlətləri Liqası, Afrika İttifaqı, BMT, YUNESKO kimi müxtǝlif
beynəlxalq və regional təşkilatlara üvz olan Azǝrbaycan xarici siyasǝtdǝ
başqa ölkǝlǝr ilǝ iqdisadi ǝlǝqǝlǝrin yaranmasına vǝ möhkǝmlǝnmǝsinǝ
böyük diqqǝt yetirdi.
Azǝrbaycanın dünya birliyindǝ layiqli yer tutması ulu önder Heydǝr
Əliyevin hǝyata keçirdiyi ardıcıl vǝ mǝqsǝdyönlü xarici siyasǝtin ana xǝttini
tǝşkil etmişdir. “Azerbaycanın yeni minillikdə inkişafı, bir tərəfdən, ölkənin
bir epoxadan digərinə keçidi ile şərtlənmişdir. Lakin bununla yanaşı Sovet
İttifaqının tərkibində olmuş keçmiş sosialist respublikası kimi Azerbaycan
müstəqillik qazandıqdan sonra industrial eradan, postsovet məkanından
mərhələ-mərhələ postindustrial epoxaya keçməyə başlamış, qloballaşan
dünyanın bir çox mühüm əlamətləri ilǝ üzləşmişdir” [5, s.121]. Azǝrbaycanın
beynǝlxalq arenada daha çox tanınması vǝ beynǝlxalq ǝmǝkdaşlıq
ǝlaqǝlǝrinin genişlǝndirilmǝsi mǝqsǝdiylǝ Heydǝr Əliyev dövründǝ xarici
ölkǝlǝr ilǝ Azǝrbaycan arasında 431 beynǝlxalq sǝnǝd imzalanmışdır.
“Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün dövlətlərə
münasibətdə onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından
asılı olmayaraq, dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil
xarici siyasət həyata keçirir. Şəffaflıq və öncədən müəyyənləşdirmə
Azərbaycanın xarici siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir.
Azərbaycan bütün ölkələrlə dostluq və qarşılıqlı səmərəli ikitərəfli və
çoxtərəfli əlaqələrini inkişaf etdirməklə öz regionunda və onun
sərhədlərindən kənarda sülh içində birgə yaşama və mehriban qonşuluğu
təşviq etməkdə çox maraqlıdır. Ölkəmiz mövcud beynəlxalq təhlükəsizlik
sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanan xarici siyasət həyata keçirir. Bütün dövlətlərin suverenliyi, ərazi
bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə
qarşılıqlı əlaqələrində əsas prinsiplərdir” [8, s.6].
Ancaq “mühüm geosiyasi məkanda yerləşən Azərbaycanın qabağında
duran ǝn vacib mǝsǝlǝlǝrdǝn biri tǝcavüzkar Ermǝnistanın başlatdığı
müharibənin dayandırılması olmuşdur. Bu məqsədlə 1994-cü ilin mayında
Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin
buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar
sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün
lazım olan əlverişli dinc şərait yarandı” [6, s.6-7].
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp.229-240
237
Heç şübhəsiz hər hansı bir ölkənin xarici siyasəti hər şəydən əvvəl öz milli
marağına əsaslanır. Xarici siyasətin başlanğıc nöqtəsi milli maraqdır. “Milli
maraqların həyata keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi,
ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyası,
habelə özünəməxsus və bəzən ziddiyyətli siyasət yürüdən regional və
regiondan kənarda olan aktorlarla modus vivendi-nin tapılmasına imkan
yaradan elastiklik arasında mürəkkəb balans Azərbaycanın xarici siyasətinin
səciyyəvi xüsusiyyətidir” [8, s.6]. Mǝhz buna görǝ ulu öndǝr Heydǝr Əliyev
ilk olaraq Dağlıq Qarabağ münaqişǝsinin hǝlli istiqamǝtindǝ böyük sǝy
göstǝrdi.
Ermǝnistanın eyni zamanda Azǝrbaycanın qonşusu olması da Azǝrbaycanın
xarici siyasǝtinǝ tǝsir edǝn amillǝrdǝn bir digǝridir. Dövlətlərin qonşularını
seçmək hüququ yoxdur və Azǝrbaycanın Dağlıq Qarabağ Vilayǝtini vǝ ǝtraf
yeddi rayonu işğal altında tutmağa davam edǝn tǝcavüzkar Ermǝnistan ilǝ
əlaqələri, ilk növbǝdǝ regiondakı dövlǝtlǝrǝ olmaq üzrǝ dünyanın müxtǝlif
dövlǝtlǝrinǝ dǝ tǝsir etmǝkdǝdir. Bu vǝziyyǝt eyni zamanda Azǝbaycanın
milli tǝhlükǝsizliyinǝ dǝ öz mǝnfi tǝsirini göstǝrǝrǝk böyük problem yaradır.
Bu sǝbǝblǝ, Azǝrbaycan ilǝ Ermǝnistan arasındaki müharibǝ şǝraitinin aradan
qaldrılması üçün ATƏT-ǝ bağlı Minsk Qrupu tǝsis edilmişdir. Qloballaşma
nǝticǝsindǝ dünyanın müxtǝlif yerlǝrindǝ baş verǝn qarşıdurmaların aradan
qaldırılması vǝ ölkǝlǝrǝ tǝhlükǝ yaradan mǝsǝlǝlǝrin hǝlli istiqamǝindǝ
ölkǝlǝr bir araya gǝlǝrǝk “zirvǝ” adı altında müxtǝlif yığıncaqlar keçirmǝyǝ
başladılar. 1992-ci ilin 24 martında Helsinkidǝ keçirilǝn ATƏT-in Xarici
İşlǝr Nazirlǝri Şurasında Dağlıq Qarabağdakı vǝziyyǝt müzakirǝ olunduqdan
sonra 1994-cü il dekabrın 5-6-da Budapeştdǝ Minsk Qrupu tǝsis edildi.
Belǝliklǝ qloballaşma nǝticǝsindǝ Azǝrbaycan vǝ Ermǝnistan arasındaki
mǝsǝlǝ tǝkcǝ regional deyil eyni zamanda qlobal bir xarakterǝ bürünmüşdür.
Bununla yanaşı, BMT-nin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü
dǝstǝklǝmǝsi vǝ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qǝtnamǝ qǝbul
edǝrǝk Ermǝnistanı işğalçı dövlət kimi tanıması Azǝrbaycanın mǝqsǝdyönlü
siyasǝtinin vǝ uğurlu diplomatik fǝaliyyǝtlǝrinin bir nǝticǝsidir.
Azərbaycanın milli gəlirinin mühüm bir hissəsini və iqtisadiyyatının əsas
qismini neft təşkil edir. 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft
strategiyasının reallaşdırılması vəzifəsi dövlətin xarici siyasətinin
prioritetlərindən biridir. Bu strategiyanın əsas mahiyyəti Xəzər dənizinin
Azərbaycan sektorunda mövcud olan karbohidrogen ehtiyatlarının qabaqcıl
Qərb texnologiyası və investisiya imkanlarından səmərəli istifadə etməklə
dövriyyəyə buraxılması, təhlükəsiz yollarla dünya bazarlarına çıxarılması,
satışından əldə edilən vəsaitlə ölkənin digər sahələrinin, qeyri-neft
sektorunun inkişafına nail olunması, bugünkü və gələcək nəsillərin firavan
Ilaha Alizade, Elshad Mirbashir oglu
Factors Influencing the Foreign Policy of Azerbaijan in the Context of Globalization
238
həyatının təmin edilməsindən və s. ibarətdir. Bu sahədə Xəzərin sektor
bölgüsü, neft kəmərlərinin çəkilişi və təhlükəsizliyi, investisiya təminatı,
dünya neft-qaz bazarında lazımi yeri tutmaq və s. kimi çətinliklərin aradan
qaldırılması və nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün xarici
dövlətlərin imkanlarından maksimum yararlanmaq xarici siyasətin əsas
prioritetlərindən birini təşkil edir [4, s.197]. Çünkü milli tǝhlükǝsizlikdǝn
sonra gǝlǝn bir digǝr vacib vǝ xarici siyasətə təsir edən amil iqtisadi maraq və
əlaqələrdir. İqtisadi güc xarici siyasətdə effektivliyini təmin edir. Xarici
siyasətdə sərbəst hərəkət etmə qabiliyyəti dövlətin iqtisadi müstəqilliyi ilə sıx
bağlıdır.
Azǝrbaycanın qlobal proseslǝrǝ uğurlu inteqrasiyası nǝticǝsindǝ eldǝ etdiyi
nailiyyǝtlǝr Azǝrbaycanı Cǝnubi Qafqazın ǝn gǝlişmiş lider ölkǝsinǝ
çevirmişdir. Mǝlum olduğu kimi, Cǝnubi Qafqaz regionu geostrateji
xarakterǝ malik olduğu üçün bütün dünyanın diqqǝt mǝkǝzindǝ yer alır.
Müasir beynǝlxalq münasibǝtlǝr sistemindǝ baş verǝn sürətli dəyişikliklər
şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik
separatizm və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması,
kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin
sayının durmadan çoxalması və kütləvi miqrasiyası, ətraf mühitin çirklənməsi
və sair təhlükələr ölkǝlǝrin milli tǝhlükǝsizlik problemiylǝ üzlǝşmǝlǝrinǝ
sǝbǝb olmaqdadır. Heç şübhǝsiz bu amillǝrin hǝr biri hər bir dövlətin
prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin
risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata
keçirilməsini zəruri edir. Azǝrbaycanın Cǝnubi Qafqaz regionunda
yerlǝşmǝsi vǝ zǝngin neft yataqlarına sahib olması dünyanın diqqǝt
mǝrkǝzinǝ çevrilmişdir. Belǝ bir şǝraitdǝ Azərbaycan Respublikasının
müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin
milli maraqlarının daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin
məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədilə Azǝrbaycan
milli təhlükəsizlik konsepsiyası tǝsdiq edilmişdir. Azərbaycan
Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri kimi,
təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi, Azərbaycan
Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Avropa və Avratlantik
strukturlarına inteqrasiya, beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq
təşkilatlarla əməkdaşlıq, regional əməkdaşlıq və ikitərəfli münasibətlər
(region ölkələri ilə əməkdaşlıq, qeyri-region ölkələri ilə əməkdaşlıq), müdafiə
qabiliyyətinin möhkəmləndirilməsi və təhlükəsizliyin daxili siyasət vasitələri
ilə təmin edilməsi göstərilir. Bu gün Azǝrbaycan dünyada baş verǝn çağırış
vǝ tǝhditlǝrǝ adekvat cavab verǝn, beynǝlxaq arenada layiqli yer tutan
müstǝqil bir ölkǝ kimi adından söz etdirmǝkdǝdir.
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp.229-240
239
4.Nəticə
Yuxarıda da qeyd olunduğu kimi, qloballaşma prosesi beynəlxalq sistemin
bütün sahələrinə öz müsbət və eləcə də mənfi təsirlərini göstərmiştir.
Qloballaşma iqtisadi, texlologiya, mədəniyyət və digər sahələri olduğu kimi
beynəlxalq platformda yer alan ölkələrin də istər xarici istərsə də daxili
siyasətinin transformasiyasına səbəb oldu. Dünyada varlıq göstərən başqa
dövlətlər kimi, Azərbaycan da qloballaşmanın tǝsiri altına girdi.
Müstǝqilliyini qazandığı gündǝn ulu öndǝr Heydǝr Əliyevin başlatdığı uğurlu
daxili vǝ xarici siyasǝti davam etdirǝrǝk Azǝrbaycanın beynǝlxalq alǝmdǝ
qazandığı mövqeyini daha da möhkǝmlǝndirǝn vǝ nüfuzunu artıran İlham
Əliyev xalqın etimadını qazanmışdır. Artıq Azǝrbaycan hǝm yerlǝşdiyi
geostrateji mǝkanda hǝm dǝ qlobal miqyasda baş verǝn dǝyişikliklǝr
baxımından çağırış vǝ tǝhditlǝrǝ layiqli cavab verǝn bir ölkǝ halına gǝlmişdir.
Bu istiqamǝtdǝ regional, beynǝlxalq vǝ qlobal tǝşkilatlarla bütün sahǝlǝrdǝ
ǝmǝkdaşlığını genişlǝndirǝn Azǝrbaycan öz milli maraqları çǝrçivǝsindǝ
uğurlu xarici siyasǝtinǝ davam etmǝkdǝdir.
ƏDƏBİYYAT
1. Yurdusev, N. A. (2010). “Uluslararası İlişkiler” Öncesi. (Eds.: İ. D. Dağı,
A. Eralp, F. E. Keyman, N. Polat, O. F. Tanrısever, & F. Yalvaç). Devlet,
Sistem ve Kimlik: Uluslararası İlişkilerde Temel Yaklaşımlar. İstanbul,
İletişim Yayınları, pp. 15-55.
2. Adıgözəlov, K. (2010, August 6). Beynəlxalq sülh və əməkdaşlıq
mərkəzi. Xalq qəzeti, p. 3.
3. Musa, İ. M. (2011). Azərbaycanın xarici siyasəti: III hissə: Çağdaş
beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. 776 p.
4. Həsənov, Ə. M. (2005). Müasir beynəlxalq münasibətlər və Azərbaycanın
xarici siyasəti. Dərslik. Bakı, Azərbaycan nəşriyyatı, 631 p.
5. Mehdiyev, R. (2005). Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı,
XXI - Yeni Nəşrlər Evi, 464 p.
6. Əhmədov, E. (2013). Azərbaycanın xarici siyasəti: beynəlxalq
təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətlər. Bakı, Letterpress
nəşriyyat evi, 452 səh.
7. Məmmədov, N. (2013). Xarici siyasət: reallıqlar və gələcəyə baxış. Bakı,
Qanun nəşriyyatı, 264 səh.
8. Məmmədyarov, E. (2009, July 3). Azərbaycanın xarici siyasəti: təsir edən
amillər və prioritetlər. Azərbaycan, p. 6.
https://anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/84940.htm
Ilaha Alizade, Elshad Mirbashir oglu
Factors Influencing the Foreign Policy of Azerbaijan in the Context of Globalization
240
REFERENCES
1. Yurdusev, N. A. (2010). Before “International Relations”. (Eds.: I. D.
Daghi, A. Eralp, F. E. Keyman, N. Polat, O. F. Tanrisever, & F.
Yalvach). State, System and Identity: Fundamental Approaches in
International Relations. Istanbul, Iletishim Publications, pp. 15-55. (in
Turkish)
2. Adigozelov, K. (2010, August 6). Center for international peace and
cooperation. Khalq newspaper, p. 3. (in Azerbaijani)
3. Musa, I. M. (2011). Azerbaijan's foreign policy: Part III: Contemporary
international relations and Azerbaijan's foreign policy. 776 p. (in
Azerbaijani)
4. Hasanov, A. M. (2005). Modern international relations and foreign
policy of Azerbaijan. Textbook. Baku, Azerbaijan publishing house, 631
p. (in Azerbaijani)
5. Mehdiyev, R. (2005). Azerbaijan: requirements of the era of
globalization. Baku, XXI – Yeni Publications House, 464 p. (in
Azerbaijani)
6. Ahmadov, E. (2013). Azerbaijan's foreign policy: relations with
international security and cooperation institutions. Baku, Letterpress
publishing house, 452 p. (in Azerbaijani)
7. Mammadov, N. (2013). Foreign policy: realities and vision for the future.
Baku, Qanun publishing house, 264 p. (in Azerbaijani)
8. Mammadyarov, E. (2009, July 3). Azerbaijan's foreign policy:
influencing factors and priorities. Azerbaijan, p. 6.
https://anl.az/down/megale/azerbaycan/azerbaycan_iyul2009/84940.htm
(in Azerbaijani)