“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.29-40 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
29
UDC: 323.
LBC: 6.3(4\8)
MJ № 220
10.33864/2617-751X.2024.v7.i3.29-40
Complete Restoration of the Sovereignty of the Republic of
Azerbaijan As a Result of Anti-Terrorist Events on September 19-
20, 2023
Irada Nuriyeva
Abstract. The international community's indifferent and double standard
approach to resolving the Nagorno-Karabakh issue for 30 years forced
Azerbaijan to restore its territorial integrity through military means and
political negotiations on the battlefield during the Second Karabakh War,
from September 27 to November 10, 2020. Although the 44-day Patriotic
War ended with the victory of the Azerbaijani army under the leadership of
the President of the Republic and Victorious Supreme Commander-in-Chief
Ilham Aliyev, armed clashes occasionally occurred along the borders of
Azerbaijan and Armenia. On September 19-20, 2023, as a result of successful
localized anti-terrorism measures carried out by the Armed Forces of the
Republic of Azerbaijan, the sovereignty of the Republic of Azerbaijan was
fully restored. On October 15, President Ilham Aliyev raised the Flag of
Azerbaijan in Agdara, Askeran, Khojavend, Khojaly, and Khankendi. On
December 21, 2023, as part of the 1/8 finals of the Azerbaijan Cup, the
football teams “Garabagh” from Agdam and “MOIK” from Baku met for the
first time at the stadium in the Khankendi region, which had been liberated
from occupation. The unity of the Karabakh-Army-People is the main source
of our Victory.
Keywords: 44-day Patriotic War, local anti-terrorist measures, sovereignty
of the Republic of Azerbaijan, Khankendi, "Karabakh" and "MOIK" football
teams.
Doctor of Political sciences, professor,
Azerbaijan State Oil and Industry University; Baku, Azerbaijan
E-mail: iradanuri@gmail.com
https://orcid.org/0000-0002-5309-0009
To cite this article: Nuriyeva, I. [2024]. Complete Restoration of the Sovereignty of the Republic of Azerbaijan As
a Result of Anti-Terrorist Events on September 19-20, 2023. “Metafizika” journal, 7(3), pp.29-40.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.29-40
Article history:
Received: 20.01.2024
Accepted: 29.02.2024
“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.29-40 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
30
УДК: 323.
ББК: 6.3(4\8)
MJ № 220
10.33864/2617-751X.2024.v7.i3.29-40
Полное восстановление суверенитета Aзербайджанской
Республики в результате антитеррористических мероприятий
в 19-20 сентября 2023 года
Ирада Нуриева
Абстракт. Безразличный и двойной стандартный подход
международного сообщества к решению проблемы Нагорного Карабаха
на протяжении 30 лет вынудил Азербайджан восстановить свою
территориальную целостность военными средствами и политическими
переговорами на поле боя во Второй Карабахской войне с 27 сентября
до 10 ноября 2020 г.. Хотя 44-дневная Отечественная война
завершилась победой азербайджанской армии под руководством
президента республики, Победоносного Верховного
главнокомандующего Ильхама Алиева, на границах Азербайджана и
Армении время от времени происходили вооруженные столкновения.
19-20 сентября 2023 года в результате успешных локальных
антитеррористических мероприятий, проведенных Вооруженными Силами
Азербайджанской Республики, суверенитет Азербайджанской Республики был
полностью восстановлен. 15 октября Президент Республики Ильхам Алиев
поднял Флаг Азербайджана в Агдаре, Аскеране, Ходжавенде, Ходжалы и
Ханкенди. 21 декабря 2023 года в рамках 1/8 финала Кубка Азербайджана
футбольные команды «Карабах» из Агдама и «МОИК» из Баку впервые
встретились на стадионе Ханкендинского района, освобожденного от
оккупации. Единство Карабаха-Армии-Народа - главный источник нашей
Победы.
Ключевые слова: 44-дневная Отечественная война, локальные
антитеррористические меры, суверенитет Азербайджанской Республики,
Ханкенди, футбольные команды «Карабах» и «МОИК»
Доктор политических наук, профессор,
Азербайджанский государственный университет нефти и промышленности; Баку, Азербайджан
E-mail: iradanuri@gmail.com
https://orcid.org/0000-0002-5309-0009
Цитировать статью: Нуриева, И. [2024] 31 марта геноцид, совершенный «Угнеженным Армянским
Народом» против азербайджанцев на пути реализации мечты о «Великой Армении». Журнал «Metafizika»,
7(3), с.29-40.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.29-40
История статьи:
Статья поступила в редакцию: 20.01.2024
Отправлена на доработку: 12.02.2024
Принята для печати: 29.02.2024
“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.29-40 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
31
UOT: 323.
KBT: 6.3(4\8)
MJ № 220
10.33864/2617-751X.2024.v7.i3.29-40
19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirləri nəticəsində
Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması
İradə Nuriyeva
Abstrakt. Beynəlxalq birliyin Dağlıq Qarabağ probleminin həllinə 30 il
ərzində biganə və ikili standart mövqeyi ilə yanaşması Azərbaycanı 2020-ci il
sentyabrın 27-dən 10 noyabradək İkinci Qarabağ müharibəsində döyüş
meydanında hərbi yola, siyasi müstəvidə danışıqlar yolu ilə ərazi
bütövlüyünü bərpa etməyə məcbur etdi. 44 günlük Vətən Müharibəsi
Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatsa da, Azərbaycan
və Ermənistan sərhədlərində vaxtaşırı silahlı toqquşmalar baş verirdi. 2023-
cü il sentyabrın 19-20-də Azərbaycan Respublikası Silahlı Qüvvələri
tərəfindən həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində
Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu. Oktyabrın 15-də
Respublika Prezidenti İlham Əliyev Azərbaycan Bayrağını Ağdərə, Əsgəran,
Xocavənd, Xocalı və Xankəndində qaldırdı. 21 dekabr 2023-cü il tarixində
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində işğaldan azad
edilmiş Xankəndi rayonunun stadionunda Ağdamın “Qarabağ” və Bakının
“MOİK” futbol komandaları ilk dəfə qarşılaşdılar. Qarabağ-Ordu-Xalq
birliyi Zəfərimizin əsas mənbəyidir.
Açar sözlər: 44 günlük Vətən Müharibəsi, lokal antiterror tədbirləri,
Azərbaycan Respublikasının suverenliyi, Xankəndi, “Qarabağ” və “MOİK”
futbol komandaları
Siyasi elmlər üzrə elmlər doktoru, professor,
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti; Bakı, Azərbaycan
E-mail: iradanuri@gmail.com
https://orcid.org/0000-0002-5309-0009
Məqaləyə istinad: Nuriyeva, İ. [2024] “Böyük Ermənistan” xülyasının reallaşdırılması yolunda “məzlum erməni
xalqı”nın azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımı. “Metafizika” jurnalı, 7(3), səh.29-40.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.29-40
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuşdur: 20.01.2024
Təkrar işlənməyə göndərilmişdir: 12.02.2024
Çapa qəbul edilmişdir: 29.02.2024
Irada Nuriyeva
Complete restoration of the sovereignty of the Republic of Azerbaijan as a result of anti-terrorist events on september 19-20, 2023
32
1.Giriş
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşısında
duran mühüm vəzifələrdən 30 illik bir müddət idi ki, Azərbaycan ərazisinin
20%-nə nəzarətin itirilməsi ilə üzləşmişdir, çünki Azərbaycanın Dağlıq
Qarabağ və 7 qonşu rayonu Rusiyanın dəstəyi ilə Ermənistan və Dağlıq
Qarabağın silahlı erməni dəstələri tərəfindən işğal edilmişdir. Azərbaycan
rəhbərliyi beynəlxalq normalara və dövlətdaxili qanunvericiliyə uyğun yetərli
səbəbləri olmasına baxmayaraq, Dağlıq Qarabağ problemini hərbi yolla həll
etməyə tələsmirdi. Lakin, bu münaqişənin həlli məsələsinə beynəlxalq
birliyin laqeyd və ikili standartlardan yanaşması Azərbaycanı 2020-ci il 27
sentyabr-10 noyabr tarixlərində İkinci Qarabağ müharibəsində döyüş
meydanında hərb yolu ilə, siyasi müstəvidə danışıqlar yolu ilə öz ərazi
bütövlüyünün bərpasına məcbur etdi. Azərbaycan Prezidentinin dediyi kimi:
“... biz qələbə çaldıq, həm masada, həm də döyüş meydanında” [17, s. 32].
2.Azərbaycan ərazisində yerləşən erməni separatçı-terrorçu qüvvələrinin
törətdikləri hərbi təxribatlar və terror hadisələri
44 günlük Vətən Müharibəsi Respublika Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsi
ilə başa çatsa da, Azərbaycan və Ermənistan sərhədlərində vaxtaşırı silahlı
toqquşmalar baş verirdi. İlk silahlı toqquşmalar 2021-ci ilin noyabrında baş
verdi. 2022-ci ilin sentyabrında sərhəddə baş verən silahlı münaqişə hər iki
tərəfdən 300-dən çox insanın ölümünə səbəb oldu. 2023-cü ildə müşahidə
olunan silahlı toqquşmalar əvvəlcə mart ayında Şuşa istiqamətində, daha
sonra aprel-may aylarında sərhəddə baş vermişdir. 10 noyabr 2020-ci il
tarixində imzalanan üçtərəfli bəyanata zidd olaraq Azərbaycan ərazisində
olan qeyri-qanuni erməni silahlı birləşmələri üçün Ermənistandan canlı
qüvvə, silah-sursat, mina və digər hərbi sursat və texnikanın daşınmasının
qarşısının alınması məqsədilə, 2023-cü il aprelin 22-də isə Azərbaycanla
sərhəddə Laçın-Xankəndi yolunun girişində Ermənistan tərəfindən birtərəfli
nəzarət buraxılış məntəqəsinin yaradılmasına cavab olaraq 2023-cü il aprelin
23-də saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən
Azərbaycanın suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi
yolunun başlanğıcında “Laçın” nəzarət buraxılış məntəqəsi yaradıldı [1].
Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycan hava məkanından
uçan sərnişin təyyarələrinin, məsələn, sentyabrın 18-də Tbilisi-Bakı marşrutu
üzrə uçan “Azərbaycan Hava Yolları”na məxsus E-190 sərnişin təyyarəsinin
GPS naviqasiya sistemlərinə qarşı radiomaneələr istifadə etmə səbəbindən
saat 20:28-dən 20:34-dək GPS naviqasiya sistemlərində fasilə yaranmışdır
[6]. Azərbaycan Müdafiə Nazirliyindən bildirilmişdir ki, sentyabrın 18-də
saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp.29-40
33
yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
birləşmələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində
yerləşən mövqelərini atəşə tutmuşdular [4].
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata
görə, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində baş
vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı avtomobilin aşması nəticəsində
DİN-in 3 polis əməkdaşı hadisə yerində həyatını itirib, 6 polis əməkdaşı isə
müxtəlif dərəcəli bədən xəsarətləri almışdır [2]. Sentyabrın 19-da saat 02:40-
da Ermənistan silahlı qüvvələrinin bölmələri Krasnoselo bölgəsinin Cil
qəsəbəsi istiqamətində yerləşən mövqelərindən Gədəbəy rayonunun
Novoivanovo qəsəbəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun
mövqelərini bir neçə dəfə atəşə tutmuşdular [5].
Növbəti rəsmi məlumata görə, sentyabrın 19-da saat 04:00 radələrində
Xocavənd rayonunda minik avtomobilinin aşması nəticəsində sürücü və
sərnişin hadisə yerində həyatını itirmişdir [3]. Sentyabrın 19-da içərisində
Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının olduğu “KamAZ” markalı
avtomobil Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisində,
58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)
əməkdaşlarının ölümü ilə nəticələnən terror hadisəsi baş verdiyi yerə doğru
hərəkət edən zaman səhər saat 04:30 radələrində Xocavənd rayonunun
Taqaverd kəndi yaxınlığında yeni tikilmiş tunel istiqamətində
sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qeyri-
qanuni erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi
minaya düşmüşdür [4]. Sentyabrın 19-da saat 11:45 radələrində Rusiya
sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonu
istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri minaatanlardan və
müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması nəticəsində ordumuzun iki
əsgəri yaralanmışdır [7].
3.Azərbaycan Ordusunun Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli
antiterror tədbirləri və onun nəticələri
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da saat 13:00-da
Azərbaycanın Konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə Qarabağda
antiterror tədbirlərinə başlandığı barədə rəsmi bəyanat yaydı. Bəyanatda qeyd
olunur ki, “Azərbaycan Müdafiə Nazirliyi tərəfindən 2020-ci il noyabrın 10-
da imzalanmış üçtərəfli bəyannamənin müddəalarına zidd olaraq Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam
etdirməsi regional sülhə ciddi təhlükədir” [6]. Eyni zamanda bildirilmişdir ki,
Ağdam rayonu istiqamətində yerləşən mövqelərimiz artilleriya qurğularından
atəşə tutulmuşdur.
Irada Nuriyeva
Complete restoration of the sovereignty of the Republic of Azerbaijan as a result of anti-terrorist events on september 19-20, 2023
34
Gərgin döyüşlərin davam etdiyi saatlarda Azərbaycan Müdafiə Nazirliyi
bəyanat yayaraq mülki əhalinin hədəf alınmadığını və dəqiq silahlardan
istifadə etməklə yalnız leğitim hərbi hədəflərin məhv edildiyini qeyd edib [6].
Həmin gün keçirilən brifinqdə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Anar Eyvazov bildirib ki, Azərbaycan Ordusunun hərbi
əməliyyatlardan əvvəlki mövqelərinin son bir neçə ayda atəşə tutulması ilə
bağlı Rusiya Sülhməramlı Kontingentinin Komandanlığı və Rusiya-Türkiyə
Birgə Monitorinq Mərkəzi məlumatlandırılmışdır [8]. Brifinqdə döyüş
əməliyyatlarının ilk günündə Ermənistan silahlı qüvvələrinin 60-dan çox
döyüş mövqeyinin nəzarətə götürüldüyü, 90-dan çox döyüş maşını, artilleriya
qurğusu, minaatan və digər hərbi texnikanın zərərsizləşdirilməsi də
bildirilmişdir [9].
Sentyabrın 20-də növbəti dəfə səhər saatlarında Azərbaycan Müdafiə
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov keçirdiyi brifinqdə
çıxış edərək, Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı
qüvvələrinin bölmələrinə məxsus 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 2
piyada döyüş maşını (PDM) və xeyli sayda silah-sursatın qənimət kimi
götürüldüyü haqda məlumat verdi [11]. Azərbaycan bir daha Ermənistan
silahlı qüvvələrinin bölmələrini silahı yerə qoymağa və təslim olmağa
çağırdı. Hərbi əməliyyatların aparıldığı bölgədə Azərbaycan tərəfindən
erməni dilində məlumat vərəqələri paylanmış, səsgücləndiricilər vasitəsilə
həm silahlılara, həm də mülki əhaliyə müraciətlər edilmişdir [10]. Anar
Eyvazov onu da bildirdi ki, Azərbaycan Ordusu Ermənistan silahlı
qüvvələrinin yerləşdiyi 90-dan çox döyüş mövqeyinə, eləcə də bir neçə
strateji əhəmiyyətli ərazilərə nəzarət edir [11].
Sentyabrın 20-də saat 13:00-da Azərbaycan Müdafiə Nazirliyi hərbi
əməliyyatların dayandırılması ilə bağlı məlumat yaydı. Məlumatda bildirilirdi
ki, Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı
kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq, 2023-cü il sentyabrın 20-də
saat 13:00-da müəyyən edilmiş şərtlər əsasında antiterror əməliyyatlarının
dayandırılması barədə razılıq əldə olunub. Şərtlərə görə, Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşən bölmələri, qeyri-
qanuni erməni silahlı birləşmələri silahı yerə qoymalı, döyüş mövqelərini və
hərbi postları tərk etməli, Ermənistan silahlı qüvvələrinin bölmələri isə
Azərbaycanın ərazisini tərk etməli, qeyri-qanuni erməni silahlı dəstələri
buraxılmalı, paralel olaraq bütün silah-sursat və ağır texnika təhvil verilməli
və bütün bu proseslərin Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilərək
aparılması təmin edilməlidir [11].
Sentyabrın 20-də Rusiya Federasiyası Müdafiə Nazirliyi Ağdərə rayonunun
Canyataq kəndi istiqamətində Rusiya sülhməramlı kontingentinə məxsus
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp.29-40
35
“UAZ Patriot” markalı avtomobilin atəşə tutulması nəticəsində sülhməramlı
qüvvələrin həlak olması barədə məlumat yaymışdır. Azərbaycan Müdafiə
Nazirliyi, o cümlədən Respublika Prezidenti İlham Əliyev Rusiya
sülhməramlı kontingentinin 5 hərbçisinin Qarabağda həlak olması ilə
əlaqədar üzrxahlıq ifadə etmiş və dərin hüznlə başsağlığı vermişdir. Hadisəni
törədən şəxslər barəsində hərtərəfli araşdırma aparılacağı və günahkarların
müvafiq cəzalar alacaqları vurğulanmışdır. Azərbaycan Prezidenti həm də
həlak olanların ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bəyan
etmişdir [12].
Antiterror tədbirləri zamanı Müdafiə Nazirliyinin 180 hərbçisi həlak
olmuşdur [13]. Həmçinin hərbi əməliyyatlar zamanı Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının 12 hərbi qulluqçusu şəhid olmuşdur [14]. Bildirilmişdir
ki, 11 nəfərin şəxsiyyəti müayinələrdən sonra müəyyənləşəcək. Səhiyyə
Nazirliyi antiterror əməliyyatları zamanı ümumilikdə 511 hərbçinin
yaralandığını bildirib [15]. Allah Şəhidlərimizə rəhmət eləsin!
2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikası Silahlı
Qüvvələri tərəfindən həyata keçirilən uğurlu lokal antiterror tədbirləri
nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu [18].
4.Sosial, humanitar və iqtisadi məsələlərin həlli məqsədilə keçirilən
görüşlər
Sentyabrın 25, 29 tarixlərində Yevlaxda, sentyabrın 25-də Xocalıda
Qarabağın erməni əhalisinin nümayəndələri ilə keçirilən görüşlərdə
humanitar yardımın göstərilməsi, yanacaq və enerji təchizatının qısa
müddətdə bərpası istiqamətində addımların atılması razılaşdırıldı. Sosial,
humanitar və iqtisadi məsələlərin həlli məqsədilə Azərbaycan Respublikası
Baş Nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə işçi qrupunun
üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək üçün ərazidə, o
cümlədən Xankəndi şəhərində səhiyyə və digər fəaliyyətlərlə məşğul olan
aidiyyəti nümayəndələrlə görüşünün keçirilməsinə və birgə işçi qrupunun
yaradılmasına dair razılıq əldə edildi. Qarabağın erməni əhalisinin
reinteqrasiyası və Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı
müzakirə olundu. Erməni əhalisinin nümayəndələri humanitar yardımın
göndərilməsinə, yanacaq və ərzaq ehtiyaclarının ödənilməsinə görə
Azərbaycan tərəfinə təşəkkür etdilər [16].
5.Nəticə
Sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da
az - 23 saat 43 dəqiqə çəkdi. Peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirən
Azərbaycan Ordusu qısa müddətdə bütün strateji məntəqələrdən keçərək bu
əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu.
O, nəinki təslim oldu, hətta 30 il əvvəl torpağımızda yaratdıqları qondarma
Irada Nuriyeva
Complete restoration of the sovereignty of the Republic of Azerbaijan as a result of anti-terrorist events on september 19-20, 2023
36
rejim də devrildi. 2023-cü il noyabr ayının 8-də Respublika Prezidenti İlham
Əliyev Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü
ildönümünə həsr edilmiş hərbi paradda çıxışı zamanı demişdir: “Beləliklə,
biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə
qalacaq, necə ki, 8 Noyabr. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət
edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim
igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı
bahasına biz bu Qələbəni əldə etmişdik. Oktyabrın 15-də Ağdərədə,
Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan
Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim
üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya
azərbaycanlıları üçün [19]. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi,
lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim
qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını
bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır” [19].
21 dekabr 2023-cü il tarixində Azərbaycan kubokunun 1/8 final mərhələsi
çərçivəsində işğaldan azad edilmiş Xankəndi rayonunun stadionunda
Ağdamın “Qarabağ” və Bakının “MOİK” futbol komandaları ilk dəfə
qarşılaşdılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva oyunu izləmək üçün stadiona gəldilər. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirildi. Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir
dəqiqəlik sükutla yad olundu. Stadionda oyundan əvvəl Prezident İlham
Əliyev çıxış edərək dedi: “İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə
futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən
təbrik edirəm. Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük
mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır... Bugünkü oyunun
nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır,
Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman
Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-
Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Əziz dostlar, dörd il bundan
əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər.
Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!” [20].
ƏDƏBİYYAT
1. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). (2023,
September 20). Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3
polis həyatını itirib. AZƏRTAC. Retrieved September 20, 2023, from
https://www.azertag.az
2. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). (2023,
September 20). Xocavənddə avtomobil minaya düşüb, sürücü və sərnişin
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp.29-40
37
ölüb. AZƏRTAC. Retrieved September 20, 2023, from
https://www.azertag.az
3. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). (2023,
September 20). Ordumuzun Ağdam istiqamətində mövqeləri atəşə
tutulub, cavab tədbirləri görülüb. AZƏRTAC. Retrieved September 20,
2023, from https://www.azertag.az
4. Azərbaycan Dövlət İnformasiya Agentliyi. (2023, September 20).
Müdafiə Nazirliyi: Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub.
AZƏRTAC. Retrieved September 20, 2023, from https://www.azertag.az
5. Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi. (2023,
September 20). Müdafiə Nazirliyinin məlumatı. MOD. Retrieved from
https://www.mod.gov.az
6. Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi. (2023,
September 20). Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı
nəticəsində 2 hərbi qulluqçumuz yaralanıb. MOD. Retrieved from
https://www.mod.gov.az
7. Eyvazov, A. (2023, September 19). Ermənistan silahlı qüvvələrinin
uzunmüddətli atəş nöqtələri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan
çıxarılır. AZƏRTAC. Retrieved from
https://azertag.az/xeber/anar_eyvazov_ermenistan_silahli_quvvelerinin_u
zunmuddetli_ates_noqteleri_yuksek_deqiqlikli_silahlarin_tetbiqi_ile_sira
dan_chixarilir_video-2753752
8. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). (2023,
September 20). Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin 60-dan
çox döyüş mövqeyi Ordumuzun nəzarətindədir. AZƏRTAC. Retrieved
from https://www.azertag.az
9. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). (2023,
September 20). Məlumat vərəqələri antiterror tədbirlərinin aparıldığı
ərazidə paylanılır. AZƏRTAC. Retrieved from https://www.azertag.az
10. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). (2023,
September 20). Anar Eyvazov: Antiterror tədbirlərinin dayandırılması
barədə razılıq əldə olunub. AZƏRTAC. Retrieved from
https://www.azertag.az
11. Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi. (2023, September 20).
İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
arasında telefon danışığı olub. President.az. Retrieved from
https://www.president.az
12. Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi. (2023,
September 20). Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların
siyahısı (PDF). MOD. Retrieved from https://www.mod.gov.az
Irada Nuriyeva
Complete restoration of the sovereignty of the Republic of Azerbaijan as a result of anti-terrorist events on september 19-20, 2023
38
13. Azərbaycanın Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsi. (2023,
September 20). 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ
ərazisində aparılan lokal antiterror tədbirləri zamanı şəhid olmuş daxili
işlər orqanları işçiləri. MIA. Retrieved from https://www.mia.gov.az
14. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). (2023,
September 20). Azərbaycan Prezidentinin Administrasiyasının
açıqlaması. AZƏRTAC. Retrieved from https://www.azertag.az
15. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). (2023,
September 22). Azərbaycan Prezidentinin Administrasiyasının məlumatı.
AZƏRTAC. Retrieved from https://www.azertag.az
16. Modern.az İnformasiya Agentliyi. (2023, September 22). Xocalı
görüşündə nələrdən danışıldı... - Razılıq əldə olunub. Modern.az.
Retrieved from https://www.modern.az
17. Nuriyeva, İ. T. (2023). Ulu Öndər Heydər Əliyevin milli azlıqların hüquq
və azadlıqlarının qorunmasına dair siyasəti və onun inkişaf istiqamətləri.
(Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur). Metafizika jurnalı,
6(2), s.19-37 Retrieved from
https://metafizikajurnali.az/storage/images/site/files/Metafizika-
22/Metafizika.Vol.6%2CNo.2%2CSerial.22%2Cpp.19-37.pdf
18. Nuriyeva, İ. T. (2024). AZƏRBAYCAN TARİXİ (ən qədim dövrlərdən
zəmanəmizədək). Bakı, Elm və təhsil.Texniki Ali məktəblər üçün dərslik,
784 səh.
19. Prezidentin Xankəndidəki çıxışının TAM MƏTNİ. (2023, November 8).
Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən
Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Musavat.
Retrieved from https://musavat.com/mobile/news/prezidentin-
xankendideki-cixisinin-tam-metni_1020240.html
20. Tarixi gün: Xankəndidə “Qarabağ”-MOİK oyunu. Prezident İlham Əliyev
Xankəndi stadionunda çıxış edib. (2023, December 21). AZƏRTAC.
Retrieved from
https://azertag.az/xeber/tarixi_gun_xankendide_qarabag_moik_oyunu__p
rezident_ilham_eliyev_xankendi_stadionunda_chixis_edib__yenilenib_5-
2859202
REFERENCES
1. Azerbaijan State Information Agency (AZERTAC). (2023, September
20). A severe traffic accident occurred in Fuzuli district, 3 police officers
died. AZERTAC. Retrieved September 20, 2023, from
https://www.azertag.az (in Azerbaijani)
2. Azerbaijan State Information Agency (AZERTAC). (2023, September
20). A car hit a mine in Khojavend, the driver and passenger died.
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp.29-40
39
AZERTAC. Retrieved September 20, 2023, from https://www.azertag.az
(in Azerbaijani)
3. Azerbaijan State Information Agency (AZERTAC). (2023, September
20). Our positions in the direction of Agdam were shelled,
countermeasures were taken. AZERTAC. Retrieved September 20, 2023,
from https://www.azertag.az (in Azerbaijani)
4. Azerbaijan State Information Agency. (2023, September 20). Ministry of
Defense: Our positions in the direction of Gadabay were shelled.
AZERTAC. Retrieved September 20, 2023, from https://www.azertag.az
(in Azerbaijani)
5. Official website of the Ministry of Defense of Azerbaijan. (2023,
September 20). Information from the Ministry of Defense. MOD.
Retrieved from https://www.mod.gov.az (in Azerbaijani)
6. Official website of the Ministry of Defense of Azerbaijan. (2023,
September 20). As a result of the provocation of the units of the armed
forces of Armenia, 2 of our military personnel were injured. MOD.
Retrieved from https://www.mod.gov.az (in Azerbaijani)
7. Eyvazov, A. (2023, September 19). Long-term firing points of the
Armenian armed forces are disabled with the application of high-
precision weapons. AZERTAC. Retrieved from
https://azertag.az/xeber/anar_eyvazov_ermenistan_silahli_quvvelerinin_u
zunmuddetli_ates_noqteleri_yuksek_deqiqlikli_silahlarin_tetbiqi_ile_sira
dan_chixarilir_video-2753752 (in Azerbaijani)
8. Azerbaijan State Information Agency (AZERTAC). (2023, September
20). Ministry of Defense: More than 60 combat positions of the Armenian
armed forces are under the control of our Army. AZERTAC. Retrieved
from https://www.azertag.az (in Azerbaijani)
9. Azerbaijan State Information Agency (AZERTAC). (2023, September
20). Information leaflets are distributed in the area where anti-terror
measures are carried out. AZERTAC. Retrieved from
https://www.azertag.az (in Azerbaijani)
10. Azerbaijan State Information Agency (AZERTAC). (2023, September
20). Anar Eyvazov: Agreement was reached on the suspension of anti-
terror measures. AZERTAC. Retrieved from https://www.azertag.az (in
Azerbaijani)
11. Official website of the President of Azerbaijan. (2023, September 20). A
phone conversation was held between Ilham Aliyev and the President of
the Russian Federation, Vladimir Putin. President.az. Retrieved from
https://www.president.az (in Azerbaijani)
Irada Nuriyeva
Complete restoration of the sovereignty of the Republic of Azerbaijan as a result of anti-terrorist events on september 19-20, 2023
40
12. Official website of the Ministry of Defense of Azerbaijan. (2023,
September 20). List of military personnel who died during anti-terror
measures (PDF). MOD. Retrieved from https://www.mod.gov.az (in
Azerbaijani)
13. Official website of the Ministry of Internal Affairs of Azerbaijan. (2023,
September 20). Employees of internal affairs bodies who died during
local anti-terror measures carried out in the Karabakh region on
September 19-20, 2023. MIA. Retrieved from https://www.mia.gov.az (in
Azerbaijani)
14. Azerbaijan State Information Agency (AZERTAC). (2023, September
20). Statement of the Administration of the President of Azerbaijan.
AZERTAC. Retrieved from https://www.azertag.az (in Azerbaijani)
15. Azerbaijan State Information Agency (AZERTAC). (2023, September
22). Information of the Administration of the President of Azerbaijan.
AZERTAC. Retrieved from https://www.azertag.az (in Azerbaijani)
16. Modern.az Information Agency. (2023, September 22). What was
discussed at the Khojaly meeting... - Agreement was reached. Modern.az.
Retrieved from https://www.modern.az (in Azerbaijani)
17. Nuriyeva, I. T. (2023). The policy of the Great Leader Heydar Aliyev on
the protection of the rights and freedoms of national minorities and its
development directions. (Dedicated to the 100th anniversary of the Great
Leader Heydar Aliyev). Metafizika Journal, 6(2), 19-37. Retrieved from
https://metafizikajurnali.az/storage/images/site/files/Metafizika-
22/Metafizika.Vol.6%2CNo.2%2CSerial.22%2Cpp.19-37.pdf (in
Azerbaijani)
18. Nuriyeva, I. T. (2024). History of Azerbaijan (from ancient times to the
present). Baku, Elm və Təhsil. Textbook for technical higher schools, 784
pages. (in Azerbaijani)
19. Full text of the President's speech in Khankendi. (2023, November 8). On
November 8, a military parade dedicated to the third anniversary of the
Victory in the Patriotic War was held in the city of Khankendi. Musavat.
Retrieved from https://musavat.com/mobile/news/prezidentin-
xankendideki-cixisinin-tam-metni_1020240.html (in Azerbaijani)
20. Historic day: The "Qarabag" - MOIK game in Khankendi. President
Ilham Aliyev delivered a speech at the Khankendi stadium. (2023,
December 21). AZERTAC. Retrieved from
https://azertag.az/xeber/tarixi_gun_xankendide_qarabag_moik_oyunu__p
rezident_ilham_eliyev_xankendi_stadionunda_chixis_edib__yenilenib_5-
2859202(in Azerbaijani)