“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.89-98 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
89
UDC: 94.(479.24).
LBC: 63.3(0=…)
MJ № 224
10.33864/2617-751X.2024.v7.i3.89-98
A New Era in Azerbaijan-Pakistan Relations
Jamil Guliyev
Abstract. In the course of Azerbaijan's multi-regional foreign policy based
on national interests, strengthening relations with countries in the vast Islamic
geography with closer ties occupies a special place. Following the political
will of President Ilham Aliyev, our republic continuously contributes to the
strengthening of Islamic solidarity in the world, based on its historical
traditions and national and moral values. Several countries in the world have
not established diplomatic relations with Armenia due to its policy of
aggression. Pakistan is among such countries, reflecting the stance of a
brotherly nation. Expressing his satisfaction with this, President Ilham Aliyev
characterized the bilateral relations as follows: "Our relations are the relations
between two brotherly countries." Prime Minister Mohammad Shahbaz
Sharif compared Pakistan and Azerbaijan to two hearts in one body, saying:
"There are brotherly and friendly relations between Azerbaijan and Pakistan."
Our relations are based on mutual support, sincerity, and respect. The shared
faith, similarity of national and moral values, and several historical factors
have always connected the societies of Azerbaijan and Pakistan. Throughout
history, Azerbaijan has shown goodwill towards Pakistan, and Pakistan
towards Azerbaijan.
Keywords: Azerbaijan, Pakistan, friendship, independence, relationship,
brotherhood.
Doctor of philosophy in historical sciences,
Lankaran Regional Scientific Center of the National Academy of Sciences of Azerbaijan; Lankaran, Azerbaijan
E-mail: qcamil@mail.ru
https://orcid.org/0009-0006-8736-0667
To cite this article: Guliyev, J. [2024]. A New Era in Azerbaijan-Pakistan Relations. “Metafizika” journal, 7(3),
pp.89-98.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.89-98
Article history:
Received: 14.06.2024
Accepted: 31.07.2024
“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.89-98 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
90
УДК: 94.(479.24).
ББК: 63.3(0=…)
MJ № 224
10.33864/2617-751X.2024.v7.i3.89-98
Новая эра в Aзербайджано-Пакистанских отношениях
Джамил Кулиев
Абстракт. В ходе многорегиональной внешней политики
Азербайджана, основанной на национальных интересах, особое место
занимает линия укрепления отношений со странами, расположенными
на обширной исламской географии и имеющими более тесные связи.
Согласно политической воле Президента Ильхама Алиева, наша
республика вносит постоянный вклад в укрепление исламской
солидарности в мире на основе своих исторических традиций и
национально-нравственных ценностей. В мире есть несколько стран,
которые не установили дипломатические отношения с Арменией из-за
ее агрессивной политики. Пакистан также входит в число таких стран.
Это позиция братской страны. Выразив удовлетворение этим,
Президент Ильхам Алиев охарактеризовал двусторонние отношения
следующим образом: «Наши отношения - это отношения между двумя
братскими странами». Премьер-министр Мохаммад Шахбаз Шариф
сравнил Пакистан и Азербайджан с двумя сердцами в одном теле. Он
сказал: «Между Азербайджаном и Пакистаном существуют братские и
дружественные отношения». Наши отношения основаны на взаимной
поддержке, искренности и уважении». Тождество веры, сходство
национальных и нравственных ценностей, а также ряд исторических
факторов всегда связывали общества Азербайджана и Пакистана. Во все
периоды истории Азербайджан проявлял добрую волю к Пакистану, а
Пакистан к Азербайджану.
Ключевые слова: Азербайджан, Пакистан, дружба, независимость,
отношения, братство
Доктор философии по историческим наукам,
Лянкяранский Региональный Научный Центр Национальной Академии Наук Азербайджана; Ленкорань,
Азербайджан
E-mail: qcamil@mail.ru
https://orcid.org/0009-0006-8736-0667
Цитировать статью: Кулиев, Дж. [2024]. Новая эра в Aзербайджано-Пакистанских отношениях. Журнал
«Metafizika», 7(3), с.89-98.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.89-98
История статьи:
Статья поступила в редакцию: 14.06.2024
Отправлена на доработку: 01.07.2024
Принята для печати: 31.07.2024
“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.89-98 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
91
UOT: 94.(479.24).
KBT: 63.3(0=…)
MJ № 224
10.33864/2617-751X.2024.v7.i3.89-98
Azərbaycan-Pakistan münasibətlərində yeni dövr
Cəmil Quliyev
Abstrakt. Azərbaycanın milli maraqlar üzərində qurulan multiregional
xarici siyasət kursunda geniş İslam coğrafiyasında yerləşən ölkələrlə
əlaqələrin daha sıx bağlarla möhkəmləndirilməsi xətti xüsusi yer tutur.
Respublikamız Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq tarixi
ənənələrinə, milli-mənəvi dəyərlərinə əsaslanmaqla dünyada İslam
həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Dünyada bir neçə
dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik
münasibətlər qurmayıb. Pakistan da belə ölkələr sırasında yer alır. Bu isə
qardaş ölkə mövqeyidir. Bundan məmnunluğunu bildirən Prezident İlham
Əliyev ikitərəfli əlaqələri belə səciyyələndirib: “Bizim münasibətlərimiz iki
qardaş ölkə arasında olan münasibətlərdir”. Baş nazir Məhəmməd Şahbaz
Şərif isə Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edib. O
bildirib: “Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var.
Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində
qurulub”. Etiqad eyniliyi, milli-mənəvi dəyərlərin oxşarlığı, bir sıra tarixi
amillər Azərbaycan və Pakistan cəmiyyətlərini həmişə bir-birinə bağlayıb.
Tarixin bütün dönəmlərində Azərbaycanda Pakistana, Pakistanda isə
Azərbaycana xoş mərama əsaslanan münasibət sərgilənib.
Açar sözlər: Azərbaycan, Pakistan, dostluq, müstəqillik, münasibət,
qardaşlıq
Tarix elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan Milli Elmlər Akademiyası Lənkərən Regional Elmi Mərkəzi; Lənkəran, Azərbaycan
E-mail: qcamil@mail.ru
https://orcid.org/0009-0006-8736-0667
Məqaləyə istinad: Quliyev, C. [2024] Azərbaycan-Pakistan münasibətlərində yeni dövr. “Metafizika” jurnalı, 7(3),
səh.89-98.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.89-98
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuşdur: 14.06.2024
Təkrar işlənməyə göndərilmişdir: 01.07.2024
Çapa qəbul edilmişdir: 31.07.2024
Jamil Guliyev
A new era in Azerbaijan-Pakistan relations
92
1.Giriş
Azərbaycan öz tarixi müstəqilliyini bərpa etdikdən sonra tərəfdaşlıq
münasibətləri qurduğu dost ölkələrdən biri də müsəlman dünyasının nüfuzlu
dövlətlərindən olan Pakistan İslam Respublikasıdır. Azərbaycan və Pakistan
bir-birinə qədimdən yaxın dostluq əlaqələri ilə bağlıdır. Pakistan Azərbaycan
Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si)
dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun
9-da qurulub. Bundan sonra əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji
müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistan Bakıda,
1997-ci ilin avqustunda isə Azərbaycan İslamabadda səfirliklərini təsis edib.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyulun 11-də Pakistan İslam
Respublikasında dövlət səfəri zamanı hər iki ölkənin bir-birinin yanında
olmasını təsdiqləyən görüntülər ictimaiyyətdə böyük məmnunluq doğurub.
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz
Şərif əməkdaşlıqla bağlı mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə çıxış
edən Baş nazir demişdir: “Zati-aliləri, bu gün çox məhsuldar təkbətək
görüşümüz və sonra geniş tərkibdə görüşümüz oldu. Bu müzakirələrin
qarşılıqlı inam və etimad, hər iki ölkənin irəli getməli olduğuna və hələ də
kiçik olan, təqribən yüz milyon dollardan az olan və dostluğumuzu,
qardaşlığımızı əks etdirməyən ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq
sahələrində, qarşılıqlı fayda verən sahələrdə daha yüksək nailiyyətlər
qazanmalı olduğuna dair təcililik və sarsılmaz dəstək əsasında aparıldığından
çox məmnunam. Əlbəttə ki, münasibətlərimiz onilliklər ərzində davam edir
və hər iki ölkə arasında bayaq qeyd olunduğu kimi, bu münasibətlər səmimi
xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan
və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin
inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin
olmasına baxmayaraq, biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz
ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin
yanındayıq”. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək
Pakistan İslam Respublikası ilə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı öz
fikirlərini bölüşərək bildirmişdir: Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə
bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır.
Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz
Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq
müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət
edəndə və Karvansaranı görəndə onu "Multan" adlandırırlar. Beləliklə, onlar
bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən,
bu bağlantı böyük sərvətdir. Bu gün Pakistan ilə Azərbaycan arasında
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp.89-98
93
qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq.
Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə
bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə
qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və
Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də
beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər
boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının
qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin
əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra
mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki
qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və
ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.
[Azərbaycan-Pakistan münasibətlərində yeni dövrün başlanğıcı, s.5].
Dövlət başçısı bəyanatında 30 ildən artıq işğal altında olan torpaqlarımızın
2020-ci ilin payızında Ermənistan silahlı birləşmələrindən azad edilməsində
Pakistan İslam Respublikasının göstərdiyi siyasi dəstəyə xüsusi önəm verərək
demişdir: “Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə
Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci
Qarabağ müharibəsi-Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın
haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı
bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə
Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir”.
2.İqtisadi əlaqələr
2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın
əllərində “Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi”.
Görünən odur ki, Azərbaycan-Pakistan əlaqələri hər iki ölkənin dövlət
rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək dövrünü yaşayır. Cənubi
Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və
çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.
Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar
sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv
fəaliyyət göstərirlər. Pakistan şirkətləri işğaldan azad edilmiş Qarabağ
ərazilərində yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət
ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin
genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə
Pakistandan daxil olan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt
tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib.
Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün digər sahə isə nəqliyyat
bağlantılarıdır. Belə ki, iki ölkə, həm Qara Dəniz, həm "Şimal-Cənub", həm
də "Şərq Qərb" dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir. Ötən ilin
Jamil Guliyev
A new era in Azerbaijan-Pakistan relations
94
sentyabrında AZAL Bakıdan Lahora, noyabrda isə İslamabada və əks
istiqamətdə birbaşa uçuşlara başlayıb. Ötən il iki ölkə arasında avtomobil
yolları ilə tranzit karqo daşımalarının həcmi 33 min ton olub və bu rəqəm
əvvəlki dövr ilə müqayisədə 53 faiz artım deməkdir. [Dostluğun, qardaşlığın
və etibarın təntənəsi, s.2-3].
3.Qardaşlamış şəhərlər
Prezident İlham Əliyevin Pakistanda səfərdə olduğu günlərdə İslamabadda
küçələrin Azərbaycanın dövlət bayraqları və Prezident İlham Əliyevin
portretləri ilə bəzədilməsi, Bakı və İslamabadın qardaşlaşmış şəhərlər elan
olunması Pakistan xalqının ölkəmizə böyük sevgisinin təzahürüdür. Pakistan
Müdafiə Nazirliyinin sosial şəbəkə səhifəsində “Üç qardaş, bir ailə! Üç ölkə,
bir millət!” paylaşımı da ölkələrimizin birlik və həmrəylik mövqeyinin ən
səmimi ifadəsidir. Azərbaycan və Pakistan münasibətlərini səmimiyyət və
hörmət, qarşılıqlı əməkdaşlıq üzərində quran və daim möhkəmləndirən dost
və qardaş dövlətdir. Bu gün tərəflər bütün sahələrdə – siyasi, iqtisadi, enerji,
hərbi, humanitar, mədəni müstəvidə əlaqələr davamlı olaraq
gücləndirilməkdədir. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da
Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim
dəstəkləməsidir. Pakistan İslam aləmində inteqrasiya Ümummilli Lider
Heydər Əliyevin 1996-cı ilin aprelində Pakistana səfəri çərçivəsində o vaxtkı
Baş nazir Bənazir Bhutto ilə görüşü zamanı dostluq və əməkdaşlıq, ticarət,
vergi, səhiyyə, turizm haqqında sazişlərin əks olunduğu 9 ikitərəfli sənəd
imzalanmışdı. Prezident İlham Əliyev bu səfərindən öncə 2017-ci ilin
aprelində Nəvaz Şərifin hökuməti dövründə Pakistana səfər edib. Bu səfər
İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı ilə bağlı olmuşdu.
Prezident İlham Əliyevin İslamabada bu günlərdə baş tutan səfəri isə təkcə
Azərbaycan və Pakistanın deyil, bütün dünya mətbuatının gündəmində əsas
xəbərlərdən birinə çevrildi. Səfər zamanı Prezident İlham Əliyevin
təyyarəsinin Pakistanın Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərəfindən
qarşılanması və enənədək müşayiət edilməsi, dövlətimizin başçısının şərəfinə
toplardan yaylım atəşi açılması, Azərbaycana və onun liderinə olan dərin
hörmətin və ehtiramın təzahürü idi. Prezident İlham Əliyevin beynəlxalq
səviyyədə geniş maraq doğuran Pakistan səfərini ölkələrimiz arasında
qardaşlıq münasibətlərinin və yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün
başlanğıcı hesab etmək olar. [Azərbaycan və Pakistan qardaşlığa, dostluğa
əsaslanan siyasət yürüdür, s.3].
4.Dostluq münasibətləri
Pakistan İslam aləmində inteqrasiya və dostluq münasibətlərinə xüsusi
önəm verən ölkələrin önündə gedir. 1991-ci ilin 12 dekabrında Azərbaycanın
müstəqilliyini tanıyan Pakistanı bu məsələdə yalnız Türkiyə qabaqlaya bilib.
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp.89-98
95
1993-cü il aprelin 30-da “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı BMT
Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan
sədrlik edib. Pakistan BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq
platformalarda Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.
Azərbaycana qarşı hərbi təcavüzə etiraz əlaməti olaraq bu günədək
Ermənistanla diplomatik münasibətlər qurmayıb. Azərbaycan da öz
növbəsində bütün beynəlxalq platformalarda Kəşmir probleminin ədalətli
həlli üçün dəstəyini əsirgəmir. 44 günlük Vətən müharibəsi zamanı Pakistan
Azərbaycanın haqq işini daim dəstəkləyib, Azərbaycan Ordusunun işğal
olunmuş əraziləri azad etməsini böyük ruh yüksəkliyi ilə alqışlayıb.
Müharibədən az sonra Azərbaycana səfər edən Pakistan Quru Qoşunlarının
komandanı, ordu generalı Qamar Caved Bacva “Azərbaycanın Qarabağ
müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir
müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir” – deməsi,
ümumilikdə, Pakistanın Azərbaycana münasibətini tam şəkildə açıqlayır.
Dünya miqyasında ədalətli mövqeyin müdafiəsi kontekstində Vətən
müharibəsi zamanı Türkiyə və Pakistanın mənəvi-siyasi dəstəyi Azərbaycan
üçün böyük əhəmiyyət kəsb edirdi. 44 günlük müharibə zamanı üçtərəfli
format güc sınağından uğurla çıxaraq özünü həqiqi dostların ittifaqı kimi
təsdiqlədi. Bu dəstək müharibədən sonrakı dövrdə də davam edir. Türkiyə və
Pakistan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada
genişmiqyaslı bərpa işlərinin aparılması üçün Azərbaycana lazımi kömək
göstərir. Bir sözlə, Bakı ilə İslamabad arasında müttəfiqlik əlaqələrinin
qurulması, həmrəylik, ikitərəfli səmimi qardaşlıq və dostluq əlaqələrinin
genişləndirilməsi hər üç ölkənin həyati maraqlarına cavab verir. İqtisadi
sahədə də əlaqələrin inkişafı üçün ciddi potensial var. [Neft və milyonlar
səltənəti xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, s.7].
5.Azərbaycan diplomatiyası
Qürurla qeyd edirik ki, Azərbaycan diplomatiyasının və dövlətimizin xarici
siyasətinin uğurları bu gün gənc müstəqil respublikamızın dostları və
tərəfdaşlarının sayını bədxahlarımızdan qat-qat çox edir. Hətta Avrasiyanın
ən qüdrətli dövlətləri sırasında olan bir neçə ölkə var ki, onlar bilavasitə
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə görə rəsmi ørəvanla
diplomatik-əməkdaşlıq münasibətləri yaratmamışdı. Belə ölkələrdən biri də
Pakistan İslam Respublikasıdır. Xatırladaq ki, bu iki Avrasiya ölkəsinin
Azərbaycanla Pakistanın arasında öz qloballığı və regional məsələlərin
oxşarlığı ilə xarakterizə edilən əlaqələr çoxdur. Bizim dövlət
müstəqilliyimizin ilk günlərində Azərbaycanın istiqlaliyyətini Türkiyə və
Rumıniyadan sonra tanıyan üçüncü ölkə məhz Pakistan olmuşdur. Həmin
tarixi hadisədən cəmi bir neçə ay sonra bu iki ölkə arasında diplomatik
Jamil Guliyev
A new era in Azerbaijan-Pakistan relations
96
əlaqələr qurulmuşdur. Elə o gündən etibarən Dağlıq Qarabağ məsələsinin
həlli yolunda aparılan müzakirələrdə Pakistan Azərbaycanı dəstəkləmiş,
bütün beynəlxalq tribunalardan bizim haqq işimizi müdafiə etmişdir. Buna
görə rəsmi Bakı tərəfindən də qarşılıqlı addımlar atılmışır. Belə ki, BMT
qətnaməsinə əsaslanaraq Azərbaycan Respublikası da Pakistanı Kəşmir
probleminin həllində dəstəkləyir. Bunu da xatırladaq ki, 1993-cü il aprelin
30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli
qətnaməsinin qəbul olunduğu iclasa Pakistan İslam Respublikası sədrlik
edirdi. Sonrakı illərdə də Pakistan Prezidenti, Baş naziri, parlamenti və digər
dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai-siyasi xadimlər
Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin
beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü
dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəyliyi əks etdirən müvafiq
qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın
30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Ölkələrarası siyasi
əlaqələri qarşılıqlı təmaslar, müntəzəm görüşlər və səmərəli müzakirələr daha
da intensivləşdirmişdir. Ölkəmizə dost olan digər dövlətlərlə
münasibətlərimiz haqqında yazdığımız bir arqumenti bu yazıda da təkrar
etməliyik ki, Azərbaycanla Pakistan arasındakı münasibətlərin indiki
səviyyəyə çatmasının təməlində ulu öndər Heydər Əliyevin siyasi
uzaqgörənliyi və onun işləyib hazırladığı siyasi kurs dayanır. Hamının
xatırladığı kimi, ümummilli lider Heydər Əliyev 1994-cü ilin dekabrında
Kasablankada Pakistanın Baş naziri Benazir Bhutto ilə görüşmüş və həmin
görüşlə də ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdu.
Sonra Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqarinin Bakıya, ulu
öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfərləri iki ölkə arasında əlaqələrin
inkişafı üçün mühüm əhəmiyyət kəsb edib. Bunu da əlavə edək ki, təməli ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan qarşılıqlı səfərlər ənənəsi Prezident
İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının
2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28
fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə
toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli
əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini
müəyyənləşdirib. Buda vurğulanmalıdır ki, İslamabadla Bakı ikitərəÀi
əməkdaşlıqla kifayətlənmir, beynəlxalq təşkilatlar çərçivəsindəki
əməkdaşlıqdan da səmərəli şəkildə bəhrələnirlər. Bu gün Pakistan və
Azərbaycan BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı,
İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə
Asiyada qarşılıqlı fəaliyyət və Etimad Tədbirləri üzrə .onfrans çərçivəsində
də uğurla əməkdaşlıq edir, bir-birinə dəstək verirlər. Ötən ay Nyu-keçirilmiş
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp.89-98
97
BMT-nin İqtisadi və Sosial Şurasının (EC2S2C) 2025-2027-ci illər üzrə
üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyi, 2023-cü il
yanvarın 24-də Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)
Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə
İƏT-in turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs, ötən il
oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası
çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən
irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf
hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən dəstəklənib. Uğurlu
əməkdaşlığın ən son göstəricisi ilə bu ayın əvvəlində Astanada keçirilən İƏT
formatında görüş çərçivəsində üç liderin Azərbaycan Prezidenti İlham
Əliyevin, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüşü
oldu. Ekspertlərin fikrincə, Azərbaycan, Pakistan və Türkiyə arasında bütün
tərəÀərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini
şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan
məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələrini əhatə edir. Daha
maraqlı fakt isə o idi ki, həmin görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə
əməkdaşlıqla yanaşı, “üç qardaş” şüarı ilə keçirilən hərbi təlimlərin
əhəmiyyəti vurğulanmış və üç ölkənin Silahlı qüvvələri tərəfindən birgə
təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifi irəli
sürülmüşdür. Azərbaycan-Pakistan dostluq və tərəfdaşlıq münasibətlərinə
həsr edilmiş bu sətirləri Prezident İlham Əliyevin bir qiymətləndirməsi ilə
tamamlayırıq: “Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana
dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək
göstərib. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib,
bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və
həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və
xalqları daha da yaxınlaşdırır”. [Azərbaycan-Pakistan: əməkdaşlığın yeni
səhifəsi, s.1-3].
6.Nəticə
Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri mövcuddur. Hər
iki ölkənin xalqları bir-birlərinə qarşılıqlı hörmət bəsləyir, eyni dəyərlərə
malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir.
Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki
ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf
dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində qələbəsi və antiterror
tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda
yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli
əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektvilər açır. Prezident İlham
Jamil Guliyev
A new era in Azerbaijan-Pakistan relations
98
Əliyevin 2024-cü il iyulun 11-12-sini əhatə edən dövlət səfəri Azərbaycan və
Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da
gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli
genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Hazırda da dərin tarixi
olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.
ƏDƏBİYYAT
1. Azərbaycan-Pakistan münasibətlərində yeni dövrün başlanğıcı. (2024,
July 16). Xalq qəzeti, p. 5.
2. Azərbaycan-Pakistan: əməkdaşlığın yeni səhifəsi. (n.d.). Yeni Azərbaycan
qəzeti, pp. 1-3.
3. Azərbaycan və Pakistan qardaşlığa, dostluğa əsaslanan siyasət yürüdür.
(2024, July 16). Azərbaycan qəzeti, p. 3.
4. Neft və milyonlar səltənəti xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev. (2023,
January 25). Respublika qəzeti, p. 7.
5. Dostluğun, qardaşlığın və etibarın təntənəsi. (2024, July 12). Səs qəzeti,
pp. 2-3.
REFERENCES
1. The beginning of a new era in Azerbaijan-Pakistan relations. (2024, July
16). Khalq newspaper, p. 5. (in Azerbaijani)
2. Azerbaijan-Pakistan: a new page of cooperation. (n.d.). New Azerbaijan
newspaper, pp. 1-3. (in Azerbaijani)
3. Azerbaijan and Pakistan pursue a policy based on brotherhood and
friendship. (2024, July 16). Azerbaijan newspaper, p. 3. (in Azerbaijani)
4. Oil and millions kingdom philanthropist Haji Zeynalabdin Taghiyev.
(2023, January 25). Respublika newspaper, p. 7. (in Azerbaijani)
5. Celebration of friendship, brotherhood and trust. (2024, July 12). Ses
newspaper, pp. 2-3. (in Azerbaijani)