Nəşrə dair tələblər
Nəşrə dair tələblər
Publication Requirements
“METAFİZİKA” Beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalına göndərilən məqalələrə dair tələblər və qaydalar:
Metafizika Jurnalı fəlsəfə, fəlsəfə tarixi, din fəlsəfəsi, İslam fəlsəfəsi, etika, sosiologiya, psixologiya, tarix, arxeologiya, etnoqrafiya, antropologiya, kulturologiya, mədəniyyətşünaslıq, ilahiyyat, filalogiya, pedaqogika, siyasi elmlər, din, hüquq, folklorşünaslıq, dil və ədəbiyyat kimi müxtəlif sahələrdə orijinal tədqiqat layihələlərinin nəticələri üzərinə fokuslanan humanitar və sosial elmlərlə əlaqədar bir elmi-nəzəri jurnaldır. Jurnalın məqsədi, Azərbaycanda, eləcə də Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa və Orta və yaxın şərqdə fəaliyyət göstərən bütün alimlərin səylərini, eləcə də ümumiyyətlə Sosial Tədqiqatlar, İncəsənət və Bəşəri elm sahələrindəki tədqiqatları bir yerə cəmləməkdir. Nəşrə dair tələblərin son versiyasını və istinad formasını buradan ətraflı mütaliə və yükləyə bilərsiniz.
- Müəllif məqalədə elm adamları və akademik şəxsləri bənzərsiz olaraq tanımlayan “Orcid” və ya “ResearcherID” kodunu göstərməsi zəruridir.
- Məqalə digər nəşrlərə təqdim edilməmiş, orijinal olmalıdır.
- Məqalə azərbaycan, türk, ingilis, rus, ərəb və fars dillərində təqdim oluna bilər.
- Məqalənin əvvəlində məqalənin adından sonra müəllifin adı, elmi dərəcəsi, işlədiyi təşkilat və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
- Məqalə sturuktur etibarilə xülasə, giriş, alt başlıq və ya başlıqlardan, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmalıdır.
- Məqalələrin əvvəlinə məqalənin orijinal dilində 200-250 sözdən ibarət xülasə və 5-10 açar sözlər əlavə edilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir. Müəllifin gəldiyi elmi nəticə, işin yeniliyi, əhəmiyyəti və hipotezlər yığcam şəkildə xülasədə öz əksini tapmalıdır.
- Məqalə minimum 10 səhifə və maksimum 25 səhifə olmalıdır. 1 səhifə 250 sözdən ibarətdir.
- Bütün məqalələrin orijinal dilindən asılı olmayaraq mütləq Azərbaycan, Rus və İngilis dillərində xülasələri və açar sözləri dərc edilməlidir.
- Məqalənin mətni jurnalın redaksiyasına A4 formatda, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə 1,5 intervalla, “Times new roman” şriftində “12” ölçülü hərflərlə yazılaraq elektron variantda redaksiyaya təqdim edilir. Məcmuənin elektron ünvanı: metafizika.az@mail.ru; journalmetafizika@gmail.com
- Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, rum rəqəmləri ilə ardıcıl nömrələnməli, müvafiq olaraq "cədvəl” və "şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir. Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, onlar nömrələnməli, "Cədvəl” və ya "Şəkil” sözü də yazılmamalıdır. Şəkillər elektron formatda "jpg”, "tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Excel, Adobe Illustrator, Potoshop və CorelDRAW proqramlarından birində təqdim edilməlidir. Bundan əlavə məqalədə cədvəl, şəkil, rəsm, qrafik və buna bənzər şeylər jurnalın səhifəsinə sığdırılması və oxucuların daha rahat bir şəkildə istifadə etmələri məqsədi ilə 10x17 sm-lik sahəni keçməməlidir.
- Məqalələrin oxucular üçün aydın şəkildə təqdim olunması və məqsədinin olması vacibdir. Redaksiya heyəti həcmi 25 nəşr səhifəsindən (təxminən 10, 000 sözdən) çox olmayan məqalələr tələb edir. Həcmi 25 səhifədən çox olan, lakin çox mühüm nəticələrə malik olan məqalələr redaksiya şurasının razılığı ilə dərc edilə bilər. Əgər bir məqalədə başqa mənbələrdən çıxarılmış material varsa, o halda müəllifin və naşirin yazılı icazəsi məqalə ilə birlikdə olmalıdır.
- Jurnalda konfrans, kitab, yubiley və s. kimi məlumatlandırıcı materiallar da “Məlumat” başlığı altında nəşr edilə bilər.
- Jurnaldakı materiallardan istifadə edərkən jurnala istinad etmək zəruridir.
- Jurnalda dərc olunan yazılar, yalnız müəlliflərin mövqeyini əks etdirir.
- Bütün məqalələr plagiat ola biləcəyi ethimalına görə nəzərdən keçirilir. Plagiat hallarına rast gəldikdə və məqalələr təsdiqləndikdə belə, nəşr üçün dərhal rədd edilir, müəllifinin adı isə Metafizika jurnalının sonrakı nəşrlərində qara siyahıya daxil edilir.
- Məqalələr jurnalın elektron səhifəsində tam mətn kimi pdf formatında yerləşdirilir.
- Ədəbiyyat siyahısı APA sisteminə müvafiq olaraq - müəlliflərin soy adlarını nəzərə alaraq əlifba sırasına görə qeyd olunmalıdır.
- Tarix:2022-01-27