Xəbərlər

“Metafizika” Jurnalı “ISSN” kod aldı

Bu gün “METAFİZİKA” jurnalı və onun redaksiya heyəti üçün əlamətdar gündür. Belə ki, jurnallar üçün nəzərdə tutulan ISSN kodu 12.04.2018 tarixində jurnal üçün alınmışdır. “METAFİZİKA” jurnalının kodu “ISSN 2616- 6879” dur. Jurnal beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirəcək. 
“METAFİZİKA” jurnalının amalı düşüncə, elm tarixi və aktual problemlər, eləcə də fənlərarası sahələrə dair Azərbaycan, ingilis, rus, türk, fars və ərəb dillərində yazılmış məqalələri əks etdirməkdir. Qeyd edək ki, jurnal beynəlxalq səviyyəli uğurlar qazanmağı qarşısına məqsəd qoymuşdur.
Beynəlxalq və impakt faktor indeksləri almağı davam edəcəyik.
  • Tarix:2022-01-27