Xəbərlər
“Metafizika” jurnalı Çində keçirilən Ümumdünya Fəlsəfə Konqresi sərgisində

13-20 avqust 2018-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində XXIV Ümumdünya Fəlsəfə Konqresi (ÜFK) keçirilmişdir.
Konqresdə ilk dəfə rekord sayda– dünyanın 100-dən artıq ölkəsindən on minə yaxın alim iştirak etmişdir. Buna görə də Konqresin rəsmi açılışı Çin Xalq Respublikasının Parlamentində- Böyük Xalq Məclisində keçirilmişdir.
1948-ci ildən bəri keçirilən Konqres tarixində ilk dəfə Azərbaycanda nəşr olunan fəlsəfi jurnal– fəlsəfi və fənlərarası araşdırmalar jurnalı olan “Metafizika” da sərgilənmişdir.
- Tarix:2022-01-27