Baş redaktor

BAŞ REDAKTOR

Ələddin MƏLİKOV  (Ələddin Mehman oğlu Məlikov), (Aladdin Malikov)
E-mail: aladdin.malikov@mail.ru

E-mail: aladdin.malikov@gmail.com

Ələddin Mehman oğlu Məlikov (16 sentyabr 1982, Sumqayıt) — müəllim, fəlsəfə və din fəlsəfəsi tədqiqatçısı, epistemoloq, şərqşünas, tərcüməçi və araşdırmaçı yazar, fəlsəfə üzrə elmlər doktoru, dosent.

Həyatı

Ələddin Məlikov 16 sentyabr 1982-ci ildə Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. 1989-cu ilin sentyabr ayının biri tam orta məktəbə getmiş və 2000-ci ildə Z.Nəcəfov adına orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Ailəlidir.

Təhsili

1989–2000-ci illər şəhid Z.Nəcəfov adına iki saylı tam orta məktəbdə təhsil almışdır.

2000–2004-ci illərdə Ümumdünya İslam Elmləri Akademiyası, Dinşünaslıq fakültəsi, "İslam fəlsəfəsi və mistikası" ixtisası üzrə bakalavr pilləsi.

2004–2007-ci illərdə Qərb fəlsəfəsi üzrə "fəlsəfə və elmin metodologiyası" ixtisası, magistr pilləsi.

2007–2010-cu illərdə, Fəlsəfə tarixi üzrə "fəlsəfə doktoru" (Ph.D) elmi dərəcəsi.

2010–2013-cü illərdə "Transandental fəlsəfə" üzrə "fəlsəfə elmlər doktoru" elmi dərəcəsi.

2011–2013-cü illərdə fəlsəfənin tədrisi, elmi konfranslarda iştirakı, aktual elmi müddəaların həlli, əsaslandırması və göstərmiş təhsil, tədris, tədqiqat fəaliyyətlərinin qiymətləndirilməsi sonuçu, "dosent" elmi adı verilmişdir.

Fəaliyyəti

Azərbaycan Respublikasının İİR-dakı fövqəladə və səlahiyyətli səfirliyində çalışmışdır.

Beynəlxalq "Bilik" tədris mərkəzində xarici dil müəllimi vəzifəsində tədris etmişdir.

AMEA Şərqşünaslıq İnstitututunda böyük elmi işçi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə mərkəzinin "Rəsmi yazışmalara nəzarət" şöbəsinin dil mütəxəssisi olmuşdur.

AMEA Elm Tarixi İnstitutunun "Elmşünaslıq və elmin sosial problemləri" şöbəsinin aparıcı elmi işçisi və şöbə müdiri olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin köməkçisi olmuşdur.

25 sentyabr 2020 tarixində ictimai əsaslarla təsis edilən AMEA Rəyasət Heyətinin nəzdində "Virtual Elektron Fəaliyyət Cəmiyyəti"nin (VEFC) sədri seçilmişdir.

AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri olmuş və şöbənin struktur dəyişikliyində ixtisara düşməyi nəticəsində 01.11.22 tarixində işdən çıxmışdır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi.

Digər fəaliyyətləri

Beynəlxalq elmi, fəlsəfi və interdisiplinar "Metafizika" jurnalının təsisçi və baş redaktoru.

"International Center for Developing Peace, Culture and Rationality" mərkəzinin elmi jurnalı olan "Comparative Studies of Human Rights Journal"ın redaksiya heyətinin üzvü.

"History of Science" jurnalının baş redaktoru.

Ölkədə və xaricdə müxtəlif universitetlər və institutlarda fəlsəfə, fəlsəfə tarixi, məntiq, epistemologiya, təsəvvüf, elmi tədqiqat metodları, dinlər tarixi, fars dili və ədəbiyyatı, şərq ədəbiyyatı tarixi, ərəb dili qramatikası, multikulturalizm və başqa fənnləri tədris etmişdir.

AMEA Rəyasət Heyətinin Təhsil şöbəsinin müdiri olmuş, şöbənin ixtisara düşməsi nəticəsində 01.11.22 tarixində işdən çıxmışdır.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun elmi fəaliyyətinin əsas göstəricisi olan "Din Araşdırmaları Jurnalı"nın redaksiya heyətinin üzvü.

Yaradıcılığı

O universitetin ilk illərindən etibarən dini, tarixi, fəlsəfi, elmi, ictimai və ədəbi sahələrdə müxtəlif mətbuat orqanlarında məqalələrlə çıxış etmişdir. Fəlsəfə, elm və ədəbi məzmunda bir çox kitabın müəllifidir. Həmçinin bir neçə kitabın tərcüməçisi və redaktoru olmuşdur. Kitabları ölkə daxili və xaricində çap edilmişdir. Bəzi kitabların yazılışında və nəşrində, həmçinin bir çox jurnalların redaksiya heyətinin həqiqi üzvü olaraq iştirak etmişdir. Xarici ölkələrin aparıcı tədqiqat mərkəzləri ilə əməkdaşlıq etmiş, elmi kitab və məqalələrin yoxlanılmasında yaxından iştirak etmişdir.

Ələddin Məlikovun TV-dəki çıxış və söhbətləri

1- "Müasir dünya və din" | "Elm və din münasibətləri" 1 - s.f.d.,dos. Asəf Qənbərovun təqdimatında

2- "Müasir dünya və din" | "Elm və din münasibətləri" 2 - s.f.d.,dos. Asəf Qənbərovun təqdimatında

3- itv | Din və cəmiyyət | Din və Elm | 03.11.2023 - f.f.d. Elnur Mustafayevin təqdimatında

4- Mədəniyyət tv | İslam və elm arasındakı əlaqə | Ələddin Məlikov | 07.12.2023 - i.f.d.,dos. Aqil Şirinovun təqdimatında

5- Mədəniyyət tv | İslamda Həcc ibadətinin dini və ictimai əhəmiyyəti | Haqqın Dərgahı | ƏLƏDDİN MƏLİKOV  15.08.2019 - i.f.d.,dos. Aqil Şirinovun təqdimatında

6- itv | Zərərli vərdişlər və onların mənəvi-ictimai fəsadları | 29.11.2019 | Ceyhun Əliyevin təqdimatında

Təltif və mükafatları

"Epistemologiya sahəsində tədqiqatlara görə Nəsirəddin Tusi" adına İİR-nın "elm mükafatı"na layiq görülmüşdür.

"Əllamə Hilli" adına gənc alimlər üçün keçirilən Qnoseoloji araşdırmalar mükafatına layiq görülmüşdür.

AMEA Rəyasət heyətinin 28 may- Respublika günü münasibətilə AMEA-nın gənc alimləri üçün elan etdiyi qrant- elmi müsabiqədə, "Epistemologiya" sahəsində əsərlərinə görə, müsabiqənin qalibi olmuşdur.

Sitatları

Aclıq bir il çəkər, töhmət min il.

Ağıllı insanlar hər kəsdən və hər şeydən bir şey öyrənər. Sıradan insanlar isə sadəcə şəxsi təcrübələrindən öyrənərlər. Axmaqlar isə anadangəlmə hər şeyi bilirlər.

Alim bəzi şeyləri bilər, cahil hər şeyi.

Anasına bax oğluna get.

Atasına bax qızını al.

Bilərkən susmaq, bilməzkən söyləmək qədər iyrəncdir.

Bilgi ilə bəlgə birləşdikdə iş axarınca gedər.

Bu dünyanın kişiləri ata-ana qulluğunda duran oğullardır!

Cəhalət ilə məlumatsızlıq fərqli şeylərdir. Bilməyənə öyrədərsən, öyrənər. Amma cahilə öyrədə bilməzsən, çünki o zatən bilir.

Çalış ki çalışmayasan!

Dərisini dəyişdirməyən ilan ölməyə məhkumdur. Bu vəziyyət düşüncələrini dəyişdirməyən insanlar üçün də keçərlidir.

Dərs alınmış uğursuzluq, uğur deməkdir.

Din fəlsəfəsi ilə Dini fəlsəfə və Dinin fəlsəfəsi tam fərqli sahələrdir. Din fəlsəfəsi fəlsəfənin müzakirə sahələrindəndir![1]

Elə bir dərd var kı dərmanı olmasın? — Dərmansız dərd yaxşının pisə, mərdin namərdə möhtac olmasıdır!

Elə gözəl yaşa ki, kimsə sənin barəndə pis danışanda heç kim inanmasın.

Etdiyin hər bir şey sənə geri dönəcəkdir. Bu səbəbdən sadəcə yaxşılıq et.

Ədalət sistemini otuzduran (tutuşduran) həm təşkilatlar həm də ölkələr iri və əmin addımlarla irəliləyəcək.

Heç bir şey etməyərək də ədalətsizlik edə bilirsiniz.

Hər halda təhsilə pul xərcləmək lazımdır. Gəmi sahildə təhlükəsiz gürünə bilər. Amma gəmi sahil üçün nəzərdə tutulmayıb. İnsanda bilgisiz ola bilər amma biliksiz qalmaq üçün yaradılmayıb.

Hərbçinin ən ali vəzifəsi düşmənin planlarını pozmaqdır.

Həyatda ən böyük faciə ləyaqətli bir insanın axmaq bir rəhbərə xidmət etməsidir.

Həyatı anbara çevirməyin, onu istifadə edin. (Hayatı depolamayın, tüketin)

Həyatınızı asanlaşdıran və sizi çox güldürən biri ilə tanış olsanız, ondan uzaqlaşmayın, çünki ehtiyacınız olan tək şey budur.

Xoxbəxtlik vəzifəmizi və ya bacardığımız işi vicdanla görməkdədir.

İmperialistlər tərəfindən başladılan heç bir müharibə haqlı deyildir.

İnsan sevəndə cəsarətli olur. İnsan əmin olanda ki sevilir, o zamanda cəsarətli addımlar atır.

İnsanın xarakteri istifadə etdiyi üslub və səs tonundan bəlli olur.

İnsanlar əsla dedikləri qədər məşğul deyillər. İnsanların öncəlik verdiyi şeylər var və bəzən sıra sənə gəlməz.

İş üzərinə qurulan bir dostluq, dostluq üzərinə qurulan bir işdən daha yaxşıdır.

İşinin qaydası ilə getməsini istəyirsənsə, kimsə ilə bir şey paylaşma. Diqqət çəkən düşmən çəkər. Bu səbəbdən xəyal və planlarını kimsə ilə paylaşma.

Kaş cavanlar biləydi və qocalar bacaraydı.

Kim olursan ol, öz cəhənnəminin padşahı olmaq, başqalarının cənnətinin qulu olmaqdan dəyərlidir.

Kişi üçün ən pis şey onu zəlil edəcək bir şeyə meylinin olmasıdır.

Kişinin fikri və nitqi nə qədər dərin olarsa, həyatı bir o qədər təhlükədədir.

Körpənin gələcəyi anasının alnında yazılıb (möhürlənib).

Qohum və yaxınlarınla ye-iç, amma əsla alış-veriş və şəriklik etmə.

Musiqi girməyən evə doktor girər. Musiqinin normada girişinə icazə vein.

Nar dənələri kimi həmişə sıx olun, aranızda pərdə, başınızda tac olsun!

Səni incidən pəncərəni mənzərəsi nə qədər gözəl olursa olsun, bağla!

Soylu (əsilzadə) azmaz, balın qoxusu gəlməz.

Şantajın dərmanı açıqlamaq və ifşadır.

Tanrının iş üsulunu öyrənmək lazımdır.

Təcrübə başqalarının sözlərindən daha çox həqiqi yol bələdçidir.

Tədqiqat müəssisələrinin elmi tədqiqat fəaliyyətinin yaratdığı dəyərləri inkişaf etdirmək üçün müxtəlif formaların tətbiqi mümkündür. Onlardan biri, tədqiqat nəticələrinin kommersiyalaşdırılmasıdır. Digəri isə rəqabətyönümlü elmi mühitin formalaşdırılmasıdır. Üçüncüsü isə alınan nəticələrin tətbiq edilməsi və istehsalata yönəlməsidir.

Uğur qazanmaq bir şeyi şişirtməkdir.

Yalan dörd ayaqla qaçsa belə, həqiqət addım-addım ona çatar.

Akademik səhifələrdə
Ələddin Məlikovun ResearchGate səhifəsi

Ələddin Məlikovun Academia.edu səhifəsi

Ələddin Məlikovun Andishvaran səhifəsi

Ələddin Məlikovun Google.Scholar səhifəsi

Ələddin Məlikovun Science.gov.az səhifəsi

Ələddin Məlikovun ORCID səhifəsi

Ələddin Məlikovun ISNI səhifəsi

Sosial şəbəkələrdə:

Ələddin Məlikovun Wikipedia səhifəsi

Ələddin Məlikovun Facebook səhifəsi

Ələddin Məlikovun İnstagram səhifəsi
 

  • Tarix:2022-01-27