Məqalə göndərmək

Etik pinsiplər və nəşr qaydaları

"Metafizika" jurnalının etik pinsipləri, sui istifadə hallarının qarşısının alınması və nəşr siyasəti haqqında qaydaları
1. Redaksiyanın vəzifə və etik prinsipləri:
1.1. "Metafizika" beynəlxalq fəlsəfə və fənlərarası araşdırmalar jurnalı resenziyalı və dövri akademik nəşr olub, bütün tərəflərin (baş redaktor, məsul katib, redaksiya heyəti üzvləri, texniki redaktor, nəşriyyat, müəllif və rəyçilər) birgə iş, vəhdət və məsuliyyətini tələb edir.
2.1. Baş redaktor jurnalın ümumi siyasətini müəyyən edir, bu siyasətin yerinə yetirilməsinə nəzarət edir, etik pinsiplər, nəşr idarəetməsini və elmi sənədləşmənin monitorinqini təşkil edir.
3.1. Məsul katib jurnalın sayının mütəmadi dərc edilməsini təşkil edir, onun standartlara müvafiqliyini təmin edir, monitorinqlərdə iştirak edir.
4.1. Texniki redaktor jurnalın redaksiyasına daxil olan məqalələrin tərtibi qaydalarına uyğunluğunu (o cümlədən antiplagiat sənədinin doğruluğunu) yoxlayır, məqaləni rəyçilərə göndərir, rəyçidən gələn düzəlişlərin yerinə yetirilb-yetirilməməsinə nəzarət edir, çapa tövsiyə edilən məqalələri jurnalın müvafiq sayı üçün hazırlayır.
5.1. Redaksiya heyəti jurnalın hər bir nömrəsi üçün hazırlıq və tamamlama işlərində, o cümlədən məqalələrin resenziyalaşmasında iştirak edir.
2.Müəllif etikası:
1.2. Təqdim edilən məqalələr müvafiq sahə üzrə müstəqil və original tədqiqat əsəri olmalı, analitik elmi yanaşma əsasında hazırlanmalıdır.
2.2. Tədqiqat gedişində ölkədaxili və beynəlxalq hüquqa əməl edilməlidir. Məqalədə istifadə edilən özəl məlumatlar aid olan şəxsin icazəsi olmadan istifadə edilə bilməz.
3.2. Tədqiqatda hər hansı bir iştirakı olmayan şəxs müəllif olaraq göstərilməməlidir.
4.2. Müəllif göndərdiyi məqalədə köçürmə, yalan və ya saxta məlumatlara yol verməməlidir. Məqalənin Strike antiplagiat proqramından keçilməsi haqqında sənədin təqdimi mütləqdir (bənzərlik faizi standartı keçməməlidir). Redaksiya şübhəli vəziyyətdə məqalənin təkrar antiplagiat proqramından keçirilməsi hüququnu özündə saxlayır.
5.2. Məqalənin istifadə edilmiş mənbə siyahısında istinad edilməmiş əsərlərə yer verilməməlidir.
6.2. Məqalə müəllifi rəyçilərin rəyi ilə diqqətlə tanış olmalı, düzəliş etmək zərurəti olduğunda, ən qısa zamanda yerinə yetirməlidir.
7.2. Müəllifin jurnalda nəşr edilən məqalənin "Metafizika" jurnalı redaksiyasının icazəsi olmadan qismən və ya tam şəkildə, tərcümə edib başqa jurnala nəşr üçün göndərməsi və ya hər hansı bir digər yerdə nəşr etdirməsi qadağandır.
8.2. Jurnalda nəşr edilən bütün məqalələrin məzmun, elm və hüquqi baxımdan məsuliyyəti müəlliflərə aiddir.
9.2. Müəllif məqaləni "Metafizika" jurnalına göndərdiyi vaxtda başqa bir jurnala göndərməlidir.
3.Rəyçi etikası:
1.3. Rəyçinin müvafiq sahə üzrə mütəxəssis olması mütləqdir.
2.3. "Metafizika" jurnalının redaksiyası tərəfindən rəyə göndərilən məqaləyə münasibətdə gizlilik siyasətinə əməl edilməlidir və məqalə üçüncü şəxslə paylaşılmamalıdır.
3.3. Rəy obyektiv şəkildə aparılmalıdır, qərəzdən və ya hər hansı başqa şəxsi münasibətdən uzaq olmalıdır.
4.3. Rədd edilən məqalələr üçün səlis və geniş rəy verilməlidir.
4.Nəşr qaydaları:
1.4. Elmi məqalələrin "Metafizika" jurnalının tələblərinə uyğun olaraq tərtib olunması üçün təlimat:
2.4. Elmi məqalə hazır olduqdan sonra məqalənin yekun tərtibatı başlayır. Müxtəlif jurnallar elmi məqalələrin tərtibatı ilə bağlı müxtəlif tələblər irəli sürürlər. Məqaləni jurnala təqdim etməzdən əvvəl orada tərtibatla bağlı tələblərə xüsusi diqqət yetirilməlidir.
3.4. "Metafizika" jurnalında da məqalələrin tərtibi üzrə müəyyən tələblər var və bunları aşağıdakı kimi hazırlamaq lazımdır:
1.3.4. Təqdim edilən məqalə orijinal olmalı, öncədən hansısa nəşrdə yayımlanmamalıdır.
2.3.4. Məqalənin məzmunu və quruluşu aşağıdakı hissələrdən ibarət olmalıdır:
3.3.4. Giriş
4.3.4. Alt başlıq və yarımbaşlıqlar
5.3.4. Nəticə
6.3.4. İstifadə edilmiş ədəbiyyat (Məqalənin sonunda mütləq istifadə olunmuş ədəbiyyat siyahısı verilməlidir).
7.3.4. İstinadlar ''APA Citation'' formatına uyğun olmalıdır.
8.3.4. Məqalənin həcmi 10 min sözdən artıq olmamalıdır (istisnalar ola bilər)
9.3.4. Məqalənin ilk səhifəsində (Azərbaycan, dilində) aşağıdakı məlumatlar yer alır:
1.9.3.4. müəllifin adı, soyadı;
2.9.3.4. müəllif haqqında qısa məlumat (elmi dərəcə, vəzifə, iş yeri, elektron poçt ünvanı);
3.9.3.4. müəllif 16 rəqəmli ORCİD kodunu qeyd etməlidir. Digər UOT və KBT təsnifatları jurnal tərəfindən təqdim edilir. 
4.9.3.4. məqalənin adı; məqalənin xülasəsi (maksimum 200-250 söz);
5.9.3.4. açar sözlər (5-10 söz)
5.9.3.4. xülasə də üç dildə bir-birinin eynisi olmaqla yazılmalıdır.
6.9.3.4. İngilis və rus dillərində də qeyd olunanlar verilməlidir (ad, soyad, müəllif haqqında qısa məlumat, xülasə və ...)
4.4. Məqalələr  formatında qəbul olunur. (İstisna olaraq əlyazma da ola bilər).
5.4. Jurnala çap üçün göndərilən materiallar akademik məqalə, resenziya və elmi müsahibə ola bilər.
6.4. Göndərilən materiallar Azərbaycan, türk, rus, ingilis, fars və ərəb dillərində ola bilər.
7.4. Jurnalda dərc olunan istənilən yazı, yalnız müəlliflərin mövqeyini əks etdirir.
8.4. Məqaləni "Metafizika" jurnalının elektron poçtuna göndərmək.
9.4 "Metafizika" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalında məqalə dərci ödənişli əsaslarla həyata keçirilir. Məqalə qəbul edildikdən dərhal sonra, ödəniş olunmalıdır.
5. Ödəniş haqqında:
1.5. Ödənişin miqdarı haqqında ilk öncə qeyd olunmalıdır ki, ödəniş məqalənin səhifəsi ilə hesablanır.
2.5. Standart olaraq, hər bir səhifə 250 sözdən ibarətdir. Məqalənin səhifəyə bölgüsünü rəsmi olaraq "Microsoft Word Office" proqramı özü hesablayır.
3.5. Hər bir səhifəyə 10 azn (On manat) məbləğində ödəniş edilir.
4.5. Qeyd etmək lazımdır ki, ödənilən məbləğ jurnalın çap variantında edilən nəşri üçün mətbəəyə, elektron olaraq jurnalın veb səhifəsinin xərclərinə, jurnal və məqalələrin beynəlxalq bazalarda yerləşməsinə, mövcud indekslərdəki kodların alınmasına və jurnala gələn məqalələrin yoxlanılması üçün rəyçilərə, korrektora və texniki redaktor və kompüter tərtibatçısı kimi xərclərə sərf edilir.
 
 

 

  • Tarix:2022-01-27