Xəbərlər

“Metafizika” jurnalının 2021/4-cü sayı işıq üzü görüb

“Metafizika” (ISSN 2616-6879) beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 2021-ci il üçün 4-cü sayı işıq üzü görüb. Jurnalın bu sayında yerli məqalələr ilə bərabər bir sıra xarici ölkələrin tədqiqatçılarının elmi məqalələri də çap edilib. “Metafizika” Jurnalının bu sayında (2021, Cild 4, Say 4, Sıra 16) on iki məqalə nəşr edilib.

Jurnalın bu sayında aşağıdakı məqalələr yer alıb:

1-Seyran Quliyev: Mədəniyyətlərarası dialoqun Azərbaycan modelinin mahiyyəti (Azərb. dilində)

2-Nərgiz Məcidova: Təkamül təfəkkürü müasir naturalizmin təməli kimi (rus dilində)

3-İlham Məmmədzadə: Müasir dövrdə liderlik fenomeni və ideologiyanın bəzi problemləri (rus dilində)

4-Abdullah Hüseyni Eskandian., Məsumə Rəcəb Nejadian: Şər probleminin teoloji-fəlsəfi izahına yönələn həll təkliflərinin təhlili (ingilis dilində)

5-Şirin Abdelnaim Hasaneyn: Azərbaycan şairi Nizami Gəncəvinin “İskəndərnamə” poeması: tarixilik və bədiilik müstəvisində (ərəb dilində)

6-Girayalp Karakuş: Tarixi və ideoloji-siyasi problem: İslam soldur ya sağdır? (türk dilində)

7-Ramiz Tahirov., Maya Zeynalova: Azərbaycanın su resurslarının mühafizəsi (Azərb. dilində)

8-Xatirə Quliyeva: Hürufilik təliminin hərf sisteminin prinsipləri ilə İmadəddin Nəsiminin milli-region identikliyinə və təxəllüsünə fəlsəfi baxış (Azərb. dilində)

9-Məhəmməd Soltaniyə: Corc Seylin Quranda təkrarla bağlı skeptisizminin tənqidi təhlili (fars dilində)

10-Səməd Bayramzadə: Heydər Əliyevin azərbaycançılıq ideyasında Cənubi Azərbaycan (Azərb. dilində)

11-Sənubər Qasımova: Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasındakı əşyalarda Qarabağ atlarının təsvirləri (rus dilində)

12-Sabir Behbudov: Azərbaycan maarifçiliyinin dini dəyərləri və müasirlik (Azərb. dilində)

Məqalələri bu linkdən oxuya və yükləyə bilərsiniz.

  • Tarix:2022-01-27