Xəbərlər

“Metafizika” Jurnalının Nizamnaməsi 

“METAFİZİKA” JURNALININ NİZAMNAMƏSİ

1. Ümumi müddəalar
1.1. “Metafizika” jurnalı sosial və humanitar istiqamətlərdə fənlərarası fəaliyyəti göstərən akademik və elmi- tədqiqat jurnalıdır.
1.2. “Metafizika” jurnalı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.
1.3. “Metafizika” jurnalı öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət müəssisələri, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. “Metafizika” jurnalı öz ünvanı, müstəqil balansı, əmlakı, xəzinə və bank hesablarını, gerbli möhürü, künc ştampı, blankı, blankda hesablaşma hesabı olan müstəqil şəxsdir.
1.5. “Metafizika” jurnalı öz adı olan möhürə, ştampa və blanka malikdir.
1.6. “Metafizika” jurnalı hüquqi şəxs deyil.
1.7. “Metafizika” jurnalının ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri.
 
2. “Metafizika” jurnalının məqsəd və vəzifələri
2.1. “Metafizika” jurnalının əsas məqsədi fəlsəfənin müxtəlif sahələrində və fənlərarası bölmələrdə Azərbaycan cəmiyyətinin tərəqqisinə yönəldilmiş tədqiqatlar və araşdırmalar aparmaq, həmin tədqiqatların vahid prioritetlərə xidmət etməsi baxımından sistemləşdirilməsi və istiqamətləndirilməsini təmin etmək, bu fəaliyyət nəticəsində nailiyyətlər qazanmaqdır.
2.2. Mövcud tarixi məqamda ölkənin daxilində və xaricində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafın fəlsəfi təhlilini həyata keçirən məqalələrin nəşridir.
2.3. Sosial və Humanitar elmlərlə bağlı elmi və praktik maraqları olan alimlərin, universitet müəllimlərinin, aspirantların, ekspertlərin, ictimai xadimlərin birliyini təmin edən şəbəkənin yaradılmasıdır.
2.4. Təhsil, elm və tədqiqat sahələri arasındakı əlaqəni asanlaşdırmaq, bu əlaqələr əsasında, onların kəsişməsində gedən tədqiqatları vahid milli və ümumbəşəri prioritetlər istiqamətində genişləndirmək.
2.5. “Metafizika” jurnalı göstərilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
2.5.1. Fərdi və kollektiv layihələr əsasında elmi araşdırmalar aparır, konfrans və seminarlar, dəyirmi masalar təşkil edir;
2.5.2. “Metafizika” jurnalının xüsusi buraxılış nəşrləri ilə məşğul olur;
2.5.3. Yerli, xarici və beynəlxalq jurnalların, elm və təhsil təşkilat və mərkəzlərinin, fondların imkanlarından istifadə edərək müxtəlif elm və təhsil layihələri həyata keçirir, konsaltinq proqramlar, treninqlər, təhsil və staj layihələri üzərində işləyir;
2.5.4. “Metafizika” jurnalı həm yerli, həm də xarici hüquqi və fiziki şəxslərlə, həmçinin beynəlxalq təşkilatlarla işgüzar əlaqələr yaradır, onlarla əməkdaşlıq edir;
2.5.5. “Metafizika” jurnalı konsaltinq və sosioloji tədqiqatlar, marketinq sahəsindəki xidmətlərini yerli və xarici hüquqi və fiziki şəxslərə göstərir;
2.5.6. “Metafizika” jurnalı özünün məqsəd və vəzifələrinə uyğun olaraq və qanunvericilikdə qadağan olunmayan başqa elmi-tədqiqat fəaliyyətləri həyata keçirir.
 
3. “Metafizika” jurnalı fəaliyyətinin təşkili
3.1. “Metafizika” jurnalının təşkili.
Jurnal ildə dörd dəfə nəşr edilir. “Metafizika” jurnalının götürdüyü məqsəd istiqamətində gördüyü işlər haqqında informasiya verilir. Qarşıdakı vəzifələr aydınlaşdırılır.
3.2. Abunəlik.
3.2.1. Jurnalın məqsədlərini bölüşən və abunəlik haqqı ödəyən istənilən şəxs və ya qrum jurnala abunə ola bilər.
3.2.2. Jurnalın abunələri jurnalın nəşrlərini surətləndirmək məqsədi daşıyır.
3.3. İdarə etmə.
Jurnalın idarəetmə orqanlarına təsisçi və baş redaktor daxildir.
3.4. Baş redaktor
Baş redaktor jurnalı ən yüksək səviyyədə təmsil edir.
Baş redaktorun funksiyaları:
3.4.1. Jurnalın məqsədlərinə xidmət edən proqram və strategiyasını, istiqamətini təqdim etmək;
3.4.2. Jurnalın məsul şəxslərinin fəaliyyətini müşahidə etmək və onlara funksiyalarını yerinə yetirməkdə köməklik göstərmək;
3.4.3. Jurnalının, redaksiya heyətinin iclaslarını təşkil etmək;
3.4.4. Jurnalın redaksiya heyətinin iclasının gündəliyini hazırlamaq;
3.4.5. Jurnalın nəşrində ideya istiqamətinin müəyyən edilməsi.
3.5. Jurnalın fəaliyyətinin dayandırılması:
Jurnalın fəaliyyəti aşağıdakı hallarda dayandırılır:
3.5.1. Təsisçinin qərarı ilə.
3.5.2. Baş redaktorun qərarı ilə.
  • Tarix:2022-01-27